Bərabər hüquqlar və Qadınların İnsan Hüquqları Azərbaycanda gənc hüquqşünaslar üçün iki həftəlik qadınların insan hüquqları üzrə təlim kursu Bakı, Azərbaycan



Yüklə 13,24 Kb.
tarix26.03.2018
ölçüsü13,24 Kb.
#34214

Bərabər hüquqlar və Qadınların İnsan Hüquqları


Azərbaycanda gənc hüquqşünaslar üçün iki həftəlik qadınların insan hüquqları üzrə təlim kursu
Bakı, Azərbaycan

19-30 Noyabr 2007
İsveç Beynəlxalq İnkişaf Agentliyinin (SİDA )maliyyə dəstəyi ilə Raul Vollenberq İnsititutu (RWI) və Azərbaycan Gənc Hüquqşünaslar Birliyi tərəfindən təşkil olunur.
Tarix: 19-30 Noyabr 2007

Yer: Khazar Golden Beach Hotel (Mardakan qəsəbəsi, Bakı)


Böyük məmnuniyyətlə sizə “Bərabər hüquqlar və Qadınların İnsan Hüquqları ”mövzusunda gənc hüquqşünaslar üçün iki həftəlik qadınların insan hüquqları üzrə təlim kursunu təqdim edirik.
Kursun əhatə edəcəyi mövzular aşağıdakılardır;
- Beynəlxalq insan haqları hüququnda gender perspektivləri

  • Beynəlxalq insan haqları standartlarının inkişafı; hüquqi mexanizmlər, BMT sistemi, regional sistemlər and monitoring mexanizmləri

  • Mülki, siyasi, social, iqtisadi və mədəni hüquqlar

  • Bərabər hüquqlar, diskriminasiyanın qadağan olunması və xüsusi tədbirlər

  • Qadınlara qarşı zorakılığı qadağan edən konvenisya (CEDAW) və qadınların insan hüquqlarını təmin edən beynəxalq mexanizmlər

  • Gender/gender bərabırliyi, beynəlxalq insan haqları hüququnda gender perspektivləri və inkişafda gender baxışı

  • Yerli səviyyədə beynəlxalq insan haqları hüququ

- Human rights in the Azeri context: the issue of universality and cultural relativism

- İnsan haqları hüququnda regional sistemlərdə gender perspektivləri – Avropa İnsan Hüquqları Konvensiyası

- Qadınların siyasi və iqtisadi iştirakçılığı

- Cinsi və reproduktiv sağlamlıq

- Qadınlara qarşı zorakılıq

- Qadın və uşaqlar arasında insane alveri (trafficking)

- Qiz uşaqların hüquqları
İŞTIRAKÇILAR:
Bu təlim kursuna 25 nəfər gənc hüquqşünas dəvət olunacaqdır. Xüsusilə nəzərinizə çatdırırıq ki, bu təlim kursu tələbə hüquqşünaslar üçün deyil, praktik gənc hüquqşünaslar üçündür. Belə ki kursda dövlət və qeyri dövlət sektorunda çalışan praktik gənc hüquqşünaslar, missal üçün qadınların insane hüquqları ilə bağlı fəaliyyət göstərən dövlət qurumalrı və QHT-lər, həmçinin Parlament, Vəkillər Kollegiyası, aidiyyatı olan Nazirlik və Komitələr, akademik müəssisələr (tələbələr istisna olmaqla), hüquq şirkətləri və difər əlaqədar qurumların hüquqşünasları işitrak edə bilərlər.
İştirakçıların seçimi üçün namizaədlərdən CV və mitvasiya məktubu tələb olunacaqdır və seçim qərarı AGHB və RWİ tərəfindən veriləcəkdir. Gənder bərarəbliyi və gender iştirakçılığına fikir veriləcəkdir. Namizədlərin keçmiş iş təcrübəsi, təhsili və işlədiyi vəzifənin mövzuya uyğunluğuna (gələcəkdə biliklərin tətəbiqi imkanı üçün) seçim zamanı xüsusi diqqət veriləcəkdir. Həm qadınlar, həm də kişilər iştirak edə bilərlər. Kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaqdır.
KURSUN FORMATI:
Kursun aparıcıları qadınları insan hüquqları üzrə beynəlxalq, regional və milli səviyyədə ekspertlər olacaqlar. İştirakçılıq prinsipi, prezentasiyalar və diskussiyaların vəhdəti, interaktiv tədris metodları kurs müddətində həyata keçiriləcəkdir.
Proqramın praktiki tərəfi isə qadınların insan hüquqları üzrə işləyən təsisatlara təcrübə səfərlərində ibarət olacaqdır. Həmçinin kurs iştirakşıları qadınları insan hüquqları sahəsində Azərbaycanda vəziyyətin yaxşilaşdırılması istiqamətində fərdi fəaliyyət planı hazırlayacaqlar. İştirakçılar öz fəaliyyət planlarını sonradan prezentasiya etməyə şərait yaradılacaqdır. Faliyyət planları aşağıdakı mözvular üzrə qəbul ediləcəkdir:
1. Qadın və sağlamlıq (cinsi və reproduktiv sağlamlıq daxil olmaqla)

2. Qadınlar və siyasi iştirakşılıq

3. Qadınlara qarşı zorakılıq

4. Trafficking (insane alveri)



5. Bərabərliyin hüquqi çərçivəsi
Kurs iştirakçılarının nəqliyyat, qalmaq, yemək və digər xərcləri ödəniləcəkdir.
ÜNVAN:
Öz CV (tərcümeyi hal) və Motivasiya məktubunuzu (Bu kursda nə üçün iştirak etmək istəyinizi əsaslandıran məktub – 1 səhifə) birlikdə carı ilin Noyabr ayının 5-dək Nigar Abbasovaya (nigar.abbasova@gmail.com ) göndərməyinizi xahiş edirik. Noyabr ayının 10-dək yalnız kursa seçilmiş şəxslərlə əlaqə saxlanılacaqdır. AGHB indiyədək keçirdiyi İnsan Hüquqları üzrə Yay Məktəblərində iştirak etmiş şəxslər də bu kursa müraciət edə bilərlər.
Yüklə 13,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə