Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri



Yüklə 1,44 Mb.
səhifə1/15
tarix06.05.2018
ölçüsü1,44 Mb.
#41653
növüСправочник
  1   2   3   4   5   6   7   8   9   ...   15

Şüa terapiyası

Bölmə 1. Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri
1) Sümük şişlərinin xoş xassəli formalarında hansı müalicə metoduna üstünlük verilir?
A) Şüa terapiyası

B) Hormonal terapiya

C) Cərrahi

D) Fizioterapiya

E) Kimyaterapiya
Ədəbiyyat: А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
2) Əzələ toxunmasından inkişaf edən bəd xassəli şişlərə aid olan hansıdır?
A) Hemangiendotelioma

B) Fibromioma

C) Rabdomiosarkoma

D) Fibrosarkoma

E) Leyomioma
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
3) Limfa damarlarından inkişaf edən xoş xassəli şiş hansıdır?
A) limfaqranulomatoz

B) limfoleykoz

C) limfadenit

D) limfostaz

E) limfaangioma
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
4) Aşağıdakılardan hansı damar mənşəli xoş xassəli şişlərə aiddir?
A) Kelloid

B) Neyrofibroma

C) Rabdomioma

D) Angiosarkoma

E) Hemangioma
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
5) Aşağıdakılardan hansı burun - udlağın epitelial mənşəli xoş xassəli şişidir?
A) Angiosarkoma

B) Yastıhüceyrəli xərçəng

C) Adenokarsinoma

D) Differensasiya olunmayan xərçəng

E) Yastıhüceyrəli papilloma
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 322с.
6) Alt dodağın xərçənginin hansı histoloji forması daha çox rast gəlinir?
A) Adenokarsinoma

B) Yastı hüceyrəli

C) Limfangiosarkoma

D) Rabdomiosarkoma

E) Fibrosarkoma
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 144с.
7) Qırtlaq xərçənginin histoloji olaraq hansı variantı daha çox rast gəlinir?
A) Fibrosarkoma

B) Yastı hüceyrəli karsinoma

C) Adenokistoz karsinoma

D) Adenokarsinoma

E) Xondrosarkoma
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 347с.
8) Sümük sarkomaları ən çox hansı orqanlara metastaz verir?
A) Yumşaq toxumalar

B) Dalaq


C) Ağciyər

D) Böyrək

E) Dəri
Ədəbiyyat: М. Х. Шугабейкер, М. М. Малауэр « Хирургия мягких тканей и костей », Москва, Медицина, 1996, 440 с.
9) Aşağıdakılardan hansı dərinin ən çox rast gəlinən və şüa müalicəsinə məruz qalan bəd xassəli şişidir?
A) hidradenit

B) bəd xassəli melanoma

C) bazal hüceyrəli karsinoma

D) dərinin merkel xərçəngi

E) adenokarsinoma
Ədəbiyyat: İşçimen A, Engin B. Melanom dışı deri kanserleri. Dermatose
10) Aşağıdakılardan hansı üsul süd vəzisi şişlərinin diaqnostikasına aid deyil?
A) Mammoqrafiya

B) Morfoloji müayinə

C) Nüvə maqnit rezonansı

D) Ultrasəs müayinəsi

E) Angioqrafiya
Ədəbiyyat: C. Ə. Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi" , Bakı, Elm, 1993, 120s.
11) Süd vəzisi xərçənginin reseptor statusu aşağıdakı hansı üsulla daha dəqiq müəyyən edilir?
A) Radionuklid

B) Biokimyəvi

C) İmmunobioloji

D) İmmunohistokimyəvi

E) Bakterioloji
Ədəbiyyat: Первичные опухоли молочной железы, под редакцией В. П. Летягина, Москва, 2004, с. 332
12) Aşağıdakı hansı variantda ağız boşluğunun bəd xassəli şişlərinin ən çox rast gəlinən histoloji forması göstərilmişdir?
A) Limfoid

B) Neyron

C) Epitelial

D) Damar


E) Birləşdirici toxuma
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
13) Aşağıdakı hansı xəstəlik obliqat xərçəngönü xəstəliklərə aiddir?
A) Hiperplastik polip

B) Qeyri - spesifik xoralı kolit

C) Kron xəstəliyi

D) Babasil

E) Yoğun bağırsağın ailəvi diffuz polipozu
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996

Bölmə 2. Teoretik və təcrübi onkologiyanın əsasları.

14) Mədə xərçəngi zamanı “Virxov metastazı” necə anlaşılır?
A) Uzaq ortoqrad limfogen metastaz kimi

B) İmplantasion metastaz kimi

C) Uzaq hematogen metastaz kimi

D) Uzaq retroqrad limfogen metastaz kimi

E) Regionar limfogen metastaz kimi
Ədəbiyyat: Ганцев Ш. Х. «Онкология» - Москва, 2004, 516 s
15) Menetriye xəstəliyi necə anlaşılır?
A) Nəhəng xroniki hipertrofik qastrit

B) Mədənini polipozu

C) Mədənini xroniki xorası

D) Xroniki atrofik qastrit

E) Hiperasid qastrit
Ədəbiyyat: Əmiraslanov Ə. T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
16) Aşağıdakılardan hansı prostat vəzin xərçəngi diaqnozunun dəqiq qoyulmasında ən mühümdür?
A) Xarici cinsiyyət orqanların palpasiyası

B) USM


C) Sistoskopiya

D) Prostat vəzin biopsiyası

E) Prostat vəzin palpasiyası
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
17) Uşaqlarda ən çox rast gəlinən böyrək şişi hansıdır?
A) Vilms şişi

B) Böyrəyin lipoması

C) Böyrəyin renal - hüceyrəli xərçəngi

D) Hipernefroma

E) Böyrəyin sarkoması
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
18) Feoxromositoma zamanı şiş harada yerləşir?
A) Topuqda

B) Böyrəkdə

C) Böyrəküstü vəzlərdə

D) Baş beyində

E) Hipofizdə
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
19) Aşağıdakı hansı bioloji aktiv substansiyanın səviyyəsi prostat vəzin xərçəngində əsas proqnostik amil sayılır?
A) CEA

B) PSA


C) CA - 125

D) Kreatinin

E) Testosteron
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
20) Göbələyəbənzər mikoz aşağıda qeyd olunan hansı qrup xəstəliklərə aid edilir?
A) Dərinin göbələk xəstəliklərinə

B) Dəri limfomalarına

C) QİÇS assossasiya olunan xəstəliyə

D) Retroviruslara

E) Dəri xərçənginə
Ədəbiyyat: Руководство по гематологии А. И. Воробьев; Клиническая Онкогематология М. А. Волкова;
21) Dərinin yastı epitel hüceyrəli karsinoması ilk növbədə haraya metastaz verir?
A) beyinə

B) böyrəyə

C) ağciyərə

D) qaraciyərə

E) regionar limfa düyünlərinə
Ədəbiyyat: Eide MJ, Weinstock MA, Epidemiology of skin cancer. Cancer of the Skin. Rigel DS, Friedman RJ, Dzubow LM et al. Elsevier, Philadelphia. 2005: 47 - 61.
22) Hansı dəri törəməsi bəd xassəli olduğu halda klinik olaraq əksər hallarda xoş xassəli davranır və çox nadir metastaz verir?
A) adenokarsinoma

B) melanoma

C) bazal hüceyrəli karsinoma

D) lipoma

E) squamoz hüceyrəli karsinoma
Ədəbiyyat: Naldi L, DiLandro A, D'Avanzo B, Parazzini F. Host - related and environmental risk factors for cutaneous basal cell carcinoma: Evidence from an Italian case - control study. J Am Acad Dermatol
23) Aşağıdakılardan hansı variantda bəd xassəli melanomanın təsnifat sistemləri yazılmışdır?
A) Katteral, Şatzki

B) Hawkings, Qlaskow

C) Papa Nikolau

D) Breslow, Klark

E) Antoni, MC Quenn
Ədəbiyyat: Langley R G, Barnhill RL, Mihm MC, Fitzpatrick TB, Sober AJ : Neoplasms : Cutaneous melanoma. Freedberg IM, Eizen AZ, Wolf K, Austen KF Goldsmith LA, Katz SI, Fitzpatrick TB. Dermatology in general Medicine. 5. Baskı. New York,
24) Osteogen sarkomanın radikal müalicə metodu hansıdır?
A) Lazer terapiyası, cərrahiyyə, kriyoterapiya

B) Cərrahi, kimyaterapiya, şüa terapiyası

C) Krioterapiya, şüa terapiyası, kemoterapiya

D) Məlhəmlərlə applikasiya, lazer terapiyası, şüa terapiyası

E) Şüa terapiyası, lazer terapiyası, immunoterapiya
Ədəbiyyat: А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
25) Aşağıdakılardan hansı sümüklərin xoş xassəli şişlərinə aiddir?
A) Xondroblastoma

B) Osteoma

C) Yuinq xəstəliyi

D) Parosteal osteosarkoma

E) Osteogen sarkoma
Ədəbiyyat: А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
26) Xoş xassəli yumşaq toxuma şişlərinin müalicəsi hansı üsulla aparılır?
A) Cərrahi

B) Məlhəmlərlə

C) Şüa terapiyası

D) Kimyaterapevtik

E) Fizioterapevtik
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
27) Şüa müalicəsi aparılması planlaşdırılan xəstədə haymor boşluğunun xərçənginin orbitaya sirayət etməsini aşağıdakı hansı müayinə metodu ilə daha dəqiq müəyyənləşdirmək olar?
A) Kompüter tomoqrafiya və maqnit - rezonans tomoqrafiya

B) İrriqoskopiya

C) Fibrobronxoskopiya

D) Bronxoskopiya

E) Rinoskopiya
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 305с.
28) Diffuz mastopatiyalar zamanı hansı müalicə aparılır?
A) Krioterapiya

B) Cərrahi

C) Konservativ (dərman)

D) Şüa


E) Kimyaterapiya
Ədəbiyyat: Л. Н. Сидоренко, «Мастопатия», Ленинград, Медицина, 1979, 258 с.
29) Süd vəzisi xərçənginin şüa müalicəsi zamanı proqnoza təsir etməyən amil hansıdır?
A) Xəstəliyin müddəti

B) Şişin ölçüləri

C) Şişin lokalizasiyası

D) Limfa düyünlərində metastaz

E) Anamnezdə mastitin olması
Ədəbiyyat: Первичные опухоли молочной железы, под редакцией В. П. Летягина, Москва, 2004, с. 332
30) Aşağıdakılardan hansı süd vəzisi xərçənginin irsiyyət daşıyıcı genlərinə aiddir?
A) BRCA (1 və 2)

B) P 53


C) PMS

D) VEGF


E) MLH (1 və 2)
Ədəbiyyat: Первичные опухоли молочной железы, под редакцией В. П. Летягина, Москва, 2004, с. 332
31) Süd vəzisi xərçənginin radikal şüa müalicəsindən sonra skelet sümüklərində metastazı müəyyən etmək üçün hansı müalicə metodu daha əlverişlidir?
A) Radionuklid

B) Rentgenoloji

C) KT

D) USM


E) NMRT
Ədəbiyyat: Клиническая маммология, под редакцией Е. Б. Камповой - Полевой, С. С. Чистяковой, ГЕОТАР - Медиа, 2006, Москва, 512 с
32) Süd vəzisi xərçəngi olan xəstələrdə “adyuvant müalicə” dedikdə nə nəzərdə tutulur?
A) Operasiya zamanı hormonterapiya

B) Operasiya zamanı kimyaterapiya

C) Operasiya zamanı şüa terapiya

D) Operasiyadan öncə hormonterapiya

E) Operasidan sonra şüa və ya kimyaterapiya
Ədəbiyyat: C. Ə. Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
33) Uşaqlıq boynu xərçənginin ən çox rast gəlinən morfoloji forması hansıdır?
A) Adenokarsinoma

B) Sarkoma

C) Angioskleroma

D) Açıq hüceyrəli xərçəng

E) Yastıhüceyrəli xərçəng
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 874
34) Aşağıdakı hansı sırada böyrək xərçənginin ən çox metastaz verdiyi orqanlar düzgün göstərilmişdir?
A) Peritonarxası limfa düyünlər və yumurtalıqlar

B) Plevra və qara ciyər

C) Yumşaq toxuma və xayalar

D) Sümüklər və ağ ciyər

E) Qara ciyər və dalaq
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
35) İnsan papilloma virusu aşağıdakı hansı xəstəliyin yaranmasına səbəb ola bilər?
A) Yumurtalıq xərçəngi

B) Uşaqlıq boynu xərçəngi

C) Reklinhauzen xəstəliyi

D) Qaraciyər xərçəngi

E) Vilms şişi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 874

Bölmə 3. Bədxassəli şişlərin müalicəsinin ümumi prinsipləri

36) " Radiation Therapy Oncology Group " yazılışı hansı variantda düzgün göstərilmişdir?
A) RT

B) RTOG


C) RAİ

D) PUVA


E) RCC
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 6
37) Primitive neuroectotermal tumor-un beynəlxalq ədəbiyyatda yazılışı hansı variantda düzgün göstərilmişdir?
A) PTV

B) PS


C) PR

D) PNET


E) PET
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 6
38) Aşağıdakı hansı xəstəliyin I və II mərhələsində cərrahi və şüa müalicələrinin effektivliyi eynidir?
A) Xroniki limfoleykoz

B) Hockin limfoması

C) Qeyri Hockin limfoması

D) Xroniki mieloleykoz

E) Alt dodaq qırmızı haşiyəsi xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 126
39) Ağız boşluğu orqanlarının bəd xassəli şişlərinin morfoloji strukturunu 90 - 95% halda hansı şişlər təşkil edir?
A) Yastı epitel xərçəngi

B) Limfomalar

C) PNET şişi

D) Adenokarsinoma

E) Limfoepitelyoma ( Şminke şişi)
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 127
40) Ağız dibi xərçəngi olan xəstədə regionar zonalarla birlikdə şüa müalicəsi aparıldıqdan sonra şüanın kiçildilmiş sahədən yalnız şişin özünə verilməsini aşağıdakılardan hansı doğru ifadə edir?
A) Boost

B) EORTG


C) PUVA

D) Tost


E) GecESTRO
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 132
41) Aşağıdakılardan hansı ağız dibi xərçənginin şüa müalicəsi zamanı ən qorxulu ağırlaşma hesab olunur?
A) Ginqivit

B) Faringit

C) Osteoradionekroz

D) Qlossit

E) Xserostomiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 176
42) Yoğun bağırsağın irriqoskopiyası zamanı aşağıdakı hansı maddədən kontrast kimi istifadə olunur?
A) hidrogen xlorid

B) barium sulfat

C) kalium yod

D) kalium permanqanat

E) hidrogen peroksid
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 421
43) Qida borusu xərçənginin diaqnostikasında aşağıda göstərilmiş hansı müayinə metodları daha informativdir?
A) rentgenoqrafiya, MRT, USM

B) endoskopiya, KT, USM

C) USM, radioizotop diaqnostika

D) kontrastlı rentgenoskopiya, kontrastlı KT, endoskopiya

E) kontrastlı rentgenoskopiya, endoskopiya, USM
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 322
44) Maqnit - rezonans tomoqrafiyasının işi hansı atomun daxilindəki protonlara əsasən qurulub?
A) oksigen atomlarının

B) hidrogen atomlarının

C) azot atomlarının

D) karbon atomlarının

E) kükürd atomlarının
Ədəbiyyat: B. Ə. Baxşiyev “Şüa diaqnostikası və şüa terapiyası” Bakı 2012 səh 62
45) Aşağıdakılardan hansılar ultrasəs müayinəsinin metodlarına aiddir?
A) doppleroqrafiya, limfoqrafiya, sonoqrafiya

B) pnevmoqrafiya, exoqrafiya, tomoqrafiya

C) exoqrafiya, sonoqrafiya, doppleroqrafiya

D) pnevmoqrafiya, mammoqrafiya

E) exoqrafiya, kompyuter tomoqrafiya, sonoqrafiya
Ədəbiyyat: B. Ə. Baxşiyev “Şüa diaqnostikası və şüa terapiyası” Bakı 2012 səh 62
46) Aşağıdakılardan hansı kütləvi surətdə əhali arasında aparılan ağciyər xərçənginin profilaktik rentgenoloji müayinə üsuludur?
A) MRT

B) Rentgenoqrafiya

C) Pnevmoqrafiya

D) Flüoroqrafiya

E) KT
Ədəbiyyat: B. Ə. Baxşiyev “Şüa diaqnostikası və şüa terapiyası” Bakı 2012 səh 162
47) CT - də alınan təsvirin intensivliyini təyin etmək üçün nədən istifadə olunur?
A) Anqstremlərdən

B) Xaunsfild şkalasından

C) Kulon diapazonundan

D) Qrey şkalasından

E) Mikronlardan
Ədəbiyyat: B. Ə. Baxşiyev “Şüa diaqnostikası və şüa terapiyası” Bakı 2012 səh 162
48) Prostat vəzin bəd xassəli şişlərinin əsas patogenez amili hansıdır?
A) Düzgün cavab yoxdur

B) Qaraciyərin funksiyasının zəifləməsi

C) Qonadaların birincili zədələnməsi

D) Böyrəküstü vəzin zədələnməsi

E) Hiperandrogenemiya
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
49) Sidik kisəsinin bəd xassəli şişləri arasında ən çox təsadüf edilən şişlər hansıdır?
A) Epitelial

B) Teratoma

C) Əzələdən inkişaf edən

D) Düz cavab yoxdur

E) Sarkomalar
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
50) Dəri xərçənginə transformasiya ola bilən xoş xassəli dəri xəstəliyi hansıdır?
A) aktinik keratoz

B) çapıq toxuması

C) xroniki yaralar və fistula ağızları

D) bütün variantlar doğrudur

E) leykoplakiya
Ədəbiyyat: Eide MJ, Weinstock MA, Epidemiology of skin cancer. Cancer of the Skin. Rigel DS, Friedman RJ, Dzubow LM et al. Elsevier, Philadelphia. 2005: 47 - 61.
51) Aşağıda yazılanlardan hansı dəridə bəd xassəli şişlərin meydana gəlmə riskini artırır?
A) meyvə və tərəvəz

B) günəş şüaları

C) mineral suların qəbulu

D) çox çay içmək

E) alkaqolizm
Ədəbiyyat: Naldi L, DiLandro A, D'Avanzo B, Parazzini F. Host - related and environmental risk factors for cutaneous basal cell carcinoma: Evidence from an Italian case - control study. J Am Acad Dermatol
52) Sarkoma nədir?
A) germ hüceyrəsindən inkişaf edən bəd xassəli törəmədir

B) mezenximal mənşəli xoş xassəli törəmədir

C) mezenximal mənşəli bəd xassəli törəmədir

D) epitelil mənşəli bəd xassəli törəmədir

E) epitelial mənşəli xoş xassəli törəmədir
Ədəbiyyat: Doç. Dr. Nilgün Kapucuoğlu BENİGN VE MALİGN TÜMÖRLERİN ÖZELLİKLERİ
53) Aşağıdakı xəstəliklərdən hansında qanda qalıq azot və kreatinin adətən artar?
A) Osteosarkoma

B) Renal tumorlar

C) Yuinq sarkoması

D) Metastatik xəstəliklər

E) Limfoma
Ədəbiyyat: Campbell”s Operative Orthopaedics, I cild, X nəşr, səh. 735.
54) Yuinq sarkoması (PNET) zamanı hansı müalicə metodu daha effektivdir?
A) Lazer cərrahiyyası

B) Cərrahi müalicə

C) Hormonoterapiya

D) Polikimyaterapiya və şüa terapiyası

E) Şüa terapiyası
Ədəbiyyat: А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
55) Aşağıdakılardan hansı damar mənşəli bəd xassəli şişlərə aiddir?
A) Bəd xassəli hemangioperisitoma

B) Fibrosarkoma

C) Liposarkoma

D) Limfosarkoma

E) Şvannoma
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
56) Alt dodağın qırmızı haşiyəsi xərçənginin regionar metastazında şüa müalicəsi nə kimi istifadə olunur?
A) Sərbəst radikal metod kimi, kombinəolunmuş müalicənin etapı kimi

B) Palliativ metod kimi

C) Sərbəst radikal metod kimi

D) Kombinəolunmuş müalicənin etapı kimi

E) Kombinəolunmuş müalicənin etapı kimi, palliativ metod kimi
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 136с.
57) Kəskin limfoblast leykoz zamanı baş beyinə profilaktik şüa müalicəsi aparılması məqsədi ilə edilən KT simulyasiyada slaysları neçə mm - dən bir çəkmək lazımdır?
A) 35

B) 25


C) 40

D) 3


E) 43
Ədəbiyyat: Perez and all. Raioteraphy 2012
58) Endometriya xərçənginin ən çox rast gəlinən morfoloji forması hansıdır?
A) Vəzli – yastıhüceyrəli xərçəng

B) Qeyri – differensasiyalı xərçəng

C) Yastıhüceyrəli xərçəng

D) Açıq hüceyrəli adenokarsinoma

E) Adenokarsinoma
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 874
59) TNM təsnifatında histoloji differensasiyanı göstərmək üçün aşağıdakı hansı simvol istifadə olunur?
A) Z

B) G


C) Y

D) R


E) C
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
60) Aşağıdakılardan hansı kanserogenliyə malikdir?
A) İonlaşdırıcı şüalar

B) E vitamini

C) D vitamini

D) B vitamini

E) A vitamini
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996

Bölmə 4. Şüa terapiyası

61) Onkologiyada radioterapiya hansı şüaların köməyi ilə aparılır?
A) Radiodalğaların

B) Görülən işıq

C) İnfraqırmızı istilik

D) İonlaşdırıcı şüaların

E) Ultrabənövşəyi
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.10
62) Foton və ya kvant şüalanması təbiətcə necə şüalardır?
A) Atomu təşkil edən müsbət yüklü hissəciklərdir

B) Heç bir elektrik yükü olmayan elektromaqnit dalğasıdır

C) Atomu təşkil edən müsbət və ya mənfi yüklü və ya yüksüz olmaqla sakit vəziyyətdə müəyyən kütləyə malik axındır

D) Yüklü elektromaqnit dalğasıdır

E) Atomu təşkil edən hissəciklərin axınıdır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.11
63) Korpuskulyar şüalar necə şüalardır?
A) Atomu təşkil edən müsbət və ya mənfi yüklü və ya yüksüz olmaqla sakit vəziyyətdə müəyyən kütləyə malik hissəciklərin axınıdır

B) Müsbət yüklü kütləsiz hissəciklərdir

C) Yüklü elektromaqnit dalğasıdır

D) Heç bir elektrik yükü olmayan elektromaqnit dalğasıdır

E) Mənfi yüklü kütləsiz hissəciklərdir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.11-12
64) İonlaşdırıcı şüalanmanın udulma dozasının vahidi nədir?
A) Kulon/kiloqram

B) Rentgen

C) Bekkerel

D) Qrey


E) Rentgen/saniyə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.13-15
65) Kvant və korpuskulyar təbiətli şüalarin təsirindən kütlədə ilk növbədə nə baş verir?
A) Atom və molekullarda həyəcanlanma və ionlaşma

B) Atomun sıxılması

C) Partlayış

D) Oksidləşmə

E) Nüvədə partlayış
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.18-23
66) Sərbəst radikallar nədir?
A) Tərkibində hidrogen, bor, litium olan stabil maddələr

B) Atom nüvələrin parçalanması və yüksək intensivlikli proton axını

C) Hüceyrə orqanellalarında həll olmuş su molekulları

D) Zülallarda stabil SH-qrupları, dezoksirubenuklərin turşularında timin, xromofor qrupları

E) İonlaşdırıcı şüaların bioloji makromalekullara təsiri nəticəsində molekullardan elektronların çıxarılması nəticəsində mənfi və müsbət yük daşıyan və kimyəvi reaksiyalar üçün olduqca həssas olan sərbəst radikallar-ionlar yaranır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.25-29


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə