Bərdə rayonu üzrə turizm gəzinti Marşrutu



Yüklə 9,01 Kb.
tarix01.07.2018
ölçüsü9,01 Kb.

c:\users\rustem pc\documents\desktop\turizm ish\presentation1\slide1.jpg

Bərdə rayonu üzrə turizm gəzinti

Marşrutu
Turizm marşrutu 3 gün üçün nəzərdə tutulur. Turistlərin istəyindən asılı olaraq bələdçi (qida) və tərcüməçi xidmətidə (ingilis, rus dilləri) təşkil olunur (35-45 manat gündəlik). Maşın xidməti rayon ərazisində gün ərzində 20 manat 3 nəfər üçün, Yevlax və Mingəçevir rayonlarına 50 manat. Sifariş olarsa turistlərin sayından asılı olaraq avtobuslar təşkil olunur.

Turistlərin istəyinə görə otel və istirahət mərkəzlərində endirimlər (standart qiymətdən aşağı) rezervasiya olunur (otelin qiyməti əlavə ödənilir). Turistlərin istəyi ilə əyləncə proqramları təşkil olunur (konsert, sərgi, sənətkarlarla tanışlıq, folklor qrupu ilə tanışlıq və s. əlavə təşkil olunur).




Birinci gün
Bərdə rayonunun girişində qarşılanma (gələnlərin istəyinə əsasən oteldə yerləşdirmə).

Bərdə daxilində tarix və mədəniyyət abidələri və görməli yerlərlə tanışlıq (Heydər Əliyev Mərkəzi, Nüşabə parkı - Bayraq meydanı, Tarix-diyarşünaslıq muzeyi, Rəsm Qaleriyası)

Yerli mətbəx nümünələri ilə tanışlıq və nahar (günorta yeməyi).

Bərdə ilə tanışlığın davamı (Heydər Əliyev adına park bulvar ilə tanışlıq).

Otelə qayıdış və şam yeməyi.

İkinci gün
Səhər yeməyi

Bərdə qədim-tarixi abidələrlə tanışlıq. “Bərdə türbəsi-Nüşabə qalası-1322-ci il”, “İbrahim məscidi (İmamzadə- VII-IX əsrlər)” ilə tanışlıq. Nahar fasiləsi. Tarixi abidə olan Bərdə cümə məscidi(1905-ci il), Şortəpə nekropolu – antik dövr, “Bəhmən Mirzə” türbəsi (1880-ci il), Balabəyin evi (XIX əsr), Şirvanlı hamamı (XVIII-XIX əsrlər), Uğurbəyli məscidi – (XIX əsr), Seyid Yusif ağa ziyarətgahı.



Otelə qayıdış və şam yeməyi.


Üçüncü gün
Üçüncü gün oteldə səhər yeməyi. Tərtər çayı üzərində qədimi körpü (VII əsr), qayıqla gəzinti və yerli mətbəx nümünələri ilə tanışlıq (nahar). Oteldə istirahət və hazırlıq işlərinin aparılması. Günün ikinci yarısı Bakıya yola düşmək.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə