Bitki seleksiyası şöbəsi Şöbə müdiri: a e.ü. f d. Musayev Əsəd Cənnət oğlu



Yüklə 301,99 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü301,99 Kb.
#75163


Bitki seleksiyası şöbəsi 

 

Şöbə müdiri: a.e.ü.f.d. Musayev Əsəd Cənnət oğlu 

        Musayev  Ə.C.  1957-ci  ildə  İrəvan  Kənd  Təsərrüfatı  Texnikumunu,  1962-ci 

ildə  isə  Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitutunun  aqronomluq  fakultələrini 

bitirərək  alim  aqronom  ixtisasına  yiyələnmişdir.  1964-cü  ildən  etibarən 

respublikada taxılçılığın inkişafı problemləri ilə məşğul olmağa başlayan Musayev 

Ə. C. daha məhsuldar, yüksək dən keyfiyyətinə malik, yerə yatmayan, xəstəliklərə 

davamlı  taxıl  sortlarının  yaradılması  və  toxumçuluğu  istiqamətində  Əkinçilik 

İnstitutunda geniş tədqiqat işləri aparır və 1969-cu ildə "Toxumluq əkinlərində sort 

qarışıqlarının  əmələ  gəlməsi  və  onun  qarşısını  almaq  yolları"  mövzusunda 

dissertasiya işini müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi 

adı  almışdır.  Musayev  Ə.C.  dənli  bitkilərin  25  rayonlaşmış  sortunun   müəllifidir. 

O, SSRİ  Xalq Təsərrüfatı Nailliyyətləri Sərgisinin Baş Komitəsi tərəfindən yüksək 

məhsuldar, keyfiyyətli bərk buğda sortlarının yaradılması və tətbiqi sahəsində əldə 

etdiyi  nailiyyətlərə  görə  bürünc,  gümüş,  qızıl  medallara  layiq  görülmüşdür. 

Həmçinin  "Şərəf  nişanı"  ordeni  ilə  təltif  edilmişdir.  Musayev  Ə.C.  bitkiçilik, 

seleksiya və toxumçuluğa dair 100 -

 

dən artıq elmi əsərin, tövsiyə və kitabçaların 



müəllifidir.   O,  "Azərbaycanda  dənli  bitkilərin  becərilməsi",  "Azərbaycanda  elmi 

cəhətdən  əsaslandırılmış  əkinçilik  sistemi",  "Payızlıq  bitkilərin  intensiv 

texnologiya ilə becərilməsi", "Yeni taxıl sortları, onların becərilməsi" kitablarının 

və  "Aqronomun  məlumat  kitabı"nın  və  "Dənli-taxıl  bitkilərinin  seleksiyası 

sahəsində  tədqiqat  işlərinə  dair  tarla  təcrübələrinin  metodikası"nın  əsas 

müəlliflərindən  biridir.  Musayev  Ə.C.  Əkinçilik  ET  İnstitutuna  rəhbərlik  etdiyi 

dövrdə elmi kadrların hazırlığına xüsusi fikir vermiş, bilavasitə onun səyi ilə  120 

elmlər namizədi və 5  elmlər doktoru hazırlanmışdır. 100 nəfər müxtəlif ölkələrdə 

elmin  yeni  sahələri  üzrə  ixtisasartırma  kurslarını  keçmişlər.  O,  hal-hazırda 

institutun  nəzdində   fəaliyyət  göstərən  aqrar  elmləri  üzrə  fəlsəfə  doktoru  elmi 

dərəcəsi almaq üçün FD 04.012 Dissertasiya Şurasının sədridir. 

Əlaqə tel: 551-61-30 




 

Şöbədə çalışan elmi əməkdaşlar: 

Abdullayev Abdin Məhərrəməli oğlu - aparıcı elmi işçı,

 

proqram rəhbəri  

Abdullayev  A.  M.  01.01.1954-cü  ildə  anadan  olmuşdur.  1971-1976-cı  illərdə 

Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitutunun  “Aqronomluq”  fakultəsini  bitirdikdən 

sonra  həmin  ildə  göndəriş  əsasında      Az.  ETƏİ  -  da  kiçik  elmi  işçi  kimi  əmək 

fəaliyyətinə  başlamışdır.  1990-cı  ildə  “Zaqafqaziyanın  aborigen  sortları  əsasında 

payızlıq yumşaq buğdanın seleksiyası üçün yeni başlanğıc materialın yaradılması” 

dissertasiya  mövzusu  üzrə  müdafiə  edərək  “Kənd  təsərrüfatı”  elmləri  namizədi 

alimlik  dərəcəsi  adını  almışdır.  Elmi  əsərin  və  9  sortun  müəllifidir.  Hal-hazırda 

“Yerli və introduksiya olunmuş nümunələr əsasında buğdanın rüşeym plazmasının 

zənginləşdirilməsi və hibridləşmə yolu ilə yüksək məhsuldar, keyfiyyətli və ekoloji 

cəhətdən  uyğunlaşa  bilən  yeni  sortların  yaradılması  və  tətbiqi”  mövzusu  üzərində 

işləyir. Email: 

abdin_aetei@mail.ru

  

Əmirov Litfer Əlisultan oğlu - aparıcı elmi işçı 

Əmirov L. Ə. 05.09.1946-cı ildə anadan olmuşdur. 1965-1970-ci illərdə ADU-nin 

“Biologiya”  fakultəsini  bitirmişdir.   1973-cü  ildən  Az.ETƏİ-da  dənli-paxlalı 

bitkilər  üzrə  seleksiya  işlərinə  başlamışdır.  1975-ci  ildə  həmin  İnstitutun 

aspiranturasına  qebul  olub  və  1981-ci  ildə  “Müxtəlif  mənşəyli  lobya  növlərinin 

Azərbaycanın  Şəki-Zaqatala  bölgəsində  aqrobioloji  öyrənilməsi”  dissertasya  işini 

müdafiə edərək  “Seleksiya  və toxumçuluq” ixtisası üzrə elmləri namizədi alimlik 

dərəcəsi adını almışdır. 41 elmi əsərin  və  4 sortun müəllifidir. Hal-hazırda “Dənli-

paxlalı  bitkilərin  yerli  və  dünya  genofondunun  öyrənilməsi  seleksiyada  yeni, 

yüksək,  məhsuldar,  keyfiyyətli,  biotik  və  abiotik  amillərə  davamlı  sortların 

yaradılması,  toxumçuluğunun  təşkili  və  fermer  təsərrüfatlarında  tətbiqi”  mövzusu 

üzərində iş aparır.  

Əliyev Elxan Böyükağa oğlu - aparıcı elmi işçı 

Əliyev E. B. 24.08.1952-ci ildə anadan olmuşdur. 1969-1975-ci illərdə S.M. Kirov 

adina  Azərbaycan  Dövlət  Universitetinin  "Biologiya"  fakultəsində  təhsil  almışdir. 

1977-ci  ildə  aspiranturaya  qebul  olub,  1980-ci  ildən  isə  elmi  fəaliyyətə 

başlamışdır. 

Əliyev  E.B.  1983-cu  ildə  "Yumşaq  buğdalarda  fotoperiodizm  hadisəsinin 

sitogenetik  tədqiqi"  mövzusunda  03.00.15  "Genetika"  üzrə  namizədlik 

dissertasiyasını müdafiə edib və biologiya elmləri namizədi alimlik dərəcəsi adina 

layiq  görülmüşdür.  102  elmi  əsərin  müəllifidir.  Hal  -  hazırda  "Buğda  bitkisinin 

müxtəlif  keyfiyyət  və  kəmiyyət  əlamətlərinə  görə  buğda  genomunun 

rekonstruksiyası" mövzusu üzərində çalışır. Email

elxan-aliyev00@rambler.ru

  

 



 

Novruzlu Qərib Alış oğlu - aparıcı elmi işçı, proqram rəhbəri  

Novruzlu Q. A. 07.10.1961-ci ildə anadan olmuşdur. 1980-1985-ci illərdə Az.K/T 

İnstitutunun  “Alim-aqronom”  ixtisasını  bitirdikdən  sonra  təyinatla  Əkinçilik 

İnstitutunda elmi fəaliyyətinə başlamışdır. 1994-cü ildə “Seleksiya və toxumçuluq” 

ixtisası üzrə dissertasiya işini müdafiə edərək “Kənd təsərrüfatı” elmləri namizədi 

alimlik  dərəcəsi  adını  almışdır.  11  elmi  əsərin  və  1  sortun  müəllifidir.

 

Hazırda 


“Respublikanın  müxtəlif  torpaq  iqlim  bölgələri  üçün,  stres  faktorlara  (duza, 

quraqlığa  və  s.)  davamlı,  yüksək  məhsuldar  və  keyfiyyətli  arpa  sortlarının 

yaradılması,  tətbiqi,  ilkin  toxumçuluğu  və  yayımı”  mövzusu  üzərində  çalışır.

 

Email:

 

novruzlu_garib@mail.ru



  

 

Rüstəmov  Xanbala Nəriman oğlu 06.07.1963-cü ildə Naxçıvan MR-nın Şahbuz 

rayonunun  Şahbuzkənd  kəndində  anadan  olmuşdur.1970-1980-cı  illərdə  Şahbuz 

kənd  orta  məktəbəində,  1980-1985-ci  illərdə  Azərbacan  Kənd  Təsərrüfatı 

İnstitutunda təhsul almış, təiynatla Az. ET Əkinçilik İnstitutunda işləmişdir  (1985 

-1987).  30.12.1987-ci  ildə  aspiranturaya  daxil  olmuşdur.  1989-2000-ci  illərdə 

Ümumrusiya  Bitkiçilik  İnstitutunun  (VİR)  Dağıstan  Təcrübə  Stansiyasında 

çalışmışdır.  1995-ci  ildə  İ.Peterburq-VİR-də  müdafi  əedərək  biologiya  elmləri 

namizədi  elmi  adını  almışdır.  2000-2001-ci  illərdə  Naxçıvan  Regional  Elm 

Mərkəzində  böyük  elmi  işçi,  2001  -  2010-cü  illərdə  Naxçıvan  Dövlər 

Unuversitetində  baş  müəllim  işləmişdir.  Hal-hazırda  “Müxtəlif  stres  amillərinə 

davamlı,  ekoloji  adaptiv  xüsusiyyətlərə  malik,  yeni  yüksək  məhsuldar  və 

keyfiyyətli  payızlıq  buğda  sortlarının  yaradılması,  tətbiqi  və  yayımı”mövzusu 

üzərində işləyir, a.e.ü.f.d., dosentdir. 

Email:

  

xanbala.rustamov@mail.ru



  

 

Qəribov  Zöhrab  Ələddin  oğlu  Ermənisan  Respublikası  Amasiya  rayonunun 

Oxçuoğlu  kəndində  anadan  olmuşdur.  1997-2001-ci  illər  ərzində  Azərbayçan 

Dövlət    Universitetinin    biologiya  fakültəsində  ali  təhsil  almışdır.  2001-ci  ildən 

etibarən  Elmi-Tədqiqat  Əkinçilik  İnstitutunun  ”Bitki  seleksiyası”  şöbəsində  kiçik 

elmi işçi işləmışdir. Hal-hazırda ”Müxtəlif stres amillərinə davamlı, ekoloji adaptiv 

xüsusiyyətlərə  malik,  yeni  yüksək  məhsuldar  və  keyfiyyətli  payızlıq  buğda 

sortlarının yaradılması, tətbiqi və yayımı”mövzusu üzərində işləyir, doktorantdır. 



Email:

  

zohrab_79@mail.ru



  

Qasımov  Hidayət  Yunis  oğlu  1944-cü  ildə  Tovuz  şəhərində  anadan  olmuşdur. 

1950-1960-cı  illərdə  orta  təhsil  almışdır.  1962-1969-cu  illərdə  V.İ.Lenin  adına 

APİ-nin  kimya-biologiya  fakültəsində  ali  təhsil  almışdır.1969-1972-ci  ilə  qədər 

Kürdəmir rayonunun Mollakənd kənd orta məktəbində kimya-biologiya fənni üzrə 

müəllim işləmişdir. 1972-1989 –cu ilə qədər Elmi-Tədqiqat Yemçilik Çəmənçilik 

və  Otlaqlar  İnstitutunda  elmi  işçi  vəzifəsində  işləmişdir.  İnstitutun  Abşeron 

Yardımçı  Təcrübə  Təsərrüfatında  müdir  vəzifəsində  işləmişdir.Hal-hazırda  elmi 



işçi  vəzifəsində  çalışır,  “Yem  bitkilərinin  genefondunun  öyrənilməsi,  xarici 

mühitin əlverişsiz amillərinə, xəstəlik və zərərvericilərə qarşı davamlı, yeni yüksək 

məhsuldar  və  keyfiyyətli,    ekoloji  cəhətdən  uyğunlaşa  bilən  yeni  yem  bitkilərinin 

hibrid  və  sortlarının  yaradılması,  onların  ilkin  toxumçuluğunun  təşkili  və  tətbiqi” 

mövzusu üzərində işləyir. 

 

Məmmədova  Həlimə  Rafiq  qızı  7  iyun  1980-ci  ildə  Zəngilan  rayonunun 

Mincivan  qəsəbəsində  anadan  olmuşdur.  1986-1993-cü  illərdə  orta  məktəbdə 

oxumuşdur.  2001-2005-ci  illər  ərzində  Azərbaycan  Kənd  Təsərrüfatı 

Akademiyasının  aqronoqmluq  fakültəsində  ali  təhsil  almış  və  buranı    fərqlənmə 

diploma  ilə  bitirmişdir.  «EurepeanTobacco»  ASC-də  stajor  aqronom  vəzifəsində 

çalışmış,  təyinatla  isə  «Aqro-Azərinvest»  MMC-nin  Xanlar  üzüm  sahəsində 

briqadir  köməkçisi,  briqadir,  aqronom  müavini  vəzifəsində  işləmişdır.  2006-cı 

ildən Azərbaycan Dövlət Aqrar Univernsitetinin magistraturasına qəbul olmuş, k/t 

bitkilərin genetikası fakültəsinin qiyabi şöbəsini fərqlənmə diploma ilə bitirmişdir. 

2008-2010-cu illərdə Park-Land dizayn studyasında Landşaf dizaynerı, «B.R.E.S» 

MMC-də  aqronom,  Park  Premium  MMC-də  Landşaf  dizayneri  vəzifələrində 

işləmişdir. Hal - hazırda elmi işçi vəzifəsində çalışır, doktorantdır, ”Müxtəlif stres 

amillərinə  davamlı,  ekoloji  adaptiv  xüsusiyyətlərə  malik,  yeni  yüksək  məhsuldar 

və  keyfiyyətli  payızlıq  buğda  sortlarının  yaradılması,  tətbiqi  və  yayımı”  mövzusu 

üzərində işləyir. 



Email:

 

01helime@gmail.com



  

 

Xudayev  Faiq  Allahverdi  oğlu  1974-cü  il  aprel  ayının  3-də  Ermənistan 

Respublikasının  Əzizbəyov  rayonunun    Gomur  kəndində  anadan  olmuşdur.    

1981-1988-ci  illər  ərzində  orta  təhsil  almış,  1991-1996-cı  illərdə  isə  Naxçıvan 

Dövlət  Universitetində,  aqronomluq  ixtisası  üzrə  ali  təhsil  almış,  tam  kursu 

fərqlənmə diploma ilə bitirmişdir. 2005-ci ildən Əkinçilik ET İnstitutunun aspirantı 

olmuş,  “Növdaxili  hibridləşmədən  istifadə  etməklə bərk  buğdanin  seleksiyasi 

üçün yüksək dən keyfiyyətli  ilkin  materialin yaradılması” mövzusunda elmi iş 

müdafiə edərək a.e.ü.f.d. elmi dərəcəsi almışdır. Hal - hazırda elmi işçi vəzifəsində 

çalışır,    ”Müxtəlif  stres  amillərinə  davamlı,  ekoloji  adaptiv  xüsusiyyətlərə  malik, 

yeni  yüksək  məhsuldar  və  keyfiyyətli  payızlıq  buğda  sortlarının  yaradılması, 

tətbiqi və yayımı” mövzusu üzərində işləyir. 

Email:

 

faiq03@mail.ru



  

 

Qarayeva  Sədaqət  Ceyhun  qızı  1984-cü  ildə  anadan  olmuşdur.  Orta  təhsilini 

Sumqayıt  şəhərində  almışdır.  2003  -  2007-ci  illərdə  Azərbaycan  Dövlət  Pedaqoji 

Universitetin kimya-biologiya fakültəsinə daxil  olmuşdur. 2007-ci  ildən Sumqayıt 

şəhər  22№-li  tam  orta  məktəbdə  laborant  vəzifəsində  çalışmışdır.  2013-cü  ildə 

Azərbaycan 

memarlıq  və  inşaat  Universitetinin  ekologiya-mühəndisliy 

ifakultəsinin  magistratura  pilləsinə  daxil  olmuşdur.  Hal-hazırda  kicik  elmi  işçi 

vəzifəsində  çalışır,  ”Müxtəlif  stres  amillərinə  davamlı,  ekoloji  adaptiv 

xüsusiyyətlərə  malik,  yeni  yüksək  məhsuldar  və  keyfiyyətli  payızlıq  buğda 

sortlarının yaradılması, tətbiqi və yayımı” mövzusu üzərində işləyir. 




Məmmədov Hafiz İsa oğlu - aparıcı elmi işçı 

Sadıqov Şəhriyar Fateh oğlu - kiçik elmi işçı 

  

Şöbənin fəaliyyət istiqamətləri: 

 

Bitki  seleksiyası  şöbəsi  1950-ci  ildən  müxtəlif  adlarla  fəaliyyət  göstərir  və 

institutun aparıcı şöbələrindən biridir. Şöbə bugün yeni strukturadakı fəaliyyətinə, 

institutun modernləşdirilməsi proqramına, Aqrar Elm Mərkəzinin 03 saylı 29 mart 

2009-cu il  və Əkinçilik  İnstitutunun 7/S saylı 31 mart 2009-cu  il  tarixli əmrlərinə 

əsasən  başlamışdır.  Hal-hazırda  şöbədə  29  nəfər  çalışır  ki,  onların  da  14-ü 

tədqiqatçıdır.  Tədqiqatçılardan  9-u  elmler  namizədi,  1-i  isə  elmlər  doktorudur. 

Şöbə  institutun  mandatına  daxil  olan  və  eləcə  də  ölkənin  ərzaq  təhlükəsizliyinin 

təminatı  baxımından  prioritet  bitkilər  hesab  olunan  buğda,  arpa,  ərzaq  paxlalıları 

və  qarğıdalı  bitkilərinin  seleksiyası  istiqamətində  proqramlara  uyğun  olaraq 

fəaliyyət göstərir. Tədqiqat işləri institutun digər şöbə və laboratoriyaları və eləcə 

də  MEA-nın  Genetik  Ehtiyatlar  İnstitutu  ilə  bərabər  əməkdaşlıqda  kompleks 

şəkildə  həyata  keçirilir.Şöbə  yarandığı  tarixdən  əsasən  dənli  bitkilərin,  1963-cu 

ildən  dənli  və  dənli-paxlalı  bitkilərin  seleksiyası  və  genetikası  istiqamətində 

tədqiqatlar  aparır.  Dənli  bitkilərlə  aparılan  seleksiya  işləri  tarixən  3  mərhələdən 

keçmişdir. Bu mərhələlər 1950-1956-ci, 1956-1970-ci ildən bu günkü günə qədər 

olan  dövrləri  əhatə  edir.  Şöbə  1950-1956-cı  illərdə  əsas  diqqəti  kənd  təsərrüfatı 

bitkilərinin  yerli  nümunələrinin  və  populyasiyaların  toplanması,  öyrənilməsi  və 

seleksiyada  istifadəsinə  yönəltmişdir.  1956-1970-ci  illərdə  institutda  və  eləcə  də 

onun  bölgə  təcrübə  stansiyalarında  aparılmış  seleksiya  işləri  nəticəsində  bir  sıra 

ekstensiv  tipli,  hündürboylu  buğda  sortları  yaradıldı.  Bu  tip  buğda  sortlarından 

VQ-5 (1965) Tacikistanda, Ağbuğda 13 (1956) və Qələbə (1969) isə Azərbaycanda 

rayonlaşmışdır.  Lakin  bununla  belə,  ölkə  üzrə  taxılın  orta  məhsuldarlığının  və 

ümumi  məhsul  istehsalının  artırmasına  gətirib  çıxarmamışdır.  Digər  yaradılan 

sortlar və 1970-ci ildən başlayaraq institutda, eləcə də şöbənin fəaliyyətində köklü 

dəyişikliklər  baş  verdi.  Beləki,  akademik  C.  Ə.  Əliyevin  rəhbərliyi  altında  elmi 

cəhətdən əsaslandırılmış  vahid kompleks seleksiya proqramı işlənib hazırlandı və 

təsdiqləndi.  Bu  işlər  elmi  əsasda  məqsədyönlü  seleksiya  işlərini  aparmaq  üçün 

seleksiyaçılar,  fizioloqlar,  texnoloqlar  və  digər  ixtisas  sahibləri  ilə  birgə 

əməkdaşlığı nəzərdə tutdu. Odur ki, bu illər ərzində 130 dənli və dənli-paxlalı bitki 

sortları  yaradılmış  və  rayonlaşmaq  üçün  Seleksiya  Nailiyyətlərini  Sınağı  və 

Mühafizəsi  üzrə  Dövlət  Komissiyasına  təqdim  edilmişdir.  Bu  sortlardan  67-i  o 

cümlədən:-26  yumşaq  buğda,  14-bərk  buğda  olmaqla  40-ı  buğda,  12-i  arpa,  4-ü 

qarğıdalı, 2-i mərcimək, 5-i noxud, 1-i çovdar, 1-i vələmir, 1-i tritikale, 3-ü lobya, 

1-i  lüpin  və  1-i  araxis  müxtəlif  illərdə  respublikada  və  eləcə  də  MDB  məkanında 

rayonlaşmış və hal-hazırda onların əkin sahəsi ölkədə dənli taxıl bitkiləri əkininin 

80,0%-təşkil  edir.Respublikanın  torpaq-iqlim  müxtəlifliyini  və  eləcə  də  dünyada 

baş  verən  qlobal  iqlim  dəyişikliklərini  nəzərə  alaraq  şöbədə  yeni  seleksiya 

proqramlarına  uyğun  olaraq  aşağıdakı  istiqamətlərdə  tədqiqat  işləri  aparılır: 

•dünya  seleksiyasının  nailiyyətlərindən  istifadə  etməklə  seleksiya  prosesinin 




sürətləndirilməsi; 

•yerli  və  imtroduksiya  olunmuş  rüşeym  plazmasının  seçilməsi  və  hibridləşməsi 

yolu  ilə  yüksək  məhsuldar  və  keyfiyyətli,  ekoloji  cəhətdən  uyğunlaşa  bilən  yem 

bitki sortlarının  yaradılması; 

•bitkinin  abiotik  və  biotik  stress  amillərə  qarşı  davamlılığının  artırılması; 

•torpaq-iqlim şəraitinin müxtəlifliyinə zəif reaksiya göstərən daha plastik sortların 

müəyyənləşdirilməsi üçün eyniləşdirilmiş ekoloji sortsınaqların keçirilməsi. 

*Rüşeym plazması. Yerli şəraitdə yaradılmış bərk və yumşaq buğda sortları  

 illər   üzrə  mütamadi  olaraq  rüşeym  plazmasını  zənginləşdirmək  məqsədi  ilə 

dünyanın  müxtəlif  coğrafi  ekoloji  şəraitində  yaradılmış  və  introduksiya 

olunmuş ən  yaxşı nümunələr ilə hibridləşdirilir və alınmış hibridlər müxtəlif 

torpaq iqlim şəraitində qiymətli təsərrüfat əlamətlərinə görə tədqiq edilir.  



*Davamlılıq. Müasir qloballaşan dünyada baş verən dəyişkənliklər artıq  

çoxdan lakal səviyyədən çıxmış və demək olar ki, bütün dünyada yüksələn  

xətlə stress amillərinin abiotik: istiləşmə, radiasiya, duzlaşma, quraqlıq, bəzi  

nöqtələrdə soyuqluğun artması və s., biotik: müxtəlif bitki xəstəlikləri,  

zərərvericilər  və  s.  artması  müşahidə  edilir  və  bu  da  təsərrüfat  bitkilərinin 

becərmə  arealının  və  məhsuldarlığını  limitləşdirir.  Bu  cür  stress  amillərinə 

qarşı  davamlılığı  təmin  edən  genotiplərin  tapılması  və  seleksiya  prossesinə 

daxil edilməsini nəzərdə tutur.  



*Genetik aspektlər.  

1)Yumşaq və bərk buğda sortlarında müxtəlif təsərrüfat, qiymətli keyfiyyət və  

  kəmiyyət  əlamətlərini  idarə  edən  genlərin  təyin  edilməsi,  həmin  genləri 

daşıyan xromosomların müəyyənləçdirilməsi, genotiplərin mühüm əlamət və 

xüsusiyyət- 

lərə görə genetik pasportlarının hazırlanması;    

2) Buğda bitkisinə məhsuldarlığı və digər əhəmiyyətli əlamətləri, o cümlədən  

xəstəliyə  və  zərərvericilərə  davamlılığı,  müxtəlif  stress  amillərə  qarşı 

tolerantlığı  təmin  edən  donorların  təyin  olunması,  onların  daşıdıqları  effktli 

genlərin ekspressiyasının tədqiq olunması və həmin genlərin səmərəli istifadə 

edilməsi; 

 3)Azərbaycan  Respublikasının  təbii  qısa  fotoperiod  regionuna  aid  olduğunu 

nəzərə  

alıb, buğda sortlarının bu amilə həssaslığını idarə edən Ppd gen sisteminə görə 

öyrənilməsi  və  bu  genlərdən  istifadə  etməklə  tezyrtişən  məhsuldar  sortların 

alınması; 

4)Azərbaycan  Respublikasında  yaz  əkinlərinin  aparılmasının  və  nəticədə      

qənaətbəxş  məhsulun  əldə  olunmasının  mümkünlüyünü  nəzərə  alıb,  buğda 

genotiplərinin  "həyat  tərzinin"  öyrənilməsi,  bu  xüsusiyyəti  idarə  edən  Vrn 

genlərinə görə genotiplərin təyin edilməsi və onlardan seleksiya proqramında 

istifadə olunması; 

 5)Buğda  genomunun  rekonstruksiyasında  növlərarası  hibridləşmədən  geniş 

istifadənin təmin edilməsi; 

6)Buğdalarda  növ  müxtəlifliyinin  botaniki  təsnifatını  təyin  edən  əlamətlərin 

genetik  



cəhətdən təhlili, hər bir növmüxtəlifliyi daxilində mümkün  olan  genotiplərin 

aşkar edilməsi və təsnifatın həmin əlamətlərə görə təzahürü ilə yanaşı müasir 

genotpik vriliasiyalarının müəyyən olunması. 

*Məhsuldarlıq.  Bitki  seleksiyasinda  məhsuldarlıq  son  nəticə  etibarı  ilə 

mühüm  yer  tutur  və  bir  çox  amillərdən  asılılığa  malikdir.  Seleksiya 

prossesində  yeni  yaradılmış  xətlər  vizual  qiymətləndirmə  ilə  yanaşı 

məhsuldarlığı müəyyənləşdirən məhsuldarlıq elementlərinə görə tədqiq edilir. 

Burada  seleksiya  prosesinə  cəlb  edilmiş  rekurent  və  respient  forma  və 

nümunələrin genetik möhtəviyatı və özündə cəmləşdrdiyi müsbət əlamətlərin 

irsiliyi  və  onların  nəslə  ötürmə  qabiliyyəti  mühüm  əhəmiyyət  kəsb  edir. 

Məhsuldarlığa  görə  seleksiya  zamanı  yüksək  transqressiv  forma  əmələ 

gətirmə 

qabiliyyətinə 

malik 

hibridləşmə 



kompoentləri 

seçilir  və 

hibridləşməyə cəlb olunur. 

*Keyfiyyət.  Bitkinin  dən  keyfiyyətinin  yüksəldilməsi  mürrəkəb  bir  prosses 

olsa  da  həlli  mümkün  olan  problemdir.  Dənin  keyfiyyəti  bir-biri  ilə  əlaqəli 

kompleks  amillərdən  təsərrüfatın  düzgün  təşkilindən  tutmuş  bioloji, 

aqrotexniki  və  genetik  amillərdən  asılıdır.  Bu  sahədə  laboratoriyanın  əsas 

vəzifəsi  dənli  və  dənli  paxlalı  bitkilərin  dən  keyfiyyətinin  analizi  ilə  yanaşı 

seleksiyaçılara  hibrid  populyasiyasından  yüksək  keyfiyyətli  genotiplərin  və 

ilkin  valideyn  formalarının  seçilməsində  iştirak  edərək  kömək  göstərməkdir. 

Bu  məqsədlə  dənin  fiziki  göstəriciləri:  rəngi,  şüşəvariliyi,  forması, 

zərərvericilərlə  zədələnmə  dərəcəsi  (zərərli  bağacıqla),  1000  dənin  kütləsi, 

natura çəkisi və s.;  

- Biokimyəvi göstəriciləri: zülalın miqdarı, qidalılığı, yağların miqdarı və s;  

-Texnoloji   -  sedimentasiya,  xəmirin  fiziki  xüsusiyyətləri,  çörək  və  makoron 

keyfiyyəti və s.; 

 - Biokimyəvi genetika - elektroforez üsulu ilə yüksək keyfiyyətə nəzarət edən 

genlərin  müəyyənləşdirilməsi,  onların  irsən  nəslə  keçməsi  və  onlardan 

keyfiyyətin genetik markeri kimi seçmə prosesində istifadəsidir.  

*Ekoloji  təmiz  məhsul.  Bir  çox  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldar 

sortları  bitki  xəstəliklərinə  həssaslığına  görə  onların  becərilməsinə  xeyli 

kimyəvi  preparatların  tətbiq  olunması  tələb  olunur  ki,  bu  da  nəticədə  ekoloji 

mühitin  pisləşməsinə,  istehsal  olunan  məhsulun  keyfiyyətinin  aşağı 

düşməsinə  gətirib  çıxarır.  Xəstəliklər  və  zərərvericilərə  qarşı  mübarizə 

hibridləri  sistemində  bitkilərin  genetik  davamlığının  təmin  edilməsi  kimyəvi 

preparatlardan  istifadəni  minimum  həddə  endirir  və  ekoloji  təmiz  məhsul 

istehsalına şərait yaradır. 

 

    


 

  

 



Yüklə 301,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə