Bəxtiyar tuncay



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/149
tarix14.12.2017
ölçüsü5,01 Kb.
#15632
  1   2   3   4   5   6   7   8   9   ...   149


 

BƏXTIYAR TUNCAY 
 
 
             
 
 
 
ALBAN (QAFQAZ) TÜRKCƏSİ SÖZLÜYÜ 
 
I CİLD 
 
(A-X) 
 
 
 
BAKI 2012 
 
 
 


 

BƏXTIYAR TUNCAY 
 
 
 
 
 
 
 
 
 
ALBAN (QAFQAZ) TÜRKCƏSİ SÖZLÜYÜ 
 
 
I CİLD 
 
(A-X) 
 
 
 
 
 
 
Redaktor: Elman Cəfərli 
 
Korrektor: Züleyxa Şahverdizadə 
 
 
 
 
 
 
 
“Tuncay Şahverdisoy” Elektron Kitab Yayın Evi 
 
BAKI 2012 
 


 

ÖN SÖZ 
 
Sevgidəyər  oxucuların  nəzər-diqqətinə  təqdim  edilməkdə  olan  bu  Sözlük, 
müəyyən bir qismi “Qafqaz albanlarının dili və ədəbiyyatı”,   eləcə də rus dilində 
qələmə  aldığımız  “Письменное  наследие  Кавказских  албан”  (Qafqaz 
albanlarının  yazılı  irsi)  adlı  kitablarımızda  təqdim  edilmiş  çoxsaylı  alban  (qarqar-
qıpçaq)  mətnlərinin  leksik  tərkibini  əks  etdirməkdədir.  Bu  sırada  “Qriqori 
Hamamanın  “Alban  dilinin  qrammatikası”  əsərinin  dövrümüzədək  ulaşmış  bir 
fraqmentini  və  orada  işlənmiş  zəngin  “söz  baqajını”  da  yaddan  çıxarmamaq 
lazımdır  ki,  həmin  fraqmenti  “Qriqori  Hamama  və  onun  alban  (qarqar-qıpçaq) 
dilində  qələmə  aldığı  “Alban  dilinin  qrammatikası”  əsərindən  bir  fraqment”  adlı 
məqaləmizdə tam olaraq vermişik. 
Sözlüyə  hazırda  Avstriya,  Ermənistan,  İtaliya,  Polşa,  Rumıniya,  Rusiya  və 
Ukraynanın kitabxana və əlyazma fondlarında qorunub saxlanmaqda olan və ayrı-
ayrı  vaxtlarda  müxtəlif  tədqiqatçılar  tərəfindən  dərc  edilmiş  olan  albandilli 
mətnlərdə  rast  gəlinən  bütün  türk  mənşəli  söz  və  ifadələr  işləndikləri  şəkilçilərlə 
birlikdə daxil edilmişdır. 
“Alban türkcəsi Sözlüyü”: 
a) sözlərin düzgün işlənmə formalarını göstərməyi; 
b) onları ayrı-ayrı əlyazmalarda katiblərin səhvi üzündən ortaya çıxan qüsurlu 
analoqları ilə qarşılaşdırmağı; 
c)  hər  bir  kəlmənin  və  ya  onun  mənasının  işləndiyi  sahənin  hüdud  və 
çərçivəsini müəyyən etməyi; 
ç)  sözlərin  hansı  anlama  gəldiyini  və  hansı  tərkiblərdə  işləndiyini  müxtəlif 
yazılı qaynaqlardan götürülmüş sitat və ya məsəllərlə göstərməyi; 
d) sözlərin qrammatik izahına müəyyən yer verməyi öngörməkdədir. 
Qafqaz 
albanlarının 
dilində 
işlənmiş, 
ümumişlərlik 
qazanaraq 
“özünküləşdirilmiş” alınmalar, yəni suryani, orta fars, yunan, ərəb, yeni fars və s. 
mənşəli bütün sözlər Sözlüyə daxil edilib. Azərbaycandan kənarda yaşamş mühacir 
albanların  dilinə  sonrakı  əsrlərdə  keçmiş  çoxsaylı  Avropa,  xüsusən  də  slavyan 
mənşəli  sözlərin  də  bir  qismi  Sözlükdə  əksini  tapıb.  Bununla  belə,  əsas  məqsəd 
oxucuları  məhz  Azərbaycanda  və  ümumilikdə  Qafqaz  ərazisində  danışılmış  alban 
türkcəsi və onun leksik bazası barədə maksimum məlumatlandırmaqdır. 
Təqdim  edilən  Sözlük  filoloji  lüğət  mahiyyəti  daşıdığından  onun  vəzifəsi 
oxucunu  bəhs  edilən  əşya  və  hadisənin  özü  ilə  tanış  etmək  deyil,  sadəcə  sözün 
özünü anlamaq üçün yetərli olacaq bilgi verməkdən, yəni onun leksik mənasını izah 
etməkdən  ibarətdir.  Odur  ki,  bu  Sözlükdən  əşya  və  hadisələr  haqqında  tam  və 
əhatəli bilgi tələb etmək doğru olmaz, çünki bu tip bilgiləri vermək lüğətlərin deyil, 
ensiklopediyaların  funksiyasına  daxildir.  Bu  səbəbdən  də  sevgidəyər  oxucular 
Sözlükdə verilən sözlərin mənaları ilə tanış olarkən onların mümkün qədər qısa və 
yığcam  mənalarının  verildiyini  nəzərə  almalıdırlar.  Lakin  zəruri  hallarda  bəzi 
istisnalara da yol verilmişdir.  Məsələn; 
elçuraqal ism. (yun.) – yunan mifologiyasına görə nəfəs alarkən ağzından od 
püskürən,  aslan  başlı,  keçi  bədənli  və  əjdaha  quyruqlu  mifik  varlıq.  Başlarından 


 

birinin  aslan  başı,  ikincisinin  keçi,  üçüncüsünün  isə  əjdaha  başları  olan  üçbaşlı 
bədheybət kimi də təsvir edilir. Tifon və Exidnanın qzı olduğu söylənir. 
Eyni zamanda, zərurət yarandığı hallarda oxucuya geniş məlumat vermək üçün 
bəzi maddələrin sonunda xüsusi qeydlər edilmişdir. Məsələn; 
Ermenilik  // (-ninq, -kə, -ni, -tə, -tənbiz) x. ism. – Arameya, aramilər ölkəsi: 
Ulu  Ermeniliktənbiz,  xulları  ermeni  Apqar  xanınınq.  Biz  Böyük  Arameyadanıq 
(aramilər  ölkəsindənik),  arami  Abqar  xanın  nökərləriyik.  Eprades  barıyır 
Ermenilikkə,  Erzingan    ulusuna.  Fərat  çayı  Arameyaya  (aramilər  ölkəsinə), 
Ərzincan ulusuna varır. Ermenilik məmləkətinə yoxtur zaytun terəkləri havanınq 
sovuxluxu üçün. Soyuq iqlim səbəbindən Arameyada zeytun ağacları yoxdur. 
Qeyd:  Dyakonovun  yazdığına  görə,  tarixdə  “erməni”  adını  ilk  dəfə  aşşurlar 
(assuriyalılar,  assurlar)  işlətmişlər.  Onlar  bu  adla  aramiləri  adlandırırdılar. 
Aramilər  ölkəsinin  aşşur  (assur)  və  qədim  fars  dillərindəki  adı  isə  «Аrmana»  idi. 
Bu  adı  farslardan  əxz  edən  yunanlar,  onu  öz  dillərinə  uyğun  olaraq  «Аrmеniya» 
kimi  tələffüz  edirdilər  (Дьяконов  1985:  336).  Samidilli  xalq  olan  aramilərin  isə, 
məlum olduğu kimi, bu gün erməni kimi tanınan haylara heç bir aidiyyatı yoxdur. 
Alimin sözlərinə görə, hayların bu ölkəyə kütləvi köçündən sonra “erməni” adı eyni 
zamanda  onlara  da  şamil  edilməyə  başlandı.  Bu  gün  onları  məhz  qonşuları  belə 
adlandırırlar, onların özləri isə çox-çox əsrlər öncə olduğu kimi, bu gün də özlərinə 
“hay”  deyirlər  (Дьяконов  1983:  168-169).  Və  hazırda  bizim  «Ermənistan 
Respublikası»  (Avropa  dillərində  “Armeniya”)  kimi  tanıdığımız  ölkənin  tarixi 
Armeniyaya heç bir dəxli yoxdur, erməni-haylar “öz əski dövlətlərini” öz dillərində 
“Hayastan”  (haylar  ölkəsi)  adlandırdıqları  kimi,  bugünkü  “Ermənistan”a  da 
«Hayastan»  deyirlər.  Alban  yazılı  qaynaqlarında  haylar  ölkəsi  “Ermənilik” 
(Armeniya, Ermənistan) kimi deyil, məhz “Hayastan” kimi yad edilməkdədir. Bax:  
Hayastan 
Yuxarda  qeyd  edildiyi  kimi,  “Alban  türkcəsi  Sözlüyü”  indiyə  qədər  nəşr 
edilmiş  bütün  albandilli  mətnlərin,  ilk  növbədə  də  Qriqori  Hamama,  Mxitar  Qoş, 
Vardapet  Vanakan  (Vanağan),  Kirakos  (Giraqos)  Gəncəli,  Albaniya  katalikosu 
Nerses,  Yohannes  Sarğavaq  kimi  tanınmış  alban  mütəfəkkirlərinin  əsər  və 
moizələrinin,  eləcə  də  dövrümüzədək  alban  dilinə  tərcümədə  yetişmiş  dini 
kitabların bütün leksikasını əks etdirməyi nəzərdə tutur. Lakin bu heç də o demək 
deyil  ki,  heç  bir  söz  gözdən  qaçmamşdır.  Biz  bu  iddiada  deyilik,  çünki  böyük 
mütəxəssislər  qrupunun,  institutların  tərtib  etdiyi  ən  təkmil  lüğətlər  belə  qüsursuz 
deyillər  və  tam  kamil  sayıla  bilməzlər.  Bizim  təkbaşına  gerçəkləşdirməyə 
girişdiyimiz işdən də ideal kamillik  gözləmək, əlbəttə ki, böyük səhv olar. Çünki 
istənilən  dil  elə  böyük  və  zəngin  xəzinədir  ki,  onu  sınırlı  zaman  kəsimində  tam 
qavramaq  və  mənimsəmək  imkan  xaricindədir.  Hətta  elə  də  ola  bilər  ki,  mənasını 
tam qavraya bilmədiyimizdən bəzi söz və ifadələrin anlamı düzgün şərh edilməmiş 
olsun.  Bu  da  oxucularımızı  qane  və  təmin  etməsin.  Ümidvarıq  ki,  bu  tip 
yanlışlıqları  üzə  çıxaracaq  dostlarımız  üzərimizə  düşən  yükün  ağırlığını  və 
imkanlarımızın məhdudluğunu göz önündə tutaraq bizi qınamayacaqlar. 
 
SÖZLÜKDƏN İSTİFADƏ QAYDALARI 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə