Bəxtiyar Tuncay Genetiklər tarixçilərin saxtakarlığını ifşa etdi: Çingiz xan monqol olmayıb, onun babaları Şərqə Qərbi Avrasiyadan köçmüşlər



Yüklə 133,97 Kb.
tarix23.01.2018
ölçüsü133,97 Kb.
#22292

Bəxtiyar Tuncay

Genetiklər tarixçilərin saxtakarlığını ifşa etdi: Çingiz xan monqol olmayıb, onun babaları Şərqə Qərbi Avrasiyadan köçmüşlər

Cənubi Koreyadan olan bir qrup genetika mütəxəssisinin 2016-cı ildə «PLOSone» jurnalında dərc etdikləri bir məqalə (Gavaachimed Lkhagvasuren, Heejin Shin, Si Eun Lee, Dashtseveg Tumen, Jae-Hyun Kim, Kyung-Yong Kim, Kijeong Kim, Ae Ja Park, Ho Woon Lee, Mi Jin Kim, Jaesung Choi, Jee-Hye Choi, Na Young Min, Kwang-Ho Lee., 2016) dünyada sözün əsil mənasında sensasiyaya səbəb olmuşdur. Belə ki, koreyalı mütəxəssilər Monqolustandan olan həmkarları ilə birlikdə Çingiz xanla eyni soydan olduğu dəqiq bilinən «monqol» (qara tatar) hökmdarlarının Monqolustanda yerləşən «Tavan-Tolqoy» məzarlığındakı qəbirlərini açmış, orada uyuyan beş skeletdən DNT nümunələri götürərək tədqiq etmişlər (Чингисхан был.., 2016).

Tədqiqatçılar Çingiz xanla qohumluğu sənədlərlə tam sübut edilən beş nəfərin həm Y-xromosomunu, həm mitoxondrial DNT-sini, həm də autosomlarını təknukleotidli polimorfizm (SNP) və mikrosatellitlər (STR) üzrə təhlil edərək, onlardan dördünün ana xətti ilə qohum olduqlarını, D4 mitoxondrial haploqrupunu daşıdıqlarını üzə çıxarmışlar. Beşinci şəxs isə ana xətti ilə onlardan ayrı olmuş və CZ haploqrupunu daşımıdır. Qeyd etmək lazımdır ki, həm D4, həm də CZ mitoxondrial haloqruplar Şərqi Asiya üçün xarakterikdir. Bu isə deməkdir ki, onların anaları mənşəcə yerli qızlar olmuşlar (Чингисхан был.., 2016).

Alimlərin araşdırmaları sonucu məlum olmuşdur ki, tədqiqata cəlb edilən beş nəfərin beşi də həm SNP, həm də STR profilləri üzrə eyni etnosun nümayəndəsidirlər və R1b haploqrupuna sahibdirlər. Onlardan ikisində R1b-M343, birində isə və R1b-M17 haploqrupu aşkar edilib. Bu haploqruplar Qərbi Avrasiya üçün xarakterikdir. Görünür, elə bu səbəbdəndir ki, tədqiq edilən skeletlərdə həm avropoid (ata), həm də monqoloid (ana) irqinin əlamətlərinə rast gəlinib. Koreyalı və Monqolustanlı genetiklərin əldə etdikləri nəticə Çingiz xanın guya C3c-M48 haploqrupuna sahib olduğu barədə Çin alimlərinin faktiki materiala əsaslanmayan ehtimalını təsdiq etməmişdir (Чингисхан был.., 2016; Сабитов Ж., 2016).

Maraqlıdır ki, dövrümüzədək Çingiz xanın nəslində olan onlarla xanın Avropa rəssamları tərəfindən çəkilmiş şəkli yetişmişdir. Bu şəkillərdə onların hamısı avropoid görünüşlüdür.



Хubilay xan və Marko Polo. Şəkildə Çingiz xanın nəvəsi olan Xubilayın avropoid görünüşlü olduğu görünür
Deməli, Çingiz xanın babaları indiki Monqolustan ərazisinə Qərbdən gəlmişlər. Konkret olaraq haradan gəldiklərini isə müxtəlif türk xalqlarının Çingiz xanın mənşəyi ilə bağlı çoxsaylı rəvayətlərindən öyrənmiş oluruq. Maraqlıdır ki, «Çingiznamə»də Çingiz xanın soykökü ilə bağlı hun əfsanələri ilə bütünlüklə üst-üstə düşən son dərəcə maraqlı bir süjet yer almaqdadır. N. Y. Biçurinin «Uyğurların mənşəyi» adlandırdığı həmin hun əfsanəsi Çin mənbələrində qeydə alınmışdır. Onun məzmunu belədir:

«Belə deyirlər ki, hun şanyuyunun (xaqanının) iki çox gözəl qızı dünyaya gəlir. Saray adamları onları tanrıça hesab edirlər. Şanyuy deyir:

-Mən bu qızları insan oğluna ərə verə bilmərərm. Mən onları Tanrıya verəcəyəm.

O, paytaxtında qəsr tikdirib, qızlarını ora yerləşdirir. Üç il sonra anaları qızları oradan götürmək istəsə də, şanyuyu etiraz edir, hələ vaxtı çatmadığını söyləyir. Bir il sonra isə qoca bir qurd qəsrin divarlarını gecə-gündüz demədən oymağa başlayır. Orada özünə yuva salır. Kiçik qız deyir:

-Atamız istəyir ki, bizi Tanrıya versin, indisə bir qurd gəlib. Ola bilsin ki, bu, xoşbəxtlik əlamətidir.

Qız elə o andaca qurdun yanına getmək istəyir. Böyük bacı qorxuya düşərək deyir:

-Bu ki, heyvandır, valideynlərimizi biabır etmə.

Kiçik qız qulaq asmır, qurdun yanına gedir, onynla yaşayır və ondan bir oğlan doğur. Onun nəsli çoxalır və dövlət qururlar. Elə buna görə də hunlar uzun-uzadı oxumağı sevir və qurd kimi ulayırlar» (Бичурин, 1950-1953, 1, s. 214-215).




Хubilay xan və Marko Polo. Bu şəkildə də Xubilayın avropoid görünüşlü olduğu diqqət çəkir

«Çingiznamə»dəki əfsanədə isə deyilir:

«Qədim zamanlarda Ağ dəniz sahillərində Malta şəhəri vardı. Bu şəhəri Altın xan idarə edirdi. Xanın arvadının adı Kurlevuç idi. Onların bir qızı oldu, adını Ulemlik qoydular. Qızı günəşdən və aydan gizlətmək üçün daş saray tikib onu orada saxladılar. Qız beləcə böyüdü. O, çox gözəl idi, güləndə qurumuş ağaclar göyərər, otsuz çöllər otla örtülərdi. Bir gün o, dayısından soruşdu: ”Bu saraydan başqa dünya varmı?” Dayısı cavab verdi: “Dünya bu sarayın çölündədir, orada dünyanı işıqlandıran ay və gün var.” Qız pəncərəni açıb günəşə baxdı və huşunu itirdi. O, günəş şüasından hamilə qəldı. Altın xanla arvadı bundan xəcalət çəkərək qızı qayığa qoyub onu Tün dənizə buraxdılar...» (İnan, 1934, s. 195)

Bu əfsanədə Ağ (Aralıq) və Tün (Qara) dənizlərinin adının çəkilməsi diqqəti çəkir. Gördüyümüz kimi, Çingiz xanın soyu ilə bağlı əfsanələr oun kökünü Ön Asiya ilə bağlı təqdim edir.

Maraqlıdır ki, bu əfsanənin başqa bir variantı Bakının Türkan kəndindən də toplanmışdır:

«Babam babasından, o da öz babasından, o da öz babasından eşidib, nəsildən nəslə ötürüblər ki, Qız qalasını Bakının birinci xanı özünün gözəl-göyçək qızını yad gözlərdən qorumaq üçün tikdirib. Deyilənə görə, qız o qədər göyçəkmiş ki, aya deyirmiş sən çıxma, mən çıxım, günə deyirmiş sən çıxma, mən çıxım. Qızı görən onun gözəlliyinə tab gətirməyib qəşş edərmiş. Odur ki, xalq arasında gözəlliyinə görə ona Maral deyərmişlər.

Maral böyüyüb, həddi-büluğa çatanda xan onu qisməti çıxana qədər naməhrəm gözündən uzaq tutmağa qərar verib və qalanı da bu məqsədlə tikdirib. Fikri qızı Rum şahının oğluna verməkmiş. Qız darıxmasın deyə, Bakı kəndlərindən abırlı-həyalı qırx incəbel qız seçib onun xidmətinə verirlər. Amma Maral qızlara deyir ki, tək qalıb zikr və dua etmək istəyir. Beləcə, hücrələrdən birinə çəkilib zikr etməyə başlayır. Allaha onu bu məhbəsdən qurtarması üçün gecə-gündüz dua edir. Günlərin birində, gecə vaxtı qalanın pəncərəsindən içəri bir işıq düşür. İşıq böyük bir canavara çevrilir. Qız bərk qorxur. Canavar dil açıb qıza deyir:


Xubilay xan və Marko Polo

-Qorxma, sən o qədər zikr və dua etdin ki, Allahın sənə rəhmi gəldi və məni göndərdi ki, səni bu məhbəsdən xilas edim. Min belimə, səni uzaq ellərə aparacağam.

Maral Allaha şükr edir və canavarın belinə minir. Canavar deyir:

-Boynumu bərk-bərk qucaqla ki, yıxılmayasan.

Qız o deyən kimi edir, onun boynunu bərk-bərk qucaqlayır. Qurd qızla birlikdə özünü dənizə atır və üzüb o biri sahilə keçir. Bundan sonra qızı görən olmur.

Qurdun Maralı qaçırdığını görən xidmətçi qızlar xanın qorxusundan Allaha dua edirlər ki, onları daşa döndərsin. Amma Allah onları daşa yox, qu quşlarına döndərir. Buyurur ki, Maralın dalınca uçsunlar və ona yenə də əvvəlki kimi xidmət etsinlər» (Tuncay B, 2013, c. 141-142).

Qoa-Maral (Alan-Qoa) ilə bağlı süjetdəki möcüzəli hamiləlik motivi türk əfsanələrində çox geniş yayılmış motivlərdəndir. Məsələn, eyni əfasənənin başqırd variantında hadisə Ağ dəniz (Aralıq dənizi) sahillərində yerləşən Makin (?) şəhərində, xanın gözəl qızı Kuləməlik-Kurklık ilə (qazaxlarda bu şahzadə Almalıkdır) baş verir, qız günəş şüalarından hamilə qalır. Əsəbiləşən xan onu günüş qayığa mindirərək Ağ dənizə buraxır.

Bu süjetə bənzər süjet qazaxlarda da var və həmin süjet arqun boyunun mənşəyi ilə bağlıdır. Analoji süjeti V. Radlov qırğızlarda da qeydə almışdır. O, Çingiz xanın doğulmasına həsr olunmuşdur. Qırğız variantında söhbət Altın bəyin yeraltı zindanda saxladığı gözəl qızı ilə bağlıdır. Xan zindandan qaçaraq gün üzünə çıxan qızına acıqlanır və onu öldürmək qərarına gəlir. Lakin xanın arvadı qızıl sandıq düzəltməyi əmr edir, qızı sandığa qoyub dənizə buraxır. Sandığı tapan bahadır Toktoqul-Mergen qızla evlənir və qız ona Şinqis (Çingiz) adlı oğul doğur.

Əfsanənin macar variantı da maraqlıdır. Burada söhbət İstanbul (Konstantinopol) imperatorunun qızından gedir. Onun adı qazax variantındakı ada (Almalık) bənzəyir – Allemali. Günəşin şüası onun otağına pəncərədən daxil olur və o, hamilə qalır. Bundan xəbər tutan atası qızını qulluqçuları ilə bir gəmiyə yığıb açıq dənizə buraxır. Külək gəmini macarların yaşadıqları Qafqaz dağlarına tərəf sürükləyir.



Çingiz xanın xristianlığı qəbul edən oğlu Cağatay xan xaç suyuna salınarkən. O da avropoid görünüşlüdür

Bənzər süjet Sibir türklərində də qeydə alınmışdır.

Maraqlıdır ki, rəvayətlərdə Çingiz xanın ulu əcdadlarından olan Börteçinonun (Bor Toğanın // Boz Toğanın) dənizi (Xəzəri) aşaraq bugünkü Monqolustan ərazisinə gəldiyi və burada məskunlaşdığı açıq şəkildə ifadə edilməkdədir. Burada o Qao Maral (Maral Qova) adlı qızla evlənmişdir (Jean-Paul, 2005, s. 310). Eyni rəvayətin başqa variantında isə Börteçinonun Qoa Maralla dənizin o biri tayında evləndikləri və dənizi birlikdə keçdikləri bildirilir.

Çingiz xan qıyat boyuna daxil olan Boz Toğan (boz şahin) soyunun bəy ailəsindən idi. Soy öz adını soyun onqonu olan boz doğandan (boz şahin quşundan) almaqda idi. Bu səbəbdən də Çingiz xanın, eləcə də mənsub olduğu soyun bayrağında boz doğan (boz şahin) rəsmi çəkilmişdi (Хара-Дабан, 1996, s. 127).

Qıyat boyuna gəlincə, “Xannamə”yə görə bu boy öz adını Kimeri xanın nəslindən, yəni kimmerlərdən olan Qıyat xanın adından almışdır. Məlumat üçün bildirək ki, bu boy bütün tarixi mənbələrdə türk boylarından biri kimi qeyd edilib. Qıyat xanın tarixçəsi dastanda belə anladılır:

«Kimerinin soylarından Qıyat xan adlı bir xan da var idi. O da Bənən şəhərindən idi. Ozqan xanın nəslindən olan digər böyük öz bək xanlarının zamanında bu şəhərdə gizlənmiş və səsini çıxarmamışdı. Aşbara xanın oğullarının vəziyyətini öyrənib, özünün də Kil xanın nəslindən olduğunu söyləyərək Turan üzərində haqq iddia etməyə başlamışdı. Bir ordu toplayaraq Toxmaş şəhəri üzərinə yürümüş və Aşbara xanın oğlu Arslan xanla qarşılaşmışdı.

Arslan ilə Qıyat xan arasında baş verən bu qarşıdurmada Arslan xan öldürülür. Qıyat xan Toxmaş şəhərini ələ keçirib, Turan hökmdarı qismində taxta oturur. Aşbara xanın ikinci oğlu yaratdığı qarışıqlıqlardan və etdiyi haqsızlıqlardan peşiman olaraq, Kerü Kırım (Xəzər) dənizinin sahilinə gələrək burada bir şəhər salır və yaşamağa başlayır. Bu səbəbdən də həmin şəhərə Əjdər xan (Həştərxan) deyirlər» (Tuncay, 2013, c. 145).

Qazaxıstanlı genetik J. Sabitov R1b-M343 haploqrupunu nəşr olunmuş bəzi gen bazaları ilə tutuşduraraq Çingiz xanın kötükcələrinin hazırda hansı bölgələrdə yaşadıqlarını və onların hansı millətə və ya millətlərə aid olduqlarını müəyyənləşdirməyə çalışmış və Çingiz xanın genlərini daşıyan 7 nəfəri müəyyən edə bilmişdir. Bunlardan biri hazırda Çukurovada yaşayan bir Anadolu türkü, ikisi özbək, biri dunsyan (Çinin Qansu vilayətində yaşayan monqollaşmış əski türk boyu), biri İvanovoda, biri isə Severdlovskda yaşayan iki nəfər rus və biri də Cənubi Uralda yaşayan bir nəfər çuvaş çıxmışdır.



Alim daha çox gen bazasını gösdən keçirdikdən sonra onun başqa kötükcələrini də üzə çıxarmışdır. Onların hamısı türk xalqlarının nümayəndələridir (Сабитов Ж., 2016):


Kit

Nation

Hg

393

390

19

391

385

439

389i

392

389ii

458

437

448

Y-GATA-H4

456

438

370477

Bashqort?

R1b-M73

13

22

14

11

13-17

13

13

13

30



















342871

Bashqort

R1b-M73

13

22

14

11

13-17

13

13

13

30

15

15

20

10

16

10

279702

Kazakh

R1b-M73

13

22

14

11

13-17

13

13

13

30



















370250

Kazakh

R1b-M73

13

22

14

11

13-17

13

13

13

30

15

15

20

10

15

10

313054

Tatar

R1b-M73

13

22

14

11

13-17

13

13

13

30

15

15

20

10

15

10

90127

Uzbek

R1b-M73

13

22

14

11

13-17

13

13

13

30

15

15

20










90126

Uzbek

R1b-M73

13

22

14

11

13-17

13

13

13

30

15

15

20

10

15

10

K1818

Kazakh

R1b-M73

13

22

14

10

13-17

13

13

14

30



















279134

Bashqort

R1b-M73

13

22

14

11

13-17

13

13

13

30



















K2181

Kazakh

R1b-M73

13

22

14

11

13-17

12

13

13

30



















90124

Uzbek

R1b-M73

13

22

14

11

13-17

12

13

13

30

15

15

20

10

15

10

90125

Uzbek

R1b-M73

13

22

14

11

13-17

12

13

13

30

15

15

20










MN0104




R1b-M343

13

22

14

11

13-17

12

13

13

30

15

15

20

10

15

10

 

J. Sabitovun təsbitinə görə, Çingiz xanın birbaşa kötükcəsi adlanmağa qazaxların kiçik jüzündən olan bir nəfər qazax və hazırda Tacikistanda yaşayan iki nəfər özbək ən yaxşı namizədlərdir. Özbəklərdən birinin genləri Çingiz xanın genləri ilə 17 STR markerinin hər biri üzrə tam üst-üstə düşür (Сабитов Ж., 2016).



 

Qaynaqça


  1. Gavaachimed Lkhagvasuren, Heejin Shin, Si Eun Lee, Dashtseveg Tumen, Jae-Hyun Kim, Kyung-Yong Kim, Kijeong Kim, Ae Ja Park, Ho Woon Lee, Mi Jin Kim, Jaesung Choi, Jee-Hye Choi, Na Young Min, Kwang-Ho Lee.  Molecular Genealogy of a Mongol Queen’s Family and Her Possible Kinship with Genghis Khan // «PLOSone», 14. 09. 2016.

  2. İnan A. Çingizname. Azerbaycan Yurt Bilgisi. Lll, 1934.

  3. Jean-Paul R. Orta Asyada kutsal bitkiler ve hayvanlar. İstanbul, 2005.

  4. Tuncay B. Etnoqonik miflər (ümumtürk mate­rial­ları əsasında). Bakı, “Nurlan”, 2013, 308 səh.

  5. Бичурин Н. Я. Собрание сведений о народах, обитавших в Средней Азии в древние времена. Т. 1-3, М.-Л., 1950-1953.

  6. Сабитов Ж. Гаплогруппа R1b-M343 и Чингиз-хан. Генофонд.рф, 21. 09. 2016.

  7. Хара-Дабан Э. Чингис хан как полководец и его наследие. На стыке континентов и цвилизаций… «Инсан», Москва, 1996, 767 с.

  8. Чингисхан был носителем западноевразийской гаплогруппы R1b-M343? // Генофонд.РФ. 15.09.2016.






Yüklə 133,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə