Bir kitablıq söz



Yüklə 12,57 Kb.
tarix01.07.2018
ölçüsü12,57 Kb.
#52899
növüYazı

Bir kitablıq söz

Bugünlərdə "Təhsil" nəşriyyatında nəşr edilmiş kitab belə adlanır: "Bir kitablıq söz".


Kitab tanınmış yazıçı, publisist, naşir Mustafa Çəmənlinin 70 illik yubileyi münasibətilə çap edilib.
Kitabda yazıçının 1982-ci ildə "Yazıçı" nəşriyyatında nəşr olunmuş "Mənim dünyamın adamları" adlı hekayələr kitabı da daxil olmaqla bu günə kimi nəşr olunmuş 30-a qədər kitabı haqqında yazılmış resenziyalar, məqalələr toplanıb.
Yazıçının oğlu Ceyhun Mustafayev tərtibçisi olduğu kitabın ön sözündə məramını belə açıqlayıb: "Bir oğul kimi mən ona dünyanın ən qiymətli hədiyyəsini almaq istərdim, amma hər insan üçün "ən qiymətli hədiyyə" anlayışı fərqli məzmun daşıyır. Kiminə görə maddi, kiminə görə mənəvi hədiyyə qiymətli olur. Mənəviyyat adamı olmasını nəzərə alıb mən ona özünə layiq bir hədiyyə vermək istdim.

Fikirləşdim ki, atamı sevindirmək üçün onun indiyə qədər qazandığı oxucu sevgisinə ayna tuta bilsəm, bu, ona ən gözəl hədiyyəm olar. Axı zaman-zaman atamın kitabları və yaradıcılığı haqqında yazılıb, ondan çoxlu sayda müsahibələr götürülürək ayrı-ayrı mətbuat səhifələrində dərc edilib. Onun haqqında yazılanları bir kitabda yığıb nəşr etdirmək keçdi ürəyimdən.


Atam hər bir işi bu gündən çox gələcəyi düşünərək görür. Mən də bu "Bir kitablıq söz"ü atamın bu günü üçün yox, sabahı üçün tərtib etdim.
Amma... Atamı sevənlər də elə mənim kimi düşünürlərmiş! Mən yazıları toplayıb kitabı tərtib edərkən atamdan eşitdim ki, onun hazırda çalışdığı "Təhsil Nəşriyyat-Poliqrafiya" Birliyinin Baş direktoru Tural Axundov nəşriyyatın ədəbi redaksiyasına belə bir kitabın hazırlanması barədə tapşırıq verib. Mən atama göstərdiyi bu sayğıya və belə gözəl hədiyyəyə görə "Təhsil" nəşriyyatının rəhbərliyinə və kollektivinə öz dərin minnətdarlığımı bildirirəm".
Kitabın "Nəsr əsərləri haqqında", "Bədii publisistikası haqqında", "Öz nəğməsini oxuyan yazıçı" adlı bölmələrinə müxtəlif illərdə yazılmış məqalə və resenziyalar daxil edilib.
XƏDİCƏ
525-ci qəzet.- 2017.- 19 oktyabr.- S.7.
Yüklə 12,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə