Bir neçə gün əvvəl yerli mətbuatda bir dövlət rəsmisinin belə bir fikrinə rast gəldik: "Böyük neft gəlirlərinin ölkəyə daxil olduğu dövrdə “Holland sindromu” yarana bilməz"



Yüklə 142,38 Kb.
tarix27.03.2018
ölçüsü142,38 Kb.
#35367

Azərbaycan газети, 4 сентйабр, 2004

Azərbaycan Respublikası Prezidentinin

2004-cü il 3 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmişdir Korrupsiyaya qarşı mübarizə

üzrə Dövlət Proqramı (2004-2006-cı illər)

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və

azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu, Azərbaycan dövlətinin

xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsinin, sosial müdafiəsinin və layiqli həyat

səviyyəsinin qayğısına qaldığını qeyd edərək;

Korrupsiyanın qanunun aliliyinə, demokratik təsisatlara və insan hüquqlarına təhlükə

yaratdığını, dövlət idarəçiliyini səmərəsiz etdiyini, bərabərlik və sosial ədalət prinsiplərini

pozduğunu nəzərə alaraq;

Korrupsiyanın iqtisadi inkişaf üçün maneələr törətdiyini, ədalətsiz rəqabətin və kölgə

iqtisadiyyatın inkişafına şərait yaratdığını, sərmayələrin qoyuluşu üçün mühiti əlverişsiz

etdiyini, büdcə vəsaitlərinin və kredit ehtiyatlarının qeyri-səmərəli istifadəsinə səbəb

olduğunu qeyd edərək;

Korrupsiyanın digər mütəşəkkil və iqtisadi cinayətkarlıqla, xüsuslilə qeyri-qanuni

fəaliyyətdən əldə edilmiş gəlirlərin leqallaşdırılması ilə əlaqəli olmasından narahatlığı

ifadə edərək;

Korrupsiyaya qarşı mübarizədə ümumi dövlət siyasətinin həyata keçirilməsi, bu sahədə

qanunvericiliyin təkmilləşdirilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, dövlət orqanlarının

fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması, korrupsiya hüquqpozmaları törətmiş

şəxslərin məsuliyyətə cəlb edilməsi, bu hüquqpozmalardan zərər çəkmiş şəxslərin

hüquqlarının müdafiəsi, korrupsiyaya qarşı mübarizədə səmərəli nəzarət mexanizminin

təmin edilməsi zərurətini qeyd edərək;

Korrupsiyanın transmilli xarakter daşıdığını qeyd edərək və korrupsiyaya qarşı

mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini nəzərə alaraq, bu sahədə həyata keçirilən

beynəlxalq səyləri və tədbirləri dəstəkləyərək;

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun,

korrupsiyaya qarşı mübarizə sahəsində Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının

konvensiyalarının və digər beynəlxalq sənədlərin müddəalarını nəzərə alaraq,

Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizədə siyasi iradəsini bir daha

təsdiqləyərək Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramını qəbul edir.

I. Ümumi müddəalar

1. Korrupsiyaya qarşı mübarizədə siyasi iradə Korrupsiyaya qarşı mübarizə sahəsində

Azərbaycan Respublikasının strateji kursunun əsasları hələ Azərbaycan Respublikası

Prezidentinin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq

qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" 1994-cü il 9 avqust tarixli və

"Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair"

2000-ci il 8 iyun tarixli fərmanları ilə müəyyən edilmişdir.

Bu müddət ərzində Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə ilə bağlı bir

neçə beynəlxalq sənədə, o cümlədən Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət

məsuliyyəti haqqında", "Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında" və

Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı"

konvensiyalarına qoşulmuş, həmçinin "Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının

Konvensiyası"nı imzalamışdır.

İqtisadi, sosial, maliyyə-bank, ədalət mühakiməsi, hüquq-mühafizə və digər sahələrdə

islahatlar aparılmış, qanunvericilik bazası təkmilləşdirilmişdir. Özəlləşdirmə, banklar,

dövlət qulluğu, yerli özünüidarə, dövlət satınalmaları ilə əlaqədar yeni qanunlar, Gömrük,

Vergi, Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, Əmək

Məcəllələri, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət

Pryqramı" "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", "Azərbaycan

Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və digər normativ

hüquqi aktlar qəbul ilmişdir. Azərbaycan Respublikası Prezidentinin"İstehsal, xidmət,

maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların

qadağan edilməsi barədə" 1996-cı il 17 iyuntarixli,"Dövlət nəzarəti sisteminin

təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması

haqqında" 1999-cu il 7 yanvar tarixli, "Azərbaycan Respublikasında sosial-iqtisadi

inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 2003-cü il 24 noyabr tarixli fərmanları

ölkədə iqtisadi islahatların yeni mərhələsinə təkan vermiş və korrupsiyaya qarşı mübarizə

üçün iqtisadi-hüquqi zəmin yaratmışdır.

2004-cü il yanvarın 13-də "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan

Respublikasının Qanunu qəbul edilmişdir.

Qanunun tənzimlədiyi məsələlər əsasən aşağıdakılardır:

- korrupsiya anlayışı;

- korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri;

- korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar;

- maliyyə xarakterli tələblər və bu tələblərin pozulmasına görə məsuliyyət;

- korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət.

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq

edilməsi barədə" 2004-cü il martın 3-də Azərbaycan Respublikası Prezidentinin

sərəncamı imzalanmışdır. Sərəncamın tənzimlədiyi məsələlər əsasən aşağıdakılardır:

- qüvvədə olan qanunvericilik aktlarının "Korrupsiyaya qarşı mübarizə haqqında"

Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərin hazırlanması;

- Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

haqqında Əsasnamənin layihəsininin hazırlanması;

- Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə

İdarəsinin yaradılması.

Göstərilən sərəncamla həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə

tapşırılmışdır ki, "Korrpusiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası

Qanununun və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin

tələblərinə uyğunlaşdırmaqla "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı"nın

(bundan sonra "Dövlət Proqramı") layihəsini təkmilləşdirərək Azərbaycan Respublikasının

Prezidentinə təqdim etsin.

Dövlət Proqramının layihəsinə yenidən baxılması üçün Azərbaycan Respublikasının

Nazirlər Kabineti yanında orqanlararası işçi qrup yaradılmışdır.

Dövlət Proqramının hazırlanmasında Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının,

Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının

və digər beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının təklif və rəylərindən,

habelə korrupsiyaya qarşı mübarizə sahəsində nailiyyətlər əldə etmiş dövlətlərin

təcrübəsindən istifadə olunmuşdur.

Dövlət Proqramı bir daha təsdiq edir ki, korrupsiyaya qarşı mübarizədə aydın şəkildə

ifadə edilmiş siyasi iradə nümayiş etdirilməklə hakimiyyət orqanları ilə ictimaiyyətin

səyləri birləşdirilməli, ölkədə sosial-iqtisadi vəziyyətin xüsusiyyətləri və beynəlxalq

təcrübə nəzərə alınmaqla ümumbəşəri problem olan korrupsiyaya qarşı ardıcıl mübarizə

aparılmalıdır.

2. Dövlət Prqramının məqsəd və vəzifələri

Dövlət Proqramının əsas məqsədi vahid sistem çərçivəsində kompleks tədbirlərin həyata

keçirilməsini təmin etməklə korrupsiyaya qarşı mübarizəni gücləndirməkdən və sosialiqtisadi

münasibətlərin daha sağlam əsaslar üzərində formalaşmasına şərait yaratmaqdan

ibarətdir. Bu məqsədlə Dövlət Proqramı ümumi vəzifə və tədbirləri, onların icra

edilməsində müxtəlif qurumların iştirakını və bu qurumların qarşılıqlı fəaliyyətini nəzərdə

tutur.


Korrupsiyaya qarşı mübarizə aparan bütün orqanlar öz fəaliyyətini Dövlət Proqramının

müəyyən etdiyi ümümi vəzifələri əsas tutmaqla həyata keçirirlər. Dövlət Proqramının

korrupsiyaya qarşı mübarizədə müəyyən etdiyi ümümi vəzifələr aşağıdakıl_üÿA_____lardır:

2.1. Qanunçuluğun təmin edilməsi

Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər və bununla bağlı dövlət

orqanlarının vəzifə və səlahiyyətləri normativ hüquqi aktlarla müəyyən edilir. Korrupsiyaya

qarşı mübarizə aparan orqanlar bu aktlara uyğun fəaliyyət göstərirlər.

2.2. Şəffaflığın təmin edilməsi

Dövlət orqanları öz fəaliyyətini şəffaflıq prinsipinə əsaslanaraq həyata keçirirlər. Şəffaflıq

təmin edildiyi təqdirdə ictimaiyyət dövlət orqanlarının qəbul edəcəyi qərarlar haqqında

daha çox məlumata malik olur və bu orqanlar üzərində ictimai nəzarət daha səmərəli

həyata keçirilir. Şəffaflıq ictimai diskussiyaya şərait yaradır, dövlət orqanlarına ictimai

etimadı gücləndirir və bu orqanların məsuliyyətini daha da artırır. Şəffaflıq dövlət

orqanlarının fəaliyyətinin təkmilləşməsinə, sui-istifadə hallarının aradan qaldırılmasına,

dövlət orqanlarının fəaliyyətinin daha səmərəli surətdə təhlil edilməsinə və

qiymətləndirilməsinə xidmət edir.

2.3. Dövlət orqanlarının fəaliyyətinə nəzarət

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə

sahəsində dövlət orqanlarının fəaliyyəti üzərində inzibati, məhkəmə, parlament nəzarəti

həyata keçirilir və bu məqsədlə dəqiq nəzarət mexanizmləri müəyyən edilir.

2.4. Korrupsiyanın qarşısının alınması və korrupsiya ilə əlaqədar hüquqpozmalara görə

məsuliyyət

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, korrupsiya ilə əlaqədar

hüquqpozmalar intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.

Korrupsiyaya qarşı mübarizə yalnız korrupsiya ilə əlaqədar hüquqpozmalara görə

məsulliyyətə cəlb etməklə deyil, həmçinin korrupsiyaya şərait yaradan halların müəyyən

edilməsi, aradan qaldırılması və qabaqlayıcı tədbirlər vasitəsilə həyata keçirilir.

2.5. Korrupsiyaya qarşı maarifləndirmə və əməkdaşlıq

Korrupsiyaya qarşı mübarizənin səmərəli surətdə həyata kçirilməsi üçün ictimaiyyətin

maarifləndirilməsi və məlumatlandırılması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir,

digər ölkələrin təcrübəsindən istifadə olunur, beynəlxalq təşəbbüslərdə iştirak edilir,

eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən dövlət və qeyrihökumət

qurumları, kütləvi informasiya vasitələri, beynəlxalq təşkilatlar və digər

tərəfdaşlarla əməkdaşlıq edilir.

II. Korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər

Dövlət Proqramı korrupsiyaya qarşı mübarizədə kompleks tədbirlərin həyata keçirilməsini

müəyyən edir.

3. Qanunvericiliyin təkmilləşdirilməsi sahəsində tədbirlər

Dövlət Proqramında müəyyən edilən tədbirlərin icrasının təmin edilməsi və korrupsiyaya

qarşı səmərəli mübarizənin həyata keçirilməsi üçün qanunvericilik sahəsində aşağıda

göstərilən tədbirlər həyata keçirilir:

- Azərbaycan Respublikası qanunvericiliyinin korrupsiyaya qarşı mübarizə sahəsində

Azərbaycan Respublikasının tərəfdar çıxdığı Birləşmiş Millətlər Təşkilatının, Avropa

Şurasının konvensiyalarına və digər beynəlxalq sənədlərə uyğun olaraq təkmilləşdirilməsi;

-korrupsiya ilə bağlı bir sıra əməllərin beynəlxalq konvensiyalara uyğun olaraq cinayət

kimi tanınması və həmin əməllərə görə məsuliyyətin beynəlxalq təcrübəyə

uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və

dəyişikliklər edilməsi;

- beynəlxalq standartlara və beynəlxalq təcrübəyə uyğun olaraq korrupsiya

hüquqpozmalarına görə hüquqi şəxslərin məsuliyyətini müəyyən edən qanunların qəbul

edilməsi, korrupsiya ilə əlaqədar hüquqpozmalardan əldə edilən əmlakın üzərinə həbs

qoyulması və müsadirəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi;

- özəl müəssisələrə rəhbərlik edən və həmin müəssisələrdə bu və ya digər vəzifədə

işləyən şəxslər tərəfindən korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsinə görə

məsuliyyət müəyyən edən qanunların qəbul edilməsi;

- korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar olan Dövlət Qulluğunu

İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın və Azərbaycan

Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin

əsasnamələrinin qəbul edilməsi;

- Dövlət Proqramında nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsini təmin

etmək məqsədi ilə müvafiq normativ hüquqi aktarının qəbul edilməsi.

Qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə normativ hüquqi aktların layihələrinin

korrupsiyaya qarşı mübarizə nöqteyi-nəzərindən müvafiq ekspertizası həyata keçirilir.

Korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün həmçinin

işçi qrupun yaradılması nəzərdə tutulur.

Qanunvericilik sahəsində şəffaflığı təmin etmək məqsədi ilə normativ hüquqi aktların

vahid internet elektron bazasının yaradılması, həmçinin qanun layihələrinin ictimai

müzakirəyə təqdim ediməsi işinin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirilir.

4. Korrupsiyaya qarşı mübarizə aparan orqanların fəaliyyəti sahəsində tədbirlər

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci

maddəsinə əsasən bütün dövlət orqanları və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində

korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər. Qanunun 4.2-ci maddəsinə əsasən

korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Dövlət

Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya (bundan

sonra "Komissiya") həyata keçirir.

Komissiyanın tərkibi icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanları tərəfindən

təyin edilən üzvlərdən ibarətdir. Komissiyanın səlahiyyətləri qanunla təsdiq edilən

əsasnamə ilə müəyyən edilir. 2004-cü il aprelin 21-də Komissiyanın qanunvericilik, icra

və məhkəmə hakimiyyətlərini təmsil edən üzvləri təyin edilmişlər.

Komissiya Dövlət Proqramının yerinə yetirilməsinə nəzarəti həyata keçirəcək, mərkəzi və

yerli icra hakimiyyəti, habelə müvafiq dövlət orqanları tərəfindən Dövlət Proqramında

nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə məlumatları qəbul edəcək, Dövlət

Proqramının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini müntəzəm təhlil

edəcək və korrupsiya halları aşkar edildiyi təqdirdə həmin məlumatları tədbir görülməsi,

həmçinin cinayət təqibinin həyata keçirilməsi üçün müvafiq orqanlara təqdim edəcəkdir.

Komissiyanın səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən

ediləcəkdir.

Korrupsiya hüquqpozmaları ilə əlaqədar cinayət təqibi Azərbaycan Respublikasının Baş

prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həyata keçiriləcəkdir.

Bu məqsədlə Korrupsiyaya qarşı Mübarizə İdarəsi və digər hüquq-mühafizə orqanları

arasında səmərəli əməkdaşlıq qurulmalı və bu orqanlar arasında vahid informasiya bazası

yaradılmalıdır.

Korrupsiyaya qarşı mübarizə məqsədi ilə mərkəzi icra hakimiyyəti orqanlarında daxili

nəzarətin təşkil edilməsi nəzərdə tutulur. Daxili nəzarətin həyata keçirilməsinin əsas

məqsədi dövlət orqanlarında inzibati nəzarəti təmin etmək, korrupsiya ilə əlaqədar

hüquqpozma törədən əməkdaşları müəyyən edərək müvafiq tədbirlər görməkdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanların səmərəli surətdə fəaliyyət

göstərməsi üçün bu orqanların müstəqil olması və heç bir təsirə məruz qalmaması təmin

edilməlidir.

Korrupsiyaya qarşı mübarizə aparan orqanların fəaliyyəti daim təkmilləşdirilməli, onların

iş təcrübəsi ümumiləşdirilməli və bu orqanlar arasında əməkdaşlığın daha səmərəli

mexanizmləri müəyyən edilməlidir.

Korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış orqanlar öz fəaliyyətini ictimaiyyətin,

qeyri-hökumət təşkilatlarının və özəl sektorun nümayəndələri ilə əlaqəli şəkildə qururlar.

Korrupsiyaya qarşı mübarizə aparan orqanlara ictimai etimadın olması korrupsiyaya qarşı

mübarizədə əsas amillərdəndir. Buna görə də həmin orqanların işi mümkün qədər şəffaf

qurulmalı və bu orqanlar korrupsiyaya qarşı həyata keçirdikləri tədbirlər haqqında

ictimaiyyəti məlumatlandırmalı, bu məqsədlə öz fəaliyyəti barədə dövri məruzələr tərtib

etməlidirlər.

5. Dövlət orqanlarının fəaliyyəti sahəsində tədbirlər

Dövlət orqanlarının fəaliyyəti sahəsində tədbirlər həmin orqanların işinin

təkmilləşdirilməsinə, onların fəaliyyətində peşəkarlığın və şəffaflığın artırılmasına

yönəlmişdir.

Dövlət orqanları öz fəaliyyətini təkmilləşdirmək məqsədi ilə qərarların qəbul edilməsi

prosedurları və müddətlərini dəqiq müəyyən etməli, ərizə və şikayətlərə baxılması işini və

qaydalarını təkmilləşdirməli, onların ictimaiyyətə çatdırılması üçün tədbirlər həyata

keçirməlidirlər. Şəffaflığın və səmərəliliyin arıtırılması üçün bütün dövlət orqanları onların

fəaliyyətini ətraflı surətdə əks etdirən internet səhifələrinin tərtib edilməsi işini başa

çatdırmalı, ərizə və müraciətlərin elektron vasitələrlə qəbul edilməsini təşkil etməlidirlər.

Dövlət Proqramı inzibati icraatın - yəni şəxslərin müraciəti və ya inzibati orqanların öz

təşəbbüsü əsasında inzibati aktın qəbul edilməsi, əsaslandırılması, icra olunması və ya

ləğv edilməsi ilə bağlı fəaliyyətin, habelə şikayətlərə inzibati orqanlar tərəfindən baxılması

qaydalarının təkmilləşdirilməsi və bu məqsədlə inzibati icraatla bağlı qanunun qəbul

edilməsini və digər qanunvericilik aktlarına əlavə və dəyişikliklər ediməsini nəzərdə tutur.

Dövlət orqanlarının səlahiyyətlərinin daha dəqiq müəyyən edilməsi, həmin orqanların

fəaliyyətində təkrarlanan funksiyalar və vəzifələr müəyyən edildikdə onların aradan

qaldırılması, bu məqsədlə qanunvericilik tədbirlərinin həyata keçirilməsi və dövlət

orqanlarının statusunu müəyyən edən normativ hüquqi aktlara müvafiq dəyişikliklər

edilməsi üçün tədbirlər həyata keçirilir.

Mərkəzi və yerli icra hakimiyyəti, habelə yerli özünüidarə orqanlarında korrupsiyaya qarşı

mübarizə üzrə kompleks tədbirlər planlarının hazırlanması və onların tətbiq edilməsi,

dövlət və özəl sektorda korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədi ilə

ixtisaslaşdırılmış tədqiqatların təşkil edilməsi üçün tədbirlər həyata keçirilir.

Şəxslərin məlumat azadlığından istifadəsi dövlət orqanlarının fəaliyyətində şəffaflığın

təmin edilməsinin əsas amillərindən biridir. Bunun üçün məlumat azadlığından

istifadənin, məlumat əldə edilməsi qaydalarının və üsullarının təkmilləşdirilməsi,

məlumatın təmin edilməsində dövlət orqanlarının vəzifələrinin dəqiq müəyyən edilməsi,

məlumat əldə etmə sisteminin təkmilləşdirilməsi və bu məqsədlə məlumat azadlığını

tənzimləyən qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi üçün tədbirlər həyata

keçirilir.

Dövlət Proqramı dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi, onların madditexniki

və maliyyə təminatının yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata

keçirilməsini nəzərdə tutur.

Dövlət qulluqçularının etik davranış kodekslərinin hazırlanması və ya onların

təkmilləşdirilməsi, etik davranış kodekslərinin bu sahədə mövcud olan BMT və Avropa

Şurasının tövsiyələrinə uyğunlaşdırılması, etik davranış kodekslərinin pozulmasına görə

məsuliyyətin müəyyən edilməsi, həmçinin dövlət qulluqçularının korrupsiyaya qarşı

mübarizə ilə bağlı maarifləndirilməsi və onlara təlim keçilməsi üçün tədbirlər həyata

keçirilir.

Dövlət orqanlarında qulluğa ixtisaslı və peşəkar kadrların cəlb edilməsi bu orqanların

fəaliyyətinin müasir tələblərə uyğun qurulması və səmərəliliyinin artırılması üçün

zəruridir. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununda və dövlət

qulluğunu tənzimləyən digər qanunvericilik aktlarında nəzərdə tutulan dövlət qulluğuna

qəbulun qaydaları təkmilləşdirilməli və dövlət qulluğunun bütün sahələrində qulluğa

qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi təmin edilməlidir. Bununla yanaşı dövlət

orqanlarında qulluğun nüfuzunun artırılması, dövlət qulluğuna həvəsləndirmə

proqramlarının həyata keçirilməsi, dövlət qulluğuna həmçinin özəl sektorda iş təcrübəsi

əldə etmiş mütəxəssislərin də cəlb edilməsi üçün tədbirlər həyata keçirilməlidir.

Dövlət qulluğunun səmərəliliyinin artırılması üçün dövlət qulluqçularının fəaliyyətini

dəyərləndirmə sisteminin yaradılması məqsədi ilə tədbirlər görülməli, həmçinin dövlət

qulluğunun rotasiya sistemi üzrə həyata keçirildiyi sahələr dəqiq müəyyən edilməlidir.

Dövlət qulluqçularının maddi-texniki və maliyyə təminatının yaxşılaşdırılması üçün dövlət

məvaciblərinin mərhələlərlə artırılması, dövlət qulluqçularının sosial təminatının

yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir.

Vəzifəli şəxslərin əmlak və maliyyə vəziyyəti haqqında məlumat vermə qaydalarının

müəyyən edilməsi və bu qaydalara uyğun olaraq vəzifəli şəslərin əmlak və maliyyə

vəziyyəti üzərində nəzarət mexanizminin, həmçinin məlumatların təqdim ediləcəyi

orqanların müəyyən edilməsi üçün tədbirlər həyata keçirilir.

BMT və Avropa Şurasının tövsiyələrinə və beynəlxalq təcrübəyə uyğun olaraq siyasi

partiyaların maliyyə vəsaitlərinin xərclənməsində şəffaflığın artırılması və bu məqsədlə

nəzarət mexanizminin müəyyən edilməsi, siyasi partiyaların maliyyələşməsinə nəzarətin

təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirilir.

6. Hüquq-mühafizə orqanlarının və məhkəmələrin fəaliyyəti sahəsində tədbirlər

Azərbaycan Respublikasında 2005-ci ildə keçiriləcək hakim seçkiləri ilə əlaqədar

məhkəmə islahatlarının davam etdirilməsi nəzərdə tutulur. Bu islahatların məqsədi

məhkəmələrin müstəqilliyinin və onların fəaliyyətinin səmərəliliyinin artırılması,

hakimlərin seçilməsi prosedurlarının təkmilləşdirilməsi, Məhkəmə-Hüquq Şurasının

yenidən formalaşdırılması və hakimlərin seçilməsində yeni seçki qurumunun iştirakının

təmin edilməsidir. İslahatlar BMT və Avropa Şurasının bu sahədə tövsiyələrinə uyğun

həyata keçiriləcəkdir.

Aparılacaq islahatlar çərçivəsində hakimlər barəsində intizam icraatının başlanmasının

yeni proseduru və korrupsiya ilə əlaqədar hüquqpozmalara görə intizam icraatının

başlanması hallarının müəyyən edilməsi nəzərdə tutulur.

Nəzərdə tutulmuş islahatlara əsasən hakimliyə namizədlər öz vəzifələrinin icrasına

başlamamışdan əvvəl müəyyən müddət ərzində tədris kursları keçəcəklər. Tədris zamanı

gələcək hakimlər ixtisas fənləri ilə yanaşı korrupsiyanın və mütəşəkkil cinayətkarlığın yeni

formaları ilə tanış olacaq və bu sahədə biliklər əldə edəcək, beynəlxalq konvensiyaları

öyrənəcək və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi ilə tanış olacaqlar.

Həmçinin hazırda fəaliyyət göstərən hakimlərin, o cümlədən prokurorların korrupsiyaya

qarşı mübarizə sahəsində ixtisaslaşması və təlim keçməsi, habelə hüquq mühafizə

orqanları əməkdaşlarının etik davranış kodekslərinin qəbul edilməsi üçün tədbirlər həyata

keçiriləcəkdir.

Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq

öhdəlikləri hakimlərin cinayət təqibi ilə bağlı toxunulmazlığının demokratik cəmiyyətdə

zəruri olan dərəcədə məhdudlaşdırılmasını tələb edir. Bu məqsədlə hakimlərin

toxunulmazlığına xitam verilməsini tənzimləyən qanunvericilik aktlarının beynəlxalq

standartlar və beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün tədbirlər nəzərdə tutulur.

Korrupsiya hüquqpozmalarına qarşı mübarizəni həyata keçirən orqanlar arasında

əməkdaşlıq təkmilləşdirilməli, korrupsiya ilə bağlı cinayətlər haqqında statistik hesabatlar

tərtib edilməli, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə vahid informasiya

bazasının yaradılması üçün tədbirlər həyata keçirilməlidir.

Hüquq-mühafizə orqanları daxilində korrupsiya hallarına qarşı mübarizə aparılması

məqsədi ilə bu orqanların aparatında daxili nəzarəti həyata keçirən qurumlar müəyyən

edilir. Bu qurumların vəzifəsi müvafiq hüquq-mühafizə orqanında daxili təhlükəsizliyi

təmin etmək, inzibati nəzarəti həyata keçirmək, korrupsiya ilə əlaqədar hüquqpozma

törədən əməkdaşları müəyyən edərək səlahiyyətləri daxilində tədbir görməkdir. Bu

məqsədlə hüquq mühafizə orqanlarının müvafiq qurumlarının əsasnamələrinə əlavə və

dəyişikliklər edilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə

İdarəsinin, korrupsiyaya qarşı mübarizə aparan digər dövlət orqanlarının, ekspert

təşkilatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, habelə korrupsiya

hüquqpozmalarının müəyyən edilməsi və qarşısının alınması işində hüquq-mühafizə

orqanları əməkdaşlarının stimullaşdırılması məqsədi ilə korrupsiya ilə bağlı cinayətlərinin

açılmasında pşəkarlıq göstərən əməkdaşların mükafatlandırılması istiqamətində tədbirlər

həyata keçirilir.

Hüquq-mühafizə orqanları əməkdaşlarının yüksək dövlət məvacibi ilə təmin edilməsi

korrupsiyaya qarşı mübarizədə mühüm amillərdən biridir. Bu məqsədlə hüquq-mühafizə

orqanlarında qulluq keçən şəxslərin dövlət məvaciblərinin mərhələlərlə artırılması, onların

sosial təminatının yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir.

Vəkillik institutunun təkmilləşdirilməsi məqsədi ilə vəkillərə dövlət hesabına ödənilən

hüquqi yardımın məbləğinin artırılması, "Vəkillər və vəkillik fəaliyyəti haqqında"

Azərbaycan Respublikasının Qanununa edilmiş yeni əlavə və dəyişikliklərdən irəli gələn

vəzifələrin icra olunması üçün müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Notariat işinin təkmilləşdirilməsi məqsədi ilə notariat qaydasında təsdiq edilən əqdlər

üzrə tərəflərin bir-birinə ödəyəcəyi vəsaitlərin notariusların bankda açılan depozit

hesabları vasitəsi ilə həyata keçirilməsi, notariusların korrupsiyaya qarşı mübarizə aparan

orqanlarla əməkdaşlığının genişləndirilməsi və göstərilənlərlə əlaqədar "Notariat

haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi nəzərdə

tutulur. Bu tədbirlərin həyata keçirilməsi nağd pul kütləsi dövriyyəsinin azalmasına, qeyriqanuni

fəaliyyətdən əldə edilmiş gəlirlərin leqallaşdırılmasının qarşısının alınmasına, vergi

nəzarətinin gücləndirilməsinə, əldə edilən gəlirə görə vergilərin tam və vaxtında

ödənilməsinə, notariusların qərəzsiz fəaliyyət göstərmələrinə şərait yaradacaqdır.

7. İqtisadi və sosial sahədə tədbirlər

İ

qtisadi sahədə korrupsiya ədalətli rəqabətin pozulmasına, kölgə iqtisadiyyatın inkişaf



etməsinə, gəlirlərin vergidən yayınmasına, investisiya qoyuluşunun, qiymətli kağızlar,

sığorta və maliyyə bazarının inkişafının ləngiməsinə səbəb olur.

Ədalətli rəqabətin pozulması əsasən özünü inhisarların yaradılmasında büruzə verir.

İnhisarçılığın mövcud olması inhisarçı təsərrüfat subyektləri tərəfindən daxili bazarda

qiymət manipulyasiyalarına yol verilməsinə səbəb olur, sahibkarlığın inkişafına və

sahibkarların həmin fəaliyyət növləri ilə məşğul olmasına maneələr yaradır.

Ədalətli rəqabətin təmin edilməsi və inhisarçılığın tənzimlənməsi üçün Antiinhisar

Məcəlləsinin qəbul edilməsi, rəqabəti tənzimləmə fəaliyyətinin təkmilləşdirilməsi və digər

tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Özəlləşdirmədə bütün şəxslərin bərabərhüquqlu iştirakının təmin edilməsi məqsədi ilə

özəlləşdirmə sahəsində şəffaflığın artırılması, özəlləşdirilən dövlət müəssisələrinin

qiymətləndirmə sistminin və özəlləşdirməyə nəzarətin təkmilləşdilriməsi üçün tədbirlər

həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya)

verilməsi qaydalarının təkmilləşdirilməsi barədə" 2002-ci il 2 sentyabr tarixli fərmanı ilə

lisenziyalaşdırma sistemi əsaslı surətdə təkmilləşdirilmiş, lisenziyalaşdırılan fəaliyyət

növlərinin sayı əhəmiyyətli dərəcədə azaldılmışdır. Fərmana uyğun olaraq fəaliyyət

növlərinin xüsusiyyətlərindən asılı olaraq lisenziya verilməsi üçün tələb olunan sənədlərin

sayı minimuma endirilmiş, lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği

təxminən 2,5 dəfə azaldılmış, lisenziyaların müddəti artırılmış, verilən lisenziyaların vahid

dövlət reyestri yaradılmışdır. Buna baxmayaraq lisenziyaların verilməsi işində

süründürməçilik, sui-istifadə halları hələ də qalmaqdadır.

Lisenziyaların verilməsində şəffaflığın artırılması, lisenziya verilməsi şərtlərinin dəqiq

müəyyən edilməsi və ictimaiyyətə çatdırılması, lisenziyaların verilməsinin və

müddətlərinin uzadılmasının sadələşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən hüquqi və fiziki şəxslərə torpaq

sahələrinin ayrılması işinin təkmilləşdirilməsi, bu sahədə nəzarətin gücləndirilməsi,

torpaqdan istifadə üçün ədalətli və bərabər hüquqi imkanların təmin edilməsi məqsədi ilə

tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.

İ

nvestisiya fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə investisiya fəaliyyəti haqqında yeni



qanunun qəbul edilməsi və investisiya fəaliyyətinin tənzimlənməsinin forma və

metodlarının təkmilləşdirilməsi üçün tədbirlər görülür.

Dövlət satınalmaları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və satınalmalarla bağlı

normativ hüquqi aktların sistemləşdirilməsi həyata keçirilir. Azərbaycan Respublikasında

dövlət satınalmalarını tənzimləyən bir neçə qanun və fərman qüvvəyə minmiş, həmçinin

Satınalmalar üzrə Dövlət Agentliyi yaradılmışdır. Satınalmalar üzrə Dövlət Agentliyinin

fəaliyyətinin təkmilləşdirilməsi, dövlət satınalmaları haqqında ictimaiyyətin

məlumatlandırılması, dövlət satınalmalarının bütün mərhələlərində şəffaflığın təmin

edilməsi, müsabiqə meyarlarının və qiymətləndirmə prosesinin, o cümlədən satınalma

mexanizminin təkmilləşdirilməsi, qiymətləndirmə metodlarının dəqiq müəyyən edilməsi

üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Dövlət satınalmaları haqqında

qanunvericiliyin tələblərinin həmçinin yerli özünüidarə orqanları tərəfindən həyata

keçirilən satınalmalara tətbiq edilməsinin təmin olunması üçün müvafiq tədbirlər görülür.

Maliyyə və bank işinin təkmilləşdirilməsi məqsədi ilə bank sistmində islahatların

sürətləndirilməsi, bank idmətinin yaşılaşdırılması, bank işi sahəsində ədalətli rəqabətin və

şəffaflığın artırılması üçün əlavə tədbirlər həyata keçirilir.

Korrupsiya bir çox hallarda digər mütəşəkkil və iqtisadi cinayətkarlıqla, xüsusilə də çirkli

pulların yuyulması ilə bağlı olur. Çirkli pulların yuyulması təkcə korrupsiya və digər

cinayətkar fəaliyyətdən əldə edilmiş gəlirlərin leqallaşdırılması ilə nəticələnmir, həmçinin

ölkənin maliyyə və bank sisteminə mənfi təsir göstərir. Korrupsiya ilə əlaqədar

hüquqpozmalardan əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizənin

gücləndirilməsi məqsədi ilə cinayət qanunvericiliyinə müvafiq əlavə və dəyişikliklərin

edilməsi, qeyri-qanuni fəaliyyətdən əldə edilmiş gəlirlərin leqallaşdırılmasının qarşısının

alınması haqqında qanunun qəbul edilməsi, Azərbaycan Respublikası qanunvericiliyinin

BMT və Avropa Şurasının bu sahədə konvensiyalarına və Maliyyə Tədbirləri üzrə İşçi

Qrupun (FATF) tövsiyələrinə uyğun olaraq təkmilləşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə

həmçinin qeyri-qanuni fəaliyyətdən əldə dilmiş gəlirlərin leqallaşdırılmasına qarşı

tədbirlər proqramının hazırlanması, maliyyə vasitəçiləri tərəfindən müştərilərin və

benefisiarların identifikasiyası mexanizminin, maliyyə əməliyyatlarının qeydiyyatı, uçotu

və saxlanılması, şübhəli əməliyyatlar barədə hesabat sisteminin təkmilləşdirilməsi,

mühasibat uçotu və maliyyə hesabatında şəffaflığın artırılması üçün tədbirlər həyata

keçirilir.

Təsərrüfat subyektləri və iqtisadi agentlər arasında maliyyə əməliyyatlarının və

hesablaşmaların şəffaflığının təmin edilməsi məqsədi ilə mülki dövriyyənin iştirakçıları

arasında hesablaşmalarda nağdsız ödəmələrin həcminin artırılması üçün tədbirlər

görülməsi nəzərdə tutulur.

Audit xidmətinin təkmilləşdirilməsi məqsədi ilə audit fəaliyyətinin qanunvericilik

bazasının təkmilləşdirilməsi, bu növ fəaliyyətin beynəlxalq audit standartlarına

uyğunlaşdırılması, milli audit standartlarının hazırlanması, mühasibat və statistika uçotu

sisteminin beynəlxalq standartlara əsasən yenidən qurulması üçün tədbirlər həyata

keçirilir. Auditorlar Palatasının fəaliyyətinin, daxili audit xidmətləri rəhbərlərinin qulluğa

qəbulu və onların qulluğuna xitam verilməsi prosedurlarının təkmilləşdirilməsi nəzərdə

tutulur. Audit təşkilatlarının korrupsiyaya qarşı mübarizə aparan orqanlarla

əməkdaşlığının gücləndirilməsi və onların korrupsiyaya qarşı mübarizə sahəsində

öhdəliklərinin müəyyən edilməsi, auditorların etik davranış kodeksinin korrupsiyaya qarşı

mübarizə ilə bağlı təkmilləşdirilməsi və etik davranış kodeksinin pozulmasına görə

məsuliyyətin müəyyən edilməsi üçün tədbirlər həyata keçirilir.

Vergi və gömrük işinin təkmilləşdirilməsi məqsədi ilə vergi ödəmə prosedurlarının, vergi

qanunvericiliyinin təkmilləşdirilməsi və izahlı şərhlərin hazırlanaraq ictimaiyyətə

çatdırılması üçün tədbirlər həyata keçirilir. Gömrük nəzarəti və gömrük

rəsmiləşdirməsinin avtomatlaşdırılmış sistminin tətbiqi, gömrük orqanlarında normativ

aktları və gömrük tariflərini özündə əks etdirən informasiya bürolarının yaradılması,

gömrük nəzarətinin sadələşdirilməsi, gömrük prosedurlarının şəffaflığının təmin edilməsi,

mövcud normativ hüquqi aktlar barədə iqtisadi əlaqələrin iştirakçılarının

məlumatlandırılması üçün tədbirlər həyata keçirilir. Eyni zamanda vergi və gömrük

orqanları qulluqçularının etik davranış kodekslərinin hazırlanması, bu kodekslərin

pozulmasına görə məsuliyyətin müəyyən edilməsi, gömrük qanunvericiliyinin Beynəlxalq

Gömrük Təşkilatının korrupsiyaya qarşı mübarizə ilə bağlı tövsiyələrinə uyğunlaşdırılması

nəzərdə tutulur.

Maliyyə nəzarəti sahəsində qanunvericiliyin və maliyyə nəzarətini həyata keçirən

orqanların işinin təkmilləşdirilməsi, maliyyə nəzarəti prosedurlarının və bu prosedurları

tənzimləyən normaların dəqiq müəyyən edilməsi üçün tədbirlər həyata keçirilir.

Maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində şəffaflığın təmin edilməsi

məqsədi ilə həmin orqanlar tərəfindən dövri məruzələrin tərtib edilməsi həyata

keçiriləcəkdir. Maliyyə nəzarətinin təkmilləşdirilməsi tədbirləri sırasında yerli büdcənin

icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna

nəzarət mexanizmlərinin və prosedurlarının müəyyən edilməsi nəzərdə tutulur.

Büdcə sisteminin qanunvericilik bazasının və büdcə təsnifatının təkmilləşdirilməsi,

həmçinin yerli özünüidarə orqanlarının vəsaitlərinin formalaşması və təyinatı üzrə

xərclənməsi prosesində şəffaflığın təmin edilməsi üçün tədbirlər həyata keçirilir.

Korrupsiyaya qarşı mübarizə təkcə dövlət sektorunda deyil, həmçinin özəl sektorda da

həyata keçirilməlidir. Bu məqsədlə özəl sektorda korrupsiyaya qarşı mübarizə aparılması

üçün qabaqlayıcı tədbirlərin görülməsi, korrupsiya hüquqpozmalarına görə məsuliyyətin

müəyyən edilməsi üçün qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi və digər

tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

8. Maarifləndirmə tədbirlərinin həyata keçirilməsi

Dövlət Proqramı korrupsiyanın mahiyyəti, səbəbləri və onun doğurduğu təhlükələr

haqqında ictimaiyyəti hərtərəfli maarifləndirmək və məlumatlandırmaq məqsədi ilə

müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Maarifləndirmə və

məlumatlandırma Dövlət Proqramının bütün iştirakçıları tərəfindən həyata keçirilir.

9. Korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın həyata keçirilməsi

Dövlət Proqramının iştirakçıları korrupsiya ilə mübarizənin həyata keçirilməsində təkcə

dövlət orqanları ilə deyil, həmçinin İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman), qeyrihökumət

təşkilatları, kütləvi informasiya vasitələri, beynəlxalq təşkilatlar və digər

tərəfdaşlarla əməkdaşlıq edirlər. Eyni zamanda korrupsiya ilə mübarizə sahəsində

fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın gücləndirilməsi,

korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübənin öyrənilməsi üçün tədbirlər nəzərdə

tutulur.


Korrupsiyaya qarşı mübarizə aparan orqanlar Azərbaycan Respublikasının

qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq konvensiyalara uyğun olaraq beynəlxalq

təşkilatlar və xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirlər.

10. Dövlət Proqramının icrasına nəzarət

Azərbaycan Respublikasının Nazirlər Kabineti və Komissiya Dövlət Proqramının icrasına

nəzarəti həyata keçirir və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə

yetirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat

təqdim edirlər. Bundan əlavə, Dövlət Proqramında göstərilən tədbirlərin icrasına Dövlət

Proqramının müəyyən etdiyi formada (şəffaflığın təmin edilməsi, əməkdaşlıq,

maarifləndirmə) ictimai nəzarət həyata keçirilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Milli Məclisi

qarşısında illik hesabatında həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində həyata



keçirilmiş tədbirlər haqqında məlumat verir.
Yüklə 142,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə