Boatmen’s Model Banking Program



Yüklə 60,02 Kb.
Pdf görüntüsü
tarix26.03.2018
ölçüsü60,02 Kb.
#34697


 

 

 



Quş/Pandemik Qripinin Reyestri

 



www.avianfluregistry.org 

 

 

İnsanlarda quş qripi üzrə ümumdünya pasient reyestri

 

 

Kliniki təqdimatın anlayışı, müalicənin nəticələri və sağalma



 

 

 

Sentyabr, 2008 

Ön söz 

 

İnsanlarda  quş  qripi  dünya  üzrə  ictimai  sağlamlıq  üçün  əsas  məsələdir.  Bu  xəstəliyin  minlərlə 



insanın  ölümünə  səbəb  ola  biləcək  və  əvvəllər  baş  verən  pandemiyalara  oxşar  qlobal  qrip 

epidemiyasına  çevrilmək  potensialı  ehtimal  edilir.  Bu  təhlükəyə  ilkin  tibbi  və  elmi  müdafiə 

yaratmaq  üçün  ümumdünya  pasient  reyestri  yaradılmışdır  ki,  bunun  məqsədi  düzgün  və  cari 

informasiya  əsasında  hökumətlərə  və  səhiyyə  mütəxəssislərinə  xəstəlikə  qarşı  mübarizələrində 

yardım  etməkdir.  Reyestrin  tətbiqolunma  mümkünlüyünün,  hesabatlarının  əldəolunması  və 

səmərəliliyini yoxlamaq üçün bir sıra aparıcı ölkələrdə onun birinci mərhələsi başlanılmışdır.

 

Quş/Pandemik  Qripinin  Reyestri  insan  quş  qripinə  yoluxmuş  pasientlərin  simptomları, 



diaqnozları,  müalicələri  və  nəticələri  ilə  bağlı  məlumatı  yeganə  olaraq  toplayan  beynəlxalq, 

onlayn  elmi-tədqiqat  səyidir.  Reyestr  ekspertlər  üçün  imkan  yaradır  ki,  onlar  məlumatları 

qiymətləndirə,  xəstəliyin  yayılması  nəticəsində  yaranan  epidemiologiyanı  və  sağlamlıqa  təsir 

edən nəticələrini anlaya, habelə müxtəlif müdaxilələrin səmərəliliyini qiymətləndirməyə yardım 

göstərə bilsinlər. Məlumatların toplanmasında və təcrübələrin birləşdirilməsində bu əməkdaşlıq 

real  vaxt  ərzində  qruplaşdırılan  hesabatların  pandemik  qripinin  epidemiyasının  qarşısının 

alınmasında yaxud onun azaldılmasında maraqlı olan digər təşkilatlarla yanaşı, məlumatı təqdim 

edənlər  tərəfindən  əvvəlcədən  müəyyən  olunmuş  qaydaya  əsasən  milli  və  beynəlxalq  səhiyyə 

təşkilatları ilə bölüşdürülməsinə imkan yaradır.

 

 



Layihənin təsviri

 

 



Reyestr xəstəliyin müəyyən edilməsində və qarşısının alınmasında marağı olan həm ictimai, həm 

də  özəl  təşkilatların  istifadəsi  və  girişi  olacağı  ictimai  səhiyyə  vasitəsi  kimi  yaradılmışdır  və 

həyata keçirilib. Reyestrin məqsədi pandemik və mühüm səhiyyə fəsadlarına malik olan və çox 

zaman ölümcül, kəskin, ehtimal üzrə tez yoluxucu xəstəlik olan insan quş qripinin klinik kursu 

barədə anlayışı təkmilləşdirməkdir. 

 

Reyestr  quş  qripinin  ştamları  ilə  yoluxması  güman  olunan  pasientlərin  kliniki  təqdimat,  bütün 



müalicələr,  klinik  kurs  və  nəticələri  haqqında  məlumatı  toplayır  (4-cü  səh.  cədvələ  baxın). 

Məlumat  həm  laboratoriyada  təsdiq  edilən  hallar,  habelə  laboratoriyada  təsdiq  olunmamış  quş 

qripinin olmasının güman olunan halların əsasında toplanılır. 

İctimai  səhiyyə  və  yoluxucu  xəstəliklər  üzrə  peşəkarlar  mövcud  qeydlərdən  və  quş  qripinin 

halları  ilə  üzləşə  bilən  tibb  işçilərindən  əldə  edilə  biləcək  pasientlərin  diaqnostik,  kliniki, 

müalicəvi  və  nəticə  məlumatını  aydınlaşdırmaq  və  daxil  etmək  üçün  öz  ölkələrində  çalışırlar. 




 

 

 



Quş/Pandemik Qripinin Reyestri

 



www.avianfluregistry.org 

Bütün  məlumat  müşahidə  çərçivəsində  toplanılır  və  təhlil  edilir.  İnsan  üzərində  heç  bir 

eksperiment  aparılmır  (məs.,  kliniki  sınaqlar  keçirilmir).  Quş  qripi  güman  olunan  bütün  hallar 

reyestrə  daxil  edilə  bilər.  Üstəlik  qeydə  alınmış  serokonversiya  ilə  asimptomatik  qalan  yaxud 

yüngül xəstəlik keçirən pasientlər barədə də məlumat araşdırılır.

 

 



Layihənin mexanizmi

 

 



Məlumat tibb kartlardan məlumatın abstrakt şəkildə şəxsi qeydiyyat formalarına keçirilməsindən 

ibarətdir və bu yeni halların peydə olması ilə əlaqədar real zamanda keçirilir. Layihə iştirakçıları 

bütün  arzulanan  məlumatın  mövcud  olmayacaqını  anlayırlar.  Buna  baxmayaraq  layihə  inkişaf 

etdiyi  vaxtda  o,  həmçinin  tibb  işçilərin  insanlarda  quş  qripi  halları  üzrə  əsas  məlumatın 

müəyyənedilməsi  və  dəqiq  hesabatların  verilməsi  üzrə  bir  instrument  olacaq.  Yeni  halların 

olduqunu  nəzərə  alaraq,  artıq  reyestrə  halları  təqdim  etmiş  ölkələrin  daha  üstün  vəziyyətdə 

olduqları  meydana  gələcək,  ki  səhiyyə  işçiləri  tərəfindən  və  pasientlərin  müalicəsində  iştirak 

edən yerli həkimlər tərəfindən təqdim olunmuş ümumi cari, dəqiq və tam məlumatı alsınlar.

 

Milli tərəfdaş reyestrlər ilə çalışan yoluxma halını təqdim edən şəxslər məlumatı birbaşa İnternet 



məlumat daxiledilməsi portalından daxil edə bilərlər yaxud onlar məlumatı ilk öncə yazılı olan 

şəxsi  qeydiyyat  formalarından  götürülməsini  seçə  bilərlər.  Tamamlanmış  şəxsi  qeydiyyat 

formaları sonradan reyestrə yüklənilir: faksla yaxud birbaşa İnternet vasitəsilə. Məlumat mərkəzi 

reyestrdə  nəzərdən  keçirilir  və  istənilən  məlumat  sorğularına  milli  tərəfdaşlar  ilə  birgə 

hazırlanmış standart əməliyyat prosedurları əsasında baxılır.

 

 



Etik m

əsələlər


 

 

Şəxsi  qeydiyyat  formasından  istifadə  edərək  toplanılan  məlumata  pasientlərin  adları  yaxud 



ünvanları  daxil  edilmir,  lakin  onun  daxilində  müvafiq  demoqrafik  məlumat  mövcuddur. 

Layihənin  məqsədlərindən  biri  məlumatın  dövlət  səhiyyə  qurumlarının  genetik  məlumat 

bazalarına  ümumi  müalicə  və  səhiyyə  məqsədləri  üçün  mümkün  olan  əlaqə  üzrə  kifayət 

olmasıdır.  Lakin  layihə  anlayır  ki,  baş  vermiş  halların  az  olduqunu  nəzərə  aldıqı  ilə  əlaqədar 

olaraq, ola bilər ki, bəzi pasientlər xətta az məlumatın olduqu halda bilinəcəklər - doğurdan da 

bəzi pasientlərin adları adi qazetlərdə çap olunmuşdur. Buna görə də bir neçə etiki məsələyə bu 

reyestrin  həyata  keçirilməsi  zamanı  hər  tərəfdaş  tərəfindən  ayrılıqda  və  sonra  isə  birlikdə 

baxılmalıdır. Bir neçə etiki nəzarətlər keçirilib və bəyənnamələr qəbul edilib.

 

 

Milli mənafe və qlobal əməkdaşlıq



 

 

Milli reyestrlərin öz ölkələrindəki mövcud olan bütün məlumatlara, həmçinin mərkəzi reyestrdən 



qlobal  hallara  birbaşa  girişi  var.  Onlayn  sistem  səhiyyə  nazirliklərinə  və  digər  iştirakçılara 

müalicənin  başlanma  vaxtı,  dozanın  müəyyənləşdirilməsi,  istifadə  müddəti  və  sağalma  kimi 

amillər  də  daxil  olmaqla  istifadə  olunan  müalicələr  barədə  mövcud  informasiyaya  öz 

ölkələrindən  birbaşa  giriş  imkanını  yaradır.  Həmçinin  həmkar  ölkələrin  səlahiyyətli 

nümayəndələri quş qripi ilə bağlı qlobal tendensiyaları və inkişaf proseslərini qiymətləndirmək 

üçün mərkəzi reyestrə giriş əldə edəcəklər.

 



 

 

 



Quş/Pandemik Qripinin Reyestri

 



www.avianfluregistry.org 

Məlumatın bütövlüyünü qorumaq, habelə pasientlərin və milli məxfi məlumatların məxfiliyinin 

pozulmamasını  təmin  etmək  üçün  güclü  məlumat  mühafizəsi  və  təhlükəsizlik  tədbirləri 

hazırlanmışdır.  Məlumatın  toplanılması  bu  sahədə  xüsusi  proqram  təlimi  keçmiş  milli 

əməkdaşlar  tərəfindən  həyata  keçirilir.  İlkin  mərhələdə  məlumat  ingilis  dilində  toplanılıb  və 

saxlanılacaq.  Reyestr  inkişaf  etdikcə  məlumatın  digər  əsas  beynəlxalq  dillərdə  toplanılmasını 

(məsələn,  malay,  tay,  vyetnam,  rus,  çin,  ərəb,  türk,  ispan,  fransız  və  s.)  asanlaşdırmaq  üçün 

interfeyslər yaradıla bilər.

 

 

Mərkəzi reyestr



 

 

Mərkəzi  reyestr  Tamiflu-nun  istehsalçısı  olan  Hoffmann-La  Roche-in  maliyyə  dəstəyi  ilə 



Massaçusets  ştatının  Kembric  və  İsveçrənin  Morj  şəhərlərində  ofisləri  yerləşən  müstəqil 

qurum  olan  Outcome  Sciences,  Inc.  tərəfindən  yaradılmışdır.  Layihə  Ümümdünya  Səhiyyə 

Təşkilatı daxil olmaqla bir çox agentliklərlə müzakirə olunmuş və çoxsaylı mütəxəssislərin 

xidmətindən yararlanmışdır. 

Mərkəzi  reyestrin  rolu  milli  reyestrlarının  hazırlanması  və  inkişafına  kömək  etməkdən,  ümumi 

məqsədlərin  və  standart  əməliyyat  prosedurların  hazırlanmasında,  müxtəlif  ölkələrdə  məlumatı 

daxil  edən  şəxslərin  ilkin  təlimatlarına  kömək  edilməsindən  və  reyestrdə  saxlanılan  məlumatın 

təhlükəsizliyini, bütövlüyünü və davam edən doğruluqunun təminedilməsindən ibarətdir. Reyestr 

maliyyə  sponsorları  daxil  olmaqla  əməkdaşların  hüquqlarını  və  rollarını  təsis  edən  formal 

idarəçilik əsasında hazırlanılıb və istifadə olunur. Reyestrin strukturu və prosedurları müşahidə 

reyestrlərinin keyfiyyətini təmin edən təsis olunmuş bələdçisi ilə uyğundurlar.

 

 

 



Yekun 

 

Quş/Pandemik  Qripinin Reyestri  faktiki  diaqnoz və  müalicəsi  keçirilən  insanlarda  quş  qripinin 



hallarının sayının və bu halların nəticələrini nəzərə alan beynəlxalq müşahedici tədqiqatdır. Bu 

layihə  milli  səhiyyə  qurumları  və  səhiyyə  assosiyasiyalarının  birgə  tədqiqatı  kimi  hazırlanılıb. 

Layihə  beynəlxalq  elmi  və  tibb  cəmiyyətlərin  quş  qripinin  kliniki  təqdimatının  və  cari 

müalicələrin effektivliyinin daha da çox anlamaları üçün diqqət mərkəzini yaradacaq.

 

Tədqiqat heç bir xüsusi diaqnostik yaxud müalicəvi metodu tövsiyyə etmir, lakin ümidavarıq ki, 



toplanılan  məlumat  milli  və  dövlət  səhiyyə  orqanları  üçün  quş  qripinə  aid  diaqnostik  və 

müalicəvi  qərarların  verilməsində  səmərəli  olacaq.  Bundan  əlavə  bu  məlumat  resursların 

təxsisatında  gərəkli  ola  bilər  və  pandemiyanın  peydə  olunduqu  halda  tipik  və  atipik  pasient 

təqdimatı  və  müalicə  effektivliyinin  dəyişən  xüsusiyyətlərinin  təyin  edilməsi  üçün  vacib, 

beynəlxalq mərkəzləşdirilmiş məlumat resursu kimi istifadə ediləcək. 

 

 

 

 

 



 

 

 



Quş/Pandemik Qripinin Reyestri

 



www.avianfluregistry.org 

 

 


 

 

 



Quş/Pandemik Qripinin Reyestri

 



www.avianfluregistry.org 

Cədvəl: Məlumat toplanılması üzrə ümumi məlumat 

İlkin təqdimat, kliniki kurs, müalicə, nəticə

 

 

Məlumatın mövcudluqundan asılı olaraq məlumat altı formada toplanılır: 



 

 

ƏSAS FORMA: Halların ümumi və mütəmadi sənədləşdirilən məlumat üçün əsas hesablanması

 

 

 



DƏRMANLAR FORMASI: Müalicə yaxud profilaktika üçün verilən bütün dərmanlar ürzə 

ətraflı məlumata doza, təkrarlama, müddət və müalicənin nəticəsi informasiya daxildir

 

 

 



VİRUS YOXLANIŞI FORMASI: Virus yoxlanışı üzrə nəticələr və əvvəlki qrip 

vaksinasiyaların tarixi

 

 

 



LABORATORİYA YOXLANIŞI FORMASI: Keçirilmiş laboratoriya yoxlanışının nəticələri 

 

 



 

GENİŞ FORMA:

 

Geniş simptomlar və klinik kurs daxil olmaqla daha ətraflı məlumat

 

 

 



SİMPTOM RESİDİVİ:

 

Sağalan lakin simptomların residivini hiss edən pasientlər üçün təkrar 

mediki toqquşmalar üçün istifadə olunur. Əsas/geniş formaların məzmununa oxşardır.

 

 



 

 

 



ƏSAS 

GENİŞ 

HALIN

 

HESABATI

 

ÜZRƏ

 

QAYNAQ 

Adı 


Peşəsi 

Əlaqə məlumatı 

Qaynaq növü 

ƏVVƏL MÖVCUD OLAN TİBBİ ŞƏRTLƏR 

Respirator 

İmmun çatışmamazlıqı 

Nevroloji xəstəlik 

Hamiləlik 

Böyrək çatışmamazlıqı, kongestiv ürək 

çatışmamazlıqı 

DEMOQRAFİYA 

Yaş 


Çəki 

Cins 


Ərazi 

Təqdimat yeri (klinik, ilkin tibbi yardım məntəqəsi 

və s.) 

SPESİFİK SİMPTOM TƏFSİLATLARI 

Qızdırma 

Yuxarı respirator traktı  

Mədə-bağırsaq  

Nevroloji yaxud psixiatrik 

Digər işarələr və simptomlar 

 

MÜVAFİQ

 

KONTAKT 

Həftə ərzində kontaktın növü və tarixi 

İstehlak, idarəedilmə, insan, laborator nümunə 

KLİNIKİ KURS 

Qospitalizasiya 

Orqanın çalışmaması 

Sepsis 


Pnevmoniya/pulmonar infiltratlar 

Böyrək disfunksiyası/çatışmamazlıqı 



QRİP  SİMPTOMLARI 

Ümumi simptomun başlanğıc tarixi 

Təqdimatda üstün tutulan simptom növü 

HALIN

 

ÜMUMİ

 

QİYMƏTLƏNDİRİLMƏSİ 

Laboratoriya təsdiqi/mümkün/qeyri-mümkün 

 

ANORMAL ENZİM SƏVİYYƏLƏRİ 

ALT/ALAT 

LDH 

Digər qaraciyər funksiyası  



Ümumi KFK 

 

PASİENTİN NƏTİCƏSİ 

Alternativ diaqnoz (qeyri-düzgün diaqnoz) 

Əsas fəsadlar yaxud onlarsız sağaldı 

Ölüm 


Bilinməyən bir nəticə  

 



 

 

 



Quş/Pandemik Qripinin Reyestri

 



www.avianfluregistry.org 

DƏRMANLAR VƏ OKSİGEN İSTİFADƏSİ 

VİRUS YOXLANIŞI 

ANTİVİRUS PREPARATLARI 

Tip/Məqsəd/Doza/Təkrarlama/Başlanğıc 

tarixi/Dayadırma tarixi/Mənfi reaksiya/Müalicə 

nəticəsi 



ANTİBIOTİKLAR 

Tip/Məqsəd/Doza/Təkrarlama/Başlanğıc 

tarixi/Dayadırma tarixi/Mənfi reaksiya/Müalicə 

nəticəsi 



ANTİPİRETİKLƏR/NSAID (İQQSP) 

Tip/Məqsəd/Doza/Təkrarlama/Başlanğıc 

tarixi/Dayadırma tarixi/Mənfi reaksiya/Müalicə 

nəticəsi 



KORTİKOSTEROİDLƏR 

Tip/Məqsəd/Doza/Təkrarlama/Başlanğıc 

tarixi/Dayadırma tarixi/Mənfi reaksiya/Müalicə 

nəticəsi 



DİGƏR

 

RESEPT 

Tip/Məqsəd/Doza/Təkrarlama/Başlanğıc 

tarixi/Dayadırma tarixi/Mənfi reaksiya/Müalicə 

nəticəsi 



OKSİGENDƏN İSTİFADƏ 

Əlavə oksigen 

İnvaziv mexaniki ventilyasiya 

Qeyri-invaziv mexaniki ventilyasiya 

 

VİRUS YOXLANIŞI  

Qripin laborator nəticələri: test növü, tarixi, 

keçirildiyi yer 

Virus altnövü 

Virus genotipi 

Neuraminidaz mutasiyalarının mövcudluqu 

Virus yükü 

Fenotipik xəssaslıqı testi  



İLKİN QRİP VAKSİNASİYALARI 

Keçən il qrip vaksinasının qəbulu 

Vaksinasiya tarixi 

Vaksin məhsulunun adı  



 

LABORATOR YOXLANIŞI 

 

 

Qaraciyər funksiyası  

Böyrək funksiyası 

Hemoqram  

Elektrolitlər 

Arteriya qan qazları 

Kəskin faza proteinləri  

Digər  


 

 

 



 

 

 



 

Ətraflı məlumat üçün əlaqə: 

 

Doktor Nensi A. Dreyer 

Layihə Direktoru 

Outcome Sciences, Inc.  

Tel.: +1 617 715 6810 

Elektron poçt: 

Ndreyer@outcome.com

 

Skype: nadreyer 

 

 

www.avianfluregistry.org 

 

Yüklə 60,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə