Böyük insan, qüdrətli alim ustad Mirhedayət Həsarinin nurlu xatirəsini ehtiramla yad edirik



Yüklə 102,5 Kb.
tarix21.06.2018
ölçüsü102,5 Kb.
#50041

 

Ey vətən səmtinə gedən karvanlar,



Məndən də bir salam ellərə verin!

Qaranquş misallı, xoşbəxt insanlar,

Baharın müjdəsin güllərə verin!

Mirhidayət Həsari

Böyük insan, qüdrətli alim ustad Mirhedayət Həsarinin nurlu xatirəsini  ehtiramla yad edirik!

(1929 - 2012)Mirmusa Haşimi

Giriş

Elə bil ki dünəndi... Dr. Mirhidayət Həsari 2012-ci il fevral ayinin 6-sinda, saat 20.50 radələrində Tehranda səssiz-səmirsiz, ürəkləri acıdan nisgil və hüznlə əbədiyyətə qovvuşdu. Bu gün dünya şöhrətli alimin aramızdan getməsinin il dönümü ərəfəsindəyik.

Deyirlər ki, insanın iki ömru var: biri insanın həyatda fiziki var olduğu bir müddətdir ki, bunu hərəmiz ömür vəfa etdiyi qədər yaşayırıq.  Amma insanın ikinci ömürü daha uzun müddətli və qalıcıdır, çünki insan həyatdan köçüb getsə də onun əməlləri, görduyu xeyirxah işlər onu daim yaşadar. Söhbət qələm-söz ustalarından gedirsə, onlarin qoyub getdiyi ədəbi əsərlər onları əbədi yaşardar, nəsildən-nəsilə keçərək milli-mədəni irsimizi daha da zənginləşdirər. Istedadlı xalqımızın yetirdiyi bir belə daima yaşar ədiblərdən biri də usdat Dr. Mirhidayətdir.  Azərbaycan ədəbi aləminin parlaq ulduzlarından biri sayilan, Dr. Mirhidayət Həsari keçmə-keçli ömür yolu, zəngin fəaliyyəti ilə, Azərbaycan millətinin hüsn-rəğbətin qazanan alimlərdəndir ki, əbədiyyətə qovuşsa da qoyub getmiş olduğu mədəni irs onu əbədi yaşadır.

Ustad Həsari həyatda görkəmli hərbiçi olmuşdur və eyni zamanda könlunu sözün-qələmin sehrinə verərək məşhur bir şair, yazıçı, tədqiqatçı kimi tanınmış, jurnalist, folklorşünas və turkoloq kimi də fəaliyyətdə olmuşdur. Görkəmli ədibin 30 cildə qədər əsəri çap olunmuş, 30 cilddən artıq hələ gün uzu görməmiş kitabları, 2250-dən artıq fərhəngi, ictimai, elmi məqalələri və tədqiqat əsərləri zəngin fəaliyətinin sübutudur.

Istərdim ki, ömür boyu qaranlıqlar içində, zülmət qoynunda yaşayan və zülmətə baş əymiyən, dərdi sevincindən daha çox olan Dr. Mirhidayət Həsarinin ölümünün il dönümü münüsibəti ilə bağlı xatirələrimi qələmə almaqla neçə zərurət doğuran və unudulmaz məqamı da vurğulamış olum. Birinci, ustad Həsarinin ulu ruhuna hörmət; ikincisi ustadın hörmətli ailəsinə və Azərbaycan xalqına ehtiramimi göstərmək; üçüncüsü, insani və milli borcumu yerinə yetirməklə ruhumun rahatlıq tapmasıdır.

İlk tanışlıq

Ustad Mirhidayət Həsari ilə həmyerli ulduğumuz üçün yalnız onun adi ilə Kəhriz Yekəndən tanış idim. (Kəhriz Yekən Mərəndə bağlı olan bir qəsəbədir və ətrafında 18 kənd yerləşir.) Urmu şəhərinə köçəndən sonra da, yekənlilərin çoxundan o cümlədən Mirqulaməli Bəhadiridən (Kəhriz Yekən aydınlarından biri idi) Mirhedayət Həsari haqqında gözəl sözlər eşitmişdim.

"Bir əsgərin xatirələri" adli kitabi yazarkən dünyaya göz açdığım Kəhriz Yekən qəsəbəsindən ətrafli məlumatım yox idi, çünki uşaq çağlarından bəri Urmu şəhərinə köçmüşdük. Isveçdə yaşadığım zaman "Azərbaycan folkolori və Yekanat monoqrafiyasi" adlı sanballi bir kitabın ışıq üzü görməsindən xəbərdar olmuşdum və bu kitabın yazarı Mirhidayət Həsari idi. Ustad Məhəmmədəli Fərzanə də, Isveçdə olduğu ərəfədə ustad Həsarıdan gözəl sözlər söyləmişdi.

Nəhayət, qısa müddətdən sonra ustad Həsarinin telefon nümrəsini əldə edib və ilk dəfə Tehrandaki evinə zəng etdim.   ... Tanışlıq verərkən onun haqqında  uşaq cağlarından xoş sözlər eşitdiyimi, onunla qurur duyduğumu dedim və həmyerlimiz Mirqulaməli Bəhadurni rəhmətlə anaraq başqa mənimüçün dəyərli olan xatirələri onunla bolüşdüm.

Bu firsətdə kitabım üzərində ustada bilgi verib və "Azərbaycan folkolori və Yekanat monoqrafiyasi" adli kitabı göndərməyi xahış etdim. Ustad Həsari sevinərək məni alqışlayib belə dedi: "Sizi tanımaqdan çox şad oldum, gözüm üstə! Ünvanızı yazın, bu tezlikdə istədiginiz kitabı sizə post edərəm ...".  Eləcə də oldu, bu əsər "Günəşsız günlər" adli şeir divanı ilə post vasitəslə Isveçdə əlimə çatdi və istədiyim kimi vaxtında faydalandım. Beləliklə səmimi əlaqə və ilgilərimiz günü - gündən daha da sıxlaşdı. 2001-ci ilin iyun ayinin 28-də kitabların əlimə çatmasını bildirərək ona bir məktubda belə yazdım:" Əziz ustad, sağ olasınız, kitabınızı oxuyarkın sanki uşaq çağlarına dönüb və özümü Kəhriz Yekəndə hiss etdim!"...

 

İlk görüş

"Varliğin səsi" əməkdaşlarımızla belə qərara gəldik ki, Ustad Mirhidayət Həsarini Isveçə dəvət edib və 75 illik yubileyini Malmö şəhərində qeyd edək.

Növbəti telefon söhbətimizdə (2005-7-30) ustada fikirlərimizi söyləyərək onu Malmöyə dəvət etdik və ustadın razılığın əldə etdik. Dəvətnamə üçün qanunu işlər vaxtında yerinə yetirilldi və ustad 2005-ci ilin avqustun 8-də Tehrandan Kopenhagen hava limanına uçdu.  Elə həman bazar günü  vaxtında əməkdaşımiz Jaqub Şamixi bəy və mən onun minik maşını ilə Kopenhagen şəhərinin "Kastrup" hava lımanına Ana vətəndən gələn dəyərli qonağımızı qarşılamağa getdik... Səbirsizliklə gözləyirdik, axşam çağı idi, günün ışığı üfüqlərdə parlayarkən nəhayət ki, Tehrandan gələn uçaq yərə endi . Bir neçə dəqiqə sonra salonun çıxış qapısında cəmiyyətin izdihamı içərisində uca boylu və xoş simalı ustad Həsarini gördük, o gözləmə salonuna varmaqda idi. Jaqub bəy ilə birgə irəli gedib bir dəstə çiçəklə ustadi  bir əzizimiz kimi  qarşıladiq. Ustad  həyəcanlı və bir az yorğun görünsə də, sevincden uzu gulurdu və qivraq gorunurdu. Əlbəttə ki, həyacan və yorğunluq doğuran bu anlar təsadüfi deyildi, çünki uzun illər elindən - obasından sürgün düşən, qurbətçilik həyatısürən  vətəndaşları ilə onun görüşü reallaşmışdı.

Görkəmli alimin olduqca təmiz və saf duyğusu bizə də öz təsirini buraxdı. Beləliklə, kef-əhval tutandan sonra  Jagub bəyin minik maşını ilə havalimanından Malmöya doğru yollandıq. Təxminən yarım saatdan Drottninggatan  xiyabanında yerləşən  evimizə çatdıq, evdə həyat yoldaşım Sona xanim gül-cicəkləqonagımızı qarşılayıb “Xoş gəlmisiniz!” dedilər.

Ustad Həsari 30 gün qonağımız oldu. Bu müddətdə "Skåne" rayonunun mərkəzi sayılan və Avropada, Parklar şəhəri kimi məruf olan Malmö şəhərinin müzeylərini, tarixi yerlərini habelə Kopehagendeki bəzi tarixi yerləri və o, cümlədən “Su perisi” heykəlini, Parlement Binasını, Şəhər Bələdiyyə Binasınıyaxındaan gördük. Bu firsətdə dəyərli qonağımız yazmış olduğum "Bir əsgərin xatirələri" adli kitabımın müəyyən bölümlərini də maraq  və həvəslə  redakte etdi. Kitabın ön sözündə təşəkkürümü "Mirhəbib oğlu" adına bildirmişəm. (“Mirhəbib” ustadın atasınin adidır.)

Ustad Həsari Isveçdə olan ərəfədə Canadanın Vancouver şəhərindən yayilan "Odlar yurdu" radyosunun müdir məsulu Əliriza Miyanali ..." telefon edib ustad Mirhidayət Həsarinin özu ilə danışdı. O ustadın yazdığı şeyirlərdən bir neçəsini öz səsi ilə oxumasını təklif etdi və qocaman şayirin canlı səsilə yazılmışlentlərin arxivdə qorunub saxlanacağını bildirdi. Ustad maraqla "Mən kiməm” və ...  şeyirlərini oxumaqla Əliriza bəyin istəyin yerinə yetirdi.

Sinəsi zəmanənin və tarixin yaralari ilə dolu olan böyük ədib Mirhidayət ürək süfrəsini açmışdı və ətrafli söhbətləri hamımıza dərindən təsir buraxırdı. Azərbaycan türklərinin başına gələn tarıxı hadisələr və xalqın məzlumiyyəti onu dərindən kədərləndirirdi. Amma millətimizin mədəni yollarla milli azadlığına qovuşmasına bütün varlığı ilə inanırdı! Onun məhəbəti Yekanata tükənməz idi və bu movzuda  yazdığı şeyirdən bir bənd aşağıda təqdim olunur:

Bahar fəsli dağlar lalə açanda,

Gül sünbül axtarsan Yekanatdadır.

Yal - yamaclar, al yaşıla batanda,

Süsən gül axtarsan Yekanatdadır...

Ustadımız Yekənlilər haqqında belə deyerdi: "Deyirlər ki, bir  gün Iskəndər Zülqədər zülmət dünyasında yol gedərkən qaranlıqda bir adamla toqquşur. Adam dönüb yavaş olub yoluna baxmasını deyir. Iskəndər soruşür ki: “Sən kimsən? Bu zülmətə necə gəlmisən?” Adam cavab verir: “Mən yekənliyəm!”. Burada Iskəndər teeccüblənir...

Ustadın bu misalı gətirməklə mənzuru bu idi ki, yekənlilər müdrik, zəki, sədaqətli, cəsarətli insanlardir ki, dünyanın hər harasında olursa olsun müvəffəq bir insan kimi vardilar... eyni ustadın özü kimi...

 

Ədibin 75 illik yubileyi

Dəyərli ustad Mirhidayət Həsarinin 75 illik yubileyi təntənəli şəkildə 2005-ci il sentyabr ayinın 10-da Malmö şəhərində qeyd olundu.



http://www.varliginsesi.com/vs15/vs15_01.jpg

O günü çox gözəl xatirlayiram ... Avropanın başqa ölkələrindən və Isveçin ayri-ayri şəhərlərindən  gələn azərbaycanli soydaşlarimiz  adi yuxarıda çəkilən məkana toplanaraq ustadi səbirsizliklə gözləyirdilər. Salonun girişində sağ tərəfdə ustad Həsarinin çeşitli əsərləri masa üzərinə qoyulmuş, divarda onun gənc yaşlarından bu günə qədər seçilmiş şəkilləri asilmiş, hər tərəf gül-çiçəyə qərq olmuşdu, bir sözlə salon zovqlə bəzədilmişdi. Bir neçə dəqiqədən sonra ustadı gətirən maşın binanın qarşısında dayandi və ustad Həsari, ustad Məmmədəli Fərzanə, muhəndis Böyük Rəsul oğlu ilə birgə "Varliğınn səsi" əməkdaşları tərəfindən qarşılanaraq binanın yuxarı mərtəbəsinə çıxdılar. Salona girərkən iştirakçılar ayağa qalxıb səmimi duyğular ilə əl çalaraq yubileyin sahibini və yandaşlarını alqışladılar. Tədbir aparıcıları Gülnara Məmmədova və Mirsadıq Haşimi tribun arxasında ustada “xoş gəldin” deyib təbrik etdilər beləliklə tədbir açiq elan edildi. O gecədə bizim gül balalarimiz da fəal işitirak etdilər: Səhənd Nəbioğlu, Emil Mobarəki və Nigar Mobarəkinin çixişlari hamimizi fərəhləndirdi. Aşağida onlarin oxuduqlari şerləri sizə təqdim edirik:



http://www.varliginsesi.com/vs15/vs15_02.jpg

Səhənd Nəbioğlu  Məməd Arazin" Azərbaycan yurdum mənim" şeirindən bir neçə bənd oxudu                   

Qayalarda bitən çiçək,

Çiçəklikdə bir qayatək,

Ulduzlara səs düşəcək:

Azərbaycan, Azərbaycan!

Qartallari od qanadlı,

Oğullari şimşək adlı,

Ana vətən kayinatdı,

Azərbaycan yurdum mənim!

Dosdan uca zirvə varmi?

Sözdən şirin meyvə vari?

Bundan gözəl töhfə varmi?

Azərbaycan yurdum mənim!
http://www.varliginsesi.com/vs15/vs15_03.jpg

Emil Mübarəki qarmonunu sinəsinə basasaq məharətlə iki Azərbaycan mahnısı gözəl şəkildə ifa etməklə mərasimə yeni bir əhval- ruhiyyə bəxş etdi.
http://www.varliginsesi.com/vs15/vs15_04.jpg

Nigar Mübarəki şair, Zeynal Cabbarzadənin "Yurdumuza arxayıq" şeirindən bir neçə bənd oxudu:

Ana yurdun qucağında,

Boy atırıq azad, şən.

Bəslər bizi, səslər bizi,

Xoş günlərə Bu vətən.

Qoy mahnımız hər tərəfi,

Ağır- ağır dolaşsın.

Qoy səsimiz keçilməsin,

Meşə keçsin, dağ aşsın.

Yurdumuza biz arxayıq,

Qorxumuz yox davadan.

Sülh var olsun, bahar olsun,

Yer üzündə hər zaman!

Bu sətirlərin müəllifi, "Varliğin səsi" dərgisinin əməkdaşlari adindan ustad Həsarinin dörd mesraliq "Ana yurdum Azərbaycan" adlı şeiri ilə məclisin səbəbkarini səmimi təbrik etdi və ürək sözlərini ifadə etdi. Sonra ustad Mirhidayət Həsari alqışlarla səhnəyə gələrək onun üçun ayrilmiş özəl yerdə oturdu. Beləliklə ədibimizə həsr olunmuş sözü, musiqili, təbrikli yubiley tədbirimiz başlandi. O unudulmaz gecədə başqa dəyərli qələm ustalarimizin, ziyalilarimizin, və adi siravi soydaşlarimizin biri-birindən maraqli, məzmunlu çixişlarini dinlədik, birlikdə huznləndik, birlikdə sevindik.  Aşağida çixişlari xulasə şəkildə sizə təqdim edirik.text box:



Ustad Fərzanənin çixişindan:

... Öz növbəmdə, lütf edib bu ədəbi və fərhəngi iclasa qatılmağınıza görə sizlərdən təşəkkür edirəm. Mənə belə gəlirki, biz hamıdan öncə hörmətli vətəndaş Ağa Mirmusa Haşimiyə himmət və qayğı göstərməsinə, görkəmli yazıçı və araşdırıcı Ağa Mirhidayət Həsarini Isveçə çağırmaqla və ondan üstün bu möhtəşəm yubiley tədbirinin təşkil olunmasina görə ona minnətdarlığımızı bildirmək lazımdır. Azərbaycanın bu gün kü durumunda hər bir elinə - yurduna bağlı olan, tarixi varlığı, dilini- fərhəngini və bir sözlə mədəniyyətini tanımaqda və tanıtdırmaqda can yandıran vətəndaşın bura gəlişindən sevinir və bununla dərindən ilgilənirik. Biz onların simalarında, anlayışlarında yaranan yenilikləri görür və adına güvənirik. Onların fərasət, bilik və yaradıcılığında yaranan elmi araşdırma bacarığı düşüncə və qələm sınağı sabahın yolunu düzəltməkdə xalqımıza və yurdumuza yelkən olacaq və bu yelkən  şübhəsiz vətənimizi və elimizi aydın sabahlara çıxaracaq.

Mən, dəyərli əməkdaşımız Həsarinin xarakter yaradıcılığı ilə yaxından ilgiləndiğim üçün deyə bilərəm ki, bizim çalışqan vətəndaşlarımız arasında, Həsari seçgin insanlar sırasında qimətləndirilən birisidir. Onda zamanla ayaqlaşmaq, səsini zamanın qabaqcıl səsinə qatmaqda tükənməz enerji və potelsiala sahib olduğuna şahid olmuşam. Yaradıcılığı çox sahəli olsada çox da qiyafəli oldu. Onun Yekan (Yekən) bölgəsində arayıb - darayıb topladığı folklor  numunələr bu günə qədər Azərbaycanın ayri - ayri bölgələri ilə rabitədə yazılmış monoqrafiyalarin sırasında hamisindan müfəssəl və müstənəd əsərlər sayılır...

Gecədə fəal soydaşlarimizdan Aydin Həsarli Ustad Həsarinin "Olmaz" adlı şeirini və Tehrandan gələn və ustadın səmimi dostlarından biri sayilan ziyalımız Əziz Möhsüninin dəyərli təbrik məktubunu alqışlarla oxudu.

 

Əziz Möhsüninin məktubu qisa xulasəsi:

...  Şair Həsari Bu sözləri deyəndən sonra belə bir qənaətə gəlir ki, ellərin azadlıq zamanı çatıbdır, bu ellər, bu xalq zəncirlərə bağlanan dillərinin zəncirini qıracaqlar. Zaman çatıbdır və bu da zamanın hökmüdür!

"Yetişib ellərin azadlıq çağı,

Gəlin sovnizmə son qoyaq indi"

Qollardan  zənciri, dillərdən bağlı

Vaxtı yetişibdir bir qıraq indi"

Ustad Həsari təvazökar və nəcabətli bir insandir. O, ömür boyu xalqinin və dilinin azadlığı uğrunda yorulmadan çalışıb və bütün varlığı ilə buna inanıbdir. Zaman çatıb, bir gün gələcək ki, buxovlar, qandallar qırılacaq. Onun öz qan qardaşları hətta bütün əzilən, tapdalanan, məzlum insanlar, günəş rəngili köynəklərini geyib, həyatlarınin baharından keçəcəklər.

Mən hörmətli dostum və təvazükar alim, şair və yazıçı üçün can sağlığı arzülayiram. Onun gələcək nailiyyətlərinə əminəm və onun kimi, o səfali, aydın günləri bütün insanlara, xisusi ilə, illər boyu tapdalanılan, dili, mənliyi əzilən vətəndaşlarıma ürəkdən arzülayıram. ...

 

Böyük Bəy Rəsuloğlunun çixishindan:

...  Mirhidayət Bəy Həsarinin  75 illik yubileyini  təbrik deyirəm. Böyük zəhmətlərə qatlanaraq bu gün Malmöda bu mədəniyyət ocağında görkəmli yazıçımıza bu münasibətlə törən hazirlayan dostum Mirmusa Haşimi və "Varlığın səsi" junralı məsullarına öz təşəkkür minnətdarlığımı bildirirəm.

60 cild kitab müəllifi və çeşitli məqalələr yazan böyük yazıçımızın toplumda taninan bir sima olduğu üçün vaxtınızı alıb onu tanıtmağa çalişmiyacağam. Hərkəsin bildiyi dəyərli ustadımız ömrünün ilk çağlarından başlayaraq müxtəlif siyasi, ictimayi və milli-mədəni movzularinda əsərlər yazmış, dəyərli fikirlər ortaya atmışdır. "Sümərdən, Atropatenə" qədər mətbuatda ardıcıl çıxan fikirlər milli təfəkkürün bariz nimunəsi kimi ustad tərəfindən yazılmış dəyərli bir əsərdir ...

Nəhayət ki, söz ustad Mirhidayət Həsari cənablarına verildi. Görkəmli yaziçimiz qonaqlari salamlayaraq özünü bu insanlarin arasinda görməkdən şad olduğunu deyib hamiya təşəkkür etdi. Habelə üzünü müəllifə tutub bu ifadəni işlətdi: “ Bu imkanı və firsəti yaradanlara xususilə dostum, qardaşım və həmyerlim Mirmusa Haşimidən təşəkkür edirəm”...

O çixişinda  azərbaycanlıların kültürel, ictimayi, mədəni, iqtisadi və siyasi durumlarının Iranda ağır olmasın vurğuladi və bunlari qeyd etdi: “... uşaqlarımız üçün çox çalışmalıyıq ki, öz ana dillərini və milli varlığlarını unutmasınlar. Mədəni çalışmalarımızla xalqımızı əsrlər boyu qərq olduğu yuxudan oyatmaq bu gün zəruri xarakter daşayır...”

 

Əbdulla Əmir Haşiminin (Cavanşir) çixişindan:

“... Ustad Mirhidayət bəy Həsarinin bütün həyat və yaradıcılığı barədə danışmaq mümkün deyil. Amma bu gözəl insanın xalqımızın yaratdığı nağıllar, lətifələr, əfsanələr barədə araşdırmaları, məsəllər və aşıq poeziyasının rəngarəng səhifələrində arayıb üzə çıxarmaları Azərbaycan kültürünün inkişafında xisusi yeri var. Burada Mirhidayət bəy Həsarinin xalqımızın keçdiyi yol və başına gəldiyi hadisələri xisusi diqqətlə xalq şifahi ədəbiyyatımızda ədəbiyyat tariximizdə ədəbi tənqidşinaslıq barədə yeni addımlardan sayilir. Bu addımları cənab Həsari özünə məxsus vəsvas və diqqətlə izləmişdir ...”

Həsən Intizarcunin çixişindan:

“Ustad Həsari, 75-ci ad gününüz mübarək olsun! Sizə ürəyimin içindən gələn bir neçə beyt şeir yazmışdım və bu gözəl münasibətə görə, belə oxumaq istərdim:

Əziz ustad Mirhedayət Həsari,

Qutlayırıq belə bir Bahari,

Bizə çoxdur bu günün iftixari,

Soydaşlar seviri sənin qeyrətin.

Xalqın içində var qədir-qiymətin.

Qələmin nur saçıb Azərbaycana,

Sanballı əsərlər yaydın həryana,

Quran kimi, yol göstərir insana,

Olmaz daha farslar, türkləri dandın.

Zəngin tariximix kölgədə qalsın.

Həsari, Həsarsız yazar sözünü,

Əllərinə söylər, sözün düzünü,

Türk dili dananın, oyar gözünü,

Həsənəm sevərəm haq sözü deyəm,

Ağ- qaranı seçib, düzünü deyəm.

 

Səttar Sevgin:

“Ey Ana yurdum! ey Azərbaycan!

Qoy atsın gün bə gün şövkətin sənin.

Aslanlar becərən igitlər doğan,

Yayılsın aləmə şöhrətin sənin.

          (Mirhidayət Həsarinin yazmiş olduğu şerdən bir bənddir)

“... Zəhmət çəkib uzaq yollardan gəlmisiniz, məndə Stockholmdan gəlmişəm. Biz artıq bu salona adət etmişik. Bu salonda “Varlığın səsi” dərgisinin iki böyük və nəhəng əməkdaşının doğum günün biz keçirmişik. Böyük ustadımız Fərzanə bəyin də elə doğum günü burada idi.

"Varlıq" dərgisindən söhbət gedəndə, bizə dil üyrədən, bizi bura çatdıran sizlər olmusunuz, başda Dr Heyyət  olub. Icazə verin Dr. Cavad Heyyət cənablarının, ustad Mirhidayət haqqında yubileyə göndədiyi yazını oxuyum: “Burada da bizim varlığımız olan "Varlıq" dərgisindən ilham alınmışdır, elə ona görə də Ağa Haşimi, Malmö şəhərində nəşr olan dərgilərinə bu yüksək anlam daşiyan adı seçmiş və "Varlığın səsi" qoymuşlar.”

 

Dr. Cavad Heyyətin məktubu (xulasəsi):

Dr. Mirhedayət Həsari barədə bir neçə söz: 

Ağa Mirhedayət Həsari uzun illərdir "Varlıq" dərgisinin görkəmli yazıçısı və varlıq yazıçılar heyyətinin üzvüdür. O, eyni zamanda şair, mühəqqiq, folkulurşinas və Azərbaycan sahəsində türkoloqdur. Tarix və ədəbiyyatımız sahəsində apardığı araşdırmalar və yazdığı məqalələri “Varlıq” dərgisinin səhifələrinin bəzəyi olmuş və oxucularımızın marağını cəlb etmişdir. Həsari bəyin araşdırma sahəsi çox genişdir. O, türkcə və farscanın dil və ədəbiyyatına dərindən bələd olduğu üçün hər iki dildə təhqiqat aparır və unudulmuş ədəbi əsərləri və tarixi şəxsiyyətlərimizi üzə çıxadır və bizləri onlarla tanış edir.

Həsari bəy eyni zamanda görkəmli şairdir. Onun şeirləri məzmun və mühtəvalı və duyğuludur. Uzun illərdən bəri “Varliğın” bütün saylarında onun məqalələri və şeyirləri dərginin ən maraqlı və faydalı hissələrini təşkil etməkdədir.  

Onun məqalə və şeirləri başqa dərgi və qəzetlərdə də çıxmaqdadır. Həsari bəy o qədər çalışqan bir araşdırıcı və yazıçıdırki, “Varlıq” dərgisi onun hamı məqalə və şeyirlərini yaymağa kifayət etmir və bir çox dərgi və qəzetlərdə də onun əsərləri nəşr edilir. Buna baxmiyaraq deyə bilərəm ki, Həsari bəy “Varlıq” dərgisinin təməl paylarından biridir.

Həsari bəyin uşaqlıq həyatı çox çətin və məhrumiyyətlə keçmişdir. Bu üzdən o, mədrəsə təhsilini apara bilməımiş və çalışaraq eşikdə oxuyub imtahan vermiş və lisə təhsilini bitirəndən sonra orduya daxil olmuş və 30 il xidmətdən sonra albay (sərhəng) dərəcəsilə əməkli olmuşdur. Ondan sonra daha fərhəngi işlərlə məşğul olmuşdur. O, orduda ikən London ünversitələrində mühəndislik diplomu almış və yüksək hərbi məktəbdə məllim-ustad vəzifələrində çalışmışdır. O Azərbaycanda Baki Dövlət Universitetinin doktorudur.

Bu gün onun 76 yaşı vardır. O, Culfada anadan olmuş, amma əslən yekənlidir. Onun əsəri çox şaxəli və saylarıda bir yazıçının ömrünə sığınmıyacaq qədər çoxdur. Buradan ən mühümlərini dərc edirik ...”

 

Rubab Qəzvini:

“... Bu gözəl tədbir bütün azərbaycanlılara, xisusilə biz xaricdə yaşayan azərbaydanlılar üçün fəxridir. Ona görə ki, ömürboyu xalqımızın  baş ucalığı və səadəti uğrunda qələm cəbhəsində sarsılmaz iradə ilə ilə çalışan Dr. Həsari belə alqışlara layıqdır ...”

 

Şəhnaz Şayistə:

“Mən Azərbaycan qadınlar cəmiyyəti "Sevil" tərəfindən ustadın 75-ci il dönümün təbrik edir və ona

can sağlığı və gələcək günlərində başarılar arzılayıram.”

 

Mari İntizarcu:

“Qızıldan qiymətli, səraydan uca,

Hər cavandan cavan,  dünyadan qoca,

Çörəkdən müqəddəs, şəkərdən şirin,

Azərbaycan dilidir, Ana dilim. 

   Xəlil Rza

... Mən də bu gözəl fürsətdən faydalanıb, görkəmli alim, mehribab insan, ustad Həsarini bu münasibətə görə ürəkdən təbrik edirəm,  ona uzun ömür və işlərində böyük başarılar arzilayiram.”

 

Cabbar Səttaroğlu:

”... Bu məclis məni neçə il öncə tutulmuş görkəmli alimimiz, Dr. Məhəmədəli Fərzanəin 75 illik yübileyini xatırlatdi və çox mutluyam ki, yenə də Isveçin Nalmö şəhərində eyni məkanda bir başqa alimimizin, yəni sayın Mirhedayət Həsari cənablarının 75 illik yübileyinə şahid oluram. Bu gözəl münasibətə görə, ustadı təbrik edib və ulu tanrıdan ona uzun ömür və can sağlığı arzu edirəm...”

 

Eyvaz Müdəbir:

”Sevindirici və qurur yaradıcı andır ustad Mirhedayət Həsariin bu möhtəşəm yübileyində iştirak etmək. və buna görə də bu tribuna arxasında durmaqdan qurur duyuram. Sübhəsiz ustadımızın yazıları və yaradıcılığı millətimizin yoluna ışıq saçıb, bu gün kü və gələcək nəsillərin türk, azad və milli ruhunun gəlişməsində yüksək rol oynayacaq ...”

 

Dadaş Aslanzadə:

”Ustad Həsarinin dəyərli və dolğun əsərlərinə gəldikdə, unudulmayan əsərləri və çəkdiyi zəhmətlər xalqımızın oyanış dönəmində böyük və müsbət rolu olub və olacaqdır. Mən alimlərimizi, qəhrəman yazıçılarımızı belə bir təntənəli törənlərdə gördügümdə sevinc və həyacana qapsanıram...

Neçə il bundan əvəl  əziz ustad  Fərzanəin də 75-ci il dönümü mərasimi, Mirmusa Haşimii bəyin dəvəti ilə "Varlıq" cəmiyyəti tərəfindən elə bu salonda tutulmuşdur. Ustad Fərzanə indi də bu salonda hüzuru vardır.  Mən bir neçə sətr şeir ilə hüzurunuzdan tribunani tərk edeceyəm:

Çoxdandır üzünə həsrət qaldığım,

Doğma qardaşımdan aralıyam mən.

Qoy dost da bilsin, duşman da bilsin,

Hələ ölməmişəm yaralıyam mən.

Harada alnı açıq insan görsənir,

Harada məktəbdən çox zindan görsənir,

Bilin oralıyam, oralıyam mən.

Çoxdandır toy-bayram görməyib babam,

Xərməndə özgə üçün iş görür anam,

Səttarxandır babam, Babəkdir atam,

Indi bildinmi, haralıyam mən?”

Güney Azərbaycandan sel kimi axıb gələn soydaşlarımızın təbrik məktubları, Aydın Hasarlı tərəfindən bir-bir oxunması bütün iştirakçılarda, xususən ustad Həsaridə gözəl bir əhval- ruhiyyə yaratmasının yaxından şahidi olduq. Son anlarda aparıcılar tərəfindən mərasimin suprizləri açıqlandı.

http://www.varliginsesi.com/vs15/vs15_06.jpg
Mirhidayət Həsari

Öncə, Mari Intizarcu tərəfindən kitab şəkilində hazırlanan gözəl bir ad günü tortu (kek) musiqilə salona gətirildi. Salondaki gül balalarimiz Səhənd, Nigar və Emil əllərindəki gül dəstələrini ustada təqdim etdilər və gecənin səbəbkari da tortu qonaqların möhkəm alqışları ilə kəsdi. Ardınca Səmanə və qardaşı Sina - bu iki gəncin gözəl Azərbaycan rəqsləri salona gözəl şənlik ruhu bəxş etdi.

Mərasimin sonunda, "Varlığın səsi" dərgisinin təqdirnaməsi iştirakçıların alqışı ilə ustad Mirhidayət Həsari tərəfindən əmək sərf edən Jagub Şamixi, Gülnara Məmmədova və Mirsadiq Haşimiyə teqdim olundu. Ümumiyyətlə, bütün soydaşlarımız gözəl tədbiri həyata keçirən "Varlığın səsi" dərgisi əməkdaşlarına səmimi təşəkkür bildirməkləri də burada xatırlatmalıyam.

Tədbirdə  iştirak edən Bolqarıstan türklərinin dərnək başqanı Xalid Osman ustadın yaradıcılıq fəaliyyətini duyarkən müəllifdən bunu soruşdu :"Belə bir görkəmli alim necə bəs dünya səviyyəsində tanınmayıb?”...




Təşəkkür məktubu

"Əziz dostum, hörmətli redaktor Ağa Mirmusa cənabları!

Dərginizin bütüvlüklə mənə həsr etdiginiz 10-ci sayını internetdən aldım və nəhayət dərəcə sevinib, maraqlandım. Keçən il mənim anadan olmağımın 75 illiyi münasibətinə görə, sizin tədbiriniz ilə təntənəli mərasimi bərpa edib və onu əbədiləşdirmək üçün dərginizin özəl sayını mənə ithaf etdiyinizə görə minnətdarlığımı bildirirəm. O törəndə zəhmət çəkən "Varlığın səsi" dərgisinin redaksıya üzvüləri və başqa əməkdaşlarınızdan səmimi qəlbdən təşəkkür etməyi özümə borc bilirəm.

Öncə sizin həyat yoldaşınız Sona xanımdan bir ay məni öz evinizdə ailənizin bir üzvü kimi qəbul etdiginizə görə şükranlarımı bildirirəm. Sonra yübleyin aparıcıları Gülnüre xanım Məmmədova və Mirsadıq Haşimi və əməkdaşlarınız Jaqub Şamixi və ailəsi və Ağa Məmməd Mübarəki və kiçik oğlu Emil və qızı Nigar xanım və sizin istəkli nəvəniz Səhənd və hünər göstərən Səmanə xanım və qardaşı və Norvecdən gələn Ibrahim cənabları və sair zəhmət çəkənlərdən və habelə o biri qızlarınızdan və Nəbi bəydən təşəkkür edib hamınıza can sağlığı və yaxşı günlər arzilayiram.

Bunu da artırım ki, törəndən götürülən CD -yə baxdım, Böyük Ağa Rəsuloğlu danışığında birdə baxdıqda təeccüblə gördüm ki, sözləri təmamilə mənim barəmdədir beləliklə yalnız Cavanşir bəyin (Əbdula Əmir Haşimi) sözləri qələmdən düşmüşdür, O, islah olursa hər şey yerində olar. Sağ olun"

Mirhidayət Həsari  2006-ci il, 4 oktyabr,  Tehran

 

Son

Ustad  Həsari ilə son telefon əlaqəmiz 2012-ci ilin yanvar ayının 3-de idi, demək vafatından 33 gün öncə, onun yay müsəmində Isveşə qonaq gəlməsini təklif etdik, ustadsa: "Qısmət

olursa gələrəm!" dedi. Təssüflə ikinci görüş qismət olmadı!

Bir gün hər zamanki kimi E-maillarımı gözden keçirərkən hörmətli Mirmüfid adilə e-maili gözümə çarpdi və əziz şairimiz Feridun Teymuri bəyin aşağıdakı misraların oxuyarkən acı xəbər ürəyimi dərindən sarsitdi və bir an susdum. Bu xəbər ustad Mirhidayət Həsarinin gözlənilməz ölümü ilə bağlı idi.

Bir xəbər yetişdi vay allah-allah,

Əsdi ürəəyimin teli, damarı. 



Dahı bir insanın ulduzu axdi,

Ancaq qaytaran yox belə axarı.

"Mirhidayət" yeri bir məzar deyil,

Qələmnən qurubdı burcu, hasarı.

Varlıq varsa o, varlıqdan ad alar

Həm Yekanat tarixindən vüqari.



Firidun Teymuri     

http://www.varliginsesi.com/vs15/vs15_07.jpg   Mirhidayət Həsari 

Bu acı ölümə hələ inana bilmədiyimə görə, Mirmüfid ... cənablarına cəvab yazıb bir daha mövzunu soruşdum. Elə həmən anda Təbrizdə iki dostuma telefon açıb, onlardan da qəziyyənin səhətin soruşdum. Biraz sonra  Mirmüfid belə cavab verdi: " Acı xəbəri vermək çox çətindi məni bağışlıyasınız. Bəli, ustad Bəhmənin 17 - si axşam saat 20.50 də dünyasıni dəyişib, bu ağır itgini sizə və bütün əhli-qələm və ədəbiyyatçılara baş sağlığı deyirəm!"

Başqa dostlar da acı xəbəri təsdiq etdilər. Sonra ustadın dəyərli qardaşı Firidun Həsarlınin telefon numrəsini əldə edib ilk öncə ona ve ustad Mirhidayət Həsarinin həyat yoldaşı Gövhər xanıma baş sağlığı verərkən bunlari dedilər: “Heyif əlimizdən getdi!...” Bunu da  əlavə etdilər ki o, Isveç səfərindən nəhayət razı dönmüşdü, hər zaman sizlərin məhəbbətin xatirlardı!

Mirhidayət Həsariin acı ölüm xəbəri dünyanin hər tərəfində yaşayan azərbaycanlıların medyalarında səsləndi və baş sağlığlari ilə birgə onun haqqında ətraflı bilgilər yayıldı. Xalqına və ölkəsinə bağlı olan, alçaq könüllü, xeyirxah və nəcib ustadın haqqında artıq məlumat istəyənlər "Varlığın səsi”nin 10-cu sayıni dərgimizin internet sitəsi olan www.varliginsesi.com -da izləyə bilərlər.

Umid edirik ki,  Həsari ailəsi və Mirhidayət Həsarini sevənlər, ustadın ışıq üzü görməyən əsərlərini çap etməkdə uğurlu addımlar atıb mərhum ədibimizin qalan əsərlərinin də tariximizdə  əbədiləşməsinə öz tohvələrini vermiş olsunlar!

Dr. Mirhidayət Həsari Azərbaycan coğrafiyasından xaricdə bütün türk dünyasına xidmət edən və tanınmış bir alim idi. Onun 450 məqaləsi Azərbaycan və Qaşqayi şairləri barədə "Ankara" böyük ədəbiyyat projesinə göndərilmişdir. Görkəmli alimin xatirəsi əbədi və yolunu, izini sevənlərə daima ilham qaynağı olsun. Onun ulu ruhuna rəhmətlər və şəfəqətlər diləyirik!

Mirmusa Haşimi

Malmö, 20 yanvar 2013-cü il

Yüklə 102,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə