BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,21 Mb.
səhifə1/53
tarix19.10.2018
ölçüsü1,21 Mb.
#75196
  1   2   3   4   5   6   7   8   9   ...   53

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

«ƏNAM» SURƏSİ


Bu surə Peyğəmbərə (s) Məkkədə nazil olmuş 67-ci surədir. Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə əsasən, bu surənin ayələrinin hamısı bir yerdə nazil olmuşdur. Digər Məkkə surələrində olduğu kimi, bu surənin əsas hədəf və məqsədi üçlük təşkil edən tövhid, nübüvvət və məad məsələlərinə dəvət etməkdir. Lakin hər şeydən artıq yeganəpərəstliyə dəvət, eləcə də şirk və bütpərəstliklə mübarizəyə təkid olunur.

Bu surənin ayələrinə dərindən diqqət müsəlmanların arasında nifaq və pərakəndəlik ruhiyyəsini aradan qaldıraraq onları ayıldar, qəlblərinə bəsirət bəxş edər.

«Ənam» surəsinin fəziləti barəsində belə nəql olunur: “O, nazil olarkən 70 min mələk onu müşayiət etmişdir. Hər kəs onu oxusa ( bunun sayəsində ruhu tövhid çeşməsindən sirab olsa), o mələklərin hamısı (Allah dərgahında) onun üçün günahlardan bağışlanmaq istəyər.1

Eləcə də Əyyaşi mötəbər sənədlərlə Əbu Bəsirdən rəvayət edir ki, İmam Sadiq (ə) belə buyurur: «Ənam surəsi bir yerdə nazil olmuş, 70 min mələk onu təzimlə yola salmışdır. Çünki onun 70 yerində Allahın adı qeyd olunmuşdur. Əgər camaat bu surənin oxunmasında qədər fəzilət olduğunu bilsəydi, heç vaxt onu tərk etməzdilər.»

Sonra buyurdu: «Hər kəsin Allahdan müəyyən bir hacəti varsa onun rəva olunmasını istəyirsə, «Fatihə» «Ənam» surəsi ilə dörd rəkətli namaz qılsın.

Əli ibn İbrahim nəql edir ki, Həzrət Rza (ə) buyurdu: «Ənam surəsi bir yerdə nazil olub 70 min mələk təsbih, təhlil təkbir sədaları ilə bu surəni yola salmışlar. Hər kəs bu surəni oxusa, mələklər Qiyamət gününə qədər onun üçün təkbir deyərlər.»2



﴿ بسم الله الرحمن الرحيم ﴾

AYƏ 1:


﴿ الْحَمْدُ لِلّهِ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ وَجَعَلَ الظُّلُمَاتِ وَالنُّورَ ثُمَّ الَّذِينَ كَفَرُواْ بِرَبِّهِم يَعْدِلُونَ ﴾

TƏRCÜMƏ:


«Həmd səna göyləri yeri yaradan, qaranlıqları aydınlığı vücuda gətirən Allaha məxsusdur. (Belə bir əzəmətli yaradılışın zatı tovhidə bu qüdrətin yalnız Allaha məxsus olmasına dəlalət etməsinə baxmayaraq) kafirlər yenə Rəbblərinə şərik qoşur (bütləri Ona) tay tuturlar

TƏFSİR:


Quranın hər yerində nur kəlməsi tək formada, zülmət kəlməsi isə cəm formada gəlmişdir. Çünki haqq birdir, lakin batil yollar olduqca çoxdur. Nur vəhdətin, zülmət isə pərakəndəliyin rəmzidir. Bu surənin ilk ayəsində varlıq aləmindəki sistemə, ikinci ayəsində insanın yaradılışına, üçüncü ayəsində isə insanın əməl və rəftarlarına işarə edilir.

Həzrət Əlinin (ə) buyurduğuna görə bu ayə yolunu azmış olan üç dəstəyə cavab verir:

a) Yaradılışın və xilqətin hadis (sonradan yaradılan) olmasını inkar edən (və onun əzəli olmasına inanan) materialistlərə (“xələqəs-səmavat” - göyləri yaratdı)

b) Həm nur, həm də zülmət üçün ayrı-ayrı məbudların olduğuna inanaraq üçlüyə pərəstiş edənlərə (“cəələ” - qərar verdi).3

v) Allahın şəriki və oxşarı olduğuna inanan müşriklərə (“summəlləzinə kəfəru” - sonra da kafirlər).4

AYƏ 2:


﴿ هُوَ الَّذِي خَلَقَكُم مِّن طِينٍ ثُمَّ قَضَى أَجَلاً وَأَجَلٌ مُّسمًّى عِندَهُ ثُمَّ أَنتُمْ تَمْتَرُونَ ﴾

TƏRCÜMƏ:


«Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur. Müəyyən olunmuş bir müddət Onun yanındadır (şərti əcəliməhv isbatlövhəsində yazıb, qəti əcəl isəLövhi-Məhfuzdadır, yaxud bu dünyada olan gerçəkliklərdir). Siz (bu qüdrət, nəzm hikməti müşahidə etdikdən sonra Allah ya Qiyamət barəsində) yenə şəkk edirsiniz

TƏFSİR:


Bu ayədə kainatla əlaqədar məsələlər, o cümlədən, asimanların və yerin xilqəti irəli çəkilir, həmçinin insanın özü və batini aləmi ilə bağlı məsələlər qeyd olunur.

Quranda 20 dəfədən artıq «əcəlun müsəmmən» (müəyyən olunmuş əcəl) barəsində söhbət açılmışdır. Allah insan üçün iki növ əcəl təyin etmişdir. Onlardan biri hətmi (labüd, qaçılmaz) əcəl adlanır ki, ömrün uzadılması üçün lazım olan bütün şəraitlərə riayət edilsə belə, həmin əcəl gəlib çatdıqda ömür çırağa tökülən neft kimi tamam olmalıdır. Digəri isə bizim öz əməllərimizə bağlıdır. Məsələn, çırağın nefti vardır, lakin onu güclü külək qarşısına qoyduqda istər-istəməz sönür.

Rəvayətlərdə sileyi-rəhim, yəni qohum-əqrəba ilə əlaqələrin bərqərar edilməsi, fəqirlərə sədəqə verilməsi, zəkat və dua insanın ömrünü uzadan amillər kimi bəyan olunmuşdur. Bunun əksinə olaraq qohum-əqrəba ilə əlaqələrin kəsilməsi, zülm etmək insan ömrünü qısaldan amillərdən sayılır.

İbn Abbasın nəql etdiyinə görə, Allah insan üçün iki növ əcəl qərar vermişdir: Biri təvəllüddən ölümə qədər, digəri isə ölümdən Qiyamətə qədər. İnsan öz əməlləri ilə bəzən onlardan birini azaldıb digərini artırır. Deməli, əcəlin məcmusu heç kəs üçün dəyişilə bilməz.

Siz isə insanı çox dəyərsiz bir şeydən–palçıqdan yaradıb belə bir heyrətli mərhələləri keçirən bir Allah barəsində şəkk və tərəddüdə yol verirsiniz.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə