BiLƏsuvar rayon məDƏNİYYƏt və turizm şÖBƏSİ MƏRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemiNİn metodika və MƏlumat biBLİoqrafiya şÖBƏSİ



Yüklə 66,21 Kb.
tarix14.01.2018
ölçüsü66,21 Kb.
#20582

BİLƏSUVAR RAYON MƏDƏNİYYƏT VƏ TURİZM ŞÖBƏSİ

MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİNİN METODİKA VƏ MƏLUMAT BİBLİOQRAFİYA ŞÖBƏSİ


Əməkdar incəsənət xadimi, şairə Mədinə Gülgünün

anadan olmasının 90 illik yubileyi münasibətilə

c:\users\mesi\documents\download.jpg

Bu ömrü mən yaşamalıydım

(metodik vəsait)

BİLƏSUVAR -2016

Həyat və yaradıcılığı

Bəzən qonar sevincimə qəm tozu,

Bəzən coşar, sevincim də çağlar hey.

Mən Təbrizə, Təbriz mənə tamarzı,

İki həsrət bu könlümdə ağlar hey…
Ürəyi susunca dilinin əzbəri Təbriz olan, əbədi yerini onun sinəsində görən, çeşmələrindəki bircə içim suyunu belə hər dərdin dərmanı sayan, qaranquşlardan müjdə, durnalardan görüş uman əməkdar incəsənət xadimi, şairə Mədinə xanım Gülgün Azərbaycan poeziyasının Vətən həsrətindən nəğmələr qoşan susmaz duyğulu bülbülü idi. Taleh ağacının ən nisgilli budağına qonaraq açılan səhərlərin ümüdinə boylanırdı. Ömrü boyu bircə yol seçmişdi.

“Vətənə sarı gedən yollar”. Dövrün və quruluşun amansızlığı bu yolun sarbanlarını elə çətinliklərlə, qəfil qəzavü - qədərlə, dayanacaqla üzləşdirmişd i ki, günlər bir göz qırpımında ötüb keçsə də, arzuların çiçəklənən yazı qışa dönmüşdü. Mədinə xanım

min bir həvəslə, istəklə tutduğu “vüsa l köçünü” Təbrizdə açmaq niyyəti ilə yaşayıb yaradırdı

1926 - cı il yanvarın 17- də Bakıda anadan olmuş Mədinə Gülgünün atası Nurulla

Kişi əslən Təbrizdən idi. Bir tikə çörək qazanmaq, ailəni dolandırmaq üçün Bakıya üz

tutan Nurulla kişi burada onu nələr gözlədiyindən xəbərsiz idi. Mədinə Gülgünün

ümüd bəslədiyi, xoşbəxt ailə sahibi olduğu bu şəhərdə onu sonralar hansı qovğalar

gözləyəcəyini heç ağlına belə gətirməzdi. Çünki, Təbriz də, Bakı da əslində onun üçün

doğma idi.

1937-ci ilin repressiyaları Azərbaycanı qanlı caynaqlarına alanda soy-kökü Cənubi

Azərbaycanla bağlı olanların da qara günləri başladı. Onların da isti yuvalarına soyuq sular

ələndi. Nurulla kişi də bir çox soydaşlarımız kimi ailəsi ilə birlikdə 1938- ci ildə Cənubi

Azərbaycana deportasiya edildi. Onda balaca Mədinənin cəmi 12 yaşı var idi. Üzləşdikləri

zillətlər getdikcə balaca qızcığazın ürəyində ağrılar yaradırdı. Bir müddət Mədinənin

ailəsi Ərdəbildə, Təbrizdə yaşadı. Mədinə elə bu illərdən başlayaraq, haqsızlığa,

ədalətsizliyə qarşı çıxdı. Bu səbəbdən də milli demokratik hərəkata qoşuldu. Tez-tez mətbuatda şeirləri dərc edildi, kitabları çap olundu. Onun ilk şeiri 1946-cı ildə Təbrizdə çap olunan “ Vətən yolunda ” adlı qəzetdə çap olundu. 1945-ci il, azadlıq uğrunda mübarizə

aparan cənubi azərbaycanlıların, o cümlədən Mədinə Gülgünün də həyatında dönüş ili olur.

Məşhur “ 21 Azər” hərəkatından sonra Mədinə işlədiyi karxanadan çıxıb azadlıq mübarizlərinin çap etdikləri “Azərbaycan” qəzetinin xüsusi müxbiri işləyir. Gənc şair qəzet müxbirliyi ilə yanaşı, təşkilati işlərdə də yaxından iştirak edirdi. Mədinə Gülgün o zaman Təbrizdə təşkil olunan “Azərbaycan Qadınlar Cəmiyyəti” nin, “Azərbaycan Yazıçılar və Şairlər Cəmiyyəti” nin və “ Təbriz Teatr Cəmiyyəti”nin idarə heyətinin üzvü seçilmişdir. Cənubi Azərbaycanda milli hökumət yarandığı dövrdə Təbriz Dram Teatrında, “Azərbaycan” qəzetində, Təbriz qadınlar klubunda çalışmağa başladı. Ömrünün bahar çağında azadlıq carçısı olması bəxtəvər günlərini yenidən göy əskiyə bürüdü. Könlünü bağladığı Təbrizdə də doyunca yaşaya bilmədi. 1946-cı ildən məsləkdaşları ilə birlikdə Arazın bu tayına keçən Mədinə xanımın sevinci çox sürmədi. Çünki, onun anası Təbrizdə qalmışdı. Sonralar isə Mədinə xanım ailə qurdu, ana, nənə oldu. Lakin yenə də gözləri yolda qaldı. Varlığını əzən ana və Təbriz həsrəti onun dincliyini ömürlük əlindən aldı.

Gözüm qaldı Arazda,

Dedim, gəlləm bu yazda.

Ana, səbr et bir az da,

Söyləməyə üzüm yox.

Gücünü torpaqdan alan, dogma Azərbaycanın hər qarışına məftun olan, səhərlərini ümüdlə açan Mədinə Gülgünün həsrəti ömründən uzun oldu. Zaman onun məmləkətini və millətini amansız sınaqlara çəkdi. Arzuları ömür yolunda çıraq olan Mədinə Gülgün Azərbaycan torpağının əsil nəğməkarı kimi neçə illər öz poetik qələmi ilə yeni söz sorağına düşərək bir-birindən sanballı, maraqlı əsərlər yaratdı. Qeyd etdiyimiz kimi Mədinə Gülgünün könül rübabının sarı simi Vətəndir. Bu mövzuda qələmə alınan şeirlər öz xəlqiliyi, el-obaya, torpağa bağlılığı ilə seçilib. Misralarındakı fikir tutumu, poetik deyim tərzi onu həmişə çox həmkarından fərqləndirib. Onun qələmə aldığı “Dəniz, sahil, mən”, “Bağların bar vaxtı”, “Payız”, Göy-göl, “Ağ badam çiçəkləri” və digər bu qəbildən olan şeirlərindən dənizin “qəhqəhəsi” gəlir, ulduzdan mirvarisi, aydan tacı olan Göy-gölün ülvü gözəlliyi duyulur, ana torpağımızın ürək döyüntüsü eşidilir. Budur Mədinə xanımın oxucularının ürəyinə köçürdüyü doğma hisslər, ülvü istəklər! Və biz oxucular da bir daha Vətən məhəbbətinin böyüklüyü qarşısında baş əyirik. Şairə, əməkdar incəsənət xadimi Mədinə Gülgün 1991-ci il fevral ayının 17-də Bakı şəhərində vəfat etmişdir.
Yubiley tədbirlərinin keçirilməsi
Mədinə Gülgün…Bu ad bizə hər şeydən əvvəl həsrət, ayrılıq, qürbət, Təbriz, Savalan, Səhənd sözlərini xatırladır. Mədinə Gülgünün poeziyası təpədən-dırnağa dərdin, həsrətin ifadəsidir. Onun poeziyasından söz düşəndə həmişə həzin, kövrək musiqi yada düşür. Bu musiqi ona görə həzindir ki, o, bir ana qəlbinin dərinliyindən süzülüb gəlir. “Həyat eşqi” ilə yazıb-yaradan şairənin ömrü həmişə vətən torpağına bağlı olmuşdur.
Hər daşı yaqutla, inciylə dolu

Bu doğma torpağın nəğməkarıyam.

Köksü təravətli, qaynar, duyğulu

O gözəl baharın nəğməkarıyam.


Bu il Azərbaycanın həsrət nəğməli şairəsi Mədinə Gülgünün 90 yaşı tamam olur. Bu

münasibətlə respublikamızın bir çox təhsil ocaqlarında, məktəblərdə, eləcə də kitabxanalarında tədbirlər planı hazırlanmışdır.

Tədbirlər planına şairə xanımın yaradıcılığı ilə bağlı sərgiləri, oxucu konfransnı, səhərcikləri, kitab icmallarını, sual-cavab gecələrini, ədəbi-bədii gecə və görüşləri daxil etmək olar. İlk növbədə kitabxanada Mədinə Gülgünün yaradıcılığı ilə bağlı sərginin keçirilməsi məqsədəuyğun olardı. “Ruhumuzun şairi”, “Sənətkar ömrü davam edir”, “Susmayan rübab”, “Kaş yarıda qalmayaydı bu yollar”, Mədinə Gülgün-90” və s. adlı sərgidə Mədinə Gülgünün kitablarını nümayiş etdirmək olar. İndi isə “Mədinə Gülgün-90” adlı sərginin nümunəsini veririk.

1. Başlıq: “Mədinə Gülgün- 90”

2. Mədinə Gülgünün portreti.

3. Seçilmiş əsərləri.

4. Dövrü mətbuatda çap olunmuş məqalələrin kartotekası.

5. Görkəmli insanların Mədinə Gülgün haqqında söylədikləri sitatlar.

6. Kitablarının nümayişi.

Gülgün M. Seçilmiş əsərləri.

Gülgün M. Arzu da bir ömürdür.

Gülgün M. Dünya şirin dünyadır.

Gülgün M. Mən bu ömrü yaşadım.

7.Şeir parçası.

Yenə pərvazlandı xəyalım mənim,

Yenə şeirə döndü sözüm ey Vətən.

Sənin daşındadır, torpağındadır,

Bu sönməz alovum, közüm ey Vətən.

Gülgün deyir: arzularım dənizdir,

Məhəbbətim sular kimi təmizdir.

Arxam ellər, fəxrim doğma Təbrizdir,

Uçun, gedin vətən sarı, durnalar!...

Sitatlar:

Sevgidə sədaqət, əhdə vəfa, həyat eşqi, insanın ucalığı, ana-qadın qəlbinin minbir əsrarlı kəhkəşanı övlad məhəbbəti, sülh, əmin-amanlıq arzuları, vətəni qorumaq, doğma təbiətə heyran olmaq, gözəllik duyğusu və s. Mədinə Gülgünün şeirlərində həmişə öz əksini tapmışdır.

Bəkir Nəbiyev

Professor


Gülgün həmişə coşqun, həmişə kövrək, həmişə ilhamlıdır. Onun qəlbində vətən həsrəti, analıq duyğuları, mübarizə eşqi bir vəhdət təşkil edir. Ürəyində belə gözəl duyğular yaşadan şairənin yolu daim yüksəlişədir!

Mirvarid Dilbazi

Xalq şairi
Mədinə xanım kövrək bir xanımdır. Bəlkə də, şeirlərindəki səmimilik belə bir ürəyə sahib olduğundandır.

Nəriman Həsənzadə

Xalq şairi
Azərbaycan oxucuları həmişə onu həssas qəlbli, siyasi, lirik şeirlərin müəllifi kimi tanıyır və sevirlər. Bu gün Mədinə Gülgün xatirəsini yad etmək üçün kitabxanada keçirilən tədbirlərdən biri də poeziya gecəsidir. Gecəni kitabxanaçı Mədinə Gülgünün həyat və yaradıcılığından məlumat verməklə açır:

“Mədinə Gülgün poeziyasından söz düşəndə həmişə həzin, kövrək bir musiqini xatırlayırsan. Bu musiqi ona görə həzindir ki, o, ana qəlbinin dərinliyindən süzülüb gəlir

Bildiyiniz kimi, Mədinə Gülgün ədəbi yaradıcılığa çox gənc yaşlarından başlayıb. Onun

bu illər ərzində neçə-neçə kitabları çapdan çıxıb. Həyatında baş verən hadisələr, sevinc,

kədər, acılı-şirinli xatirələr onun nəğmələrinin hər bir misrasında öz əksini tapıb.
Siz mənim qanadlarım olmusunuz hər yerdə,

Sizə uğurlar dedim bir uğurlu səhərdə,

Yaşarsınız nə qədər doğma xatirələrdə,

Ay mənim gah ağlayan, gah gülən nəğmələrim.


Bu illər ərzində Mədinə Gülgünün taleyinə, ömür-gün payına əbədi bir Vətən həsrəti, Vətən ayrılığı da qismət oldu. Ayrılıqla vüsalın arasında yelkən açan ömür gəmisi arzularının yolçusu olsa da Mədinə xanımın axşamları ilə səhəri qarışıq düşdü. Uşaqlıqdan yollar yorğunu, yurd didərgini, Vətən həsrətlisi oldu. Ürəyi ikiyə bölündü, yolları yarıda qırıldı.

Mədinə Gülgün mübariz şairə olmaqla yanaşı, könülləri riqqətə gətirən lirik şeirlərin də müəllifidir. Bu bir həqiqətdir ki, şairə Mədinə Gülgünün sənəti mövzu məhdudluğu tanımadığı kimi, onun üçün səpki və janr məhdudiyyəti də olmamışdır. O, ciddi siyasi mövzuları tərənnüm edərkən də lirika janrına sadiq qalmışdır. Onun lirik şeirləri məhəbbət mövzusunu tərənnüm etməkdə və siyasi lirikanın tələblərinə cavab verməkdə heç bir sıxıntı tanımamışdır. Şair qələminin qidalandığı insan aləmi və onun taleyi zəngin bir xəzinədir.

Orada sevgiyə, sədaqətə, əhdə vəfaya, övlad məhəbbətinə, vətənə, sülh və əminamanlığa,

arzulara, təbiətə, gözəlliyə məftunluğa kifayət qədər yer vardır. Çıxışdan sonra kitabxanaçı sözü gecənin iştitakçılarına verir. İştirakçılar şairə Mədinə Gülgünün “Sevin, ürək, bahar gəlir”, “Bu səhər”, “Layla”, Nə deyərəm”, “Aparın məni”, “Olmadı” adlı şeirlərini söyləyirlər.

Kitabxanada oxucuların zövqünü oxşayan tədbirlərdən biri ədəbi-bədii gecədir.

Mədinə Gülgünün xatirəsinə həsr olunmuş “Sənətkar ömrü davam edir” adlı ədəbi-bədii

gecənin ssenarisini təqdim edirik:

Aparıcılar səhnəyə daxil olurlar.



I aparıcı: Bu dünyada hərəmizin baxtına bir ömür payı düşür. Mədinə Gülgünün payına da bir ömür payı düşmüşdü. Ağrılı-acılı, kədəri sevincindən çox olan bir qismətdi bu. Mədinə xanım bu qismətə qane olmuşdu, taleyin hökmünü minnətdar -lıqla qəbul etmişdi. Bu alın yazısının özü ilə gətirdiyi əzab və əziyyətə, möhnət və cəfaya dəyanətlə sinə gərmişdi. Narazı deyildi qismətindən. Əksinə, sanki öz həyatının fövqündə dayanıb yaşadığı ömrə özü qiymət vermiş, onun vaxtsız getməyindən kədərlənən yaxınlarını, dostlarını təsəlliyə çağırmışdı.

Mənim taleyimə acıma, gülüm

Yəqin bu ömrü mən yaşamalıydım.

Gəmiydim, görünməz oldu sahilim,

Yəqin bu ömrü mən yaşamalıydım.

II aparıcı: Xoş söz-söhbəti, gülüşü qulağımızdan hələ çəkilib getməyib Mədinə Gülgünün. Onun yoxluğuna hələ də inanmırıq. Mədinə xanım həmişə elin-obanın, xalqın dərdini çiyinlərində gəzdirən bir şairə olmuşdur. Bu baxımdan da xalqının dərdinə, ayrılıq intizarına soyuqqanlı yanaşa bilmirdi. O, təbiətcə təpədən dırnağa qədər şair doğulmuşdu. Tanrı ona poeziya dolu bir ürək bəxş etmişdi. Və bu ürəyə çəkilməz dərd də bəxş etmişdi. Elə bir dərd ki, onu çəkmək üçün gərək elə şair olasan. Elə şair də oldu Mədinə xanım. Sonralar qəlbinin odundan-alovundan, həyata, insanlara tükənməz məhəbbətindən fərəhlənib adının yanına “Gülgün” sözünü də əlavə etdi. Mədinə Gülgün əlinə qələm aldığı gündən nədən yazdısa da onun ən şirin hisslərinə, ən sevincli duyğularına, xoşbəxt anlarına həsrət acısı çiləndi. Azərbaycan qadınına xas olan bütün xüsusiyyətlər cəm olmuşdu Mədinə xanımda. Mədinə xanım həm də Azərbaycanın digər məşhur bir şairinin Balaş Azəroğlunun həyat yoldaşı idi. O, həm gözəl ana, həm də vəfalı həyat yoldaşı idi. O, həmçinin əsl sənətkar idi.
(Oxucuların ifasında “Bu ömrü mən yaşamalıydım” adlı şeiri dinləyək
Mənim taleyimə acıma gülüm,

Yəqin bu ömrü mən yaşamalıydım,

Gəmiydim, görünməz oldu sahilim,

Yəqin bu ömrü mən yaşamalıydım.


Bəzən axşamlarım uzandı, qaldı,

Sevincim Təbrizin yazında qaldı.

Harayım dünyanın özündə qaldı,

Yəqin bu ömrü mən yaşamalıydım.


Bəzən səhərlərim gülmək bilmədi,

Əsil azadlığım gəlmək bilmədi.

Nə çəkdim, mən çəkdim, fələk bilmədi,

Yəqin bu ömrü mən yaşamalıydım.


Döyüş asan gəldi gündən baxana,

Qaldı bostanımız yağış yağana.

Qəfil tufan düşdü Vətən bağına,

Yəqin bu ömra mən yaşamalıydım.


Həsrət həsrət qoydu röyaya məni,

Saldı dönə-dönə qovğaya məni.

Tanıdan olmadı dünyaya məni,

Yəqin bu ömrü mən yaşamalıydım.


Qızmar gün altında üşüdüm bəzən,

Bir ili bir gündə yaşadım bəzən.

Çiynimdə fil yükü daşıdım bəzən,

Yəqin bu ömrü mən yaşamalıydım.


Təbrizin yolları döndü gəc oldu,

Güllərim butada qaldı hec oldu.

Bu odlu sinəmə əlac gec oldu,

Yəqin bu ömrü mən yaşamalıydım.


I aparıcı: Şair qələminin qidalandığı insan aləmi və onun taleyi zəngin bir xəzinədir. Orada sevgiyə, sədaqətə, əhdə-vəfaya, övlad məhəbbətinə, vətənə, sülh və əmin-amanlığa, arzulara, təbiətə, gözəlliyə məftunluğa kifayət qədər yer vardır. Lakin bütün bunlara poeziya deyilən bir gülüstanda yaşıl fidanlar kimi boy atmaları, özlərini müşahidə obyektinə çevirmələri üçün həyat mənbəyi da lazımdır. Mədinə Gülgünün sənət kəhkəşanında o mənbəyin çox dəqiq ünvanı vardır.
Heçdir şöhrət də, ad da,

Təntənə də, büsat da,

Boş görünər həyat da,

Məhəbbət olmayanda....

Sən dünyanı dolan, gəz

Bu dünyaya inan, gəz.

Bir toxum da cücərməz,

Məhəbbət olmayanda....



II aparıcı: Mədinə xanımın şeirləri qırılmaz zəncir ilə öz elinə-obasına bağlıdır. Şairə ilham verən yurdu, şirin dili, bir də doğma elidir. Bu da bir həqiqətdir ki, ədəbiyyat xalqa xidmət etdikdə əbədiyyətə çevrilir. Onun yaradıcısı inanır ki, xalq onu unutmayacaq. Bu baxımdan Mədinə Gülgün də gözəl bilir ki, onun Vətəni, o taylı-bu taylı Azərbaycan onu heç zaman unutmayacaq. Ona görə də şeirində oxucusuna “Mənim kimliyimi, mənim adımı Vətənimdən soruş, elimdən soruş” deyir. Şair Mədinə Gülgün də yaxşı bilir ki, elini, Vətənini tərənnüm edən şair xalqın ürəyində həmişəlik yaşayacaqdır.
Nə vaxt bizim elə səfər eyləsən,

İnanma desələr daha mən yoxam.

Məni bahar kimi təravətli, şən,

Qılınctək kəsərli dilimdən soruş.


I aparıcı: Mədinə Gülgün yaradıcılığı dövründə ədəbi və ictimai fəaliyyətinə görə “Şərəf ordeni” (1980), “21 Azər” medalı(1946), “Əmək veteranı” medalı (1984), üç dəfə respublika Ali Sovetinin fəxri fərmanları ilə təltif olunmuşdur. Həmçinin,Mədinə Gülgün 1987-ci ildə “Azərbaycan SSRİ əməkdarincəsənət xadimi” adına layiq görülmüşdür. Onun indiyə qədərBakıda, Təbrizdə, Moskvada və bir çox başqa şəhərlərdə 30-dançox kitabı çap olunmuşdur. Onlardan “Təbrizin baharı”,“Savalan ətəklərində”, “Çinar olaydı”, “Ömrün payız dayanacağı”, “Firidun”, “Seçilmiş əsərləri” və s. misal gətirməkolar. Bundan başqa Təbrizdə ərəb qrafikası ilə “Yora bilməzyollar məni”, “Mən bu ömrü yaşadım,” Kanadada “Təbrizim mənim” kitabları çap olunmuşdur. İnsana qanad verən, insanıülviyyətə qaldıran onun həyat eşqi və sevgisidir. Bu sevgi həyatyollarında ona bələdçi olub, yoluna həmişə işıq salıb, üzünəyeni bir dünya açıb. Onun xoş və kədərli günlərinə şərik olub.

Nə zaman ki, bir həsrətdən yandı sinən,

Nə zaman ki, yollar üstə dayandın sən,

Nə zaman ki, dodağında dondu gülüş,

Nə zaman ki, bir əlçatmaz oldu gülüş,

Nə zamn ki, qovuşmadı kirpiklərin,

Nə zaman ki, tüğyan etdi dərdin sənin,

Çağır ey dost, dar ayaqda sına məni,

Mən gələrəm, ağır cağda sına məni....
II aparıcı: Mədinə Gülgün onun qəlbini isidən və bir çinar kimi boyatmasına ilham və qüvvət verən ana Vətənə minnətdar olduğunuöz şeirlərində dönə-dönə xatırlamışdır. Biz inanırıq ki, zamanötdükcə, onun qədir-qiyməti daha da artacaq və Azərbaycanədəbiyyatında özünə məxsus daha parlaq yeri olacaq.

Qalır nişanımız, izimiz bizim,

İzi olmayanlar heç yoxmuş demək.

Qalır ocağımız, közümüz bizim,

Yanan çırağımız bil, sönməyəcək.
Biz oxucular da inanırıq ki, qüdrətli şairəmiz Mədinə Gülgünədəbiyyat səmasında bir ulduz kimi əbədi olaraq nur saçacaq və heç vaxt sönməyəcək. Ruhunuz şad olsun.

Tədbirin sonunda Mədinə xanımın ömür-gün yoldaşı, hörmətli şairimiz BalaşAzəroğlunun Mədinə Gülgünə həsr etdiyi “Şəkilinə baxıram” adlı şeirini oxucuların ifasında dinlənilir.


Şəklin durur önümdə,

Şişənin arxasında.

Sakit-sakit baxırsan,

Bu sənmisən doğrudan?!

Yox, yox, bu sən deyilsən!

Danışsana, dinsənə,

Bir gülüb sevinsənə.

Niyə donub qalmısan?

Yox, inana bilmirəm,

Belə dinməz olmusan.

Sinəni qabartmayır

Nədən Vətən havası?

Dalğasız dəniz kimi,

Necə dayaz görünür

Gözlərinin güzgüsü.

Dodaqların incini

Gizlədən sədəf kimi

Gör necə də lal durur.

Yox, sən deyilsən belə,

Önümdə xəyal durur....

Nəfəsin alışmırsa

Vətən məhəbbətindən,

Dodağın titrəmirsə

Həsrətin siqlətindən,

Onda bu sən deyilsən.

Hanı, hanı o rəssam?!

Niyə ona demədin,

Mən ömrümdə bir gün də

Belə lal olmamışam,

Niyə ona demədin,

Mən qartal doğulmuşam

Qıy vurmaya bilmərəm.

Mən qəfəsə girmərəm!

Hanı,hanı o rəssam?

Niyə demədin ona

Sinəmdə vulkan yatır,

Səsim günəşə çatır.

Bir gün şeir deməsəm,

Ağlamasam, gülməsəm,

Bil, məni qəhər boğar.

Fikrimin ümmanında

Hətta ləpələr boğar.

İndi danış, indi din,

Danış ki, otağımız

Sükutda boğulmasın.

Danış, oxu, şeir de,

Ömrümün bircə günü

Qoy şeirsiz olmasın,

Bir də sənsiz olmasın....
S O N
Ədəbiyyat siyahısı:

Əsərləri:

1. Gülgün M. Seçilmiş əsərləri. Şeirlər və poemalar.- B.: Azərnəşr, 1986.- 304 s.

2. Gülgün M. Arzu da bir ömürdür. Şeirlər və poemalar.-B.: Gənclik, 1976.- 74 s

3. Gülgün M.Dünya şirin dünyadır.-B.: Gənclik, 1989.- 200 s.

4. Gülgün M.Mən bu ömrü yaşadım.Şeirlər.-B.: Tədris, 1997.- 87 s.

Tərtib edən: Səfərova Məhsətixanım – Metodika və Məlumat biblioqrafiya şöbəsinin müdiri



Redaktor: Qurbanlı Rəvanə - Metodika şöbəsinin metodisti
Yüklə 66,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə