Bitki karantini sahəsində əməkdaşlıq haqqında Sazişə Azərbaycan Respublikasının qoşulması barədə



Yüklə 4,45 Kb.
tarix17.04.2018
ölçüsü4,45 Kb.
#38915



Bitki karantini sahəsində əməkdaşlıq haqqında
Sazişə Azərbaycan Respublikasının qoşulması barədə


Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyi iştirakçısı olan dövlətlərin Hökumət Başçıları Şurasının 1992-ci il noyabrın 13-də Moskva şəhərində keçirilmiş iclasında imzalanmış «Bitki karantini sahəsində əməkdaşlıq haqqında» Sazişə aşağıdakı qeyd-şərtlə qoşulsun:

«Azərbaycan Respublikası «Bitki karantini sahəsində əməkdaşlıq haqqında» Sazişi onun 4-cü maddəsində «Elmi-metodik rəhbərlik» sözləri istisna və «Ümumrusiya bitki karantini elmi-tədqiqat institutu» sözlərindən sonra «müvafiq Tərəfin Hökuməti ilə razılaşdırmaqla» sözləri əlavə olunmaqla tətbiq edəcəkdir».

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 17 fevral 1998-ci il.

441-IQ.



«Azərbaycan» qəzetində dərc edilmişdir

(15 mart 1998-ci il, № 60).
Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə