Bir riyaziyyatçinin şair dünyasi Hamlet İsaxanlının bədii yaradıcılığı barədə



Yüklə 268,92 Kb.
Pdf görüntüsü
tarix01.08.2018
ölçüsü268,92 Kb.
#59822


Bir riyaziyyatçinin şair dünyasi 

(Hamlet İsaxanlının bədii yaradıcılığı barədə

Əsrlər boyu elmlə bədii yaradıcılığın bir-birilə münasibəti, birinin digərinə təsiri barədə polemikalar 

aparılıb, mübahisələr, müzakirələr gedib. Və bu mübahisələr indi də davam edir. Bu təsir məsələsində 

hansınınsa üstünlüyü bir o qədər də əhəmiyyət kəsb eləməyib.  

    

   Elmin poeziyaya, yaxud poeziyanın elmə təsiri ilə bağlı yüzlərlə misallar gətirmək olar. Füzuli deyirdi ki, 



elmsiz şeir əsası yox divar kimidir, əsası yox divar da qayətdə bietibar olur. Şeirdəki elmilik bizim 

fikrimizcə, bədii fikrin məntiqi mühakimə ilə, tezis-antitezis üsulu ilə ifadə edilməsi, həyat həqiqətinin 

nə qədər obrazlı şəkildə olsa da, inandırıcı-ağlabatan tərzdə ifadə olunması, elmi fikirlərə, təsbit 

olunmuş əqli nəticələrə istinad edilməsi deməkdir. Bu haqda mərhum füzulişünas Sabir Əliyevin dahi 

şairə həsr etdiyi tədqiqatda xeyli qiymətli fikirlər vardır. Təbii ki, hər hansı bir poetik əsərin əsasında 

fikir durur, bu fikir obrazlı şəkildə ifadə olunursa, şeirin bütün komponentlərində şair xəyalı ilə alim 

təfəkkürü qovuşursa, o zaman şeirdə elmilik özünü doğruldur. Vaxtilə elmi əsərlərin şeirlə yazılması ayrı 

şeydir, amma şeirin özündə fikrin, məntiqi mühakimənin olması vacibdir. 

    

   Poeziyanın, bədii yaradıcılığın elmə təsiri də təxminən eyni paralelə gətirib çıxarır. Niyə XX əsrin 



böyük dahisi Eynşteyn deyirdi ki, Dostayevskinin əsərləri mənə Qaussun riyazi əsərlərindən daha çox 

təsir göstərir. Niyə Avstriya alimi Bolsman deyirdi ki, mən indi nəyəmsə, Şillerə borcluyam. 

    

   Həm elm, həm də sənət üçün xəyal da, fikir də eyni dərəcədə vacibdir. Xəyal, fantaziya olmazsa, nə 



alim, nə də şair böyük əsərlər yarada bilməzlər. Xəyal cazibə qanununu, Nyuton binomunu, atomun 

parçalanmasını, Levitanın "Qızıl payızı"nı, Hamletin fəlsəfi düşüncələrini, nisbilik nəzəriyyəsini, 

Nizaminin ölməz "Xəmsə"sini, Füzulinin qəzəllərini bəşərə bəxş elədi. Hələ çox qədimlərdə Strabon 

deyirdi ki, poeziya biliyə sevgi yaradan şirin bir dərmandır. Təbii ki, burada xəyal fikirlə, hissi idrak 

mücərrəd təfəkkürlə qovuşur.  

    


   Bu, çox geniş mövzudur və əlbəttə, bu yazıda məqsədimiz elmlə sənətin bir-birinə qarşılıqlı təsiri 

barədə söz açmaq deyil. 

    

   Tanınmış riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, həm Azərbaycanda, həm də xaricdə 



yaxşı tanınan Hamlet İsaxanlının şeir yazmasına, avropa və dünya şairlərinin əsərlərini tərcümə etməsi, 

hətta bədii tərcümənin prinsipləri haqqında maraqlı bir elmi əsər yazması, "Azərbaycan sevgi poeziyası" 

adlı dördcildlik gözəl bir toplu nəşr etdirməsi bizə məhz bir alimin mənəvi dünyasının zənginliyindən 

xəbər vermirmi? Bəlkə də bəzilərinə bu iş qəribə təsir bağışlaya bilər. Çox iş adamları, biznesmenlər 

tanıyıram ki, onlar yaşlarının qırxında, əllisində başlayırlar şeir yazmağa, çox nəfis, yüksək poliqrafik bər-

bəzəklə bədii kitablar çap etdirməyə, onların böyük ziyalı məclisində təqdimatlarını keçirməyə... Lakin 

onların çap etdirdiyi kitabların içindəki şeirlərin poeziyaya heç bir dəxli yoxdur. O şeirlər dünyaya gələn 

kimi gözlərini yumub ölürlər. O iş adamları, o pullular çox yaxşı bilirlər ki, hər zaman olduğu kimi, bizdə 




ŞAİR ADI yüksəkdir, zirvə məqamındadır (söhbət əsl şairlərdən gedir!) və belə olduğu təqdirdə onlar 

şairlik iddiasına düşürlər. Amma Hamlet İsaxanlının belə bir "şöhrət pyedestalına" ehtiyacı varmı? 

    

   Məncə yox! 



    

   Bir təfəkkür adamının -Hamlet İsaxanlının sözə, poeziyaya vurğunluğunu onun mənəvi aləminin 

ibtidadan sənətə dərin məhəbbətiylə, sevgisiylə izah edirəm. Ən başlıcası budur ki, o, poetik istedada 

malikdir. 

    

   Çox hörmət elədiyim "Kredo" qəzetində H.İsaxanlının "Ziyarət" poemasının fəlsəfi mahiyyəti barədə 



silsilə məqalələr gedir. Şair-publisist, gözəl qələm sahibi Ə.Xələfli H.İsaxanlının həmin əsərindən 

təfərrüatı ilə söz açır. Amma mən H.İsaxanlının "Ziyarət" poeması və şeirləri barədə yığcam söz açmaq 

istəyirəm. Geniş təfərrüata ehtiyac duymuram.  

    


   Dindirirəm pərdə-pərdə 

    


   Ötən günün havasını, 

    


   Həzin-həzin nəğmələrdə 

    


   Tapdım ruhun sevdasını. 

    


    

    


   Duyğu hakim oldu bizə 

    


   Sevgi özü ibadətdir. 

    


   Şükür, gəldik kəndimizə 

    


   Bu nə gözəl ziyarətdir! 

    


    

    


   Güllər tanış, qoxu tanış 

    


   Göy otların çoxu tanış, 

    


   Ocaq tanış, tüstü tanış, 

    


   Kəndin altı, üstü tanış. 

    



    

    


   Bəs nədən qərib kimiyəm, 

    


   Yenə yol çəkir gözlərim? 

    


   Niyə belə kədərliyəm

    


   Pərişandır nəğmələrim? 

    


    

    


   Hamlet İsaxanlı bu poemada öz doğma kəndinin dünəni və bu günü ilə görüşür. Retrospektiv 

məqamlarla çağdaş günümüzün reallıqları birləşir. Neçə il öncə böyük şairimiz Məmməd Arazın "Atamın 

kitabı"nı oxumuşdum. O poema torpağı, vətəni, kəndi, eli-obanı sevən bir insanın poetik dərsləri idi. 

Hamlet İsaxanlının poemasında da eyni ruh hakimdir. H.İsaxanlı həm lirik, həm də epik lövhələrlə 

kəndin artıq yaşa dolmuş, gəncliyi illərin o tayında qalmış həmkəndliləriylə söhbətə başlayır-bu 

söhbətin məğzi, mahiyyəti həyat, ölüm, yaddan çıxmayan insanlar haqqındadır. Lirik qəhrəmanın özü də 

yaşa dolub. Amma kəndlə, təbiətlə bağlı hisslər, duyğular, müqəddəs sandığı od-ocaq, dağlar, çöllər, 

çəmənlər, ana nəfəsi, ata öyüdü, halal çörək, bulaq, dərə... bax, bunların qocalmaq qorxusu yoxdur. 

Belə bir poemada alimlik, ya filosofluq eləməyin heç bir mənası yoxdur və H.İsaxanlı da çox sadə, xəlqi 

bir dillə ürəyindən keçənləri nəql edir. Xatirələr dilə gəlir: 

    

    


    

   Yadındamı, xoş baxışdan 

    

   Könül həyəcan duyardı. 



    

   Bir oğlan da yaranışdan 

    

   Xəyallarla yaşayardı. 



    

    


    

   Yadındamı, arxımızdan 

    

   Boz-bulanıq su axardı. 



    

   Bir oğlan da ağ kağızdan 

    

   Hey gəmilər axıdardı. 




    

    


    

   Yadındamı, lövbər salıb 

    

   O gəmilər dayanardı. 



    

   Bir oğlan da izin alıb, 

    

   Göy sahilə yollanardı. 



    

   Yadındamı, o sahildə 

    

   Gülə bənzər bir qız vardı. 



    

   Bir oğlan da xeyli zildə 

    

   Bülbül kimi oxuyardı. 



    

    


    

   Yadındamı, gəmi getdi, 

    

   Gözü yaşlı qaldı qızın. 



    

   Bir oğlan da tamam itdi, 

    

   Gül bənizi soldu qızın. 



    

    


    

   "Ziyarət" poeması bax, beləcə həyati, olub-keçmiş, lakin ürəkdə əbədi iz salan hadisələrin yenidən 

ehya edilməsiylə diqqəti cəlb edir. Təbii ki, bütün bunlar nostalji hisslərdən yaranır. Bu mənada 

poemada KEÇMİŞ inkar olunmur, əksinə, BU GÜNÜN yaradıcısı, demiurqu kimi çıxış edir. Xüsusilə, lirik 

qəhrəmanın atasıyla bağlı xatirələri xoş duyğular oyadır. Kitabın poema hissəsinə atasının bir fotosu da 

əlavə edilib və o fotodan Qaçaq İsaxan mərdanə duruşu ilə bizə boylanır. Azərbaycan kişisinin simvolu 

sayılan Atı və Papağı ilə. 

    


   Kitabda H.İsaxanlının müxtəlif mövzuda yazdığı şeirləri də təqdim edilir. Bu şeirlərin qəhrəmanı fikir 

adamıdır, bunu dərhal hiss eləmək olur. Fikir adamlarının, məsələn, Hamlet İsaxanlı kimi bir 

riyaziyyatçının-professorun daxili aləmi nə qədər lirik-emosional təsir bağışlasa da, yenə fikir bu lirik-

emosional hisslərə yol göstərəcək. Təbii ki, bu fikir, düşüncə oğrazlı dona bürünsün. Yəni, şeirin 




mahiyyəti, konstruksiyası da elə bunu tələb edir. Mən çox istərdim ki, Hamlet İsaxanlı bəzi şeirlərində 

sadəcə bir fikir söyləmək iddiasından uzaq olsun. Fikrin gözəlliyinə diqqət yetirsin. Məsələn, "Dəniz 

sahilində görüş", "Qoyunlar xoru" və s. şeirlərində olduğu kimi. Belə şeirlərin sonluğu da maraqlı alınır. 

    


    

    


   Yamanca külək əsirdi 

    


   Qəm yağırdı qanadından, 

    


   O qara yel haraya tələsirdi? 

    


   Qalxır, enir,  

    


   çırpınırdı bir qara quş, 

    


   Dənizin rəngi tutulmuş 

    


   Ləpələri ağ idi. 

    


   Dəniz o gün  

    


   yamanca şıltaq idi. 

    


   Külək. O gün  

    


   özündən çıxmışdı külək 

    


   Nə dayanır, nə dururdu, 

    


   Ümidləri, arzuları  

    


   yellədərək 

    


   Dağa-daşa vururdu. 

    


    

    


   Külək, dəniz, sevgi... 

    


   ölən deyil ki- 

    



   Vüsal öz ömrünü  

    


   başa vururdu. 

    


    

    


   Bir neçə kəlmə də Hamlet İsaxanlının tərtib və dizaynı ilə çap olunan çoxcildlik "Azərbaycan sevgi 

poeziyası" antologiyası barədə. Vaxtilə bu mövzuda mərhum şair-tədqiqatçı Arif Abdullazadə ikicildlik 

bir almanax nəşr etmişdi. Bu topluları müqayisə eləmək fikrindən uzağam. Hərçənd ki, H.İsaxanlının 

nəşrində klassik poeziya hələlik öz əksini tapmayıb və birinci cild M.S.Ordubadi və H.Cavidin sevgi 

şeirləri ilə başlayır. Bunu tərtibçiyə irad tutmaq istəmirəm. Görünür, gələcək cildlərdə klassik poeziya 

nümunələri də öz əksini tapacaq. Ona da yaxşı məlumdur ki, belə bir antologiya hansı prinsiplə nəşr 

edilir-edilsin, ilk növbədə, klassik poeziya nümunələri birinci cildə yerləşməliydi. Hamlet müəllimə yaxşı 

məlumdur ki, bizim müasir şairlərimiz sevgi şeirlərində hələ Füzuliyə çata bilməyiblər.. 

    

   Və mən bir tanınmış riyaziyyatçının şair dünyası ilə bağlı bu kiçik yazımı onun bir sevgi şeirindəki 



misralarla bitirmək istəyirəm: 

    


    

    


   Dünya-Tanrının töhfəsi, 

    


   Sevgi-gəncliyin nəfəsi

    


   Nə dünya heç,  

    


   nə sevgi puç! 

    


   Qəm evində yatma könül, 

    


   Xəyala dal, qanadlan, uç, 

    


   Xəyal-eşqin fəlsəfəsi! 

 

Vaqif  Yusifli 



http://www.adalet-az.com/v4/2011/06/25/yazar=61239 

Yüklə 268,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə