Beynəlxalq və regional inteqrasiYA



Yüklə 14,23 Kb.
tarix14.09.2018
ölçüsü14,23 Kb.

TƏLƏBƏ:BABAYEV YUSİF

SƏRBƏST İŞ 3



BEYNƏLXALQ VƏ REGİONAL İNTEQRASİYA

XX əsrin ikinci yarısından sənaye ölkələrinin sürətli inkişafı nəticəsində beynəlxalq nəqliyyat və kommunikasiya vasitələrinin təkmilləşdirilməsi ilə beynəlxalq ticarətin inkişafında güclü küyfiyyət dəyişiklikləri baş vermişdir. Daha doğrusu beynəlxalq ticarətin müxtəlif istehsal amillərinin beynəlxalq hərəkəti ilə daha da tamamlanırdı. Nəticədə hazır əmtəələrin ixracı ilə yanaşı bütün istehsal amillərinin xaricə axması imkanı və yerləşdirilməsi genişlənmiş və ölkələr arası fəaliyyət artmışdır.

Bu iqtisadi fəaliyyət birliyi hər şeydən əvvəl müxtəlif ərazilərin deyil, ancaq eyni ərazinin dövlətləri arasında yaranır.Burada «Regional» və yaxud ərazi anlayışı sadəcə olaraq coğrafi sərhəddi göstərmir. Eyni ərazinin dövlətləri istər-istəməz sərhəd yaxınlığı ilə yanaşı müəyyən tarixi ümumilik, oxşarlıq, ənənəvilik, təsərrüfat-mədən eynilik, demoqrafik quruluş, və s. Kimi ümumi cəhətlərlə səciyyələnir. Bununla yanaşı:

1. İqtisadi birliyə qoşulan dövlətlər hər şeydən əvvəl iqtisadi inkişaf baxımından yaxın olmalıdırlar.

2. Bu ölkələr ümumi sərhəddə malik olmaqla tarixən onların arasında sağlam iqtisadi münasibətlər mövcud olmalıdır.

3. Hər bir qrup ölkələrdə yaranan iqtisadi problem ümumi birliyin gücü ilə həll olunmalıdır və

Beləliklə vaxt keçdikcə beynəlxalq miqyasda təsərrüfat həyatında beynəlmiləşmə prossesi güclənmişdir.

Təsərrüfat həyatının beynəlmiləlləşməsində əsas mərhələlərdən biri də inteqrasiya prosesidir. İnteqrasiya latın sözü olub «qovuşma», «çuğlaşma», «birləşmə» deməkdir. Lakin aydındır ki, burada sadəcə birləşmə deyil, iqtisadi fəaliyyətlərin qarşılıqlı, razılaşdırılmış birləşdirilməsi nəzərdə tutulur. Ərazi üzrə iqtisadi inteqrasiya dedikdə ən ümumi mənada ayrı-ayrı ölkələrin təsərrüfat həyatın tədricən birləşməsi prosesi nəzərdə tutulur. Bu cür birləşmə nəticəsində yeni bütöv təsərrüfat mexanizmi formalaşır və beynəlxalq regional kompleks yaranır. Bu regional komplekslər dünya iqtisadiyyatının və eləcə də BİM-in subyektinə çevrilirlər. Qeyd etməliyik ki, istər dünya iqtisadiyyatının inkişafında və istərsə də BİM-in genişlənməsində inteqrasiya prosesi daha hərtərəfli və keyfiyyət cəhətləri ilə fərqlənir. Burada sadəcə olaraq məhsulun artması deyil, xalqlar arasında hərtərəfli mübadilə münasibətləri, geniş ünsiyyət, vahid məkan psixologiyası yaranır. İqtisadi birlik, mədəni birlik, siyasi birlik fəlsəfi aşılanır.

Dünya iqtisadiyyatında qloballaşma genişləndikcə təsərrüfat həyatında baş verən qarşılıqlı proseslər də artır. Belə şəraitdə milli dövlətlər bir çox hallarda öz mənafelərinin ödənilməsi dünya bazarı vasitəsilə həyata keçirməyə üstünlük verirlər.

Ayrı-ayrı müəssə və dövlətlər məhsul satışı və xammal mənbələri uğrunda gedən rəqabətdə bir-biri-ilə maddi və maliyyə baxımından öz qüvvələrini birləşdirməklə bir çox əlavə xərclərdən azad olur və birgə qüvvə ilə rəqabətə girmək imkanı əldə edirlər. Beleliklə milli dövlət mənafeyi regional mənafeyə çevrilir. Buradan da dünya təsərrüfatındakı qloballaşma prosesi regionallaşma prosesi ilə tamamlanmış olur. Adətən inteqrasiya prosesi az və ya çox mənada qarşılıqlı ticarətin liberallaşdırılması ilə başlanır. Bu hal əmtəələrin, xidmətlərin və kapitalın hərəkətinin məhdudlaşdırılmasını aradan qaldırır. Tədricən vahid iqtisadi, hüquqi, informasiya məkanı yaranır. Buradan da yeni keyfiyyətli beynəlxalq iqtisadi münasibətlər meydana gəlir. Qeyd etməliyik ki, regional inteqrasiya bir çox əlamətlərinə ilə dövlətlərarası digər əlaqə və formalardan fərqlənir. Beləliklə:



  1. İnteqrasiyaya daxil olan hər ölkə öz iqtisadi siyasətlərində müəyyən razılığa gəlirlər.

  2. Onlar öz milli qanununvericiliklərinə, norma və standartlarını uyğunlaşdırırlar, vahid hala salırlar.

  3. Region daxililində istehsal prosesində vahid texnologiya mövcud olur.

  4. İstehsalda, elm və texnikada beynəlxalq ixtisaslaşma və kooperasiyanın inkişafına zəmin yaranır.

  5. İnteqrasiya prosesinin tənzimlənməsi məqsədilə vahid idarəçilik orqanları yaradılır.

Beləliklə inteqrasiya əmtəə itehsalçılarına bir tərəfdən daha təminatlı xammal, maliyyə, əmək, və elmi ehtiyyatlardan istifadə etmək imkanı verir, digər tərəfdən isə daha böyük bazar üçün əmtəə istehsal etməyə zəmin yaradır.

Bir çox alimlər 1990-cı illəri inteqrasiya proseslərinin yüksək həddi, BİM-də isə regionlaşmanın intensivləşməsi dövrü adlandırılar. Bu inteqrasiyalaşma 2 formada təzahür edir: kəmiyyət və keyfiyyət baxımından.

Kəmiyyət baxımından son onilliklərdə makroregionçuluğun daha geniş xarakter alması, əvvəlki müvafiq razılaşmaların təzələnməsi və sairəni qeyd etmək olar.

Keyfiyyət baxımından dərininə regional təsərrüfatçılığın artması, inteqrasiyanın daha yetkin formalarından istifadə edilməsi cəhətləri diqqəti cəlb edir.

İqtisadi inteqrasiyanın yaranması prosesi mürəkkəb və ziddiyətli xarakterə malikdir. Çünki, o bir çox iqtisadi və siyasi səbəblərdən irəli gəlir.



Məhsuldar qüvvələrin sürətli inkişafı onun milli təsərrüfat çərçivəsindən kənara çıxması, iqtisadi və siyasi amillərin nisbətinin tez-tez dəyişməsi inteqrasiya prosesini artırmışdır. Beynəlxalq iqtisadi inteqrasiya ərazi üzrə yaranır və bir neçə formada təzahür edir. İnkişaf etmiş sənaye ölkələrində bu proses dölətlərarası və mikrosəviyyə olan müəssələrarası (xarici investisiyası əsasında) səviyyədə yaranır.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə