Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,67 Mb.
səhifə1/22
tarix18.05.2018
ölçüsü3,67 Mb.
#44615
  1   2   3   4   5   6   7   8   9   ...   22

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

QUR᾽AN VƏ HƏDİS BAXIMINDAN HƏCC VƏ ÖMRƏ ƏMƏLLƏRİ


BİRİNCİ HİSSƏ

KƏRAMƏTLİ MƏKKƏ

BİRİNCİ FƏSİL

HƏRƏM

MƏKKƏNİN ADLARI


Qur᾽an:

«Həqiqətən xalq üçün tikilmiş ilk ev Bəkkə (Məkkə)dədir ki, aləmlər üçün bərəkətli və hidayət yeridir».1

«Bu (Qur᾽an) nazil etdiyimiz mübarək kitab və qarşısında olanı təsdiq edəndir ki, (onun vasitəsi ilə) Ümmul-qura (xalqı) və onun ətrafında olanları qorxudsun. Axirətə iman gətirənlər bu (kitaba da) iman gətirir və namazlarını qoruyurlar.»2

«(Allah) O kəsdir ki, onların (müşriklərin) əllərini sizdən və sizin əllərinizi Məkkə vadisində onlara qalib etdikdən sonra (saxladı) və Allah sizin əncam verdiklərinizi görəndir»3.



Hədis:

1. Həzrət imam Əli (ə) Şam şəhərində olan bir nəfərin «nə üçün Məkkə-Ummul-qura-adlandırmışdır?» sualının cavabında buyurdu: Çünki yer onun altından genişlənmişdir.4

2. Həzrət imam Əli (ə) bir nəfərin «Məkkənin Bəkkəyə nisbət yeri nədir?- sualının cavabında buyurdu: Məkkə hərəmin ətrafı, Bəkkə isə Allah evinin (Kə᾽bənin) yeridir.

Soruşdu: Nə üçün Məkkə adlandırılmışdır?

Həzrət buyurdu: Çünki Allah-taala yeri bu şəhərin altından genişləndirmişdir.

Soruşdu: Bəs nə üçün Bəkkə adlandırılmışdır?

Həzrət buyurdu: Çünki bu şəhər zalımlar və günahkarların gözlərini ağlatmışdır.5

3. Həzrət imam Əli (ə) buyurub: «Bəkkə Allah evinin yeri, Məkkə isə hərəmdir». Bu isə Allah-taalanın sözüdür ki, buyurur: «Hər kəs ona daxil olsa, asayişdədir».6-7

4. Həzrət imam Sadiq (ə) buyurub: «Allah evinin yeri «Bəkkə», abadlıq isə «Məkkə»dir».8

5. Əbdullah ibni Sənan nəql edib ki, həzrət imam Sadiq (ə)-dan soruşdum. Nə üçün Kə᾽bəyə Bəkkə deyilir? Həzrət (ə) buyurdu: Xalqın onun ətrafı və daxilində ağladığı üçün (Kə᾽bəyə Bəkkə) deyilir.9

6. Həzrət imam Sadiq (ə) buyurub: «Xalqın təvaf edərək bir-birini sıxıb (izdiham yaratdığı üçün), Məkkə Bəkkə adlanmışdır.10-11

7. Müaviyə ibni Əmmar nəql edib ki, həzrət imam Sadiq (ə)-a ərz etdim ki: Məkkədə namaz qılarkən qadınlar qarşısında əyləşir və ya keçirlər. Həzrət (ə) buyurdu: Eybi yoxdur, Məkkəyə buna görə Bəkkə deyilmişdir ki, orada kişilərlə qadınlar bir-birinə dəyir (və izdiham yaranır).12

8. Həzrət imam Kazim (ə) Əliyyibni Cə᾽fərin — «nə üçün Məkkəyə Bəkkə deyilir? — sualının cavabında buyurdu: Çünki camaat bir-birini əlləri ilə itələyirlər ki, bu da yalnız Məscidul-həramın Kə᾽bə ətrafındadır».13

9. Həzrət imam Rza (ə) buyurub: «Xalqın (cahiliyyət dövründə) Məkkədə fit çaldığı üçün ona Məkkə deişlər. Bu şəhərə doğru səfərə getmək istəyənə isə «qəd məka» yə᾽ni fitçaldı deyirdilər. Bu da Allah-taalanın sözüdür ki, buyurub: «Onların (cahillərin) Allah evi ətrafında namazlaır fit və əl çalmaqdan başqa bir şey deyildir.14 Beləliklə də «muka» fitçalmaq, «təsdiyə» isə əl çalmaq deməkdir.15

10. Həzrət imam Sadiq (ə) buyurub: «Məkkənin adları beşdir: Ummul-qura, Məkkə, Bəkkə, Bəssasə — yə᾽ni aradan aparan, çünki camaat Məkkədə zülmkarlıq etdikdə onları ixrac edir və həlakətə yetirirdi. Və Ummul ruhm; çünki camaat Məkkədə e᾽tikaf bağladıqda (ilahi) rəhmətə şamil olurlar».16

MƏKKƏNİN ADLARI HAQQINDA İZAH


1. Qur᾽ani-kərimdə Məkkənin adları;

Qur᾽ani-kərimdə Məkkə adı yalnız bir dəfə gəlmiş, amma bu şəhər on dörd ayədə başqa adlarla yad olunmuşdur ki, aşağıdakılardan ibarətdir:

Bəkkə, Ummul-qura, Əl-bələd, Əl-bələdul-əmin, Əl-bəldəh, Əl-hərəm, həmçinin Qəryətukə, Minəl-qəryətəyn və Vadin ğəyrə zi zər᾽in.

2. Rəvayətlərdə Məkkənin adları:

Əhli-beyt (ə)-ın hədislərində bu müqəddəs şəhərin beş adı və onların bu adlarla adlanma səbəbi bəyan olunmuşdur ki, aşağıdakılardan ibarətdir:

Məkkə, Bəkkə, Ummul-qura, Əl-bəssasə və Ummul ruhm.

Qeyd olunmuş rəvayətlərdə bu şəhərin Məkkə adı ilə adlanmasının iki səbəbi buyurulmuşdur ki, onların biri yerin Məkkə şəhərindən genişlənməsi, digəri isə cahil ərəblərin Kə᾽bəni ziyarət edərkən onun ətrafında fit və əl çalmasından ibarətdir.

Bu şəhərin «Bəkkə» adi ilə adlanmasına gəldikdə isə, bə᾽zi rəvayətlərə əsasən «Bəkkə» Kə᾽bənin yerləşdiyi yerin adıdır və Bəkkə adının Məkkə şəhəri üçün işləndiyini gördükdə , sözün əlamətlərindən başa düşmək olur ki, onu deyənin məqsədi Məscidul-həramda yerləşən Kə᾽bə tərafıdır. Bu isə Bəkkə sözünün lüğət baxımından əsası (məqsədi) ilə uyğundur. Çünki (ərəb dilində) Bəkkə sözü izdiham mə᾽nasında işlədilir (və bildiyiniz kimi), Kə᾽bə ətarfında izdiham olur.

3. Tarixçilər və dilçilər nəzərində Məkkənin adları:

Çox az şəhərlər Məkkə şəhəri kimi tarixçilər və dilçilər nəzərində adlarının çoxluğu və onların mə᾽naları baxımından araşdırılmış və müxtəlif nəzərlə irəli sürülmüşdür. Belə ki, hətta bə᾽zi tarix alimləri Məkkə şəhəri üçün otuzdan çox ad sadalamışdır. Həmçinin dilçilər arasında bir çox adları və xüsusilə Məkkə və Mədinə adlarının məsdəri barədə çoxlu söhbətlər olmuş və müxtəlif nəzərlər irəli sürülmüşdür.

Lakin bu barədə Əhli-beyt əleyhissəlamın rəvayətləri olduğu üçün, onların nəzərlərini qeyd edib sözü uzatmaqdan daşınır və yalnız kəramətli Məkkənin bir neçə adını qeyd etməklə kifayətlənirik.

Əl-məad, Əl-səlah, Kəvsi, Əl-hatimə, Ər-rə᾽s və Əl-qadis adları o cümlədəndir.

Bəlkə də Məkkə şəhərinin çoxlu adlara malik olması, onun müxtəlif ərəb qəbilələri arasında böyük əhəmiyyət daşımasından irəli gəlir ki, onların hər biri Məkkə şəhərini bu adların xüsusi olaraq biri ilə tanıyırdılar.

MƏKKƏNİN FƏZİLƏTİ


Qur᾽an:

«Pərvərdigara! Mən öz ailəm və övladlarımdan bə᾽zisini quru bir vadidə və Sənin evinin yanında sakin etdim ki, Pərvərdigara! Namazı bərpa etsinlər. Beləliklə də xalqın qəlblərini onlara tərəf meyilli et və şükr etsinlər deyə ne᾽mətlərindən onlara ruzi ver».17

«Dedilər: Əgər səninlə birlikdə hidayətdən itaət etsək, öz diyarımızdan oğurlanacağıq. Biz asayişi olan bir hərəmi onlar üçün hazırlamadıqmı? Hər bir şeyin bəhrələri onlar tərəf gətirilir ki, bizim tərəfimizdən bir ruzidir. Lakin onların çoxu bilmirlər».18

«Həqiqətən bu evin Rəbbini pərəstiş etməyə göstəriş almışam ki, onu bilmişdir və hər bir şey Onun üçündür».19

«And olsun bu şəhərə, bir halda ki, Sən onun sakini olmusan».20

Hədis:

11. Həzrət Məhəmməd səlləllahu ələyhi və Alihi və səlləm buyurub: «Məkkə elə bir şəhərdir ki, Allah-taala onu və hörmətini böyük saymışdır. Məkkəni yerdən bir şey yaratmazdan min il qabaq xəlq etmiş və onu mələklərlə doldurmuşdur. (Həmçinin) Mədinəni Beytül-müqəddəsə birləşdirmiş və min ildən sonra bir yaranışda bütün yeri yaratmışdır.»21

12. Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm buyurub: «Allah-taalanın yaratdığı hər bir şeyin bir seçilmişi vardır... Onun yerlər arasında seçilmişi isə Məkkə, Mədinə və Beytül-müqqəd (şəhərləridir)».22

13. Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm Məkkə şəhərinə xitab edərək buyurub: «Mən sənin Allahın asayişli bir hərəm və Allah yanında daha çox sevimli bir şəhər olduğunu bilirəm».23

14. Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm həzvərədə24 — (Məkkə bazarının bir yerində) duran halda buyurdu: «And olsun Allaha ki, Sən Allahın daha üstün yeri və böyük Allahın yanında da daha sevimli diyarsan. Əgər məni səndən ixrac etməsəydilər xaric olmazdım».25

15. Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm Məkkə şəhərinə xitab edərək buyurdu: «Necə də təmiz şəhərsən! Nə qədər mənim üçün sevimlisən! Əgər millətim məni səndən xaric etməsəydi, səndən başqa bir yerdə sakin olmazdım».26

16. Həzrət imam Baqir əleyhissəlam buyurub: «Məkkədə yatan şəxs, başqa şəhərlərdə gecə oyaq qalıb (ibadətə məşğul olan) kimidir».27

17. Məysir nəql etmişdir ki, əlli nəfərlə birlikdə bir xeymədə həzrət imam Baqir əleyhissəlamın hüzurunda əyləşmişdik. Bizim uzun sükutumuzdan sonra, həzrət (ə) buyurdu. «Hansı yerin məqamının Allah yanında üstün olduğunu bilirsinizmi? Heç kəs bir söz demədikdə, həzrət (ə) sualının cavabını verərək buyurdu: O Məkkədir, Allahın öz hərəmi olmasını bəyəndiyi və evini orada qərar verdiyi Məkkətul-həramdır».28.

18. Həzrət imam Sadiq əleyhissəlam buyurub: «Allahd-taala yanında yerlərin daha sevimlisi Məkkədir. Heç bir yerin torpağı, onun torpağı kimi Allah yanında sevimli deyildir. Heç bir yerin daşı, onun daşı kimi Allah yanında sevimli deyildir. Və heç bir yerin ağacı, dağı və suyu onun ağacı, dağı və suyu kimi Allah üçün sevimli deyildir».29

19. Həzrət imam Sadiq əleyhissəlam buyurub: «Yazılmış bir daşda bu sözlər həkk olunmuşdur: Bəkkə sahibi olan Allah Mənəm ki, göylər, yer, günəş və ayı yaratdıqda Məkkəni xəlq etdim və yeddi mələyi onun ətrafında mə᾽mur etdim. Onun suyu və südünüdə əhalisi üçün bərəkət vardır. Və onun ruzisi yuxarısı, aşağısı və təpələr kimi yollardan gəlir».30

20 Həzrət imam Sadiq əleyhissəlam buyurub: «Həzrət İbrahim əleyhissəlam Şamın bir səhrasında yerə endikdə Allah-taala ona vəhy etdi... Daha sonra İsmayıl (ə) və onun anasını çölə aparmağı ona fərman verdi. İbrahim əleyhissəlam dedi: İlahi! (Onları) hara aparım? Allah-taala buyurdu: Mənim hərəmim, asayişim olan yerim və yerin ilk dəfə olaraq xəlq etdiyim hissəyə apar ki, o Məkkədir».31

21. Həzrət imam Sadiq əleyhissəlam buyurdu: «Hər kəs Məkkə yolundan əziyyət verən bir amili götürərsə, Allah-taala onun üçün bir savab yazar və Allahd-taala savab yazdığı şəxsə əzab verməz».32

22. Əliyyibni Məhziyar nəql etmişdir ki, imam Hadi əleyhissəlamdan soruşdum: Məkkədə qalmaq üstündür, yoxsa başqa şəhərlərə gedək? Həzrət (ə) cavabımda belə yazdı: «Allah evinin kənarında qalmaq daha üstün və yaxşıdır».33


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə