Biologiya dərslərində innovativ texnologiyalar



Yüklə 62,36 Kb.
tarix08.12.2017
ölçüsü62,36 Kb.
#14838
növüDərs


Biologiya dərslərində innovativ texnologiyalar
İnteraktiv texnologiyalar bugün geniş tətbiq olunur, bütün digər sahələrlə olduğu kimi belə texnologiyalar müxtəlif təhsil müəssələrində də istifadə olunur. İnteraktiv əlaqə insan və insan, habelə insan və İKT arasında real zaman kəsiyində əks-əlaqənin qurulmasını nəzərdə tutur.

“Uşaq təbiəti əyanilik tələb edir” tələbini asanlıqla informasiya-kommunikasiya texnologiyalarının(İKT) köməkliyi ilə ödəmək imkanı vardır. İKT-dən istifadə edilərək keçirilən dərs keyfiyyətli yeni dərs tipidir. Biologiya fənninin, o cümlədən təhsilalanların yaş və psixoloji xüsusiyyətlərini nəzərə alsaq dərslərdə əyanilik çox olmalıdır. Bir qayda olaraq, illüstrasiya ilə müşayət olunan plakat və cədvəllər fiziki və mənəvi göstəricilərinə görə köhnəlmişdir, bu baxımdan bütöv bir rəf dolu tədris resurslarını əvəz edən müxtəlif kompütür proqramları müəllimlər üçün tədrisə daha -maraqlı və qeyri-standart yanaşmalar əlavə etməyə imkan verir.

7-11-ci sinif şagirdləri arasında “Biologiya dərslərində İKT-dən istifadə” mövzusunda sorğu aparılmışdır. Sorğunun əsas məqsədi biologiyanın tədrisində hansı texnologiya, forma və metodların təhsilalanlarda yeni materialın mənimsənilməsində, möhkəmləndirilməsində və yadda saxlanılmasında kömək etdiyini müəyyənləşdirməkdən ibarət olmuşdur. Sorğuda iştirak edənlərin demək olar ki hamısı qeyd etmişlər ki, tədris üçün hazırlanan təqdimatlar, videofilmlər, interaktiv şəkillər, animasiyalar və s. vasitəsi ilə keçirilən dərslərdə mənimsəmə daha sürətli, daha maraqlı və məcburiyyətsiz baş verir. Bu əldə edilən bilik və bacarıqların təhlili zamanı da təstiqlənir.

İKT-nin tətbiqinin aktuallığı:



  • Keyfiyyətli və yeni tip tədris

  • Lazımi informasiyanın sürətlə əldə edilməsi

  • Əyani vasitələrin geniş seçimi

  • Fənnə maraq, təhsilalanların bilik və bacarıqlarının keyfiyyətli yoxlanılması

  • Müəllim və şagirdlər arasında daha sıx qarşılıqlı əlaqə, təhsilalanların tədris prosesində iştirak etmək və cavab vermək istəyi

Dövrümüzdə hər gün yeni və daha çox rəqəmsal tədris resursları(RTR) yaradılır. RTR-dən istifadə dərsə hazırlıq üçün vaxta qənaət etməyə, yeni materialın tam mənimsənilməsi üçün lazımi resursların seçilməsinə, nəticələrin rəngarəng formada yoxlanılması və möhkəmləndirilməsinə imkan verir. RTR-nın köməkliyi ilə biz zaman və məkan baxımından əlçatmaz olan proses və halları nümayiş etdirə bilirik. Məsələn, 6-cı sinifdə “mikroskopun quruluşu”, “bitki və heyvan hüceyrəsinin quruluşu”, “çiçəyin quruluşu” kimi interaktiv trenajorlardan istifadə etmək olar.

Laboratoriya işləri zamanı İKT-dən istifadə bizə geniş imkanlar açır. Axı heç də hər zaman canlı obyektlərdən istifadə imkanımız olmur. Məsələn, “infuzor-tərliyin quruluşu və hərəkəti” mövzusunda laboratoriya işi zamanı kompütürdən istifadə bizə infuzor-tərlik haqqında, onun quruluşu, hərəkəti, ətraf ələmə reaksiyası və s. barədə geniş məlumat əldə edə bilirik. Yuxarı siniflərdə “Ekoloji fəlakətlər və onların nəticələri” mövzusunda mən vaxtaşırı dərs-konferensiya keçirirəm. Təhsilalanlar onlara maraqlı olan mövzu seçir, layihə, təqdimat, buklet, sorğu vərəqələri və s. hazırlayırlar. Yaxud, başqa bir dərsdə tədris prossesinə Promethean lövhəsində “Çiçəyin quruluşu” interaktiv şəkli üzərində işlə başlayırıq, iki şagird kiçik vaxt kəsiyində çiçəyin hissələrini ayıraraq qeyd edirlər. Bu diaqnostik qiymətləndirmə ilə yanaşı qənaət edilmiş vaxtda dərsə məqsədyönlü giriş rolunu oynayır. Konteyner funksiyasından istifadə isə cavabların anında yoxlanılmasına imkan verir.



İnnovasiyalar─təhsildə, öyrənmə prossesində və elmdə yeni forma və üsulların tərtibi və istifadəsidir. Prinsip etibarı ilə hələ geniş və kütləvi tətbiq edilməyən istənilən sosial-iqtisadi yenilik innovasiya hesab edilə bilər. Təhsildə innovativ texnologiyaların əsas məqsədi hər zaman dəyişən və inkişaf edən cəmiyyət həyatı üçün şəxsiyyət yetişdirmək, onda özünüinkişaf vərdişləri yaratmaqdan ibarətdir. Belə təhsilin mahiyyəti tədrisin istiqamətini insanın potensiyalının inkişafına yönəltməkdir. Biologiya tədrisinin əsasını təşkil edən başlıca pedaqoji texnologiyalar aşağıdakılardır:

  1. Problem situasiyanın yaradılması texnologiyası-tədris prossesində problemli şəraitin yaradılması, təhsilalanların müstəqil və aktiv təşkilatlanması və nəticədə biliklərin, bacarıq və vərdişlərin yaradıcı mənimsənilməsi, məntiqi təfəkkürün inkişafı. Bu zaman iki məqama diqqət yetirilməlidir: Əvvəla problemin həlli şagirdlər üçün maraqlı olmalıdır, ikincisi, problem şagirdin öhtəsindən gələ biləcəyi səviyyədə olmalıdır.

  2. İnformasiya-kommunikasiya texnologiyaları-təhsilin məzmununun hüdudsuz zənginləşdirilməsi, inteqrativ kurslardan istifadə, internetə çıxış, interaktiv öyrənmə metedları, məsafədən əlaqə və s.

  3. Fərqli səviyyələrə əsaslanan təhsil texnologiyaları(şagirdyönümlük)-müəllimə imkan verir ki, zəif şagirdlərə kömək etsin, potensial və bacarıqlarından asılı olaraq müxtəlif şagirdlərə müxtəlif tapşırıqlar versin. Belə texnologiyalar şagirdlərdə öyrənmə motivasiyasını yüksəltməklə yanaşı onların bacarıq, qabiliyyət və potensialının inkişafına xidmət edir.

  4. Layihə metodu texnologiyası-təhsilalanların fərdi yaradıcı imkanlarının inkişafına zəmin yaradır, cəmiyyətdə özünün həqiqi yerini müəyyən etməyə kömək edir.

  5. Tədqiqat metodu texnologiyası-şagirdlərə bilikləri müstəqil əldə etmək, tədqiq olunan problemin mahiyyətinə varmaq, həll yolları ilə bağlı fərziyyələr irəli sürmək kimi imkanlar yaradır ki, bu da onların dünyagörüşünün formalaşmasında əsas rol oynayır. Bu isə hər bir şagirdin şəxsiyyət kimi formalaşmasında çox mühümdür.

  6. Mühazirə-sorğu texnologiyası-daha çox yuxarı siniflərdə, imtahanqabağı hazırlıq prossesində mövzuların tamlığı, təkrarı və möhkəmləndirilməsi üçün önəmlidir. Lakin, belə texnologiyalardan ifrat dərəcədə istifadə etmək olmaz. Çünki, bu tədrisin effektivliyini aşağı salır, öyrənmə motivasiyasını zəiflədir. əlavə olaraq tədqiqatlar göstərir ki, iri həcmli informasiyaların mənilsənilməsi çox zəif olur.

  7. Tədrisyönümlü oyunlardan istifadə texnologiyası-bu cür texnologiyalar dünyagörüşünü artırır, dərketmə prossesini inkişaf etdirir, nəzəri və praktik bacarıq və vərdişlərin formalaşmasına şərait yaradır.

  8. Sağlam tədris mühiti texnologiyaları-dərsin müxtəlif mərhələləri üçün tapşırıqların düzgün müəyyənləşdirilməsi, zehni fəaliyyəti idman dəqiqələrinin müşayidəsi, tədris zamanı nəzəri və prakrik fəaliyyətin düzgün bölünməsi.

  9. “Portfolio” innovativ qiymətləndirmə sistemi-sosial özünütəstiqin pedoqoji dəstəklənməsi, şəxsiyyətin fərdi inkişafının müəyyənləşdirilməsi üçün şagird nailiyyətlərinin fərdi uçotu.

  10. Məsafədən təhsil texnologiyaları-müasir dövrdə aktuallığı hər gün artır. Bu texnologiyalar müxtəlif səbəblərdən məktəbə gələ bilməyən və ya sağlamlığı sinif mühitində təhsilə imkan verməyən şagirdlərin tam və hərtərəfli təhsil almalarına imkan yaratmaqla yanaşı ev tapşırıqlarının icrası zamanı müəllim və şagirdlər arasında ünsiyyətin təminatına da şərait yaradır.

Göründüyü kimi müasir dövrdə nəzərdə tutulan nəticələrə çatmaq üçün çoxlu sayda texnikalar işlənmişdir. Müəllimin əsas vəzifəsi fəaliyyətləri təhsilalanların potensiallarının, “öyrənmə bacarığı” başda olmaqla dərketmə və dünyagörüşünün, o cümlədən layiqli bir vətəndaş kimi formalaşmasında rol oynayacaq kompetensiyaların inkişafına istiqamətləndirmək olmalıdır.

İnnovativ fəaliyyətin müəllim üçün imkanları:



  • Peşəkar inkişaf

  • Müstəqil inkişaf imkanları

  • Differensial öyrənmənin təşkili

  • Təlim nəticələrinin proqnozlaşdırılması

  • Əldə olunacaq nəticələrinin erkən diaqnostikası və korreksiyası və s.

Şagird üçün:

  • Biliklərin əldə edilməsi üçün geniş informasiya mənbəyi

  • Fərdi və şəxsi xüsusiyyətlərə uyğun təlimin seçilməsi

  • Mövzu üzrə dərinləşmələrin şəxsi keyfiyyətlər, bacarıq və imkanlara uyğun müəyyənləşdirilməsi və aparılması

  • Nəzarət və özünənəzarətin forma, növ və zamanını seçmək imkanı

  • Dialoji ünsiyyət üçün həmkarın, dinləyən və izah edən rolunun seçimi və s.

İnnovasiyalar bacarıqların formalaşdırılması istiqamətində müstəqil və kommunikativ failiyyətə imkan yaradır. Əldə edilən nəticələrin diaqnostikası aşağıdakı formalarda baş verir:

  • Müşahidə

  • Söhbət

  • Sorğu anketi

  • Seminar və məşğələlərdə təcrübə mübadiləsi

  • Şagird sərbəstliyi faizinin müəyyənləşdirilməsi

  • Yarımillik və illiklərin yekununun aparılması

  • Yoxlama və imtahanları yeni üsullarla aparmaq imkanı


Müsbət dəyişikliklər

Müəllimlər məktəb və şəhər(rayon) tədbirlərində(açıq dərs, müsabiqə, seminar, konfrans və s.) daha aktiv iştirak edirlər. Innovativ texnologiyaların istifadəsi nəticəsində pedaqoji ideyaların bankı yaranır, belə texnologiyaların seçimi və tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparılır. Bu cür metodiki işləmələr və şərhlər tədrisdə şagirdə daha maraqlı və daha çox nəticələr əldə etməsinə imkan verən dərslərin qurulmasına kömək edir.



Yeni pedaqoji texnologiyaların bütün istiqamətləri humanist yanaşmaya aiddir, əsas diqqət insanın şəxsiyyət kimi formalaşmasına, onda məntiqi, yaradıcı və tənqidi təfəkkürün inkişafına yönəlir. Bu yanaşma akademik biliklərin əldə edilməsi və mənimsənilməsini əsas götürən ənənəvi yanaşmanın alternativi olaraq beynəlxalq pedaqoji təcrübədə nəzərdən keçirilir. Lakin bu o demək deyil ki, hər kəs pedaqoqikada mütləq inqilab etməlidir. Sadəcə hər bir müəllim bugünün tələblərini, şagirdlərin potensial və imkanlarını nəzərə alaraq tədris prossesini bir qədər fərqli etsə, bəzi vaxtlar təlimi sinifdən real həyati situasiyalara daşısa kifayət edər. Gəlin unutmayaq ki, bir çox hallarda təhsilalanların bacarıqlarının inkişafı sinif mühitindən kənarda mümkün ola bilər. Lakin ənənəvi təhsil yanaşmasını da tamamilə bir kənara atmaq düzgün deyildir. Əgər hər iki yanaşmanın mütərəqqi və nəticələrə çatmaqda bizə yardım edə biləcək tərəflərinin bu və ya digər formada inteqrasiyasına nail olaraq təlim prosesində istifadə etsək, milli və bəşəri dəyərlər çərçivəsində daha optimal və uğurlu tədrisin təşkilinə müəssər olarıq.
Dərsə düzgün hazırlığın 8 addımı:

  1. Sinfin tələbatlar siyahısını tərtib edin(həm ümümi, həm də fərdi)

  2. Sinfi qiymətləndirin:

  1. Hazırlığını

  2. Motivasiyasını(maraqlarını)

  3. Dil bacarıqlarını

  4. Qrupdaxili dinamikanı(formal və qeyri-formal liderlik, vəziyyətlərdən irəli gələn xüsusiyyətlər və s.)

  1. Təlimin hədəflərini müəyyən edin:

  2. Məzmunu müəyyən edin:

  3. Məzmunun ötürülməsi metodunu müəyyən edin:

  4. Gözlənilən təlim nəticələrini(məqsədləri) müəyyən edin:

  5. Təlimdən sonrakı ilk təəssüratı təxmin edərək növbəti məzmunu planlaşdırın:

  6. Öyrədici mühiti və təlim materiallarını müəyyənləşdirin.

Qeyd:

  1. Məzmunla bağlı şagirdlərə çatdıracağınız məlumatları müəyyən edin,

  2. Sözləri və ifadələri aydın və qısa çatdırmağa çalışın,

  3. Təlimin planını hazırlayın,

  4. Düzgün yanaşma seçin: Eşitdim, Anladım, Tətbiq etdim

Motivasiyanın 3 əsas prinsipi:

  1. Zorla insanları motivə etmək olmaz!

  2. Hər bir insan həvəslərə, maraqlara və motivlərə malikdir.

  3. İnsanlar hər şeyə öz motivləri və maraqları çərçivəsindən yanaşırlar.


Motivasiyanı “boğmağın” 5 üsulu:

  1. Şagirdlərə məsafədən yanaşma,

  2. Şagirdləri passiv dinləyici vəziyyətinə gətirmək və elədə saxlamaq,

  3. Sizin təklifinizin şagirdlərə mütləq lazımlı olduğunu ehtimal etmək,

  4. Şagirdləri tənqid etmək,

  5. Şagirdlərin verdikləri sualın dəyərsizlik səviyyəsində anlaşılmasına şərait yaratmaq.


Necə motivasiya etməli?

  1. Tələbat yaratmaq(Mən bundan nə əldə edəcəm?)

  2. Təlimdə şəxsi məsuliyyət hissinin yaranmasını təmin edilməsi

  3. Marağın yaradılması və saxlanılması

  4. Təlim zamanı əldə edilən biliklərin praktiki tətbiqi olan məşğələlərin planlaşdırılması

  5. Şagirdləri tərifləyin, ruhlandırın, təstiqləyin.

  6. “Öz-özü ilə rəqabət” ruhunun yaranmasına çalışın.

  7. Motivasiya zamanı özünüz canlı olun.

  8. Təlimin uzunmüddətli faydalılığının olmasına şərait yaradın.

  9. Şagirdlərin şəxsi maraqlarının vacibliyini anlamağa çalışın.

  10. Şəxslərarası münasibətlərin inkişafını təşviq edin.

  11. Seçim azadlığını şagirdlərin öhdəsinə buraxın.


Motivasiya üçün 8 güclü üsul:

  1. Maraqlı bir hadisənin nağıl edilməsi

  2. Bu və ya digər məsələyə münasibətdə şagirdlərin mövqeyinin öyrənilməsi

  3. Sualların verilməsi

  4. Hər hansı məsələ ilə əlaqədar söz vermək.

  5. Şagirdlərin gülməsi üçün şərait yaratmaq

  6. Mübahisə doğura biləcək fikir söyləmək

  7. Qeyri-adi məlumatlardan istifadə

  8. Əyani təlim vasitələrdən istifadə

Əyani təlim vasitələrinin 10 üstün cəhəti:

GÖRMƏ 75 %

EŞİTMƏ 13 %

İZAH 12 %

Diqqəti cəlb edir və saxlayır:



  1. Əsas ideyaları gücləndirir:

  2. Danışıq dilini gücləndirir

və təsəvvürün formalaşmasına

kömək edir:



  1. Səhv anlamaları münimuma endirir:

  2. Yaddaşı möhkəmləndirir (Konfutsi:”Eşitdiyimi unuduram,

gördüyümü yadda saxlayıram, etdiyimi anlayıram”)

  1. Təlim mühitini canlandırır:

  2. Vaxta qənaət:

  3. Fikirləri toplamağa yardım edir:

  4. Təlimin plan çərçivəsində qalmasına imkan verir:

  5. Müəllimin özünə inamını artırır.


90% Deyilmə və edilmə

70% Deyilmə

50% Eşitmə və görmə

30% Görmə

20% Eşitmə

10% Oxuma

Əyani təlim vasitələri üçün tələblər:

  1. Anlaşılan olmalı:

  2. “Oxunaqlı” olmalı:

  3. Diqqəti bir fikirdə saxlamalı

  4. Məzmuna uyğun olmalı:

  5. Rəngarəng və gözoxşayan olmalı:

  6. Sadə olmalı

  7. Dəqiq olmalıdır.


Məlumatın effektiv ötürülməsinə 10 məsləhət:

  1. Məlumatı ötürməyə həvəslə və enerji ilə başlayın,

  2. Üzr istəməyin,

  3. Ötürdüyünüz məlumatın əyani vasitələrlə müşayətini təmin edin,

  4. Fikrinizi iştirakçıların maraq və tələblərində cəmləyin,

  5. Şagirdlərə məşğul olacaqları işin məğzini çatdırın,

  6. Onların diqqətlərini cəmləyin,

  7. Açıq və səmimi olun,

  8. Xarici görünüşünüzə daim diqqətli olun,

  9. Auditoriya üçün ən uyğun ötürülmə üslubunu seçin,

  10. Siniflə əlaqə qurun və tədris boyu bu əlaqəni qoruyun.


Düzgün cavab axtarmayın, düzgün sual verməyə çalışın:

  1. Sualları əvvəlcədən hazırlayın, ümumiyyətlə dərsin hər bir mərhələsində verəcəyiniz sualların bölgüsünü aparın,

  2. Hər bir sualın hədəfini müəyyənləşdirin, məlum olduğu kimi suallar informasiya və münasibəti əks etdirmək üçündür,

  3. Suallar auditoriyanın təcrübəsi və savadına uyğun verilməlidir,

  4. Ümumi suallardansa xüsusi suallara üstünlük verin,

  5. Ardıcıl bir neçə sual verərkən bu sualların mövzudan kənarla çıxmamalarına diqqət yetirin,

  6. Suallar qısa, aydın və tez başa düşülən olmalıdır,

  7. Suallar arasında məntiqi bağın olmasına diqqət yetirin,

  8. Müzakirə zamanı bütün qrupa ünvanlanan suallardan başlayaraq hər bir iştirakçıya ünvanlanan suallara keçidi təmin edin,

  9. “Hə” və “yox” cavablı suallardan qaçın, eyni zamanda cavabı əvvəlcədən müəyyən edən suallar da verməyin, suala özünüz cavab verməkdən çəkinin, suala cavab axtararkən bu istintaq sorğusuna çevrilməməlidir.


Suallara necə cavab verməli:

  1. Əmin olun ki, siz təkcə sualı deyil, eyni zamanda sualın arxasında nə olduğunu başa düşdünüz. Başqa sözlə sual verənin hiss və emosiyalarına diqqət yetirin.

  2. Sual verənə həmişə öz diqqət və hörmətinizi çatdırın, sualı təkrarlamaqla onu anladığınızı göstərin və ya dəqiqləşdirin: “Əgər mən səni düzgün başa düşdümsə sən məndən “....” soruşursan”.

  3. Suallara tam və dəqiq cavab verməyə çalışın. Sual verənin cavabınızın onu qane edib-etməməsinə diqqət yetirin, öz cavabınızla bağlı sübut və ya daha ətraflı izah təqdim etməyə hazır olun.



Yolverilməz olan 5 hal:

  1. Sualı cavabsız qoymaq. Hətta kimsə həddindən artıq çox sual verirsə belə onu gözardı etmək olmaz.

  2. Verilmiş sualın yersiz, axmaq və ya mövzu ilə əlaqəsinin olmadığını baxışlarınızla göstərmək.

  3. Gecikmiş cavab: suallara mümkün qədər tez və vaxtında cavab verilməlidir.

  4. Suala cavab üçün mövzunu dəyişməyin! Suala cavab verərkən “Bu mənə filan vaxtı olmuş bir hadısəni xatırladır...” deyə haşiyə çıxmayın. Bu həm sizin vaxtınızı, həm də iştirakçıların diqqətini alar.

  5. Sualları birləşdirmək. Sizə hətta bir-birinə çox yaxın iki müxtəlif sual verilsə belə hər birinə ayrılıqda cavab verin.

Öyrənmənin 7 qanunu:

  1. Müəllim üçün qanun: Müəllim özü öyrədəcəklərini bilməlidir. Özünüz bilmədiyiniz şeyi heç vaxt öyrədə bilməzsiniz. Digərlərini öz öyrənmə təcrübənizə söykənərək öyrədə bilərsiniz. Mövzudan asılı olmayaraq müəllim öyrədəcəyini həyatda sınaqdan keçirmiş olduqda dərketmə daha dərin olur. Iki cür bilik var: intellektual və təcrübə əsasında qazanılmış. Sizin şəxsi təcrübəniz tədrisdə sizin ən yaxın sirdaşınızdır. İngilis filosofu K.S.Lyuisin sözləri ilə desək “İnsanın öz şəxsi təcrübəsi həmişə digərlərinin sübutunu üstələyir”.

  2. Şagird üçün qanun: Şagird tədris edilən materialı maraqla qəbul etməlidir. Siz tədris etdiyiniz mövzunu nə qədər maraqla ötürsəniz, bu, şagirdlərə o qədər çox sirayət edəcəkdir. Bunu öyrənənlər üçün ənənəvi olan “Mən bundan nə əldə edəcəyəm?” sualına cavab verməklə əldə edə bilərsiniz. Şagird sizin dərsinizin ona verdiyi üstünlüyü hiss etməlidir. Bu dərsdən o nə əldə edəcək? Bunu təcrübədə necə istifadə edəcək? Necə tətbiq edə biləcək? İnsanlar onlara xeyir gətirəcək şeylərə daha maraqlı olurlar. Özünəinam elə bir qüvvədir ki, insana istənilən hədəfə çatmağa imkan verir.

  3. Danışıq üslubu üçün qanun: Sizin danışıq üslubunuz şagirdlər üçün anlaşılan olmalıdır. Kimliyindən asılı olmayaraq heç kim özünü çox ağıllı və mütəxəssis kimi göstərənləri xoşlamır. Əvəzində hamı “şagirdləri” və qulaq asanları bəyənir. Şagirdlərin səviyyəsini müəyyənləşdirin, həmin səviyyədən şagirdlərinizlə birlikdə hədəfə doğru addımlayın. Əsas qayəniz “məlumdan naməluma” olsun. Yeni söz və terminlər işlədərkən mütləq şagirdlərin onu anlayıb-anlamadığını müəyyən edin və açıqlamasını verin. Sizin üslubunuz öyrənənlər üçün tramplin olmalıdır, maneə deyil!

  4. Tədris üçün qanun: İstənilən yeni mövzu köhnə biliklərin prizmasından tədris edilməlidir.

  5. Dərs demə üçün qanun: siz şagirdlərin motivasiyasını dəstəkləməli və ən əsası istiqamətləndirməlisiniz. Əksər hallarda ən gərəkli biliklər müstəqil araşdırma zamanı əldə edilir. Prinsipcə öyrənmənin üç forması var ki, onlardan ikisi effekdir deyildir:

  1. Siz şagirdlərə nə barədəsə danışa bilərsiniz. Məsələn siz bütün sinfə müraciət edərək: ”Sizin ən əsas anlamalı olduğunuz odur ki, dinləməyi bacarmırsınız. Mən sizə dinləmə bacarığını inkişaf etdirməklə bağlı bir neçə məsləhət verəcəyəm.” deyə nitqə başladıqda bizə belə gəlir ki, şagirdlərimiz bu vaxt diqqətlə bizim məsləhətlərimizə qulaq asaraq öz çatışmazlıqlarını düzəltməyə çalışacaqlar. Amma əslində şagirdlər “mən bu fikirlə razı deyiləm, mənim dinləmə ilə bağlı problemim yoxdur, sizin çatdırma ilə bağlı probleminiz var. Əgər siz məni maraqlandıra bilmirsinizsə səbəbi məndə axtarmayın” fikrində olurlar.

  2. Siz şagirdlərinizlə statistik məlumatı paylaşa bilərsiniz: “Son tədqiqatlar onu göstərir ki, insanların qarşılıqlı münasibətlərində 95%-i bir-birinə qulaq asmaq bacarığına malik deyillər”. Bu zaman iştirakçıların əksəriyyəti belə düşünəcək: “Bu doğrudan da belədir. Görən bunu necə düzəltmək olar? Heyif ki, bunu mənim atam, anam, dostum və b. eşirmir.” Lakin bu fikirlər bir sindromun nəticəsidir: “BU MƏNƏ AİD DEYIL”!

  3. Şagirdlər üçün onların qarşılıqlı münasibətini əks etdirə biləcək real situasiyalar yaradın. Bu zaman onlar öz davranışlarının nə qədər effektiv və ya qeyri-effektiv olduğunu başa düşəcəklər. Ən effektiv öyrənmə şagirdlərin real cəlb olunduqları situasiyalarda baş verir, nəinki passiv seyrçi olduqları dərslərdə.

  1. Öyrənmə üçün qanun: Öyrənən mütləq öyrəndiklərini həyati təcrübədən keçirməlidir. Söhbət bilikləri tətbiqetmə bacarığından gedir. Sizin bir öyrədən kimi vəzifəniz şagirdləri biliklərlə silahlandırmaq, həmin bilikləri istifadə bacarıqlarının yaranmasına kömək etmək, bacarıqların vərdiş halına çevrilməsini təmin etməkdir.

  2. Xatırlama və tətbiqetmə üçün qanun: Dərsdə həmişə nöqtə qoymaq lazımdır. Bunu öyrənilmiş nəzəri bilikləri təcrübədə istifadə etmək məsələsini qabardmaqla etmək olar. Məs. “Bunu real həyatda necə istifadə etmək olar?” və ya “Necə düşünürsünüz, bu dərsdə öyrəndiklərinizi həyatda tətbiq etsəniz nə baş verər?”

Nəsirova Könül Xaqani qızı



Ağstafa şəhər texniki-humanitar təmayüllü lisey

Biologiya müəllimi
Yüklə 62,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə