BiznesiN İnfrastrukturu fəNNİNDƏn testlər bütün cavablar a biznes infrastrukturu nədir?



Yüklə 0,68 Mb.
səhifə1/6
tarix02.01.2018
ölçüsü0,68 Mb.
#19117
  1   2   3   4   5   6

BİZNESİN İNFRASTRUKTURU FƏNNİNDƏN TESTLƏR

Bütün cavablar A


1. Biznes infrastrukturu nədir?

A) bir – biri ilə qarşılıqlı əlaqədə olan sərbəst bazarlardır;

B) idarəetmədir;

C) biznesdir;

D) texnologiyadır;

E) müəssisədir.



2. Biznes infrastrukturunda iştirak edən birbaşa iştirakçılar:

A) birjalar, kredit və emissiya bankları;

B) Nazirlər Kabineti;

C) Vergilər birjalar, kredit və emissiya bankları;Nazirliyi;

D) Hesablama Palatası;

E) Maliyyə Nazirliyi.



3. Biznes infrastrukturunda iştirak edən dolayı iştirakçılar:

A) Milli Məclis;

B) Klirinq mərkəzləri;

C) Sığorta təşkilatları;

D) broker t şirkətləri;

E) elektron ticarət sistemləri.



4. Biznes infrastrukturuna aid edilən neçə sərbəst bazar vardır:

A) 16;


B) 12;

C) 10;


D) 15;

E) 9.


5. Aşağıdakılardan hansı istehsal infrastrukturuna aid deyil?

A) ümumi peşə təşkili və səhiyyə.

B) enerji təminatı;

C) məlumatların verilməsi və qəbul edilməsi;

D) nəqliyyat təsərrüfatı;

E) istehsalın maddi – texniki təminatı



6. İstehsal vasitələri bazarının tərkibi hansı bazarlardan ibarətdir?

A) istehsal binaları, istehsal təyinatlı avadanlıq və maşın bazarları;

B) yarmarkalar;

C) daşınmaz əmlak bazarı;

D) işçi qüvvəsi bazarı;

E) innovasiya bazarı.



7. Bazarın, əmtəə strukturunun öyrənilməsində hansı səviyyələr fərqləndirilir?

A) ümumi və əmtəə qrupu.

B) spesifik qrup;

C) xidmətlər qrupu;

D) hər bir qrupdan olan əmtəə növləri;

E) xüsusi qrup



8. İstehlak təyinatlı məhsullar bazarı hansı istehlakçılar üçün nəzərdə tutulmuşdur?

A) fərdi istehlakçılar üçün;

B) kollektiv istehlakçılar üçün;

C) müəssisə istehlakçıları üçün;

D) qrup halında olan istehlakçılar üçün;

E) regional istehlakçılar üçün.



9. Əmtəə bazarının ümumi problemlərinə nələr daxildir?

A) bazar çərçivəsində tələb və təklif arasında mütənasibliyin pozulması;

B) informasiya prosesləri;

C) əhalinin alıcılıq qabiliyyətinin aşağı olması;

D) əhalinin miqrasiyası;

E) siyasi sabitsizlik.



10. Aşağıda göstərilənlərdən hansı bazar haqqında əsas informasiya mənbələrinə aid deyil?

A) ümumi və peşə təhlili haqqında məlumatlar;

B) dövlət statistikası;

C) sahəvi uçot və statistika;

D) topdan və pərakəndəsatış ticarətindən daxil olan informasiyalar;

E) xüsusi tədqiqatın məlumatları.



11. Kommersiya informasiyalarına nələr daxildir?

A) müəssisənin işgüzar sənədləşdirilməsinə cəlb edilən məlumatlar, ticarət təşkilatlarının ərizə və sifarişləri:

B) dövlət məlumatları;

C) sahə standartlarının məlumatları;

D) rəsmi məlumatlar;

E) uçot və hesabat formaları.



12. Xüsusi informasiya mənbələrinə nələr daxildir?

A) əhalidən və alıcılardan sorğu;

B) ticarət mütəxəssislərdən sorğu;

C) sənaye mütəxəssislərindən sorğu;

D) satış – sərgi;

E) variantların hamısı.



13. Birja ilk dəfə hansı şəhərdə yaranmışdır?

A) Amsterdam;

B) London;

C) Bruqqe;

D) Paris;

E) Berlin.



14. Rusiyada ilk birja neçənci ildə, hansı şəhərdə yaradılmışdır?

A) Sankt – Peterburq 1703 –cü il;

B) Odessa 1715 –ci il;

C) Kazan 1726 –cı il;

D) Moskva 1708 –ci il;

E) Saratov 1749 –cu il.



15. Azərbaycanda ilk dəfə “Birja ticarətinin inkişafı və Bakı birjasının inkişafına dair qanun” neçənci ildə qəbul edilmişdir?

A) 1991 –ci il;

B) 1996 –cı il;

C) 1998 –ci il;

D) 1999 –cu il;

E) 1993 –cü il.



16. Birja vahidi nə deməkdir?

A) birja mallarının sadəliyi və standartlaşdırılması;

B) birja mallarının həcmi;

C) birja mallarının mürəkkəbliyi;

D) birja mallarının spesifikliyi;

E) birja mallarının assortimenti.



17. Birjada həyata keçirilən sövdələşmələrin növlərini göstərin:

A) real əmtəələrin alqı – satqısı;

B) forvard əqdləri;

C) fyuçers əqdləri;

D) opsion əqdləri;

E) variantların hamısı.



18. Əmtəə birjasında sövdələşmə hansı müddətə bağlanılır?

A) 6 aydan – 14 ayadək;

B) 1 aydan – 3 ayadək;

C) 3 aydan – 6 ayadək;

D) 6 aydan – 9 ayadək;

E) 6 aydan – 1 ilədək.



19. Əmtəə birjalarında satış hansı formalarda aparılır?

A) iri partiyalarla, nəğd mallarla;

B) pərakəndə formada;

C) tam hazır olmayan formada;

D) kiçik partiyalarla;

E) mal nümunələri formasında.



20. Əmtəə birjaları neçə funksiya yerinə yetirir?

A) 5;


B) 4;

C) 3;


D) 7;

E) 6.


21. İlk əmtəə birjaları harada yaradılıb?

A) Venesiya, Genuya, Florensiya;

B) Paris;

C) London;

D) Berlin;

E) Moskva.



22. Yarmarka nə deməkdir?

A) müntəzəm olaraq hər il təşkil edilən bazar;

B) səyyar ticarəti;

C) karvan ticarəti;

D) pərakəndə ticarət;

E) küçə ticarəti.



23. Əmtəə birjaları necə təşkil olunur?

A) qapalı tipli birja;

B) qarışıq tipli birja;

C) qarışıq açıq tipli birja;

D) açıq tipli birja;

E) qarışıq qapalı tipli birja.



24. Aşağıda göstərilənlərdən hansı fyuçers birjasının mülkiyyətinə aid deyil?

A) Müəssisənin əsas və dövriyyə fondları;

B) birja üzvləri tərəfindən yaradılan məhsul və xidmətlər;

C) birja üzvlərinin üzvlük haqqları;

D) öz hesabına əldə edilmiş sair əmlak;

E) əmlak və əmanətlər



25. Fyuçers əməliyyatının iştirakçılarını göstərin:

A) hedçerlər, ticarətçilər, alverçilər;

B) brokerlər;

C) dilerlər;

D) menecerlər;

E) sahibkarlar.



26. Fyuçers birjasının yuxarı ali orqanı nədir?

A) birja üzvlərinin ümumi yığıncağı;

B) xarici direktorlar;

C) direktorlar şurası;

D) xüsusi ekspertlər;

E) vitse – prezident.



27. Direktorlar şurasının say tərkibi neçə nəfərdən ibarət olur:

A) 15 – 25 nəfər;

B) 20 – 25 nəfər;

C) 5 – 10 nəfər;

D) 10 – 15 nəfər;

E) 10 – 15 nəfər.



28. Fyuçers bazarının əsas funksiyalarına daxil olmayanı göstərin:

A) birjanın bütün iştirakçıları üçün informasiyaların əlverişsizliyi;

B) stabil qiymətlərin formalaşması;

C) qiymətin səviyyəsinin araşdırılması;

D) bazar iştirakçıları üçün birja qaydalarının formalaşması;

E) bazar iştirakçılarının qarşılaşdıqları risklərin ötürülməsi



29. Fyuçers müqaviləsinin əlverişsiz şərtini göstərin:

A) bazarlarda qiymətin qoyulması dövlətin nəzarəti altında keçirilməlidir.

B) əmtəələr qarşılıqlı əvəzedilmə xüsusiyyətlərinə malik olmalıdır;

C) qiymətqoymada tərəddüdlərin olması zəruridir;

D) müqavilələr bazarın real iştirakçıları üçün kommersiya maraqlarına malik olmalıdır;

E) əmtəələrə tələb və təklifin həcminin yüksək olması;



30. Birja ticarətinin həyata keçirilməsinin neçə metodu mövcuddur?

A) 2;


B) 5;

C) 6;


D) 4;

E) 3.


31. Birja əmtəələrinin neçə əsas qrupdan ibarətdir?

A) 2;


B) 5;

C) 4;


D) 6;

E) 3.


32. Dünyanın ən böyük əmtəə birjasını göstərin:

A) Çikaqo ticarət birjası;

B) Tokio əmtəə birjası;

C) Çikaqo əmtəə birjası;

D) London metal birjası;

E) Nyu – York əmtəə birjası.



33. Azərbaycanda Əmtəə birjası hansı nazirlik tərəfindən lisenziyalaşdırılır?

A) İqtisadi İnkişaf Nazirliyi;

B) Maliyyə Nazirliyi;

C) Vergilər Nazirliyi;

D) Qiymətli Kağızlar üzrə Komitə;

E) Elmlər Akademiyası.



34. Əmtəə veksilinin hansı üstünlükləri vardır. Səhv cavabı göstərin:

A) vekseli satmaq və uçot etmək vasitəsilə vəsait cəlb etmək mümkün deyil;

B) qarşılıqlı borcları məqbul etmək mümkündür;

C) müəssisələr bir – birinə əmtəə şəklində kredit verir;

D) girov vasitəsi kimi çıxış edir;

E) pul vəsaitlərinə qənaət edilir.



35. Maliyyə bazarının neçə subyekti var?

A) 3;


B) 7;

C) 4;


D) 5;

E) 2.


36. Maliyyə bazarı hansı bazarlardan ibarətdir?

A) qiymətli kağızlar, pul və kredit;

B) innovasiya;

C) reklam;

D) əmək;

E) ipoteka



37. Dövlətin maliyyə bazarında əsas funksiyalarına aid olmayanı göstərin:

A) qısa müddətli qiymətli kağızlar buraxmaq.

B) bankın kredit faizini tənzimləmək;

C) pul kütləsi üzərində nəzarəti həyata keçirmək;

D) uzun müddətli qiymətli kağızlar buraxmaq;

E) büdcə kəsirini örtmək üçün vəsait cəlb etmək;



38. Tələb xüsusiyyətinə görə maliyyə bazarı hansı bazarlara bölünür?

A) borc və səhm;

B) qiymətli kağızlar;

C) korporasiya;

D) kapital;

E) lizinq.



39. Müddətinə görə maliyyə bazarı hansı bazarlara bölünür?

A) pul və kapital;

B) faktorinq;

C) korporasiya;

D) sığorta;

E) borc.


40. Qiymətli kağızların satışına görə maliyyə bazarı hansı bazarlara bölünür?

A) ilkin və ikinci;

B) kapital;

C) lizinq;

D) reklam;

E) borc.


41. Pul bazarının əsas alətlərinə aid olmayanı göstərin:

A) ipoteka kağızı;

B) xəzinə vekselləri;

C) dövlət xəzinə öhdəlikləri;

D) qısa müddətli istiqrazlar;

E) depozit sertifikatları.



42. Kapital bazarının əsas alətlərinə aid olmayanı göstərin:

A) depozit sertifikatları;

B) girov kağızları;

C) səhm və istiqrazlar;

D) uzunmüddətli qiymətli kağızlar;

E) hökümətin buraxdığı qiymətli kağızlar.



43. Ssuda kapitalları bazarının subyektlərinə aid olmayanı göstərin:

A) lizinq təşkilatları;

B) maliyyə ehtiyatlarına malik olan investorlar;

C) müəyyən məqsədlər üçün borc alan müəssisə və təşkilatlar;

D) müəssisələrin sərbəst pul vəsaitlərini toplayan;

E) dövlət orqanları və vətəndaşlar.



44. Maliyyə vasitəçiləri neçə qrupa ayrılır:

A) 4;


B) 6;

C) 7;


D) 5;

E) 3.


45. Diskont bazarının operatoru hansı bankdır?

A) mərkəzi kommersiya bankları.

B) sahə bankları;

C) nümayəndəlik;

D) yerli banklar;

E) ipoteka bankları



46. Birja Elektron Ticarət Sistemi (BETS) neçə bazar sektorundan ibarətdir?

A) 2;


B) 6;

C) 3;


D) 4;

E) 1.


47. Pul bazarının əhəmiyyətli seqmenti nədir?

A) banklararası krediti;

B) mülki (şəxsi) kredit;

C) ipoteka kredit;

D) lizinq krediti;

E) dövlət krediti.



48. Valyuta bazarı subyektlərinin həyata keçirmədikləri əməliyyatı göstərin:

A) xidmət bazarının coğrafiyanı öyrənmədən alqı – satqı;

B) Alıcılıq qabiliyyətini ötürmə;

C) Açıq valyuta mövqeyini sığortalama;

D) möhtəkirlik;

E) faiz dərəcəsinin arbitrajı.



49. Köçürmə vekselləri hansı dövrdən istifadə edilməyə başlanılmışdır?

A) XII – XIII əsrlərdə İtaliyada;

B) XV əsr Almaniyada;

C) XII əsrdə İngiltərədə;

D) XI əsrdə Hollandiyada;

E) XİV əsrdə Belçikada.



50. İlk veksel yarmarkaları nə vaxt yaranmışdır?

A) XIII – XIV əsr Fransa Şampan şəhəri;

B) XIV əsr Almaniya Berlin;

C) XII əsr Portuqaliya;

D) XI əsr İspaniya;

E) XV əsr Almaniya.



51. Qızıl pul standartı rejimi ilk dəfə neçənci ildə qanunvericiliklə təsdiq olunub?

A) 1816 –cı il Böyük Britaniya;

B) 1830 –cu il Almaniya;

C) 1825 –ci il Fransa;

D) 1835 –ci il Hollandiya;

E) 1842 –ci il İtaliya.



52. Müasir valyuta bazarının əsasları (Brettonvüd valyuta sistemi) hansı illərdə qoyulmuşdur?

A) XX əsrin 50 – 60 –cı illərdə;

B) XX əsrin 30 –cu illərdə;

C) XX əsrin 20 – 30 –cu illərdə;

D) XIX əsrin 80 – 90 –cı illərdə;

E) XIX əsrin 60 – 70 –ci illərdə.



53. Valyuta bazarının xüsusi biznes subyektləri hansıdır?

A) maliyyə broker və dilerləri;

B) hedçer;

C) alverçi;

D) ticarətçi.

E) menecer



54. Valyuta birjasının ali idarəetmə orqanını göstərin:

A) səhmdarların ümumi yığıncağı;

B) xarici direktorlar;

C) vitse prezident;

D) menecer;

E) xüsusi ekspertlər.



55. Bakı Fond Birjası (BFB) neçənci ildə təşkil olunmuşdur?

A) 2000 –ci ildə;

B) 2001 –ci ildə;

C) 1999 –cu ildə;

D) 2003 –cü ildə;

E) 1998 –ci ildə.



56. Bakı Fond Birjasının (BFB) təşkilində neçə səhmdar iştirak etmişdir?

A) 18;


B) 15;

C) 12;


D) 20;

E) 21.


57. BFB –nın neçə brokeri vardır?

A) 9;


B) 10;

C) 8;


D) 6;

E) 12.


58. İstisna hal kimi birjanın üzvü olmadan hansı bank birja ticarətində iştirak edə bilər?

A) Mərkəzi bank;

B) Kommersiya Bankı;

C) İpoteka banklar;

D) Sahə bankları;

E) Yerli banklar.



59. BBVB (Bakı Banklararası Valyuta Birjası) nə vaxtdan fəaliyyətə başlamışdır?

A) 1993 –cü il 26 iyul;

B) 1994 –cü il 05 yanvar;

C) 1992 – ci il 15 aprel;

D) 1995 –ci il 10 oktyabr;

E) 1991 –ci il 18 noyabr.



60. TOBV (Təşkil olunmuş Banklararası Valyuta) birjası nə vaxt yaranmışdır?

A) 1997 –ci il 30 avqust;

B) 1996 –cı il 25 mart;

C) 1998 –ci il 12 noyabr;

D) 1995 –ci il 10 aprel;

E) 1994 –cü il 20 may.



61. Fond birjalarında aparılan əməliyyatlar neçə qrupa bölünür?

A) 2;


B) 4;

C) 3;


D) 7;

E) 5.


62. Dünya fond birjalarında neçə indeksdən istifadə olunur?

A) 3;


B) 5;

C) 6;


D) 2;

E) 4.


63. Azərbaycanda “Girov kağızı haqqında Əsasnamə” nə vaxt təsdiq edilmişdir?

A) 2002 –ci il;

B) 2005 –ci il;

C) 2001 –ci il;

D) 2004 –cü il;

E) 2003 –cü il.



64. Girov kağızı blankının ən azı neçə qoruyucu xüsusiyyəti olmalıdır?

A) 3;


B) 5;

C) 2;


D) 1;

E) 4.


65. Banklararası kreditlərin verilməsində yüksək likvidliyə malik hansı qiymətli kağız növündən istifadə olunur?

A) DQİ (Dövlət Qısamüddətli İstiqrazlar);

B) səhm;

C) konosament;

D) varrant;

E) anbar şəhadətnaməsi.



66. Müasir dövrdə veksel hansı funksiyaları yerinə yetirir?

A) kreditləşmə və hesablaşma;

B) bölüşdürücü;

C) tənzimləmə;

D) tənzimləmə, bölüşdürücü;

E) dəyər ölçüsü.



67. Səhmin əsas xüsusiyyətlərinə aid olmayanı göstərin:

A) səhmə görə hüquqlar bölünəndir;

B) səhmlər müddətsiz qiymətli kağızlardır;

C) səhm üçün məhdud məsuliyyət xarakterikdir;

D) səhmin sahibi səhmdar cəmiyyətin sahiblərindən biridir;

E) səhm sahibi müflisləşmə zamanı yalnız səhmə qoyduğu vəsaiti itirir.



68. Qiymətli kağızların səhm növünə aid olmayanı göstərin:

A) müddətsiz;

B) imtiyazlı səhmlər;

C) adlı səhmlər;

D) təqdim edənə (adsız) səhmlər;

E) adi səhmlər



69. Səhmdar cəmiyyətin ali idarəetmə orqanını göstərin:

A) səhmdarların ümumi yığıncağı;

B) xarici direktorlar;

C) xüsusi menecerlər;

D) menecerlər;

E) vitse prezident



70. Aşağıdakılardan hansı əldə edilə biləcək gəlirlərə görə istiqraza aiddir:

A) kuponlu və diskont istiqrazlar;

B) uzunmüddətli;

C) dövlət istiqrazları;

D) müddətli (qısa);

E) ortamüddətli.



71. Aşağıdakılardan hansı emitentin növünə görə istiqraza aid deyil?

A) diskont;

B) şirkət istiqrazları;

C) dövlət istiqrazları;

D) xarici istiqrazlar;

E) müddətsiz istiqrazlar.



72. Buraxılma müddətinə görə istiqrazlar neçə qrupa ayrılır?

A) 3;


B) 2;

C) 5;


D) 4;

E) 6.


73. Sahibolma qaydasına görə istiqrazlar neçə yerə bölünür?

A) 2;


B) 4;

C) 3;


D) 5;

E) 7.


74. İstiqrazların emissiyası ilə əldə edilən borc vəsaitlərinin məqsədli xarakter daşımasına görə istiqrazlar neçə yerə bölünür?

A) 2;


B) 4;

C) 5;


D) 3;

E) 6.


75. Aşağıdakılardan hansı istiqraz borclarının emitent tərəfindən qaytarılması formasına görə istiqraza aiddir?

A) dəyəri pulla və natural formada qaytarılan istiqrazlar;

B) adi;

C) adlı;



D) məqsədli;

E) adi.


76. İstiqrazların nominal dəyərinin qaytarılması metoduna görə neçə yerə bölünür?

A) 3;


B) 5;

C) 2;


D) 6;

E) 4.


77. Təminatından asılı olaraq istiqrazlar neçə növə ayrılır?

A) 2;


B) 3;

C) 4;


D) 5;

E) 6.


78. İnvestorların qoyuluşlarının mühafizəsinin səviyyəsindən asılı olaraq istiqrazların hansı növü vardır?

A) 2;


B) 3;

C) 4;


D) 5;

E) 7


79. Dövlət qiymətli kağızlarının növlərinə aid olmayanı göstərin:

A) investisiya fondlarının qiymətli kağızları;

B) xəzinə vekselləri;

C) dövlət qısamüddətli və daxili uduşlu istiqrazlar;

D) dövlət özəlləşdirmə çekləri;

E) Mərkəzi Bankın notları, Dövlət opsionları.



80. Bələdiyyə qiymətli kağızlarına aid olmayanı göstərin:

A) xəzinə vekselləri;

B) bələdiyyə qiymətli kağızları;

C) bələdiyyə istiqrazları;

D) bələdiyyə vekselləri;

E) digər borc qiymətli kağızlar.



81. Korporativ qiymətli kağızlarına aid olmayanı göstərin:

A) dövlət daxili uduşlu istiqrazlar;

B) səhmdar cəmiyyətin qiymətli kağızları;

C) müxtəlif mülkiyyət formalı müəssisələrin qiymətli kağızları;

D) investisiya fondlarının qiymətli kağızları;

E) bankların buraxdığı qiymətli kağızlar.



82. Dövlət özəlləşdirmə payı neçə özəlləşdirmə çekindən ibarətdir?

A) 4;


B) 5;

C) 2;


D) 3;

E) 1.


83. İnvestisiya qiymətli kağızları hansı formada emissiya edilə bilməz?

A) mürəkkəb adsız;

B) sənədsiz adlı;

C) sənədli adsız;

D) sənədli adlı;

E) sadə adlı.



84. Bunlardan hansı çeklərin növlərinə aid deyildir?

A) ipoteka;

B) bank;

C) pul;


D) yol;

E) hesablaşma



85. Aşağıdakılardan hansı konossamentin növlərinə aid deyil?

A) ipoteka;

B) orderli;

C) adlı;


D) çarter, xətti;

E) sahilyanı, göyərtə.



86. Özəlləşdirmə opsionlarını buraxmaq hansı orqanın səlahiyyətinə daxildir?

A) QKDK (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi);

B) Kommersiya bankı;

C) Mərkəzi Bank;

D) Regional bank;

E) Yerli bank.



87. Özəlləşdirmə opsionları hansı formada buraxılır?

A) sənədləşdirilməmiş, hesablarda yazılış üsulu ilə;

B) hesablara yazılmamış;

C) sadə;

D) sənədləşdirilməmiş;

E) mürəkkəb.



88. Özəlləşdirmə opsionlarının alıcısı kimi çıxış edə bilməz?

A) Azərbaycan Respublikasının hüquqi şəxsləri;

B) vətəndaşlığı olmayan şəxslər;

C) xarici hüquqi şəxslər və onların nümayəndəlikləri;

D) nizamnamə kapitalında xarici sərmayənin payı 50% -dən çox olan Azərbaycan Respublikasının hüquqi şəxsləri;

E) əcnəbilər



89. Özəlləşdirmə opsionunun rəsmi qiyməti necə müəyyən edilir?

A) müvafiq tarixə 1 dövlət özəlləşdirmə çekinin orta bazar qiymətinə bərabər;

B) 3 dövlət özəlləşdirmə çekinin bazar qiymətinə;

C) 5 dövlət özəlləşdirmə çekinin bazar qiymətinə;

D) 2 dövlət özəlləşdirmə çekinin bazar qiymətinə;

E) 6 dövlət özəlləşdirmə çekinin bazar qiymətinə.



90. MDM (Milli Depozit Mərkəzi) özəlləşdirmə opsionları ilə aparılmış əqdlərin qeydiyyatı barədə məlumatı hara təqdim etməlidir?

A) 2 iş günü ərzində QKDK -ə;

B) 3 iş günü ərzində Mərkəzi Banka;

C) 1 iş günü ərzində BBVB –na;

D) İqtisadi İnkişaf Nazirliyinə;

E) Dövlət Əmlak Komitəsinə.



91. Bir özəlləşdirmə opsionu neçə çek almaq hüququ verir?

A) 1;


B) 4;

C) 3;


D) 2;

E) 5.


92. Fyuçers əqdi bağlandığı an alqı – satqı prosesi baş verirmi?

A) alqı – satqı prosesi baş vermir;

B) sövdələşmə qiyməti müəyyənləşir;

C) öhdəlik qəbul edilir;

D) qiymətli kağızların miqdarı müəyyənləşir;

E) hesablaşma şərtləri müəyyənləşdirilir.



93. İpoteka qiymətli kağızının ipoteka müqaviləsindən üstünlüyü nədir? Səhv cavabı göstərin:

A) ipoteka qiymətli kağızı alınıb – satıla bilməz;

B) ipoteka qiymətli kağızı satıla bilər;

C) ipoteka qiymətli kağızı girov qoyula bilər;

D) ipoteka qiymətli kağızı dəyişdirilə bilər;

E) ipoteka qiymətli kağızı alına bilər



94. Beynəlxalq təcrübədə yaşayış sahəsinin alınmasının maliyyələşdirilməsinin hansı modelləri mövcuddur? Səhv cavabı göstərin:

A) Mərkəzi banklar;

B) ipoteka kreditlərinin sekyuritizasiyası;

C) yaşayış – tikinti əmanətləri;

D) universal kommersiya bankları;

E) İxtisaslaşdırılmış ipoteka bankları.



95. Azərbaycan İpoteka Fondu nə vaxt yaradılmışdır?

A) 2005 –ci il 16 sentyabr;

B) 2004 –cü il 14 aprel;

C) 2006 –cı il 30 oktyabr;

D) 2003 –cü il 25 may;

E) 2004 –cü il 06 mart.



96. Azərbaycan İpoteka Fondunun hansı funksiyaları vardır? Səhv cavabı göstərin:

A) AİF əhaliyə birbaşa ipoteka kreditləri verir;

B) yenidən maliyyələşdiyi ipoteka kreditlərinə dair tələbləri müəyyən edir;

C) ipoteka ilə təmin olunmuş qiymətli kağızları emissiya edir;

D) ipoteka kreditlərini yenidən maliyyələşdirir;

E) öz sabitliyini və likvidliyini təmin etmək üçün maliyyə risklərini idarə edir.




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə