Bitki mühahizəsi 3 44. Buğda sünbüllərinin fuzariozu və onunla mübarizə



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
tarix09.01.2022
ölçüsü0,5 Mb.
#82735
Notes 210423 103836 189



Bitki mühahizəsi 3

44. Buğda sünbüllərinin fuzariozu və onunla mübarizə.

Fusarium cinsinə daxil olan növlər ümumi taksonomik xarakteristikaya malikdirlər.

Aydın görünən əyri mikrokonidilər (20-70 mkm ölçülü) və makrokonidilər müxtəlif sayda

arakəsməlidirlər.  Bəzi  növlər  10 mkm  ölçüyə  qədər  mikrokonidilər, 20 mkm-ə qədər

diametrli xlamidosporlar verirlər. Onlar qalın örtüklüdürlər. Morfoloji əlamətlərin kompleksi

növlərin identifikasiyasında əsas kimi götürülür. Bütün sünbül verən dənlilər sünbül fuzariozu

ilə sirayətlənirlər. Yoluxmadan 7-10 gün sonra sirayətlənmiş sünbüllərdə narıncı-çəhrayı rəngli

konidilər kütləvi formalaşırlar. Göbələyin mitseli, xlamidosporu, peritesiləri infeksiya uğramış

bitki qalıqlarında, toxumlarda qışlaya bilərlər. Həm askosporlar, həm də konidilər çiçəkləmədən

dərhal sonra buğda sünbüllərinə düşə bilirlərsə, xəstəliyi törədirlər. Sporlar cücərirlər və tez bir

zamanda pulcuqlara və sünbülün başqa hissələrinə yayılırlar. Konidilər küləklə kifa-yət qədər

böyük məsafələrə yayılır, başqa dənlilərin sünbülünə düşür və yenidən onları yoluxurlar. Sünbüllər

həssaslığını itirənə qədər yoluxma prosesi təkrarlanır. Belə sirayətlənmələr xəstəliyin yayılmasını

təmin edir.

Mübarizə tədbirləri. Növbəli əkində dənli taxılların və qarğıdalının fasilələrlə (1 ildən az

olmayaraq) yerləşdirilməsi, rayonlaşdırılmış sortlarla səpin aparılması, xəstəliyə qarşı

tolerant sortlardan istifadə edilməsi, cürümələrin qarşısını almaq üçün toxum materialının

dərmanlanması, vegetasiya dövrü fungisidlərin tətbiqi və s. məsləhət görülən tədbirlər

kompleksinə daxildir. Buğda əkinlərini fuzariozdan kompleks qorumaq üçün əkinlərin folikur BT

preparatı ilə 1 l/ha məsariflə çilənməsi önəmlidir. Çiləmə buğdanın çiçəkləmə dövrü işçi məhlulun

məsarifi 400-500 l/ha olmaqla aparılır. Bu xəstəliklə bağlı mübarizədə vinner, ferazim, strayk

fungisidləri də yüksək bioloji səmərəliklə fərqlənirlər. 

45. Almada unlu şeh və ona qarşı mübarizə tədbirləri kompleksi. 

Alma plantasiyalarında unlu şeh erkən yazda, tumurcuqların  açılmasının başlanğıcında qeydə

alınır. İlkin yarpaqcıqlarda zərif, ağ unlu örtük görünür. Bu simptomlar əvvəlki il yoluxmuş zoğların

təpə tumurcuqlarında formalaşan ilkin yarpaqcıqlara məxsusdur. Bundan sonra yarpaqlar açılıb

və zoğlar böyüdükcə unlu örtük intensivləşir, yarpaqlarda olduğu kimi zoğların odunlaşmamış

hissəsini də tutur. Xəstələnmiş yarpaqlar deformasiyaya uğrayır, lanset forması alır, ətrafları

aşağı doğru bükülür, yarpaq ayəsi kobudlaşır, qalınlaşır, kövrək olur. Belə yarpaqlar turqoru

itirir, qonurlaşır, quruyur və tökülürlər. Güclü yoluxmuş zoğların təpə hissəsi ölüşgəyir, bununla

əlaqədar çox zaman aşağıda yerləşmiş yan tumurcuqlar böyüməyə başlayır. Bu isə lazımsız

budaqlanmaya və çətirin sıxlaşmasına səbəb olur.

Mübarizə tədbirləri. Müasir təsərrüfat sistemində sortların davamlılığının yüksəldilməsinə

xidmət edən aqrotexnika bu xəstəliklə mübarizədə və ekoloji təmiz məhsul alınması prosesində

önəmlidir. 

Torpağın daim becərilməsi, alaq otlarının məhv edilməsi, torpağın səthinin qurumasının qarşısını

alan və daha rentabelli damcı üsulu ilə suvarma, NRK dozalarının torpağın aqrokimyəvi analizə

uyğunluğu əhəmiyyətli bir kompleksin tərkib hissəsidir.

46. Tağlı bitkilərin fuzarioz soluxması xəstəliyi, onunla mübarizə. 




Xəstəliklə əsasən qarpız və yemiş bitkiləri  yoluxurlar. Torpağa səpilmiş sirayətlənmiş toxumlar

aşağı cücərmə qabiliyyətinə malikdir. Belə cücərtilərin filqə yarpaq örtüyü torpağın səthinə

çıxmadan tələf olur. Cücərtilərdə xəstəlik 2 formada meydana çıxır: soluxma və kök boğazının

çürüməsi. Birinci forma zamanı filqə  yarpaqcıqlar solğun yaşıl rəng alır, turqoru itirir, soluxur və

2-3 gün müddətində quruyurlar. Kök  boğazının çürüməsi torpaqda temperatur aşağı olduqda və

rütubət hədsiz çox olduq-da baş verir. Bitkinin kök boğazı nazilir, çürüyür, gövdə sulu görkəm alır.

Belə cücərtilər sınır və düşür.

Mübarizə tədbirləri. Növbəti əkin sisteminə əməl edilməli, tağlılar əvvəlki əkin  yerinə 2-3 ildən

sonra qaytarılmalıdır. Bitkinin böyüməsi və inkişafı üçün əlverişli şərait yaradan aqrotexniki

tədbirlər kompleksi həyata keçirilməlidir. Bu tədbirlər bitkilərin xəstəliyə qarşı davamlılığını

yüksəldir. 

47. Pomidorda unlu şeh xəstəlikləri və onunla mübarizənin yolları.

Pomidor bitkisi üzərində Unlu şeh xəstəliyi Azərbaycanın Abşeron yarımadası bölgəsində daha

çox rast gəlinir. Xəstəlik açıq və örtülü sahədə becərilən bitkilərdə əvvəlcə aşağı yarus yarpaqları

üzərində ağımtıl-boz rəngdə, kiçik dairəvi örtüklər şəklində təzahür edir. Əlverişli şərait olduqca,

O.lycopersicum bütün yarpaq səthini əhatə edir. Xəstəlik Abşeron yarımadasında polietilen

örtüklü əksər 

istixanalarda yayılmışdır. Pomidor yarpaqları üzərində ilk müşahidə olunduğu vaxtdan başlayaraq

vegetasiyanın sonuna qədər model bitkilər üzərində xəsətəliyin inkişaf dinamikası öyrənilmişdir.

Pato gen vegetasiyanın axırına qədər öz inkişafını davam etdirir. 20-30°C temperatur və 55-95%

nisbi rütubət O. lycopersicumun inki şafı üçün əlverişlidir. Göründüyü kimi belə şərait bütün

istixana larda mövcuddur. 

Mübarizə tədbirləri. Oidium lycopersicum və ya Leveillula taurica göbələklərinin yaratdığı

xəstəliklərə qarşı mübarizə tədbirlərinin təşkili zamanı əv vəlcə törədici təyin olunmuşdur.

Patogen məlum olduqdan sonra ona qarşı təbii antoqonistindən alınmış bioloji preparatlardan

isti fadə edilmişdir. Oidium lycopersicuma qarşı Planriz preparatının tətbiqi səmərəli olmuşdur.

Preparat tətbiq edildikdə titr 2×109 vahid/qram olmuş, xəstəliyin kütləvi yayıldığı illərdə kvadris,

SK 


(Azoksistrobin) 0,4-0,6 l/ha, Strobi (krezoksim-metil) preparatının 0,3-0,5 kq/ha tətbiqi

səmərəlidir. Qeyd olunan preparatlar olma dıqda Topaz (Penkonazol), Bayleton (Triadimefon)

preparatlarından istifadə edilə bilər. 

48. Armud yarpaqlarının ağ ləkəliyi və ya septoriozu, mebarizə məsələləri.

Dünyanın armud plantasiyalarında geniş yayılmışdır. MDB məkanında Azərbaycan, Gürcüstan,

Moldova və Ukrayna üçün xarakterikdir.

Xəstəlik armudun çiçəkləməsindən sonra meydana çıxır və yayın II yarısın-da kütləvi inkişafına

çatır. Xəstəliyin xarakterik əlaməti yarpaqlarda, bəzən isə hətta meyvələrdə kiçik girdə,

tünd-qonur haşiyəli boztəhər ləkələrin əmələ gəlmə-sidir. Müəyyən müddət keçdikdən sonra

ləkənin orta hissəsində göbələyin koni-dispor mərhələsindən ibarət, adi gözlə görünən qara

piknidlər formalaşır. Sortlar-dan asılı olaraq septorioz simptomlarının dəyişməsi müşahidə

olunmuşdur. Bir qrup sortların yarpaqlarında ləkələr çox kiçik (0,5-2 mm diametrli), çoxsaylı,

şəf-faf, məhdud, zorla seçilən qəhvəyi çalarlı, başqa sortlarda onlar orta ölçülü (2,4-4,0 mm

diametrli), daha şəffaf orta hissəli, dağınıq tünd haşiyəlidir. Elə sortlar da vardır ki, onların

yarpaqlarında ləkələr kifayət qədər iri (4,5-7 mm diametrli), sarı-təhər boz, geniş dağınıq

haşiyəlidir.




Mübarizə tədbirləri. Dəmgillə mübarizədə əsas diqqət erkən yaşda ağac-ların kisəsporlarla

yoluxması və yay dövrü xəstəlik törədicinin konidilərlə yayıl-masının qarşısını almağa

yönəldilməlidir. Özündə müxtəlif mübarizə üsullarını birləşdirən inteqrir mühafizə xəstəlikdən

etibarlı mühafizəni təmin edir.

İnfeksiya mənbəyi olan tökülmüş yarpaqlar məhv edilməli, cərgəaraları be-cərilməli, bütün

infeksiya mənbələri ağacətrafı dairədə basdırılmalıdır. Belə şəraitdə torpaq mikroorqanizmləri

tökülən yarpaqlarda olan psevdotesiləri parça-layaraq dağılmasına səbəb olur. Həyətyanı

sahələrdə, bağ yerlərində, kiçik fermer təsərrüfatlarında tökülmüş yarpaqları toplayaraq

kompostirə etmək mümkündür.

49. Çəyirdəkli meyvə bitkilərində klasterosporioz və deşikli ləkəlik xəstəliyi.

Xəstəliklə ərik və şaftalı daha güclü, nisbətən az gavalı, albalı, gilas, alça və başqa çəyirdəklilər

yoluxurlar. Bu bitkilərin praktik olaraq bütün yerüstü hissələri-yarpaq, tumurcuq, çiçək, toxumluq,

meyvə, zoğ və budaqlar xəstəliyə qarşı həssasdırlar. Yarpaqlarda olan deşiklərin mövcudluğuna

görə klasterosporiozun bu forması çox zaman deşikli ləkəlik adlandırılır. Cavan zoğlar yoluxan

zaman qabıqda böyük olmayan tünd haşiyəli və daha şəffaf ortalı qırmızıtəhər ləkələr formalaşır.

İlkin mərhələdə onlar dəyirmi, böyüdükcə uzununa dartılır və partlayır. Yarıqdan kütrə çıxır, zoğ

üzrə aşağıya doğru axır, sarıtəhər və ya tünd-qonur rəngli şüşəyə bənzər pərdə formasında

yerləşir. Güclü yoluxmuş zoğlarda xəstəlik xroniki xarakter daşıyır. Yarıq yerlərində kitrə yaraları

əmələ gəlir. Bunun hesabına yaranın ətrafında xərçəngəbənzər törəmələr qabıq toxumalarını

əhatə edir. Belə forma xəstəlik şaftalı üçün daha xarakterikdir.

Mübarizə tədbirləri. Bağda olan infeksiya ehtiyatını azaltmaq üçün  klasterosporiozun törədicisi

ilə yoluxmuş zoğların kəsilməsi vacibdir. Bu iş payızda yarpaq tökümündən sonra aparılanda

səmərəlilik daha da yüksəlir. Zoğlar və budaqlar kəsildikdən dərhal sonra bağda 3%-li bordo

məhlulu ilə çiləmə aparılmalıdır. Şaftalı bitkisi üçün bu daha vacib tədbir hesab edilir. Ağacların

güclü xroniki yoluxması zamanı cavanlaşdırıcı budama aparılır, budama yerləri 2%-li miş və ya

3%-li dəmir kuporosına qatılmış əhəng südü ilə dezinfeksiya edilir. İri kəsilmə yerləri bağ məlhəmi

və ya təbii əlifə qatılmış yağlı boya ilə yağlanmalıdır. Bitkinin böyümə və inkişafını sürətləndirən

digər aqrotexniki vasitələr də işə salınmışdır. 

50. Badimcan və bibərin fitoftoroz xəstəliyi, onunla mübarizənin əsas istiqamətləri.

Bitkinin bütün orqanları yoluxa bilir. Köklərin yoluxması adətən bitkinin tezliklə xəstələnməsinə

səbəb olur. Sirayətlənmiş köklər tünd-qəhvəyi rəng alır və kökün xarici qabığı asanlıqla qatlara

ayrılır və düşür. Kök boğazının yoluxma simptomları əvvəlcə tünd-yaşıl sulutəhər xəstələnmiş

sahələr şəklində meydana çıxır. Lakin belə ləkələr iriləndikcə tünd-qəhvəyi rəng alır. Yarpaqlarda

simptomlar qeyri düzgün formalı kiçik sulu zədələr formasında əmələ gəlməyə başlayır.

Xəstələnmiş toxuma ölçücə böyüdükcə sirayətlənmiş hissə quruyur və sarıtəhər-qəhvəyi

rəngə malik olur. Göbələyin böyüməsi üçün əlverişli şəraitdə yoluxmuş yarpaqların səthində

spormərhələsi müşahidə etmək olur. Sirayətlənmiş gövdələr halqalanır və bunun nəticəsində ölür.

Meyvələrdə xəstəlik əvvəlcə tünd-yaşıl sulu ləkələrlə zühur edir, infeksiya yayıldıqca meyvələr

büzüşür, lakin məhsulun dəriminə  qədər  adətən tökülmürlər. Meyvələrin  səthində göbələyin

spor və mitselini görmək mümkündür.

Mübarizə tədbirləri. Bitkilərin normal böyüməsini və inkişafını təmin edən aqrotexniki tədbirlər

kompleksi həyata keçirilməlidir. Növbəli əkinə əməl edilməli, badımcan və bibər plantasiyaları

kartof və pomidor əkinlərindən 0,5-1 km kənarda yerləşdirilməlidir. Fungisidlərlə çiləmələr hələ



parnikdən başlamalıdır. Şitillərin 0,3-0,4%-li oksixom preparatının işçi məhlulu ilə dərmanlanması

vacibdir. Bu məhlulla şitil yetişdirilən substrat da suvarıla bilər. 

51. Buğdanın askoxitozu və onunla mübarizə tədbirləri.

Xəstəlik törədici buğda yarpaqlarında askoxitoz ləkəliyi əmələ gətirir. Ləkələr ilkin mərhələdə

həlqəvi və ya qeyri-düzgün formalı, daha açıq mərkəzli, tünd-qəhvəyi haşiyəli olur. Son nəticədə

ləkələr qovuşur. Yarpaqlar çirkli-boz rəng alır və quruyur. Ləkənin mərkəzində patogenin

piknidləri əmələ gəlir. Göbələk bitki qalıqlarında piknid və mitsellə qışlayır. Ləkələr erkən yazda

əvvəlcə payızlıq buğdada, sonra isə yazlıq buğdaya keçir. Piknidlər şarşəkilli, tünd-qonur,

substrata yüklənmiş və 165 mkm-ə qədər diametrlidir. Konidilər geniş uzunsov (1 nadir halda 2)

arakəsməli, ölçüləri 15-23 x 4,5-6 mkm-dir.

Mübarizə tədbirləri. Torpaqda dərin şum aparılmalı, sirayətlənmiş bitki qalıqları torpağın profilinə

doğru yönəldilməli, yazlıq və payızlıq buğda əkinləri bir-birindən 1000-1500 m məsafədə

yerləşdirilməklə təcrid edilməlidir. Zonanın xüsusiyyətlərinə uyğun olaraq səpin müddətinə

və səpin normasına əməl edilməli, aqrokimyəvi torpaq analizlərinə uyğun yemləmələr təmin

edilməlidir. Növbəli əkin sisteminə riayət edilməli və ən yaxşı sələf kimi yonca bitkisi hesab

edilməlidir. Xəstəliyə qarşı davamlı sortlardan istifadə məsləhət görülür.

52. Pomidorda alternarioz xəstəliyinin simptomologiyası, mübarizəsi. 

Pomidorun yarpaqları, saplaq, gövdə və meyvələri yoluxur. Xəstəlik alt yarpaqlardan başlayır,

onların səthində iri, 5-15 mm-ə qədər diametrli, yaxşı zonallıqla seçilən iri tünd qəhvəyi ləkələr

və göbələyin spor mərhələsindən ibarət qəhvəyi məxməri örtük əmələ gətirir. Rütubətli hava

şəraitində ləkələr birləşir, yarpaqlar isə ölüşkəyirlər. Saplaq və gövdələrdə məxməri örtüklü

uzunsov tünd ləkələr, meyvələrdə isə örtüklü qara basıq ləkələr inkişaf edir. Göbələyin mitseli

bitkinin toxu-malarında yerləşir, səthdə formalaşan örtük isə konididaşıyanlarla konidilərdən

ibarətdir.Mübarizə tədbirləri. Bitki qalıqlarının məhv edilməsi, məhsul yığımından sonra sahənin

dərin şumlanması, növbəli əkinə əməl etməklə, pomidorun əvvəlki əkin yerinə 3 ildən sonra

qaytarılması, parniklərdə torpağın dezinfeksiyası (1 hissə for-malin, 40 hissə su), davamlı

sortların becərilməsi vacib tədbirlərdəndir. Xəstəliyin ilkin simptomları göründükdə fungisidlərlə

çiləmələr aparmaq lazımdır. Lakin fitoftorozla mübarizədə tətbiq edilən fungisidlər (akrobat MS,

ridomil qold MS, kurzat, iteral, klip və s.) alternariozun da inkişafının qarşısını alır.

53. Buğdanın zolaqlı və ya gövdə pası və onunla mübarizə tədbirləri. 

Buğdanın zolaqlı və ya gövdə pası xəstəliyinin törədicisi Puccinia graminis  f.tritici göbələyi

ikievlidir. Spermaqonial və etsial spormərhələləri zirinc bitkisinin, uredino və teleytospor

mərhələləri buğda, arpa və çoxlu sayda başqa növlərdə inkişaf edir.

Spermaqonilərdə küllü miqdarda açıq, birhüceyrəli spermasiyalar formalaşır. Spermaqonilərin

əmələ gəlməsindən 2-5 gün sonra zirinc yarpaqlarının alt tərəfində etsilər inkişaf edir. Etsisporlar

çox vaxt şarşəkilli, mövtəviyyatı sarıdır. Onların örtüyü rəngsiz, təpə hissədə qalındır. Onlar

uçuşaraq cücərirlər, buğda dənlərinə düşür və taxıl bitkilərini sirayətləndirir. Etsisporlar damcı

su və 5-240C temperaturda cücərirlər. Sahib bitkinin üzərində bundan sonra uredinosporlarla

uredinalar forma-laşırlar. Uredinalar pasabənzər qonur, uzunsov, zolaqlı olaraq, gövdələrdə,

yarpaq qınlarında, yarpaqlarda, mil oxlarında və sünbül pulcuqlarında əmələ gəlirlər. Uredinomər

hələdə xəstəliyin inkişafı üçün optimal temperatur 18-280C-dir. Bitkilərin  vegetasiyası dövrü



meteroloji şəraitdən asılı olaraq bir necə generasiya baş verir.Buğdanın vegetasiyasının sonuna

yaxın yarpaqlarda, xüsusilə yarpaq qınlarında teleytosporlarla telioyastıcıqlar inkişaf edirlər.

Uredinalar formalaşan yerlərdə inkişaf edən teliosporlar qara uzun 22 mm-ə qədər zolaqlar

əmələ gəlir. 

Mübarizə tədbirləri. Yüksək aqrotexnika, aralıq sahib bitkilərinin məhv edilməsi, davamlı

sortlardan istifadə, növbəli əkinə əməl edilməsi vacibdir. Xəstəliyin ilkin simptomları göründükdə

ekoloji fungisidlərdən biri ilə çiləmə aparmaq mümkündür. Son illər 25% tilt k.e., 0,5 l/ha məsariflə

xəstəliyin inkişafını tamamilə dayandıra bilir. Müasir dövrün tələbinə uyğun iki komponentli

sistem xüsusiyyətlərə malik Folukur BT fungisidi də vegetasiya dövrü 1l/ha məsariflə buğda

bitkisinin pas mənşəli xəstəliklərinə qarşı öldürücü təsir göstərir.   Lakin bu xəstəliyi törədən

göbələk inkişaf  tsiklində aralıq sahib bitkisindən istifadə etdiyi üçün profilaktika olaraq zirinc

bitkilərinin buğda əkinləri ətrafında məhv edilməsi məcburi xarakter daşıyır.

54. Badimcan və bibərin quru çürüməsi, onunla mübarizə yolları. 

Gövdədə torpağın səthindən qismən yuxarı da tünd qəhvəyi zədələr əmələ gəlir. Son nəticədə

quru çürümə ilə yoluxmuş gövdələr, cavan bitkilər sınır və məhv olurlar. Daha yaşlı bitkilər yoluxan

zaman sahib bitkinin alt yarpaqlarında və gövdələrində həlqəvi və ya düzgün olmayan formalı

zədələnmiş sahələr meydana çıxır. Onların rəngi bozdan qəhvəyiyə qədər dəyişir. Yoluxmuş

sahələr ölçücə böyüyür və birləşirlər, nəticədə yarpaqların tam saralması baş verir və onların

əksəriyyəti tökülür. Gövdələrin səthində yerləşən yaralar soluxmaya səbəb olmaqla, bitkilərin

təpə hissəsini məhv edir. Meyvələrdə sirayətlənmə əvvəlcə yumşaq və şəffaf-qəhvəyi, basıq, oval

formalı ləkələrlə zühur edir. Daha sonra meyvələrin səthində olan sirayətlənmiş sahələr dərinləşir,

ölçüləri böyüyür, birləşir, yumşaq çürüməni əmələ gətirir. Quru hava şəraitində yoluxmuş

meyvələr büzüşür və mumyalaşırlar. Xəstəliyin diaqnostik əlaməti konsentrik həlqələr şəklində

yoluxmuş orqanlarda düzülən kiçik piknidlərdir. Piknidlər eyni zamanda infeksiya mənbəyi olaraq

fitopatogen orqanizmin qışlamasını təmin edir. Göbələk piknid formasında bitki qalıqlarında və

ya torpaqda mumyalaşmış meyvələrdə saxlanılır. İnfeksiya   çox zaman yağış damcıları və ya əkin

suyu verilməsi ilə yar-paq və ya gövdəyə düşür və 

xəstəliyin yayılmasını təmin edir.Quru və rütubətli hava xəstəliyin yayılmasında mühüm əhəmiyyət

kəsb edir. 

Mübarizə tədbirləri. Xəstəliyə qarşı elmi 

əsaslara söykənən aqrotexniki tədbirlər kompleksi həyata keçirilməlidir. Davamlı sortlardan

istifadə, quşüzümü fəsiləsinə daxil olan bitkilərin bir-birindən 1000 metr təcrid edilməsi, növbəli

əkin dövriyyəsinə əməl edilməsi xəstəliyin inkişafını minimuma endirir. Yoluxmuş bitki qalıqları 

toplanır və məhv edilir. Bitkilərin xəstəlik 

törədicisinə qarşı davamlılığını yüksəltmək üçün balanslaşdırılmış mineral gübrə dozalarından

istifadə edilir. Bu baxımdan fosfor və kalium gübrələrinə üstünlük verilir

55. Çəyirdəkli meyvə bitkilərində kokkomikoz xəstəliyi, mübarizə tədbirləri. 

Kokkomikoz çəyirdəkli bitkilərin (ərik, gavalı, alça, badam) əksəriyyətini sirayətləndirir, ən çox isə

albalı və gilasa vurur.

Adətən xəstəliklə yarpaqlar, bəzən cavan odunlaşmış zoğlar, meyvəyarpaq-cıqları və meyvələr

sirayətlənirlər. May ayının ortalarında yarpaqların üst tərəfində çoxsaylı kiçik (0,5-2 mm

diametrində) əmələ gəlir. Rütubətli hava şəraitində yarpağın alt tərəfində xəstəlik törədicinin

konidial spormərhələsindən ibarət çəhrayı-ağ yastıcıqlar meydana çıxır. Çox zaman ləkələr

mərkəzi damar boyunca qruplaşırlar. Yarpaqlar saralır, qıvrılır və tökülürlər. Əsasən orta yaşlı




yarpaqlar yoluxurlar. Buna görə də bəzən yayın II yarısında vaxtından əvvəl kütləvi yarpaq tökümü

müşahidə edilir, bu zaman albalı yalnız daha yaşlı yoluxmaya meylli olmayan yarpaqlar qalır. Belə

yarpaqlar zoğun əsasında yerləşir. 

Mübarizə tədbirləri. Albalı və gilas ağaclarını  kokkomikozdan mühafizə etmək üçün yüksək

səviyyəli aqrotexniki tədbirlər kompleksi həyata keçirilməlidir. İnfeksiya mənbəyi olan yoluxmuş

yarpaqlar toplanmalı, yandırılmalı və ya qum vasitəsilə torpağın dərinliyinə basdırılmalıdır.

Bağlarda havalanmanın yaxşı təşkil edilməsi yağış damcılarının yarpaqlarda uzun müddət

saxlanmasına mane olur, bununla da konidilərin yayılması məhdudlaşdırılır.

56. Tağlı bitkilərin ağ çürüməsi xəstəliyi və onunla mübarizənin yolları.

Yoluxmuş orqanların üzərində topa şəklində pambığa oxşar ağ rəngli örtük inkişaf edir. Bu

örtük göbələyin mitselindən ibarətdir. Patogenlə sirayətlənmiş gövdənin toxumaları yumşalır,

sulanır. Bu sudan və torpaqdan qəbul edilən mineral  maddələrin daxil olma prosesini pozur,

nəticədə bitki soluxur və məhv olur. Sonrakı müddətdə müəyyən yoluxma yerində mitsel kipləşir

və tündləşir. Bununla da göbələyin sklerosial inkişafının başlanğıc mərhələsi meydana çıxır.

Yoluxmuş gövdə hissələrinə toxunan xiyarın meyvələri daha tez sirayətlənirlər.

Mübarizə tədbirləri. Məhsul toplanışından sonra bitki qalıqları sahədən və istixanadan

çıxarılmalıdır. İstixana və parniklərdə torpaq dezinfeksiya edilməli və ya dəyişdirilməlidir.

Müntəzəm olaraq yoluxmuş, soluxmuş və yaşlı yarpaqlar, habelə çürüyən meyvələr məhv

edilməlidir. Vegetasiya dövrü istixanada sutka ərzində 18-200C temperatur həddini saxlamağa

çalışmaq lazımdır.

57. Üzümdə bakterial xərçəng, onun əmələgəlmə prinsipləri.

Bakterial xərçəng: Bu törədici çubuqvari, qrammənfi Agrobacterium tumefaciens və yaxud

Pseudomonas tumefaciens Smith. et Towns bakteriyalarıdır. Xəstəlik törədiciləri tənəklərə

zədələnmiş yer lərdən daxil olaraq, həmin yerlərdə fırlar və yaxud 

şişkinliklər əmələ gətirirlər. Bakteriya törədiciləri bitkiyə daxil olduqları yerdə hüceyrələrin intensiv

bölünməsinə səbəb olur ki, nəticədə həmin yerlərdəfırlar əmələ gəlir

Xəstəlik gövdə və budaqlarda fırların əmələ gəlməsi, çoxillik budaqlarda maddələr mübadiləsinin

pozulması, ötürücü borucuqlarda keçilməzlik yaranması, kolların inkişafının zəifləməsi və zoğların

pis yetişməsi, məhsuldarlığın aşağı düşməsi və bitkinin ömrünün qısalması ilə səciyyələnən

əlamətlərlə təzahür edir

Mübarizə üsulları: fitosanitar nəzarətin həyata keçirilməsi, tənəklərdə əmələ gələn fırların

ehtiyatla və tamamilə kəsilməsi, həmin yerin isə 2%-li DNOK məhlulu ilə yuyulması, eyni zamanda

tinglərin 1-2 dəqiqə ərzində 1%-li qranozan məhlulunda saxlanılması da yaxşı nəticə verir,

həmçinin calaq materiallarının 1%-li tetrasiklin məhlulu ilə yuyulması məsləhət görülür.

58. Çəyirdəklilərdə nekrozlu həlqəvi ləkəlik xəstəliyi haqqında.

Xəstəlik yenicə açılmağa başlayan yaz yarpaqlarında qeyri-düzgün formalı qəhvəyi nekrozlu

ləkələr formasında əmələ gəlir. Yarpaq ayası böyüdükcə ləkə yerlərində olan toxuma tökülür, bu

isə deşikliyə səbəb olur. Deşikliyin ardınca bir sıra yarpaqlarda parlaq-yaşıl həlqə əmələ gəlir,




yüksək yay temperaturlarının başlanması ilə əlaqədar proses zəifləyir. Bu xəstəliyin simptomları

müəyyən qədər həşərat zədələnməsini və Clasterosporium carpophilum Aderh. göbələyi ilə

yoluxmanı xatırladır.

Lakin həşəratla zədələnmə zamanı qəhvəyi nekrozlar, parlaq-yaşıl həlqə və xətlər olmur,

klasterosporioz zamanı isə qırmızı-qonur haşiyəli ləkələr əmələ gə-lir. Vizual olaraq virus və

fitoplazma xəstəliklərini aşkar etmək üçün baxış keçi-rilir. Xarici görkəmcə sağlam yarpaqların

şirəsi laboratoriyada serodiaqnostik üsulla yoluxmaya qarşı yoxlanır, sonra istixanada otlu

indikatorlarla şirənin testləşməsi aparılır. Bu yolla aşkar edilmiş sağlam anaclıq bitkilər təkrar

olaraq ağac indikatorlarda yoxlanır, bu isə tingliklər üçün sağlam material almağa imkan verir.

Əgər qiymətli çəyirdəkli sortları və calaqaltıları virus və fitoplazma mənşəli patogenlər ilə

yoluxmuşsa termoterapiyadan istifadə edilir.

59. Tağlı bitkilərin damarlı bakteriozu və mübarizə tədbirləri. 

Xəstəliyə əsasən örtülü qruntda becərilən tağlı bitkilər yoluxur. Patogen bitkinin gövdə və

yarpaqlarında çiçəkləmə və meyvəvermə fazasında soluxma ilə meydana çıxır. Eninə və uzununa

kəsiklərdə aydın, qonurtəhər, qırmızı-qonur və ya pasvari-qonur damarlar görünür, gövdənin

yoluxma  yerlərində  isə  damarlar  yağlıtəhər, sarı çalarlı zolaqlıdır. Daha sonra onlar qonurlaşır

və partlayır. Yoluxmuş bitki zəif inkişaf edir və tezliklə tələf olur. Yarpaqların  səthində nöqtəşəkilli

yağlı-xlorotik ləkələr  tədricən  irilənir  (8- 10 mm diametrə qədər) qonur və ya qırmızı-qonur rəng

alır. Ləkənin nekrozlaşmış  hissəsi heç vaxt tökülmür.

Mübarizə tədbirləri. Ancaq yoluxmayan meyvələrdən  toxum tədarük edilməli, məhsul

toplanışından sonra bütün bitki qalıqları məhv edilməli, günəşli günlərdə isti-xanalarda

25-270C-lik optimal temperaturun saxlanılmasına nail olunmalı, bitkilərdə damcı suyun

qalmasına yol verilməməlidir. Toxumlar səpindən əvvəl 80%-li TMTD (4-8 qr/1 kq toxum) ilə

dərmanlanmalıdır.

61. Şaftalıda unlu şeh xəstəliyi və ona qarşı mübarizə tədbirləri. 

Praktiki olaraq şaftalı becərilən bütün ölkələrdə unlu şeh geniş yayılmışdır. V.F.Peresipkin (1991)

göstərir ki, unlu şeh Ukraynanın cənubu, Moldova, Şimali Qafqaz, Zaqafqaziya və Orta Asiyada

daha təhlükəli xarakter daşıyır.

Xəstəlik ölkəmiz üçün daha xarakterikdir. 1991-1995-ci illərdə Naxçıvan MR şəraitində aparılan

tədqiqatlar göstərir ki, xəstəliyə qarşı həssas sortlarda (Sarı tərəli, Qırmızı Tərəlli yarpaqların

unlu şehlə yoluxması 50-90%-ə çatır. Meyvələrin yoluxması 30-40 % təşkil edir. Xəstəlik Abşeron

yarımadası, Şəki –Zaqatala, Quba-Xaçmaz zonaları üçün də səciyyəvi olub, 4-5 ildə bir dəfə

epifi-totiya xarakteri daşıyır.

Mübarizə tədbirləri. Xəstəlik kifayət qədər təhlükəli olub, bitkilərə forma vermək də daxil olmaqla,

yüksək aqrotexniki qulluq işləri tələb edir. Yüksək aq-rafon yaradılması ilə yanaşı kimyəvi

preparatların tətbiqi də qaçılmazdır. Aparı-lan tədqiqatlar sübut edir ki, Azərbaycan şəraitində

bütün çiləmələr ağacların çiçəkləməsindən sonra aparılmalıdır. Lakin hava şəraitindən asılı

olaraq çiləmə müddələrinə düzəliş edilə bilər. Topaz (1 l/ha), topsin M-(1,5-1,7 kq/ha), kumu-lus

(8 kq/ha), kolloid kükürd (8-10 kq/ha), skor (0,4 l/ha) kimi sistem və kontakt təsirli fungisidlər

növbələşdirməklə 3 çiləmədə yüksək bioloji səmərəliliyi təmin edirlər.

62. Buğda dənlərinin kiflənməsi və onların qarşısının alınma yolları.



Saprotrof kif göbələkləri toxumların səthi mikobiotasını təşkil edirlər. Dən yetişmə dövrü yüksək

rütubət və aşağı temperaturlarda yoluxma baş verir. Lakin ən çoxu saxlama rejimi pozulduqda

xəstəlik inikşaf edir. 

 Kif göbələklərinin sporları dən saxlanan anbarlarda saxlanılır, əlverişli şəraitdə onlar kütləvi

surətdə dənləri yoluxa bilirlər.

Mübarizə tədbirləri. Saxlama rejiminə ciddi əməl etməklə toxumlar səpinqa-bağı

dərmanlanmalıdır. Son illər bu xəstəliklərlə mübarizədə yeni sintez edilən toxum dərmanlarından

vinsit ekstra adlı 50%-li suspenziya konsentratı səmərəlidir. Preparat triazol birləşmələrindən

olub, sistem təsirlidir. Xarici görkəmcə qırmızı rəngli mayedir. Məsarif norması 0,7 l/t. Bir ton

buğda toxumunu dərmanlamaq üçün verilən məsarif norması 9 l su ilə qarışdırılır və dərmanlama

aparılır. Müasir toxumçuluq təsərrüfatlarında toxumluq dənləri PS-10, PSŞ-5, Mobitoks, habelə

stasionar KPS-10 maşın ava¬danlıqları ilə işləyirlər.

63. Kartofun xərçəng xəstəliyi, onunla mübarizə yolları. 

Bitkilər bütün vegetasiya dövrü yoluxur. Bakterial xərçəng iki formada meydana çıxır: diffuz və

yerli yoluxma. Diffuz yoluxmada boru sistemi yoluxur, nəticədə şitillər və yaşlı bitkilər soluxur və

quruyur. Fuzarioz soluxmadan fərqli olaraq bakterial xərçəng inkişaf edən zaman bitkilər tədricən

soluxur, bəzən ayrı-ayrı gövdələr və yarpaqlar xəstələnirlər. Gövdənin və ya yarpaq saplağının

eninə kəsiyində boruların (damarların) qaralması müşahidə olunur. Bakteriya çox vaxt borulardan

keçərək bitkini və toxumları sirayətləndirir.

Mübarizə tədbirləri. Səpin üçün yüksək reproduksiyalı sağlam toxumlardan istifadə olunmalıdır.

Toxumlar 20 dəqiqə müddətində 48-500C temperaturlu qaynar suda saxlandıqda qismən

infeksiyadan azad olunur. Bitki qalıqlarının məhvi, dərin dondurma şumu, növbəli əkinə əməl

edilməsi, toxumların dərmanlanması vacibdir. Son illər ölkənin pes¬tisid bazarında  aşağıdakı

toxum dərmanları mövcuddur: Vial TT, TMTD, Taçiqaren və s.

64. Üzümün oidium və külləmə xəstəliyi, mübarizənin əsas prinsipləri. 

Sirayətlənmiş hamaşçiçək, bığcıq, daraq və meyvəayaqcıqları da boz örtüklə örtülürlər. Oidium

güclü inkişaf edən zaman hamaşçiçəklər quruyurlar və tökülürlər.

Oidiumun inkişafı gilələr üçün daha təhlükəlidir. Gilələrin üzərində formalaşan boz örtüyü sildikdə

spesifik balıq iyi verir. Onların yoluxmuş qabığında düzgün olmayan formalı ləkələr əmələ gətirən

çoxsaylı çirkli-boz nöqtələr əmələ gəlir. Yoluxmuş qabıqda böyümə prosesləri dayanır, lətli

hissənin normal böyüyən toxumlarının təzyiqi altında qabıq partlayır və toxumlar üzə çıxır. Quru

havada partlayan gilələr quruyur, rütubətdə çürüyürlər.

Mübarizə tədbirləri. Xəstəliyə qarşı yüksək aqrotexniki tədbirlər sistemi həyata keçirilməlidir.

Tənəklər normal havalanmalı, seyrəltmə, kəsmə, budanma, yaşıl zoğ əməliyyatı və s. müasir

tələblərə cavab verən səviyyədə olmalıdır.

Oidium xəstəliyinin ilkin simptomları göründükdə 0,7-1%-li kolloid kükürdlə çiləmə, döyülmüş



kükürdlə 30-35 kq/ha tozlanma aparılmalıdır.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə