İslam fәlsәfәsi ilә tanışlıq
1
İSLAM FƏLSƏFƏSİ İLƏ
TANIŞLİQ
MƏTLƏB BAQİR
İslam fәlsәfәsi ilә tanışlıq
2
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
Kitabda fəlsəfənin tə’rifi və bu terminin
mə’nasının açıqlanması verilmiş, eləcə də, fəlsəfə
elminin
yaranma
tarixindən,
Avropada
yayılmasından, keçdiyi mərhələlərdən ixtisarla
söhbət açılmışdır. Bundan əlavə, İslam dininin
zühur etməsi ilə bu elmin müsəlmanlar arasında
kök salmasından, zaman ötdükcə inkişaf edərək
geniş vüs’ət tapmasından, bununla da müxtəlif
fəlsəfi cərəyanların(«Məşşai», «İşraq», «Mütəaliyə»
və s.) yaranmasından və bu cərəyanların fəlsəfi
görüşlərindən qısa bəhs edilmişdir.
Kitab
geniş
oxucu
kütləsi
üçün
nəzərdə
tutulmuşdur.
İslam fәlsәfәsi ilә tanışlıq
3
Entesharate Sadate Razavi
Kitabın adı:…………İslam fәlsәfәsi ilә tanışlıq
Müәllif:……………..…………..….Mәtlәb Baqir
Nәşr edәn:…………………............ Sadate Razavi
Çap tarixi:…………....……………………….2005
Çap növbәsi:………………………………Birinci
Tiraj:…………………………………………..3000
İslam fәlsәfәsi ilә tanışlıq
4
«Bu kitabın savabını
dinimizin yaşamasına xidmət
etmiş bütün ruhani alimlərin, xüsusilə,
ilk ustadım mərhum Molla Səxavət Əliyevin
pak ruhuna ithaf edirəm!»
ÖN SÖZ
İnsan… Yarandığı gündən daima müxtəlif
düşüncələrlə yaşayır. Çox qəribə məxluqdur, o! Hər
şeydən xəbərdar olmaq istəyir, zehninə gələn hər bir
suala cavab tapmaq üçün günlərlə fikirləşir, hər şeyi
bilmək üçün təşəbbüs göstərir.
Məhz, bu hiss insanı və cəmiyyəti təkamülə aparır,
elm və düşüncələr meydana gətirir. Hər hansı bir
elmin təkmilləşməsi və sirlərinin açılması, məhz,
insanların
bu
axtarışlarından,
onların
bu
marağından doğur.
Tarixdə özünə böyük bir səhifə açan, qiymətli
saatları, bəlkə ömürləri belə özünə sərf edən
«Fəlsəfə» elmini də, insanların varlıq aləmi
barəsində axtarış və düşüncələri yaratmışdır.
İslam fәlsәfәsi ilә tanışlıq
5
Tarixin əvəzsiz dahilərini böyük məşəqqətlərə
salan bu elm sahəsində nəzər yürütmək, kitab
yazmaq və ya hər hansı bir iddiaya düşmək mənim
kimilər üçün ən azı təvazökarlıqdan uzaq olardı.
Lakin bu kitabı yazmaqda məqsədim, əsla fəlsəfi bir
kitabın müəllifi olmaq istəyi deyildir. Sadəcə olaraq,
İslam fəlsəfəsi azəri bacı və qardaşlarım üçün
maraqlı bir sahə olduğundan, həmin elm ilə əlaqəli
mə’lumatları toplayıb bu yolla əziz həmvətənlərimə
kiçicik bir xidmət etmək istədim.
Suriya-Dəməşq
23 /May/ 2001
İslam fәlsәfәsi ilә tanışlıq
6
BİRİNCİ FƏSİL
FƏLSƏFƏ İLƏ ÜMUMİ TANIŞLIQ
FƏLSƏFƏNİN MƏ’NASI VƏ YARANMA TARİXİ
Fәlsәfә –sözü yunan mənşəlidir. O, «phileo»–
sevirəm və «sophia» – elm, müdriklik kəlmələrinin
birləşməsindən əmələ gəlmiş mürəkkəb bir sözdür.
Bütövlükdə bu sözün mə’nası elmi, «müdrikliyi
sevirəm», yaxud «sevmək» kimi başa düşülür. Bu
elmin nə zaman və nə üçün belə adlandırılması ilə
bağlı ehtimallar çox olmasa da, bir deyil. Fəlsəfənin
mahiyyəti və onun ehtiva etdiyi məsələlər barədə
konkret tarix müəyyənləşdirmək olmaz. Bu
mə’nada ki, bəşəriyyətin ilk filosofu elə onun babası
Adəmdir (ə).
Fəlsəfə tarixi sahəsində yazılmış kitablarda rast
gəldiyimiz ehtimallardan biri həmin terminin ilk
dəfə Samoslu Pifaqor
1
tərəfindən işlədildiyini
vurğulayır. Lakin daha münasib ehtimal fəlsəfə
1
Samoslu Pifaqor – Pythaqoras –Qədim yunan mütəfəkkiri.
Eramızdan əvvəl təqribən 580-500-də yaşamışdır. Samos
adasında anadan olmuş, Pifaqorçular məktəbinin əsasını
qoymuşdur. Həndəsədə Pifaqor teoreminin (Düzbucaqlı
üçbucaqda hipotenuzun kvadratı katetlərin kvadratları cəminə
bərabərdir) müəllifidir.
Dostları ilə paylaş: |