Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında



Yüklə 70,37 Kb.
Pdf görüntüsü
tarix17.01.2018
ölçüsü70,37 Kb.
#21123


"Böyük  məsafələrdə  havanın  transsərhəd  çirkləndirilməsi  haqqında" 

Konvensiyaya qoşulmaq barədə 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 



I.  Azərbaycan  Respublikası  "Böyük  məsafələrdə  havanın  transsərhəd  çirkləndirilməsi 

haqqında" 1979-cu il noyabrın 13-də Cenevrə şəhərində imzalanmış Konvensiyaya qoşulsun. 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 

Heydər ƏLİYEV,  

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 aprel 2002-ci il 



№ 291-IIQ

 

  



Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında 

KONVENSİYA 

  

 Bu Konvensiyanın Tərəfləri, 



 ətraf  mühitin  mühafizəsi  sahəsində  əlaqələrin  və  əməkdaşlığın  inkişafına  imkan 

yaratmaq qətiyyəti ilə, 

 Birləşmiş  Millətlər  Təşkilatı  Avropa  İqtisadi  Komissiyasının  bu  cür  əlaqələri  və 

əməkdaşlığı  möhkəmləndirmək  üçün,  o  cümlədən  havanın  çirklənməsi  ilə  mübarizə 

sahəsində,  hava  çirkləndiricilərinin  böyük  məsafələrə  keçməsi  daxil  olmaqla,  fəaliyyətinin 

əhəmiyyətini dərk edərək, 

 Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Müşavirəsinin  Yekun  aktının  müvafiq 

müddəalarının  çoxtərəfli  həyata  keçirilməsində  Avropa  İqtisadi  Komissiyasının  əməyini 

təsdiq edərək, 

 Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Müşavirəsinin  Yekun  aktının  havanın 

çirklənməsi və onun nəticələri ilə, hava çirkləndiricilərinin böyük məsafələrə keçməsi daxil 

olmaqla,  mübarizə  sahəsində  əməkdaşlığa,  eləcə  də  beynəlxalq  əməkdaşlıq  yolu  ilə  geniş 

monitorinq proqramının işlənib hazırlanmasına və kükürd 4-oksiddən başlayaraq, gələcəkdə 

digər  hava  çirkləndiricilərinin  əhatə  ediləcəyinin  mümkünlüyünü  nəzərdə  tutmaqla,  hava 

çirkləndiricilərinin  böyük  məsafələrə  keçməsinin  qiymətləndirilməsinə  çağırış  olan  ətraf 

mühitə dair fəslinin müddəalarını nəzərə alaraq, 

 Birləşmiş  Millətlər  Təşkilatı  Konfransının  Bəyannaməsinin  insanı  əhatə  edən  mühitin 

problemlərinə  dair  uyğun  müddəalarını,  xüsusilə  Birləşmiş  Millətlər  Təşkilatının 

nizamnaməsinə  və  beynəlxalq  hüquq  prinsiplərinə  uyğun  olaraq,  dövlətlərin  öz  xüsusi 

ehtiyatlarını  özlərinin  ətraf  mühit  sahəsindəki  siyasətlərinə  uyğun  olaraq  işlətmələrinə 

suveren  hüquqlarının  olmasına  və  onların  tabeliyi  yaxud  nəzarəti  çərçivəsində 

fəaliyyətlərinin milli tabeliklərinin milli təsiri hüdudlarından kənar dövlətlərin və rayonların 

ətraf mühitinə ziyan yetirməməsini təmin etmək üçün məsuliyyət daşıdıqlarına ümumi inam 

ifadə edən 21-ci prinsipi nəzərə alaraq, 

 havanın  sərhədlərarası  çirklənməsi  də  daxil  olmaqla,  havanın  çirklənməsinin  həm 

qısamüddətli,  həm  də  uzunmüddətli  mümkün  mənfi  nəticələrinin  mövcudluğunu  etiraf 

edərək, 



 proqnoza  uyğun  olaraq,  regionda  hava  çirkləndiriciləri  tullantılarının  səviyyəsinin 

gözlənilən  artmasının  bu  cür  mənfi  nəticələri  dərinləşdirəcəyi  ilə  əlaqədar  narahatlıqlarını 

ifadə edərək, 

 hava  çirkləndiricilərinin  sərhədlərarası  böyük  məsafələrə  keçməsinin  nəticələrinin 

öyrənilməsinin  və  aşkar  edilmiş  problemlərin  həllinin  axtarılmasının  zəruriliyini  etiraf 

edərək, 


 uyğun  milli  tədbirləri  işləyib  hazırlamaq  məqsədi  ilə  fəal  beynəlxalq  əməkdaşlığı 

möhkəmləndirməyə  və  məlumat  mübadiləsi,  məsləhətləşmələr,  elmi-texniki  tədqiqat 

fəaliyyəti  və  monitorinq  vasitəsi  ilə  havanın  sərhədlərarası  böyük  məsafələrdə  çirklənməsi 

daxil  olmaqla,  havanın  çirklənməsinə  qarşı  mübarizə  ilə  əlaqədar  milli  tədbirləri 

uyğunlaşdırmağa hazır olduqlarını təsdiq edərək, 

 aşağıdakılar barədə razılığa gəldilər: 

  

Terminlərin izahı 

M a d d ə   1    

  

 Bu Konvensiyanın məqsədləri üçün: 



 a)  «havanın  çirklənməsi»  insanların  sağlamlığı  üçün  təhlükə,  canlı  ehtiyatlara, 

ekosistemlərə  və  maddi  dəyərlərə  ziyan  vurulması,  eləcə  də  landşaftın  dəyərinə  zərər 

vurulması  və  ya  ətraf  mühitdən  istifadənin  digər  qanuni  növlərinə  maneçilik  etmək  kimi 

zərərli  nəticələrə  gətirib  çıxaran  maddələri  və  ya  enerjini  insanın  bilavasitə  və  dolayı  yolla 

hava mühitinə daxil etməsi deməkdir

 b)  «havanın  böyük  məsafələrdə  transsərhəd  çirkləndirilməsi»  havanın  elə  məsafədə 

çirkləndirilməsi  deməkdir  ki,  bu  zaman  ayrı-ayrı  tullantı  mənbələrinin  yaxud  mənbə 

qruplarının  payını  təyin  etmək  qeyri-mümkündür  və  çirkləndirmənin  fiziki  mənbəyi 

bütünlüklə  yaxud  qismən  bir  dövlətin  milli  yurisdiksiyası  altındakı  ərazi  hüdudlarındadır, 

mənfi təsiri isə digər dövlətin yurisdiksiyası altında olan ərazidə özünü göstərir. 

  

Əsas prinsiplər 

M a d d ə   2    

  

 Razılığa  gələn  Tərəflər  uyğun  dəlilləri  və  problemləri  lazımi  qaydada  nəzərə  alaraq, 



insanı  və  onu  əhatə  edən  mühiti  havanın  çirklənməsindən  mühafizə  etmək  qətiyyətlərini 

bildirirlər və sərhədlərarası böyük məsafələrdə havanın çirklənməsi daxil olmaqla, havanın 

çirklənməsini  məhdudlaşdırmağa  və  çirklənməni  mümkün  olan  qədər  daim  azaltmağa  və 

onun qarşısını almağa cəhd edəcəklər. 

  

M a d d ə   3    



  

 Razılığa  gələn  Tərəflər  bu  Konvensiya  çərçivəsində  məlumat  mübadiləsi, 

məsləhətləşmələr,  elmi  tədqiqat  fəaliyyəti  və  monitorinq  vasitəsi  ilə,  milli  və  beynəlxalq 

səviyyələrdə  artıq  göstərilməkdə  olan  səyləri  nəzərə  alaraq,  mümkün  qədər  tez  hava 

çirkləndiricilərinin  atılması  ilə  mübarizə  vasitəsi  kimi  siyasət  və  strategiyanı  işləyib 

hazırlayacaqlar. 

  

M a d d ə   4    




  

 Razılığa  gələn  Tərəflər  məlumat  mübadiləsi  edirlər  və  imkan  daxilində,  mənfi  nəticə 

verə biləcək hava çirkləndiricilərinin atılmasına qarşı mübarizəyə yönəldilmiş öz siyasətini, 

elmi fəaliyyətini və texniki tədbirlərini nəzərdən keçirirlər, beləliklə, havanın sərhədlərarası 

böyük məsafədə çirklənməsi də daxil olmaqla havanın çirklənməsinin azaldılmasına imkan 

yaradırlar. 

  

M a d d ə   5    



  

 Uyğun tələblərə görə ilk mərhələdə bir tərəfdən havanın böyük məsafələrdə transsərhəd 

çirklənməsinin  mənfi  nəticələrinin  faktiki  olaraq  təsir  etdiyi  yaxud  bu  cür  nəticələrin  ciddi 

təhlükəsinə  məruz  qalmış  Razılığa  gələn  Tərəflər  və  digər  tərəfdən,  həyata  keçirdikləri 

yaxud  nəzərdə  tutduqları  fəaliyyətlə  əlaqədar  olaraq,  hüdudları  daxilində  və  tabelikləri 

altında,  havanın  sərhədlərarası  böyük  məsafələrdə  çox  ciddi  çirklənməsinin  baş  verdiyi  və 

baş verə biləcəyi Razılığa gələn Tərəflər arasında məsləhətləşmələr aparılır. 

  

Havanın keyfiyyətinin tənzimlənməsi 

M a d d ə   6    

  

 2—5-ci  maddələri,  aparılan  tədqiqatları, məlumat  mübadiləsini,  monitorinqi  və  onların 



nəticələrini,  o  cümlədən  yeni  və  yenidən  qurulmuş  müəssisələrlə  əlaqədar,  havanın 

çirklənməsi  ilə  mübarizə  məqsədi  ilə  görülmüş  yerli  və  qeyri  tədbirlərin  qiymətini  və 

səmərəliliyini  nəzərə  alaraq,  Razılığa  gələn  hər  bir  Tərəf  ən  yaxşı  siyasəti  və  strategiyanı 

(havanın keyfiyyətinin tənzimlənməsi sistemləri daxil olmaqla) və onların tərkib hissəsi kimi 

tarazlaşdırılmış  inkişafa  uyğun  gələn  havanın  çirklənməsi  ilə  mübarizə  tədbirlərini  (o 

cümlədən mövcud ən yaxşı və iqtisadi cəhətdən münasib olan texnologiyalardan və azitkili 

və itkisiz texnologiyalardan istifadə etmək yolu ilə) işləyib hazırlamağı öz öhdəsinə götürür. 

  

Tədqiqatlar və işlər 

  M a d d ə   7    

  

 Razılığa gələn Tərəflər, öz tələbatlarından asılı olaraq, aşağıda göstərilən məsələlər üzrə 



tədqiqatların  və/və  ya  işlərin  aparılmasına  və  onların  aparılmasında  əməkdaşlıq  etməyə 

başlayacaqlar: 

 a)  kükürd  birləşmələrinin  və  digər  əsas  hava  çirkləndiricilərinin  atılmasının 

azaldılmasının  mövcud  olan  və  təqdim  olunan  texnologiyası  (onların  texniki-iqtisadi 

əsaslandırılması və ətraf mühit üçün nəticələri daxil olmaqla); 

 b)  atılmanın  səviyyəsinə  və  atmosferdə  hava  çirkləndiricilərinin  yığılmasına  nəzarət 

edən və onları ölçən aparatlar və digər vasitələr

 c)  hava  çirkləndiricilərinin  sərhədlərarası  böyük  məsafələrə  keçməsinin  başa 

düşülməsini asanlaşdırmaq üçün təkmilləşdirilmiş modellər; 

 d) ətraf mühiti mühafizə etmək məqsədi ilə miqdar/səmərə nisbətlərini müəyyən etmək 

üçün elmi əsasın yaradılmasını nəzərdə tutaraq, kükürd birləşmələrinin və digər əsas hava 

çirkləndiricilərinin  insanların  sağlamlığına  və  ətraf  mühitə  təsiri  (kənd  təsərrüfatı,  meşə 

təsərrüfatı, materiallar, su ekosistemi və digər təbii ekosistemlər və görünmə dərəcəsi daxil 

olmaqla); 




 e)  ətraf  mühitin  mühafizəsi  sahəsindəki  məqsədlərə  nail  olmaq  üçün  alternativ 

tədbirlərin  iqtisadi,  ictimai  və  ekoloji  cəhətdən  qiymətləndirilməsi  (havanın  sərhədlərarası 

böyük məsafələrdə çirklənməsinin azaldılması daxil olmaqla); 

 f)  kükürd  birləşmələri  və  digər  əsas  hava  çirkləndiriciləri  ilə  çirklənmənin  ekoloji 

aspektləri ilə əlaqədar kadrlara təlim verilməsi və onların hazırlanması proqramları. 

  

Məlumat mübadiləsi 

M a d d ə   8    

  

 Razılığa  gələn  Tərəflər  özlərinin  ümumi  maraqlarını  nəzərə  alaraq,  10-cu  maddədə 



haqqında  danışılan  icra  orqanı  çərçivəsində  və  ikitərəfli  əsasda  aşağıdakı  məsələlər  üzrə 

mövcud məlumatın mübadiləsini edirlər: 

 a)  kükürd  4-oksiddən  başlayaraq,  qeyd  edilən  hava  çirkləndiriciləri  sahələrindən 

razılaşdırılmış ölçüdə şəbəkə üzrə, razılaşdırılmalı olan müddətlər ərzində həyata keçirilən 

atılmaları  haqqında  məlumat  və  ya  kükürd  4-oksiddən  başlayaraq,  qeyd  edilən  hava 

çirkləndiricilərinin  razılaşdırılmalı  olan  müddətlər  ərzində  milli  sərhəd  kəsiklərindən 

axınları haqqında məlumat; 

 b) milli siyasətdə və ümumi sənaye inkişafında havanın böyük məsafələrdə transsərhəd 

çirklənməsində  ciddi  dəyişikliklərə  səbəb  ola  biləcək  əsas  dəyişikliklər,  eləcə  də  onların 

potensial nəticələri; 

 c)  havanın  böyük  məsafələrdə  çirkləndirilməsi  ilə  əlaqədar  havanın  çirklənməsinin 

azaldılması üçün texnika və texnologiya

 d)  kükürd  birləşmələrinin  və  digər  əsas  hava  çirkləndiricilərinin  atılması  ilə  milli 

miqyasda mübarizə üçün nəzərdə tutulan xərclər; 

 e)  hava  çirkləndiriciləri  sərhəddən  keçdikdə  baş  verən  proseslərə  dair  meteoroloji  və 

fiziki-kimyəvi məlumat; 

 f)  havanın  böyük  məsafələrdə  transsərhəd  çirkləndirilməsinin  nəticələrinə  aid  fiziki-

kimyəvi  və  bioloji  məlumat  və  həmin  məlumata  görə,  havanın  sərhədlərarası  böyük 

məsafələrdə çirklənməsinin verə biləcəyi ziyanın dərəcəsi

*



 g)  kükürd  birləşmələrinin  və  digər  əsas  hava  çirkləndiricilərinin  atılması  ilə  mübarizə 

sahəsində milli, subregional və regional siyasət və strategiya. 

  

Avropada hava çirkləndiricilərinin böyük məsafələrə yayılmasına 

nəzarət edilməsinin və yayılmanın qiymətləndirilməsinin birgə 

proqramının həyata keçirilməsi və proqramın sonrakı inkişafı 

M a d d ə   9    

  

 Razılığa  gələn  Tərəflər  mövcud  «Avropada  hava  çirkləndiricilərinin  böyük  məsafələrə 



yayılmasına  nəzarət  edilməsinin  və  yayılmanın  qiymətləndirilməsinin  birgə  proqramının 

(aşağıda EMEP adlandırılır) həyata keçirilməsinin zəruriliyinə böyük əhəmiyyət verirlər və 

həmin proqramın sonrakı inkişafına gəldikdə, aşağıdakıları qeyd etmək razılığına gəlirlər: 

 a)  Razılığa  gələn  Tərəflərin  birinci  mərhələdə  kükürd  4-oksidin  və  törəmələrinin 

monitorinqinə  əsaslanan  EMEP-ə  qoşulmasının  və  EMEP-in  tam  həyata  keçirilməsinin 

lazımlığı; 

 b)  mümkün  olduqda,  monitorinq  üçün  müqayisə  edilə  bilən  və  standartlaşdırılmış 

üsullardan istifadə edilməsinin zəruriliyi; 




 c)  monitorinq  proqramının  həm  milli,  həm  də  beynəlxalq  proqramlar  sisteminə 

əsaslanmasının lazımlığı. 

 Monitorinq  stansiyalarının  yaradılması  və  məlumatın  toplanması  həmin  stansiyaların 

yerləşdiyi ölkələrin milli tabeliyi altında həyata keçirilir; 

 d) mövcud olan və gələcək milli, subregional, regional və digər beynəlxalq proqramlar 

əsasında  və  onları  nəzərə  almaqla,  ətraf  mühitin  monitorinqinin  birgə  proqramı 

mexanizminin işlənib hazırlanmasının lazımlığı; 

 e)  kükürd  4-oksiddən  başlayaraq,  qeyd  edilən  hava  çirkləndiricilərinin  sahələrdən 

razılaşdırılmış ölçüdə şəbəkə üzrə, razılaşdırılmalı olan müddətlər ərzində həyata keçirilən 

atılması haqqında və ya kükürd 4-oksiddən başlayaraq, qeyd edilən hava çirkləndiricilərinin 

razılaşdırılmalı  olan  müddətlər  ərzində  milli  sərhəd  kəsiklərindən  axınları  haqqında 

məlumat mübadiləsinin zəruriliyi. 

 Axınları  müəyyən  etmək  üçün  model  daxil  olmaqla  metod,  eləcə  də  sahələrdən 

razılaşdırılmış  ölçülərdə  atılmalar  əsasında  hava  çirkləndiricilərinin  keçməsini  müəyyən 

etmək  üçün  model  daxil  olmaqla  metod  xəbər  verilir  və  metodlar  və  modellər 

təkmilləşdirilmək məqsədi ilə vaxtaşırı yenidən yoxlanılır; 

 f)  kükürd  4-oksiddən  başlayaraq,  razılaşdırılmış  hava  çirkləndiricilərinin  ümumi 

atılması  haqqında  milli  məlumatın  mübadiləsini  davam  etdirməyə  hazır  olmağın  və  bu 

məlumatı vaxtaşırı yerləşdirməyin zəruriliyi

 g)  hava  çirkləndiricilərinin  keçməsi  zamanı  baş  verən  proseslərə  aid  meteoroloji  və 

fiziki-kimyəvi məlumatın verilməsinin zəruriliyi; 

 h)  su,  torpaq  və  bitki  kimi  digər  mühitlərdəki  kimyəvi  komponentlər  monitorinqinin, 

eləcə də insanların sağlamlığına və ətraf mühitə təsiri qeydə almaq üçün analoji monitorinq 

proqramının zəruriliyi; 

 i)  nəzarət  və  yoxlama  məqsədi  ilə  işləyə  bilmələri  üçün  milli  EMEP  şəbəkələrinin 

genişləndirilməsinin zəruriliyi. 

  

İcra orqanı 

M a d d ə   1 0    

  

 1.  Razılığa  gələn  Tərəflərin  nümayəndələri  ətraf  mühit  problemləri  üzrə  AİK  ölkələri 



hökumətlərinin  Baş  müşavirləri  çərçivəsində  bu  Konvensiyanın  İcra  orqanını  yaradır  və 

həmin səviyyədə ildə bir dəfədən az olmayaraq müşavirə keçirirlər. 

 2. İcra orqanı: 

 a) Bu Konvensiyanın yerinə yetirilməsinə nəzarət edir; 

 b)  lazımi  hallarda,  bu  Konvensiyanın  yerinə  yetirilməsi  və  inkişafı  ilə  əlaqədar 

məsələlərə  baxmaq  üçün  və  həmin  məqsədlə  uyğun  tədqiqatları  və  digər  sənədləri 

hazırlayan və tövsiyələri baxılmaq üçün icra orqanına təqdim edən işçi qrupları yaradır; 

 c)  Bu  Konvensiyanın  müddəalarına  uyğun  olaraq,  tələb  oluna  bilən  bu  cür  digər 

funksiyaları yerinə yetirir. 

 3.  İcra  orqanı  EMEP-in  rəhbər  orqanından  həmin  Konvensiyanın  yerinə  yetirilməsi 

mexanizminin  ayrılmaz  hissəsi  kimi,  o  cümlədən  məlumatın  toplanmasına  və  elmi 

əməkdaşlığa aid məsələlərdə istifadə edir. 

 4. İcra orqanı öz funksiyalarını yerinə yetirərkən, məqsədəuyğun hesab etdiyi hallarda, 

digər uyğun beynəlxalq təşkilatlardan alınan məlumatdan da istifadə edir. 

  



Katiblik 

  M a d d ə   1 1    

  

 Avropa  İqtisadi  Komissiyasının  İcraçı  katibi  İcra  orqanı  üçün  aşağıdakı  katiblik 



funksiyalarını yerinə yetirir: 

 a) İcra orqanı müşavirələrinin çağırılması və hazırlanması; 

 b)  həmin  Konvensiyanın  müddəalarına  uyğun  olaraq  alınmış  məruzələrin  və  digər 

məlumatın Razılığa gələn Tərəflərə göndərilməsi

 c) İcra orqanının müəyyən etdiyi funksiyaların yerinə yetirilməsi. 

  

Konvensiyaya düzəlişlər 

  M a d d ə   1 2    

  

 1. Razılığa gələn istənilən Tərəf həmin Konvensiyaya düzəliş təklif edə bilər. 



 2.  Təklif  olunan  düzəlişlərin  mətnləri  yazılı  şəkildə  Avropa  İqtisadi  Komissiyasının 

İcraçı katibinə təqdim olunur, o da bu təklifləri Razılığa gələn bütün Tərəflərə göndərir. İcra 

orqanı təklif olunan düzəlişləri özünün sonrakı illik müşavirəsində o şərtlə müzakirə edir ki, 

bu  cür  düzəlişlər  Avropa  İqtisadi  Komissiyasının  İcraçı  katibi  tərəfindən  Razılığa  gələn 

Tərəflərə müşavirəyə ən azı doxsan gün qalmış göndərilmiş olsun. 

 3.  Bu  Konvensiyaya  düzəliş  Razılığa  gələn  Tərəflərin  Nümayəndələrinin  konsensusu 

əsasında  qəbul  edilir  və  onu  qəbul  etmiş  Razılığa  gələn  Tərəflər  üçün,  Razılığa  gələn 

Tərəflərin  üçdə  ikisi  qəbul  etmə  haqqında  öz  sənədlərini  saxlanılmaq  üçün  depozitariyə 

verdikləri gündən sonra  doxsanıncı gün qüvvəyə minir. Sonralar bu düzəliş Razılığa gələn 

istənilən digər Tərəf üçün, bu Razılığa gələn Tərəf həmin düzəlişi qəbul etməsi haqqında öz 

sənədini saxlanılmaq üçün verəndən sonra doxsanıncı gün qüvvəyə minir. 

  

Mübahisələrin nizama salınması 

M a d d ə   1 3    

  

 Bu Konvensiyanın Razılığa gələn iki və ya bir neçə Tərəfi arasında Konvensiyanın şərh 



olunması  yaxud  onun  tətbiq  edilməsi  barədə  mübahisə  baş  verdikdə,  onlar  mübahisənin 

danışıqlar  yolu  ilə  və  ya  mübahisədə  iştirak  edən  Tərəflər  üçün  münasib  hər  hansı  digər 

nizamlama metodu ilə həllini axtarırlar. 

  

İmzalama 

  M a d d ə   1 4    

  

 1.  Bu  Konvensiya  yüksək  səviyyədə  ətraf  mühitin  mühafizəsinə  dair  Avropa  İqtisadi 



Komissiyası  çərçivəsində  Avropa  İqtisadi  Komissiyasının  üzvləri  olan  dövlətlər,  eləcə  də 

İqtisadi və İctimai Şuranın 1947-ci il 28 mart tarixli 36(IV) nömrəli Qətnaməsinin 8-ci bəndinə 

uyğun  olaraq,  Avropa  İqtisadi  Komissiyası  yanında  məsləhətçi  statusu  olan  dövlətlər  və 

Avropa  İqtisadi  Komissiyasının  üzvü  olan  suveren  dövlətlərin  yaratdıqları  və  danışıqlar 

aparmaq,  bu  Konvensiyanın  əhatə  etdiyi  məsələlər  üzrə  beynəlxalq  sazişlər  bağlamaq  və 

onları tətbiq etməklə əlaqədar səlahiyyətli regional iqtisadi inteqrasiya təşkilatları tərəfindən 

müşavirənin  keçirilməsi  ilə  əlaqədar  olaraq,  1979-cu  il  noyabrın  13-dən  16-na  kimi 

imzalanmaq üçün açıqdır. 




 2. Bu cür regional iqtisadi inteqrasiya təşkilatları səlahiyyətləri daxilindəki məsələlərdə 

öz adlarından, bu Konvensiyanın onların üzv olan dövlətləri üçün təyin etdiyi hüquqlardan 

istifadə  edir  və  vəzifələri  yerinə  yetirirlər.  Belə  hallarda,  həmin  təşkilatların  üzvü  olan 

dövlətlər bu hüquqlardan fərdi qaydada istifadə etmirlər. 

  

Ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və qoşulma 

  M a d d ə   1 5    

  

 1. Bu Konvensiya ratifikasiya edilməli, qəbul olunmalı və ya təsdiq edilməlidir. 



 2. Bu Konvensiya 1979-cu il noyabrın 17-dən 14-cü maddənin 1-ci bəndində qeyd olunan 

dövlətlərin və təşkilatların qoşulması üçün açıqdır. 

 3.  Ratifikasiya  etmə,  qəbul  etmə,  təsdiq  etmə  və  ya  qoşulma  haqqında  sənədlər 

saxlanılmaq üçün depozitari funksiyasını yerinə yetirən Birləşmiş Millətlər Təşkilatının Baş 

katibinə təhvil verilir. 

  

Qüvvəyə minmə 

  M a d d ə   1 6    

  

 1.  Bu  Konvensiya  ratifikasiya  etmə,  qəbul  etmə,  təsdiq  etmə  və  ya  qoşulma  haqqında 



iyirmi  dördüncü  sənəd  saxlanılmaq  üçün  təhvil  veriləndən  sonra  doxsanıncı  gün  qüvvəyə 

minir. 


 2. Ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və ya qoşulma haqqında iyirmi dördüncü 

sənəd  saxlanılmaq  üçün  təhvil  veriləndən  sonra  həmin  Konvensiyanı  ratifikasiya  edən, 

qəbul edən və ya təsdiq edən Razılığa gələn hər bir Tərəf üçün Konvensiya, Razılığa gələn 

həmin  Tərəf  özünün  ratifikasiya  etmə,  qəbul  etmə,  təsdiq  etmə  və  ya  qoşulma  haqqında 

sənədini saxlanılmaq üçün təhvil verəndən sonra doxsanıncı gün qüvvəyə minir. 

  

Konvensiyadan çıxma 

  M a d d ə   1 7    

  

 Razılığa gələn bu və ya digər Tərəf üçün həmin Konvensiya qüvvəyə minən gündən beş 



il  keçəndən  sonra  istənilən  vaxt  Razılığa  gələn  həmin  Tərəf  depozitariyə  yazılı  bildiriş 

göndərmək yolu ilə Konvensiyadan çıxa bilər. Konvensiyadan hər belə çıxma depozitarinin 

bildiriş aldığı tarixdən sonrakı 90-cı gün qüvvəyə minir. 

  

Autentik mətnlər 

  M a d d ə   1 8    

  

 İngilis,  rus  və  fransız  mətnləri  eyni  dərəcə  də  autentik  olan  bu  Konvensiyanın  əsli 



saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir. 

 Bunu  təsdiq  edərək,  lazımi  qaydada  səlahiyyət  verilmiş  aşağıda  imza  edənlər  həmin 

Konvensiyanı imzaladılar. 

 Cenevrədə, min doqquz yüz yetmiş doqquzuncu il noyabrın on üçündə imzalanıb. 



  

*

 Bu Konvensiyada dövlətlərin vurduğu ziyana görə daşıdığı məsuliyyət haqqında müddəalar 



yoxdur.

 

Yüklə 70,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə