BəxtiyarTuncay Maykopdan Alacahöyükə mədəniyyət köçü: Prototürklərin dövlətçilik tarixinin daha bir unudulmuş səhifəsi



Yüklə 29,38 Kb.
tarix15.03.2018
ölçüsü29,38 Kb.
#31704

BəxtiyarTuncay

Maykopdan Alacahöyükə mədəniyyət köçü: Prototürklərin dövlətçilik tarixinin daha bir unudulmuş səhifəsi

alacahöyük müzesi fotoğraf galerisi (çorum, alaca)

Türkiyənin ən məşhur arxeoloji abidələrindən biri də Çorum şəhəri yaxınlığında yerləşən Alacahöyük qədim yaşayış məskəni və məzarlığıdır. Burada eneolit dövründən tutmuş hetlər (hititlər) dövrünə (e.ə. XIV əsr) qədər davamlı yaşayış yeri olmuşdur. Hələ 1835-ci ildə V. Hamilton tərəfindən kəşf edilmiş bu abidə kompleksinin hetlərəqədərki mədəni təbəqələrinin yerləşdiyi ərazi hetlərin qədim paytaxtı Hattuşanın xarabələrindən şimal-şərqdə yerləşər (Gorny Ronald L., 1997, pp. 549-557). Oradakı kurqanın qazıntısı zamanı ilk tunc dövrünə aid 13 xan (kral) məzarına və eyni dövrə aid şəhərə rast gəlinmişdir. Belə hesab edilir ki, şəhər Anadolunun avtoxton əhalisi olan hattlara (hattilərə) məxsus olmuşdur (Popko Maciej., 2000, pp. 445-448).

Ərazidə ilk qazıntıları 1907-ci ildə yunan əsilli Osmanlı arxeoloqu Teodor Makridi bəy aparmış (Theodor Makrid Bey, 1908), 1910-cu ildə isə alman arxeoloqlar orada, e.ə. III minilliyə aid xan (kral) məzarlarını və e.ə. II minilliyə aid qədim het şəhərinin qalıqlarını aşkar etmişlər. Buradakı kurqanları Maykop kurqanları ilə müqayisə edən T. Brays yazır ki, Alacahöyükdəki məzarların sahibləri bura Rusiyadan (Şimali Qafqazdan) köçən Maykop kurqanları mədəniyyətinin daşıyıcıları olmuşlar (Trevor Bryce., 2013, p. 21).

Alacahöyükdə qazıntılar bir də 1935-ci ildə türk arxeoloqlara Rəmzi Oğuz Arık və Hamit Koşay (Remzi Oguz Arik, 1937), 1936-cı ildən 1983-cü ilə qədər isə Hamit Koşay və Mahmut Akok tərəfindən davam etdirilmişdir (Hamit Z. Koşay and Mahmut Akok, 1947, pp. 152–157) Qazıntılar nəticəsində hetlərəqədərki təbəqədən, o cümlədən xan kurqanlarından çox sayda qiymətli material tapılmışdır ki, onlardan ən qədimləri e.ə. IV minilliyə aid edilir. Məzarlardan isə metal qablar, zərgərlik məmulatı, silah və təyinatı məlum olmayan, fəqət mütəxəssislər tərəfindən «günəş diskləri» adlandırılan abstrakt sənət əsərləri tapılmışdır. Bu əsərlərin böyük əksəriyyəti hazırda Ankaradakı Anadolu Mədəniyyətləri Muzeyində nümayiş etdirilir. Bu zəngin mədəniyyətə het işğallarının son qyduğu və qədim şəhərin onların işğalı nəticəsində dağıntılara məruz qaldığı məlumdur (Woolley Leonard, 1961).

Hazırda abidənin qazıntıları Aykut Çınaroğlu tərəfindən davam etdirilir.


eski tunç çağı mezarları fotoğraf galerisi (çorum, alacahöyük)
Alacahöyükdəki kral kurqanlarının qəbir kameraları
İlk tunc və het (hitit) dövrlərində zəngin sənət və inanc mərkəzlərindən biri olmuş Alacahöyükdə 4 mədəni təbəqə aşkar edilmişdir. Bunlardan ən qədimi eneolit dövrünə, daha dəqiq desək, e.ə. V minilliyə aiddir. Bu təbəqələrin təmsil etdiyi mədəniyyətlər üst üstə qalanaraq zamanla təpə halına gəlmişdir ki, bu təpənin bir qismi xan (kral) məzarlarının kurqan örtüyü ilə vahid şəkil almışdı. Abidə kompleksinin indiyə qədər qazılmış hissəsi ümumilikdə 277 m x 310 m ölçüsünə sahib bir ərazini əhatə edir. Onun ən üst və nisbətən «cavan» mədəni təbəqələri Friqiya və Hellen (qədim yunan) dövrlərinə aiddir (Çorum fotoqraf galerileri).

Q. Kavtaradzenin yazdığına görə, e.ə. III minilliyin ikinci yarısında Mərkəzi Anadolu və Şimali Qafqazın (Maykop mədəniyyəti) mədəniyyətlərinin xarakterik özəlliklərindən biri də «çar məzarları»nın (xan kurqanlarının) peyda olmasıdır ki, bu da ibtidai icma quruluşunun dağılmasından xəbər verir. Alim haqlı olaraq bildirir ki, Alacahöyük mədəniyyətinə xas «çar məzarları»nın Şimali Qafqazın maldar tayfalarının kurqan məzarları ilə bənzərliyi, bu məzarların əvvəlki dövrlərə aid məzarlardan, eləcə də ətraf bölgələrin abidələrindən fərqlənməsi «çar məzarları» mədəniyyətinin bölgəyə Şimali Qafqazdan gəldiyini söyləməyə əsas verir (Кавтарадзе Г. Л., 1975).

Q. Kavtaradze «Gürcüstanın eneolit və tunc dövrlərinin xronologiyasına dair» adlı başqa bir əsərində Alacahöyük mədəniyyətini Kür-Araz mədəniyyəti çərçivəsində dəyərləndirərək göstərir ki, e.ə. IV minilliyin ikinci və III minilliyin birinci yarılarında Ön Asiyaya da yayılan Kür-Araz mədəniyyətinin yerli variantlarına Anadolu, Qərbi İran, Suriya və Fələstin ərazilərində də rast gəlinmişdir. Bu mədəniyyət Şərqi Anadoluya özünün inkişaf mərhələsində hakim ola bilərdi. Belə görünür ki, Kür-Araz mədəniyyətinin daşıyıcıları Anadoluya xronoloji baxımından iki dalğa halında nüfuz etmişlər.
file:sundisk alacahoyuk.jpg
Alacahöyükdəki xan kurqanlarının birindən tapılmış təyinatı məlum olmayan abstrakt sənət əsəri
Alimin sözlərinə görə, erkən Kür-Araz mədəniyyətinin Anadoludakı izlərinə Ərzurumdakı Karaz, Gözəlova, Taşkun Mevkiyi, Təpəcik, Sakgöl və s. məntəqələrdə rast gəlinmişdir. Bu mədəniyyətin Anadoluda əsaslı şəkildə möhkəmlənməsi ikinci dalğa zamanı baş vermişdir.

Q. Kavtaradze deyilənlərə Alacahöyükdə tapılmış Kür-Araz keramikasını misal çəkir və buna əsaslanaraq yazır ki, Alacahöyükdəki xan kurqanlarının yaşını e.ə. III minilliyin I yarısına aid etmək lazımdır (Кавтарадзе Г. Л., 1983).

Beləliklə, Alacahöyük mədəniyyətini Maykop mədəniyyətinin yerli variantı hesab etmək olar. Burada tapılmış xan kurqanları isə e.ə. III minilliyin ikinci yarısında mövcud olmuş dövlətçilik ənənələrindən xəbər verir.
küp fotoğraf galerisi (çorum, alacahöyük)
Alacahöyükdə aşkar edilmiş şərab küpü
Qeyd edək ki, Arslantəpədəki hökmdar məzarından fərqli olaraq Alacahöyükdəki xan kurqanlarında ölülər eynən Böyük Maykop kurqanında olduğu kimi sağ böyrləri üstə basdırılmışdılar ki, bu da onların R1a haploqrupunun daşıyıcıları, yəni protoqıpçaq-bulqar olduqlarını söyləməyə imkan verir.

Məlumat üçün bildirək ki, hetlər həm Alacahöyükdə, həm də Arslantəpədə prototürk mədəniyyətini məhv etmiş, fəqət təqribən e.ə. I minillikdə kumanlar Arslantəpəni, qaşqaylar (kaşkalar) isə Alacahöyükü het işğalından azad etmiş və türk hakimiyyətini bərpa etmişdilər.


Qaynaqça


  1. Çorum fotoqraf galerileri (http://salihsaydam.com/corum_tr.html).

  2. Hamit Z. Koşay and Mahmut Akok, The Pottery of Alaca Höyük, American Journal of Archaeology, vol. 51, no. 2, pp. 152–157, 1947.

  3. Gorny Ronald L. Zippalanda and Ankuwa: The Geography of Central Anatolia in the Second Millennium B. C. // Journal of the American Oriental Society. Vol. 117, no. 3, 1997, pp. 549-557.

  4. Popko Maciej. Zippalanda and Ankuwa Once More // Journal of the American Oriental Society. Vol. 120, no. 3, 2000, pp. 445-448.

  5. Remzi Oguz Arik. Les Fouilles d'Alaca Höyük: Entreprises par la société d'histoire turque. Rapport preliminaire sur les travaux en 1935, Publications de la Société Turque, 1937

  6. Theodor Makrid Bey. La porte des sphinx a Euyuk Fouilles du Musee Imperial Ottoman, Mitteilungen der Vorderasiatisch-Agyp-tischen Gesellschaft, vol. 13, 1908.

  7. Trevor Bryce. The Routledge Handbook of the Peoples and Places of Ancient Western Asia: The Near East from the Early Bronze Age to the Fall of the Persian Empire. Routledge, 2013.

  8. Woolley Leonard. The Art of The Middle East, including Persia, Mesopotamia and Palestine. New York: Crown Publishers. 1961.

  9. Кавтарадзе Г. Л. К вопросу о взаимоотношении раннебронзовых культур Центральной Анатопии и Северного Кавказа // Всесоюзная научная конференция: Античные, византийские и местные традиции в странах восточного Черноморья. Май, 1975 г. Тезисы докладов, Тбилиси, 1975.

  10. Кавтарадзе Г. Л. К хронологии эпохи энеолита и бронзы Грузии. Издательство «Мецниереба», Тбилиси, 1983.




Yüklə 29,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə