Bəhruz bəy kəNGƏRLİ yaradiciliginda türk- islam memarliq abiDƏLƏRİNİn təSVİRİ



Yüklə 61,94 Kb.
Pdf görüntüsü
tarix22.11.2017
ölçüsü61,94 Kb.
#11344


 

 



NİZAMİ ALIYEV 

Naxçıvan Müəllimlər İnstitutu 

                                                          Email: 

nizamialiyev@yahoo.com

 

 

BƏHRUZ BƏY KƏNGƏRLİ YARADICILIGINDA TÜRK- İSLAM MEMARLIQ 



ABİDƏLƏRİNİN TƏSVİRİ 

 

 

İyirminci  əsr  Azərbaycan  təsviri  sənətinin  görkəmli 



nümayəndələrindən biri olan Bəhruz bəy Kəngərli 1892-ci ilin 

yanvar ayının 22-də Naxçıvan şəhərində anadan olmuşdur.  O, 

Azərbaycan  incəsənəti  tarixinə  ilk  peşəkar  rəssam  və  realist 

dəzgah  boyakarlığının  banisi  kimi  düşmüşdür.  Onun 

yaradıcılığında  ilk  dəfə  olaraq,  realist  portret  və  mənzərə 

janrları  professional  səviyyədə  təşəkkül  tapmışdır.  Teatr 

rəssamlığı,  qrafika, boyakarlıq  və  s. janrlarda  əsərlər  yaradan 

Bəhruz  bəy  Kəngərli  millli  rəssamlıq  sənətinin  inkişafında 

özunəməxsus rol oynamışdır. 

 

Bəhruz  bəy  Kəngərli  ömrünün  30-cu  baharında 



dünyasını  dəyişməsinə  baxmayaraq,  özündən  sonra  yüksək 

bədii  dəyəri  və  texniki  üslubu  ilə  seçilən  500-dən  cox  rəsm 

əsərlərindən  ibarət  zəngin  bir  irs  qoyub  getmiş,  Azərbaycan 

bədii sənət xəzinəsinə misilsiz nümunələr bəxş ermişdir. 

 

Bəhruz bəy Kəngərli ona ayrılan qısa zaman kəsiyində 



müxtəlif  mövzularda  və  janrlarda  yüzlərlə  boyakarlıq  və  qrafika  əsərləri  yaratmışdır.  Onun  bədii 

irsinin böyük bir hissəsi 450 əsər Bakı şəhərindəki Azərbaycan Milli İncəsənət Muzeyində, 58 əsəri 

isə Naxçıvandakı Bəhruz Kəngərli Muzeyində qorunub saxlanılır. 

 

Bəhruz  bəy  Kəngərlinin  yaradıcılıq  yolu  nə  qədər  qısa  olsa  da,  o,  demək  olar  ki, 



boyakarlığın  və  qrafikanın  bütün  janrlarında  özünü  sınamış,  bu  sahələrin  hər  birində  yaradıcı 

potensialını göstərə bilmişdir. Bunu onun çoxsaylı süjetli tablo, portret, mənzərə, natürmort və hətta 

animalistik janrda yaratdığı əsərləridə təsdiqləyir (6, s. 30-42; 7, s. 378-380).                                      

Bəhruz bəy Kəngərlinin yaradıcılığı janr etibarıilə rəngarəng olsa da, bu zənginlik içərisində 

mənzərənin say etibarıilə  çox olması kifayət qədər gözə  görünəndir. Görkəmlin fırça ustasının bu 

janrdakı  əsərlərinin  böyük  əksəriyyətini  təbiət  mənzərələri  təşkil  etsə  də,  şəhər  motivlərinə  daxil 

olan tarixi-memarlıq abidələrinin təsviri də az deyil. Ilk növbədə bu tip mənzərələrin bədii dəyəri ilə 

yanaşı, həm də tarixi əhəmiyyət daşıdığını xüsusi ilə vurğulamalıyıq. Bu abidəlr içərisində Orta əsr 

türk-islam  memarlıq  abidələrinin  şah  əsərlərindən  və  qülləvari  türbələrin  soy  türbəsi  sayılan 

Möminə xatın, Yüsif Küseyr oğlu, Nuh türbələri və İmamzadə memarlıq kompleksi diqqəti da çox 

cəlb edir (3, s. 90, 143, 131-132, 91; 5, s. 152, 161,156, 157, 145). 

 

Rəssamın  özündə  tarixiliyi  yaşadan  əsərləri  sırasında  onun  Möminə  xatın  türbəsinə  həsr 



etdiyi  əsərləri  xüsusi  yer  tutur.  O,  Əcəmi  təxəyyülünün  nəticəsi  olan  bu  abidəni  müxtəlif 

nöqtələrdən müşahidə etməklə, ona yağlı və sulu boya ilə çəkdiyi irili-xırdalı lövhələrdə yaddaqalan 

bədii tutum verməyə nail omuşdur. Rəssamın “Naxçıvanda abidə” (1921), “Möminə xatın türbəsi” 

(1920),  “Mənzərə”  (1920),    “Məqbərə”  (1920,  “Naxçıvan  yadigarı”  albomunda),  “Atabəylər 

türbəsi”  (1919) əsərləri bu qəbildəndir (5, s. 152, 153, 160).  



 

 



Bəhruz  bəy  Möminə  xatın  türbəsinin  möhtəşəmliyini  vurğulamaq  üçün  bir  neçə  əsərində 

format  kimi  üfiqi  kompozisiyadan  istifadə  etmişdir.  Bu  halda  abidəni  uzaqdan  müşahidə  edən 

rəssam onun onu əhatə edən tikili və yaşıllıqlarla müqayisədə əzəmətini göstərə bilmişdir. 1919-cu 

ildə  çəkilmiş  əsərdə  (“Atabəylər  türbəsi”)  günəşli  bir  gündə  türbəni  təsvir  edən  müəllif  yaranmış 

işıq-kölgənin müqabilində onun memarlıq məziyyətlərini qabartmağa nail olmuşdur (5, s. 153). 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Rəssamın  yağlı  boya  ilə  işlədiyi  “Möminə  xatın”  (1920)  əsərinin  memarlıq  abidəsinin 

daşıdığı  ecazkarlığı  qabartmaq  üçün  xırda  yaxılarla  hörgüdə  işlədilmiş  firuzəyi  kaşıların 

mövcudluğunu vurğulamış, bununla da türbə səthinin cəlbediciliyinə və oynaqlığına nail olmuşdur. 

Onu da qeyd etməliyik ki, hədsiz incəliklə işlənmiş bu əsərdə türbənin sağa əyilməsini də aydınca 

görə bilirik (3, s. 90;  5, s. 152,). 

 



 

 



 

Bütün  yaradıcılığı  boyu  Əcəmi 

yurdunun 

dini 


ocaqlarını, 

inanc 


məkanlarını 

təsvir 


etməkdən 

usanmayan  Bəhruz  bəyin  onlara  bədii 

münasibətində 

də 


tamaşaçısını 

gördüklərindən  duyğulandırmaq  istəyi 

mövcuddur. Onun Naxçıvanın müxtəlif 

məscidlərini, 

Əshabi-kəhf 

ziyarətgahını,  Nuhun  məzarını  və 

İmamzadə dini kompleksini əks etdirən 

lövhələri bu səpkidədir (9, s. 17-25). 

Bəhruz  bəy  Kəngərli  təkcə 

Nuhun məzarına beş əsər həsr etmişdir. 

Bundan  əlavə  onun  bizim  dövrə  qədər 

gəlib  çatmış  “Naxçıvan  yadigarı” 

albomundakı  rəsmlərindən  biri  də 

Nuhun qəbri ilə  bağlıdır. Bütün  bu altı 

əsərin  yaranması  rəssamın  müstəqil 

yaradıcılıq illərinə təsadüf edir. Iki əsər 

yağlı,  qalanları  isə  sulu  boya  ilə 

çəkilmişdir.  Yağlı  boya  ilı  işlənmiş 

əsərlərdən  biri  (1921)  həm  ölçüsünə, 

həm  də  bədii  həllinə  görə  digərlərindən  fərqlənir.  Dairvi    formaya  malik  taxta  səth  uzərində 

çəkilmiş əsərdə türbə uzaqdan görüntülənib (3, s. 38; 5, s. 156). Odur ki, burada ön planda iri məzar 

daşı,  orta  hissədə  Nuhun  qəbri,  onun  arxasında  isə  getdikcə  uzaqlaşan  sahə  və  zirvəsi  qarlı  Ağrı 

dağı təsvir olunmuşdur. Əsər ilk növbədə incə koloriti ilə seçilir. Ağ, sarı, yaşıl, qəhvəyi və mavi 

rənglərin  qarışığından  bacarıqla  istifadə  edən  rəssam,  əsərin  mükəmməl  bədii  həllinə  böyük 

ustalıqla nail ola bimişdir .  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 



 

Qalan  əsərlərdə  kompozisiya 

baxımından  müəyyən  yaxınlıq  olsa 

da, bütünlükdə, hər bir işdə rəssamın 

məkana bir-birindən fərqlənən baxışı 

sezilməkdədir. Belə ki, Bəhruz bəyin 

1916-cı  ildə  sulu  boya  ilə  çəkdiyi 

(5,5x7 


sm) 

kiçik 


ölçülü 

kompozisiyada  Nuhun  türbəsinin 

zahiri  görünüşü  kifayət  qəgdər 

səliqəli  vəziyyətdədir  (3,  s.  48;  5, 

s.157). 

 

1919-cu  ildə  sulu  boya  ilə 



çəkilmiş  əsərdə  (10x13sm)  də 

türbənin  ümumi  memarlıq  quruluşu 

1916-cı  ildə  olana  yaxındır,  yəni, 

zahiri görünüşü dəyişməyib. Əksinə, 

məzarın 1920-ci və 1921- ci ildə sulu 

boya  ilə  çəkilmiş  iki  təsvirində 

tikilinin 

zahiri 


görünüşünün 

dağıldığını 

aydınca 

 

görmək 



mümkündür. 

Bunu 


xüsusilə 

“Naxçıvan  yadigarı”    albomunda  yer  alan  rəsmindədə  daha  aydın  görmək  mümkündür.  Yuxarıda 

haqqında söz açdıgımız dairəvi formalı kompozisiyada da, məkanın daha çox dağıldıgını müşahidə 

edirik (1, s. 204-210). 

Təəssüf  ki,  şöhrəti  bütün  dünyaya  yayılmış  bu  məkana  qarşı  biganəlik  SSRİ-nin  bütün 

mövcudluğu  dövründə  davam  etmişdir.  Bunun  nəticəsində  sərdabə  tamamilə  dağılmışdır.  Yalnız 

müstəqillik 

illərində 

Naxçıvan 

Muxtar 


Respubilkası Ali Məclisi Sədrinin 28 iyun 2006-cı 

il  tarixli  “Nuh  Peyğəmbərin  məzarüstü  türbəsinin 

bərpa  edilməsi  haqqında”  sərəncamına  əsasən 

qədim  abidə  tarixi  mənbələr  nəzərə  alınmaqla 

bərpa  edilmişdir.  Zahiri  görkəmi  Əcəmi  ruhunda 

həll  olunmuş  səkkizgüşəli  türbə  üç  hissədən  – 

sərdabədən,  yerüstü  məqbərədən  və  konusvari 

örtükdən  ibarətdir.  Bərpa  zamanı  kərpiç,  kaşı  və 

müxtəlif naxış elementlərindən istifadə edilmişdir. 

2008-ci  ildən  həmin  türbə  muzey  kimi  fəaliyyət 

göstərir (2, s. 287-294; 4, s. 43). 

 

Bu  gün  zaman-zaman  xalqımıza  qarşı 



törədilən  erməni  təcavüzünə  dəlil  axtarılan  bir 

vaxtda  Bəhruz  bəy  Kəngərlinin  nəhayətsiz 

əhəmiyyətə malik  məşhur “Qaçqınlar” silsiləsi  ilə 

yanaşı onun 1920-ci ildə çəkdiyi “Naxçıvan. Sınıq 

minarəli  məscid”  (onu  “Zədələnmiş  minarəli 



 

 



məscid”də  adlandırırlar)  əsərinin  də  daşıdığı  danılmaz  və  ifşaedici  tarixiliyi  unutmaq  olmaz  (8,  s. 

226-227). Doğrudan da işıqlı havanın fonunda təqdim olunan məscidin təsviri cəlbedici və təsirlidir. 

Sulu  boya  ilə  çəkilmiş  əsər  ilk  növbədə  özünün  kompozisiya  həllinə  görə  diqqəti  cəkir.  Bunu 

məscidin  görkəminin    bütöv  yox,  onun  günbəzinin  və  minarəsinin  görüntüsünü  əsas  planda 

verməklə  diqqəti  həmin  nöqtələrə  yönəldir.    Başqa  sözlə  desək,  rəssamın  başlıca  məqsədi  əsərdə 

ifadə  olunan  erməni  xislətini-düşmən  topunun  məscidin  minarsində  qoyduğu  izi  göstərmək  olub. 

Odur  ki,  günəşli  səmanın  nur  ələdiyi  mavi  dağların  ətəklərində  qərarlaşan  şəhər  mənzərəsinin 

indikib  halda  dominantı  rolunu  oynayan  “yaralı”  məscid  minarəsi  kifayət  qədər  yadda  qalandır. 

Sulu  boyanın  bədii-texniki imkanlarına kifayət  qədər bələd olduğunu nümayiş  etdirən  Bəhruz bəy 

daha  çox  tarixi  tutum  daşıyan  bu  əsərində  həm  də    Naxçıvan  şəhər  mənzərəsinin 

özünımıxsusluğunu göstərməyə nail olmuşdur. 

 

Rəssam    həmin  məscidin  bir  il  əvvəl  çəkilmiş  təsvirində  onu  fərqli  rakursdan  baxmaqla,  dini 



tikilinin  qonşu  evlərin  arasından  yüksələn  zərif  minarəsinin  möhtəşəmliyini  göstərməklə,  əsərin 

baxımlılığını həll edə bilmişdir (3, s. 124; 5, s. 148). 

 

 

 



 

 

 



 

 

 



 

 

B.Kəngərli “Şəhər məscidi”1920 



B.Kəngərli “Naxçıvanda məscid”1919 


 

 



 

Bəhryz  bəy  Kəngərlinin  dəzgah  qrafikası  və  boyakarlığının  tələblərinə  cavab  verən  şəhər 

mənzərələrində fərdi özünəməxsusluq mövcuddur. Bu da rəssamın  gördüklərinə  fərqli  münsibətdə 

ifadə  olunub.  Başqa  sözlə  desək,  rəssam  bu  mənzərələri  təkcə  tamaşaçısını  duyğulandırmaq  üçün 

çəkməyib.  Heç  şübhəsiz  ki,  motivlərdə  asılı  olmayaraq  bu  əsərlər  görkəmli  sənətkarın  fırçasının 

məhsulu kimi  çox dəyərlidir. Odur ki,  onun gözoxşayan şəhər motivləri ilə  yanaşı,    Naxçıvandakı 

xarabalıqları-viranəlikləri əks etdirən əsərləridə maraq doğurur (5, s. 160-161). 

 

 



 

 

 



 

  

 



 

 

 



 

 

 



 

 

 



Rəssamın  “Atababa  günbəzi”  (1920,  “Naxçıvan  yadigarı”  albomunda),  “Əliabad  kəndində 

darvaza”  (1920,  “Naxçıvan  yadigarı”  albomunda),  “İmamzadə”    (1920,  “Naxçıvan  yadigarı” 

albomunda),  “İmamzadə  türbəsi”    (1919),  “Əliabad  kəndində  dağıdılmış  darvaza”  (1921), 

“Naxçıvanda sərdabə” (1920), “Türbə” (1919), “Naxçıvanda abidə” (1921), “Mənzərə” (1920) və s. 

əsərləri  də  görkəmli  fırça  ustasının  yaradıcılığında  mühüm  əhəmiyyət  kəsb  edən  tarixi-memarlıq 

abidələri içərisindədir (3, s. 160-161).  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



B.Kəngərli “Atababa günbəzi”1920 

B.Kəngərli “Əliabad kəndində  

dağıdılmış darvaza”1921 


 

 



Bəhruz bəy Kəngərlinin şəhər motivlərini əks etdirən mənzərələri içərisində Naxçıvanın əsas 

dini  ziyarətgahlarından  biri  olan  XVIII  əsr  Türk-islam  memarlıq  abidələrindən  İmamzadə 

kompleksi xüsusi yer tutur. Möminə xatın, Nuhun qəbri  kimi İmamzadə dini memarlıq kompleksini 

də, rəssam bir neçə dəfə bu kompleksə aid olan türbələri müxtəlif ölçü və texnikada, günün müxtəlif 

vaxtlarında, müxtəlif rakurslarda, gah etüd, gah da tamamlanmış şəkildə işləmişdir. Hər iki halda o, 

abidələrin ümumi  görünüşünü,  onların  dekorativ bəzək elementlərini  böyük ustalıqla  əks  etdirmiş, 

abidələrin  ətraf  mənzərə  ilə  əlaqəsini,  günün  müxtəlif  vaxtlarında  günəş  şüalarının  təsiri  ilə  rəng 

dəyişməsini  göstərməyə  çalışmışdır.  İmamzadə  türbəsini  bəzən  yaxından  kiçikb  detallarıə  ilı 

çəkdiyi halda, bəzən isə onu uzaqdan, ümumu planda. Qızmar Naxçıvan günəşinin sehirli rənglərinə 

bələnmiş vəziyyətdə təsvir etmişdir. 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Üü 

Belə  ki,  Bəhruz  bəy  Kəngərlinin  müxtəlif  texnika  və  üslubda  yaratdığı  bu  əsərlərdə 

Naxçıvan  təbiətinin  və  taraixinin  zamanın  yaddaşına  qovuşmuş  onlarla  bənzərsiz  guşəsinin  bədii 

görkəmi hifz olunaraq gələcək nəsillərə çatdırılır. 



 

 

 

 

 

B.Kəngərli “Məqbərə”1920 

B.Kəngərli “İmamzadə türbəsi”1919 


 

 



 

ƏDƏBİYYAT   

 

1.

 



Alıyev  N.    “Nuhun  türbəsi”Bəhruz  Kəngərlinin  yaradıcılığında.  AMEA  Naxçıvan 

Bölməsinin Xəbərləri. Naxçıvan: Tusi,  2006, № 3, s. 204-210.  

2.

 

 Alıyev  N.  Əcəmi  memarlıq  məktəbinin  daha  bir  yadigarı  –  Naxçıvanda  Nuh  turbəsi.  Nuh 



peyğəmbər,  dünya  tufanı  və  Naxçıvan  (24-25  aprel  2009-cu  ildə  keçirilmiş  beynəlxalq 

simpoziumun materiallları). Naxçıvan, “Əcəmi”  Nəşriyyat-Poliqrafiya  Birliyi,  2010, s.287-

294.   

3.

 



Bəhruz  Kəngərli,  Albom-kataliq.  Naxçıvan:  “Əcəmi”  Nəşriyyat-Poliqrafiya  Birliyi, 

2012,202 s. 

4.

 

Bəhruz Kəngərli. Bakı: Çaşıoğlu, 2005, 77 s. 



5.

 

Əliyev Z., Alıyev N. Bəhruuz bəy Kəngərli taleyi. Naxçıvan: “Əcəmi” Nəşriyyat-Poliqrafiya 



Birliyi, 2017, 512 s. 

6.

 



Kərimov K. Bəhruz Kəngərli. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1962,105 s. 

7.

 



 

Nахçıvаn Аbidələri Еnsiкlоpеdiyаsı, Bакаnlаr mеdiyа, Nахçıvаn, 2008,  s. 378-380. 

8.

 

Naxçıvan Ensiklopediyası. Bakı:  Azərbaycan Milli Elmlər Akademiyası, 2002, 594 s. 



9.

 

Nəcəfov M. Bəhruz Kəngərli. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1957, 59 s. 



 

 

  



  

 

Yüklə 61,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə