Birdəfəlik giriş vizasının alınması barədə ardnş-nin işçilərinin nəzərinə!



Yüklə 18,81 Kb.
tarix01.11.2017
ölçüsü18,81 Kb.


Birdəfəlik giriş vizasının alınması barədə

ARDNŞ-nin işçilərinin nəzərinə!


ARDNŞ-nin dəvəti ilə Azərbaycan Respublikasına səfəri nəzərdə tutulan əcnəbi vətəndaşlara Şirkətin Sərmayələr İdarəsi “Birdəfəlik giriş vizası”nın alınmasını həyata keçirir.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasına gəlmək üçün tələb olunduğu hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müəyyən olunmuş qaydada viza almalıdırlar.

“Birdəfəlik giriş vizası”nın alınması üçün ARDNŞ-yə aşağıda göstərilən qaydada müraciət olunmalıdır:

1. “Birdəfəlik giriş vizası”nın alınmasını təmin etmək məqsədilə səfəri nəzərdə tutulan əcnəbi vətəndaşı ölkəyə dəvət edən səlahiyyətli tərəf Sərmayələr İdarəsinin müvafiq işləri həyata keçirən struktur bölməsinin khm@socar.az e-mail ünvanına müraciət məktubu göndərməlidir (E-mail nümunəsi əlavədə təqdim olunur). Həmçinin, müraciət edən tərəf əcnəbi vətəndaşın ölkəyə gətirilməsi ilə əlaqədar sahə üzrə vitse-prezidenti məlumatlandırmalı və khm@socar.az e-mail ünvanına göndərilən müraciətin nüsxəsini həmin vitse-prezidentə, eləcə də Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevə və Sərmayələr İdarəsinin rəis müavini Teymur Mahmudova ünvanlamalıdır (e-mail göndərilərkən vitse-prezidentin, Vaqif Əliyin və Teymur Mahmudovun e-mail ünvanları “CC”-də qeyd olunmalıdır).

2. Müraciət edən tərəf “Birdəfəlik giriş vizasının rəsmiləşdirilməsi üçün sifariş blankı”nda müvafiq məlumatları göstərməli və həmin blankı təsdiqləyərək skan olunmuş nüsxəsini (Sifariş blankı əlavədə təqdim olunur), eləcə də əcnəbi vətəndaşın pasportunun surətini müraciət məktubuna əlavə edərək khm@socar.az e-mail ünvanına göndərməlidir.

Qeyd olunmalıdır ki, “Birdəfəlik giriş vizası” 30 gün müddətinə verilir, lakin zərurət yarandığı hallarda bu müddət 90 günə qədər uzadıla bilər.

Əcnəbi vətəndaşın müraciəti səfərin nəzərdə tutulduğu tarixdən ən azı 7 iş günü əvvəl Sərmayələr İdarəsinin müvafiq işləri həyata keçirən struktur bölməsinə təqdim olunmalıdır.

Qeyd: Müraciətə baxıldıqdan sonra “Birdəfəlik giriş vizası”nın rəsmiləşdirilməsi üçün ARDNŞ tərəfindən Dövlət Miqrasiya Xidmətinə rəsmi məktub ünvanlanır. Müvafiq olaraq bu məktub Dövlət Miqrasiya Xidməti tərəfindən icra olunaraq nəticəsi barədə ARDNŞ-yə cavab təqdim olunur. Bundan sonra ARDNŞ vizanın verilməsi barədə cavab məktubunun “scan” olunmuş nüsxəsini müraciət edən tərəfə e-mail vasitəsilə göndərir. Əcnəbi vətəndaş Heydər Əliyev adına Beynəlxalq Hava Limanında birdəfəlik giriş vizasının verilməsi barədə cavab məktubunun nüsxəsini Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına təqdim etməlidir.

Əlavə hər hansı sualınız yaranarsa, khm@socar.az ünvanına müraciət edə bilərsiniz.

Hörmətlə,

ARDNŞ

Sərmayələr İdarəsi



Əlavə 1

E-mail nümunəsi



To: khm@socar.az

Cc: Sahə üzrə Vitse-prezident; Vagif.aliyev@socar.az; Teymur@socar.az
Subject: Birdəfəlik giriş vizasının alınmasına dair

Attachment: “Birdəfəlik giriş vizasının rəsmiləşdirilməsi üçün sifariş blankı”;

Əcnəbi vətəndaşın pasportunun surəti
Azərbaycan Respublikasına səfəri nəzərdə tutulan və əlavə olunmuş “Birdəfəlik giriş vizasının rəsmiləşdirilməsi üçün sifariş blankı”nda məlumatları qeyd olunan əcnəbi vətəndaşa “Birdəfəlik giriş vizası”nın alınmasında köməklik göstərməyinizi Sizdən xahiş edirik.

Əlavədə “Birdəfəlik giriş vizasının rəsmiləşdirilməsi üçün sifariş blankı”nı və əcnəbi vətəndaşın pasportunun surətini təqdim edirik.

.

Əlavə 2



Sifariş blankı

Əcnəbinin adı, soyadı




Səfərin müddəti (tarixlərlə)




Səfərin məqsədi




Layihənin adı




Əcnəbi mütəxəssisi dəvət

edən struktur bölmə






Dəvət edən tərəfdən məsul şəxs:

Ad, soyad: ________________________

Vəzifə: ________________________

İmza: ________________________

Təsdiqlədi (sahə üzrə vitse-prezident):

Ad, soyad: ________________________



İmza: ________________________



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə