Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə1/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
  1   2   3   4   5   6   7   8   9   ...   37



 
Vahid Qazi 
 
 
 
 
 
 
 
 
 
Çöl Qala 
___________________________________ 
 
Povest 
 
 
 
 
 
 
 
 
 
Bakı · Kitab Klubu · 2016 


 
 

 
 
Redaktorlar: 
Hikmət Sabiroğlu,  
İmran Bədirxanlı 
 
Rəssam: Klod Mone 
Dizayn: Elçin Hüseynov 
 
KitabKlubu.Org, 2016, 184 səh. 
 
“Biz  özgənin  yaratdığı  dünyada  yaşayırıq. 
Fərq etməz o dünya nədən yaranıb, Allahın “Ol!” 
əmrindən,  ya  elmin  dediyi  Böyük  Partlayışdan! 
Bizə  öz  dünyamız  lazımdır.  Hər  kəs  özünü 
kirayənişin sandığı özgə dünyadan yeni dünyaya, 
özünün yaratdığı, sahibi olduğu dünyaya can atır. 
Öz dünyasını yarada bilən insanlığın sirrini açmış 
kimidir”, – bunu əsərin qəhrəmanı deyir.  
“Çöl  Qala”  öz  dünyasını  qurmağa  can 
atanların  kitabıdır,  ömründə  heç  olmasa  bircə 
dəfə buna cəhd eləyənlərin... 
 
 
© Vahid Qazi, 2016 
 
 
Kitabı əldə etmək üçün:  
+ 99450 4049113 
 


 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
Sabahların sahibi bu günün azad gəncliyinə 
həsr olunur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  


 
 

 
 
 
 
 
MÜNDƏRİCAT 
 
 
Müəllifdən .....................................................5 
Proloq ............................................................8 
I Bölüm. “Salvador Dali” qayıdır ...................20 
II Bölüm. “Lillian Gish”.................................38 
III Bölüm. Kədərin göz yaşı ...........................62 
IV Bölüm. Tanrının görünən tərəfi .................91 
V Bölüm.  Qaraçı qız .....................................113 
VI Bölüm.  “Qum dəryasının kapitanları”.......140 
VII Bölüm. Tamamlanmış yarımçıq portret....153 
Epiloq ............................................................166 
Müəllif özü haqda ..........................................181 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 

 
 
 
Müəllifdən 
 
2009-cu  ilin  yazağzı  vaşinqtonlu  dostum  İrena 
Lasotanın ağacları hələ yarpaqlamayan meşə kimi sıx 
Rock  Creek  parkına  açılan  pəncərəsi  önündə  oturub 
elədiyim  cızma-qaranın  uzun  illər  məndən  əl 
çəkməyən  fikrə  yön  verəcəyi,  aylarla  bir  kəlmə 
yazmasam da məni bir an belə tərk eləməyən, mənimlə 
bərabər  şəhərlər,  ölkələr  dolaşaraq  bir  əsər 
mövzusuna  çevriləcəyi,  beş  ilin  tamamında  kitab 
olacağı  ağlıma  da  gəlməzdi.  Əsl  oxucu  bilir  bir  yazı 
əsər olunca nələrdən keçir. 
İnternet  əsrində  saysız-hesabsız  sosial  şəbəkələr 
müasir insan həyatının bir parçasına çevrilib. Asılılıq 
dərəcəsinə  çatan  bu  vərdişin  səbəbi  nədir?  İnsanları 
bura  çəkən  hansı  istəkdir,  qüvvədir?  İnsan  real 
həyatdan  yorulub  bəlkə?  Bəlkə  bəşəriyyət  gələcək 
virtual həyata beləcə “köçür” aramla? Otuz, əlli, yüz 
il  sonranın  insanı  hansı  dünyada  yaşayacaq?  Ola 
bilsin  biz  o  virtual  aləmin  pionerləriyik,  xəbərimiz 
yoxdur!? Bu suallara neçə il mən də cavab axtardım. 
Cavab  üçün  şəbəkələrin  fəal  iştirakçısı  olsam  da, 
kitabı  bitirməkdən  ötrü  ondan  ayrılmalı  oldum.  Altı 
aylıq  ayrılıq  beş  il  əvvəl  başladığım  kitabı  bitirməklə 
sona çatdı. 
Fikir  də,  onun  yazıya  köçürülməsi  də,  sonunda 
yazının  böyük  bir  əsər  olması  da  öz  yerində,  üzə 
çıxarıb-çıxarmamaq  sualı  məni  daha  çox  düşündü-
rürdü.  Bugünkü  ədəbi  yırğalanma  dövründə  janrını 


 
 

hələ  tam  ayırd  eləmədiyim  mətnin  çap  məsuliyyəti 
ağır  idi.  Ona  görə  də  məsuliyyəti  bölüşməyə  qərar 
verdim,  əlyazmanı  yaş,  cins  və  zövqüylə  fərqlənən 
yeddi  dosta  yollayıb  rəylərini  aldım.  Aralarında 
peşəkar ədəbiyyatçı da  vardı, bişmiş oxucu da, sosial 
şəbəkə  dediyimiz  virtual  dünyanın  fəal  “sakin”i  də 
vardı,  ondan  tamam  uzaq  olanı  da,  müasir  ədəbi 
janrlara  üstünlük  verəni  də  vardı,  ədəbiyyatda 
mühafizəkar baxışların tərəfdarı da.  
Aldığım  rəylər  bəzən  bir-biriylə  çalın-çarpaz 
fərqlənsə  də,  hamısının  sonda  dediyi  bir  oldu: “Dərc 
elə!”  
Məsuliyyətə  çiyin  verən,  vaxt  ayırıb  oxuyan, 
qeydlərini  göndərən  və  ən  əsası  bu  kitabı  bitirməyə 
həvəsləndirən, inam verən dostlara təşəkkür edirəm! 
Oxuyub  fikir  bildirənlərdən  biri  də  Fəxri  Uğurlu 
idi, beş cümləni qırmızı rənglə işarələyib yazmışdı ki, 
kitabın  məzmunu  bu  abzasdadır:  “Biz  özgənin 
yaratdığı  dünyada  yaşayırıq.  Fərq  etməz  o  dünya 
nədən  yaranıb,  Allahın  “Ol!”  əmrindən,  ya  elmin 
dediyi  Böyük  Partlayışdan!  Bizə  öz  dünyamız 
lazımdır.  Hər  kəs  özünü  kirayənişin  sandığı  özgə 
dünyadan  yeni  dünyaya,  özünün  yaratdığı,  sahibi 
olduğu  dünyaya  can  atır.  Öz  dünyasını  yarada  bilən 
insanlığın sirrini açmış kimidir”.  
Onunla  razıyam,  düz  tutub,  kitab  oxucuya  elə  o 
abzasla  təqdim  olunmalıdır.  Bu,  öz  dünyasını 
qurmağa can atanların kitabıdır, ömründə heç olmasa 
bircə dəfə buna cəhd eləyənlərin... 
May, 2014 
 
 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə