Əliyev Ziyadxan, Alıyev Nizami.
Bəhruz bəy Kəngərli taleyi. Naxçıvan, "Əcəmi"
Nəşriyyat-Poliqraiya Birliyi, 2017. 512 səh.
Kitab zəngin tarixə və bədii ənənələrə malik Azərbaycan təsviri sənətinin görkəmli
nümayəndəsi Bəhruz bəy Kəngərlinin (1892-1922) həyat və yaradıcılığına həsr olunub.
Azərbaycanın ilk professional təhsil alan rəssamlarından biri olan sənətkarın vəfatından sonra
fərdi sərgiləri təşkil olunmuş, haqqında kitablar yazılmış, kataloqlar çap olunmuşdur. Çox
təəssüf ki, aparılan tədqiqatlar həmin nəşrlərin demək olar ki, hamısının qüsurlu olduğunu üzə
çıxarmışdır. Elə rəssam haqqında yeni kitabın yazılmasını da bu səbəb şərtləndirmişdir. Bu
mənada “Bəhruz bəy Kəngərli taleyi” kitabında həmin səhvlər göstərilmiş, rəssam barəsində
əsl həqiqətlər qələmə alınmışdır. Müəllilər bu kitaba ensiklopedik tutum verməklə, orada
rəssam barəsində ən müxtəlif materialların toplanmasına nail olmuşlar. Kitabda Bəhruz bəy
Kəngərlinin məşhur əsərləri ilə yanaşı, sənətsevərlərə tanış olmayan rəngkarlıq və qraika
əsərlərinin reproduksiyaları da yer almışdır.
4700000000
053-2017
© “Əcəmi” 2017.
© Əliyev Z., Alıyev N., 2017
Elmi redaktor:
Musa Quliyev
tarix üzrə fəlsəfə doktoru
Samir Sadıqov
sənətşünaslıq üzrə fəlsəfə doktoru
Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Yaradıcı heyət: Arif Hüseynov (xalq rəssamı), Ağəli İbrahimov (xalq rəssamı),
Ülviyyə Həmzəyeva (əməkdar rəssam), Ziyadxan Əliyev (əməkdar
incəsənət xadimi), Nizami Alıyev (sənətşünas).
5
Arxiv
BƏHRUZ KƏNGƏRLİNİN ADININ
ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
NAXÇIVAN MUXTAR RESPUBLİKASI
ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
İyirminci əsr Azərbaycan rəsm sənətinin görkəmli nümayəndələrindən biri olan Bəhruz
Kəngərli realist portret və mənzərə rəsm yaradıcılığının əsasını qoymuşdur. Teatr rəssamlığı, qraika
və sair janrlarda əsərlər yaradan Bəhruz Kəngərli milli rəssamlığın inkişafında özünəməxsus rol
oynamışdır.
Bəhruz Kəngərli 30 il ömür yaşasa da, özündən sonra tematika rəngarəngliyi ilə seçilən
500-ə yaxın rəsm əsərlərindən ibarət zəngin irs qoyub getmiş, Azərbaycan bədii sənət xəzinəsinə
dəyərli nümunələr bəxş etmişdir. Rəssamın yaradıcılığından qırmızı xətlə keçən “Qaçqın uşaqlar”
portretlər seriyası 1918-1920-ci illər Azərbaycan mühitinin canlı salnaməsidir. Erməni zülmündən
baş götürüb qaçan, didərgin ömrü yaşayan insanları, erməni millətçilərinin törətdikləri qırğınları,
zərbaycanlıların indiki Ermənistan ərazisi adlandırılan tarixi torpaqlarından deportasiyasını
Bəhruz Kəngərli realist sənətçi müşahidəsi və fırçası ilə əks etdirmiş, millətin faciəsini gələcək
nəsillərə çatdıra bilmişdir.
Bəhruz Kəngərlinin yaşadığı dövrdə Naxçıvan şəhərində rəsm qal reyası və sərgi salonları
olmadığından böyük sənətkar yaratdığı əsərləri tamaşaçılar üçün öz mənzilində nümayiş etdirmək
məcburiyyətində qalırdı. Bu gün Bəhruz Kəngərlinin ədəbi irsi Azərbaycanın milli sərvəti kimi
qorunub saxlanılır və nümayiş etdirilir, Naxçıvan Muxtar R spublikasının Rəssamlar Birliyində
Bəhruz Kəngərli realist üslubunun və portret yaradıcılığının onlarca davamçıları fəaliyyət göstərir.
Rəssamın Naxçıvan şəhərindəki məzarüstü abidəsi və məzarının ətrafı da abadlaşdırılmışdır.
Muxtar respublika Rəssamlar Birliyinin 1972-ci ildən fəaliyyət göstərən Sərgi Salonu 2000-
ci ilin oktyabr ayında əsaslı təmir və yenidənqurma işlərindən sonra muxtar respublika rəssamlarının
yaradıcılıq imkanlarını və axtarış istiqamətlərini nümayiş etdirən mərkəzə çevrilmişdir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonu Bəhruz Kəngərli adına
Sərgi Salonu adlandırılsın.
2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı Bəhruz Kəngərlinin əsərlərindən
ibarət kitab-albomun hazırlanıb çap olunmasını təmin etsin.
3. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə tapşırılsın ki, Bəhruz
5