BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə1/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
  1   2   3   4   5   6   7   8   9   ...   120


 
 
 
 
 


 


MÜNDƏRİCAT 
ÖN SÖZ ........................................................................................... 4 
I
 
BÖLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər ......... 6 
II
 
BÖLÜM. Almaniya ................................................................. 68 
III
 
BÖLÜM. Böyük Britaniya .................................................. 106 
IV
 
BÖLÜM. Fransa .................................................................  144 
V
 
BÖLÜM. Amerika Birləşmiş Ştatları .................................. 172 
VI
 
BÖLÜM. İtaliya ................................................................... 210 
VII
 
BÖLÜM. İspaniya .............................................................. 230 
VIII
 
BÖLÜM. Avstriya ............................................................ 256 
IX
 
BÖLÜM. Macarıstan......................................................... 272 
X
 
BÖLÜM. Rumıniya ............................................................. 286 
XI
 
BÖLÜM. Kanada ................................................................. 298 
XII
 
BÖLÜM. Argentina............................................................ 308 
XIII
 
BÖLÜM. Braziliya............................................................ 316 
XIV
 
BÖLÜM. Meksika ............................................................ 324 
XV
 
BÖLÜM. İkinci dünya müharibəsi ................................... 334 
İstifadə edilmiş mənbə və ədəbiyyat ........................................ 369 


ÖN SÖZ 
HörmətH  oxucu,  dövlət  müstəqilliyi  bərpa  edildikdən  sonra 
ölkəmizdə  ilk  dəfə  olaraq  ana  dilimizdə  ali  məktəb  tələbələri  üçün 
yazdmış  '‘Avropa  və  Amerika  ölkələrinin  müasir  tarixi.  I  hissə 
(1918-1945-ci illər)" dərsliyi artıq qarşınızdadır. Məlum olduğu kimi, 
indiyədək  Azərbaycan  dilində  belə  dərslik  olmadığından  yabançı 
ideoloji  prinsiplər  və  sinfi  mübarizə  baxımından  rus  dilində  yanlış, 
bəzən  də  məqsədli  şəkildə  saxtalaşdırılaraq  yazılmış  kitablardan 
istifadə  edən  tələbələrimiz  Avropa  və  Amerika  ölkələrinin  obyektiv 
müasir  tarixini  və  bu  tarixə  dair  Azərbaycan  elminin  nə  olduğunu 
bilməkdə  çətinlik  çəkirdilər.  Bunun  isə  milli  təhsil  konsepsiyamıza 
zidd  olduğu  kimsədə  şübhə  doğurmamalıdır.  Ona  görə  də  dərsliyin 
yazılması  təhsil  sistemimizin  ehtiyaclarından,  Avropa  və  Amerika 
ölkələrinin  müasir  tarixini  olduğu  kimi  öyrətmək  zərurətindən  irəli 
gəlmişdir. 
Dərs  kitabı  ölkəmizin  ali  məktəbləri  üçün  bu  sətirlərin 
müəllifinin də iştirakı ilə hazırlanaraq çap edilmiş fənn proqramına 
uyğun  olaraq,  dünya  tarix  elmində  qəbul  edilmiş  ümumi  elmi 
prinsiplər  və  açıq  cəmiyyətdə  tarix  dərsliklərinə  verilən  tələblər 
əsasında  yazılmışdır.  Dərslikdə  Avropa  və  Amerika  ölkələrinin 
1918-1945-ci  illər  tarixi  ideologiyalaşdırılmaya  yol  verilmədən 
gerçək  şərh  olunmuşdur.  ABŞ,  Almaniya,  Böyük  Britaniya,  Fransa, 
İtaliya,  İspaniya,  Avstriya,  Macarıstan,  Rumıniya,  Kanada, 
Argentina,  Braziliya  və  Meksikanın  sosial-iqtisadi,  siyasi  tarix  və 
partiyalararası  mübarizə  məsələləri  xronoloji  ardıcıllıqla  və 
problemlər üzrə konkret əks etdirilmişdir. Bu ölkələrin daxili və xarici 
siyasətdə  zaman-zaman  üzləşdikləri  problemləri  həll  etməkdə 
hökumətlərinin  həyata  keçirdikləri  tədbirlər  və  onların  mahiyyəti 
geniş  açılmışdır.  Həmin  təcrübənin  öyrənilməsinin  ölkəmizdə 
müstəqil dövlət quruculuğu üçün mühüm əhəmiyyət 


daşıdığı  şəksizdir.  Yeri  gəldikcə  ABŞ-ın  və  Avropa  dövlətlərinin 
Azərbaycana münasibətdə yeritdikləri siyasətə də diqqət yetirilmişdir. 
İki dünya müharibəsi arasındakı dövrdə beynəlxalq münasibətlər və 
ikinci  dünya  müharibəsi  tarixi  yazılmışdır.  Dərslik  Avropa  və 
Amerika  ölkələrində  demokratik  cəmiyyət  quruculuğıınıt  və  onun 
təkamül yolu ilə inkişafını izləmək baxımından da xeyirlidir. 
Mövzular  yazılarkən  kitabın  sonunda  verilmiş  Azərbaycan, 
ingilis,  türk  və  rus  dillərindəki  mənbə  və  ədəbiyyatlardan  geniş 
istifadə edilmişdir. 
Təqdim  edilən  dərsliyin ilk  nəşri  2003-cü  ildə  olmuşdur.  Ötən 
müddətdə  onun  üzərində  işlənilərək  bəzi  düzəliş  və  əlavələr 
edildiyindən,  təkmilləşdirildiyindən  təkrar  çap  olunması  ehtiyacı 
yaranmışdır. 
Dərsliyin  ikinci  dünya  müharibəsindən  sonrakı  dövrü  əhatə 
edən hissəsi də çapa hazırdır. Dərs kitabının hər iki hissəsinin təhsil 
sistemimiz üçün yararlı olacağı inancındayam. 
Dərsliyin  hazırlanması  prosesində  xeyirxah  yardımlarını 
əsirgəməyən  Azərbaycan  və  xarici  ölkələrin  mütəxəssislərinə  dərin 
təşəkkürümü bildirirəm. 


I
 
BÖLÜM 
1918-
 
1939-CÜ İLLƏRDƏ 
BEYNƏLXALQ MÜNASİBƏTLƏR 
ABŞ prezidenti Vudro Vilsonun “14 maddəsi” 
Birinci  dünya  müharibəsinin  sonuna  yaxın  döyüşən  dövlətlər 
hərbi əməliyyatları dayandırmaq məqsədilə müxtəlif sülh proqramları 
ilə çıxış etdilər. Belə proqramlardan birini 1918-ci  il  yanvarın 8-də 
ABŞ  prezidenti  Vudro  Vilson  əsaslandırdı.  Senatın  müzakirəsinə 
verilən və sülhün təməl prinsiplərini özündə əks etdirən, “14 maddə” 
adlandırılan  bu  proqramda  beynəlxalq  münasibətlərə  dair  aşağıdakı 
məsələlər  irəli  sürülürdü:  sülh  müqavilələrinin  açıq  müzakirəsi. 
Bundan sonra heç bir gizli beynəlxalq saziş olmayacaq, diplomatiya 
isə  həmişə  açıq-aydın  və  hamının  gözü  qarşısında  fəaliyyət 
göstərəcəkdir; ərazi suları xaricində həm sülh, həm də müharibə vaxtı 
gəmiçiliyin  dənizlərdə  mütləq  sərbəstliyi;  mümkün  olduğu  qədər 
bütün  iqtisadi  maneələrin  ləğv  edilməsi;  dövlət  təhlükəsizliyinə 
uyğun  olaraq  silahların  mümkün  qədər  azaldılması  üçün  ədalətli 
zəmanətlərin  verilməsi;  müstəmləkələr  üzərində  suverenliklə  bağlı 
bütün  məsələlərin  həllində  əhalinin  maraqlannm  hökumətlərin 
ədalətli tələblərinə nisbətdə bərabər tutulması prinsipinə əsaslanaraq 
müstəmləkə  mübahisələrinin  sərbəst,  səmimi  və  mütləq  bitərəflik 
mövqeyindən həlli; bütün rus torpaqlarının azad edilməsi. Rusiya öz 
taleyini özü müəyyənləşdirməli, istədiyi idarə  formasını seçməli  və 
Millətlər  Cəmiyyətinə  qəbul  olunmalıdır;  Belçika  boşaldılmalı  və 
bərpa edilməlidir; Fransa boşaldılmalı, işğala məruz qalmış ərazilər 
bərpa olunmalı, Elzas və Lotaringiya Fransaya verilməlidir; İtaliyanın 
sərhədləri  dəqiq  müəyyənləşdirilən  milli  əlamətlərə  görə 
dəyişdirilməlidir; Avstriya-Macarıstan xalqları inkişaf üçün 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə