Bitki fiziologiyası və biotexnologiya şöbəsi Şöbə müdiri: akademik əliyev cəlal əlirza oğLU



Yüklə 85,28 Kb.
Pdf görüntüsü
tarix24.04.2018
ölçüsü85,28 Kb.
#40012


Bitki fiziologiyası və biotexnologiya şöbəsi 

 

Şöbə müdiri: AKADEMIK ƏLIYEV CƏLAL ƏLIRZA OĞLU

 

     Azərbaycan  ET  Əkinçilik  İnstitutunun  bitki  fiziologiyası  və  biotexnologiya 

şöbəsinin rəhbəri akademik Cəlal Əlirza oğlu Əliyev 1928-ci il iyun ayının 30-da 

Azərbaycan  Respublikasının  Naxçıvan  şəhərində  anadan  olmuşdur.  O,  1944-cü 

ildə  əvvəlcə  Naxçıvan  Müəllimlər  İnstitutunun  təbiətşünaslıq-coğrafiya,  1951-ci 

ildə  isə  Azərbaycan  Dövlət  Universitetinin  biologiya  fakultələrini  fərqlənmə 

diplomları  ilə  bitirmişdir.  Azərbaycan  Elmlər  Akademiyasının  bitkilərin 

fiziologiyası  ixtisası  üzrə  aspiranturanı  bitirən  C.Əliyev  1955-ci  ildə 

"Mikroelementlərin  buğdanın  inkişafına  və  məhsuldarlığına  təsiri"  mövzusunda 

namizədlik  dissertasiyasını  müdafiə  edir.  Seçdiyi  istiqamətdə  elmi  tədqiqatların 

sonrakı inkişafı 1971-ci ildə "Bitkilərin fotosintetik fəaliyyəti, mineral elementlərlə 

qidalanması  və  məhsuladarlığı"  mövzusunda  müdafiə  etdiyi  doktorluq 

dissertasiyasında  öz  əksini  tapmışdır.  C.  Əliyev  elmi  tədqiqatlarını  1951-ci  ildən 

bu  günə  kimi  Azərbaycan  Elmi-Tədqiqat  Əkinçilik  İnstitutunda  bitkilərin 

fiziologiyası  və  1971-ci  ildən  paralel  olaraq  Azərbaycan  Milli  Elmlər 

Akademiyasiyasının  Botanika  İnstitutunda  yaratdığı  məhsuldarlıq  proseslərinin 

molekulyar-genetik  əsasları  şöbələrində  aparır.  Yarım  əsrdən  artıqdır  ki,  Cəlal 

Əliyevin fəal elmi yaradıcılığı kənd təsərrüfatı bitkilərinin, başlıca olaraq buğdanın 

fotosintetik  məhsuldarlığının  nəzəri  və  təcrübi  əsaslarının  tədqiqinə  həsr 

olunmuşdur.  

Akademik Cəlal Əliyev tərəfindən ET Əkinçilik İnstitutunda inkişaf etdirilən əsas 

istiqamətlərdən biri də bioloq, kimyaçı, fizika, riyaziyyatçı və hətta mühəndislərin 

seleksiya proqramlarının yerinə yetirilməsinə cəlb edilməsi və onların məçhur elm 

mərkəzlərində, xarici ölkələrin müvafiq universitetlərində təhsil almaları olmuşdur. 

Təsadüfi deyildir ki, akademik C.Ə.Əliyevin bilavasitə təşəbbüsü ilə 250-dən artıq 

elmlər  namizədi  və  elmlər  doktoru  hazırlanmışdır.  Onların  80-nə  C.Əliyevin 

şəxsən  özü  rəhbərlik  etmişdir.  Onun  bir  çox  tələbələri  MDB,  ABŞ, 

Almaniya,Fransa, Kanada, Avstraliya, Yaponiya, İsveç, İsrail, Birləşmiş Krallıq və 

başqa  ölkələrə  dəvət  olunmuş  və  hal-hazırda  orada  müvəffəqiyyətlə  çalışırlar. 



Təsadüfi deyildir ki, akademik C. Əliyev və onun hazırladığı kadrlar 1993-cü ildə 

bioloji  məhsuldarlıq  proseslərinin  molekulyar  əsaslarının  öyrənilməsində  böyük 

nailiyyətlərə görə Beynəlxalq Soros Fondunun 8 qrantına layiq görülmüşlər.  

Hələ  70-  ci  illərdən  başlayaraq  C.Əliyev  bu  istiqamətdə  tədqiqatları  buğdanın 

fotosintez  fəaliyyətinin  sirrlərini  aydınlaşdırmaqla  bunu  arzu  olunan  istiqamətə 

yönəltmək  üçün  genetik  seleksiya  işləri  aparılmışdır.  Bununla  da  Azərbaycanda 

biologiya  sahəsinə  tədqiqatları  inkişaf  etdirməklə  molekulyar  biologiyanın,  gen 

biotexnologiyasının inkişafının əsası akademik C. Əliyev tərəfindən qoyulmuşdur. 

Onun  rəhbərliyi  ilə  aparılan  molekulyar  tədqiqatlar  əsasında  uyğun  fermentlərin 

vasitəsi  ilə  buğda  bitkisinin  genom  kitabxanası  yaradılmış,  sintez  olunmuş 

plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində davamlılıq geni daşıyan 

bitki  regenerantları  alınmışdır.  Bunu  əsasında  gen  mühəndisliyindən  istifadə 

etməklə  yad  genlərin  köçürülməsi  nəticəsində  kənd  təsərrüfatı  bitkilərin  klonal 

çoxalma  sxemi  işlənib  hazırlanmışdır.  Artıq  80-cı  illərin  əvvələrində  aparılan 

nəzəri  və  praktiki  tədqiqatlar  nəticəsində  akademik  C.  Ə.  Əliyevin  hazırladığı 

"İdeal  buğda"  bitkisinin  modelinin  testləri  əsasında  seleksiya  materiallarının 

seçilməsi  və  qiymətli  formalar  yaradılması  işini  daha  sürətləndirdi.  Bu  model 

özündə  fitosintetik  fəaliyyətin  göstəricilərinin  və  əlamətlərinin  morfofizioloji  və 

aqronomik  xüsusiyyətlərinin,  buğda  genotiplərinin  real  və  potensial  imkanlarının 

xarici mühitin amilləri ilə birlikdə öyrənilməsini ehtiva etmiş və bu əsasda yüksək 

məhsuldarlığı  təyin  edən  prinsiplər  müəyyən  edilmişdir.  Bütün  bunların 

nəticəsində  artıq  80-cı  illərdə  bir  çox  qiymətli  buğda  hibridləri  yaradıldı, 

respublikamızın  müxtəlif  regionlarında  yerləşən  bölgə-təcrübə  stansiyalarında 

ekoloji  sınaqlardan  keçirildi  və  onların  stabil,  yüksək  məhsuldar,  keyfiyyətli 

formaları  seçilərək  Seleksiya  Nailiyyətlərinin  Sınağı  və  Mühafizəsi  üzrə  Dövlət 

Komissiyasına  (SNSMDK)  təqdim  olundu.  Aparılan  ekoloji  sınaqlar  və 

SNSMDK-nin nəticələri əsasında artıq rayonlaşdırılmış Mirbəşir-50, Qaraqılçıq-2, 

Vüqar, Şiraslan-23, Tərtər, Bərəkətli-95, Əlincə-84 bərk, Mirbəşir-128, Əkinçi-84, 

Qiymətli-2/17  yumşaq  buğda  sortları  tezliklə  respublikada  geniş  əkin  sahəsi 

tutmağa başladı. Hələ 1988-ci ildə  bərk buğda proqramının  məntiqi nəticəsi kimi 

akadik  C.  Əliyevin  yaratmış  olduğu  məşhur  Qaraqılçıq-2  bərk  buğda  sortu 

Azərbaycanda  rayonlaşmaq  üçün  təsdiq  olunmuş  və  tezliklə  keçmiş  Sovetlər 

Birliyinin  Dövlət  Sortsınağı  Komissiyası  yüksək  məhsuldarlığına  gürə  bu  sortu 

Özbəkistan və Türkmənistan rüspublikalarında da rayonlaşmasına qərar vermişdir. 

Onun  rəhbərliyi  altında  aparılan  tədqiqatların  nəticəsində  alınmış  quraqlığa 

davamlı  Bərəkətli-95  bərk  buğda,  Əzəmətli-95,  Qobustan  və  Ruzi  -84  yumşaq 

buğda  sortlarının  əkin  sahəsi  respublikanın  quraq  dəmyə  regionlarında 

artmaqdadır.  Onun  son  illərdə  müntəzəm  olaraq  institutun  bölgələrdəki  təcrübə 

bazalarında  seleksiya  materiallarının  qiymətləndirilməsi,  istehsalat  üçün  sortların 

seçməsi  artıq  öz  bəhrəsini  vermişdir.  SNSMDK-nın  qərarı  ilə  rayonlaşmış  və 

yüksək  arxitektonikaya  malik  Əzəmətli-95,  Qobustan,  Nurlu-99,  Ruzi-84,  Aran 

yumşaq  buğda  sortlarının  sürətlə  istehsalata  tətbiq  olunması  respublikanın  taxıl 

istehsalının daha da artırılmasına kömək etmişdir. Eyni zamanda perspektivli olan 

Qırmızı gül 1, Tale 38, Pirşahin 1 və Günəşli yumşaq buğda sortları SNSMDK-da 

sınaqdadır. 



Onun  rəhbərliyi  altında  Azərbaycanın  torpaq-bitki  örtüyündə  stronsium-90  və  sezium-

137-nin  dövranının  ümumi  biokimyəvi  xəritəsi  verilmiş,  bitkilərin  mümkün  çirklənmə 

proqnozları müəyyən olunmuş və bu hallarda kənd təsərrüfatlarında həyata keçirilməsi 

zəruri  olan  praktiki  təkliflər  işlənib  hazırlanmış,  başqa  sözlə,  radiasiya  təhlükəsizliyi 

tədbirlərinin əsaslandırılması üçün istifadə olunan bütün işlər görülmüşdür. 

Akademik  C.Əliyevin  elmi  fəaliyyətini  dərindən  öyrənən  Rusiya,  Ukrayna,  Belorus 

Kənd  Təsərrüfatı  Elmləri  Akademiyaları  1995-1996-cı  illərdə  onu  bu  akademiyaların 

xarici üzvü seçmişlər. Ona təqdim olunan diplomlar alimin işinə verilən yüksək qiymət 

və ehtiramın bariz nümunəsidir. 

C. Əliyev bir sıra beynəlxalq və milli cəmiyyətlərin, o cümlədən Bitkilərin molekulyar 

biologiyası  üzrə  beynəlxalq  cəmiyyətin  (1994),  Amerika  bitki  bioloqları  cəmiyyətinin 

(1994),  Forosintez  tədqiqatları  üzrə  beynəlxalq  cəmiyyətin  (1995),  Yaponiya  bitki 

fizoloqları  cəmiyyətinin  (1997),  Hüceyrə  stresi  üzrə  beynəlxalq  cəmiyyətin  (1998) 

üzvüdür.  Eyni  zamanda  YUNESKO  yanında  "Bioetika,  elmi  biliklərin  və 

texnologiyaların etikası" Milli Komitəsinin (1999) sədridir. C. Əliyev həm də 1994-cü 

ildən  etibarən  Azərbaycanda  biologiya  elminin  yeni  sahələrini  inkişafı  fondunun 

(BEYSİF) prezidentidir. 

Akademik C. Əliyev elm qarşısında böyük xidmətlərinə gürə 2 dəfə "Qırmızı əmək 

bayrağı"  (1978,  1986),  Müstəqil  Azərbaycan  Respublikasının  ən  ali  mükafatı  - 

"İstiqlal"  (1998)  və  Gürcüstan  Respublikasının  "Şərəf"  (2003)  ordenləri  ilə  təltif 

olunmuşdur.  Dünya  şöhrətli  alimin  yaratdığı  elmi  məktəb,  buğda  sortları,  zəngin 

buğda  genofondu,  yazdığı  qiymətli  elmi  əsərlər  Azərbaycan  xalqının  Milli 

sərvətidir.  Xalqımız  bilməlidir  ki,  Akademik  Cəlal  Əliyevin  yaratdığı  məktəb  və 

onun  təmsilçiləri  ölkənin  ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  naminə  bundan 

sonra  da  əzmlə  çalışacaqdır.  O,  yaşadığı  bu  illər  ərzində  elmin  çətin,  lakin  şərəfli 

yollarında  böyük  dünya  elminə  nə  töhfə  veribsə,  doğma  ölkəmiz,  xalqımız, 

millətimiz,  insanların  xoş  güzaranı  naminə  etmişdir.  Biz  görkəmli  alim,  tanınmış 

ictimai  xadim  akademik  Cəlal  Əliyevin  biologiya  elminin  digər  sahələrində  eldə 

etdiyi  nailiyyətlərin  gələcək  nəsillərə  irs  qalacağına  qəlbən  inanırıq.  Bu  irsi 

yaşatmaq,  onu  qoruyub  gələcək  nəsillərə  olduğu  kimi  çatdırmaq  yaratdığı  elmi 

məktəbin hər bir üzvünün, Azərbaycan xalqını müstəqil və qüdrətli bir dövlət kimi 

görmək istəyən hər bir vətən övladının müqəddəs borcu olmalıdır. 

Görkəmli  alim,  tanınmış  ictimai  xadim  Cəlal  Əlirza  oğlu  Əliyevin  əziz  xatirəsi 

qəlbimizdə hər zaman yaşayacaqdır. Allah rəhmət eləsin!

 

 

 



 


 

Şöbədə calışan elmi əməkdaşlar: 

Süleymanov Səftər Yusif oğlu - baş elmi işçi

 

Feyziyev Yaşar Mirzə oğlu - baş elmi işçi

 

Abdulbagiyeva Sevda Ağamalı qızı - aparıcı elmi işçi

 

 

Abdulbagiyeva  S.A.  30.09.1960-cı  ildə  anadan  olmuşdur.  1981-1986-cı  illərdə  S.M. 



Kirov adına ADU-nin kimya fakultəsini bitirdikdən sonra Əkinçilik  İnstitutunda  əmək 

fəaliyyətinə  başlamışdır.  1997-ci  ildə  03.00.12-“Bitki  fiziologiyası”  ixtisası  üzrə 

“Müxtəlif morfofizioloji  əlamətli buğda  genotiplərinin quraqlığa davamlılıqla  əlaqədar 

dən keyfiyyətinin formalaşması” adlı dissertasiya işini müdafiə edərək biologiya elmləri 

namizədi  alimlik  adına  layiq  görülmüşdür.  2010-cu  ildə  Azərbaycan  Respublikası 

Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasının  qərarı  ilə  Bitki  fizioloqu  üzrə 

"Dosent" elmi adı verilmişdir. 58 elmi əsərin müəllifidir. Hazırda “Yerli və introduksiya 

olunmuş  nümunələr  əsasında  buğdanın  rüşeym  plazmasının  zənginləşdirilməsi  və 

hibridləşmə yolu ilə yüksək məhsuldar, keyfiyyətli və ekoloji cəhətdən uyğunlaşa bilən 

yeni sortların yaradılması və tətbiqi” mövzusu üzərində işləyir. 



Mirzəyev Rüfət Sədrəddin oğlu - aparıcı elmi işçi

 

Əhmədova Flora Ələddin qızı - aparıcı elmi işçi

 

Məmmədova Mahirə Heybət qızı - aparıcı elmi işçi

 

Əsədova Sədaqət Şirməmməd qızı - aparıcı elmi işçi 

 

Təmrazov Təmraz Hacıəli oğlu - aparıcı elmi işçi

 

Təmrazov T. H. 03.03.1971-ci ildə anadan olmuşdur. 1997-ci ildə Bakı Dövlət 

Universitetinin “kimyaçı və kimya müəllimi” ixtisasını bitirmişdir. Elə həmin ildən Az. 

ETƏİ-da kiçik elmi işçi kimi işə başlamışdır. O, 2004-cü ildə “Quraqlığa davamlılığına 

və məhsuldarlığına görə fərqlənən xarakterik buğda genotiplərinin fotosintetik 

funksiyası və əlamətləri” mövzusunu müdafiə edib Bitki fiziologiyası ixtisası üzrə 

“Biologiya” elmləri namizədi adını almışdır. T.Təmrazov  32 elmi əsərin müəllifidir. 

Hal-hazırda “Buğda proqramı” üzərində işləyir.



 

 

 



Allahverdiyev Tofiq İdris oğlu - aparıcı elmi işçi 

Allahverdiyev  T.  İ.  05.X.1968-ci  ildə  anadan  olmuşdur.  1993-cü  ildə  ADPU-nun 

“biologiya-kimya  müəllimi”  ixtisasını  bitirmişdir.  1994-cü  ildə  Az.  ETƏİ-nun 

aspiranturasına  qəbul  olunub  və  1997-ci  ildən  isə  Az.  ETƏİ-da  kiçik  elmi  işçi 

vəzifəsində  işə  başlamışdır.   2004-cü  ildə  “C4  bitkisi  olan  amarant  (Amaranthus 

cruentus L.) yarpaqlarının fosfoqliseratkinazası” mövzusu üzrə disertasiya işini müdafiə 

edərək  “biokimya”  ixtisası  üzrə  biologiya  elmləri  namizədi  alimlik  dərəcəsi    adını 

almışdır. 63 elmi əsərin müəllifidir. 




Hazırda  isə  “Buğda  genotiplərinin  quraqlığa  davamlılığının  fizioloji  xüsusiyyətləri  və 

davamlı 


genotiplərin 

aşkar 


olunması” 

mövzusu 


üzərində 

işləyir. 

 

Qaragözov Tofiq Hüsnü oğlu - aparıcı elmi işçi

 

İbrahimova İradə Qəzənfər qızı - böyük elmi işçi                                

Mirzəyeva Gülşən Vaqif qızı - elmi işçi 

İbrahimova Ülkər Faiq qızı -  elmi işçi

 

 

Şöbənin fəaliyyət istiqamətləri: 

 

Şöbə  öz  fəaliyyətinə  müxtəlif  adlarla  1950-ci  ildən  başlamışdır.Yeni  institutun 

modernləşdirilməsi proqramına, Aqrar Elm Mərkəzinin 03 saylı 29 mart 2009-cu il 

və  Əkinçilik  İnstitutunun  7/ş  saylı  31  mart  2009-cu  il  tarixli   əmrlərinə  əsasən 

başlamışdır.  Hal-hazırda  şöbədə  28  nəfər  çalışır  ki,  onun  da  21-i  tədqiqatçıdır. 

Tədqiqatçılardan  18-i  elmlər  namizədi,  3-ü  isə  elmlər  doktorudur.  1955-ci  ildən 

başlayaraq  şöbədə   kənd  təsərrüfatı  bitkilərinin,  xüsusən  də  buğdanın 

məhsuldarlıq   prosesinin  nəzəri  əsasları  olan  fotosintezin  problemlərinə  dair 

kompleks  tədqiqatlar  aparılır.  Bu  tədqiqatların  dairəsi  bitkilərin  məhsuldarlığının 

fizoloji,  biokimyəvi  və  molekulyar-genetik  əsaslarını,  eyni  zamanda  bitkilərin 

həyatının  struktur-funksional  təşkilinin  molekulyar  səviyyədən  başlayaraq  bütöv 

bitki  və  əkin  səviyyəsinə  qədər  məhsuldarlıq  proseslərinin  öyrənilməsini  əhatə 

edir. Bu tədqiqatların həyata keçirilməsində şöbə AMEA-nın Molekulyar biologiya 

və  Biotexnologiya institutu ilə elmi əməkdaşlıq edir.   

       

İlk  illərdə  Azərbaycanın  əsas  bölgələrində  becərilən  kənd  təsərrüfatı 



bitkilərində  (tərəvəz,  pambıq,  buğda)  gedən  fizioloji  və  biokimyəvi 

proseslərlə  makro və mikroelementlərin əhəmiyyəti öyrənilmişdir. Bu tədqiqatlar 

əsasında  qida  elementlərinin  fizioloji rolu aşkarlanmış, gübrə kimi onların  tətbiq 

edilməsinin  səmərəliliyi,  konkret  dozaları,  müddətləri  və  verilmə   üsullarına  dair 

təkliflər hazırlanmışdır. 

        


Bu  illər  ərzində  şöbədə  aşağıdakı  istiqamətlərdə  tədqiqat   işləri  aparılmış, 

nəticələr  əldə  olunmuş  və  20-dən  artıq  monoqrafiya  və  kitablarda,  1000-ə  qədər 

elmi məqalələrdə nəşr edilmişdir: 

 



karbon 

qazı 


assimilyasiyasının 

genotiplərin 

morfofizioloji 

əlamətlərindən və donor-akseptor nisbətindən asılı olaraq  ədqiqi; 

 

fotosintezin  intensivliyinin  və  eləcə  də  yarpaq  və  sünbüllərdə  sintez 



olunmuş  assimilyatların  paylanmasının 

14

CO



tətbiq  etməklə  təzadlı 

buğda genotiplərində öyrənilməsi; 

 



quraqlıq  stresinin  müxtəlif  bərk  və  yumşaq  buğda  genotiplərinin 

fotosintetik qaz mübadiləsinə təsirinin öyrənilməsi; 

 

yüksək məhsuldar genotiplərin sünbülündə intensiv zülal sintezi prosesi, 



fotosintezin  yüksək  intensivliyi  və  CO

2

 -nin  ilkin  assimilyasiya 



fermentlərinin fəallıqları ilə korzelyasiyası; 


 

intensiv  və  ekstensiv  tipli  uğda  genotiplərinin  CO



2

 -nin  assimilyasiya 

intensivliyinə və CO

2

 -ni  ilkin  assimilyasiya  edən  fermentlərin  fəallığına 



görə müqayisəli qiymətləndirilməsi; 

 



fotosintezin  ilkin  proseslərinin  tədqiq  olunmasından  alınan  nəticələr 

əsasında  yüksək  fotokimyəvi  fəallığa  və  ona  müvafiq  morfofizioloji 

xüsusiyyətlərə malik genotiplərin aşkarlanması; 

 



karbon  qaz  mübadiləsinin  tədqiqində  həqiqi  fotosintezlə  fototənəffüs 

arasında əlaqənin müəyyən edilməsi; 

 

xloroplastların 



membran 

sistemlərinin 

quruluşunun 

təşkilinin 

aydınlaşdırılması  və  bu  əsasda  xloroplastların  tilakaid  membranında 

piqment - zülül kompleksinin topoqrafiya modelinin işlənib hazırlanması; 

 

yetkin  və  qeyri-yetkin  rüşüymlərdən  hüceyrə  kulturasının  induksiya 



olunan morfogenezin xüsusiyyətlərinin öyrənilməsi; 

 



buğda  kallusunun  izolə  olunmuş  hüceyrələrindən  seleksiya  işində 

buğdanın  yeni  forma  və  sortlarının  yaradılması  üçün  ilkin  forma  və 

sortlarının  yaradılması  üçün  ilkin  material  rolunu  oynayan  bitki 

regenerantların alınması; 

 

kənd  təsərrüfatı  bitkilərində  toplanan  radioaktiv  parçalanma  məhsulları 



olan  radionuklidlərlə  torpağın  çirklənməsi,  onun  torpaq-bitki  örtüyündə 

paylanma qanunauyğunluqlarının öyrənilməsi və s. 

       Hal-hazırda şöbədə stress amillərə davamlılığın fizioloji, biokimyəvi 

və  molekulyar  xüsusiyyətlərinin   tədqiqi  istiqamətində  aşağıdakı  tədqiqat 

işləri davam etdirilir: 

 



buğda  və  digər  dənli  bitkilərin  quraqlığa  və  duza  davamlılığa 

adaptasiyasında baş verən fizioloji və biokimyəvi proseslərin tədqiqi; 

 

buğdanın quraqlığadavamlılığının molekulyar mexanizmlərinin tədqiqi; 



 

davamlılığın 



genetik 

determinə 

olan 

mexanizimlərinin 



amplifikasiyasının nəticəsi kimi in vitro və in vivo şəraitlərdə orqanizm 

və  hüceyrə  səviyyələrində  realizə  olunan  xloridli  şorlaşmanın  stress 

təsirinə qarşı buğdanın adaptiv reaksiyalarının tədqiqi. 

Morfo-fiziologiya 

Artıq  uzun  müddətdir  ki,  institutda  buğda  və  digər  dənli   bitkilərin  morfoloji 

əlamətlərindən  asılı  olaraq  yüksək  məhsuldarlığı  şərtləndirən  fizioloji 

prosesslərin  gedişi   tədqiq  edilir.  Bu  sahədə  fundamental  tədqiqat  işləri 

aparılmaqla müxtəlif morfofizioloji əlamətlərin məhsulun formalaşmasında rolu 

aydınlaşdırılmışdır. Öyrənilən morfofizioloji əlamətlərdən əkin sahəsində yarpaq 

sahə  indeksini,  onun  gövdədə  duruşu  quruluşunu  (arientasiya), xüsusi  səthi 

sıxlığın (XSS) qiyməti və s. xüsusiyyətlər öyrənilərək bu əlamətlərin  məhsulun 

formalaşmasında rolu aydınlaşdırılmışdır. Bitkinin böyümə və inkişaf dinamikası 

müntəzəm  olaraq  aydınlaşdırılmış,  inkişaf  mərhələsinə  uyğun  olaraq 

morfofizioloji  prosesslərin  gedişi  tədqiq  edilir.  Həmçinin  tədqiqatlarda 



məhsuldarlıqda  fotosintetik   əlamətlərin  əhəmiyyəti  və  ideal  buğdanın 

seleksiyasında  onların  istifadəsi  məsələlərinə  toxunulmuşdur.  Buğdada 

fotosintezin  intensivliyinin  ətraflı  öyrənilməsi  ilə  morfofizioloji  xüsusiyyətlərlə 

məhsuldarlıq  göstəriciləri  arasında  korrelyasiya  əlaqələri  müəyyən  edilmişdir. 

Bu  sahədə  aparılan  çoxillik   tədqiqatların  yekunlarına  əsasən  “İdeal  buğda” 

modelinin  testləri  hazırlanmışdır.  Bu  model  seleksiya  materiallarının 

qiymətləndirilməsi  müddətinin  qısaldılmasında  və  buğdanın  ideal  tipinə  yaxın 

sortların  yaradılmasında  müstəsna  rolu  olmuşdur.  Belə  bərk  və  yumşaq  buğda 

sortlarına  nümunə  olaraq  “Qaraqılçıq  2”,  “Bərəkətli  95”,  “Əzəmətli  95”, 

“Qobustan”, “Tale 38” və “Qırmızı gül 1”-i göstərmək olar.  



Davamlılığın aspektləri 

Tədqiqat  işlərində  əsasən  müxtəlif   morfofizioloji,  biokimyəvi  və  molekulyar 

aspektlərin  su,  duz  və  temperatur  stresləri  şəraitində  depressiyası  öyrənilir. 

Bunlar  əsasən  su  rejimi  göstəricilərinin  quraqlıq  şəraitində  öyrənilməsi  və 

pozulmuş su rejiminin digər morfofizioloji, biokimyəvi göstəricilərə, o cümlədən 

assimiliyasiya  səthinə,  toplanan  biokütləyə,  bitkinin  böyümə  və  inkişafına, 

fotosintez 

göstəricilərinə, 

antioksidləşdirici 

fermentlərin 

fəallığına, 

xloroplastların  flüoressensiya  spektrində  yerləşən  qısadalğalı  formaların 

intensivliyinə  təsiri  aydınlaşdırılmışdır.  Sonda  davamlılığı  səciyyələndirən 

morfofizioloji  əlamətlər  müəyyənləşdirilərək  seleksiyada  yeni  formaların 

yaradılması  üçün  zəmin  hazırlanmışdır.  Duz  stresi  şəraitində  endospermin 

protektor  effektliyini  öyrənmək  məqsədilə  buğdanın  dənindən  və  yetişmiş 

rüşeymindən  in  Vitro  şəraitində  yetişdirilən  bitkilərin  adaptiv  xüsusiyyətləri 

tədqiq  edilmişdir.  NaCl  duzunda  inkişaf  edən  kallus  hüceyrələrində  zülal 

kompleksində  baş  verən  dəyişiklər  aşkar  edilmişdir.  Tədqiq  edilən  davamlılığın 

bu  aspektləri  sonda  seleksiyada  yeni  formaların  yaradılması  üçün  zəmin 

hazırlanmışdır. 

Adaptasiya 

Tədqiqat işlərində buğda və digər dənli bitkilərin stress amillərin  (quraqlıq, duz) 

təsirinə məruz qaldıqları və adaptasiya olunaraq müxtəlif morfoloji, biokimyəvi, 

fizioloji  və  genetik  əlamətlər  qazanılması  aydınlaşdırılmışdır.  Genetik 

adaptasiyanın   davamlılıq  genlərinin   aktivliyinin  artması  nəticəsində   mümkün 

olduğu  müəyyən  edilmişdir.  Su  qıtlığının  və  müxtəlif  qatılıqlı  duzun  təsirindən 

bir  çox  fizioloji  əlamətlərdə  adaptasiyaya  uğrayan  müəyyən  əlamətlər 

qazanılmışdır.  Bu  əlamətlərə  stress  amilin  təsirindən  kök  sisteminin  torpağın 

nisbətən  daha  dərin  qatlarında  paylanması,  assimiliyasiya  səthinin  azalması, 

transpirasiyanın  intensivliyinin  qiymətlərində,  CO

2

  mübadiləsinin  gedişində, 



fotosintezedici 

piqmentlərin 

miqdarında,  antioksidləşdirici  fermentlərin 

fəallığında,  xloroplastların  flüoressensiya  spektrində  baş  verən  və  s. 

morfofizioloji  və  biokimyəvi  dəyişiklər  daxildir.  Bu  əlamətlərin  əsasında  stress 

amillərə  adaptasiya  normaları  və  qiymətli  genotiplər  müəyyən  edilmişdir  ki, 




bunlardan  da  davamlı  formaların   yaradılmasında  geniş   istifadə  edilir.  Hal-

hazırda İnstitutda buğda və digər dənli bitkilərin quraqlığa və duza davamlılığa 

adaptasiyasında  baş  verən  fizioloji,  biokimyəvi  və  molekulyar  mexanizmlərin 

tədqiqi istiqamətlərində işlər davam etdirilir. 



Biotexnologiya 

Biotexnologiya-  təbii  bioloji  obyektlərdən  (mikroorqanizmlər,  bitki  və  heyvan 

hüceyrələr),  hüceyrə  hissələrindən  (hüceyrə  membranı,  ribosom,  mitoxondri, 

xloroplast)  və  proseslərdən  istifadə  edərək  müxtəlif  qiymətli  maddələrin  və 

məhsulların  istehsalının  metodları  və  texnologiyaları  haqqında  elmdir. 

Biotexnologiya  insana  lazım  olan  məhsulların  və  materialların  canlı 

orqanizmlərin,  hüceyrə  kulturalarının  və  bioloji  proseslərin  köməyi  ilə 

istehsalıdır.  Biotexnologiyanın  əsas  istiqamətləri:  1)  mikroorqanizmlərin  və 

becərilən  eukariot hüceyrələrin köməyi ilə bioloji aktiv maddələrin (fermentlər, 

vitaminlər,  hormonal  preparatlar),  dərman  preparatlarının  (antibiotiklər, 

peyvəndlər,  zərdab,  yüksəkspesifik  antitellər),  həmçinin  yem  əlavələri  kimi 

istifadə  olunan  zülalların,  amin  turşuların  istehsalı;  2)  bioloji  mübarizə 

metodlarının  ətraf  mühitin  çirklənməsinin  qarşısının  alınmasında  istifadəsi 

(içməli suyun, çirklənmiş torpağın bioloji təmizlənməsi), bitkilərin zərərverici və 

xəstəliklərdən  mühafizəsi;  3)  gen  mühəndisliyi  metodu  ilə  yeni  faydalı 

mikroorqanizm ştamlarının, bitki sortlarının, heyvan cinslərinin yaradılması və s. 

Biotexnologiyanın  əsasında  genetika,  molekulyar  biologiya,  biokimya, 

embriologiya 

və 

hüceyrə 


biologiyası 

və 


s. 

durur. 


Gen  mühəndisliyi-  molekulyar  genetikanın  şöbəsi  olub,  sahibin  hüceyrəsində 

çoxala  bilən  və  hüceyrənin  vacib  metabolitlərinin  sintezinə  nəzarəti  həyata 

keçirən 

məqsədəuyğun 

yeni 

DNT 


molekulunun 

yaradılmasıdır. 

Bir  orqanizmdən  digər  orqanizmə  genin  köçürülməsi  aşağıdakı  əməliyyatlar 

hesabına  baş  verir:  genin  (DNT  fraqmentinin)  bakteriya,  bitki  və  heyvandan 

ayrılması,  DNT  fraqmentinin  bakteriya  plazmidinə  birləşdirilməsi,  plazmid 

DNT-hibridinin (lazım geni daşıyan) sahib hüceyrəsinə daxil edilməsi, bu genin 

yeni 

sahibdə 


klonlaşması 

və 


fəaliyyət 

göstərməsi. 

Transgen  bitkilər-  başqa  orqanizmləri  genləri  köçürülmüş  bitkilərdir.  Kolorado 

böcəyinə  davamlı  kartof,  torpaqda  yaşayan  Dacillus  thuringiensis  genomundan 

ayrılan  genin  kartofun  genomuna  daxil  edilməsi  hesabına  bu  bitki  Cry  zülalı 

hasil  edir.  Bu  zülal  protoksin  olub,  həşəratların  bağırsağında  həll  olur  və  əsl 

toksinə  qədər  aktivləşir,  həşəratların  sürfəsinə  və  pupuna  öldürücü  təsir  edir, 

insanda və digər istiqanlı heyvanlarda bu cür transformasiya mümkün olmadığı 

üçün  bu  zülal  insan  üçün  zəhərli  və  təhlükəli  deyil.  Transgen  heyvanlar  kimi 

daha  çox  donuzlardan  istifadə  olunur.  İnsan  genlərinə  malik  donuz  insan 

orqanlarının donoru kimi istifadə edilir. 

 

 



 

 

Yüklə 85,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə