Beynəlxalq gs1 sistemində avtomatik identifikasiya sahəsində



Yüklə 55,75 Kb.
tarix01.11.2017
ölçüsü55,75 Kb.
#7950

Beynəlxalq GS1 sistemində avtomatik identifikasiya sahəsində

xidmətlərin göstərilməsi haqqında

təklif (oferta) elanı
qüvvəyə minib 11.05. 2017

Bakı şəhəri
«QS1 Azərbaycan» Cəmiyyəti (bundan sonra Cəmiyyət adlanan) mühüm və zəruri adlandırılmış şərtləri açıqlayan Beynəlxalq GS1 sisteminin İstifadəçisinə (bundan sonra İstifadəçi adlanan) Xidmətlərin Qiymətləri Cədvəlində (Əlavə 1) qeyd olunan unikal GS1 əmtəə identifikasiya nömrələrinin verilməsi və avtomatik identifikasiya sistemində xidmətlərin göstərilməsi haqqında oferta (müqavilə bağlamaq təklifi) elan edir və www.gs1az.org internet saytda yerləşdirilir.
1. Cəmiyyət aşağıdakıları öz öhdəsinə ğötürür:

1.1. İstifadəçinin Beynəlxalq GS1 Əmtəə Nömrələməsi sistemində unikal identifikasiya nömrəsi – İstifadəçinin Qlobal Prefiksi (GCP) ilə daxil olumnasını və müddətli qüvvədə saxlanmasını təmin edir.

1.2. İstifadəçi tərəfindən təqdim edilən Məhsulların məlumat cədvəlinə əsasən əmtəə məhsullarının hər növü üçün Beynəlxalq GS1 əmtəə nömrələməsi sistemində unikal ştrixli kodun rəqəmli əhəmiyyətini ayırır.

1.2.1. Bir ay ərzində İstifadəçi tərəfindən sifariş olunan 15 növədək əmtəə məhsullarına ştrixli kod nömrələri pulsuz verilir.

1.2.2. Əgər ay ərzində İstifadəçi tərəfindən 15-dən artıq əmtəə üçün ştrixli kod sifariş olunsa, onda İstifadəçi alınan hər bir 15-dən artıq ştrixli kod nömrəsinə görə Xidmətlərin Qiymətləri Cədvəlində göstərilən məbləği Cəmiyyətə ödəyir.

1.3. İstifadəçiyə ayrılan nömrələrin unikal və təkrarolunmazlığına təminat verir.

1.4. İstifadəçiyə ayrılan ştrixli kod nömrələrini başqa istifadəçilərə vermir.

1.5. İstifadəçinin əmtəə məhsullarına alınan ştrixli kodları «QS1 Azərbaycan» Depozitarisinə (kompüter məlumat bazasına) daxil edir.

1.6. İstifadəçiyə Beynəlxalq qlobal GS1 sistemində Məlumatların Elektron Mübadiləsində istifadə olunan Qlobal Yerləşdirmə Nömrəsi (GLN) verilir.

1.7. İstifadəçiyə Beynəlxalq GS1 Əmtəə Nömrələməsi sistemində unikal identifikasiya nömrəsi – İstifadəçinin Qlobal Prefiksi (GCP) və Qlobal Yerləşdirmə Nömrəsi (GLN) nömrələrilə qeydiyyata alınmasını təsdiq edən Şəhadətnamə verilir.

1.8. İstifadəçi haqqında İnternetdə GS1 sisteminin «GEPIR» Beynəlxalq Elektron kataloqunda məlumatı yerləşdirir.

1.9. Ştrixli kodlaşdırmanın istehsalatda tətbiq və istifadə edilməsində metodiki və konsultativ yardım göstərir, informasiya daşıyan çap nəşrləri (qazet, təqvim, bülletenlər, vərəqələq və s.) təqdim edir.

1.10. İstifadəçinin hər növ əmtəələrin üzərində ştrixkodun düzgün vurulmasında, o cümlədən, ölçülərinin, rəng palitrasının və yerinin seçilməsində konsultativ xarakterli köməklik edir.

1.11. Cəmiyyət öz hesabına alınan materiallara İstifadəçinin sifarişi ilə Xidmətlərin Qiymətləri Cədvəlində göstərilən məbləğin ödənilməsi şərtli ilə əmtəə məhsullarının hər növü üçün ştrixkod simvolun maketinin (film-master) plyonkada və diskdə tələb olunan ölçülərdə hazırlanması xidmətlərini göstərə bilər.

1.12. İstifadəçi tərəfindən tam doldurulmuş və imzalanmış Məhsulların məlumat cədvəli Cəmiyyətə təqdim ediləndən 3 (üç) iş günü ərzində emal olunur və İstifadəçiyə Cəmiyyətin ofisində müvafiq formada Çıxarış verilir və ya Çıxarış faks və ya E-mail vasitəsilə İstifadəçinin ünvanına göndərilir və yaxud İstifadəçinin Şəxsi Kabinetində təsdiqlənir.

1.13. Təcili sifariş olduğu halda Çıxarış 1 iş günü ərzində emal olunur (müraciət günü ərzində) və Xidmətlərin Qiymətləri Cədvəlində göstərilən məbləq ödənilir.




2. İstifadəçi aşağıdakıları öz öhdəsinə götürür:

2.1. Cəmiyyət tərəfindən müəyyən olunmuş sənədlərin toplusunu və doldurulmuş Ərizə (Əlavə 2) formasını təqdim edir.

2.2. Ştrixli kod nömrəsini almaq üçün Cəmiyyətə hər növ əmtəə haqqında müəyyən edilmiş formada məlumat verir.

2.3. Ayrılan ştrixli kod nömrələrini başqa müəssisələrə və ya şəxslərə vermir.

2.4. Cəmiyyət tərəfindən müəyyən edilmiş əmtəələrin unikal ştrixli kodları başqa əmtəələrdə istifadə etmir.

2.5. Əmtəələrə ştrixli kod nömrəsini özü verə bilməz.

2.6. Görülən xidmətlərə görə Cəmiyyətə razılaşmış məbləği vaxtında ödəyir.

2.7. Əmtəələrin GTİN identifikasiya nömrələrindən istifadə qaydaları ilə tanış olub və onlara riayət edir.



Əmtəələrin GTIN identifikasiya nömrələrindən istifadə QAYDALARI

1) Azərbaycan Respublikasının ərazisində GTIN identifikasiya nömrələrindən istifadəsinə ancaq “QS1 Azərbaycan” Cəmiyyətində qeydiyyatda olan GS1 sistemin İstifadəçiləri bu hüquqa malikdir.

2) GTIN və onlara uyğun ştrixli kodların istifadəsi “QS1 Azərbaycan” Cəmiyyətinin ştrixli kodların Depozitariyasında qeydiyyata alınan kodlar qanuni (leqal) sayılır.

3) Aşağıdakı hallarda əmtəə vahidinin GTIN identifikasiya nömrəsinin istifadəsi qeyri-qanunidir:

- başqa müəssisəyə aid GTIN-in özbaşına istifadəsi;

- GS1 sisteminin istifadəçiliyi ləğv olunmuş istehsalçının artıq ona aid olmayan GTIN-i öz məhsuluna vurmaqda davam etməsi;

- əmtəə vahidinin adı və/və ya qablaşdırmadakı etiketdə göstərilmiş “QS1 Azərbaycan” Cəmiyyətinin ştrixli kodların Depozitariyasında qeydiyyatdan keçmiş GTIN-ə uyğun istehlak xüsusiyyətləri, əmtəə-müşaiyət sənədində qeyd olunmuş məlumatlardan fərqlənirsə;

- əmtəənin vahid qablaşdırılmasının markalandığı ştrixli kod ilə qruplaşdırılmış qablaşdırma markalanırsa və /və ya əksinə.

- bir əmtəə vahidinə aid GTIN identifikasiya nömrəsi “QS1 Azərbaycan” Cəmiyyətinin Depozitariyasında geydiyyatdan keçməyən ştrixli kod başqa adda və/və ya istehlak xüsusiyyətində əmtəə vahidinə vurulubsa;

- əgər ştrixli kod müxtəlif səbəblərdən skaner vasitəsilə oxunmursa (onun etiketin üzərindəki yeri skanerlə oxunma üçün uyğun deyilsə, ölçüləri, rəng seçimləri, ştrixlərin və ştrixlərarası fon hissələrinin keyfiyyəti standartlar ilə müəyyənləşdirilmiş tələblərə uyğun deyilsə və s.).

4) GTIN identifikasiya nömrələrinin və onlara uyğun ştrixli kodların istifadəsinin nəzarəti “QS1 Azərbaycan” Cəmiyyəti tərəfindən həyata keçirilir.

5) Ticarət müəssisələri və nəqliyyat şirkətləri ştrixli kodla markalanmış əmtəə vahidlərini aldıqda, mal göndərəndən, əmtəənin identifikasiya nömrələrinin istifadəsinin qanunluğunu təsdiq edən sənədi təqdim etməsini tələb etmək hüququna malikdirlər. Qeyri-mümkünlük, qeyri-dəqiqlik hallarında və ya mal göndərən ticarət müəssisəsinin yuxarıda göstərilən sənədlərini təqdim etməkdən imtina etdikdə, topdan təchizat şirkətləri tədbir görülməsi üçün,” “QS1 Azərbaycan” Cəmiyyətini aşkar olunmuş qayda pozuntuları haqqında məlumatlandırmaq hüququna malikdirlər.

2.8. Öz məhsullarının üzərindəki çap olunan əmtəə ştrixkodların oxunma qabliyyətinə görə məsuliyyət daşıyır.

2.9. Verilən ştrixkod nömrələrinin istifadə hüququnun itirilməsi İstifadəçini xidmət haqqının ödənilməsindən azad etmir.

2.10. İstifadəçi illik xidmət haqqını vaxtında ödəyə bilmədikdə Cəmiyyətə 10 gün ərzində yazılı şəkildə məktubla məlumat verir. Məktubda xidmət haqqının vaxtında ödənilə bilməməsinin səbəbi və ödənişin zəmanəti öz əksini tapmalıdır.

2.11. İllik xidmət haqqının ödənilməməsi müddəti 3 (üç) aydan аrtıq keçmiş halda İstifadəçi verilən ştrixli kod nömrələrindən istifadə etməsi və öz mallarının etiketlərin üzərinə vurulması hüququnu itirir.

2.12. Müqavilə pozulan andan İstifadəçi istеhsal etdiyi məhsulların üzərində Cəmiyyət tərəfindən verilmiş ştrixkod nömrələrindən istifadəni dayandırılmalıdır. Əks halda müvafiq qanunvericiliyə əsasən istehsalçı özü məsuliyyət daşıyır.

2.13.İstifadəçi aksept etdiyi annan şərtləri qəbul etmiş sayılır və hər bir ildən sonra illik xidmət haqqının ödənilmə şərti ilə İstifadəçinin üzvlüyü 1 (Bir) il müddətinə uzadılmış hesab еdilir.

2.14. İllik xədmət haqqının ödənilməsi İstifadəçinin istehsalat fəaliyyətinin olub olmamasından asılı deyil.

2.15. İstifadəçiyə verilən əmtəə ştrixkodları Cəmiyyətin intellektual mülkiyyətidir. Оnlar İstifadəçiyə 1 (Bir) il müddətinə verilir və ayrı şəxslərə verilə bilməz.

2.16. Verilən ştrixkodların istifadə müddəti Cəmiyyət tərəfindən istifadəciyə təqdim olan hesabın ödənişindən sonra uzadılır.


3. Hesablaşma qaydaları:

3.1. Ştrixli kodlaşdırma sahəsində Cəmiyyət tərəfindən göstərilən xidmətlərin dəyəri Xidmətlərin Qiymət Cədvəli əsasında müəyyən edilir.

3.2. Ödənişlər İstifadəçiyə Cəmiyyət tərəfindən təqdim olunan hesaba əsasən keçirilir.

3.3 GS1 Əmtəə Nömrələməsi sistemində İstifadəçinin Qlobal Prefiksi GCP (Global Company Prefix, İng) və Qlobal Yerləşdirmə Nömrəsi GLN (Global Location Number, İng) identifikasiya nömrələrinin, Beynəlxalq GS1 sisteminin GEPIR (Global Elektron Party İnformation Registry, İng) Internet Elektron kataloqunda İstifadəçi və onun məhsulları haqqında məlumatın qüvvədə saxlanılması və əmtəə məhsullarına ayrılan ştrixli kodların «QS1 Azərbaycan» Depozitarisindən Çıxarışları Cəmiyyətin növbəti təqvim illərində xidmətlərin göstərilməsini təsdiqləyir.



4. Tərəflərin məsuliyyəti:

4.1. Tərəflər öz öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi səbəbdən digər Tərəfə faktiki dəymiş zərəri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödəyirlər.





«QS1 Azərbaycan» Cəmiyyəti

Bakı ş. Xaqani küç, 90A

VÖEN 1400106351
h/h AZ11IBAZ40060019449732602207

ABB Nəsimi filialı

VÖEN 9900001881

Kod 805614

m.h AZ03NABZ01350100000000002944

SWİFT – İBAZAZ2X
və ya
h/h AZ 69NICB00602111350001A40060

NIKOIL IKB

VÖEN 9900014901

Kod 507064

m.h AZ98NABZ01350100000000042944

SWİFT – NICBAZ22




Avtomatik identifikasiya sahəsində xidmətlərin görülməsi haqqında



Xidmətlərin Qiymətləri Cədvəli (Əlavə 1)

№№

Göstərilən xidmətlərin növü


Ödənişin təyinatı

Qiyməti, manat

1

Beynəlxalq GS1 sistemində İstifadəçinin Qlobal Prefiksi (GCP)

və Qlobal Yerləşdirmə Nömrəsi (GLN) - unikal identifikasiya nömrələri ilə qeydiyyata alınması



daxilolma haqqı

350,00

2

Beynəlxalq GS1 sistemində İstifadəçinin Qlobal Prefiksi (GCP)

və Qlobal Yerləşdirmə Nömrəsi (GLN) - unikal identifikasiya nömrələrinin illik qüvvədə saxlanması, 1 il müddət ərzində əmtəə məhsullarına ştrixkod nömrələrinin (GTİN) ayrılması və qüvvədə saxlanması, «GEPİR» Beynəlxalq еlektron kataloqunda məlumatların yerləşdirilməsi, informasiya bülletenlərinin və metodik materialların təqdim edilməsi



Bir illik xidmət haqqı

250,00



3

Hər əmtəənin ştrixli kod nömrəsinin rəqəmli əhəmiyyətinin tərtib edilməsi üçün (1 ayda 15-dən аrtıq olanda)




5,00

4

Ştrixkodun mətbəədə çapı üçün xüsusi maketin (film-master) hazırlanması – əmtəənin hər bir növü üçün




8,50

5

Mətbəədə çap olunan ştrixkodların verifikasiyası

(standartlara uyğunluğunun yoxlanması) – hər bir ştrixkod üçün






15,00

6

Əmtəə ştrixli kod nömrələrinin rəqəmli əhəmiyyətinin təcili tərtib edilməsi üçün (müraciət günü ərzində)




30,00

7

İstifadəçini Beynəlxalq GS1 Əmtəə Nömrələməsi sistemində qeydiyyata alınmasını təsdiq edən Şəhadətnamənin dublikatının hazırlanması




10,00


Qeyd: Qiymətlərə ƏDV daxil deyil.

Bu protokol hər iki tərəfin qarşılıqlı hesablaşmaları üçün əsas sayılır.
Yüklə 55,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə