Beynəlxalq təcrübədə idxal-ixrac əməliyyatlarına valyuta nəzarətinin



Yüklə 95,69 Kb.

tarix14.09.2018
ölçüsü95,69 Kb.


«Maliyyə və uçot».-2015.-№1.-S 36-43. 

 

Beynəlxalq təcrübədə idxal-ixrac əməliyyatlarına

 

valyuta nəzarətinin 

həyata keçirilməsi xüsusiyyətləri və Azərbaycanda bu təcrübənin tətbiqi imkanları 

 

Ş.E. Əzizov, 

ADİU-nun dissertantı 

E-mail: 

shamil.ezizov@socar.az

 

 

Açar sözlər: dünya iqtisadiyyatı, valyuta tənzimlənməsi, beynəlxalq iqtisadi inteqrasiya 



 

Dünya iqtisadiyyatının inkişafı göstərir ki, müasir qloballaşma şəraitində dünya maliyyə sisteminin ayrı-

ayrı  ölkələrin  iqtisadiyyatına  təsiri  istənilən  ölkənin  iqtisadiyyatında  maliyyə-valyuta  tərkib  hissəsinin 

müstəsnalığını nəzərə almaqla keyfiyyətcə yeni səviyyədə həyata keçirilir. Buna görə də ölkənin xarici ticarət 

əlaqələrinin tənzimlənməsində, milli iqtisadi təhlükəsizliyin təmin olunmasında və s. maliyyə-valyuta alətlərinə 

və onların istifadəsi xüsusiyyətlərinə mühüm yer verilir. Ölkənin valyuta tənzimlənməsi və valyuta nəzarətinin 

səmərəliliyinə  о  zaman  nail  olunur  ki,  ölkənin  iqtisadi  inkişafınin  və  onun  bank  sisteminin  dayanıqlılıq 

səviyyəsi,  pul-kredit  valyuta  siyasətinin  effektivliyi  təmin  olunsun.  Eləcə  də  bu,  dövlətin  dünya  maliyyə 

böhranlarına

 

qarşı durmaq qabiliyyəti ilə qorunub-saxlanır və irimiqyaslı kapitalın ölkədən və iqtisadiyyatın real 



sektorundan çıxaraq xaricə axıb getməsinin qarşısının alınmasından əhəmiyyətli dərəcədə asılıdır. 

Beynəlxalq  və  dövlətlərarası  saziş  və  müqavilələr  dövlətlərin  iqtisadi,  eləcə  də  valyuta  siyasətinin 

məqsədlərinə  nail  olmaq  üçün  istifadə  etdikləri  metod,  vasitə  və  alətlərin  spektrinə  müəyyən  məhdudiyyətlər 

qoyur.  Münasibətlərin  dövlətlərarası  valyuta  tənzimlənməsində  beynəlxalq  amil  çox  böyük  əhəmiyyətə 

malikdir.  İlk  növbədə,  beynəlxalq  iqtisadi  münasibətlərin  qloballaşması,  kapitalın  yüksək  mobilliyi  şəraitində 

milli iqtisadiyyatların qarşılıqlı əlaqə və təsirinin artımı ilə əlaqədardır. 

Valyuta  tənzimlənməsi  və  valyuta  nəzarətinin  qarşılıqlı  əlaqəli,  uyğunlaşdırılmış  vahid  sisteminin 

yaradılmasında əlavə çətinlikləri nəzərdən keçirilən bu münasibətlərin kompleks xarakterə malik olması yaradır. 

Valyuta  münasibətlərinin,  xüsusilə  idxal-ixrac  əlaqələri  sahəsində  valyuta  münasibətlərinin  dövlət 

tənzimlənməsinə  sistemli  yanaşmanın  olmaması  əhəmiyyətli  dərəcədə  xarici  investisiyaların  alınmaması 

nəticəsində meydana çıxan maddi itkilərə bağlıdır. 

Valyuta  tənzimlənməsi  və  nəzarəti  sahəsindəki  xarici  ölkələrin  təcrübəsi  onu  göstərir  ki,  valyuta 

münasibətlərinin daxili valyuta bazarının inkişafı, dövlətin aktiv tənzimləyici kimi iştirakı və müvəkkil orqanlar 

tərəfindən  valyuta  əməliyyatları  üzərində  səmərəli  nəzarət  olduğu  halda  baş  verir.  Bundan  əlavə,  qlobal  və 

regional  maliyyə  böhranları  dalğalarının  tez-tez  təkrarlandığı  müasir  dövrdə  hər  bir  dövlətin  mühüm  iqtisadi 

tənzimləmə  vasitələrinin, valyuta  əməliyyatlarının, xüsusilə idxal-ixrac əməliyyatları üzərində valyuta nəzarəti 

və onun mexanizmlərinin təkmilləşdirilməsi aktual bir məsələyə çevrilmişdir. Valyuta tənzimlənməsi və valyuta 

nəzarəti  sisteminin  səmərəliliyi  milli  valyutanın  dayanıqlılığının  təmin  olunmasının,  maliyyə-kredit  sisteminin 

və  maliyyə  bazarının  sabitliyinin,  ölkədə  investisiya  mühitinin  formalaşmasının,  beynəlxalq  iqtisadi 

inteqrasiyanın inkişafının ən mühüm amillərindəndir. 

Belə  bir  şəraitdə  idxal-ixrac  əməliyyatlarına  valyuta  nəzarətinin  təkmilləşdirilməsi  problemlərinə  həsr 

edilmiş tədqiqat işinin aktuallığı əhəmiyyətli dərəcədə artır. 



Əsas sözlər: xarici iqtisadi fəaliyyətin qloballaşması, valyuta vəsaitilərinin repatriasiyası, valyuta nəzarəti 

mexanizmi.  Xarici  iqtisadi  fəaliyyətin  qloballaşması  şəraitində  beynəlxalq 

[səh.  36-37]

  təcrübədə  valyuta 

tənzimlənməsinin  əsas  xüsusiyyətlərindən  və  onun  inkişafının  prioritet  tendensiyalarından  biri  bu  fəaliyyətin 

liberallaşdırılması olmuşdur. 

Bu müddəa həm bu sahədə tədqiqat aparan iqtisadçı alimlərin tədqiqatları, [3, s. 58; 4, s. 17- 26] həm də 

inkişaf  etmiş  ölkələrin  təsərrüfat  təcrübəsi  ilə  təsdiq  olunur:  məsələn,  1970-80-ci  illərdə  valyuta  nəzarətinin 

kifayət  qədər  sərt  metodlarını  tətbiq  edən  Fransa  və  İtaliya  sonralar  bu  metodları  əhəmiyyətli  dərəcədə 

yumşaltdılar.  Bundan  əlavə  qeyd  etmək  lazımdır  ki,  II  Dünya  müharibəsindən  sonrakı  dövr,  ümumiyyətlə, 

inkişaf etmiş ölkələrin əksəriyyəti üçün idxal-ixrac əməliyyatları üzərində valyuta nəzarətinin sərtləşdirilməsi ilə 

xarakterizə  olunurdu.  Məsələn,  1940-50-ci  illərdə  İtaliyada  mövcud  olan  qaydaya  əsasən  idxal-ixrac 




əməliyyatlarından  əldə  edilən  bütün  valyuta  vəsaitləri  mütləq  surətdə  Valyuta  Əməliyyatları  üzrə  İtaliya 

Bürosuna  satılaraq,  milli  valyutaya  konvertasiya  edilməli  idi.  AFR-də  ölkə  vətəndaşları  və  əcnəbilər  arasında 

əmlakla  bağlı  əməliyyatlara  qadağalar  mövcud  idi;  valyutanın  hərəkəti,  idxal-ixrac  əməliyyatlarının 

aparılmasına  isə  xüsusi  icazə  tələb  olunurdu.  Lakin  Avropa  İttifaqının  yaradılması  nəticəsində  vəziyyət 

dəyişməyə başladı. Bu dəyişikliklər İttifaq ölkələrinin iqtisadi vəziyyətinin tədricən bərabərləşməsi; idxal-ixrac 

əməliyyatlarının  maksimal  səviyyədə  unifikasiyası  və  valyuta  nəzarəti  orqan  və  agentləri  arasında  dəqiq 

qarşılıqlı əlaqənin qurulması ilə əlaqədar idi. 

Hazırkı  dövrdə  ayrı-ayrı  ölkələrdə  ixracdan  əldə  olunan  gəlirlərin  alınması  və  onların  ixracatçı  ölkəyə 

vaxtlı-vaxtinda qaytarılmasında nəzarət tətbiq olunur. İxracdan əldə olunan valyuta vəsaitlərinin vaxtlı-vaxtinda 

ölkəyə qaytarılması üzərində xüsusilə sərt nəzarət Böyük Britaniyada həyata keçirilir. Xəzinədarlıq tərəfindən 

valyuta vəsaitlərinin repatriasiyasının maksimal müddəti 6 ay təşkil edir. Bu müddətin artırılması yalnız xüsusi 

icazənin alınması, yaxud misal üçün dövlət təminatlı ixrac kreditləri üzrə əmtəələrin təqdim olunması hallarında 

mümkündür. 

Malların ixracından

 

əldə olunan valyuta vəsaitlərinin mütləq satışı (konvertasiyası) Irlandiya və İsveçdə 



də mövcuddur. Burada əldə olunan valyuta vəsaitləri müvəkkil banklardan birinə satış üçün təklif olunmalıdır. 

Belçika,  İsveçrə,  Portuqaliyada  isə  ixracdan  əldə  olunan  valyuta  vəsaitləri  istənilən  məqsədlər  üçün  istifadə 

oluna bilər, hətta xaricdə də saxlanıla bilər. [6, s. 24] 

Şərqi  Avropa  ölkələri  üçün  də  bu  proseslər  xarakterikdir.  Məsələn,  əgər  Macarıstanda  ixracdan  əldə 

olunan  valyuta  sərbəst  dönərli  valyuta  şəklində  əldə  olunursa,  bu  zaman  valyuta  vəsaitləri  daxil  olduğu 

müddətdən  etibarən  8  gün  ərzində  müvəkkil  edilmiş  banka  təhvil  verilməli  və  milli  valyutaya  (forintə) 

çevrilməlidir.  Həmçinin  əksinə,  əgər  qeyri-rezidentlər  tərəfindən  ixracdan  əldə  olunmuş  gəlirlər  milli 

valyutadadırsa, bu vəsaitlər müvəkkil bankların xüsusi xarici ticarət hesablarında yerləşdirilərək, milli valyutaya 

konvertasiya olunmaya bilər. Həmin vəsaitlər digər ölkələrdən alınan əmtəə və xidmətlərin ödənilməsi və yaxud 

firmaların  əməliyyat  xərclərinin  ödənilməsi  üçün  istifadə  oluna  bilər.  Ayrıca  hallarda  ixracatçılar  valyuta 

vəsaitlərini  müəyyən  olunmuş  müddət  ərzində  qaytarmalıdırlar.  Məsələn,  Bolqarıstanda  bu  vəsaitlər  1  ay 

müddətində, Polşada isə 2 ay ərzində repatriasiya olunur. Həmçinin bu vəsaitlər banklararası valyuta bazarında 

satıla bilər. Rezidentlər hesablarındakı vəsaitlərin qalıqlarını azad şəkildə, öz istədikləri kimi istifadə edə bilərlər 

(Rumıniya). Digər ölkələrdə isə (Macarıstan) mallarının yüklənilməsi vaxtından etibarən ixracdan gələn valyuta 

vəsaitlərinin  repatriasiyası  müddətləri  üzrə  məhdudiyyətlər  mövcud  deyil.  Lakin  bu  halda  xarici  ticarət 

fəaliyyəti  ilə  məşğul  olan  müəssisələr  həmin  ölkənin  (bu  halda  Macanstanm)  Mərkəzi  Bankına  bu  ixrac 

əməliyyatları üzrə ödənilməmiş tədiyyə tələbnamələrini əks etdirən hesabları təqdim etməlidirlər. 

Taylandda mallarin ixracından əldə olunan vəsaitlər həmin malların yüklənmə tarixindən 180 gün ərzində 

qaytarılmalıdır.  Ixracatçılar  bu  valyuta  gəlirlərini  müvəkkil  bankların  hesablarına  onların  alındığı  gündən 

etibarən  15  gün  ərzində  köçürməlidirlər  (ixracatçıların  bu  valyuta  vəsaitlərini  xarici  öhdəliklərinin  ödənilməsi 

[səh. 37-38] 

üçün istifadə edilməsi hüququna malik olduqları hallar istisna olmaqla). 

Bundan başqa, beynəlxalq müqavilələr bağlanarkən bəzi yerli valyutalarla bağlı problemlər meydana çıxa 

bilər. Fransa alıcısına satılan mal avro ilə, Qvatemala alıcısına satılan mal isə kvetsal ilə ödənilə bilər. Bu zaman 

sonuncu halda amerikalı satıcı satdığı mala görə ödəmələri qəbul etməyə bilər. Çünki sonradan Qvatemalanın 

Mərkəzi Bankında ABŞ dolları ilə vəsaitlərin olmaması səbəbindən kvetsalların ABŞ dollarlarına mübadiləsi ilə 

problemlərin meydana çıxması istisna olunmur. 

Cənub-Şərqi  Asiya  ölkələrinin  milli  valyutalarının  kursu  onların  əsas  ticarət  partnyorlarının  milli 

valyutalarının səbətinə nisbətən müəyyən olunur. Eyni zamanda bir sıra ölkələrdə xüsusi bir qayda mövcuddur. 

Bu  qaydaya  əsasən  ixrac  əməliyyatları  üzrə  valyuta  vəsaitləri  müəyyən  olunmuş  valyutalar  üzrə  həyata 

keçirilməlidir  (məsələn,  Filippində):  Avstraliya  dolları,  Bəhreyn  dinarı,  ABŞ  dolları,  avro  və  s.  Filippinin 

Mərkəzi Bankı tərəfindən qəbul oluna biləcək valyuta kimi elan olunan valyutalarda. Bəzi ölkələrdə (məsələn, 

Sinqapurda) Haiti, İraq, Liviya və digər ölkələrin rezidentlərinin maliyyə aktivləri bloklaşdırılmışdır. 

İndoneziya,  Malayziya  və  digərlərində  İsrail,  Yuqoslaviya  və  milli  təhlükəsizliyin  təmin  olunması 

məqsədilə  BMT-nin  ticarət  embarqosu  qoyduğu  ölkələrin  məhsullarının  idxalı  qadağan  olunmuşdur.  İxrac 

əmtəələrinin bir sıra kateqoriyaları ABŞ, Kanada, Norveç və Aİ ölkələrində lisenziyalaşdırma, kvotalaşdırma və 

digər qeyri-tarif məhdudiyyətlərinə məruz qalır. 

Cənub-Şərqi  Asiya  ölkələrinin  idxal  əməliyyatlarını  xarakterizə  edərkən  qeyd  etmək  lazımdır  ki,  bu 

ölkələrdə  mövcud  valyuta  nəzarəti  mexanizmi  daha  sərtdir.  Bunu  da  öz  növbəsində  proteksionist  siyasətin 



tədbirlərindən  biri  kimi  nəzərdən  keçirmək  olar.  Eyni  zamanda  bəzi  ölkələr  azad  ticarət  zonaları  üçün  ümumi 

güzəştli tariflərin müəyyən olunması haqda sazişlərə tərəfdaş çıxırlar, məsələn, Sinqapurda. 

Idxal rejimi 3 kateqoriya əmtəələrdən ibarət ola bilər: 

1)

 



azad şəkildə ölkəyə gətirilən

2)

 



tənzimlənən; 

3)

 



qadağan olunan. 

Birinci kateqoriyaya aid olan əmtəələr üzrə tələbnamələr müvəkkil banklar tərəfindən mərkəzi bankların 

və  ya  digər  dövlət  orqanlarının  icazəsi  olmadan  yerinə  yetirilir.  İkinci  kateqoriya  malların  idxalı  zamanı 

Mərkəzi  Bankın  icazəsi  tələb  olunur.  Üçüncü  kateqoriyaya  aid  olan  əmtəələrə mövcud  qanunvericiliyə  əsasən 

idxal edilə bilməyən və ödəmələri bank sistemi vasitəsilə alınan xarici valyutada nəzərdə tutulmayan  əmtəələr 

(xüsusən ABŞ dolları ilə olmayan hesablaşmalarda və ya konsiqnasiyalı əsaslarla idxal zamanı) aiddir. 

Ayrı-ayrı  hallarda  ölkə  ərazisinə  gətirilən  əmtəə  idxalının  məbləğinin  limitləşdirilməsi  ilə  bağlı 

məhdudiyyətlər  mövcud  ola  bilər  (Filippin).  Belə  ki, Filippində  dəyəri  500  ABŞ  dollarından  yuxarı  məbləğdə 

olan əmtəələrin idxalı zamanı əmtəələr yüklənməmişdən əvvəl xüsusi təftişdən keçirilməlidir. Belə ilkin nəzarət, 

misal üçün Indoneziyaya əmtəələrin idxalı zamanı həyata keçirilir. 

Çində böyük həcmlərdə idxal olunan 12 növ əmtəə (buğda, neft, kauçuk, polad, polad prokatı və s.) üzrə 

xüsusi idxalçılar institutu fəaliyyət göstərir. Bu əmtəələrin idxalının tənzimlənməsi xarici ticarətlə məşğul olan 

şirkətlərin  xüsusi  attestasiyası  yolu  ilə  həyata  keçirilir.  Bu  şirkətlər  12  əmtəə  üzrə  sahəvi  idxal-ixrac 

assosiasiyalarının

 

üzvləri olmalıdırlar. Şirkətlərin fəaliyyəti üzərində nəzarət Çində analoji məhsullara rəqabət 



təhlükəsi

 

yaradan bu və ya digər əmtəənin əsaslandırılmamış kəskin şəkildə idxalının həcminin artırilmasına yol 



verilməməsi  vasitəsilə  həyata  keçirilir.  Bütün  digər  əmtəələrin  idxalı  isə  müstəqil  xarici

 

iqtisadi  fəaliyyətlə 



məşğul olmaq hüququna malik olan istənilən xarici ticarət şirkətləri tərəfindən həyata keçirilə bilər. Hindistanda 

da  idxal-ixrac  əməliyyatlarının  tənzimlənməsi  bütövlükdə  ölkə  üzrə  mərkəzləşdirilmiş  formada 

reqlamentləşdirilir. [5, s. 131] 

İdxal-ixrac  əməliyyatları  üzərində  valyuta  nəzarətinin  liberallaşdırılmasına  1947-ci  ildən  qüvvədə  olan 

Tarif  və  Ticarət  üzrə  Baş  Sazişin 

[səh.  38-39] 

əsasında  1995-ci  ildə  Ümumdünya  Ticarət  Təşkilatının 

yaradılması ilə əhəmiyyətli təkan verildi. Buna ÜTT təşkilatının  üzvlərinə daha əlverişli rejimin yaradılması; 

ticarət  siyasətinin  açıqlığı;  idxal-ixrac  əməliyyatları  üzrə  ticari  mübahisələrin  həlli  və  s.  üzrə  müəyyən  etdiyi 

əsas prinsiplər şərait yaradırdı. 

Lakin bununla yanaşı xüsusilə bu və ya digər ölkələr üçün çətin dövrlərdə sərt valyuta tənzimlənməsinə 

geri  qayıtmaq  halları  da  dəfələrlə  müşahidə  olunmuşdu.  Belə  ki,  1982-d  ildə  İtaliyada  beynəlxalq  valyuta 

bazarında liranın vəziyyətinin ağırlaşması ilə əlaqədar idxal depozitləri sistemi tətbiq olunmuşdu. Avrozonaya 

daxil  olduqdan  sonra  isə  kapitalın  hərəkətinin  məhdudlaşdırılmaması  rejiminə  qayıtmaq  haqda  müzakirələr 

meydana  çıxdı.  Son  zamanlar  isə  bütün  Avropa  İttifaqı  ölkələrində  avronun  dünya  valyuta  bazarında 

mövqeyinin  zəifləməsi  ilə  əlaqədar  sərt  valyuta  tənzimlənməsi  rejiminə  qayıtmaq  haqda  fikirlər  yenidən 

aktuallaşmışdır.  Fransa,  İtaliya  və  digər  ölkələr  sərt  valyuta  tənzimlənməsinin  uzunmüddətli  mərhələlərini 

keçmişlər.  Bu  mərhələlər  əsnasında  proseslərin  üzərində  informasiya  nəzarətinin  bütün  elementləri  tam 

dəqiqliklə  işlənib  hazırlanmış  və  valyuta  bazarında  fəaliyyətin  qaydaları  sərt  surətdə  təlqin  edilirdi.  Faktiki 

olaraq bütün inkişaf etmiş ölkələr üçün cinayət yolu ilə əldə edilmiş kapitalların «yuyulması» üzərində nəzarətin 

kəskin  şəkildə  gücləndirilməsi  də  xarakterik  bir  cəhətdir.  Amma  praktiki  olaraq  hər  gün  dünya  iqtisadiyyatı 

miqyasında kapitalın spekulyativ hərəkətinə 1 trilyon ABŞ dollarından çox vəsait cəlb olunur, bu da gün ərzində 

satılan əmtəə və xidmətlərin dəyərindən 30 dəfə çoxdur. Dünya ticarətində dövr edən hər ABŞ dollarına maliyyə 

sferasında  30-40  ABŞ  dolları  düşür.  [93]  Bununla  yanaşı,  23  inkişaf  etmiş  ölkənin  birgə  fondu  tərəfindən 

spekulyativ-möhtəkir əməliyyatlara qarşı mübarizəyə hər gün 15-20 mlrd. ABŞ dolları ayrıla bilir. Buna görə də 

milli maliyyə bazarları

 

spekulyativ kapitalın qarşısında müdafiəsiz, aciz qalırlar. 



Beləliklə,  bir  çox  inkişaf  etmiş  ölkələr  valyuta  tənzimlənməsinin  liberallaşdırılmasına  və  məzənnənin 

azad  formalaşmasına  kapitalın  hərəkəti  zamanı  valyutaların tam  konvertasiyasına  və  məhdudiyyətlərin  aradan 

qaldırılmasına  keçərək  təkamül  yolu  ilə  yalnız  1980-ci  illərdə  gəlib  çatmaları  tam  əsaslı  bir  müddəa  kimi 

görünür. 

Lakin  valyuta  nəzarətinin  təkamül  yolu  ilə  liberallaşdırılması  tərəfinə  ümumi  meyl  etməsi 

tendensiyalarına  baxmayaraq,  valyuta  nəzarətinin  hələ  kifayət  qədər  uzun  perspektiv  üçün  tətbiqi  və  qorunub 

saxlanılması da tam əsaslandırılmış görünür. Bundan başqa, BVF-nin əsasnaməsinə əsasən valyuta nəzarətinin 



tətbiqinə,  xüsusilə  idxal-ixrac  əməliyyatlarının  həyata  keçirilməsi  zamanı  çirkli  pulların  yuyulması  və  kapital 

axının qarşısının alınması məqsədilə yol verilə bilər. 

1997-a  ildə  Şengen  müqaviləsi  bağlandı  və  bu  müqaviləyə  əsasən  Aİ-nin  15  ölkəsindən  13-ü  (Böyük 

Britaniya və İrlandiya istisna olmaqla) xarici iqtisadi fəaliyyətdə ən güzəştli rejim müəyyən etdilər. [6, s. 24] 

Bu  qaydalara  əsasən  idxal-ixrac  əməliyyatları  üzərində  nəzarəti  uyğun  nazirliklərin  tövsiyələri  ilə 

fəaliyyət göstərən müvəkkil vasitəçilər (mərkəzi banklar, maliyyə nazirlikləri, deviz (valyuta) bankları) həyata 

keçirirlər. Bəzi ölkələrdə xarici ticarət sferasında əməliyyatlara nəzarət edən və xüsusi lisenziyalar verən xüsusi 

idarələr  (İtaliyada  -  Valyuta  Əməliyyatlarının  İtaliya  Byusoru,  İsveçrədə  -  Federal  Şura,  İsveçdə  -  Milli  Şura, 

Belçika  və  Lüksemburqda  -  Belçika-Lüksemburq  İnzibati  Komissiyası  və  s.)  yaradıldı.  Bu  zaman  gömrük 

orqanları mühüm rola malik oldular. 

Şərqi  Avropa  ölkələrində  valyuta  münasibətlərinin  tənzimlənməsi,  adətən,  mərkəzi  banklar,  maliyyə 

nazirlikləri,  eləcə  də  valyuta  əməliyyatlarının

 

aparılması  üzrə  müvəkkil  edilmiş  uyğun  nazirliklər  və 



kommersiya bankları tərəfindən həyata keçirilir. Maliyyə Nazirlikləri və mərkəzi banklar uyğun olaraq ümumi 

və fərdi lisenziyalar verirlər. 

Bununla yanaşı, bütün beynəlxalq sövdələşmələrin əsasında alıcı və satıcı arasında əmtəə və xidmətlərin 

alqı-satqı  müqavilələri  durduğu  üçün  nəzarət  bu  müqavilələrin  mahiyyətinin 

[səh.  39-40] 

həm  ödəmənin 

müddət, forma və ölçüləri üzrə, həm də müqavilədə göstərilən əmtəə və ya xidmətin keyfiyyəti və kəmiyyəti 

üzrə  görülən  işlərin  faktiki  vəziyyətinə  uyğunluğunun  müəyyənləşdirilməsindən  ibarətdir.  Bundan  əlavə, 

beynəlxalq sənədləşdirilmiş sövdələşmələrin həyata keçirilməsi üzrə vahid standartlar mövcuddur. 

Qərbi Avropa ölkələrində, eləcə də ABŞ və Yaponiyada ixraca nəzarət uyğun ölkələrin qanunvericiliyinə 

əsasən həyata keçirilir. Həm ayrı-ayrı ölkələr, həm də ayrica seçilmiş əmtəələr üzrə məhdudiyyətlər tətbiq oluna 

bilər.  Lakin,  adətən,  əksər  ölkələrdə  əmtəələrin  ixracı  azad  rejimdə  həyata  keçirilir.  Bu,  əsasən,  Avropa 

İttifaqına  üzv  olan  ölkələr  üçün  daha  xarakterikdir.  Bu  ölkələrin  ixraca  nəzarət  sahəsindəki  valyuta  siyasəti 

məhsul,  məmulat  və  əmtəələrin  maksimum  səviyyədə  ölkə  hüdudlarından  kənara  çıxarılmasının 

stimullaşdırılmasına  yönəldilmişdir.  Ona  görə  də  bu  siyasət  minimum  məhdudiyyətlərlə  həyata  keçirilir.  İri 

həcmdə  əmtəələr  fərdi  firmalar  və  dövlət  ticarət  şirkətləri  tərəfindən  ölkədən  kənara  çıxarılır.  İstehsalçıların 

məhsullarının  bəzi  növlərinə  keyfiyyət  sertifikatları  verilə  bilər.  Bir  sıra  ölkələrdə  müvəkkil  ixracatçılar 

institutları  fəaliyyət  göstərir.  Bu  institutlar  bəzi  əmtəə  növlərinin,  məsələn,  toxuculuq  sənayesi  məhsullarının 

ixracı üzrə xüsusi icazə (lisenziya) təqdim edirlər. 

Digər ölkələrdə, məsələn, İsveç, Danimarka, Belçikada fərdi lisenziyaların verilməsi yolu ilə təkrar ixrac, 

nadir əmtəə, о cümlədən ikili istifadə xüsusiyyətinə malik əmtəələrin ixracı da daxil olmaqla ixrac əməliyyatları 

üzərində  nəzarət  həyata  keçirilir.  Lisenziya  strateji  təyinatlı,  eləcə  də  kənd  təsərrüfatı  məhsulları,  dəmir  və 

poladdan hazırlanmış  əmtəələrin ixracı üçün tələb olunur (Belçika). İtaliya və digər ölkələrdə isə neft və neft 

məhsulları, qaz, dəmir və lehimlənməmiş poladdan hazırlanmış yarımfabrikatlar, dəmir prokatı, meşə təsərrüfatı 

məhsulları, kağız və karton, gübrələr və digər məhsulların daxili bazarda çatışmaması səbəbindən lisenziya tələb 

olunan əmtəələrə aiddir. 

İxracın maksimum səviyyədə stimullaşdırılması üçün ixracatçılara vergi güzəştləri tətbiq edilir. ABŞ-da 

1984-cü  ildə  vergi  qanunvericıliyinə  əsasən  ixracatçı  şirkətin  aktivlərinin  95%-i  ixrac  fəaliyyətində  istifadə 

edilirdisə  və  ya  ixracdan  95%  valyuta  gəliri  əldə  olunurdusa,  bu  şirkətə  xarici  satış  korporasiyası  statusu 

verilirdi.  Bu  status  kompaniyaya  mənfəət  vergisinin  ödənilməsində  güzəştlər  əldə  etməyə  imkan  verir.  Bu,  iri 

korporasiyalara  formal  bölmələr  hesabına  ABŞ-ın  gömrük  ərazisinin  hüdudlarından  kənarda  qız  müəssisələri 

yaratmağa  və  əlavə  gəlir  əldə  etməyə  imkan  verir.  Bununla  yanaşı,  ayrı-ayrı  ölkələrdə,  məsələn,  Yaponiyada 

ixrac  əməliyyatlarına

 

əhəmiyyətli  məhdudiyyətlər  tətbiq  olunurdu.  1993-cü  ildə  bir  sıra  toxuculuq  sənayesi 



məhsullarının Yaponiyadan ABŞ və Avropa İttifaqı ölkələrinə; ABŞ-a minik avtomobillərin və Avropa Ittifaqı 

ölkələrinə yük maşınlarının

 

ixracına könüllü məhdudiyyətlər qoyuldu. Ümumilikdə Yaponiyada, təxminən 230 



adda  əmtəənin  daxili  bazarda  çatışmaması  və  qismən  qıtlığı  səbəbindən  lisenziyalaşdırmaya  məruz  qalır. 

İxracatçılardan  müəyyən  məhsulların  emalı  və  ya  ixracı  üçün  Ticarət  Nazirliyinin  razılığı,  eləcə  də  xaricdə 

sonradan emal edilmək və təkrar ixrac məqsədilə ixrac edilən bəzi xammal məhsullarına fərdi lisenziyalar tələb 

olunurdu. 

Beləliklə, valyuta nəzarətinin reallaşdırılması yolu ilə birbaşa və ya dolayı şəkildə ixrac əməliyyatlarının 

tənzimlənməsi həyata keçirilir. 




İdxalın  tənzimlənməsi  zamanı  əmtəənin  mənşəyi  olan  ölkə  nəzərə  alınır.  Bu  zaman  ölkənin  Avropa 

İttifaqına

 

üzvlüyü həlledici əhəmiyyətə malikdir. Avropa İttifaqına üzv olan ölkələri çərçivəsində demək olar ki, 



bütün  sənaye  məhsullarının  idxalı  məhdudiyyətlərsiz  həyata  keçirilir.  Məhdudiyyətlərin  ən  çoxu  əksər  Şərqi 

Avropa  ölkələrində  tətbiq  olunur.  Fərdi  lisenziyalar  əsasında  xarici  ticarət  əlaqələri  qurulan  xüsusi  ölkələr 

qrupuna  Hindistan,  Çin,  Koreya,  Rusiya  və  digər  MDB  ölkələri  də  aid  edilir.  Ayrıca  əmtəələr  üçün  idxal 

gömrük  rüsumları  rejimi  tətbiq  olunur.  Avropa  İttifaqına  üzv  olmayan  digər  ölkələrdən  Aİ-nin  Vahid  Kənd 

Təsərrüfatı Siyasətinin təsirinə məruz qalan əksər məhsullara inzibati maneələri əvəz 

[səh. 40-41]

 edən müxtəlif 

idxal rüsumları tətbiq olunur. Aİ-nin digər ölkələri ilə yanaşı, bir sıra ölkələrdə Aİ-yə üzv olmayan ölkələrdən 

bir sıra toxuculuq sənayesi məhsullarına kvotalar tətbiq olunur. 

İdxal  müqavilələri üzrə ödəmələr xarici hesabın milli valyutada kreditləşdirilməsi yolu ilə (qeyd etmək 

lazımdır ki, bu zaman valyuta daxili valyuta bazarında alınır), ya da bu ölkədə yaxud xaricdə valyuta hesabının 

debetləşdirilməsi yolu ilə həyata keçirilir (Fransa, İtaliya). Bu zaman idxal üzrə ödəmələr, adətən, tənzimlənmir. 

Ödəmə kredit kartı vasitəsilə köçürmə, borc və ya tələbnamələrin kompensasiyası, eləcə də nağd pulla həyata 

keçirilə bilər. Əgər müqavilənin şərtlərində nəzərdə tutulubsa, banklar avans ödəmələri apara bilərlər. 

Əksər  ölkələr  üçün  idxalın  strukturu,  əsasən,  xammal  məhsulları  ilə,  yəni  neft,  qaz,  ağac  materialları, 

polad, silah, radioötürücü texnika və s. ilə təmsil olunur. Neft və neft məhsullarına ildə bir dəfə və ya 6 ayda bir 

dəfə ümumi kvotalar müəyyən edilir. Bu qayda ikitərəfli kvotalar fəaliyyət göstərən və ya xüsusi rejim haqda 

saziş  imzalanan  ölkələr  istisna  olmaqla  bütün  ölkələrə  aiddir  (Fransa,  Yaponiya  və  s.).  Kəmiyyət 

məhdudiyyətlərinə məruz qalan əmtəələrin idxalı üçün lisenziya tələb olunur. 

Bəzi  ölkələrdə,  məsələn,  Finlandiyada  Çindən  idxal  olunan  bütün  əmtəələrə  lisenziya  tələb  olunur. 

Avropanın  qabaqcıl  ölkələri  ilə  müqayisədə  Yaponiyada  idxala  nəzarət  daha  sərtdir.  Burada  idxal 

məhdudiyyətlərinə məruz qalan və dövlət ticarəti, milli təhlükəsizlik, səhiyyə ilə bağlı olan 77 növdə əmtəənin 

ölkəyə gətirilməsi məhdudlaşdırılmışdır. Belə əmtəələrin Yaponiyaya gətirilməsi üçün idxalçılar idxal kvotası 

sertifikatı alırlar. 

Ayrı-ayrı ölkələr, məsələn:  İsveç, Yaponiya, Norveç və digər dövlətlər müəyyən əmtəələrin idxalı üzrə 

inhisarçı  hüquqa  malikdir.  Bu  əmtəələrə  spirtli  içkilər,  bəzi  kənd  təsərrüfatı  məhsulları,  tütün  və  s.  aiddir. 

İdxalın tənzimlənməsi müəyyən ölkə üçün antidempinq qiyməti ilə olan əmtəə paketləri ilə ticarətə tam və ya 

qismən embarqonun tətbiqi vasitəsilə həyata keçirilir (ABŞ). İdxalın tənzimlənməsi üçün gömrük rüsumlarının

 

müxtəlif növləri istifadə olunur. ABŞ-da 1930-cu ildə qəbul edilən və daha sonralar bir sıra dəyişikliklər əlavə 



edilən  Tarif  haqqmda  qanuna  əsasən  güzəştli,  preferensial  (adətən,  sıfır  dərəcəli)  və  digər  tarif  dərəcələri 

müəyyənləşdirilmişdir. 

Ölkədən  kapital  axını  probleminə  gəldikdə  isə  bu  haqda  onu  qeyd  etmək  lazımdır  ki,  kapital  axını

 

məhdudlaşdırılması  üzrə  tədbirlərə  xaricdə  investisiyaların  lisenziyalaşdırılması;  bəzi  investisiya  növlərinin 



qadağan olunması və ya məhdudlaşdırılması; kapital axınının maüyyənləşdirilməsinə məhdudiyyətlərin tətbiqi, 

eləcə  də  bir  sıra  ilkin  şərtlərin  formalaşdırılması  aiddir.  Bu  tədbirlər  daha  çox  valyuta  nəzarəti  vasitəsilə 

reallaşdırılır.  1996-cı  ilin  birinci  yarısınadək  kapitalın  beynəlxalq  hərəkəti  ilə  bağlı  olan  əməliyyatlar  üzrə 

məhdudiyyətlər  BVF-ə  üzv  olan  əksər  ölkələrdə  mövcud  idi.  Eyni  zamanda  inkişaf  etmiş  ölkələrdə  kapital 

axınının liberallaşdırılması prosesi davam edir. 

Bu  ölkələrin  kapitalın

 

axını  ilə  əlaqədar  əməliyyatların  tənzimlənməsi  təcrübəsi  Azərbaycan  üçün 



müəyyən  maraq  kəsb  edir.  İlk  növbədə,  1960-1970-ci  illərdə  bir  sıra  inkişaf  etmiş  ölkələrin  kapital  ixracın 

maliyyələşdirilməsini  xarici  mənbələrə  yönəltməklə  kapital  axınının  tədiyyə  balansına  mənfi  təsirini 

məhdudlaşdırmaq  cəhdlərinə  diqqət  yetirmək  lazımdır.  Qeyd  edək  ki,  bu  tədbirlər  ABŞ-da  nisbətən 

müvəffəqiyyətli,  Böyük  Britaniyada  isə  daha  az  müvəffəqiyyətli  olmuşdur.  Lakin  bu  tədbirlər  arasında  ən 

təsirliləri  birbaşa  investisiyalar  formasında  kapital  axınının  dövlət  tərəfindən  dəstəklənməsi  üzrə  tədbirlərdir. 

Bunlara investorların informasiya və texniki baxımdan dəstəklənməsi (xarici partnyorların axtarılmasına kömək 

göstərilmək,  xaricdə  işgüzar  missiyaların  təşkili;  biznes-planlarının  hazırlanması,  investisiya  layihələrinin 

reallaşdırılması), fərdi investisiyaların maliyyələşdirilməsi (kapitalda iştirak: vergi güzəştlərinin tətbiq edilməsi, 

kreditləşdirmə), eləcə də onların sığortası aiddir. [2, s. 62] Həmçinin bu tədbirlərin tətbiq olunması praktikasının 

təhlili  onların  əmtəə  və  xidmətlərin  ixracin,  eləcə  də  strateji  cəhətdən  əhəmiyyətli 

[səh.  41-42] 

idxalın 


stimullaşdırılması  yönümlü  valyuta  nəzarəti  tədbirləri  ilə  mütləq  şəkildə  əlaqələndirilməsi  zəruriyyətini  üzə 

çıxardı.  Tədqiqatçıların  da  qeyd  etdiyi  kimi:  «Valyuta  siyasətinin  istiqamətləri  və  formalar  ölkənin  valyuta 

iqtisadi vəziyyəti, dünya təsərrüfatı və beynəlxalq valyuta sisteminin təkamülü ilə müəyyən edilir». [1, s. 270] 



Beləliklə,  gördüyümüz  kimi,  Azərbaycan  Respublikasında  idxal-ixrac  əməliyyatları  üzrə  əldə  olunan 

valyuta vəsaitlərinin satılması (konvertasiyası) üzrə tələblər bütövlükdə beynəlxalq praktikaya zidd deyil. Həm 

də valyuta nəzarətinin bu istiqaməti son nəticədə dövlətə ölkədə xarici valyuta kütləsinin həcmini tənzimləməyə 

və beləliklə də, makroiqtisadi proseslərə təsir göstərməyə imkan verir. 

Beləliklə,  valyuta  nəzarətinin  əsas  istiqamətləri,  idxal-ixrac  əməliyyatları

 

üzərində  nəzarət  mexanizmi, 



onun  ayrı-ayrı  məhdudlaşdırıcı  tədbirlərinin  müxtəlif  ölkələrdə  müəyyən  fərqli  cəhətlərinin  mövcudluğu  bu 

ölkələrin  sosial-  iqtisadi  inkişafının  vəziyyəti,  onların  sənayesinin  və  digər  sahələrinin  dünya  təsərrüfatına  və 

beynəlxalq  əmək  bölgüsündə  yeri,  eləcə  də  bu  ölkələrin  özündə idxalın  və  ixracın  spesifik  xüsusiyyətlərindən 

asılıdır. 

Eyni  zamanda  bütövlükdə  bazar  şəraitində  xarici  ticarətin  sərt  inzibati  tənzimlənməsi  rejiminin  yol 

verilməməsi şərtinə baxmayaraq, sivilizasiyalı bazar münasibətləri inkişaf etdikcə valyuta nəzarətinin təkamülü 

ərəfəsində onun liberallaşdırılmasını daha çox nisbi hesab etmək olar. Belə ki, ayrı-ayrı makro və mikroiqtisadi 

proseslərdəki  dəyişikliklər  əsnasında  ayrı-ayrı  dövrlərdə  valyuta  nəzarətinin  gücləndirilməsi  obyektiv 

zəruriyyətə  çevrilir.  Bu  tədbirlər  onun  həm  mikro,  həm  də  makro  səviyyədə  səmərəliliyinin  yüksəldilməsi 

məqsədilə həyata keçirilməlidir. 



 

ƏDƏBİYYAT 

1.

 



Vəliyev  D.Ə.  Azərbaycanın  qlobal  iqtisadiyyata  inteqrasiyası.  Monoqrafiya.  Bakı,  Adiloğlu 

nəşriyyatı, 2008, səh. 270. 

2.

 

Вулатов А. «Вывоз капитала из России: вопросы регулирования» // «Вопросы экономики», 



№ 3,1998, стр. 55-64, стр. 62. 

3.

 



Косарев  П.П.  «Валютный  контроль  за  экспортно-импортными  операциями  в  период 

перехода  к  рыночным  отношениям».  Диссертация  по  присуждению  ученой  степени 

кандидата экономических наук по специальности 08.00.10. М.: 2000, стр. 58. 

4.

 



Мельников  В.Н.  О  развитии  системы  валютного  регулирования  и  валютного  контроля  в 

РФ  на  современном  этапе  //  Деньги  и  кредит  Вопросы  валютного  регулирования  // 

Экономист. 1999. № 3. - С.17-26. 

5.

 



Савон  И.В.  «Тамосенно-тарифное  регулирование  как  протекционистский  инструмент 

региональной экономической политики», диссертация к.э.н. Ростов-на-Дону, 1997, стр.131. 

6.

 

Федосеев  К.А.  «Валютный  контроль  за  экспортно-импортными  операциями  в 



уполномоченном банке России», автореферат диссертации к.э.н. -М., 1998. стр. 24. 

[səh. 42-

43]

 

 



Ш.Э. Азизов 

Особенности проведения валютного контроля над экспортно-импортными 

операциями в международной практики и возможности применения 

данной практики в Азербайджане 

 

РЕЗЮМЕ 

Развитие  мировой  экономики  показывает,  что  в  современных  условиях  глобализации  влияние 

мировой финансовой системы на экономику отдельных стран отражается в экономике любой страны на 

качественно  новом  уровне,  с  учётом  уникальности  финансово-валютного  составного  компонента 

экономики данной страны. Поэтому, в регулировании внешнеторговых: отношений страны, обеспечении 

национальной экономической безопастности и т.д. уделяется особое внимание на финансого-валютные 

инструменты  и  особенности  их  применения.  С  этой  точки  зрения,  в  статье,  исследуется  опыт  многих 

развитых,  развивающихся  и  постсоветских  стран  в  сфере  валютного  регулирования  и  валютного 

контроля  на  разных  этапах  развития  их  экономики.  В  статье,  также  исследуются  возможности 

применения этой практики в Азербайджане, с учётом особенностей развития национальной экономики. 



 

S.E. Azizov 

The Features of the currency control over export-import operations in the 

international practice and the possibility this practice in Azerbaijan 


 

SUMMARY 

The development of the world economy shows that in the current conditions of globalization, the impact 

of the global financial system on the economies of the individual countries is reflected in the economy of any 

country  on  a  new  level,  taking  into  consideration  the  uniqueness  of  the  financial  exchange  component  of  the 

economy  of  this  country.  Therefore,  it  is  paid  a  special  attention to  the  financia-currency  instruments  and the 

main  features  of  their  application  in  the  regulating  foreign  trade  relations  of  the  country,  assuring  national 

economic  safety  and  etc.  From  this  perspective  this  article  studies  the  experience  of  many  developed, 

developing and post-Soviet countries in the field of currency control and currency regulation at different stages 

of the deveploment of their economies. It is also, studied in the article the possibilities of applying this practice 

in Azerbaijan taking into account the regulations of the deveploment of the national economy. 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə