Beynəlxalq iqtisadi münasibətlərin mahiyyəti və əsasları



Yüklə 244,82 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü244,82 Kb.
#68604


Beynəlxalq iqtisadi münasibətlərin mahiyyəti və əsasları. 

 

 

Beynəlxalq  iqtisadi  münasibətlər  dünya  ölkələri  arasında  ticarət,  kapital 

ixracı,  beynəlxalq  kredit,  iş  qüvvəsinin  miqrasiyası,  beynəlxalq  valyuta 

münasibətləri  və  elmi-texniki  əməkdaşlıq    nəticəsində  yaranan  iqtisadi 

münasibətlər  toplusudur.  BİM-beynəlxalq  əmək  bölgüsünə  əsaslanan  xüsusi 

fəaliyyət  sferasıdır.  BİM          özünün  praktiki    təzahürünü    ayrı-ayrı  ölkələr 

arasında  onları  təmsil  edən  müəssisələr,  firmalar  və  təşkilatların  məhsul  və 

xidmətlərinin beynəlxalq ticarətdə, elmi-texniki, investitsiya, maliyyə-valyuta və 

kredit,  informasiya  əlaqələrində  və  onlar  arasında  əmək  ehtiyatlarının 

yerdəyişməsində  göstərir.  BİM  obyektiv  olaraq  beynəlxalq  əmək  bölgüsündən, 

istehsalın,  elmin  beynəlxalq  ixtisaslaşmasından  və  təsərrüfat  həyatının 

beynəlmiləlləşməsindən  irəli  gəlir.  BİM  təşəkkül  tapması  və  inkişafı  ayrı-ayrı 

ölkələrin  iqtisqdiyyatlarının    qarşılıqlı  təsirinin  və  asılılığının  güclənməsi  ilə 

müəyyən olunur. Beynəlxalq əmək bölgüsünün dərinləşməsi və inkişafı, eləcədə 

BİM  –in  inkişafı  təbii  (  təbii,  coğrafi,  demoqrafik  və  s.)  və  əldə  olunmuş 

(istehsal,  texnoloji)  amillərdən,  həmçinin  sosial,  milli,  etnik,  siyasi  və  mənəvi-

hüquqi  şəraitdən  asılıdır.  BİM  qeyd  olunan  formaları  və  praktiki  istiqamətləri 

dünya təsərrüfatçılıq fəaliyyətinin bir sıra sferalarını əhatə edir: 

-beynəlxalq ticarəti; 

-istehsalın və elmi-texniki işlərin beynəlxalq ixtisaslaşması; 

-elmi-texniki informasiyanın mübadiləsi; 

-ölkələr arasında maliyyə-valyuta və kredit əlaqələrini

-kapitalın və iş qüvvəsinin hərəkətini; 

-beynəlxalq  iqtisadi  təşkilatların  fəaliyyəti,  qlobal  iqtisadi  problemlərin 

həllində təsərrüfatçılq əməkdaşlığı;                                                             

-beynəlxalq informasiya əlaqələrində, İnternetin rolunun formalaşması və 

artmasında,  kompyüter  vasitəsi  ilə  kommersiya  əməliyyatlarının  həyata 

keçirilməsində.   

BİM-in  perspektivləri,  imkanları,  onun  rolu,  əsas  istiqamətlərinin  və 

formalarının qarşılıqlı nisbətləri beynəlxalq əmək bölgüsünün inkişafı, daha da 

dərinləşməsi və daha yüksək tiplərinə keçməsi ilə müəyyən olunur. Beynəlxalq 

əmək  bölgüsünün  ümumi  tipi  sahələrarası  beynəlxalq  ticarəti  baş  verməsini 

müəyənləşdirir,  beləki,    burada  ayrı-ayrı  ölkələrin    əsasən  hasilat  və  emal 

sahələri  arasında  beynəlxalq  mübadilə  nəzərdə  tutulur.  Xüsusi  tipli  beynəlxalq 




əmək bölgüsü  ayrı-ayrı ölkələrin müxtəlif  istehsal sahələrinin və həmçinin sahə 

daxilində  istehsal  olunan  hazır  məhsulların  beynəlxalq  mübadiləsinin  baş 

verməsinin  və  onun  daha  da  inkişaf  eyməsinin  əsasını  təşkil  edir.  Fərdi  tipli 

beynəlxalq  əmək  bölgüsü  beynəlxalq    ticarətdə  ayrı-ayrı    ölkələrin    müvafiq 

istehsal sahələrinin  məhsulun bir hissəsinin istehsalı və yaxud texnoloji prosesin  

müəyyən  hissəsi  üzrə  ixtisaslaşmasını,  layihə-konstruktor,  hətta  investitsiya 

prosesi üzrə ixtisaslaşmasını nəzərdə tutur. 

Qeyd  olunanlar  onu  deməyə  imkan  verir  ki,  beynəlxalq  iqtisadi 

münasibətlər, beynəlxalq miqyasda əməyin, kapitalın, təbii və digər resursların 

tətbiqi  sahəsi  və  nəticəsi  olaraq  bazar  iqtisadiyatına  xas  olan  əlamət  və 

xüsusiyyətlərə  malik  olmaqla  onun  xüsusi  bir  sferasıdır.  Məlumdur  ki  azad 

bazar münasibətləri alıcı və satıcının sərbəst seçilməsini nəzərdə tutduğundan bu 

sferada da aşağıdakılara əsaslanır: 

bazar subyektlərinin və obuektlərinin çoxluğu; 



tələb və təklifin təsirinin müəyənediciliyi; 

onların  çevik qiymətlərlə qarşılıqlı əlaqəsi; 



rəqabətə dözümlülük. 

 Bu qeyd olunan amillərə sahibkarlığın azadlığı da  əlavə olunur. Belə ki, 

Beynəlxalq  mübadilənin  özü  elə  mübadilənin  bir  ölkə  çərçivəsindən  çıxması 

deməkdir ki, bu da çoxlu obyektlərin mövcudluğunu fərz edir. Bu fikir eyni ilə, 

bazar  subyektlərinə  də  aiddir,  çünki    milli  firma  və  müəssisələrdən  başqa, 

beynəlxalq  miqyasda  çoxlu  miqdarda  xarici,beynəlxalq  şirkətlər  və  təşkilatlar, 

müxtəlif  ölkələrin  dövlət  strukturları  BİM-də  iştirak  edirlər.  Tələb  və  təklifin 

fəaliyyəti  mexanizmini  dəyişdirmədən  BİM  onun  fəaliyyət  sferasını 

genişləndirir, mübadilənin əhatə etdiyi çeşidləri və onların həcmini kifayər qədər 

genişləndirir.  Bazar  qiymətləri  sistemi  yeni  kəmiyyət  və  keyfiyyət 

xarakteristikası  kəsb  edir.  Bununla  yanaşı  rəqabət    şəraiti    kəsginləşir.  BİM  -

ininkişaf  etmiş  bazar  təsərrüfatı  sisteminə  aid  olduğunu    göstərən  əsas 

əlamətlərdən aşağıdakıları göstərmək olar: 

1) hər bir milli iqtisadiyyatda olduğu kimi dünya təsərrüfatı və beynəlxalq 

iqtisadi  münasibətlərin  əsasında  əmək  bölgüsü  dayanır  ki,  bu  da  mübadiləni 

nəinki  milli  sərhədlər  daxilində,  həmçinin  milli  sərhədlərdən  kənarda,  ölkələr 

arasında baş verməsini və ayrı-ayrı ölkələrin istehsal və istehlakının bir-birindən 

asılılığını nəzərdə tutur. 

2)  BİM-n  iştirakçıları  iqtisadi  cəhətdən  xüsusiləşmişdirlər  və  bu 

xüsusiləşmə  milli-təsərrüfatçılq  səviyyəsində  olan  xüsusiləşmə  forması  olub, 

obyektiv əmtə-pul əlaqələrinin yaranmasına səbəb olur




3)  BİM  –n  dünya  təsərrüfatçılıq  mübadilə  münasibətlərində  tələb,  təklif 

qanunları və azad qiymətəmələgəlməsi tam fəaliyyət göstərir ki,  bunlar da bazar 

mexanizminin məhək daşıdır; 

4)  milli  bazarlar  kimi  BİM  dünya  bazarı  əmtə  və  xidmətlərin,  alıcı  və 

satıcıların  rəqabəti  ilə  xarakterizə  olunur.  Bu  rəqabət  daha  kəsgin  xarakter 

daşıyır,  çünki,  burada  bazara  daha  iri  həcmdə  və  daha  keyfiyyətli  əmtəə  və 

xidmət  daxil  olur.  Bu  raqabət  ölkələr  arasında  istehsal  amillərinin(kapital  və  iş 

qüvvəsinin) yerdəyişməsi ilə daha da kəsginləşir. 

 

 

BİM-in mili iqtisadiyatın inkişafında  yeri və rolu. 



 

 

Müasir  dünyada  elə  bir  ölkə  tapılmaz  ki,  digər  inkişaf    etmiş  ölkələrlə 

iqtisadi  əlaqələrə  girmədən  öz  xalqının  mədəni-texniki  inkişafını  təmin  edə 

bilsin. Hətta çox geniş ərazilərə və təbii-iqtisadi resurslara malik olan ən nəhəng 

dövlətlər  belə  müasir  dünyada    öz  inkişafını  təmin  edə  bilmir.  Məlumdur  ki, 

insan  cəmiiyyətinin  qarşısında  duran  ən  başlıca  problem  ölkə  vətəndaşlarının 

günü-gündən  artan  təlabatınıdaha  maksimum  ödəməkdir.  Eyni  zamanda,  bu 

təlabatı ödəmək üçün zərurri olan ehtiyatlar isə məhduddur. Ayrı-ayrı ölkələrdə 

isə  bu  ehtiyatlar  tamamilə  qeyri-  bərabər  mövcuddur.  Ona  görədə  ölkələr 

arasındaiqtisadi əlaqələr əhalinin artmaqda olan təlabatını daha dolğun ödəməyə 

imkan  verir.  Beləliklə  hər  bir  ölkənin,o  cümlədən  ən  inkişaf  etmiş  və  bütün 

faydalı  qazıntılara  ,    təbii-iqlimvə  digğr  amillər  malik  olan  ölkənin  də  inkişafı 

BİM olmadan mümkün deyildir və bunun iqtisadi əhəmiyyəti əvvəlki mövzuda  

göstərilmişdir. BİM-n, ocümlədən beynəlxalq ticarətin iqtisadi əhəmiyyəti artıq 

həm  təcrübədə.  Həmdə  görkəmli  iqtisadçıların  tədqiqatları  ilə  sübut 

olunmuşdur.Beynəlxalq  əmək  bölgüsündən  irəli  gələn  beynəlxalq  iqtisadi 

münasibətlər imkan verir ki,  hər bir ölkə malik olduğu istehsal amilinə və yaxud 

təbii-iqlim  şərtlərinə  uyğun  olaraq  istehsal  və  xidmətin  bu  və  ya  digər  sahəsi  

üzrə ixtisaslaşaraq  məsrəfləi azaltmaqla iqtisadi resruslara qənaət etsin. 

  BİM-n  milli  iqtisadiyyat  üçün  iqtisadi  əhəmiyyətini  onun  ,  hər  bir 

ölkənin  xalq  təsərrüfatında  rolunu    kəmiyyət  etibarı  ilə  müyyən  etmək  üçün 

onun xarici ticarət dövriyyəsini, ölkənin istehsal etmiş olduğu ÜDM-n həcmi ilə 

müqayisə etmək lazımdır, başqa sözlə desək: 

                       



                       

 

Yüklə 244,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə