Boş disk sahəsi, məlumatın ötürülməsi və e-poçtun saxlanması



Yüklə 73,41 Kb.
tarix08.10.2017
ölçüsü73,41 Kb.
#4034

Boş disk sahəsi, məlumatın ötürülməsi və e-poçtun saxlanması” nə deməkdir?

Bu tamamilə başa düşüləndir: BITEP-dən istifadə edən istifadəçilər bu xidmətləri aşağıda verilən paraqraflara uyğun istifadə etsələr, o zaman onlar boş disk sahəsi, məlumatın ötürülməsi və e-poçtun saxlanması imkanlarını əldə edə bilərlər.



Uyğun istifadə nədir?

BITEP hər hansı bir ölkədə kiçik, müstəqil şəkildə idarə olunan biznes fəaliyyətlərinin web hosting ehtiyaclarının qarşılanması üçün hazırlanmışdır. Bizim sistemlərdən kiçik, müstəqil şəkildə idarə olunan biznes fəaliyyətlərinin mənfi təsirləri və ya böyük müəssisələr və beynəlxalq əsaslı biznes fəaliyyətləri üçün istifadə etmək məqsədə uyğun deyil, belə olduğu zaman bu sistemlər həddən artıq yüklənə bilər.

BITEP müştərək web hosting xidmətidir, bu o deməkdir ki, istifadəçilərin xeyli sayda internet saytları və digər e-poçt və ya saxlama xidmətləri eyni serverdən idarə olunur. BITEP sistemə və ya digər istifadəçilərin saytlarına bizim xidmətlərin zidd yöndə təsirlərini aşkara çıxarmaq üçün sui-istifadə xarakterli nəzarət mexanizmlərini həyata keçirir. Online saxlanma sahəsi və ya elektron faylların arxivlənməsi üçün hesabın (istifadəçi adı) ilkin istifadəsi məqsədəuyğun deyil.

Disk sahəsi:

Əgər siz bizim xidmətlərimizi Texniki Tapşırığa və ya bu paraqraflara uyğun istifadə etsəniz, sizin saytınız kiçik biznes ehtiyaclarınızı qarşılayacaq şəkildə genişlənə bilər, lakin hamı üçün böyük bir təcrübə təmin etmək məqsədilə biz bu sürətli inkişafa qarşı bəzi maneələr qoyacağıq. Bizim əksər istifadəçilərimizn saytları təyin etdiyimiz qaydalar çərçivəsində inkişaf edir, lakin bizim həyata keçirdiyimiz sui-istifadə xarakterli nəzarət bu inkişafın uyğun olub-olmamasını qiymətləndirdiyimiz zaman qısaca gecikmələrə səbəb ola bilər.



Məlumatın ötürülməsi:

Bir çox hallarda, əgər siz bizim xidmətlərimizi Texniki Tapşırığa və ya bu paraqraflara uyğun istifadə etsəniz, saytlarınıza baş vuran ziyarətçilər sizin saytlardan istədikləri qədər məlumatı nəzərdən keçirə və endirə biləcəklər. Lakin, müəyyən şərtlər daxilində bizim server emalı enerjisi, server yaddaşı və ya sui-istifadə xarakterli nəzarət sizin saytlardan məlumat endirilməsinə məhdudiyyət qoya bilər. Texniki Tapşırığa və inkişafa nəzarət qaydalarına (yuxarıya istinad edin) uyğun olaraq, siz hər ay istədiyiniz qədər məlumat yükləyə bilərsiniz.



E-poçt saxlanması:

Bizim xidmətlərimizi Texniki Tapşırığa və ya bu paraqraflara uyğun istifadə etsəniz, o zaman saxlama limitini keçməyiniz barədə narahat olmaya bilərsiniz. BITEP sizin müvafiq kiçik biznes ehtiyaclarınıza uyğun olaraq saxlanma sahəsini genişləndirəcək, lakin bizim sui-istifadə xarakterli nəzarətimiz inkişaf və ya qovluq ölçünüzə təsir göstərə bilər və sizin istifadənizi qiymətləndirərkən qısa gecikmə ola bilər. Bəzi hallarda, əlavə qovluqların və ya alt-qovluqların yaradılması sistemin hər kəs üçün işlək hala gətirilməsinə kömək edə bilər.



QƏBUL EDİLƏN İSTİFADƏÇİ SİYASƏTİ VƏ XİDMƏT TAPŞIRIĞI

Aşağıda verilən BITEP ("BITEP") və fərdi və ya korporativ istifadəçi (“SİZ/SİZİN/İstifadəçi”) arasında Qəbul edilən İstifadəçi Siyasəti (“AUP”) üzrə sazişdir. BITEP Beynəlxalaq Web Hosting, Marketinq və İnkişaf təmin edir. BITEP onun serverlərindən istifadəni və bu xidmətlərdə istifadə olunan avadanlıqları əhatə edən müəyyən hüquqi və etik öhdəliklərə malikdir. BITEP-nin əsas strategiyası internet provayderi kimi fəaliyyət göstərməkdir. İstifadəçi hesabından qeyri-düzgün istifadə olunduğu halda, BITEP göstərdiyi bütün xidmətlərə və ya bu xidmətlərin hər hansı birinə istifadəçi girişini müvəqqəti dayandırmaq və ya təxirə salmaq hüququna malikdir.



SERVERDƏN SUİ-İSTİFADƏ

BITEP-nin serverinə və ya istifadəçisinə zərər verən hər hansı bir cəhd ciddi qadağandır. BITEP istifadəçi hüququ olmadan internet hesabından və ya kompüterdən istifadəyə qarşı sərt reaksiya verir. Belə cəhdlərə “internet fırıldaqçılığı” (parollarını əldə etmək məqsədilə istifadəçilərə kələk gəlmək), parolların oğurlanması, təhlükəsizlik dəliyinin skan olunması və s. daxildir. Hesabların və kompüterlərin SİZİN tərəfinizdən qeyr-qanuni istifadəsi – zərər çəkmiş istifadəçi adının və ya kompüterin BITEP-yə aid olub-olmamasının heç bir fərqi yoxdur – SİZİN əleyhinizə tədbirin görülməsi ilə nəticələnəcəkdir. Mümkün fəaliyyətlərə xəbərdarlıqlar, hesabların müvəqqəti olaraq dayandırılması və ya təxirə salınması, həmçinin zərərin ciddiliyindən asılı olaraq mülki və ya cinayət fəaliyyəti tədbirləri daxildir.

VACİB QEYD - BITEP aşağıda göstərilən strategiya və şərtlərin kimliyindən asılı olmayaraq pozulması halında xidmətlərin və giriş hüququnun dayandırılmasını HEÇ BİR XƏBƏRDARLIQ və ya BİLDİRİŞ etmədən həyata keçirmək hüququna malikdir. Belə hallar baş verdiyi halda heç bir ödəniş geri qaytarılmır.

SİZ müştərək xidmətlər üzrə IRC, botlar və ya istifadəçiləri həyata keçirməyə bilərsiniz. Qəbul edilməyən istifadələrə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır: böyük həcmli (Bulk) e-poçt, icazə alınmayan e-poçt, xəbər qruplarının spamı, pornoqrafik tərkib, qeyri-qanuni tərkib, müəllif hüquqlarının pozulması, ticarət markasının pozulması, qeyri-qanuni köçürülmüş saytlar (o cümlədən, linklər), çatlar, proqram seriya nömrələri, proxy-relaying, link farming (ssenarilərdən istifadə), link grinding, link-only sites, spamdexing, FFA (Free-For-All) və/ya BITEP tərəfindən müəyyən edilmiş xidmətlərimizin qeyri-qanuni istifadəsi, o cümlədən server resurslarından sui-istifadə. WEB APPLICATIONS və WEB ACCESSIBLE SCRIPTS – köhnəlmiş və fəal istifadə olunan bütün web tətbiqləri xəbərdarlıq edilmədən dayandırılacaqdır. SİZ internet-əsaslı tətbiqlərinizin və onların ssenarilərinin təhlükəsizliyini və düzgünlüyünü təmin etmək məqsədilə onları müntəzəm olaraq qiymətləndirməlisiniz. Əgər müştərək hosting hesablarına aşağıdakı tərkiblər və ya o tərkiblərlə əlaqəsi olan linklər daxildirsə, o zaman bu hesablar ləğv edilə bilər: Web icmasına təhqiredici materialın, o cümlədən mənfi rəy, rasizm, nifrət və ya küfr kimi abırsız izahatların təmin edilməsi; qeyri-leqal fəaliyyətlər haqqında təlimat məlumatlarının reklamı və təmin edilməsi; hər hansı bir qrupa və ya fərdə qarşı fiziki zərər və ya zədələrin reklam edilməsi; əxlaqsız, çılpaq və ya pornoqrafik materialların (idarə olunan serverlərdə tətbiq olunmur) materialların nümayiş etdirilməsi; 18 yaşından aşağı uşaqların tərbiyəsini pozan materialların nümayiş etdirilməsi; müəllif hüquqlarının pozulması, o cümlədən pirat kompüter proqramlarını və ya belə proqramlara linkləri təmin edən fəaliyyətlər; istehsalçının təmin etdiyi köçürülməyə qarşı cihazlar üçün istifadə edilən məlumat, o cümlədən kompüter proqramlarının seriya və ya qeydiyyat nömrələrinin pozulması məqsədilə istifadə edilən informasiya, yaxud qurğuların sıradan çıxarılması.



SAXLAMA SAHƏSİNDƏN SUİ-İSTİFADƏ

BITEP saxlama sahəsindən sui-istifadəyə dərhal reaksiya verəcəkdir. SİZİN web səhifələrinizin ("HTML") ən azı 90%-i BITEP serverlərində saxlanılan fayllarla (GIF, JPEG, və s.) “əlaqələndirilməlidir”. HTML sənədlərini əhatə etmək/etməmək üçün yaradılan web sayt sənədləri, xeyli sayda əlaqələnməyən fayllar BITEP İdarəçiliyinə (“İDARƏETMƏ”) uyğun olaraq əvvəlcədən xəbərdarlıq edilərək/edilməyərək silinə və ya istifadəçi adı dayandırıla bilər. Əgər SİZ sərbəst sahə üçün xidmətləri məhdudlaşdırmasanız, o zaman disk sahəsi SİZİN spesifik web hosting planınıza ("PLAN") uyğun olaraq müəyyən edilmiş həcmə çatmayana qədər yoxlanılmayacaqdır. Bundan sonra, normal web sayt məlumat saxlanması üçün $0.20/1MB/ay bildiriş SİZİN hesabınıza göndəriləcəkdir. Əgər siz disk sahələri üçün həddən artıq istifadəyə görə əvvəlcədən ödəniş etmək istəsəniz, o zaman bu məbləğ $0.10/1MB/ay təşkil edəcəkdir. Artıq məbləğin istifadəsi üçün SİZ 3 gün ərzində ödəniş həyata keçirməlisiniz. Çatışmazlıq aşkar olunduğu təqdirdə, əvvəlcədən xəbərdarlıq edilərək SİZİN saytınız 3 gün ərzində bağlanacaqdır. Bu, əlaqədar istifadəçilərə tətbiq edilmir. Əlaqədar istifadəçilərə gedişat hesabatları üzrə artıq istifadə üçün bildirişlər təqdim olunacaqdır. Əlaqədar istifadəçilər artıq istifadə üzrə ödənişləri DƏRHAL ödəməlidirlər, çünki bildiriş və ya BITEP hər hansı və ya bütün serverlərin dayandırılması qərarını vermək səlahiyyətinə malikdir. BITEP qanunu pozmağın nələrə səbəb olacağını müəyyən edən yeganə arbitrdir.



TEZLİK ZOLAĞINDAN SUİ-İSTİFADƏ

BITEP-in məqsədi web sənədlərin ötürülməsi üçün geniş tezlik zolağının təmin edilməsidir, elektron fayllar üçün kənar saxlama sahəsinin təmin edilməsi deyil. Əgər SİZ bu şərti pozsanız, o zaman SİZƏ xəbərdarlıq ediləcək və problemin aradan qaldırılması üçün 48 saat vaxt veriləcəkdir. Yaranan çatışmazlıq SİZƏ həddən artıq istifadə üçün bildirişlərin göndərilməsi ilə nəticələnəcəkdir. Əgər SİZ sərbəst sahə üçün xidmətləri məhdudlaşdırmasanız, o zaman trafik SİZİN spesifik PLANINIZDA göstərilən kvota miqdarına çatana qədər yoxlanılmayacaqdır. Bundan sonra, normal məlumatın ötürülməsi üçün $10.00/1GB /ay bildiriş SİZİN hesabınıza göndəriləcəkdir. Əgər siz tezlik zolağından həddən artıq istifadəyə əvvəlcədən ödəniş etmək istəsəniz, o zaman bu məbləğ $5.00/1GB/ay təşkil edəcəkdir. Artıq məbləğin istifadəsi üçün SİZ 3 gün ərzində ödəniş həyata keçirməlisiniz. Çatışmazlıq aşkar olunduğu təqdirdə, əvvəlcədən xəbərdarlıq edilərək SİZİN saytınız 3 gün ərzində bağlanacaqdır. Bu, əlaqədar istifadəçilərə tətbiq edilmir. Əlaqədar istifadəçilərə gedişat hesabatları üzrə artıq istifadə üçün bildirişlər təqdim olunacaqdır. Əlaqədar istifadəçilər artıq istifadə üzrə ödənişləri DƏRHAL ödəməlidirlər, çünki bildiriş və ya BITEP hər hansı və ya bütün serverlərin dayandırılması qərarını vermək səlahiyyətinə malikdir. BITEP qanunu pozmağın nələrə səbəb olacağını müəyyən edən yeganə arbitrdir.



İCAZƏSİZ GÖNDƏRİLƏN E-POÇT VƏ SPAM

İcazəsiz kommersiya reklamlarına ("SPAM") e-poçtda icazə verilmir və istifadəçi hesabının bağlanması ilə nəticələnə bilər. BITEP öz serverlərindən və ya bizim şəbəkə daxilində yerləşən domeynlərdən istehsal olunan SPAM-lara qarşı dözülməz-yanaşma mövqeyində dayanır. Belə bir hal aşkarlandığı halda, hər göndərilən icazəsiz e-məktuba görə SİZƏ $25 cərimə təyin ediləcək və heç bir xəbərdarlıq edilmədən SİZİN istifadəçi hesabınız bağlanacaqdır. Aşağıdakı fəaliyyətlərə icazə verilmir: SPAM, geniş miqyasda kommersiya reklamları, informasiya elanları, xeyriyyə təklifləri, imza üçün xahişlər, siyasi və ya dini traktlar (belə mesajlar ancaq bunların sizin domeyndən göndərilməsini xahiş edən şəxslərə göndərilə bilər); İstənilən domeyndən gizlin spamın göndərilməsi, elektron məktub başlıqlarının ştamplanması, dəyişdirilməsi və ya silinməsi xəbərdarlıq və geri ödəniş edilmədən ləğv ediləcəkdir. Server və ya istifadəçi hesabını sındırmaq (“məktub bombası”) məqsədilə eyni və ya çox oxşar mesajların çoxsaylı nüsxələri göndərilməsi; Spam xəbər qrupları: Bir çox Usenet sistem qruplarında və e-məktub siyahılarında kommersiya reklamları bəyənilməyən məsələlərdir. Uyğun olmayan poçt istifadəçi hesabın ləğv edilməsinə səbəb ola bilər. Reklam üçün xəbər qruplarının və məktublaşma siyahısının icazə verilib-verilməməsi dəqiqləşdirilməlidir. Mövzudan kənar fərqli xəbər qruplarına mesaj göndərilməsi qeyri-etikdir və aşağıdakı kimi həyata keçirilməlidir; Məktub digərlərini narahat etmək və qorxutmaq üçün istifadə edilməməlidir. Dil, mesajların tezliyi, yaxud mesajların ölçüsü vasitəsilə qorxutmaq qadağandır. Xoşagəlməz bir mesajın göndərilməsi qorxutmaq kimi qiymətləndirilə bilər. Əgər alıcı e-məktubu göndərmənizi dayandırmağı xahiş edirsə, o zaman SİZ həmin şəxsə bir daha mesaj göndərməməlisiniz.

QEYD – Əgər SİZ BITEP ("spamvertising") tərəfindən və ya onun vasitəsilə xidmət edilən hər hansı bir saytın reklamını təmin etmək üçün başqa bir provayderin xidmətlərindən istifadə etsəniz, o zaman yuxarıdakı strategiya üzrə təminatlar SPAM-ın sanki bizim serverlər tərəfindən göndərilməsi kimi tətbiq edilməlidir.

99.99% İSTİSMAR MÜDDƏTİ ZƏMANƏTİ

(1.) ƏHATƏ - Bu 99.99% istismar zəmanəti yaxşı maliyyə dayanıqlığına malik olan və xidmətlərin fəaliyyətsiz olduğu müddətdə BITEP ilə əməkdaşlığı davam etdirən hər hansı bir İstifadəçiyə tətbiq olunur.

(2.) XİDMƏT SƏVİYYƏSİ SAZİŞİ ("SLA") və SPESİFİKASİYALAR - BITEP 99.99% vaxt müddətində SİZİN internet saytınıza dünyanın istənilən yerindən giriş hüququnu təmin etməyə çalışır. Şəbəkənin fəaliyyətsizliyi ("qeyri-mümkünlüyü") BITEP-dən onun əsas provayderlərinə 100% paket itkisi kimi müəyyən edilir. Fəaliyyətsizlik BITEP-nin online bilet sistemi vasitəsilə şəbəkənin çatışmazlığı barədə göndərilən bildirişdən 10 dəqiqə sonrakı müddət ərazindədir. Əgər bilet sistemi də fəaliyyətsizdirsə, o zaman BITEP NOC-a zəng etmək lazımdır. BITEP-nin administratorları BITEP şəbəkəsindən kənarda olan SİZİN maşınların fəaliyyətsizlik müddətini marşrut trası proqramı vasitəsilə müəyyən edəcəkdir.

(3a.) MÜŞTƏRƏK HOSTING KREDİTLƏRİ – SİZİN internet saytınızın fəaliyyəti 100%-dən az olarsa, BITEP növbəti aylar üçün ödənişləri aşağıdakı kimi kredit formasında edəcəkdir. SİZİN kredit retroaktiv olmalı və təqvim ayının 24 saatlıq günü ərzində müəyyən edilməlidir, maksimum kredit məbləği həmin ay üçün xidmət məbləğinin 50%-dən artıq olmamalıdır.

Aylıq İstismar Müddəti Krediti:

 95% - 99.9% - SİZİN istifadəçi hesabınız aylıq hosting ödənişinizin 10%- miqdarında kreditləşəcək

 90% - 94.9% - SİZİN istifadəçi hesabınız aylıq hosting ödənişinizin 20%- miqdarında kreditləşəcək

 89.9% və ya daha aşağı - SİZİN istifadəçi hesabınız aylıq hosting ödənişinizin 50%- miqdarında kreditləşəcək (3b.)

XÜSUSİ SERVERLƏRİN İDARƏ EDİLMƏSİ – İdarə edilən xüsusi server İstifadəçiləri üçün, əgər fəaliyyət müddəti istənilən spesifik ay üçün 98.9% və 99.9%-dirsə, o zaman kredit retroaktiv olmalı və ay ərzində İstifadəçi xidmətlərinin zəmanət səviyyəsi fərqinə ekvivalent və İstifadəçinin xidmətlərinin həqiqi səviyyəsinin cəminə hesablanmalı və ay ərzində SİZİN göstərdiyiniz xidmətlərə əsasən toplanan vəsaitlə vurulmalıdır. Əlavə olaraq idarə olunan xüsusi serverlər üçün, SİZ 24 saat üçün müəyyən edilmiş əlavə kreditlərə cəlb edilə bilərsiniz, bu zaman həmin ay üçün maksimum kredit aylıq xidmət ödənişinin 25%-dən artıq olmamalıdır. Kredit almağınız üçün, SİZ fəaliyyətsizlik müddətindən etibarən yeddi (7) gün ərzində müraciət etməlisiniz. Kredit almaq üçün siz billingsupport@BITEP ünvanına e-məktub göndərməlisiniz. Təhlükəsizlik məqsədilə, SİZİN istifadəçi nömrəniz, SİZİN saytınızın qeyri-işlək olduğu vaxt və tarix və BITEP tərəfindən tələb olunan digər istifadəçi məlumatları bu mesaja daxil edilməlidir. Kreditlər SİZİN kredit tələbinizdən sonrakı altmış (60) gün ərzində tətbiq ediləcəkdir. SİZİN hesabınıza köçürülən kredit yalnız bu çatışmazlıqların aradan qaldırılmasına xidmət etməlidir.

(4.) MƏHDUDİYYƏTLƏR – Aşağıdakılardan hər hansı biri baş verdiyi halda SİZƏ kredit ayrılmayacaqdır:

 BITEP-də vaxtaşırı göndərilmiş sxemli texniki xidmət ,

 avadanlığınız, cihazlarınız və tətbiqləriniz barədə sizin davranışlarınız, fəaliyyətiniz və ya çatışmazlıqlarınız,

 BITEP-nin nəzarətindən kənarda olan vəziyyətlər, o cümlədən məhdudiyyətsiz, istənilən hökumət orqanlarının fəaliyyətləri, müharibə, üsyan, təxribatçılıq, embarqo, yanğın, daşqın, tətil və ya digər əmək pozuntuları, nəqliyyat zamanı fasilələr və gecikmələr, telekommunikasiya və ya üçüncü tərəfin xidmətlərinin qeyri-mümkünlüyü və ya gecikməsi, o cümlədən DNS genişlənməsi, domeyn adının registrasiyası/transferi, internet saytınızın təminatı üçün istifadə edilən və ya ehtiyac duyulan xam materialların, resursların və ya elektrik enerjisinin əldə edilməsi üçün üçüncü tərəf proqram təminatının, yaxud avadanlığın çatışmazlığı,

 maşınlarda çatışmazlıqla nəticələnən fəaliyyətlərlə SİZ BITEP-nin "Tapşırıqlar və Şərtlər və AUP" üzrə saziş siyasətini pozursunuz.



TEXNİKİ DƏSTƏK HƏDLƏRİ

BITEP yalnız öz təcrübə sahəmiz üzrə SİZƏ texniki dəstək göstərir. Belə təcrübəyə köməklik, qüsurların müəyyən edilməsi və aradan qaldırılması və bizim cPanel nəzarət panel interfeysi, bilavasitə bizim interfeys daxilində olan öhdəliklərimiz və digər hosting əlaqəli məsələlərin həll edilməsi daxildir. Buna baxmayaraq, heç bir halda BITEP yeni modulların tətbiqi, nümunələrin və/ya proqramlama dillərinin quraşdırılması, əvvəlcədən SİZİN düzəliş etdiyiniz istənilən tətbiqlərdən əmələ gələn xətalara görə köməkliyin təmin edilməsinə məsuliyyət daşımır. Biz yalnız cPanel nəzarət paneli interfeysi vasitəsilə quraşdırılan EasyApps tətbiqlərinin düzgün quraşdırılmasını təmin etmək məqsədilə öz köməyimizi göstərə bilərik.



CGI SSENARİLƏRİ

Hər bir müştərək web hosting hesabı fərdi CGI-BIN-ə malikdir. Arzuladığınız CGI ssenarilərini sərbəst istifadə edə bilərsiniz, buna baxmayaraq biz xəbərdarlıq etmədən normal server istismarına təsir edən CGI ssenarilərini qeyri-aktiv etmək hüququna malikik. (bu bölmə idarə edilən xüsusi serverlərə tətbiq olunmur)



DANIŞIQ ZALLARI (CHAT ROOMS)

SİZƏ, BITEP ilə razılaşdırılmadan müştərək hosting hesabları daxilində fərdi danışıq zallarının quraşdırılmasına icazə verilmir. Buraya PHP, Perl, CGI, Python, Ruby və s. kimi danışıq tətbiqləri daxildir. İstənilən 'real-vaxt' təmin edən web tətbiqlərinə də həmçinin icazə verilmir. Bir çox danışıq zalları geniş sistem olmağa çalışır və biz bunlara istifadəçi hesabı alternativi kimi icazə verə bilmərik. Lakin, vBulletin, phpBB və bunlara oxşar web-əsaslı forumlar qəbul ediləndir.



FAYL SERVERİ

BITEP dinamik hasil olunmayan və endirilə bilən elektron fayllar və tətbiqlər üçün saxlama vasitəsi kimi SİZİN üçün faydalı olan xüsusi fayl serverlərini quraşdırır və təmin edir. MP3, AVI, MID, MIDI, MPG, MPEG, MOV, ZIP, RAR, EXE kimi fayllar və bizim endirilə bilən və dinamik hasil olunmayan ssenari dilləri kimi nəzərə aldığımız fayllar web-serverlərdən uzaq olaraq bu fayl-serverləri daxilində saxlanılmalıdır. Bu strategiya JPG, JPEG, GIF, PNG və BMP kimi təsvir fayl formatlarına tətbiq olunmur. Əlavə olaraq, BITEP-nin fayl-serverləri daxilində saxlanılan bütün elektron fayllar hüquqi şəkildə mülkiyyət hüququna malik olmalı və etibarlı lisenziya və/ya müəllif hüququna malik olmalıdır. Buraya MP3, AVI, MID, MIDI, MPG, MPEG, MOV, EXE, ISO və s. daxildir. Əgər biz SİZİN hesabınız daxilində hər hansı lisenziyasız və/ya qeyri-leqal fayl aşkar edəriksə, o zaman xəbərdarlıq edilmədən həmin fayllar silinəcəkdir. Fayl-serverləri saxlanılmayacaqdır. Fərdi backup sisteminə və ya BITEP daxilindəkindən başqa bir sistemə sahib olmanız SİZƏ tövsiyə olunur. Əgər SİZ bu Siyasətə əməl etməsəniz, zidd materiallar xəbərdarlıq edilmədən SİZİN hosting hesabınızdan silinəcəkdir. Bu xidmət yalnız BITEP-nin MÜŞTƏRƏK-HOSTING istifadəçiləri üçün mümkündür.



SMTP MƏKTUB SERVERİNDƏN SUİ-İSTİFADƏ

Biz eyni vaxtda 20-dən artıq ünvana eksport məktubların və/ya ölçüsü maksimum 20 MB-dan çox olan 1,000-dən artıq e-məktubun müştərək hosting hesabından göndərilməsinə SİZƏ icazə vermirik. Əgər SİZ BITEP-nin e-məktub üzrə bu siyasətini pozsanız, SİZİN hesabınız təxirə salınacaq və silinəcəkdir.



ARXA FONDA İŞLƏK OLAN PROQRAMLAR

Biz arxa fonda proqramların davamlı işləməsinə icaz verə bilərik. Bu birin-birə əsasında nəzərə alınır və istifadə olunmuş sistem resurslarına və istismar üzrə ehtiyac duyulan texniki xidmətə görə əlavə ödəniş tələb olunur. (bu bölmə idarə edilən xüsusi serverlərə tətbiq olunmur).



IRC

Hazırda bizim serverlər üzərindən IRC və ya IRC botlarının istismar edilməsinə icazə vermirik. IRC serverlərinə bizim şəbəkədə icazə verilmir. SİZ, buna baxmayaraq, IRC istifadəçilərini idarə olunan xüsusi serverlərdə quraşdıra bilərsiniz. Arxa fonda işlək vəziyyətdə olan ssenarinin və/ya qeyri-stabil sxemin quraşdırılması və ya verilən portların dinlənilməsi qəti qadağandır.



ÖDƏNİŞ SİYASƏTİ

Bütün hesablar ilkin ödəniş sistemi əsasında təşkil edilir. Təşkil etmə xərcləri hər yeni hesab, həmçinin böyük hesab dəyişiklikləri üçün həyata keçirilir və geri qaytarılmır. Bütün qiymətlər ilkin ödəniş baxımından zəmanət altına alınır. Digər şərtlər razılaşdırılmayana qədər, BITEP qiymətləri istədiyi vaxt dəyişdirmək hüququna malikdir. Həftə (7 gün) ərzində e-məktub ilə xəbərdarlıq edilməyibsə və göstərilən vaxt-müddəti keçibsə, o zaman istənilən hesab dondurula bilər. SİZ müntəzəm olaraq, hesab üzrə toplanan bütün ödənişlərə görə məsuliyyət daşıyırsınız və xidmətlərin dayandırılması üçün BITEP-ni məlumatlandırmaq SİZİN öhdəliyinizdir. Bütün ödənişlər ABŞ dolları ilə həyata keçirilir. BITEP hər istifadəçiyə geri qaytarılmış çek üçün 50 dollar vəsait üzrə bildiriş göndərəcəkdir, bu naqilli transferin qəbul edilməsi və hər kredit kartına görə ödənişin geri qaytarılması üçündür. Bütün BITEP hesabları illik bildiriş dövriyyəsinə əsasən təyin edilir. SİZİN xüsusi bildiriş dövriyyəniz ilkin mərhələdə seçilmiş müqavilə müddətinə uyğun gəlir. SİZİN hesabınız bu müddətdə avtomatik olaraq yenilənəcəkdir. Hazırkı dövriyyənin sonunda qısa bildiriş dövriyyəsinin dəyişdirilməsi üçün vəsait mövcud deyil. Buna baxmayaraq, əgər siz hazırkı dövriyyə müddətində qısa bildiriş dövriyyəsini dəyişdirmək istəsəniz, o zaman $50.00 ödəməlisiniz. Əgər siz illik bildiriş dövriyyənizi dəyişdirmək istəsəniz, o zaman bildiriş şöbəsinin billingsupport@BITEP ünvanı ilə əlaqə saxlamağınız xahiş olunur.



XİDMƏTLƏRƏ XİTAM VERİLMƏSİ

BITEP istənilən vaxt xidmətlərə xitam vermək hüququna malikdir. Xitamla bağlı əvvəlcədən ödənilmiş bütün ödənişlər proporsional qaydada tənzimlənəcək və əgər xitam vermək hüququmuza uyğun gəlirsə BITEP tərəfindən ödəniləcəkdir. Bu strategiyanın pozulması SİZİN tərəfinizdən ödəmələrə səbəb olacaqdır (yəni, transfer, boşluq və s.). BITEP-nin bütün PLANLARI 30 günlük pul vəsaiti tərəfindən zəmanət altına alınır. Əgər SİZ bizim xidmətlərimizdən və ya SİZİN müqavilənin ilk 30 günü ərzində sizə göstərdiyimiz dəstəkdən məmnun deyilsinizsə, o zaman təşkil etmə xərcləri, domeyn qeydiyyatı xərcləri, ödənişlərə əlavə və digər ödənişlər istisna olmaqla, müqavilə qiyməti üzrə bütün məbləğlər sizə geri ödəniləcəkdir. Təşkil etmə xərcləri yalnız hesabın aktivləşməsinə qədər təxirə salınması zamanı geri ödənilə bilər. Əgər SİZ təxirə salsanız və əgər BITEP aktivləşdirmədən etibarən 30 gün ərzində məlumatlandırılsa, o zaman təşkil etmə xərcləri və digər xərclər istisna olmaqla, bütöv müqavilə qiyməti sizə qaytarılacaqdır. Bu siyasət artıq xərclərə, referrer qeydiyyat jurnallarına, real audio/videoya, əlavə disk sahəsinə, əlavə pop hesablarına, domeyn qeydiyyat xərclərinə və s. tətbiq edilmir. Kredit kart ödənişi üçün geri ödəmələr İstifadəçinin açdığı PayPal hesabına 120-ci gün ödəniləcəkdir. Naqilli transferdən istifadə edən İstifadəçilərə geri-ödəniş siyasəti tətbiq edilməyəcəkdir. Hesablar üzrə bütün xitamlar bizim xitam forması vasitəsilə SİZİN hosting hesab nəzarət panelinizdə həyata keçirilməlidir. Xitam üçün telefon və e-məktub tələbləri nəzərə alınmır.



HƏVƏSLƏNDİRİCİ DƏRƏCƏLƏR VƏ XÜSUSİ TƏKLİFLƏR

BITEP ardıcıl həvəsləndirici dərəcələr və xüsusi təkliflər irəli sürə bilər, bu təkliflər SİZİN xidmətlərin şərtlərinə uyğun gələ və ya gəlməyə bilər. Belə həvəsləndirmələr və ya modifikasiyalar bu Müqavilə daxilində SİZİN öhdəliklərinizə təsir etməməlidir. Həvəsləndirici ödənişlər əlavə şərtlərə uyğun ola bilər, belə ki onlar bu Müqaviləyə zidd olmamalıdırlar. Müxtəlif həvəsləndirici ödənişlər və xüsusi təkliflər birlikdə kombinə oluna bilməz.



İNTELLEKTUAL MÜLKİYYƏT HÜQUQLARI

BITEP xidmətləri vasitəsilə sizin əldə etdiyiniz materiallar Birləşmiş Ştatların və ya digər müəllif hüquqlarını qoruyan qanunların, yaxud hüquq mühafizə ticarət markalarının, ticarət sirlərinin və xüsusiyyətçilik məlumatlarının mühafizəsi şərtilə həyata keçirilə bilər. Bu hüquqların mülkiyyətçisi tərəfindən icazə verildiyi hallar istisna olmaqla, SİZ BITEP şəbəkəsi vasitəsilə əldə etdiyiniz materiallarla bağlı bu hüquqların pozulması, zəiflədilməsi və yanlış istifadəsinə səbəb ola biləcək BITEP-nin xidmətlərindən, yaxud onun serverlərindən və şəbəkəsindən istifadə etməməlisiniz. Əgər SİZ BITEP və ya oxşar xidmətlər ilə əlaqədar domeyn adlarından istifadə etsəniz, o zaman SİZ həmin domeyn adından ticarət markalarının, xidmət markalarının və ya üçüncü tərəfin oxşar hüquqlarının pozulması məqsədilə istifadə etməməlisiniz.



ŞƏBƏKƏNİN TƏHLÜKƏSİZLİYİ

İstifadəçilər əhatəli istifadəçi identifikasiyası və ya istənilən host, şəbəkə, yaxud hesabın təhlükəsizliyinə cəhd məqsədi ilə BITEP şəbəkəsindən istifadə etməyə bilərlər. Buraya, SİZİN üçün nəzərdə tutulmayan məlumata giriş, giriş hüququnuz olmayan serverə və ya hesaba daxil olmaq, parolların sındırılması, digər şəbəkələrin zəif yerlərini axtarmaq məqsədilə təhlükəsizliyin pozulması, yaxud digər təşkilatın təhlükəsizlik siyasətinin pozulması daxildir, lakin bunlarla məhdudlaşmır. SİZ gər hansı bir istifadəçinin, host və ya şəbəkənin xidmətlərinə müdaxilə və bu xidmətləri təkzib etməməlisiniz. Buraya, host və ya şəbəkənin həddən artıq yüklənməsi və ya qəzaya uğraması məqsədilə həyata keçirilən yüklənmə, məktub bombası, yaxud digər qəsdən edilən cəhdlər daxildir, lakin bununla məhdudlaşmır. BITEP digər sahələrdə sistemlərin, yaxud şəbəkənin pozulması ilə bağlı araşdırmalarda bütövlüklə əməkdaşlıq edəcək, o cümlədən cinayət fəaliyyətlərində şübhəli olan məsələlər barədə hüquqi araşdırmalar aparan hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcəkdir. sistem və ya şəbəkənin təhlükəsizliyini pozan istifadəçilər cinayət və ya mülki məsuliyyətə cəlb edilə bilərlər.



ELEKTRON TİCARƏT

SİZ fərdi online anbarınızın və SİZİN məhsullarınız üzrə bütün material və malların hazırlanmasına, istismarı və texniki xidmətinə görə məsuliyyət daşıyırsınız, lakin aşağıdakı məhdudiyyətlər daxil olmaqla:

(a.) anbarda görünən və ya SİZİN məhsullarla əlaqədar olan tərkib və materialların dəqiqliyi və uyğunluğu,

(b.) anbarda görünən və ya SİZİN məhsullarla əlaqədar olan tərkib və materialların hər hansı üçüncü tərəfin hüquqlarını pozmamasının təmin edilməsi,

(c.) anbarda görünən və ya SİZİN məhsullarla əlaqədar olan tərkib və materialların böhtan və ya qeyri-leqal xarakterli olmamasının təmin edilməsi. SİZ daşınma və vergi xərclərinə görə yeganə məsuliyyət daşıyan tərəfsiniz. SİZ həmçinin, istifadəçi sifarişlərinin qəbul edilməsi, işlənib hazırlanması və sənədləşdirilməsi, eyni zamanda bu məsələlərdən irəli gələn şikayət və müraciətlərin həll edilməsi üçün yeganə məsuliyyət daşıyan tərəfsiniz. SİZ həmçinin, istifadəçilərin kredit kart nömrələrinin təhlükəsizliyinə məsuliyyət daşıyırsınız və istifadəçi informasiyası ilə əlaqədar SİZİN internet saytınız vasitəsilə həyata keçirilən elektron ticarət sövdələşmələrinin nəticələrinə görə SİZ cavabdehsiniz. SİZ bütün bu məlumatları məxfi saxlamalı və öz məxfi məlumatlarınıza tətbiq etdiyiniz eyni təhlükəsizliyi bu məlumatlara da tətbiq etməlisiniz.

KEŞLƏRİN STATİK və DİNAMİK TƏRKİBİ

SİZ xüsusilə:

(i) SİZİN saytınızı bütövlükdə, o cümlədən bu Müqavilə çərçivəsində BITEP tərəfindən host edilən üçüncü tərəflərin təmin etdiyi tərkibi keş etmək üçün BITEP-dən lisenziya əldə etməlisiniz (ii) belə keşin SİZİN intellektual mülkiyyət hüquqlarınıza və üçüncü tərəfin intellektual mülkiyyət hüquqlarına zərər gətirməməsi barədə razılığa gəlinməsini həyata keçirməlisiniz.

IP ÜNVANI ÜZRƏ MÜLKİYYƏT HÜQUQU

BITEP SİZİN üçün müəyyən etdiyi bütün IP nömrələri və ünvanları istismar və nəzarət etmək hüququna malikdir. Belə IP nömrələrinin və ünvanlarının dəyişdirilməsi və ya silinməsi hüququ yeganə olaraq BITEP-yə məxsusdur.



DOMEYN ADININ QEYDİYYATI

SİZ arzu etdiyiniz domeyn adının qeydiyyata alınmasına qədər BITEP-yə ödəniş etməyə razılaşırsınız, daha sonra domeyn adının ilkin qeydiyyatı üçün BITEP-nin prays-listində göstərilən cari məbləğ ödənilir və əgər SİZ qeydiyyatın dəyişdirilməsini istəsəniz, o zaman əlavə məbləğ ödəyirsiniz. Heç bir ödəniş nə tam, nə də qismən də olsa geri qaytarılmır, hətta SİZİN domeyn adınızın qeydiyyatı dondurulsa, ləğv edilsə və ya SİZİN hazırkı qeydiyyatınızın sonuna qədər transfer edilsə belə. BITEP müstəsna olaraq istədiyi zaman dəyişdirmə ödənişlərini, artım xərclərini, yenilənmə xərclərini, yaxud təşkilati xərcləri istədiyi səbəbə əsasən dəyişdirmək hüququna malikdir. SİZİN təklif etdiyiniz domeyn adı qeydiyyat ödənişi bizə çatıdırılmayana, SİZİN qeydiyyat e-məktubunuzda göstərilən ünvana BITEP-nin göndərdiyi təsdiq məktubu gəlməyənə qədər qeydiyyata alınmayacaqdır. SİZİN domeyn adının qeydiyyatı ilə bağlı qeydiyyat xərclərinin ödənişi ilə əlaqədar kredit kart şirkətinin (yaxud BITEP icazə verdiyi digər ödəniş təchizatçısı tərəfindən oxşar fəaliyyətlər) geri ödəniş etməsi halında, SİZ razılaşmalı və təsdiq etməlisiniz ki, qeydiyyata düşmək məqsədilə ödəniş ediləcək şirkət kimi domeyn adının qeydiyyatı BITEP-yə transfer edilməlidir və BITEP bu domeyn adının üçüncü tərəflərə satılmasını mümkün etmək hüququna malikdir. SİZİN domeyn adınızın qeydiyyatının bərpa edilməsi hüquq müstəsna olaraq BITEP-yə məxsusdur və ilkin qeydiyyat və ya yenilənmə qeydiyyatı və bərpa məsələləri üzrə ödənişlər edilməlidir.

Domeyn registratorunun BITEP-yə transfer edilməsi

SİZ arzu edilən domeyn adının transfer təklifinin qüvvəyə minməsinə qədər BITEP-yə ödəniş etməyə razılaşırsınız, daha sonra domeyn adının ilkin transfer təklifi üçün BITEP-nin prays-listində göstərilən məbləği ödəyirsiniz. Domeyn adının transferi zamanı ortaya çıxan uğursuzluq halında, aşağıdakı şərtlərə görə, lakin bunlarla məhdudlaşmır, bütün ödənişlərin geri-ödənilməyəcəyi barədə razılığa gəlirsiniz:

 Qeydiyyata alınmış Adın Daşıyıcısı və ya Administrativ Əlaqədən cavab alınmayanda

 Registratorun Qapalı Statusunda domeyn adı

 İlkin qeydiyyat müddətindən keçən 60 gün ərzində və registratorun qeydiyyata alındığı gündən etibarən 60 gün müddətində domeyn adının qeydiyyat müddəti bitərsə və ya digər maneələr meydana gələrsə, BITEP müstəsna olaraq istədiyi zaman dəyişdirmə ödənişlərini, artım xərclərini, yenilənmə xərclərini, yaxud təşkilati xərcləri istədiyi səbəbə əsasən dəyişdirmək hüququna malikdir. SİZİN təklif etdiyiniz domeyn adı qeydiyyat ödənişi bizə çatıdırılmayana, SİZİN qeydiyyat e-məktubunuzda göstərilən ünvana BITEP-nin göndərdiyi təsdiq məktubu gəlməyənə qədər qeydiyyata alınmayacaqdır. SİZİN domeyn adının qeydiyyatı ilə bağlı qeydiyyat xərclərinin ödənişi ilə əlaqədar kredit kart şirkətinin (yaxud BITEP icazə verdiyi digər ödəniş təchizatçısı tərəfindən oxşar fəaliyyətlər) geri ödəniş etməsi halında, SİZ razılaşmalı və təsdiq etməlisiniz ki, qeydiyyata düşmək məqsədilə ödəniş ediləcək şirkət kimi domeyn adının qeydiyyatı BITEP-yə transfer edilməlidir və BITEP bu domeyn adının üçüncü tərəflərə satılmasını mümkün etmək hüququna malikdir. SİZİN domeyn adınızın qeydiyyatının bərpa edilməsi hüquq müstəsna olaraq BITEP-yə məxsusdur və ilkin qeydiyyat, yenilənmə qeydiyyatı və bərpa məsələləri üzrə ödənişlər edilməlidir.

Domeyn registratorunun BITEP-yə transfer edilməsi

BITEP aşağıdakı şərtlərə görə, lakin bunlarla məhdudlaşmır, domeyn adının transfer təklifini rədd edə bilər:

 Qeydiyyata alınmış Adın Daşıyıcısı və ya Administrativ Əlaqədən cavab alınmayanda.

 Registratorun Qapalı Statusunda domeyn adı və Qeydiyyata alınmış Adın Daşıyıcısı və ya Administrativ Əlaqədən status dəyişikliyi barədə təklif olmayanda.

 İlkin qeydiyyat müddətindən keçən 60 gün ərzində və registratorun qeydiyyata alındığı gündən etibarən 60 gün müddətində domeyn adının qeydiyyat müddəti bitərsə və ya digər maneələr meydana gələrsə, SİZ razılaşmalı və təsdiq etməlisiniz ki, domeyn adının transfer edilməsindəki uğur və uğursuqlar onun məsuliyyətidir və BITEP hər hansı bir səbəbdən domeyn adının transferi zamanı baş verən qüsurlara görə cavabdeh deyil.



QANUNİ MƏQSƏD

BITEP istədiyi şəxsə xidmət göstərməkdən imtina edə bilər. SİZ, BITEP-nin serverlərindən qanuni məqsədlər üçün istifadə edə bilərsiniz və bizim xidmətlər qeyr-leqal məqsədlər və ya qeyri-leqal fəaliyyətləri dəstəkləmək üçün istifadə oluna bilməz. Biz cinayət və mülki məsuliyyət üzrə aparılan araşdırmalarda hüquq-mühafizə orqanlar və/ya zərər çəkmiş üçüncü tərəflə əməkdaşlıq etmək hüququna malikik. Amerika Birləşmiş Ştatlarında qeyri-qanuni olan məsələ, bizim serverlərimizdə də qadağandır. Qanuna zidd materialın ötürülməsi, paylanması və ya saxlanması qəti qadağandır. Buraya, müəllif hüququnun, ticarət markasının və ya xüsusi səlahiyyət çərçivəsində olan digər intellektual mülkiyyət hüquqlarının pozulması, əxlaqsız, təhqiredici, qeyri-qanuni fəaliyyət və ya eksport nəzarət qanunlarının pozulması daxildir, lakin bununla məhdudlaşmır. Qəbul edilməyən məlumatlar və linklər: "Pirat proqramlar", OGG, AVI, MPEG, ISO, "Xaker proqramları və ya arxivləri", "Müəllif hüququ qorunan rəqəmsal film nüsxələri (DIVX)" və "lisensiyasız MP3". Yuxarıda göstərilənlərə uyğun materialların göstərilməsi BITEP idarəçiliyinin məhdudiyyətləri çərçivəsindədir. Əgər qeyri-qanuni istifadə aşkarlanarsa, o zaman istifadəçi hesabı dondurulacaq və/ya ləğv ediləcəkdir. SİZ razılaşırsınız ki, BITEP hər hansı razılaşma və ya xəbərdarlıq olmadan, yazılı təklif hazırlayan hüquq-mühafizə orqanına SİZİN bütün məlumatlarınız, o cümlədən IP nömrələri, hesabın tarixi, hesabdan istifadə və s. barədə informasiya verə bilər. Bu müqavilənin imzalanma yerindən asılı olmayaraq, SİZ razılaşırsınız ki, bu müqavilənin yeri üzrə məqsədləri Fremont, Kaliforniya ərazisinə ünvanlanır və istənilən mübahisələr Fremont, Kaliforniya ərazisində həll olunur. Müttəhimlər bütün ittihamlardan etiraz və bu məsələlərin Fremont məhkəmələrində həll edilməsini tələb edə bilərlər. HEÇ BİR HALDA BITEP-NİN MAKSİMUM ÖHDƏLİYİ BEŞ YÜZ ($500.00) DOLLARI KEÇMƏMƏLİDİR.



KOMPENSASİYA

SİZ RAZILAŞIRSINIZ Kİ, BU BITER LLC-Nİ BÜTÜN TƏLƏBLƏRDƏN ÖHDƏLİKLƏRDƏN, İTKİLƏRDƏN, XƏRC VƏ İDDİALARDAN, O CÜMLƏDƏN BITEP-YƏ QARŞI HƏQİQİ ETİBARNAMƏ HAQLARINDAN, ONUN AGENTLƏRİNDƏN, ONUN MÜŞTƏRİLƏRİNDƏN, ONUN İŞÇİLƏRİNDƏN VƏ SİZİN, SİZİN AGENTLƏRİNİZ, SİZİN İŞÇİLƏRİNİZ TƏRƏFİNDƏN TƏMİN EDİLƏN, GÖSTƏRİLƏN, YAXUD TƏMİN EDİLMƏSİ RAZILAŞDIRILAN VƏ YA SATILAN İSTƏNİLƏN MƏHSULDAN MEYDANA GƏLƏN PROBLEMLƏRDƏN MÜHAFİZƏ ETMƏLİDİR. SİZ RAZILAŞIRSINIZ Kİ, BITEP-Nİ AŞAĞIDAKILARDAN ƏMƏLƏ GƏLƏN PROBLEMLƏRDƏN MÜDAFİƏ ETMƏLİSİNİZ:

(1) BITEP-NİN SERVERLƏRİ İLƏ BAĞLI SATILAN VƏ YA PAYLANILAN İSTƏNİLƏN MƏHSULUN MEYDANA GƏTİRDİYİ PROBLEMLƏR.

(2) İSTİFADƏÇİ TƏRƏFİNDƏN TƏMİN EDİLƏN İSTƏNİLƏN MATERİALIN ÜÇÜNCÜ TƏRƏFİN MÜLKİYYƏT HÜQUQLARINA TOXUNDURDUĞU VƏ YA TOXUNDURA BİLƏCƏYİ ZƏRƏR

(3) MÜLKİYYƏT HÜQUQLARININ POZULMASI

(4) BITEP-NİN SERVERLƏRİNDƏN İSTİFADƏÇİYƏ SATILAN İSTƏNİLƏN QÜSURLU MƏHSUL.



İMTİNA

BITEP SİZİN BİZNES FƏALİYYƏTİNİZƏ TOXUNA BİLƏCƏK ZƏRƏRLƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR. TƏMİN ETDİYİMİZ XİDMƏTLƏRƏ BITEP ZƏMANƏT VERMİR. BITEP XÜSUSİ BİR MƏQSƏD ÜÇÜN SATIŞA YARARLILIQ, YAXUD UYĞUNLULUQ BARƏDƏ ZƏMANƏT VERNƏKDƏN İMTİNA EDİR. BURAYA BITEP-NİN VƏ ONUN İŞÇİLƏRİ TƏRƏFİNDƏN GECİKMƏLƏR NƏTİCƏSİNDƏ MƏLUMATIN İTİRİLMƏSİ, ÇATDIRILMAMA, YANLIŞ ÇATDIRILMA, YAXUD GÖSTƏRİLƏN XİDMƏTLƏRDƏ FASİLƏLƏRİN YARANMASI DAXİLDİR. BITEP İSTƏNİLƏN ZAMAN ÖZ SİYASƏTİNİ DƏYİŞDİRMƏK HÜQUQUNA MALİKDİR. BITEP-NİN BÜTÜN SUB-ŞƏBƏKƏLƏRİ, RESELLERLƏRİ VƏ XÜSUSİ İDARƏ OLUNAN SERVERLƏRİ YUXARIDAKI SİYASƏTƏ UYĞUN OLMALIDIR. HƏR HANSI BİR ŞƏRTİN YERİNƏ YETİRİLMƏMƏSİ İSTİFADƏÇİ HESABININ DƏRHAL BAĞLANMASINA ZƏMİN OLACAQDIR.



MƏXFİLİK BƏYANNAMƏSİ

BITEP bizim müştəri məxfiliyi bəyannaməsi üzrə ciddi təlimatlara əməl edir. Bu bəyannaməni tam anladığınızdan əmin olmağınız xahiş olunur.
Yüklə 73,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə