“BƏYƏNİLMİŞDİR” “TƏSDİq ediRƏM”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix18.05.2018
ölçüsü0,65 Mb.
#44903
  1   2   3   4   5   6   7   8   9   ...   25


AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ 

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ 

 

        



“BƏYƏNİLMİŞDİR”                                    “TƏSDİQ EDİRƏM” 

Azərbaycan Tibb Universitetinin                  Azərbaycan Tibb Universitetinin 

Tədris-metodik və innovasiya                     Mərkəzi Metodik Komissiyasının 

             şöbəsinin müdiri                                                  sədri 



      prof.A.İ.QURBANOV                                ə.e.x., prof.S.C.ƏLİYEV 

  ______________________                          _______________________ 

    

               15.09.2015-ci il 

Protokol № ________________ 

 

 

ANALİTİK KIMYA 



fənni üzrə 

 

P R O Q R A M 

 

 

 



 

 

 



 

BAKI – 2016 


 

 



 

 

İPF-B07 

Analitik kimya üzrə tədris proqramı 

050806-Əczaçılıq



 

 

Azərbaycan Tibb Universitetinin ümumi və 

toksikoloji-kimya kafedrasının müdiri, prof. Q.B.İskəndərovun 

redaktəsi ilə kafedranın əməkdaşı baş müəllim İsmayılova Ş.Y. 

tərəfındən hazırlanmışdır. 

 

 



 

 

 



       Rəy verənlər:          1. Prof. Mövsümov İ.S., Azərbaycan Tibb      

                                            Universitetinin Əczaçılıq kimyası kafedrası.                                       

       2. Prof. Çıraqov F.M., Bakı Dövlət Universitetinin  

           Analitik kimya kafedrası. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

GİRİŞ 


 

 

 Azərbaycan  Tibb  Universitetində  fəaliyyət  göstərən  əczaçılıq  fakültəsinin 

tələbələri üçün əsas tədris fənnlərindən biri analitik kimyadır. Həmin fakültənin 

II  kurs  tələbələri  tədris  ili  ərzində  mövcud  tədris  planı  üzrə  32  saat  mühazirə 

materialını dinləyir və 133 saat laboratoriya məşğələ dərsi keçirlər. 

      Suveren  və  müstəqil  respublikamızda  dərin  nəzəri  biliyə  və  əməli  vərdişə 

malik  gənc  mütəxəssislərin  yüksək  səviyyədə  hazırlanması  məsələsinə  təlabat 

gündən-günə artır. Əczaçılıq təhsili sistemində  fundamental kimya fənnlərindən 

biri  kimi  analitik  kimyanın  müstəsna  əhəmiyyəti  vardır.  Gələcəkdə  ixtisas 

əczaçılıq  fənnlərinin  (əczaçılıq  kimyası,  toksikoloji-kimya,  əczaçılıq  texno-

logiyası,  farmakoqnoziya)  tələbələr  tərəfindən  yaxşı  mənimsənilməsi  analitik 

kimyanın tədrisinin səviyyəsindən də asılıdır. 

Fundamental fənn kimi analitik kimyanın əsas məqsədi tələbələrdə kimyəvi 

analizin nəzəri əsasları haqqında bilik və təcrübi vərdişlər aşılamaqdır. Proqram 

aşağıdakı bölmələrdən ibarətdir:  

1. Giriş. 

2. Analitik kimyanın nəzəri əsasları. 

3. Analiz üsulları (vəsfi və miqdari analiz). 

4. İnstrumental analiz üsulları. 

5. Mühazirə və qrup məşğələsinin təqvim-mövzu planı. 

6. Təklif olunan ədəbiyyat. 

 

Analitik  kimyanın  ümumi  nəzəri  əsasları  mühazirə  materialında  öz  əksini  tapır. 



Kimyəvi  analiz  üsullarının  nəzəri  əsasları  protolitik  nəzəriyyə  nöqteyi-nəzərin- 

dən  izah  olunmalıdır.  Kütlələrin  təsiri  qanunu  və  bunun  əsasında  izah  olunan 

digər  qanunlar,  riyazi  ifadələr,  düsturlar  və  s.  tələbələrə  elə  şəkildə  çatdırıl-

malıdır  ki,  bu  tələbələrdə  maddənin  analitik  xassəsini  nəzərə  almaqla  müvafiq 

analiz üsulu seçmək üçün möhkəm nəzəri bilik yaratsın və maddəni aşkar etmək, 

eynilik və miqdarını müəyyən etmək üçün qəti addım atmağa zəmin yaratsın. 

Vəsfi  kimyəvi  analiz  üzrə  qrup  məşğələsində  ionların  daha  vacib  analitik 

reaksiyalarını öyrənmək və qarışığın fərdi və ardıcıl (sistematik) analiz üsullarını 

yerinə  yetirmək  tövsiyə  olunur.  Kationların  ardıcıl  analizi  yalnız  hər  hansı  bir 



 

qrup kationlarını əhatə etməklə turşuəsasi təsnifat əsasında aparılır. 



Anionlara  aid  vəsfi  reaksiyalar  və  analizin  gedişi  barium  və  gümüş  duzlarının 

təsirinə əsaslanan təsnifata görə  aparılır. Qrup məşğələsi hər bir tələbənin fərdi olaraq 

analiz  üsullarını  yerinə  yetirməyə  imkan  verir.Nəzəri  bilikləri  və  praktiki  vərdişləri 

daha  da  möhkəmlətmək  üçün  qrup  məşğələsində  müvafiq  bölməyə  aid  tələbələr 

məsələ həll edirlər. Bu fərdi yazılı yoxlama işi şəklində aparıla bilər.Vəsfi analiz üzrə 3 

dəfə  sorğu  nəzərdə  tutulur.  Semestrin  sonunda  tələbələrin  bilik  səviyyələri  məqbulla 

yekunlaşdırılır. 

Miqdari kimyəvi analiz üzrə qrup məşğələsi əsasən qravimetriya və titrimetriya 

analiz  üsullarını  əhatə  edir.  Tələbələr  sərbəst  olaraq  titrli  məhlul  hazırlamalı  və 

standartlaşdırmalıdır.  Analizdə tətbiq edilən  məlum titrləmə və təyinat üsulu istifadə 

etməklə bu və ya digər maddənin analizini aparır və nəticə hesablanır. Eksperimental iş 

əvvəlcədən  tərtib  edilmiş  plan  üzrə  һəг  bir  tələbəyə  fərdi  olaraq  tapşırıla  bilər.  IV 

semestrdə  tələbələrin  qrup  məşğələsində  müvafiq  bölmələrə  aid  məsələ  həll  etmələri 

nəzərdə tutulur. Bu, III semestrdə olduğu kimi  yazılı  yoxlama işi  şəklində də aparıla 

bilər.  IV  semestrdə  3  dəfə  sorğu  nəzərdə  tutulur.  Qrup  məşğələsinin  bu  cür  təşkil 

edilməsi  tələbələrin  sərbəst  iş  aparma  və  mühazirə  materialını  mənimsəmə 

qabiliyyətini daha da artırır. 

Proqramda  IV  bölmə  instrumental  analiz  üsullarına  həsr  edilmişdir.  Burada 

əczaçılıq  analizi  təcrübəsində  geniş  tətbiq    edilən  fiziki-kimyəvi  analiz  üsullarının 

nəzəri əsasları öz əksini tapmışdır. Əczaçılıq fakültəsinin də yeni islahata müvafiq çox 

pilləli təhsil sisteminə keçidi ilə əlaqədar olaraq (4 illik təhsil) əczaçı-bakalavr pilləsi 

üçün  instrumental  analiz  bölməsi  üzə  təqvim  mövzu  plana  təcrübi  iş  daxil 

edilməmişdir. Müvafiq avadanlığın məhdud sayda olması da buna imkan vermir. Bu 

sahədə təcrübi iş sayca az olan magistrantlar üçün nəzərdə tutulur. 

Mühazirələr  üzrə  təqvim  mövzu  planında  instrumental  analiz  üsullarının 

hamısı öz əksini tapmışdır. 

  Fənnin məqsədi: Əczaçılıq təhsil sistemində fundamental kimya fənnlərindən 

biri  kimi  tələbələrdə  kimyəvi  analizin  nəzəri  əsasları  haqqında  bilik  və  əməli 

vərdişlər  aşılamaqdır.  Digər  tərəfdən  gələcəkdə  ixtisas  əczaçılıq  fənnlərinin  – 

əczaçılıq kimyasının, toksikoloji kimyanın, farmakoqnoziyanın, əczaçılıq texnolo-




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə