Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi



Yüklə 90,59 Kb.
tarix23.11.2017
ölçüsü90,59 Kb.
#12147


Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi

Nəticə/Məhsul 2: Azərbaycanda DPEXS üzrə mövcud institusional tədbirlərin xəritələşdirilməsi barədə hesabat

HESABATIN ADI - Azərbaycanda DPEXS üzrə mövcud institusional tədbirlərin xəritələşdirilməsi barədə hesabat

LAYİHƏ - Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi


Nəticə/Məhsul 2: Azərbaycanda DPEXS üzrə mövcud institusional tədbirlərin xəritələşdirilməsi barədə hesabat

Tarix

Hazırladı

Xuan Fernandez

İmza


01/12/2013

Yoxladı




İmza





Təsdiq etdi




İmza







1.Giriş 4

2.Normativ-hüquqi çərçivə 4

3.Qurumlar 5

Böhranlı Vəziyyətlərdə İdarəetmə Mərkəzi (BVİM) 5

Mülki Müdafiə Qoşunları 6

Xüsusi Riskli Xilasetmə Xidməti 6

4.Mövcud sistemlər 7

5.Kommunikasiya vasitələri 9

6.DPEXS institusional sxemi 10

Əlavə A - Fövqəladə Hallar üzrə Fəaliyyət Planı (FHN) 11




  1. Giriş


Bu sənədin əsas məqsədi Daşqınların Proqnozlaşdırılması və Erkən Xəbərdarlıq üzrə Baş Eskpertin Azərbaycanda Daşqınların Proqnozlaşdırılması və Erkən Xəbərdarlıq Sistemləri (DPEXS) üzrə mövcud institusional tədbirlər barədə rəyini təqdim etməkdir. Qeyd etmək lazımdır ki, bu həm də Azərbaycanda DPEXS üçün institusional xəritələşdirmə ilə məşğul olan Baş İnstitusional ekspertin nəticə/məhsuludur.

Bu hesabat “Nəticə/Məhsul 1: Azərbaycanda, o cümlədən tədqiq edilən ərazilərdə mövcud daşqın proqnozlaşdırma sistemləri barədə hesabat”ı tamamlayır. Bu hesabatda daşqınların proqnozlaşdırılması sistemi texniki cəhətdən qiymətləndirilmişdir.


  1. Normativ-hüquqi çərçivə


Azərbaycan qanunvericiliyində DPEXS-i izah edən üç əsas normativ-hüquqi akt var:

  • Hidrometeorologiya haqqında qanun Azərbaycanda daşqınların proqnozlaşdırılmasını və idarə edilməsinin tənzimləyən qanundur. Bu qanun hidrometeoroloji və ekoloji müşahidələr və təhlillər aparmaq üçün qanunvericilik əsasları yaradır.

  • Ətraf Mühitin Mühafizəsi haqqında qanunun 11-ci maddəsi təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına həsr olunub. Bu qanuna əsasən, ətraf mühit üzərində zərərli təsirlərin aradan qaldırılmasına yönələn tədbirlərin əlaqələndirilməsi və icrası üzərində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

  • Azərbaycan Respublikası Prezidentinin sərəncamı (1182, 16/12/2005) “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında”:

    • Fövqəladə Hallar Nazirliyinin yaradılması (FHN)

    • Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsi, Dövlət Sularda Xilasetmə Xidməti və bəzi digər qurumların Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilməsi

    • Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi müəyyən edilməsi
  1. Qurumlar


Azərbaycanda DPEXS ilə bağlı öhdəlikləri olan üç əsas qurum var.
    1. Fövqəladə Hallar Nazirliyi (FHN)


Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikasında əhalini təbii və antropogen xarakterli fəlakətlərdən qorumağa cavabdeh olan əsas mərkəzi icra hakimiyyəti orqanıdır.

FHN müxtəlif şöbələrdən ibarətdir (Şəkil 1)



gurumlar_a.jpg

Şəkil – FHN-in Təşkilati sxemi

FHN-in aşağıdakı qurumları qeyd edilməlidir:

Böhranlı Vəziyyətlərdə İdarəetmə Mərkəzi (BVİM)

BVİM bütün müvafiq nazirliklər və digər qurumlardan, xüsusən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumatların toplanmasına cavabdehdir. BVİM fövqəladə hallar zamanı qüvvələrin və vasitələrin və qəza xilasetmə əməliyyatlarının operativ idarə edilməsinə nəzarət edir. BVİM həm də əməliyyatları əlaqələndirir, 111 qaynar xəttindən və digər rəsmi mənbələrdən məlumatları toplayıb təhlil edir. BVİM yerli və milli səviyyədə resursların cəlb olunmasına dair əsas qərar qəbul edən qurumdur.


Mülki Müdafiə Qoşunları

FHN-in Mülki Müdafiə Qoşunlarının əsas vəzifələri aşağıdakılardır:



  • Mülki müdafiə tədbirləri həyata keçirmək

  • Əhalinin və ərazilərin təbii və antropogen xarakterli fəlakətlərdən qorunmasına çevik reaksiya vermək

  • Fəlakətlər zamanı xilasetmə və digər tələb olunan təcili tapşırıqları həyata keçirmək



Xüsusi Riskli Xilasetmə Xidməti


FHN-in Xüsusi Riskli İdarəetmə Xidmətinin əsas vəzifələri aşağıdakılardır:

  • Fəlakətlərə çevik reaksiya vermək

  • Fəlakətlər zamanı xüsusi riskli axtarış və qəza xilasetmə işləri həyata keçirmək

  • Fəlakətlərdən zərrər çəkmiş əhaliyə ilkin və təcili tibbi yardım göstərmək

  • Strateji infrastrukturu qorumaq

  • Humanitar yardım göstərmək



    1. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamenti daşqın proqnozlaşdırma məlumatlarının təmin edilməsi üçün məsuldur (Hidrometeoroloji Proqnozlaşdırma Bürosu). HPB-nun əsas funksiyaları hidrometeoroloji fenomenlərin və proseslərin öyrənilməsi və proqnozlaşdırılmasıdır.

HPB Azərbaycanın regionları üçün qısa müddətli hava (3 gün), hidroloji və aylıq proqnozlar hazırlayır. HPB bu məlumatları bütün hökumət qurumlarına ötürür və KİV vasitəsilə gündəlik proqnozlar və xəbərdarlıqlarla əhalini məlumatlandırır.



HPB çayların gözlənilən su sərfi üçün on günlük proqnoz, yaz-yay gursululuq dövrü üçün proqnoz və Kür çayının dib hissəsi üçün 2-3 günlük səviyyə proqnozu təmin edir.
    1. Ekstremal Vəziyyətlər üzrə Komissiya (EVK)


Ekstremal Vəziyyətlər üzrə Komissiyaya Baş nazir müavini rəhbərlik edir. Komissiya təbii fəlakətlər zamanı insan itkisi və zərərlərin önlənməsi və minimallaşdırlması üçün tədbirlərin görülməsinə cavabdehdir. EVK-nin hər rayonda fokal nöqtəsi var. O, Nazirlər Kabineti tərəfindən idarə edilir.
  1. Mövcud sistemlər


Azərbaycanda mövcud olan DPEXS beynəlxalq standartlara tam cavab vermir. Azərbaycanda mövcud daşqın proqnozlaşdırma sistemləri barədə əvvəlki nəticə/məhsul hesabatında qeyd edildiyi kimi, rəsmi daşqın proqnozlaşdırma sistemi yoxdur. Bununla belə, DPEXS-in ayrı-ayrı komponentləri ilə müxtəlif qurumlar məşğul olur.
Erkən xəbərdarlıq sistemləri 4 müxtəlif komponentdən ibarətdir. Bunlar aşağıdakılardır:

  1. Risklər haqqında bilik: risklərin qiymətləndirilməsi mənfi təsirlərin azaldılması və önlənməsi üzrə strategiyalar üçün prioritetlərin təyin edilməsi və erkən xəbərdarlıq sistemlərinin layihələndirilməsi üçün mühüm məlumatları təmin edir.

  2. Monitorinq və proqnozlaşdırma: monitorinq və proqnozlaşdırma funksiyaları olan sistemlər icmaların üzləşdiyi potensial risklərin təxmini vaxtlarını təmin edir.

  3. Ötürmə: Potensial zərərçəkən yerlərə xəbərdarlıq bildirişlərinin çatdırılması üçün kommunikasiya sistemləri lazımdır. Bildirişlər etibarlı və müvafiq qurumlar və əhali üçün anlaşılan olmalıdır.

  4. Cavab: koordinasiya, yaxşı idarəçilik və düzgün fəaliyyət planları erkən xəbərdarlığın effektivliyini təmin edən əsas məqamlardır. Eyni şəkildə, ictimai məlumatlılıq və təhsil fəlakətlərin təsirlərinin azaldılması üçün vacib aspektlərdir.



    1. Risklər haqqında bilik


FHN və ETSN daşqın riskləri barədə məlumatlılığa dair bəzi işlərə başlayıblar. Hər iki qurum daşqın kataloqları toplamaqdadır, lakin bu barədə məlumat əlçatımlı deyil. Ola bilər ki, ETSN tərəfindən daha çox müvafiq işlər görülüb, lakin məsləhətçinin hələ bu quruma birbaşa çıxışı yoxdur.
    1. Monitorinq və proqnozlaşdırma


Monitorinq və proqnozlaşdırma komponenti bütünlüklə ETSN-in öhdəliyinə düşür (xüsusilə də Hidrometeoroloji Proqnozlar Bürosunun). Nəticə/Məhsul 1-də (Azərbaycanda, o cümlədən tədqiq edilən ərazilərdə mövcud daşqın proqnozlaşdırma sistemləri barədə hesabat) qeyd edildiyi kimi, Azərbaycanda daşqın və ya quraqlıqlara qarşı erkən xəbərdarlıq sisteminə dair qüvvədə olan rəsmi monitorinq və proqnozlaşdırma sistemi yoxdur. Monitorinq sistemi daxilində meteoroloji stansiyalara gəldikdə, məhdud sayda avtomatlaşdırılmış stansiyalar var, əksər stansiyalar insanlar tərəfindən idarə edilir (gündə iki dəfə yağıntı məlumatları toplanır). Avtomatlaşdırılmış stansiyalar ETSN-in regional idarələrinin yaxınlığında, sutoplayıcı hövzənin aşağı hissəsində yerləşirlər. Sutoplayıcı hövzənin yuxarı hissəsi üçün avtomatlaşdırılmış stansiyalar tələb olunur. Hidroloji məntəqələrə gəldikdə isə, avtomatlaşdırılmış məntəqələr yoxdur. Mövcud məntəqələrdə isə axınlar həftədə 1 dəfə qeyri-münasib metodlarla toplanır. Layihə ərazisində etibarlı su sərfi və su səviyyəsi məlumatları yoxdur. HPB gündəlik olaraq Meteosat peyk məlumatlarını qəbul edir.

HPB proqnozlaşdırma məqsədləri ilə daşqın və ya quraqlıqların modelləşdirilməsini həyata keçirmir. Metoroloji proqnozlaşdırma Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzi (AOMHPM) və ya Türkiyə Meteorologiya Xidmətindən (TMX) alınır. HPB hidroloji və ya hidravlik modelləşdirmə həyata keçirmir. Daşqın və quraqlıqların proqnozlaşdırılması toplanmış məlumatlar əsasında həyata keçirilir. Lakin xəbərdarlıqların verilməsi barədə qərarların qəbul edilməsinə dair rəsmi sistem yoxdur.


    1. Ötürmə


Xəbərdarlıqların yayılması iki qurum tərəfindən həyata keçirilir. ETSN Mili Hidromoeteorologiya Departamenti aşağıdakı qurumlara proqnozlaşdırma və xəbərdarlıq məlumatlarını çatdırır:

  1. FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi

  2. Ekstremal Vəziyyətlər üzrə Komissiya

  3. KİV

Digər tərəfdən, FHN ötürmə komponentində də vacib rol oynayır. Regional və ya milli səviyyədə fövqəladə hallar zamanı, regionlardakı FHN mərkəzləri (Şəkil 1) Bakıdakı FHN qərargahı tərəfindən məlumatlandırılır. Bu regional mərkəzlər regional ötürməni həyata keçirir. Ehtiyac olduqda FHN regional mərkəzləri tərəfindən əlaqə saxlamaq (mobil telefonla) üçün hər icma daxilində iki nəfər təyin olunmuşdur.

Şəkil – FHN-in regional mərkəzləri


    1. Cavab


Cavab komponenti üçün tam məsuliyyət FHN-ə aiddir. Qeyd etmək lazımdır ki, cavab komponentinin Azərbaycanda tam inkişaf etdirildiyi görünür. FHN fövqəladə hallar zamanı icra edilməli olan bütün prosedurları əks etdirən “Fəaliyyət Planı”na (Əlavə A) malikdir. Bu fəaliyyət planında hər hadisə növü, cavab tədbirləri üçün məsul olan müxtəlif qurumlar, qurumlar arasında kommunikasiya tezliyi və əlaqə məlumatları təsvir edilir. Eyni zamanda, FHN işçiləri üçün bu hadisələr zamanı əməl edilməli olan etik kodeks müəyyən edilmişdir.
  1. Kommunikasiya vasitələri


DPEXS-də iştirak edən müxtəlif qurumlar arasındakı, hətta hər bir qurum daxilindəki kommunikasiya əlaqələri məsləhətçiyə aydın deyil. Əvvəldə qeyd edildiyi kimi, ETSN naməlum vasitələrlə proqnoz məlumatlarını birbaşa FHN və BVİM-ə göndərir. Bu kommunikasiya gündəlik həyata keçirilir, hadisələr zamanı isə daha tez-tez göndəriləcəyi güman edilir.

Monitorinq üzrə kommunikasiyaya gəldikdə, çöl səfərləri zamanı toplanmış məlumatlara əsasən qeyd edilməlidir ki, mövcud və işlək avtomat müşahidə stansiyalarının (GSM) sayı azdır. Buna görə də ETSN daxilində monitorinqlə bağlı kommunikasiyanın əksər hissəsi telefon və ya poçt vasitəsilə həyata keçirilir. Regional idarələr həftəlik əsasla öz sahələrindəki bütün məntəqələrdən məlumatları toplayıb və poçt vasitəsilə hər ay Bakıdakı qərargaha göndərir. Ekstremal hadisələr zamanı müxtəlif kommunikasiya vasitələri (telefon) istifadə edilə bilər.


  1. DPEXS institusional sxemi


Milli DPEXS Şəkil 3-də olduğu kimi sxem şəklində təqdim edilə bilər. “Ekstremal Vəziyyətlər üzrə Komissiya” ilə əlaqələr aydın deyil. Fövqəladə hadisənin kəskinliyi və coğrafi əhatə dairəsindən asılı olaraq, cavab tədbirinə görə məsuliyyət yerli idarə və ya qərargahın üzərinə düşür.

Şəkil –DPEXS üzrə institusional sxem




Əlavə A - Fövqəladə Hallar üzrə Fəaliyyət Planı (FHN)


Təsdiq edirəm

Azərbaycan Respublikasının

fövqəladə hallar naziri

general-polkovnik

Kəmaləddin Heydərov

«___» ______________ 2010-cu il tarixli

______ №-li Əmr




Təsdiq edirəm

Azərbaycan Respublikasının

ekologiya və təbii sərvətlər naziri

Hüseynqulu Bağırov

«___» _____________ 2010-cu il tarixli

______ №-li Əmr

Azərbaycan Respublikasının Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı

FƏALİYYƏT PLANI

Həyata keçiriləcək tədbirlər




Tədbirin adı

İcraçılar

İcra müddəti

Fövqəladə Hallar Nazirliyinin əlaqələndirici qurumları

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əlaqələndirici

qurumları

I. Fövqəladə Hallar Nazirliyinin məlumatlandırılması

1

Ehtimal olunan və ya baş vermiş fövqəladə hadisələr barədə informasiya mübadiləsinin həyata keçirilməsi (FHN-in “Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi”nin "112" qaynar telefon xətti vasitəsilə)

1. Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsi

2. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi

3. Xüsusi Riskli Xilasetmə Xidməti


1. Milli Geoloji Kəşfiyyat Xidməti

2. Milli Hidrometeorologiya Departamenti

3. Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti

4. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi

5. Meşələrin İnkişafı Departamenti

6. Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzi



mütəmadi

2

Ölkə ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan hissəsində təbii hidrometeoroloji hadisələrin baş vermə təhlükəsi, hava şəraitinin kəskin dəyişməsi haqqında xəbərdarlıqlar, baş vermiş təhlükəli hidrometeoroloji hadisələr haqqında məlumatlar


1. Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsi

2. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi



1. Milli Hidrometeorologiya Departamenti

mütəmadi

3

Hava şəraitinin gözlənilən vəziyyəti haqqında proqnozlar və müşahidə olunan faktiki meteoroloji (temperatur, təzyiq, rütubət, atmosfer hadisələri, görünüş məsafəsi, küləyin sürəti və istiqaməti və s.) məlumatlar

1. Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsi

2. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi



1. Milli Hidrometeorologiya Departamenti

gündəlik

4

Ölkə çaylarında gözlənilən sel, daşqın təhlükəsi, su anbarlarında suyun səviyyəsi barədə proqnozlar və ölkənin yerüstü su obyektlərində (çay, göl, su anbarları və s.) müşahidə olunan faktiki hidroloji (su sərfi, səviyyəsi və s.), həmçinin Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan hissəsində gözlənilən təhlükəli dalğalanma hadisələri barədə proqnoz və faktiki məlumatlar

1. Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsi

2. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi




1. Milli Hidrometeorologiya Departamenti

mütəmadi

(qrafiklə),

hadisə baş verdikdə


5

Ətraf mühit komponentləri olan hava, torpaq və su mühitinin, həmçinin Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan hissəsinin çirklənmə vəziyyəti haqqında gözlənilən proqnoz (atmosfer havası) və faktiki monitorinq məlumatları, həmçinin baş vermiş hər hansı qəza nəticəsində ərtaf mühitə mənfi təsirlər barədə məlumatlar

1. Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsi

2. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi




1. Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti

2. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi

3. Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzi


mütəmadi

6

Ölkə ərazisində qamma şüalanmanın ekspozisiya dozasının gücünün səviyyələri, radiasiya-ekoloji monitorinqin ətraf mühitin komponentlərinin vəziyyəti haqqında operativ məlumatlar, həmçinin qonşu ölkələrin ərazisində yerləşən AES-da radiasiya qəzasının baş verməsi zamanı ekspozisiya dozasının gücü barədə əlavə məlumatlar

1. Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsi

2. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi



1. Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti

gündəlik

7

Ekzogen geoloji proseslər haqqında məlumatlar

1. Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsi

2. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi



1. Milli Geoloji Kəşfiyyat Xidməti

mütəmadi

8

Ölkə ərazisinin seysmogeodinamik şəraiti haqqında məlumatlar

1. Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsi

2. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi



1. Milli Geoloji Kəşfiyyat Xidməti

mütəmadi

9

Mülki müdafiə sahəsində illik hesabatlar, nazirliyin tabeliyində olan təşkilatların balansında olan sığınacaq, radiasiya əlehinə daldalanacaq və zirzəmilərin vəziyyəti (sayı, həcmi və s.) barədə, mülki müdafiə qüvvələri və vasitələri haqqında məlumatlar

1. Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi

1. Nazirliyin İstehsalat siyasəti şöbəsi

2. Milli Geoloji Kəşfiyyat Xidməti

3. Milli Hidrometeorologiya Departamenti

4. Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti

5. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi

6. Meşələrin İnkişafı Departamenti

7. Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzi


hər il

01 dekabr tarixinə



II. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlandırılması

1

Baş vermiş fövqəladə hadisə, qəza və ya təbii fəlakət haqqında məlumat

1. Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsi

2. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi




1. Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzi

2. Milli Geoloji Kəşfiyyat Xidməti

3. Ətraf Mühitin Mühafizəsi Departamenti


mütəmadi

2

Təbii və texnogen xarakterli fövqəladə hallar nəticəsində dəymiş maddi ziyan, bədbəxt hadisələr və digər dağıntıların nəticələri barədə aidiyyatı üzrə məlumatlar

1. Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi

2. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi



1. Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzi

2. Ətraf Mühitin Mühafizəsi Departamenti

3. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi


mütəmadi

3

“Sənaye qəzalarının transsərhəd təsiri haqqında” Konvensiyanın tələblərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə görülmüş tədbirlər barədə məlumatlar

1. Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi

1. Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsi

mütəmadi

III. Fövqəladə halların qarşısının alınması sahəsində qabaqlayıcı tədbirlər

1

Fövqəladə halların proqnozlaşdırılması, xəbərdar edilməsi, qarşısının alınması və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə mühəndis-geoloji və hidrometeoroloji tədqiqatların aparılması

1. Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsi


1. Milli Geoloji Kəşfiyyat Xidməti

2. Milli Hidrometeorologiya Departamenti



mütəmadi

plana əsasən



2

Təbii və texnogen xarakterli fövqəladə halların xəbərdar edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə elmi proqramların və layihələrin hazırlanması

1. Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsi

2. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi



1. Milli Geoloji Kəşfiyyat Xidməti

2. Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti

3. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi


qarşılıqlı iş prosesində

3

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin, Milli parklar və Dövlət təbiət qoruqlarının işçilərinin yanğın təhlükəsizliyi kurslarında hazırlıq keçməsi

1. Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi

1. Meşələrin İnkişafı Departamenti

2. Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti

3. Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzi


müvafiq proqram əsasında

4

Meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə yanğına qarşı təbliğatın aparılmasında metodiki yardımın göstərilməsi

1. Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsi


1. Meşələrin İnkişafı Departamenti

2. Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzi



mütəmadi

5

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yanğından könüllü mühazifə dəstələrinin yaradılması və fəaliyyətinin təkmilləşdirilməsinə köməklik göstərilməsi

1. Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsi


1. Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzi

mütəmadi

6

Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində birgə təlim və məşqlərin keçirilməsi


1. Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsi

2. Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi




1. 1. Nazirliyin İstehsalat siyasəti şöbəsi

2. Milli Geoloji Kəşfiyyat Xidməti

3. Milli Hidrometeorologiya Departamenti

4. Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti

5. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi

6. Meşələrin İnkişafı Departamenti

7. Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzi


müvafiq proqram əsasında

7

Seysmik aktiv zonalarda bina və qurğuların seysmik dayanıqlığının artırılması üzrə zəruri tədbirlər Proqramının işlənib hazırlanmasını təşkil etmək

1. Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsi


1. Milli Geoloji Kəşfiyyat Xidməti


qarşılıqlı iş prosesində

8

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin mülki müdafiə və yanğından mühafizə kurslarına cəlb edilməsi

1. Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi

1. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İstehsalat Siyasəti şöbəsi

xüsusi plan əsasında

IV. Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində tədbirlər

1

Mövcud qüvvə və vasitələrin fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb edilməsi

1. Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi

1. Meşələrin İnkişafı Departamenti

2. Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti

3. Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzi


zərurət yarandıqda

2

Təbii və texnogen xarakterli fövqəladə halların baş verdiyi ərazidə lazımi tədqiqat işlərinin aparılması

1. Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi

1. Milli Hidrometeorologiya Departamenti

hadisə baş verdikdə

3

Fövqəladə hallar zamanı qəza rayonlarında hava şəraiti ilə bağlı zəruri məlumatların vaxtında təqdim olunması

1. Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi

2. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi



1. Milli Hidrometeorologiya Departamenti

hadisə baş verdikdə

Qeyd: zərurət yarandığı halda tərəflərin razılığı ilə “Fəaliyyət Planı”na əlavə və dəyişikliklər edilə bilər.

Əlaqələndirici qurumlar haqqında əlavə məlumatlar



Əlaqələndirici qurumun adı

Telefon nömrələri

Qeyd

Fövqəladə Hallar Nazirliyi üzrə:

1.

Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsi

512-01-54




2.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi

“112” qaynar xətti




3.

Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi

512-01-06




4.

Xüsusi Riskli Xilasetmə Xidməti

512-01-60




Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə:

1.

Milli Geoloji Kəşfiyyat Xidməti

510-06-72




2.

Milli Hidrometeorologiya Departamenti

493-15-76




3.

Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti

441-51-23




4.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi

471-39-01




5.

Meşələrin İnkişafı Departamenti

510-33-31




6.

Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzi

442-68-72




Yüklə 90,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə