Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi



Yüklə 174,01 Kb.
tarix20.09.2017
ölçüsü174,01 Kb.
#1040

logo gef-notag-lowres_0

Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi

d:\l a y i h e\milli hidrometriya eksperti\undp_hydro_foto.jpg

Hidrometeoroloji məlumatların toplanılması, ötürülməsi, paylaşılması, saxlanılması və idarə edilməsi” barəsində



HESABAT

Milli Hidrometriya Eksperti Sultanov Emil Telman oğlu

BAKI – 2013

Mündəricat:

İxtisarlar....................................................................................................

3

Giriş...........................................................................................................

4







1. Operativ və rejim xarakterli meteoroloji məlumatlar.............................

5

2. Operativ və rejim xarakterli hidroloji məlumatlar.................................

9

3. Hidrometeoroloji məlumatların arxivləşdirilməsi və istifadə qaydaları.....................................................................................................

13







Ədəbiyyat..................................................................................................

16







Nəticələr.....................................................................................................

17

Təkliflər......................................................................................................

18


İxtisarlar:

FHN

Fövqəladə Hallar Nazirliyi

SEDA

Su Ehtiyatları Dövlət Agentliyi

ETSN

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

MHD

Milli Hidrometeorologiya Departamenti

RHMM

Regional Hidrometeorologiya Müəssisəsi

MST ASC

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

HMS

Hidrometeoroloji stansiya

HMM

Hidrometeorologiya Mərkəzi

MM

Meteoroloji məntəqə

AMS

Avtomat meteoroloji stansiya

HM

Hidroloji məntəqə

İGS

İxtisaslaşdırılmış Göl Stansiyası

HPB

Hidrometeoroloji Proqnozlar Bürosu

ÜMT

Ümumdünya Meteorologiya Təşkilatı

DSK

Dövlət Statistika Komitəsi

DİAF

ETSN-nin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondu

DSK

Dövlət Su Kadastrı


Giriş

Cəmiyyətə təsir göstərən və bununla bağlı hidrometeorologiya xidmətləri üçün maraq kəsb edən atmosfer hadisələri geniş zaman və məkan miqyasında baş verir. İnsanlar hələ qədim zamanlardan yaşadıqları dövrün inkişaf səviyyəsinə uyğun olaraq, çay, göl sularından daha səmərəli istifadə etmək məqsədi ilə su obyektləri üzərində müşahidələr aparmış, onlarda baş verən dəyişiklikləri öyrənməyə çalışmışlar [1]. Son illərdə dünyada baş verən qlobal iqlim dəyişmələri təhlükəli hidrometeoroloji hadisələrin (sel, daşqın, qasırğa, fırtına, quraqlıq və s.) intensivliyinin artmasına səbəb olmuş, hidrometeoroloji fəaliyyəti daha da aktuallaşdırmışdır. Milli Hidrometeorologiya Departamentinin (MHD) əsas vəzifələrinə hava şəraiti haqqında gündəlik meteoroloji hadisələrin ardıcıllığı haqqında məlumatların təqdim edilməsi və bu hadisələrin bir neçə gün (həftə) qabaqcadan proqnozlaşdırılmasından başqa, atmosferin uzun zaman miqyasında (aylardan yüz illərə qədər) həm keçmişdə, həm də gələcəkdə özünü göstərməsi haqqında məlumatların (iqlim məlumatlarının) da hazırlanması və təqdim edilməsi daxildir.

MHD-nin Respublika ərazisində fəaliyyət göstərən hidrometeoroloji müşahidə şəbəkəsinin bir hissəsini təşkil edən Layihə tətbiq edilən regionlardakı mövcud hidrometeoroloji stansiya və məntəqələrində də hidrometeoroloji müşahidə məlumatları toplanılaraq operativ və rejim xarakterli məlumatlar şəklində Hidrometeorologiya Mərkəzinə (HMM) göndərilir. Hidrometeorologiya Mərkəzinə daxil olan müşahidə məlumatları sistemləşdirilir və müxtəlif toplular (şərhlər, aylıqlar, illiklər və s.) şəklində çap olunur. Hidrometeoroloji stansiya və məntəqələrdən operativ daxil olan hidrometeoroloji müşahidə məlumatları əsasında MHD-nin Hidrometeoroloji Proqnozlar Bürosunda (HPB) isə region üçün qısamüddətli (sutkalıq), ortamüddətli (48, 72 saat) və uzunmüddətli (aylıq, rüblük) proqnozlar verilir və gözlənilən təhlükəli təbii fəlakət hadisələri barəsində xəbərdarlıqlar tərtib olunur [2].


  1. Operativ və rejim xarakterli meteoroloji məlumatlar

Layihə əhatə edən regionlarda metoroloji müşahidə şəbəkəsi 8 Hidrometeoroloji stansiyadan (HMS) və 4 meteoroloji məntəqədən (MM) ibarətdir (şəkil 1). Layihə tətbiq edilən ərazidəki meteoroloji stansiya və məntəqələrin adları və koordinatları aşağıdakı cədvəl 1-də verilmişdir:

Cədvəl 1.



Sıra № si

Stansiya və ya

məntəqənin adı



Tipi

Şimal en dairəsi

Şərq uzunluğu

Dərəcə

Dəqiqə

Saniyə

Dərəcə

Dəqiqə

Saniyə

1

Oğuz

HMS

41

3

32,1

47

27

56,6

2

Qəbələ

HMS

40

57

35,5

47

49

47,0

3

Zaqatala

HMS

41

37

13,8

46

38

56,5

4

Şəki

HMS

41

12

27,4

47

10

20,2

5

İsmayıllı

HMS

40

46

48,2

48

7

56,9

6

Kişçay sel axım

HMS

41

15

41,1

47

13

36,6

7

Əlibəy

HMS

41

37

43,7

46

46

35,3

8

Sarıbaş

HMS

41

31

22,3

47

4

28,4

9

Qaxmuğal

MM

41

25

12,5

46

56

23,2

10

Burovdal

MM

40

56

41,4

48

21

57,8

11

Qalacıq

MM

40

50

3,9

48

5

17,2

12

İvanovka

MM

40

44

52,1

48

1

56,7

HMS-lərdə meteoroloji müşahidələrin proqramı və aparılma vaxtları aşağıdakı kimidir:

  • Əsas meteoroloji parametrlər (havanın temperaturu, atmosfer təzyiqi, havanın rütubəti, səthdə və dərinlikdə torpağın temperaturu, küləyin sürəti və istiqaməti, şeh nöqtəsi və s.) gündəlik 3 saatdan bir olmaqla sutkada 8 dəfə ölçülür;

  • Yağıntının miqdarı sutkada 2 dəfə olmaqla saat 06:00 və 18:00-da ölçülür;

  • Qar örtüyü üzərində müşahidələr (qarın hündürlüyü) sutkada 1 dəfə olmaqla saat 06:00-da ölçülür;

  • Suyun buxarlanması sutkada 2 dəfə olmaqla saat 06:00 və 18:00-da ölçülür (yalnız Şəki HMS-də);

  • Suyun temperaturu sutkada 3 dəfə olmaqla saat 06:00, 12:00 və 18:00-da ölçülür;

  • Atmosfer hadisələri isə baş verdiyi anda (vaxtı, davamiyyəti, sayı və s.) qeyd edilir.

Yuxarıda adları qeyd edilmiş HMS-lərdən (Əlibəy HMS-dən Zaqatala HMS-in vasitəsi ilə) operativ meteoroloji müşahidə məlumatları xüsusi kodlaşdırılmış formada MHD-nin Hidrometeorologiya Mərkəzinin (HMM) Hidrometeoroloji məlumatların mübadiləsi şöbəsinə telefon, sms və teleqraf vasitəsi ilə, Hidrometeoroloji Məlumatların işlənilməsi və sistemləşdirilməsi şöbəsinə isə email vasitəsi ilə göndərilir. Layihə tətbiq edilən ərazidə fəaliyyət göstərən HMS-lərdən dekadalıq temperatur və yağıntı məlumatları (il boyu) və pentadalıq (beş günlük) qar məlumatları (oktyabr-aprel aylarında) operativ olaraq telefon, sms vasitəsi ilə hidroloji proqnozlar şöbəsinə göndərilir. Göndərilmiş operativ meteoroloji müşahidə məlumatlarından MHD-nin Hidrometeoroloji Proqnozlar Bürosu (HPB), HMM-nin meteorologiya və aqrometeorologiya şöbələri istifadə edirlər.

HPB-də daxil olmuş operativ meteoroloji məlumatlar əsasında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonları üçün qısamüddətli (sutkalıq), ortamüddətli (48 saat) və uzunmüddətli (aylıq) proqnozlar və gözlənilən təhlükəli təbii fəlakət hadisələri barəsində xəbərdarlıqlar hazırlanır. Respublikamızda proqnoz və xəbərdarlıqların keyfiyyətinin artırılması məqsədi ilə 2004-cü ildən TURKMETCAP (sinoptik vizuallaşdırma və təhlil sistemi) proqramı tətbiq edilir. HPB-də proqnozların hazırlanmasında istifadə olunan lazımi faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnostik xəritələr, rəqəmli modellərin nəticələri bu sistem vasitəsi ilə əldə olunur və informasiya mübadiləsi həyata keçirilir. HPB-ə VSAT (Peyk Məlumat Mübadiləsi Sistemi) peyk sistemi vasitəsilə Türkiyə Meteoroloji Xidmətinin kompyuter şəbəkəsinə qoşulmaq imkanı yaradılmışdır. HPB-də Roshidrometin UniMASS (Məlumatların Kommutasiya Mərkəzi) vasitəsi ilə informasiya mübadiləsini həyata keçirilir və ECMWF RUMS proqnostik xəritələri əldə olunur. Proqnozların hazırlanmasında ECMWF-in EPS meteoqramlarının (Ansambl metodu) nəticələrindən də istifadə olunur. EUMETSAT peyk sistemi 12 spektr üzrə bulud sistemlərinin vizuallaşmasını təmin edir [2].

Aqrometeorologiya şöbəsində daxil olmuş fenoloji (mart-oktyabr) və meteoroloji məlumatlar xüsusi jurnallara qeyd edilir. Layihə tətbiq edilən ərazidə İsmayıllı HMS-in, Qəbələ HMS-in, Oğuz HMS-in, Şəki HMS-in, Zaqatala HMS-in tərkibində və Acınohur aqrometeoroloji stansiyalarında və Balakən aqrometeoroloji məntəqəsində aqrometeoroloji müşahidələr aparılır. Aqrometeoroloji müşahidələr aparılan stansiya və məntəqələrdən aqrometeoroloji müşahidələr qeyd edilmiş TSX-8 kitabçaları hər ayın sonu poçtla RHMM-lərə göndərilir. Aqrometeoroloji kitabçalar RHMM-lərdə müvafiq şöbədə yoxlanıldıqdan sonra hər ayın sonu poçtla HMM-nin aqrometeorologiya şöbəsinə göndərilir. Aqrometeoroloji məlumatlar şöbədə təhlil edilərək elektronlaşdırılır. Təhlil edilmiş aqrometeoroloji məlumatlar əsasında hər ayın sonu hava proqnozuna aqrometeoroloji şərh yazılır [2].

HMS-lərdən aylıq meteoroloji müşahidə məlumatları qeyd edilmiş MK-1 meteoroloji kitabçaları (bütün meteoroloji parametrlər), MM-lərdən TM-8 meteoroloji kitabçaları (yağıntı, havanın orta, maksimum, minimum temperaturları, atmosfer hadisələri (duman, dolu, leysan və s.) və qarın hündürlüyü məlumatları) və HM-lərdən TM-8 meteoroloji kitabçaları (yağıntı, havanın və suyun temperatur məlumatları) hər ayın sonu poçtla RHMM-lərə göndərilir. Yuxarıda adları qeyd edilmiş kitabçalar RHMM-lərdə aidiyatı şöbədə yoxlanıldıqdan sonra poçtla HMM-nin Meteorologiya şöbəsinə göndərilir. Şöbəyə daxil olmuş meteoroloji kitabçalar təhlil edildikdən sonra HMM-nin Hidrometeoroloji Məlumatların işlənilməsi və sistemləşdirilməsi şöbəsində elektronlaşdırılaraq Norton proqramında yaradılmış meteoroloji məlumatlar bazasına daxil edilir.

HMM-nin nəzdində fəaliyyət göstərən Hidrometeoroloji Məlumatların Mübadiləsi Şöbəsində beynəlxalq yayıma ötürülən hidrometeoroloji məlumatlar 01 iyul 2011-ci il tarixindən Roshidromet-"Aviamettelekom"un veb-serveri vasitəsilə həyata keçirilir. 2011-ci ilin dekabr ayından Zaqatala HMS, Qəbələ HMS və Şəki HMS-lərdə quraşdırılmış Vaisala tipli avtomat meteoroloji stansiyalardan GSM vasitəsi ilə məlumatların qəbulu üçün şöbədə texniki tədbirlər planı həyata keçirilmiş, bu məlumatların qəbul edilməsinə və arxivləşdirilməsinə başlanılmışdır (şəkil 2) [2].



d:\l a y i h e\foto_layihe\hidrometeoroloji stansiyalar\foto - cis\hms shebeke.jpg

Şəkil 1. Layihə əhatə edən zonada fəaliyyət göstərən meteoroloji stansiya və məntəqələrin yerləşmə sxemi



d:\l a y i h e\foto_layihe\hidrometeoroloji stansiyalar\foto - cis\amm shebeke.jpg

Şəkil 2. Layihə əhatə edən zonada mövcud olan avtomat meteoroloji stansiya və məntəqələrin yerləşmə sxemi



2. Operativ və rejim xarakterli hidroloji məlumatlar

Layihə əhatə edən regionlarda hidroloji müşahidə şəbəkəsi 16 hidroloji məntəqədən ibarətdir. Bu 16 hidroloji məntəqədən 15-i Layihə tətbiq edilən ərazidə yerləşir (şəkil 3). Layihə tətbiq edilən ərazidə yerləşməyən Türyançay-Su qovşağı hidroloji məntəqəsi isə Layihənin 3 pilot çay hövzəsindən 1-i olan Türyançay çayının qapayıcı nöqtəsi kimi qəbul edilir. Hidroloji məntəqələrin adları və koordinatları aşağıdakı cədvəl 2-də verilmişdir:



Cədvəl 2.

Sıra № si

Hidroloji məntəqənin adı

Tipi

Şimal en dairəsi

Şərq uzunluğu

Dərəcə

Dəqiqə

Saniyə

Dərəcə

Dəqiqə

Saniyə

1

Girdimançay-Qaranohur

HM

40

47

35,3

48

19

6

2

Axoxçay-Xanagah

HM

40

46

56,0

48

8

44,6

3

Dəmirapançay-Qəbələ

HM

40

58

32,6

47

51

42,2

4

Qaraçay-Qəbələ

HM

41

0

30,3

47

52

51,0

5

Tikanlıçay-Tikanlı

HM

41

0

41,5

47

45

13,8

6

Əyriçay-Baş Daşağıl

HM

41

10

7,8

47

25

37,2

7

Əlicançay-Qayabaşı

HM

40

53

44,5

47

20

46,4

8

Alazan-Əyriçayın mənsəbindən 1.7 km aşağı

HM

41

15

53,2

46

42

26,4

9

Əyriçay-Mənsəb

HM

41

16

28,2

46

43

35,1

10

Çuxadurmaz-Mənsəb

HM

41

15

30,2

47

13

47,2

11

Damarçıq-Mənsəb

HM

41

15

40,7

47

13

42,9

12

Qaynar-Mənsəb

HM

41

15

48,7

47

12

13,2

13

Kürmükçay-İlisu

HM

41

27

29,8

47

1

22,6

14

Talaçay-Zaqatala

HM

41

38

51,0

46

41

33,7

15

Balakənçay-Balakən

HM

41

43

39,8

46

25

38,3

16

Türyançay-Su qovşağı

HM

40

42

43,1

47

32

55,2


d:\l a y i h e\foto_layihe\hidrometeoroloji stansiyalar\foto - cis\hm shebeke.jpg

Şəkil 3. Layihə əhatə edən zonada fəaliyyət göstərən hidroloji məntəqələrin yerləşmə sxemi

İsmayıllı RHMM-in tabeliyində olan Girdimançay-Qaranohur və Dəmiraparançay-Qəbələ hidroloji məntəqələrində və Şəki RHMM-in tabeliyində olan Balakənçay-Balakən, Talaçay-Zaqatala (Zaqatala HMS-in vasitəsi ilə), Kürmükçay-İlisu, Alazan-Əyriçayın mənsəbindən 1,7 km aşağı, Damarçıq-Mənsəb, Çuxadurmaz-Mənsəb və Qaynar-Mənsəb hidroloji məntəqələrində su sərfi (ay ərzində 5-6 dəfə), Alazan-Əyriçayın mənsəbindən 1,7 km aşağı hidroloji məntəqəsində isə su sərfi və səviyyə məlumatları (ay ərzində 3 dəfə) ölçülərək telefonla operativ olaraq RHMM-lərə, RHMM-lərdən isə telefon, sms vasitəsi ilə MHD-nin Hidrometeoroloji Proqnozlar Bürosunun (HPB) Hidroloji proqnozlar şöbəsinə göndərilir. Balakənçay-Balakən, Talaçay-Zaqatala (Zaqatala HMS-in vasitəsi ilə), Kürmükçay-İlisu, Damarçıq-Mənsəb və Dəmiraparançay-Qəbələ (Qəbələ HMS-in vasitəsi ilə) hidroloji məntəqələrindən dekadalıq temperatur və yağıntı məlumatları (il boyu) və pentadalıq (beş günlük) qar məlumatları (oktyabr-aprel aylarında) operativ olaraq telefon, sms vasitəsi ilə Hidroloji proqnozlar şöbəsinə göndərilir. Hidroloji proqnozlar şöbəsinə daxil olmuş hidroloji müşahidə məlumatları təhlil edilərək Girdimançay-Qaranohur, Dəmiraparançay-Qəbələ, Türyançay-Su qovşağı, Balakənçay-Balakən, Talaçay-Zaqatala, Kürmükçay-İlisu, Alazan-Əyriçayın mənsəbindən 1,7 km aşağı, Damarçıq-Mənsəb, Çuxadurmaz-Mənsəb və Qaynar-Mənsəb hidroloji məntəqələri üçün ongünlük və uzunmüddətli (aylıq), Alazan-Əyriçayın mənsəbindən 1,7 km aşağı hidroloji məntəqəsi üçün isə qısamüddətli (sutkalıq) hidroloji proqnoz (səviyyə sərf əyrisi əsasında) tərtib edilir.

Yaz-yay gursululuq dövrünü proqnozlaşdırmaq üçün Layihə tətbiq edilən regionlardan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonları ərazisində fevral-mart aylarında qarölçmə işləri həyata keçirilir. Respublika ərazisində qarölçmə işləri ümumilikdə 28 marşrutu əhatə etməklə Layihə tətbiq edilən ərazidə 12 marşrut üzrə 9 çayın (Balakənçay, Katexçay, Talaçay, Kürmükçay, Şinçay, Kişçay, Oğuzçay, Bumçay və Dəmiraparançay çaylarının) hövzəsində həyata keçirilir (şəkil 4-6). Qarölçmə marşrutları əsasən çay dərələrinin dibi ilə və ölçü işləri daimi seçilmiş qarölçmə meydançalarında aparılır. Qarölçmə işlərində qar örtüyünün hündürlüyü, sıxlığı və sululuğu parametrləri təyin edilərək telefon vasitəsi ilə hidroloji proqnozlar şöbəsinə xüsusi kod şəklində ötürülür. HPB-də ölkə ərazisində tək qar ehtiyatı yox, aprel-iyun aylarında gözlənilən yağıntı, temperaturun dəyişməsi ilə bağlı proqnozlar da hazırlanaraq Azərbaycan ərazisi ilə yanaşı Gürcüstan və Türkiyə respublikalarının ərazilərindəki qar ehtiyatları ilə bağlı məlumatlar da əldə edilir. Lazımi bütün məlumatlar əldə edildikdən sonra təhlillər və hesablamalar aparılaraq mart ayının sonunda yaz-yay gursululuq dövrünün proqnozu tərtib olunur. Şöbədə həmçinin dağ çaylarında gözlənilən daşqın, sel və eləcə də subasma ilə əlaqədar xəbərdarlıqlar hazırlanır, böyük su anbarlarına gündəlik, ongünlük, aylıq və rüblük axım proqnozları verilir. Şöbə həmçinin Respublika çayları üzrə qısamüddətli və uzunmüddətli proqnozlar və təhlükəli hadisələr haqqında xəbərdarlıqlar hazırlamaqla  müvafiq təşkilatlara (Fövqəladə Hallar Nazirliyi (FHN), Meliorasiya və Su Təsərrüfatı ASC (MST ASC) və s.) xidmət göstərir [2].

Aylıq hidroloji müşahidələr qeyd edilmiş KQ-1M (suyun və havanın temperatur məlumatları) və KQ-3M (çaya qədər olan məsafə, en kəsik sahəsi, dərinlik, orta sürət və su sərfi məlumatları) hidroloji kitabçaları hər ayın sonu HM-lərdən RHMM-lərə (poçtla, müşahidəçi vasitəsi ilə) göndərilir. RHMM-lərdə məlumatlar müvafiq şöbədə təhlil edildikdən sonra HMM-nin Hidrologiya şöbəsinə (poçtla, RHMM-in işçilərinin vasitəsi ilə) göndərilir, həmin şöbədə yoxlanıldıqdan sonra elektronlaşdırılır və hidroloji illiklər şəklində çox az sayda (1-2 nüsxə) çap edilərək MHD-də saxlanılır. HMM-də hidroloji müşahidə məlumatları əsasında Dövlət Su Kadastrının (DSK) “Yerüstü sular” bölməsi hazırlanır [2].

d:\l a y i h e\dsc00368.jpg

Şəkil 4. Dəmiraparançay çayının hövzəsində qarölçmə işlərinin aparılması (2011-ci il)



d:\l a y i h e\dsc00177.jpg

Şəkil 5. Talaçay çayının hövzəsində qarölçmə işlərinin aparılması (2011-ci il)



d:\l a y i h e\dsc00053.jpg

Şəkil 6. Balakənçay çayının hövzəsində qarölçmə işlərinin aparılması (2011-ci il)



  1. Hidrometeoroloji məlumatların arxivləşdirilməsi və istifadə qaydaları

Hidrometeoroloji müşahidə məlumatları qeyd edilmiş hidroloji və meteoroloji kitabçalar elektronlaşdırılaraq 5 il müddətində HMM-də saxlanıldıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fonduna (DİAF) göndərilir. DİAF-a daxil olan hidrometeoroloji kitabçalar qəbul jurnalına qeyd edilərək müəyyən edilmiş rəflərdə yerləşdirilir. Qeyd etmək istərdim ki, yuxarıda adı çəkilən DİAF fiziki arxivdir (qeyri elektron). Bu arxiv fondunda HMM-nin Hidrologiya və Hidrometeoroloji məlumatların işlənilməsi və sistemləşdirilməsi şöbələrində elektronlaşdırılmış hidrometeoroloji məlumatlar mövcud deyildir. Hidroloji məlumatlar HMM-nin Hidrologiya şöbəsində elektron formada  mövcuddur. Meteoroloji məlumatlar isə HMM-nin Hidrometoroloji məlumatların işlənilməsi və sistemləşdirilməsi şöbəsində Norton proqramında yığılmış bazada mövcuddur. DİAF-a daxil olmuş məlumatlardan istifadə etmək üçün ETSN-nin rəhbərliyinə ərizə ilə (məktubla) müraciət edilməlidir. Həmçinin həmin ərizəyə istifadə ediləcək məlumatların siyahısı da əlavə edilməlidir. ETSN-nin rəhbərliyi tərəfindən ərizəyə baxıldıqdan sonra icazə verildiyi təqdirdə ərizə baxılması üçün DİAF-a yönəldilir. Bundan sonra ərizə ilə müraciət etmiş təşkilat və ya şəxs ilə müqavilə imzalanaraq müraciət edən müvafiq məlumatlarla təmin edilir. Qeyd etmək istərdim ki, Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələrinin və qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 iyul tarixli 115 nömrəli Qərarına (115 №li Qərar) əsasən DİAF-dan istənilən hidrometeoroloji məlumatların verilməsi ödənişlidir. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ödənişli məlumatlardan istifadəyə görə ödəmələrin həcmi müvafiq icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi əsasında mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada hidrometeorologiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər ilə bağlanmış müqavilələrə uyğun müəyyənləşdirilir.

Digər dövlət və ya qeyri-dövlət qurumlarının yuxarıda adı qeyd edilmiş bazaya birbaşa daxil olaraq məlumat əldə etmək imkanı yoxdur. Yəni bu baza idarə və təşkilatlar üçün birbaşa açıq deyildir. MHD-nin müvafiq şöbələrində elektronlaşdırılmış hidrometeoroloji məlumatları əldə etmək üçün ETSN-nin rəhbərliyinə ərizə ilə (məktubla) müraciət edilməlidir. Həmçinin həmin ərizəyə istifadə ediləcək məlumatların siyahısı da əlavə edilməlidir. ETSN-nin rəhbərliyi tərəfindən ərizəyə baxıldıqdan sonra icazə verildiyi təqdirdə ərizə baxılması üçün MHD-yə göndərilir. MHD-nin rəhbərliyi daxil olmuş ərizə və istənilən məlumatların siyahısı ilə tanış olduqdan sonra müraciət etmiş idarə və ya şəxs ilə müqavilə imzalayaraq sifarşçini müvafiq məlumatlarla təmin edir. Qeyd etmək istərdim ki, MHD-dən istənilən hər bir məlumatın verilməsi ödənişlidir (115 №li Qərar).

Layihənin müvəffəqiyyətlə davam etdirilməsi üçün lazım olacaq hidrometeoroloji məlumatları əldə etmək üçün də ETSN-nin rəhbərliyinə məktubla müraciət etmək lazımdır. Qeyd etmək istərdim ki, bu məlumatların da əldə edilməsi ödənişlidir (115 №li Qərar).

Bütün su təsərrüfatı layihə işlərində, sənaye, su təchizatı və digər obyektlərin inşası ilə bağlı hidroloji ekspertiza zamanı ən əvvəl bu və digər çayın su ehtiyatları, orta çoxillik su sərfi, illik axımın tərəddüdü və axımın il ərzində paylanması haqqında məlumat olmalıdır [3].

Operativ və rejim xarakterli hidrometeoroloji məlumatlardan, proqnoz və xəbərdarlıqlardan iqtisadiyyatın ayrı-ayrı sahələrində - kənd təsərrüfatı, suvarma, tikinti, aviasiya, gəmiçilik, energetika və s. sahələrdə istifadə edilməsi böyük səmərə verən, dayanıqlı inkişafı təmin edən amillərdəndir. Yuxarıda adları qeyd edilən sahələr ilə məşğul olan müvafiq dövlət orqanlarına təqdim olunması üçün iqlim resursları, yağıntıların rejimi və yerüstü su resursları haqqında aylıq və illik icmallar, habelə iqlim və aqroiqlim xəritələri (əsas statistik məlumatların əks olunduğu atlas formasında) tərtib edilmişdir. Kənd təsərrüfatında su təminatının yaxşılaşdırılması, suvarma suyundan və suvarılan torpaqlardan səmərəli istifadə edilməsi məqsədi ilə kənd təsərrüfatı strukturları müəyyən edilmiş qaydada aqroiqlim və operativ hidrometeoroloji məlumatlarla təmin edilir. İqlim məlumatlarının təhlili metodlarının inkişaf etdirilməsi, iqlimlə bağlı müxtəlif xarakteristikaların və indekslərin (quraqlıq, termal, yağıntı, ekstremallıq və s.) müntəzəm hesablanması, indeks kataloqlarının yaradılması, son dövrlərin məlumatları nəzərə alınmaqla, hidrometeoroloji parametrlərin çoxillik normalarının hesablanması işləri yerinə yetirilməkdədir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin 13 HMS-nin havanın orta aylıq temperaturu (0C), yağıntının miqdarı (mm) və günəş parıltısının davamiyyəti (saat) meteoroloji məlumatları Dövlət Statistika Komitəsinin (DSK) www.stat.gov.az internet səhifəsində verilmişdir [4]. Layihənin əhatə etdiyi regionda fəaliyyət göstərən Şəki HMS-in havanın orta aylıq temperaturu və orta aylıq yağıntı məlumatları, Zaqatala HMS-in isə havanın orta aylıq temperaturu, orta aylıq yağıntı və aylar üzrə günəş parıltısının davamiyyəti məlumatları haqqında hesabatı fevral ayının 25-dək DSK-ya və ya elektron formada www.stat.gov.az internet səhifəsinə real-vaxt rejimində təqdim edilməlidir. Yuxarıda adları qeyd edilmiş meteoroloji məlumatlar DSK-nın internet səhifəsində .xls formatında yerləşdirilir.



ƏDƏBİYYAT

  1. Rza Mahmudov - “Hidroloji proqnozların əsasları” Bakı-2002, 156 səh.

  2. Web - www.eco.gov.az - ETSN-nin internet səhifəsi, Hidrometeorologiya bölməsi.

  3. Maqbet Məmmədov - “Azərbaycanın hidroqrafiyası” Bakı-2002, 266 səh.

  4. Web - www.stat.gov.az - Dövlət Statistika Komitəsinin internet səhifəsi.


NƏTICƏLƏR

Layihə tətbiq edilən ərazidə MHD-nin hidrometeoroloji şəbəkəsi 8 HMS-dən, 16 HM-dan, 4 MM-dan ibarətdir. Çöl-araşdırma müşahidə işləri zamanı hidrometeoroloji stansiya və məntəqələrdə cihaz və avadanlıqların çatışmaması, istismar olunan cihaz və avadanlıqların isə böyük əksəriyyətinin köhnə olması müəyyən edilmişdir. Hidroloji məntəqələrin əksəriyyətində gursulu dövrdə su sərfinin ölçülməsi üçün nənnili keçidlərin olmaması, mövcud olan nənnili keçidlərin isə köhnəlməsi, qəzalı vəziyyətdə olması və ölçü cihazlarının uzun illərdən bəri arvalaşdırılmaması hidroloji ölçmələrin keyfiyyətini aşağı salan amillərdəndir. Layihə tətbiq edilən regionlarda 3 ədəd Vaisala və 6 ədəd Siap-Micros tipli avtomat meteoroloji stansiyalar qurulmuşdur. Lakin, Siap-Micros tipli avtomat meteoroloji stansiyaların əksəriyyəti işlək vəziyyətdə deyildir. Layihə tətbiq olunan ərazidəki mövcud hidrometeoroloji stansiya və məntəqələr müasir tələblərə cavab vermirlər.



TƏKLIFLƏR

  • Hidrometeoroloji şəbəkə inkişaf etdirilməli və modernləşdirilməlidir;

  • Hidrometeoroloji müşahidə şəbəkəsi optimallaşdırılmalıdır (dağlıq, o cümlədən yüksək dağlıq stansiya və məntəqələr açılmalıdır);

  • Məlumatlar mübadiləsinin müasir telekommunikasiya vasitələri ilə tam avtomatlaşdırılmalıdır;

  • Məlumatların təhlili, sistemləşdirilməsi və arxivləşdirilməsi sistemi təkmilləşdirilməlıdır;

  • Hidrometeoroloji proqnozların tərtibi sahəsində yeni müasir texnologiyaların və qabaqcıl təcrübə tətbiq edilməlidir;

  • Kadrların ixtisasının artırılması və kadr hazırlığı ÜMT-nin tələbləri səviyyəsində təmin edilməlıdır;

  • Aqrometeoroloji məlumatların kənd təsərrüfatı sahəsində tətbiqi genişləndirilməlıdır;

  • İqlim məlumatlarının yığılması, yoxlanılması, təhlili sistemi inkişaf etdirilməlıdır;

  • İqlimdə baş verən və baş verə biləcək dəyişikliklər, bununla bağlı problemlər barəsində məlumatlandırma sistemi inkişaf etdirilməlıdır;

  • Hidrometeoroloji müşahidə şəbəkəsi yeni cihaz və avadanlıqlara təmin edilməlıdır.

Yüklə 174,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə