Bismillahi Rahmani Rahim. Peyğambər və Nəbilərin ən şərəflisi olan, ağamiz Məhəmmədə, onun ailəsinə və səhabələrin hamısina Allahın salamı və xeyr duası olsun. Bu yazı



Yüklə 297,57 Kb.
səhifə1/4
tarix07.12.2017
ölçüsü297,57 Kb.
#14553
növüYazı
  1   2   3   4




Müqəddimə

Allaha şükür olsun! Mərhəmət peyğəmbəri Məhəmməd əl-Mustafaya, onun pak, mömin nəslinə və əshabələrinə Allahın salavatı və salamı olsun!

İndiki vahtda gecə-gündüz şiyə-sünni birliyinə cağıran insanlar var. Biliyi olmayan şəhs “islam birliyi”, “müsülman arasinda vəhdət” kimi şuarlara aldanıb, xəmin yola (yanı birliy yoluna) cox gözəl baxıb, və bu iki din arasında olan (yani islam və şiyəlik arasında) fərgləri üzə cixardan insanlara cox pis baxır. Amma rədd olsun o birlik ki, Islamın alçaldılması hesabına olacaq. Məhv olsun o ittifaq ki, Məhəmməd peyğəmbərin (s.s), onun əshabələrinin, qadınlarının (Onların hamısına Allahın salavatı və salamı olsun!) namusu hesabına bina olacaq.

Bu balaca kitabda, şiyə tərigətin əsas kitabı olan, Məhəmməd ibn Yagub Al Kuleyni tərəfindən yazılan, “Əl Kəfi” kitabı barəsində söhbət açılacag.

Bu kitabın tərcüməsini edən qardaşa, və ona kömək yetirən müsülmanlar üçün dua edirəm ki, Allah giyamətdə mizanda savablarini bol-bol artırsın, və onların günahlarını bağışlasın.

Kitabda Vasif Məmmədəliyev və Ziya Bünyadovun Quran tərçüməsi istifadə olunub.

Bacardiğim qədər çalıştım kitabın mətnini faydalı dipnotlar ilə açiğlayım.Yardım Allahdandır!

Müəllifin dipnotları altında xətt çekilib, Anar qardaşımız tərəfindən olunan qeydlərin axırında (Mütərcim)yazılıb, qalan izahları isə, mən Allahın zəlil qulu etmişəm.

Şübhəsiz ki, heç bir iş nöqsansız deyil, o çümlədən bu işimiz. Pak və nöqsansız olan isə yalnız Allahdır.

Hər bir qeydlərivizi, və təkliflərivizi bu ünvana yolayın. rafidadestroyer@yahoo.co.uk

Abu Əli “Əfəndi” Abdulla Al Ujari.

Baki. 23/10/2006

Müqəddimə

Bismillahi Rahmani Rahim. Peyğambər və Nəbilərin ən şərəflisi olan, ağamiz Məhəmmədə, onun ailəsinə və səhabələrin hamısina Allahın salamı və xeyr duası olsun.

Bu yazı mənim hörmətli şeyxim Usman Xəmisin bəhrələrindən biridir. Allahın köməyi və öz biliyin genişliyi sayəsində, bu hagda geniş söz söyləmişdir. Onlari sizə 12 imam şiyələrinin ən mühüm və dəqiq kitabı olan “Əl Kəfi”-yə səyahət adi altinda yazılı sürətdə təqdim edirəm1.

(Tapmağa hasant olsun deyə) internetdə olan “Kəfi” kitabından şeyxin nəql etdiyi rəvayətləri burada getirirəm. Bu yazı, təmami ilə şeyxin fəsil və səhifə nəql etdiyi kimidir. Eyni zamanda, şeyxin muhazizə formasında söylədiyi üçün istifadə etdiyi ləhçə sözlərini, mənanı deyiştirmiyəcək şəkildə əvəz etmişəm2. Mən, təqdim etdiyi (elmi bəhrələri) və etməkdə olduğuna görə Allahdan hörmətli şeyximizə ən yaxşı ödənişi (savabı) diləyirəm. Eyni zamanda bizidə bu əcrdən məhrum etməməyi diləyirəm. O, Eşidən və dualara cəvab verəndir.

Abu Badr


Müqəddimə.

Allahıin adı ilə. Əssələmu aleykum va rəhmətulah. Allah sizi saxlasın qardaşlar. Mən, bizi və sizi, Allahın sevdiyi və razı qaldığı şeylərə muvəffəq etməyi Ondan diləyirəm. Allaha həmd olsun! Aləmlərə rəhmət olaraq göndərilən peyğambərimiz Məhəmmədə, ailəsinə və səhabələrin hamısina Allahın salamı və xeyr duası olsun.

Əcəmlər Buveyh dövləti zamanında şiəliyi yaymağa başladılar. Bu hicri təqvimi ilə 4-ci əsrdə baş vermişdir. Onlar peyğambərin (s.a.s) ailəsinin etmədiyı şirk və yalanları, onların adına yazıblar. İnşAllah bu gecə biz onları sizə aciğlayarıq. Əfsuslar olsun ki bəzi insanlar bu yalanlara inanmışlar. Buna ən yaxşi misal, 12 imam şiələrinin əksər alıimləri düzgün saydığı, əlimizdə olan “Əl Kəfi” kitabıdır. O kitabın hamısının düzgün olmadiği deyərkən, “Kəfi”-nin onlarda umumən ən düzgün kitab oldüğünü təsdiqləyirlər.Umumi rəyə görə, bu kitab, bu sapıq dəstənin hər hansi başqa kitabı ilə muqaisə oluna bilməz. Bu kitabın müəlifi əcəmlərdən3 biridir. Adı Məhəmməd ibn Yaqub Kuleynidir. Bu kitabı nə Əli ibn Abu Talib (r.a) nə də onun övladları yazdığını bilərək, bu əcəmi bu kitabı özü yazmış və yazdiğlarını onlara (Əhli-beytə) hec bir sənəd olmadan, yalandan nisbət edib. Məhəmməd ibn Həsəndən rəvayət olunurdu ki: “Atam Əbu Cəfərə ikinciyə dedi: “Sənə fəda olum, bizim şeyxlərimiz Əbu Cəfər və Əbu Abdullahdan rəvayət etmişlər, o vaxtlar isə təqiyyə güclü idi. Ona görə də onlar kitablarını gizlətmişlər, sizlər də onlardan rəvayət etməmisiniz. Onlar öləndə, kitabları bizə gəlib catıb. (O) dedi: “Onunla söyləmişlər, o da haqdır”. Deməli, əgər onlarda Cəfər Sadiq və onun atası Məhəmməd Baqirə çatan bir başa isnad yoxdursa Həsən, Huseyn, Əli ibn Abu Talibə (Onların hamısına Allahın salavatı və salamı olsun) və Məhəmməd peyğambərə (s.a.s) çatan isnad haradan ola bilər? Onlar iddia edirlər ki, bunu təqiyyə ucbatından ediblər. Eyni zamanda iddia edirlər ki, şiələr öz elmlərini təqiyyə aradan qalxdığı üçün yalnız Cəfər Sadiqin dövründə üzə çixara bilmişlər. Bax belə biz bitmək bilməyən təzadlarla üzləşirik.
Usman Xəmis.

Kuleyni kimdir?

Məhəmməd Yaqub Kuleyni, İrandaki Kuleyn şəhərində anadan olub. O, Kuleyni və Razi kimi tanınıb. O həmçinin Əbu Cəfər Avar Sələsli Bağdadi kimi də tanınır. Öz vaxtında şiyələrin Reydə şeyxi və hörmətli şəxsiyyəti olmuşdur. Onun məclislərində elm tələbələri ilə səyahət eləyən alimlər olmuş və onun halqalarında ondan dərs və məsləhət almaq üçün iştirak etmişlər. Şiələrə görə, o dərin bilikli alim, etibarli hədisçi, ədalətli və dəyərli söz sahibi idi4. Onlara görə, Kuleyni imami fəqihlərin şeyxi, böyük elm sahibi və fəzilətli ədəb sahibi hesab olunur. Bundan əlavə o, ixlas, ibadət, zahidlik və bilik numunəsi idi.

Nəcaşi onun haqqinda deyib: “Dövründə bizim məzhəbin Rey kəndindəki ustadı və ən məşhur şəxsi idi. Hədis sahəsində insanların arasında ən güvənilən və ən sağlam adam idi”. Tusi deyib: “Güvəniləndir, rəvayətləri bilir”. İbn Taus deyib: “O, etibarliğina ittifaq olunmuş, şeyx Məhəmməd ibn Yaqub Kuleynidir”. Tibbi onu ümmətin islahatcilarından, hesab edir, özü də yüzlüyün əvvəlində, 4-çü yüzlüyü nəzərdə tuturam5. Bu Kuleyni şiə nəzərində yaman güvənilən sayılıb. Mirzə Abdulla Əfəndi onun haqqinda belə demişdir: “İslamın güvənci (sik`atul islam), islamın e`tibarı haqqında soruşsan, deyərlər ki (bil ki) o, Kuleynidir”. Abdulla Şuştari deyib: “O, islamın e`tibarlı (sik`atul islam), insanların numunəsi və elmlərin elmidir. Kütlə və seçilmişlərin böyük öndəri şeyx Əbu Cəfər Məhəmməd ibn Yaqub Kuleynidir.
Əl Kəfi” kitabının imami şiələrin yanında dərəcəsi.

Kuleyni hicrətin 329 ilində vəfat edib. Ancaq onun ölüm tarixində ixtilaflar var. Bu adam “Kəfi” adlanan kitabı toplamışdır. Bu hədislər toplusu imami şiələrində ən doğru kitab hesab olunur. Geyd etmək lazımdı ki , bununla yanaşi onların bəziləri bu kitabı tam səhih olduğunu hesab etmiş, bəziləri isə, o kitabda ağla siğmayan səhvləri gördükləri zaman, onun tam səhih olduğunu inkər etmişlər. Ancaq hər halda bu kitab onların ixtilafsız olaraq ən yaxşı və ən düzgün kitabı hesab olunur. Bu kitabın müəllifi haqda onların alimlərinin söylədiklərini nəql etdikdən sonra, onların alimlərinin bu kitab haqda söylədiklərini nəql edirəm.

“Müstədrək” kitabın muəllifi olan Nuri Təbərsi deyib: “Dörd kitab6 arasında “Kəfi”, ulduzlar arasında günəş kimidir. Əgər insaflı adam onu dərindən araştirsa, oradakı əhad7sənədlərinin vəziyyətini araştirmadaqdan əl kəcər8. Yalnız e`tibar əldə edər, onun düzgünlüyü və subutu barədə həmən şəxsdə arxayınliq əmələ gələr”9.

Hurr Amili deyib: “Dörd kitab sahibləri və onların bənzərləri öz kitablarınin subut, düzgünlük və usuluna şahidlik ediblər. Onlar etibarlı olduqları üçün nəql, rəvayət və sözlərinin qəbul olunması vaçibdir”10.

“Muraçiat” kitabınin müəllifi Əbdulhuseyn Şərəfutdin Müsavi deyib: “Kəfi, İstibsar, Təhzib, Mən lə yahduruhul faqih, mütəvətirdilər11. Tərkibləri şübhəsizdi. Kəfi isə onların ən əzəmətlisi, ən gədimi, ən yaxşısı və ən kəmilidir”12.

Məhəmməd Sadig Sadr deyib: “Oxucunun mütaliəsi üçün laiqdilər. Şiələr bu dörd kitaba etibar edən toplumdur, onlarda olan rəvayətləri səhih saysalarda, onların əhli-sünnədən olan gardaşları kimi onlara (yani dörd kitaba) səhih adıni verməmişlər”13.

Kitabın müəllifi Kuleyni, bu əsərin yazılma səbəbini soruşan şəxsə demişdir: “Dedim: Sən, sadiglərdən gələn səhih xəbərlərlə din elmini öyrənib onunla əməl edən, düz yola gəlmək istəyənin ona müraciət edəcəyi və öyrəncin kifəyətlənəcəyi din elmlərini özündə toplayan yetərli (Kəfi) vasitənin olmasını istəməzsən”14.

Kəfi kitabının tədqiqatçısı Nəini demişdir: “Kəfinin isnadını araşdırmaq aciz insanın işidir”15.

Kəfinin (başqa) tədqiqatçisi Əli Əkbər Gifari demişdir: “Şiə toplumu və imamət əhli bu kitabın üstün olmasında, və onun xəbərlərinə e`tibar edib onun hökmləri ilə əməl etməkdə ittifaq etmişlər. Onlar, onun dərəcə və dəyərinin uca tutulmasında həmrəydilər ki, bu kitab kəmillik və zəbt cəhətdən tanılmış e`tibarlı şəxslərin rəvayətlərinin cəmləndiyi bir yerdir. Və bu günə kimi o kitab, şiələrdə başqa hədis üsulu kitablarından ən üstün və ən gözəl sayılır”16.

Müfid deyib: “Kəfi şiələrin ən parlaq və ən faydalı kitabıdır”17.

Feyz Kaşani şiə kitabları haqqında deyib: “Kəfi artıq əskik şeylərdən təmiz olduğu və üsulu əhatə etdiyi üçün onların ən şərəflisi ən e`tibarlısı, ən kəmili və ən yaxşı cəm olunmuşudur”18.

Məclisi deyib: “Kəfi kitabı üsülların ən yaxşı toplanmışı və ən dəqiqidir. Nicat tapacaq dəstənin ən yaxşı əsəridir”19.

Məhəmməd Əmin Əstərəbadi deyib: “Biz öz şeyxlərimizdən və alimlərimizdən bu kitaba tay olacaq kitabın islamda tə`lif olunmadığını eşitmişik”20.

Abbas Qummi isə deyib: “Kəfi islam kitabların ən parlağı və imamiyyə kitablarının ən əzəmətlisidi. Onun kimi kitab imamiyyədə təlif olunmamışdır”21.

Şiələr desələr ki, bu kitab tam səhih deyil, içində həm zəif, həmdə səhih hədislər varsa, bu “Kəfi”-yə tam inanan axbari və başga şeyxlər kimi alimlərin sözlərinə muhalif olacaq. (Muasir) şiələr “Kəfi”nin hamısını düz saymasalarda, icma ilə onu şiələrin ən düzgün kitabı hesab edirlər22.

Onlar o kitabı yaxşı əsər sayıb nəinki şiələr, hətta bütün islam aləmində ona tay olacaq kitab olmadığını deyirlər. Ona görə onların indiki tacları23deyir: “Yetər ki biləsən: Şiələrin ən əzəmətli kitabı Kəfidir, və deyirlər ki onda minlərlə yalan var”24.

Bu kitabın onlarda ki məqam və dərəcəsini bildikdən sonra, gəlin bu kitabın özünə səyahət eləyək. “Kəfi”-də gələn dəhşətli və komik rəvayətlərlə kifayətlənəcəm. Əgər şiə aləmində bütün komik rəvayətləri qeyd etmək istəsəydim, şiələrdə mötəbər sayılan: “Ənvaru Numaniya”, “Biharul ənvar”, “Səluni qəblə ən təfqiduni”, “Mədinətul məaciz”, “Zəhrurrabiz” və başqa etibarlı kitablarına muraciət edərdim. Ancaq mən onların ən düzgün kitabını nəzərdə tutmuşam. Oradan, nəinki peyğambər (s.a.s) və onun ahli-beytindən (r.a), heç adi bir ağıllı adamdan əmələ gəlməsi mümkün olmayan bəzi şeyləri çixartdım. Onların başqa kitablarından neisə qeyd etsəm çox təəccüblənərsiz. Ancaq məqsədimiz ixtisardı. Ona görə nəinki Kəfinin hamısından, əksinə onun bir hissəsindəkilərlə kifayətlənəcəm. Yardım Allahdandır.
1) Bu kitabın sənədi, və isnad qeyd olunan adamları.

Kuleyni Kəfidə Əli ibn Abu Talibdən (r.a) rəvayət edirki, o deyib ki Peyğambərin (s.a.s) eşşəyi Ufeyr intihar etmişdir25. Əli dedi: “Bu eşşək dilə gəlib peyğambərlə danışmışdır: “Atam-anam sənə qurban olsun! Atam mənə, o atasından, o babasından, o da ulu babasından rəvayət etmişdir ki, Nuh ilə birlikdə gəmidə ikən, Nuh (ə) yerindən qalxmış, onu siğallayaraq belə demişdir: “Bu eşşəyin nəslindən elə bir eşşək gələcəkdir ki, peyğambərlərin ağası və sonuncusu ona minəcəkdir. Mənə son peyğambərin eşşəyi olmağı nəsib edən Allaha həmd olsun”26.

Biz Kuleyninin isnad ilə rəvayət etdiyi bir hədisi qyed etdik. Gördüyünüz kimi onun isnadı tam şekildə eşşəklərdən ibarətdi. Ən gəribə odur ki belə bir rəvayət, özünü nicat tapacaq dəstə kimi tanıyan təriqətin ən əzəmətli kitabında yer alıb. Dərd yarı tək bir eşşək olsaydı, hədisin ravilər zənciri tamami ilə eşşəklərdən ibarətdi. Ufeyr atasından, o babasından, o da ulu babasından nəql edir. Allah Əlini (r.a) eşşək və onun əcdadlarından təvayət etməkdən üstün tutub27. Hədis elmi cəhətindən isə hədisdə bir çox səhv var.

Birincisi isnadda məchullar28 var. Biz bilmirik o eşşəklər e`tibar olunan, hafizəsi (guclü olan) varliqlardir yoxsa yox? Biz bu eşşəklərin tərcümeyi halını yazan alim tanımıriq. Bəlkə hörmətli oxucu mənimlə birlikdə onların tərcumeyi halını Dəmirinin “Heyvanlar həyatı” ya da Cahizinin “Əl heyvanları” kitablarında axtarsaq bir məlumat əldə edə bilərik.

İkincisi, eşşək peyğambərə nə deyir? Atam-anam sənə qurban olsun! Onun ata-anası kimdir ki onları peyğambərə qurban edir?!! Sözsüz ki bu peyğambərə bir təhqirdir. Mən deyərdim ki bu bir ədəbsizlik və amoral bir hərəkətdirki yaranmışların ağasına eşşək “Atam-anam sənə fəda olsun” desin.

Ücüncüsü bu rəvayətdə ravilər arasənda yalanda ettiham olunan birisi var. O da eşşəyin babasının ulu babasıdı. Çünki o, qəti şəkildə Nuhu qörə bilməzdi. Ancaq o iddia edirdiki Nuh onun belini siğallayıb. Bu kitabın sənədlərindən bir ibrət edici numunə idi.


Kitabda kecən komik ravayətlərdən.

Əbu Cəfər və Əbu Abdullahdan: “İnsanlar Allahin elçisini yalan saydiqda, Allah yer üzündəkilərini Əlidən başqa məhv etmək istədi. Onun sözünə əsasən “Onlardan üz çevir, sən danlanmazsan”. Sonra onun (Allahın) ağlına (başqa bir fikir) gəldi və möminlərə rəhm etdi. (Sonra isə) peyğambərə buyurdu: “Yada sal, həqiqətən yada salma möminlərə fayda verər”29.

Bu kitabın (yani Kəfinin) böyük bəlalardan biridə budur ki, rəvayətlərində Allahin kitabına tə`n edirlər.

Əbu Cəfərdən: “Quranı, Allah Təala tərəfindən nazil edildiyi kimi tam topladığini iddia edən kəs, şübhəsiz yalançıdır.Quranı, Allah tərəfindən endirildiyi kimi toplayan yalnız Əli ibn Abu Talib və ondan sonra qələn imamlar olublar”30.

Əbu Həsənə deyildi: “"Sənə fəda olum, biz Qurandan elə ayələr eşidirik ki, bizdə olan kimi deyil, biz də onları sizdən eşitdiyimiz kimi oxumağı bacarmırıq. Olmaya, biz günah işlədirik?" O dedi: "Yox, siz onları öyrəndiyiniz kimi oxuyun. Vaxt gələr, sizi öyrədəcək şəxs özü gəlib çıxar”31.
Allah Təbarəkə və Təalənin kitabının təhrif olunmasına iddiasına qəlincə:

"Səlim ibn Səlmə demişdir: "Bir dəfə bir nəfərin Əbu Abdulla əleyhissəlama Qurandan başqala-rının oxuduğuna bənzəməyən bəzi şeylər oxuduğunu eşitdim. Əbu Abdulla əleyhissəlam dedi: "Müdafiəçimiz zühur edənədək bu qiraətdən imtina edib sən də camaat oxuyan kimi oxu. Qiyamətdən sonra isə Qüdrət və Cəlal sahibi Allahın Kitabı Onun Özünün istədiyi kimi oxunacaq". Sonra o, Əli əleyhissəlamın yazdığı müshəfi çıxardı və dedi: "Əli əleyhissəlam onu yazıb qurtarandan sonra adamlara göstərib demişdir: "Bu, Qüdrət və Cəlal sahibi Allahın Məhəmməd səlləllahü əleyhi və alihiyə nazil etdiyi Kitabıdır. Mən onu iki lövhədən toplamışam". Camaat demişdir: "Budur, bizdə Quranın toplandığı müshəf var, bizim ona ehtiyacımız yoxdur". O demişdir: "Onda siz onu bu gündən sonra heç vaxt görməyəcəksiniz. Mənim borcum onu toplayandan sonra sizə göstərmək idi ki, oxuyasınız".32

Əbu Əbdullahdan: “Həqiqətən Fatimanın mushafı də bizdədir. Siz heç bilirsiz Fətimanın müshəfi nədir?” Dedim (yani ravi dedi): “Fətimanın müshəfi nədir?”. Buyurdu ki: “Sizin bu Quranınızın üç qatını əhatə edən müshafti. Allah and olsun ki, içində Quranınızdan bir hərf belə yoxtu”33.

Bu onların təhrifə dəlalət etdiyi hədislərin bir necəsi:

Əbu Basir Əbu Abdullaha dedi: “Sənə fəda olum bu ayəni: “Biri vaqe olacaq əzab barədə soruşdu. (O əzabı) Əlinin vilayətinə inanmayanlardan (kafirlərdən) dəf edə biləcək bir kimsə yoxdur!”- biz belə oxumuruq.Dedi: “And olsun Allaha Cəbrail Məhammədə elə nazil edib, və Fatimanın kitabında belə sabit olmuşdur”34.

Əbu Abdullah dedi: “Cəbrailin Məhəmmədə (s.a.s) getirdiyi Quran 17000 ayədir”35. Buda şəksiz, Quranın üç mislidir. Məlumdur ki, Quranın ayələrinin sayı altı mindən bir az çoxdur. Deməli söhbət onların iddia etdikləri Fatimənin (r.a) müshəfi barəsində qedir.

Kuleyni öz kitabında “Vəhy edildiyi kimi, Quranın hamısını, ancağ imamlar toplamışlar”36-adlı bir başlıq qoymuşdu.

Allah Təbarəkə və Təalənın kitabının təhrif olması barədə sizə bir neçə bənd oxuyuram.

Zeyd ibn Cəhmdən: Dedi: “Əbu Abdullaha: “Qoy imamlar sizin imamlardan daha üstün olsun”37-oxudu. Dedim: “Sənə fəda olum, imamlar?” Cəvab verdi: “And olsun Allah imamlar!” Dedim: “Biz onu “ərba” oxuyuruq”. Dedi: “Ərba yox, və əli ilə işarə etdi”38.

Əbu Abdullahdan: “(O) dedi: Ayə belə enib: “Hər kəs Allaha və Peyğəmbərinə Əli və imaların vilayət məsələsində itaət etsə, böyük bir səadətə nail olar”39.

Əbu Abdullahdan: (Bu ayəni oxuyub)“Doğrusu, bundan əvvəl Adəmə də Məhəmədi, Əlini, Fatimanı, Həsəni, Hüseyni və onların nəslini (unutmamağa) tövsiyə etmişdik. Lakin o (tövsiyəmizi) unutdu”-(sonra imam dedi): “Allah and olsun ki, Məhəmmədə (ayə) belə nazil olmuşdur”40.

Əbu Cəfərdən: “Cəbrayil Məhəmmədə (s) bu ayəni belə nazil etmişdi: “Həsəd apardıqları üçün Allahın Əli barəsində41 nazil etdiyini inkar edərək özlərini satmaqları nə pis bir şeydir”42.

Əbu Əbdullahdan43: “Cəbrayil Məhəmmədə (s) bu ayəni belə endirmişdi: “Əgər bəndəmizə Əli haqqında nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin”44.

Sözsüz ki, bu sözlərinin hamısı Əbu Abdullahin (Cəfər ibn Sagidın) adından söylənilən yalanlardır. Biz bunu söhbətimizin əvəlində demişdik. Əbu Cəfər (Məhəmməd Baqir) və umumən Məhəmməd peyğambərin (s.a.s) əhli-beytindən olan başqa imamların adından söylənilən yalanlardır. Allah bu yalanı uyduranlara lənət etsin!

İmam Rzadan (Əli ibn Musa) rəvayət ediblər ki: “Müşriklərə ağır gəldi Əlinin vilayəti. Özlərini (onları) dəvət etdiyin”-Allahın ayəsi barəsində buyurub: “Bu ayə hifz edilmiş kitabda bu şekildədi”45.

Əbu Cəfərdən (Baqir)-dən rəvayət edirlər: “Aşağdaki ayə, Məhəmməd (s.a.s)-ə bu şəkildə nazil olmuşdu: “Lakin Məhəmmədin əhli-beytinə zülm edənlər özlərinə deyilmi sözü başqası ilə deyişdilər. Və biz Məhəmmədin Əhli-beytinə qarşı zalım olanlara etdikləri zülmə görə, göydən cəza nazil etdik”46.

Bir kişi Əbu Abdullahın yanında oxudu: “De: “İstədiyinizi edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər”. Buyurdu ki: “Burada belə deyil. Həqiqətən burada belədi “və məmünlar47 əməllərinizi görəcəklər” Və məmunlar bizik”48.

Əbu Həsən Maridən: “Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm!” “Məni Allahdan heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm! Allah dərgahından olanı və Onun Əli haqında göndərdiklərini təbliğ etməkdən başqa (əlimdən bir şey qəlməz)” (Ravi imamdan soruşdu) “Ayə belə nazil olub?” İmam dedi: “Bəli”49.... Sonra imam buyurdu: “Ya Məhəmməd Onların sənə varisin haqqında deyəcəklərinə səbr et. Onlardan gözəl tərzdə ayrıl! Yalan sayan var-dövlət sahiblərini mənə tapşır və onlara bir az möhlət ver!”50. (Ravi) dedim: “Belə nazil olub?”. Dedi: “Bəli”51.

Bu təhrifə aid misallardan bir neçəsi idi. Əgər biz bu gecə bu xəbis kitabda Quranin təhrifinə aid hamısını oxusaydiq, səhərə qədər elə bunun ilə məşqul olardık. Ancaq ümid varam ki, bu misallar kifayətdir52.
Əhli-sünnəyə muxalif olmaqda hərislik.

Əbu Abdullahdan rəvayət edirlər ki, o deyib: “Əgər kiminsə öz qardaşı ilə53 bir məsələ problem olsa, o məsələni həl etmək üçün öz qardaşını (yani şiyələrdən) cağırsın ki, onların arasında hökm versin. Və bunlara (yani əhli-sünnəyə) məsələni təqdim etməkdən vaz keçsin. Yoxsa o, Allahın buyurduğu şəxslər kimi olar: “Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmürsənmi? Onlar Tağutun hüzurunda mühakimə olunmaq istəyirlər. Halbuki onlara inanmamaları əmr olunmuşdur”54.

Kəfidən başqa mənbələrdə bu məsələni təsdiqləyir. Əbu Abdullah Cəfər ibn Sadiqdən rəvayət var ki o deyir: “Əgər siz iki müxtəlif hədislə rastlaşsanız, Allahın kitabında heçnəyə rast gəlməsəniz umumi xəbərlərlə (yani əhli-sünnə ilə) tutuşdurun. Əgər onların hədisləri ilə uyuğun qəlsə onu (məsələni) atın, onların hədislərinə zidd olsa (onda) götürün”55.

Həmçinin Əlı ibn Əsbatdan ki o dedi: “İmam Rzadan dedim: “Mənim qarşıma bilmədiyim bir məsələ çıxsa, onun həllini biləni tapmasam, (yaşadığım) ölkədə isə sənin ardıçıllarından yoxdur (onda mən nə edim?). İmam cəvab verdi: “O ölkənin fəqihlərinin (yani əhli-sünnədən olan) yanına get. Öz məsələni ondan soruş. Sənə nə desə, onun əksini götür, çünki haqq ondadır”56.

Müsəlman bir kənəra, heç ağilli insan belə söz deyər?
Kəfidə yalan haqqında.

Cəfər Sadiq deyib: “Allah, insanlarda bizə qarşı qəzəb yox, sevgi yaradan qula rəhm etsin. Allah and olsun ki, sözlərimizin gözəlliyini görsəydilər, onları əziz tutardılar. Heç kəsdə onlara bir şey əlavə edə bilməzdi. Ancaq indi, bir nəfər söz eşidən kimi ona on dənəsini əlavə edir”57.

Cəfər Sadiq deyib: “Kim öz adına bu işi çixsa yalan deyib58. Qoy şeytan onun yalanına ehtiyac duyusun”59.

Cəfər Sadiq deyib ki: “Qaim (yani Mehti) gəldikdə şiələri yalan sayanları öldürəcək60.

Cəfər Sadiq deyib: “Əqər insanların hamısı bizim şiələrimiz olsaydı, onların ¾ bizə şübhə ilə yanaşardılar, ¼ isə axmaq olardı”61.

Cəfər Sadiq deyib: “Allah münafiqlər barəsində ayə nazil etdikdə yalnız tərəfdar (şiə) olduqlarını iddia edənləri nəzərdə tutub”62.

Musa Kazım deyib: “Əğər onları imtahan etsən (yani şiələri), onların mürtəd olduğlarını görərsən. Əgər lap araştırsan yalnız 1000 nəfər sadiq olduğunu görərsən”63.

İndi isə bu kitabın məzəli və böyük bəlalı64 rəvayətləri qeyd edəcəyik. İnsan bu rəvayətlərə əsaslanaraq öz dininə sitayiş edə bilməz. Ağıllı başlı insan bu kitabı öz dininin və yaxud məzhəbin ən düzgün kitabı kimi qəbul edə bilməz. Sizin vaxtınızı çox aparmamaq üçün çalışıram qisa danışım.

Kuleyni “Kəfi”-də Həbabə Valibieyyədən rəvayət edib: “Mən əmirəlmöminin Əli ibn Əbu Talibə dedim, Allah sənə rəhm eləsin, imamlığın nişanəsi nədir?” Dedi: “O daşı məmə qətir”-və əli ilə daş işarə etdi. O daşı ona qetirdim, öz (üzüydə olan) möhürü ilə onu möhürlədi. Sonra mənə dedi: “Ya Habəbə, agər imamlığı iddia edən bir nəfər gördüyün kimi (o daşı) möhürliyə bilsə, bilki o imamdır, ona tabe olmaq vacibdir, imam nə istəsə, o ondan qaça bilməz (yani istədiyi şey alınar). Habəbə dedi ki: “(Bir müddət keçdikdən) sonra getdim Həsənin yanına. O əmirəlmümininin məclisində idi. (Mənə) dedi: “Ey Habəbə Valibiyyə”. Dedim: “Bəli ağam”. İmam dedi: “Səndə olanı mənə ver, məndə verim. O, əmirəlmuminin kimi onu (daşı) möhürlədi”. (Ravi davam edir):” Sonra gettdim Hüseynin yanına. O Allahın elçisinin məclisində idi. Yaxınlaşıb (oturanları) salamladı. Və dedi: “Nişanədə istədiyinin dəlili vardır65. Sən imamalığın nişanəsini istəyirsən”. Cəvab verim: “Bəli ağam”. (Hüseyn) dedi: “Səndə olanı mənə ver”. Ona daşı verim və o onu möhrlədi”. (Ravi davam edir): “Sonra Əli ibn Hüseynin yanına getdim, artıq qocalmışdım, əsirdim, 113 yaşı adlamışdım. Onu ruku və səcdə halında gördüm. İbadətlə məşğul idi. İmamlığın nişanəsini almaqdan mə`yus oldum. O mənə şəhadət barmağı ilə işarə etdi, mənə cavanlığım qayıtdı. Ona dedim: “Ağam dünyadan nə qədər ötüb və nə qədər qalıb?” İmam cəvab verdi: “Dünyadan ötənlərə bəli, qalanlara isə yox. Səndə olanı mənə ver”. Ona daşı verdim oda onu mənim üçün möhürlədi. Sonra Əbu Cəfərin yanına qəldim, mənim üçün onu möhürlədi. Sonra Əbu Hasan Musanın yanına qəldim, o da mənim üçün onu möhürlədi. Sonra Rzanın yanına qəldim o da mənim üçün onu möhürlədi”66.

Əbu Basirdən rəvayət edirlər: “Əbu Abdullahın yanına daxil olub ona dedim: “Sənə fəda olum, səndən bir məsələni soruşmaq istəyirəm, ancaq burada sözümü eşidəcək bir adam ola bilər”. Əbu Abdullah onunla başqa ev (otaqı) arasındaki örtüyü qaldırıb ora baxtı. Sonra dedi: “Ey Abu Məhəmməd səni maraqlandıran şeyi soruş”. (Əbu Basir) dedim ki: “Sənə fəda olum, şiələrin deyirlər ki, guya Məhəmməd (s.a.s) Əliyə bir şey öyrədib, ondan 100 000 qapı açılır”. (İmam) dedi: “Ey Əbu Məhəmməd, rəsulullah Əliyə 100 qapı öyrətdi və bunların hər biri də min qapl açar”. Dedim ki: “Allah and içirəm ki, elm budur”. İmam bir saat düşünüb, yeri cızdı (yaxud bir saat yeri qazıdı). Sonra dedi: “O elmdir, amma (elə-belə elm) də deyil”67. Sonra əlavə etdi: “Ey Əbu Məhəmməd “cəmia”68 bizdədir. Hec bilirsən “cəmia” nədir?”. (Əbu Basir) dedim: “Sənə fəda olum, “cəmia” nədir?”. (İmam) dedi: “O Allahın elçisinin biləyi ölçüsündə 70 bilə (arşın) uzunluğu olan bir yazıdır. Onun doldudulması içindəki çatlaqdandır. 69Əlinin əli ilə yazılıb. Onda bütün halal və haram vardır. İnsanın ehtiyaci olduğu hər şey, hətta cızığa düşən qan pulu belə vardır”.Sonra imam əlini ciynimə qoydu və dedi: “Ey Əbu Məhəmməd! Mənə icazə verirsənmi?” Dedim: “Mən özümü sənə verdim, sənə fəda olum, istədiyivi et”. Elə bil qəzəbli halda əli ilə mənə toxundu, və dedi: “Bax bu cimdiyin cəzası belə orada yazılıb”. Dedim ki: “Allah and olsun bu bir elmdi”. (İmam) dedi: “Həqiqətən o bir elmdi, ancaq belə də deyil”. Sonra bir saata yaxın susub dedi: “Cəfr elmi bizdədir, insanlar hec bilirlər ki cəfr nədir?“ (Ravi) dedim: “Cəfr nədir?” (İmam) cəvab verdi: “Peyğambərlərin, vəsilərin, Bəni israildən keçmiş alimlərin elmini əhatə edən dəridən hazırlanmış bir qabdır”70 Dedim: “Allah and olsun ki bu elmdi”. (İmam) dedi: “Həqiqətən o bir elmdi, ancaq belə də deyil”. Sonra bir saat susub dedi: “Bizdə Fatimənin mushafı vardır. Hec bilirlər Fatimanın kitabı nədir?” Dedim: “Fatimanın kitabı nədir?” Dedi: “O sizin bu Quranınızın üç qatını əhatə edən müshafti. Allah and olsun ki, içində Quranınızdan bir hərf belə yoxtu”. Dedim: “Allah and olsun ki bu elmdi”. (İmam) dedi: “Həqiqətən o bir elmdi, ancaq belə də deyil”. Sonra bir saat susub dedi:”Bu günə qədər olanlara və bundan sonra qiyamətə qədər olacaqlara aid elm bizdədir”. Dedim: “Allah and olsun ki bu elmdi”. İmam) dedi: “Həqiqətən o bir elmdi, ancaq belə də deyil”. (Ravi) dedim: “Bəs elm nədir?”. (İmam) dedi: “Elm, gecə-gündüz, bir işdən sonra meydana gələn bir başqa işlə əlaqədar ortaya cixan nəsnəyə deyilir”71.

Bunu heç bir şərh vermədən getirirəm72.

Bu rəvayət isə Əbu Cəfər Məhəmməd Baqirdəndir (r.a): “İmamın on əlaməti vardır: 1) Təharətli və sünnət olaraq doğulurlar. 2) Doğulduğu zaman əlləri üstünə düşüb, yüksək səs ilə iki şəhadəti getirir. 3) Cənabət olmaz. 4) Gözləri yatar amma ürəyi yatmaz. 5) Əsnəməz, gərnəşməz. 6) Qarşısını gördüyü kimi arxasını da görür. 7) Nəçisi müşk iyi verir. 8) Yerə onu (nəçisini?) örtmək və udmaq tapşırılıb.9) Peyğambərin zirehi geyəndə düz əyninə olur, insanlardan istər uzun boylu istər sədə qisa boylu bir şəxs (onu) geysə, o zireh bir qarış uzanar. 10) Və günləri bitənə qədər “muhəddəs”-dilər”73.

İshaq ibn Cəfər atası imam Sadiqdən (r.a) rəvayət edir: “(Analar imamları) doğacağı gecə evdə bir nur görünər. Bu nuru ondan və atasından başqa hec kəs görməz. Onu dünyaya gətirərkən oturaq halda gətirər.Doğuluş əsnasında (vaginada?) elə bir açıqlql olar ki, o dördbucaq şəkildə bayra cixar və yerə düşdükdən sonra yumurlanar, və hansı tərəfdə olarsa olsun, səhv salmadan Qiblə istıqamətə üzünü çevirər. Sonra üç dəfə asqırar və barmağı ilə Allaha həmd etdiyini işarə edər.Qöbəyi kəsilmiş, sünnət olunmuş, yuxarı və aşağı qabaq dişləri, azı və kəsici dişləri cixmış şəkildə dünyaya gələr. Əllərin arasından qızıl parçası kimi işıq saçır. Onun gecə və gündüz allərindən qızıl axıdır”74.

Siz bunalrı eşidəndən sonra, heç bir cizgi filmi xatırlamdız?

“Rövdatul vaizin”də gəlib ki Əli ibn Əbu Talib doğulnda peyğəmbər (s.a.s) onun yanına getdi. Onu ayağ üstə gördü. Sağ əlini sağ qulağının üstünə qoyub azan verirdi. Hənifəliyi (İbrahim peyğəmbərin (a.s) dinini) təsdiq edib, Allahın təkliyinə və risaləsinə şəhaət verirdi. Doğulduğu gündən bunu edirdi. Sonra Əli (r.a) peyğəmbərə (s.a.s) dedi: “Oxuyum?”. O d ona dedi, oxu. Və (Əli) Tövrat, İncil, Zəbur və ur`anı oxudu75.

Təbii ki İbrahimin səhifələrini unutmuşdu. Təəccüblüsüdə budurki, bunların hamısı Qur`anın nazil olmasından qabaq olub.

Həmçinin, bu kitabda (Kəfidə) uzun bir hədisdə rəvayət olunur ki, Əli ibn Huseyn dedi: “Qulların gunahları çoxaldıqda və Allah Təbərəkə və Təalə onlara öz nişanələrinin biri ilə danlamaq (çəzalandirmaq) istədikdə. Ulduzların, plnetlərin, ay və günəşin axarı (orbitası) yerləşdiyi fələyin (qalaktika) cavabdehi olan mələyə həmən fələyi öz axarından dayişməyi əmr edər.. O mələk 70 000 mələyi onu öz axarından dəyişməyi əmr edər. (Sonra imam deyir): “Onlar onu dəyişirlər və günəş o fələydə axan dənizə düşür. Onun işığı sönür rəngi isə dəyişir. Allah öz nişanələrini böyük tutmaq istədikdə günəşi o dənizdə batırır və istədiyi kimi öz məxluqatını qorxuzur”. (Sonra imam deyir): “Bu günəşin tutulması vaxtı olur”. (Sonra deyir):”Ayla da belədir”. (Sonra deyir):”Allah onları üzə çixartmaq və ya öz axarlarına qaytarmağ istədikdə fələyə cavabdeh olan mələyə həmən onu öz axarına qaytarmağı əmr edər. O da fələyi qaytarır, günəşdə öz axarına qayidir”76.

Bu (Kəfiyə əsasən) günəş və ayin tutulmasıdır. Bizə belə rəvayətlər, nəsranilərin öz incillərindəki fakt və həqiqətə zidd olan məsələləri xatırladır. Misal üçün onlar qədimdə olduğu kimi, yerin kainatın mərkəzi olması və ağıllı insanın qəbul etməyəcəyi başqa fikirlərə sahib olublar. Bu iddialar elm tərəfindən puç olduğları sübut olanda, öz kitablarını yalan saydılar. Başa düşdülər ki yazılanlar insan tərəfindən uyudurulmuş yalan olub, o batilləri atıb elmdə tapdıqları haqdan yapışdılar. Bundan sonra incilin hamısını, istər haqq olsun istə batil kənara atdılar. İncili və Tövratı təhrif edənlərin heç ağillarına belə gəlməzdi ki, elm o dərəcədə inkişaf edəcək ki, onların cəfəngiyatların üstünü acaçaq.

Elə belə yalanlar əsasında Kuleyni kimi müəlifflər öz kitablarını da qurublar. O vaxtlar insanlar həqiqəti bilməyib, bu cür nağillara inanırdılar. Elm dünyada inkişaf edəndən sonra, kainat barəsində bu cür yalan sözlər puc oldu. Bəs niyə nəsranilər öz batillərindən döndülər, şiələr isə yox? Mən bilmirəm, bəlkə siz bilirsiz?

Kuleyni Əbu Abdullahdan başqa bir məzəli hədis rəvayət edib: “Fildə elə bir şey yoxtur ki, ağcaqanadda olmasın, əksinə, ağcaqanad fildən qanadların olması etibarı ilə üstündür”77.

Yanı ağcaqanadda ki şeylər (əzalar) fildən çoxdur, onda iki dənə qanad artiqdir.


Yüklə 297,57 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə