BiSMİllahir-rəhmanir-rəHİm kitabda istifadə olunan ədəbiyyat



Yüklə 0,87 Mb.
səhifə1/20
tarix01.09.2018
ölçüsü0,87 Mb.
#66320
  1   2   3   4   5   6   7   8   9   ...   20

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

Kitabda istifadə olunan ədəbiyyat:

Mötəbər sünnü kitablarından:


1- “Tarixul-üməm vəl-müluk” (müəllif: Məhəmməd ibni Cərir Təbəri), Qahirə çapı.

2- “Şəvahidut-tənzil” (müəllif: Hakim Həskani).

3-”Ət-tacul-camiu lil-üsul” (müəllif: Şeyx Mənsur Əli Nasif)

4- “Səhihi-Buxari”, (müəllif: Məhəmməd ibni İsmail Əl-buxari)

5-”Təfsiri-Kəbir” (müəllif: Fəxr Razi)

6-”Şərhi-Nəhcül-bəlağə” (müəllif: İbni Əbil Hədid)

7-”Kəşşaf” təfsiri (müəllif: Carullah Məhmud ibni Ömər Zəməxşəri)

8-”Fəthul-Qədir” (müəllif: Məhəmməd Şovkani)

9-”Ruhul-bəyan” təfsiri (müəllif: Şeyx İsmail Həqqi)

10-”Səhihi-Müslüm” (müəllif: Müslüm ibni Həccac Əl-qüşeyri Nişapuri)

11-”Nüzhətul-məcalis” (müəllif: Şeyx Əbdürrəhman Səfuri Şafei)

12-”Əs-səvaiqül-muhriqə” (müəllif: İbni Həcər Heysəmi)

13-”Tarixi-Yəqubi” (müəllif: İbni Cəfər Əxbari)

14-”Əl-bidayətu vən-nihayə (müəllif: İbni Kəsir Hənbəli)

15-”Möcəmul-büldan” (müəllif: Yaqut Həməvi)

16-”Usdul-ğabə (müəllif: İbni Əsir)

17 “Təbəqati ibni Səd” (müəllif: Əbu Əbdillah Məhəmməd ibni Səd ibni Məni” Zühəri Bəsri)

18-”Müsnəd” (müəllif: Əhməd ibni Hənbəl)

19-”Əl-fəzail” (müəllif: Əhməd ibni Hənbəl)

20-”Kənzül-ümmal” (müəllif: Müttəqi Hindi)

21-”Təzkirətul-xəvass” (müəllif: Sibt ibni Covzi)

22-”Ət-təfsir” (müəllif: İbni Cərir)

23-”Əs-səhih” (müəllif: İbni Macə)

24-”Əs-səhih” (müəllif: Termezi)

25-”Məcməuz-zəvaid” (müəllif: Heysəmi)

26-”Tarixi Xəmis” (müəllif: Məhəmməd ibni Həsən Diyarbəkri Maliki)

27-”Tarix” (müəllif: Əbil Fida)

28-”Tarix” (müəllif: İbni Şöhnə)

29-”Əs-sirə” (müəllif: Zeyni Dehlan)

30-”Əs-sirə” (müəllif: İbni Hişam)

31-”Əs-sirə” (müəllif: Hələbi)

32-”Əxtəri Kəbir” lüğətnaməsi

33-”Mübin” lüğətnaməsi

34-”Əl-isabə (müəllif: İbni Həcər)

35-”Təhzib və ət-təhzib” (müəllif: İbni Həcər)

36-”Əl-iqdul-fərid” (müəllif: İbni Əbdi Rəbbih Əndulusi Mərvani Maliki)

37-”Müstədrəkus-səhiheyn” (müəllif: Əbu Əbdillah Hakim Nişapuri)

38-”Əl-mənaqib” (müəllif: İbni Məğazili)

39-”Teysərul-vüsul”

40-”Təmhid” (müəllif: Baqlani)

41-”Ər-riyazun-nəzrət”

42-”Əl-kamilu fit-tarix” (müəllif: İbni Əsir)

43-”Mizanul-etidal” (müəllif: Zəhəbi)

44-”Durrul-mənsur” (müəllif: Cəlaləddin Süyuti)

45-”Əl-bida vət-tarix”

46-”İğtiyalu Əbi Bəkr”

47-”Əl-imamətu vəs-siyasət” (müəllif: Abdullah ibni Müslüm ibni Qüteybə Dinəvəri)

48-”Müəhlla” (müəllif: İbni Həzm)

49-”Səfvətus-səfvə (müəllif: İbni Covzi adı ilə məşhur olan Məhəmməd Bəkri Hənbəli)

50-”Əs-səqifə” (müəllif: Əbu Bəkr Covhəri)

51-”Əl-müvəttəə” (müəllif: Malik ibni Ənəs)

52-”Ət-tənbihu vəl-işrəf” (müəllif: Məs”udi)

53-”Şərhu etiqadi” (müəllif: Ömər Nəsəfi)

54-”Təbyinu kizbil-müftəri”


Eləcə də adları aşağıda qeyd olunan şiə mənbələrindən, məhz sünnü ravilərindən nəql etdikləri üçün istifadə edilmişdir:


1-”Müntəhəl-amal” (müəllif: Şeyx Abbas Qumi)

2-”Abdullah ibni Səba” (müəllif: Seyyid Mürtəza Əsgəri)

3-”Əs-səbətu minəs-sələf” (müəllif: Firuzabadi)

4-”Əl-cüməl” (müəllif: Şeyx Müfid)

5-”Şərhi-Nəhcül-bəlağə” (müəllif: Feyzül İslam)

6-”Dünyanın ən yaxşı qadını Zəhra (ə)” (müəllif: Ayətullah Məkarim Şirazi)



BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

ÖN SÖZ

“(Ey Peyğəmbərimiz) sözü dinləyib onun ən yaxşısına tabe olanlara müjdə ver. Onlar həmin kəslərdir ki, Allah onları (düz yola) hidayət etmişdir və məhz onlar əql sahibləridir.”1

İslam Peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunmuş məşhur bir rəvayətdə buyurulur:
“Mənim ümmətim yetmiş üç firqəyə (dəstəyə) bölünəcəkdir, o firqələrin birindən başqa, hamısı od və cəhənnəm əhlidir.”2

Bu hədisi bütün İslam alimləri öz kitablarında nəql etdikdən sonra yalnız özlərinin düzgün yolda olduqlarını bəyan etmiş, ixtilaf yaratmaq təqsirini isə başqa firqələrin üzərinə yıxmışlar. Halbuki, Qurani-Kərim belə buyurur:


“Hamılıqla Allah ipindən yapışın və heç vaxt təfriqəyə düçar olub dağılmayın.”3

Belə bir sual yaranır ki, görəsən həqiqətdə “Allah “ipi” dedikdə nə nəzərdə tutulur və bu ayəni lazımınca izah edib həqiqəti insanlara çatdırmaq kimin öhdəsinədir ki, onlar da bu ipə sarılaraq heç vaxt dağılmasınlar? Bu vəzifəni yerinə yetirməyin kimin öhdəsinə olduğunu isə, məhz Qurandan soruşmaq lazım-dır. “Tövbə surəsində Allah taala dinşünas-ları Allah dininin təbliğçiləri kimi bəyan edib buyurur:


“Gərək hər bir tayfadan bir neçə nəfər hicrət edib dini dərindən öyrənsin və öz qövmlərinə tərəf qayıtdıqda onları (ilahi əzabdan) qorxutsunlar, bəlkə onlar da (pis işlərdən) çəkinələr.”4

Deməli, həqiqi dini camaata olduğu kimi çatdırmaq din alimlərinin öhdəsinə düşən vəzifədir.

Növbəti sual budur ki, görəsən bu mühüm əhəmiyyət kəsb edən iş hansı firqə alim-lərinin üzərinə düşür? Və nə üçün hər hansı bir firqə bu ilahi vəzifəni yerinə yetirməkdə özünü sair firqələrdən üstün sayır, başqalarını isə batil yolda hesab edir? Bunları hansı alim həll etməlidir?!

Digər məsələ budur ki, bütün İslam ümmətinin ona sarılmağa əmr olunduqları “ip” dedikdə məqsəd nədir?

Bu məsələni düzgün şəkildə anlayıb “Allah ipinə” sarılmaq üçün, ilk növbədə tarixi düzgün şəkildə araşdırıb baş vermiş hadisələri olduğu kimi təhlil etmək, nəticədə şəffaf su-yun haradan və nə üçün bulandığını bilməliyik.

Son dərəcə təəssüflə qeyd etməliyik ki, sünnü alimləri düzgün və həqiqi tarixi oxumağı öz əsrlərində haram etmiş və tarixi oxumağın ölülərin qeybətini etməkdən ibarət olduğunu əsas tutaraq bu işi qadağan etmişlər.

Böyük sünnü alimlərindən olan Məhəmməd Qəzzali belə deyir: İmam Hüseynin Kərbəla faciəsini səhabələr arasında yaranan ixti-lafları camaata çatdırmaq haramdır. Çünki, bu hadisələr camaatda bəzi səhabələrə qarşı nifrət hissi oyadır. Halbuki, səhabələr böyük din təbliğçiləridir.”5

Firqələr arasında yaranmış ixtilafların həqiqi səbəbini tapmaq üçün Peyğəmbərin vəfatından qabaq və sonra baş vermiş hadisələri araşdırmaq lazımdır. Çünki, Peyğəmbərin öz zamanında müsəlmanlar təqribən hamısı müttəfiq idilər. Münafiq səhabələr isə Peyğəm-bərə (s) məkrli planlar tökdükdə Peyğəmbər (s) Cəbrailin vasitəsi ilə göndərilən vəhy ilə onların qabağını alıb, münafiqlərin hiylələrini zərərsizləşdirirdi. Beləliklə qəti şəkildə hökm etmək olar ki, bütün ixtilaflar Peyğəmbərin vəfatından sonra baş vermişdir. Məhz buna görə də haqq-həqiqətin aşkar olması üçün Həzrəti Mühəmmədin vəfatından sonra baş verən hadisələri araşdırmalıyıq. Çünki, İslam firqələrinin hamısı Peyğəmbərin vəfatından sonra yaranmışdır. İslamın ilk çağlarındakı müsəlmanlar Peyğəmbərin vəfatından sonra iki dəstəyə bölündülər. Onların bir hissəsi həzrət Əli ibni Əbu Talib (ə)-ın tərəfdarı (şiə), digəri isə Əbu Bəkrin tərəfdarı (sünnü) oldular.

Müaviyə hiyləgərliklə hökuməti ələ aldıqdan sonra elə onun dövründə xəlifələrin tərəfdar-ları “Əhli sünnət” (sünnü) və ya “cəmaət” adlandırıldılar.

İmam Sadiq (ə)-ın dörd mindən artıq tələbəsi var idi. Məhəmməd ibni Nöman ibni Sabit (Hənəfi məzhəbinin banisi) və Malik ibni Ənəs (Maliki məzhəbinin banisi) də onun tələbələrindən idilər.

Bunlardan sonra isə Şafei və Hənbəli məzhəbləri yarandı. Bunlar da Abbasilərin köməyi ilə İslam cəmiyyətində çaxnaşma salıb hakimiyyəti ələ keçirdilər.

İndi isə biz İslami rəvayətləri araşdıraraq haqqı batildən seçib onu camaata tanıtdırmalı və hamının dində müttəfiq olub Allah ipindən yapışması və behişt əhli olması üçün əlimiz-dən gələni əsirgəməməliyik.



ƏHMƏD ƏSƏDNİJAD

1379 3 27

QUM ŞƏHƏRİ


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə