Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə1/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
  1   2   3   4   5   6   7   8   9   ...   73


 
 
Elmi redaktorlar: akademik Bəkir Nəbiyev 
prof. Mahir Naqib 
Rəyçilər: MEA-nın müxbir üzvü, prof. 
Azad Nəbiyev  
dr. Əbdüllətif Bəndəroğlu 
Qəzənfər Paşayev. Kərkük folklorunun janrları.  
Bakı: «Elm», 2003. - 320 s. 
ISBN 5-8066-1556-1 
Filologiya elmləri doktoru, professor Qəzənfər 
Paşayevin bu monoqrafiyasında Kərkük folkloru janr 
baxımından təsnif edilir, onun mərasim, epik, lirik novləri 
məzmun və poetik quruluşuna görə araşdırılır. 
 
 
 
 
 
 
 
  © Q.Paşayev, 2003.  
© «Elm» nəşriyyatı, 2003. 
ABİDƏ BİR ƏSƏR 
Türkiyə xaricindəki türk xalqlarına mənsub elm və 
fikir adamlarının Türk dünyası ilə bağlı çalışmalarının 
həcmi və  səviyyəsi danılmazdır.
1
  Hətta bəzi sahələrdə 
aparılan tədqiqatların dərinliyinə  nəzər salındıqda, onların 
Türkiyənin özündə belə bənzəri çətin tapılar. Ancaq 1990-
cı ilə  qədər siyasi azadlıqların olmamasını göz önünə 
gətirsək görərik ki, bu ölkələrdəki tədqiqatçıların çoxu 
əsərlərini içində yaşadığı siyasi rejimin ideologiyasına 
uyğun yaratmaq məcburiyyəti altında qalmışlar. Çünki  
isbatlamaq belə suç hesab olunurdu. Ancaq bunun az 
istisnaları da olmuşdur. Bu istisnalardan biri, bəlkə  də  ən 
önəmlisi dəyərli elm adamı Qəzənfər Paşayevin göstərdiyi 
xidmətlərdir. Q.Paşayev XX əsrin 60-70-ci illərində altı il 
İraqda bir rus firmasında ingilis dili üzrə mütərcim işlədiyi 
vaxt, gecəsini gundüzünə qataraq İraq türkləri barədə 
folklor materialları toplamış,  İraq türklərinin  şair, 
ədəbiyyatçı  və araşdırmaçıları ilə tanış olmuş, yazılı  və 
şifahi qaynaqlara nüfuz etmiş, çox zəngin bir kolleksiya

ilə  məmləkəti Azərbaycana dönmüşdü. Həmin tarixdən 
sonra bir ipligə inci dənələri düzən kimi, qiymətli 
kitablarını sıralamağa başlamışdır: 
 
 
 
1 Q.Paşayevin «İraq-Türkman folkloru» (İstanbul, 1998) kitabına yazdığım 
giriş  məqaləsini ixtisar və düzəlişlərlə burada verməyə ehtiyac duydum 
(Mahir Naqib). 
2 Elmi, bədii və tarixi əhəmiyyəti olan materialların müəyyən sistem üzrə 
toplanması. 
 


6 ________________________________________ 
 
1.
 
Kərkük bayatıları (Rəsul Rza ilə birlikdə), 1968 
2.
 
«Arzu-Qəmbər» dastanı, 1971 
3.
 
Kərkük mahnıları, 1973 
4.
 
İraq-Kərkük atalar sözləri, 1978 
5.
 
İraq-Kərkük bayatıları, 1984 
6.
 
Kərkük tapmacaları, 1984 
7.
 
Altı il Dəclə-Fərat sahillərində, 1985 
8.
 
Kərkük folkloru antologiyası, 1987 
9.
 
İraq-türkman folkloru, 1992 
Bu kitablar Quzey Azərbaycanda illər ərzində həm də 
siyasi rejimin ən sıx olduğu dönəmdə ənənəyə çevrilən bir 
cığır açmışdır. Kitabların azəri ziyalılarına təsiri özlüyündə 
bir tədqiqat mövzusudur. 
Hər oxumuş insanın kitabxanasında bu kitabların ən azı 
birinə rast gəlmək mümkündür. Bu kitablar haqqında 
yayınlanan tanıtma yazıları, təhlillər olduqca çoxdur. Ayrıca 
bu əsərlər, Azəri türkcəsiylə və rusca yayınlanmış bir çox 
kitabda qaynaq olaraq göstərilmişdir. Qısası, XX yüz-ilin 
Azərbaycanı İraq türkünü Qəzənfər Paşayevlə yenidən  kəşf 
etmişdir.   Əslində  Azərbaycan  ziyalısı  İraq türklərini 1959-
cu ildə bir təsadüf nəticəsində Kərkükü ziyarət edən azəri şair 
və ədəbiyyatçıları Rəsul Rza, Bəxtiyar Vahabzadə və Qasım 
Qasımzadə ilə tanımışdır. 
Ayrıca XX əsrin 60-cı illərində Bakıda yaşayan 
kərküklü Sinan Səidin də bu tanışlıqda böyük rolu 
olmuşdur. Amma onların heç birinin Q.Paşayevin 
çalışmaları qədər dərin iz buraxmadığı aydındır. 
Türkiyədə  İraq türkləri barədə kitab yazanların 
hamısının kərküklü olduğuna baxılarsa, Qəzənfər 
Paşayevin iki məsələdə müstəsna bir araşdırmaçı olduğu 
ortaya çixir: 
1.
 
Qəzənfər Paşayev  İraq xaricində,  İraq türklərinin 
folkloru barədə kitab nəşr edən və iraqlı olmayan ilk elm 
adamıdır. 
2.
 
Q.Paşayev İraq xaricində, İraq türklərinin folkloru 
                                                                                                          
7    ______________________________________               
mövzusunda doqquz kitab nəşr edən ilk və tək elm ada- 
mıdır. 
Azərbaycanlı araşdırmaçı prof. Əzizə  Cəfərzadənin 
dediyi kimi, Qəzənfər Paşayev ömrünü tam olaraq İraq-
türkman folkloruna həsr etmiş, ağır çalışmalar nəticəsində 
böyük başarılar qazanmışdır. Gerçəkdən də Q.Paşayevi bu 
milli amala təhrik edən elə güclü bir milli hiss olmalıydı 
ki, az bir zamanda bu qədər əsər ortaya qoya bilsin. Hələ 
1988-ci ildə  Bəxtiyar Vahabzadə Q.Paşayevə üz tutaraq 
yazmışdı: «Sən  İraqda 6 il rəsmi vəzifədə  işləyərkən, bu 
sahədə öz vəzifə borcunu yerinə yetirməklə də kifayətlənə 
bilərdin. Lakin içində  qımıldanan vətəndaşlıq hissi səni 
daha başqa bir borca səslədi. Bu səs damarlarında axan qan 
yaddaşının səsi idi. Sənin damarlarında dillənən səs, 
kərküklü qardaşlarının  əsrlərdən bəri qanlarında qoruyub 
saxladıqlan əcdadın - kökün səsi ilə həmahəng səsləndi və 
səni mənəvi borcunu ödəməyə çağırdı. Sən bu mənəvi 
vəzifəni şərəflə yerinə yetirdin».
1
 
Qəzənfər Paşayev  İraq türklərinin folkloranu qələmə 
alaraq tədqiq etməklə kifayətlənməmişdir. O, ailəsi ilə 
birlikdə  Kərkük folklorunu ömürlük yaşamaqda və 
yaşatmaqdadır. 
1991-ci ilin mart ayında Azərbaycana birinci 
ziyarətimdə ilk işim Q.Paşayevi aramaq olmuşdu.  İlk 
görüşdə biri-birimizə о qədər tez yaxmlaşdıq ki, sanki illər 
idi biri-birimizi taniyırdıq.  İlk diqqətini çəkən xüsusiyyət 
Kərkük folklorunun Paşayevin ailəsində də yaşamasıydı. О 
zaman yeddi yaşında olan oğlu Muradın Kərkük tap-
macalarını, sanamalar və çaşırtmalarını  əzbər bildiyini 
görüncə sevincdən göz yaşlarımı saxlaya bilməmişdim. 
Heyrətlə öz-özümdən sormuşdum: «Əcəba, bu gün 
Kərkükdə neçə türk uşağı Murad kimi bu tapmacaları 
əzbər bilir?»  
 
1Bəxtiyar Vahabzadə. О qədər uzaq, bu qədər yaxın. Bax: «Gəlin açıq 
danışaq» kitabı, Bakı, 1988, səh. 147-152



Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə