BəxtiyarTuncay Kür-Araz mədəniyyəti tayfalarının hatlarla (hattilərlə) mədəni əlaqələri barədə



Yüklə 41,9 Kb.
tarix04.02.2018
ölçüsü41,9 Kb.
#23728
növüYazı

BəxtiyarTuncay

Kür-Araz mədəniyyəti tayfalarının hatlarla (hattilərlə) mədəni əlaqələri barədə



https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/98/hattic-language-rus.png/1024px-hattic-language-rus.png

Kür-Araz mədəniyyətinin yaranmasında yaxından iştirak etmiş türk boylarından danışarkən, onların hatlarla (hatti) mədəni əlaqəsindən də xüsusi söz açmaq lazımdır.

Qədim yazılı mənbələrdə, daha dəqiq desək, Akkad mixi kitabələrində (e.ə. 2350-2150-ci illər) Alacahöyük və ətraf ərazilər bu xalqın adı ilə «Hatti ölkəsi» kimi yad edilir. Həmin kitabələrdən belə aydın olur ki, Akkad hökmdarı Sarqonun dövründə akkadlarla hattilər arasında qızğın ticarət gedibmiş.

«Hatti ölkəsi»nin adına e.ə. 630–cu ilə aid Assur kitabələrində də rast gəlinməkdədir. Bu isə o deməkdir ki, həmin ad ən azı 1500 il aralıqsız olaraq işlənibmiş. Ölkənin hetlər (hithitlər) tərəfindən işğalından sonra da hat dilinin ayaqda qaldığı və hətta het dilinə bu dildən bir çox sözün keçdiyi məlumdur (Akurgal Ekrem., 2001).

Hatt dili haqqında bir neçə sözdən başqa heç nə məlum deyil. Bununla belə, E. Forrer (Forrer E., 1922), ardınca da onun yazdıqlarına istinadən E. Loreş (Laroche E., 1947), İ. Dunayevskaya (Дунаевская И. М., 1960; Дунаевская И. М., 1961; Дунаевская И. М., 1964) və A. Kammenbauher (Kammenhuber A) kimi bəzi dilçilər hat dilinin Qərbi Qafqaz dilləri, daha dəqiq desək, abxaz-adıq qrupu dilləri ilə qohum ola biləcəyi ehtimalını irəli sürmüş və bu ehtimal zamanla gerçək kimi qəbul edilməyə başlamışdır. Lakin əldə olan bəzi faktlar hat dili ilə türk dili arasında da ortaq nöqtələrin olduğunu göstərir. Dilçi alim İ. Məlikov yazır ki, Ön Asiyanın qədim dillərindən olan hat dilində tərtib edilən və eradan əvvəl III-II minilliklərdə qələmə alınan mətnlər ilk dəfə Qroznı və Forrer tərəfindən öyrənilmiş, daha sonra isə bu işi İohannes Fridrix, Laroş, Kemmenhuber, Dyakonov, Dunayevskaya və başqaları davam etdirmişlər. Sözügedən dilin leksik fondunda türkcə ilə ortaq olan bir sıra sözlərə təsadüf olunur ki, bu da həmin etnosların hələ Tunc dövründə Kiçik Asiya ərazisində cox yaxın ictimai-siyasi, mədəni və iqtisadi əlaqədə olduqlarını göstərir.

Alimin fikrincə, hat dili ilə türk dilinin əlaqəsi təsadüfi ola bilməzdi və bu, böyük ictimai-siyasi nüfuza malik iki dilin uzunmüddətli əlaqəsinin bəhrəsindən başqa bir şey deyildir. Bənzər hal türk dili ilə Ön Asiyanın başqa bir dili olmuş hett dili arasında da müşahidə edilir. Eradan əvvəl II minilliyə aid hett mixi yazı mətnlərində də bir çox türk sözünə rast gəlmək mümkündür.

İ. Məlikov fikrini əsaslandırmaq üçün aşağıdakı hat sözlərini misal çəkir:

«Kud. Xatt (hat – B. T.) dilində bu söz əksər hallarda "li-kud" və "li-kuddu" formasında işlədilib ki, mənası onun canı, onun ruhu deməkdir. Türk dilindəki can, həyat gücü, ruh mənalarını verən "qut" kəlməsi ilə üst-üstə düşür.

Takkıl. Tədqiqatçı Dunayevskaya bu sözün kökünün tullamaq, səpmək mənasını verən "kıl" kəlməsi olduğunu,"tak" hissəciyinin isə sözönü olduğunu ehtimal etmişdir. Kammenhuber isə haqlı olaraq göstərmişdir ki, bu sadə sözdür və "səpmək", "dağıtmaq" mənalarında işlənmişdir. Bu söz türk dilində dağılmaq, dağıtmaq və dənli bitki mənalarında işlənən "taxıl" sözü ilə paralellik təşkil edir.

Başqa bir paralel isə ana dilimizdəki "tik" sözünün verdiyi mənanı verən "tek" kəlməsidir. Acıq mənasını verən "aşaq" və görmək mənasında olan "kuru" sözləri də bu qəbildəndir.

Yeri gəlmişkən qeyd edək ki,eyni kəlməyə "kar" və "kur" formalarında şu- mer dilində də rast gəlinir» (Məlikov İ.,1989).

Alim het dilinə türk dilindən keçmiş «te» (de, demək,danışmaq), «tür» (dürmələmək), «atta» (ata) və «anna» (ana) kimi sözləri misal çəkir (Məlikov İ.,1989).



Qaynaqça


  1. Akurgal Ekrem. The Hattian and Hittite Civilizations; Publications of the Republic of Turkey; Ministry of Culture; 2001. 300 p.

  2. Forrer E. Die Inschriften und Sprachen des Hatti-Reiches. ZDMG. 1922, 1/2.

  3. Kammenhuber A. Hattisch. HOr. 1. Abt., Bd 2, 1-2. Abschn., Lief. 2 (с библиографией).

  4. Laroche E. Etudes «protohittites». JCL. 1, 1947.

  5. Məlikov İ. Xatt-Türk dil paralelləri. Azərbaycan filologiyası məsələləri.l. B.,1989.

  6. Дунаевская И. М. О структурном сходстве хаттского языка с языками северо-западного Кавказа //  Сборник в честь академика Н. А. Орбели.  М.-Л., 1960.

  7. Дунаевская И. М. Принципы структуры хаттского (протохеттского) глагола // Переднеазиатский сборник. М., 1961.

  8. Дунаевская И. М. Протохеттский именной суффикс косвенного дополнения. ВДИ, 1964, № 1.


Yüklə 41,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə