Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə1/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
  1   2   3   4   5   6   7   8   9   ...   128


 

Ceyn Ostin 



Qürur və Qərəz 

 

downloaded from KitabYurdu.org




 

BIRINCI KITAB



 

 

I FƏSİL 



Hamı  bilir  ki,  maddi  imkanı  olan  gənc  özünə  arvad 

axtarmalıdır. 

Beləsinin niyyəti və baxışları nə qədər az məlum olsa 

da,  yeni  bir  məkanda  yerləşməsindən  sonra  bu  həqiqət 

ətrafda  yaşayan  ailələrin  beynini  o  dərəcədə  möhkəm 

məşğul edir ki, dərhal ona bu və  ya başqa qonşu qızının 

halal şikan kimi baxmağa başlayırlar. 

— Əziz mister Bennet, — bir dəfə missis Bennet ərinə 

dedi, — eşitmisinizmi, Nezerfild parkı, nəhayət, daha boş 

qalmayacaq? 

Mister Bennet cavab verdi ki, o bunu eşitməyib. 

— Bununla belə, bu elədir, — o davam etdi. — İndicə 

missis Lonq gəlmişdi, bu xəbəri mənə o verdi! 

Mister Bennet susdu. 

— Bəs  bilmək  istərdinizmi  ki,  bizim  yeni  qonşumuz 

kim olacaq? — arvadı səbirsizliklə soruşdu. 

downloaded from KitabYurdu.org



 

— Bu barədə danışmaq istəyirsinizsə, sizi dinləməyə 



hazıram. 

Ondan bundan artıq şey tələb olunmurdu. 

— Hə,  qulaq  asm,  mənim  əzizim,  —  missis  Bennet 

davam  etdi,  —  missis  Lonqun dediyinə  görə,  Nezerfildi 

Şimali İngiltərədən gəlmiş çox varlı bir gənc kirayələyib. 

Bazar  ertəsi  günü  o,  dörd  at  qoşulmuş  kareta  ilə  bura 

gəlib. Əraziyə baxıb və elə riqqətə gəlib ki, dərhal mister 

Morrislə hər şey barədə danışıb və razılaşıb. O, Mixaylov 

gününədək köçəcək və artıq gələn həftənin axırında onun 

xidmətçilərindən bəziləri bura gələcək. 

— 

Bəs onun adı nədir? 



— 

Binqli. 


— 

O ailəlidi, yoxsa subaydı? 

— Subaydır, əzizim, iş ondadır ki, subaydır! İldə dörd 

və  ya  beş  min  gəliri  olan  gənc  subay!  Bizim  qızlarımız 

üçün uğurlu təsadüfdür, düzdürmü? 

— 

Necə yəni? Məgər bunun ona bir dəxli var? 



— Əziz mister Bennet, —  arvadı cavab verdi, — bu 

gün  siz,  sadəcə  olaraq,  dözülməzsiniz.  Əlbəttə,  siz  başa 

düşürsünüz  ki,  mən  onun  qızlardan  biri  ilə  evliliyini 

nəzərdə tuturam. 

— 

Hm, onun planları belədir? 



— Planlar!  İlahi,  eyni  şeyləri  söyləyir!  Ancaq 

tamamən ola bilər axı, o onlardan birinə aşiq olsun. Ona 

görə  də  o  bura  gələn  kimi  sizin  ona  baş  çəkməyiniz 

gərəkdir. 

— Etiraf edirəm ki, bunun üçün kifayət qədər əsaslar 

downloaded from KitabYurdu.org




 

görmürəm. Siz özünüz qızlarla birlikdə gedərsiniz. Ya da 



birini göndərərsiniz — bu bəlkə daha yaxşı olar. Yalnız o, 

birdən  sizə  vurulmağı  düşünməsin  —  axı  siz  bizim 

qızların hər birindən heç də az cəlbedici deyilsiniz. 

— Siz  mənə  qılıqlamrsmız,  əzizim.  Bir  vaxtlar 

doğrudan  da  cazibədarlıqdan  məhrum  deyildim.  Ancaq 

indi, təəssüf ki, artıq gözəl sanılmağa iddia etmirəm. Beş 

ərgən qızı olan qadın öz gözəlliyi barədə düşünməli deyil. 

— Bu durumlarda qadınlarda nadir hallarda bu qədər 

gözəllik  qalır ki,  onun haqqında xüsusilə çox düşünmək 

lazım gəlsin. 

— Ancaq  mənim  dostum  mister  Binqli  peyda  olan 

kimi onu mütləq ziyarət etməlisiniz. 

— Çətin ki, mən bunu edim. 

— Amma  qızlarımız  barədə  düşünün.  Siz  yalnız 

təsəvvür  edin,  onlardan  birinin  həyatı  necə  yaxşı 

qurulacaq.  Bax,  görərsiniz,  ser  Vilyam  və  ledi  Lukas 

dərhal  Nezerfildə  tələsəcəklər.  Sizcə,  nəyin  xətrinə? 

Əlbəttə ki, öz Şarlottalanna görə — siz ki bilirsiniz, onlar 

kənar  adamlara  baş  çəkməyi  o  qədər  də  sevmirlər.  Siz 

mütləq getməlisiniz — axı biz sizsiz heç cür onu ziyarət 

edə bilmərik. 

— Siz  hədsiz  vasvasısınız. Güman  edirəm  ki,  mister 

Binqli  sizi  görməyə  şad  olacaq.  İstəyirsiniz,  mən  sizə 

qızlarımdan istənilənini, ən çox xoşuna gələn birini ona 

ərə vermək vədi yazılmış kağız verim. Ehtimal ki, Lizzi 

balamın  lehinə  yalnız  bir  kəlmə  söz  kəsmək  lazım 

gələcək. 

downloaded from KitabYurdu.org




 

— Ümid edirəm ki, siz bunu etməyəcəksiniz. Lizzi o 



biri qızlarınızdan az da olsa yaxşı deyil. Mən əminəm ki, 

o, Ceynin yansı qədər də gözəl deyil və Lidiyadan qat-qat 

az xoşməcazdır. Ancaq siz nəyə görəsə həmişə onu üstün 

tutursunuz. 

— Mənim  qızlarımdan  heç  biri  xüsusi  olaraq 

diqqətəlayiq deyil,  —  o  cavab verdi.  —  Onlar bu  yaşda 

olan başqa qızlar 

qədər küt və cahildirlər. Sadəcə, bacıları ilə müqayisədə 

Lizzinin qanacağı bir az çoxdur. 

— Mister Bennet, doğma övladlarınızı təhqir etməyə 

necə  cəsarət  edirsiniz?  Məni  bezdirmək  sizə  zövq  verir. 

Əlbəttə,  mənim  korlanmış  əsəblərim  sizin  vecinizə  də 

deyil. 

— Yanılırsınız, mənim əzizim. Mən onları düşünməyə 



çoxdan  vərdiş  etmişəm.  Axı  onlar  mənim  köhnə 

dostlarımdır.  Ən  azı  iyirmi  ildir  ki,  onların  barəsində 

mənə danışmağınız hədər yerə deyil. 

— Ah,  siz  hətta  təsəvvür  etmirsiniz  ki,  mən  necə 

iztirab çəkirəm. 

— Ümidvaram ki, siz hamınız ətraf ərazilərdə ildə ən 

azı dörd min gəliri olan xeyli gəncin peyda olduğu günlərə 

qədər yaşayacaqsınız. 

— Hətta onlar iyirmi olsalar belə, siz onsuz da hey ora 

getməkdən imtina edirsinizsə, onlara faydası nədir. 

— Yaxşı, onlar iyirmi olsalar, mənim əzizim, o zaman 

mən,  əlbəttə,  tezliklə  yığışıb  onların  hamısını  dalbadal 

ziyarət edərəm. 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə