Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi



Yüklə 55,92 Kb.
tarix11.04.2018
ölçüsü55,92 Kb.
#37315


Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi

Nəticə/Məhsul # 1

Torpaq sürüşmələri və flüvial mənşəli geomorfoloji proseslər üzrə tədqiqatlar

c:\users\user\pictures\2014-09-08\041.jpg

BMTİP-in Azərbaycan nümayəndəliyi üçün

23 Noyabr 2014-cü il tarixdə təqdim etdi:

Hans M. Ewoldsen, Ph.D., P.E.

Beynəlxalq ekspert



Mündəricat

Bölmə Səhifə


  1. Giriş 3

  2. Çıxarılmış nəticələr 3

  3. Tövsiyələr 4

  4. İcra tədbirləri 4

  5. Metodologiya : Torpaq sürüşmələri və palçıqlı/palçıqlı-daşlı sellərin tədqiqi 4

    1. Zəruri məlumat mənbələri 4

    2. Torpaq sürüşmələri və sellərin müəyyənləşdirilməsi metodu 5

2.1 Torpaq sürüşmələrinin çöl şəraitində müəyyənləşdirilməsi 5

    1. Palçıqlı/palçıqlı-daşlı sellərin çöl şəraitində müəyyənləşdirilməsi 5

F. Metodologiya: Flüvial geomorfoloji proseslər 6

1. Zəruri məlumat mənbələri 6

2. Flüvial eroziya və çökmə zonalarının müəyyənləşdirilməsi metodu 6

G. Tədqiq edilmiş hövzə sahəsi 7

H. Çöl işi 7

I. Pilot sahədə torpaq sürüşməsi/palçıqlı/palçıqlı daşlı sellərin tədqiqinin nəticələri 8

J. Pilot ərazidə flüvial geomorfoloji proseslərin tədqiqinin nəticələri 9
Qoşma A. Torpaq sürüşmələrinin səbəbləri və səciyyəvi yerüstü ifadə

Qoşma B. Flüvial geomorfoloji ifadə



Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
Nəticə/məhsul 1. Torpaq sürüşmələri və çayların geomorfoloji əsaslarının tədqiqi


  1. Giriş

Beynəlxalq ekspertin təhvil verdiyi 1-ci Nəticə/Məhsul - hidrogeologiya və torpaq sürüşməsi ilə bağlı tədqiqatlar üzrə bu hesabat Qəbələ rayonunun Dəmiraparançay hövzəsində torpaq sürüşməsi, sel və çayların geomorfoloji xüsusiyyətlərinin təhlilinə tətbiq edilən yanaşma, tədqiqat işi və nəticələri təsvir edir. Bu pilot ərazi "Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi" layihəsinin texniki və qeyri-texniki məsələlərinin qiymətləndirilməsinin gedişində tamamlanmış tədqiqatlar üçün seçilmişdir. Bu hesabat Dəmiraparançay hövzəsində geomorfoloji xüsusiyyətlərin təsirlərini və nəticələrini əks etdirir. Çünki bu təsir və nəticələr yamaclar və hövzənin su axarları və Böyük Qafqaz Dağlarının suayrıcı regionu boyunca torpaq sürüşmələrinin, palçıqlı və palçıqlı-daşlı sellərin, eroziya və çökmə proseslərinin baş verməsinə təsir edir.

  1. Çıxarılmış nəticələr

Tədqiqatın gedişində beynəlxalq ekspert və yerli ekspertlər tərəfindən bir neçə əsas nəticələr çıxarılmışdır. Bunlara aşağıdakılar daxildir:

  1. Qəbələ rayonunda (Pilot ərazi) geoloji, geomorfoloji və təbii fəlakətlərin (torpaq sürüşmələri/sellər) baş verdiyi sektorlar üzrə mövcud məlumatların çoxu 1960-1980-ci illərdə rus dilində tərtib olunmuşdur. Buna görə də, bu məlumatların ingilis dilinə (BMTİP-in hesabatları üçün tələb olunan dil) tərcüməsi vaxt aparan, bahalı və layihənin təqvimi və büdcəsi daxilində olmayan bir proses olardı.

  2. Qəbələ rayonunda çoxsaylı çaylar və axarlar Dəmiraparançay hövzəsinə qoşulur. Bu çayların və axarların sutoplayıcı hövzələri daxilində axınlar, daşqınlar, palçıqlı və palçıqlı-daşlı sellər və torpaq sürüşmələrinə dair məlumatlar ya tam deyil, ya da qeydə alınmayıb.

  3. Qəbələ rayonunda baş verən torpaq sürüşmələri və sellərin, eləcə də flüvial eroziya/çökmə baş verən başlıca sahələrin qeydiyyatı aparılmır. Bundan əlavə, fövqəladə fəlakətlərin idarə edilməsi üzrə əlaqə saxlamaq üçün heç kəs təyin olunmayıb. Buna görə də torpaq sürüşmələri və sellərlə bağlı məlumatların toplanması və təhlili üçün mərkəzi yer yoxdur.

  4. Dəmiraparançay hövzəsi yerüstü və yeraltı suların hidroloji xüsusiyyətlərini və iqlim dəyişikliklərinin həmin su rejimlərinə təsirini öyrənmək üçün çox məqsədəuyğun olsa da, bu ərazidə aşağı yüksəkliklərdə (1000m-2500m) əsaslı torpaq sürüşmələrinin əlaməti yoxdur. Torpaq sürüşməsinin əlamətləri (əsasən dik yamaclarda qaya sürüşmələri) 2500 m-dən yuxarıda yerləşir. Dağlıq ərazilərin dağətəyi zonasından başlayan çayların və iri axarların allüvial gətirmə konuslarında palçıqlı və palçıqlı-daşlı sellərin əlamətləri sıxdır.



  1. Tövsiyələr

  1. 1-ci tövsiyə. Əgər gələcəkdə pilot ərazidə flüvial geomorfoloji proseslər və ya torpaq sürüşmələri və sellərin baş verdiyi sektorlarda daha müfəssəl tədqiqatın aparılması planlaşdırılırsa, tövsiyə olunur ki, bir yerli geoloq və ya mühəndis əsas məlumatları ingilis dilinə asanlıqla tərcümə oluna bilən (əgər hesabatvermə üçün ingilis dili tələb olunursa) cədvəl və ya diaqramlar formasında tərtib etsin

  2. 2-ci tövsiyə. Tövsiyə olunur ki, Qəbələ rayonunun mülki orqanları rayonun adminsitrativ/texniki strukturu çərçivəsində hazırda və gələcəkdə baş verəcək önəmli torpaq sürüşmələri və sellərlə bağlı məlumat toplamaq və saxlamaq üçün bir vəzifə təyin etsinlər. Təyin olunan şəxs/idarə zamanla keçmişdə baş verən torpaq sürüşmələri və sellərlə bağlı məlumatları da toplamalı və qeydə almalıdır. Toplanan məlumatlar bazası gələcəkdə torpaqdan istifadənin zonalaşdırılması, potensial fəlakət riski olan zonaların təyin olunması və s. üçün faydalı olacaqdır.



  1. İcra tədbirləri

Dəmiraparançay hövzəsində baş verən torpaq sürüşmələri, sellər və flüvial geomorfoloji proseslərin tədqiqinin bu mərhələsinin başa çatması üçün aşağıdakı tədbirlərin icra olunması təklif olunur:

  1. Qəbələ rayonun Yol İdarəsinə dağıdıcı torpaq sürüşmələrinə məruz qala biləcək potensial ərazilərə (əsasən dağətəyi zonada və çayların yuxarı axarlarında) dair istiqamətləndirici göstərişlər təklif etmək. Belə ərazilərdə yol tikintisi zamanı yamacların kəsilməsi və ya çay yataqlarında yan eroziya köhnə torpaq sürüşmələri zonalarını aktivləşdirə və ya yeni torpaq sürüşmələri zonaları yarada bilər. Hər yeni yol tikintisi üçün, bir geoloq təklif olunan tədbiri yerin geoloji xüsusiyyətləri baxımından təhlil etməlidir.

  2. Dağətəyi zonada və torpaq sürüşməsi və ya sel potensialı olan gətirmə konuslarının ərazilərində yaşayış və ya kommersiya zonasını yaradanlara dik yamacların və ya zəif geoloji materialların (torpaq sürüşmələri üçün) olması və ya keçmiş sellərin əlamətlərinin olduğu gətirmə konuslarnda infrastrukturun təklif olunan yerləşməsi barədə istiqamətləndirici göstərişlər təklif etmək.



  1. Metodologiya : Torpaq sürüşmələri və palçıqlı/palçıqlı-daşlı sellərin tədqiqi


Qeyd: Aşağıdakı hissələrdə, "palçıqlı sellər" mayeləşmiş kütlədə lil-çınqıl ölçülü hissəciklərin yamacın aşağısına doğru qravitasiyanın təkan verdiyi hərəkətdə axını kimi müəyyən olunur. "Palçıqlı-daşlı" sellər də oxşar şəkildə müəyyən olunur, lakin daşınan hissəciklərin ölçüsü iri çay daşı və qaya parçalarına qədər dəyişir. Palçıqlı-daşlı axınlar adətən suyun durulaşdırdığı kütlə ilə sürətlə hərəkət edir. Bəzən suyun səbəb olmadığı axınlar da baş verir. Bu isə seysmik hadisələr və ya qaya uçqunları nəticəsində baş verir.


  1. Zəruri məlumat mənbələri: (Miqyas: 1:50,000 və ya 1:100,000)

Topoqrafik xəritələr

Geoloji xəritələr

Geomorfoloji xəritələr (varsa)

Aero fotolar

Kosmik şəkillər (ümumi mənzərə üçün arzuolunandır)

Torpağın aşınması və ya torpağın paylanması xəritələri (varsa)

İntensiv yağıntı zonaları (xəritələri varsa)

Pilot ərazidə baş vermiş əsas torpaq sürüşmələrinin tarixi

Pilot ərazidə baş verən palçıqlı sellərin/palçıqlı-daşlı sellərin tarixi


  1. Regionda torpaq sürüşmələri və palçıqlı/palçıqlı-daşlı sellərin müəyyənləşdirilməsi və xəritələşdirilməsinə yanaşma

CİS təhlili və overley imkanlarından istifadə:

  • Yamacın kəskinliyi xəritəsinin işlənib hazırlanması (10 dərəcəlik pillələrlə 10 dərəcədən 60 dərəcəyədək). Xanalar xəritənin miqyası və topoqrafik xüsusiyyətlərə uyğun olmalıdır

  • Ümumi aero foto xəritə hazırlamaq (kosmik şəkillərdən və ya inteqrasiya edilmiş aero fotolar əsasında)

  • Topoqrafik və geoloji xəritələri tutuşdurmaq (overley)

  • Topoqrafiya və aero fotoşəkillərin tutuşdurulması (overley)

  • Topoqrafiya və hər hansı sel və ya torpaq sürüşməsi zonalarının xəritələrini tutuşdurmaq (overley)

  • Topoqrafiya, geologiya və intensiv yağıntını tutuşdurmaq

  • Əsas su axarı şəbəkəsi və məlum sel zonalarını tutuşdurmaq

Nəticədə, bir neçə baza məlumatları əks etdirən xəritələr əldə olunacaq və bu xəritələr yamac və torpaq/qaya pozulmaları üzrə zonaları müəyyən etməyə imkan verə bilər.


2.1 Torpaq sürüşməsi zonalarının göstəriciləri:

  • Geomorfoloji əlamətlər və ya yamaclarda çatlar, yamacların özülündə görünən sürüşmə zonaları, su axarları və s. əsasında torpaq sürüşmələrinin aydın əlamətləri olan sahələr

  • Baş vermiş torpaq sürüşmələrinin çoxillik qeydləri

  • Torpaq sürüşmələrinə həssas əraziləri müəyyən etmək üçün yuxarıda qeyd edilən xəritələrə və aero fotoşəkillərə baxış

    • Dik yamaclarında mövcud olan dərin aşınma, çatlı və ya zəif materialları olan zonaları müəyyən etmək üçün geoloji formasiya məlumatlarını təfsir etmək;

    • Torpaq sürüşmələri baş verən məlum sahələri seçmək, oxşar geoloji xüsusiyyətlərə, yamac dikliyinə, yağıntı intensivliyinə və aşınmaya malik zonaları müəyyən etmək və onlarda qədim torpaq sürüşmələri və ya yeni hərəkətlərin (geomorfoloji çıxıntılar, qabarıq səth, su səthinin xətti qalxması və s.) başlamasını yoxlamaq


2.2 Palçıqlı və palçıqlı-daşlı sel zonalarının göstəriciləri

  • Geomorfoloji əlamətlər və ya allüvial gətirmə konuslarında palçıqlı sel çöküntüləri əsasında torpaq sürüşmələrinin aydın əlamətləri olan sahələr

  • Baş vermiş palçıqlı və palçıqlı-daşlı sellərin çoxillik qeydləri

  • Palçıqlı və palçıqlı-daşlı sellərə həssas olan sahələri müəyyən etmək üçün xəritələri və şəkilləri təhlili etmək

    • İntensiv yağıntı və yamac mailliyinin yamaclarda aşağıya doğru və ya su axarlarına doğru hərəkətə təkan verərək sel yarada biləcəyi zonaları müəyyən etmək üçün geoloji, çöküntü və bitki örtüyünün paylanmasını təhlil etmək;

    • Palçıqlı və palçıqlı-daşlı sellər baş verən məlum sahələri seçmək, oxşar geoloji xüsusiyyətlərə, yamac dikliyinə, yağıntı intensivliyinə və aşınmaya malik zonaları müəyyən etmək və onlarda qədim palçıqlı və palçıqlı-daşlı sellərin baş verib-vermədiyini nəzərdən keçirmək

    • Çox dik yamaclarda qaya uçqunlarının yamacın aşağı istiqamətinə doğru sürətli palçıqlı-daşlı sellər yarada biləcəyi zonaları müəyyən etmək.




  1. Metodologiya : Flüvial geomorfoloji proseslərin tədqiqi

  1. Arzuolunan məlumat mənbələri:

Faydalı olan və bəzi hallarda eroziya və çökmə zonalarının sərhədlərinin müəyyən olunması üçün tələb olunan məlumat mənbələrinə aşağıdakılar daxildir (1:2,500 - 1:50,000 miqyasında) :

Topoqrafik xəritələr

Geomorfoloji xəritələr (varsa)

Aero fotoşəkillər

Kosmik şəkillər (ümumi baxış üçün arzuediləndir, miqyası 1:50,000 və daha böyük))

Torpağın aşınması və ya paylanması xəritələri (varsa)

Intensiv yağıntı zonaları (xəritələri varsa)
Baş tədqiqatçı pilot regionda tədqiqat ərazisi üçün bu məlumat mənbələrinin çoxunu əldə edə bilməyib.


  1. Eroziya və ya çökmə ilə əlaqəli flüvial geomorfoloji zonaların müəyyən edilməsi metodu

Çay və axar məcralarında eroziya və ya çökmə zonalarının geomorfoloji baxımdan müəyyən edilməsi aşağıdakı amillərin inteqrasiyasından asılıdır:

  • Məcra zolağının mailliyi

  • Orta və gursulu axınların həcmləri və sürətləri

  • Əhatə edən yamacların çöküntü materiallarını (qum, lil, çınqıl və s.) təmin etdiyi dərəcə

  • Yataqda ana süxur materialların xarakteristikası (bərk süxur, yumşaq süxur, bərkiməmiş çöküntülər)

  • Spesifik çay zolağının həndəsi xarakteristikası

Məlumatlar toplandıqdan sonra tədqiqatçı aşağıdakıları etməlidir:



  • Aero fotoşəkillər, kosmik şəkillər və ya şəxsi müşahidəyə əsasən aşkar eroziya və ya çökmə zonalarını ilkin olaraq müəyyən etmək

  • Yataqlardakı çöküntülərin və yamac materiallarının təhlilinə əsasən yataqlarda gursulu axınlar zamanı eroziyanın baş verib-verməyəcəyini müəyyən etmək

  • Gursulu axınlar zamanı yataqlarda çöküntülərin və allüvial gətirmə konusları sahələrində azsulu axınların sürətlərinin təhlilinə əsasən çöküntünün baş verəcəyi dərəcəni və çökəcək çöküntülərin ümumi ölçüsünü müəyyən etmək

  • Yataqlarda eroziya və çökmə müddətləri ilə bağlı çoxillik qeydləri tədqiq etmək və bu müddətləri həmin vaxt mövcud olan meteoroloji hadisələr və ya şərtlərlə əlaqələndirməyə cəhd göstərmək.

Qeyd olunan proseslər zamanı aero fotolar və/yaxud münasib miqyaslı kosmik şəkillər istifadə edilməlidir.




  1. Tədqiq edilən hövzə sahəsi

Torpaq sürüşmələri, sel və çayların geomorfoloji xüsusiyyətlərin tədqiqi aşağıdakı ərazilərdə həyata keçirilmişdir:

    1. Türyançayın sutoplayıcı sahəsi: Qəbələnin yuxarı axarından Qafqaz dağlarının qılıcına doğru

Bu sutoplayıcı sahə 1960-cı illərin əvvəlindən 1970-ci illərə qədərki dövrə aid geoloji xəritənin mövcud olması səbəbi ilə seçilmişdir. Qəbələ rayonunda başqa heç bir sutoplayıcı sahə oxşar geoloji xəritəyə malik deyil. Geoloji xəritə göstərir ki, geoloji formasiyaların Türyançayın hər iki tərəfində sutoplayıcı hövzəsinə qovuşan sutoplayıcı sahələrə qədər uzanması əsaslandırıla bilər, belə ki, Google Earth təsvirləri geoloji formasiyaların yatağının və strukturunun səthə çıxmasını əks etdirməklə bu uzanmanı əsaslandırır.

    1. Dəmiraparançay hövzəsinin gətirmə konus sahələri - buraya Türyançay, Həmzəliçay, Qaraçay, Tikanlıçay və daha kiçik axarlar daxildir.

Allüvial gətirmə konuslarının əraziləri ona görə daxil edilib ki, onlar palçıqlı və palçıqlı-daşlı sellərin önəmli əlamətlərini əks etdirir (o cümlədən təkrarlanan tarixi və tarixəqədərki palçıq palçıqlı və palçıqlı-daşlı sellərin əlamətlərini əks etdirən eroziyaya uğramış çay sahilləri).

    1. Bütün çayların yataqları nəzərdən keçirilmişdir

Çay yataqları eroziya və çökmə prosesləri gedən sahələr barədə yaxşı təsəvvür yaradır. Bu, regionun Google Earth təsvirləri ilə birgə ərazidə yerləşən çayların geomorfoloji xüsusiyyətlərini anlamağa imkan verir. Qəbələdən yuxarıda Türyançayın məhdud kəsişmələri eroziya sahələri barədə müəyyən qədər məlumat verir.


  1. Çöl işi

Torpaq sürüşmələri, sel və çayların geomorfoloji əsaslarının tədqiqi üçün aparılan çöl işi vaxt və əlçatımlılıq baxımından məhdud olmuşdur (torpaq sürüşməsi və çaylar üçün) və əsasən Türyançay hövzəsinin başlıca sutoplayıcı hövzəsi (dağətəyi hissə) və palçıqlı və palçıqlı-daşlı sellərə məruz qalan 3 gətirmə konusuna səfər edilmiş, hazırda bitki örtüyünə malik olan, lakin keçmiş sellərin əlamətini göstərən əlavə üç gətirmə konusu müşahidə edilmişdir. Sonuncular iri bitki örtüyü olan zonalarda iri qaya parçalarının və çay daşlarının, eləcə də yol kəsiklərində qarışıq palçıq/qum/çınqıl/çay daşı materiallarının üzə çıxmasının müşahidə edilməsi ilə müəyyən edilmişdir.
Torpaq sürüşməsi və sel riski təhlükəsi olan ərazilərin sərhədlərinin müəyyən edilməsi üçün pilot ərazilərə edilmiş çöl səfərləri zamanı aparılan şəxsi müşahidələrdən və mövcud ədəbiyyatın təhlilindən istifadə edilmişdir.
Çayların geomorfoloji xüsusiyyətləri, eləcə də Dəmiraparançay hövzəsinin ümumi geomorfologiyası, çöl işi pilot ərazinin çay yataqlarının geomorfoloji xüsusiyyətlərinin müşahidəsi, eləcə də dağətəyi və daha yüksək zolaqların geomorfoloji əlamətlərinin uzun məsafədən müşahidəsi ilə məhdudlaşır. Pilot ərazinin Google Earth təsvirləri ilə əlaqələndirilməklə, regionun geomorfologiyasının mənzərəsi əldə edilmişdir.



  1. Pilot ərazidə baş verən torpaq sürüşmələri və sellərin tədqiqinin nəticələri

Dəmiraparançay hövzəsinin dağətəyi zonalarında torpaq sürüşmələri geniş yayılmayıb, kiçik-orta böyüklüklü sürüşmələrlə məhdudlaşır. Bu sürüşmələr isə çay eroziyası və yolların tikintisi nəticəsində süxur və ya torpağın özülünün götürülməsi ilə əlaqədar sahənin sabitliyinin qravitasiya qüvvəsinə müqavimət göstərə bilməməsi nəticəsində baş verir və materialların yola və ya çay yatağının içinə doğru hərəkət etməsinə səbəb olur.
Torpaq sürüşmələri təxminən 2500 metrdən yüksəklikdə Dəmiraparançay hövzəsinə qovuşan çayların yuxarı axarında geniş yayılıb, adətən sürətli eroziyanın (axar və çaylar tərəfindən aşağı axar istiqamətində kəsilmə) baş verdiyi ərazilərdə və ya illik donma və ərimə nəticəsində yamac süxurlarının aşağı hərəkətə müqavimət göstərmək qabiliyyətinin azaldığı ərazilərdə müşahidə edilir.
Beləliklə, torpaq sürüşməsi riski dağətəyi zonalarda və allüvial düzən sahələrdə minimumdur (yol və infrastruktur tikintisi zamanı, eləcə də çay yataqlarına lazımi diqqətin göstərilməsi şərtilə).


  1. Pilot ərazidə palçıqlı və palçıqlı-daşlı sellərin tədqiqi

Pilot ərazidə palçıqlı və palçıqlı-daşlı sellərin tədqiqi göstərir ki, bütün aktiv allüvial gətirmə konusları (çayın normal axının müşahidə edildiyi və lillərin çökdüyü aşkar görünən yerlərdə) çayların yuxarı axarında baş verən yağışların həcmi və müddətindən asılı olaraq potensial palçıqlı/palçıqlı-daşlı sellərə məruz qalır. Bu aktiv ərazilərdə eroziyaya uğramış çay yatağı sahillərinin incələnməsi göstərir ki, palçıqlı və palçıqlı-daşlı sellər on illərlə davam edir.
Sutoplayıcı sahələrin yuxarı zolaqlarında yağıntı orta səviyyədə olduqda və bir neçə gün davam etdikdə, nəticədə adətən palçıq seli baş verir. Yağıntı çox intensiv olduqda iri qaya parçalarını daşıyan sellər (palçıqlı-daşlı) baş verir.
Gətirmə konuslarında çay yataqları arasında bitki örtüyü olan sahələrin müşahidəsi, baş verən palçıqlı sellərin mövcud aktiv yataqdan 400-500 m uzandığını göstərir. Bunun başlıca səbəbi yer səthində iri çay daşları və qaya parçalarının olmasıdır (fəal palçıqlı və palçıqlı-daşlı sel zonalarına oxşar şəkildə).
Palçıqlı və palçıqlı-daşlı sellərin Dəmiraparançay hövzəsinin gətirmə konuslarında geniş yayıldığı müşahidə edilir. Onlar həmin gətirmə konuslarında tikilən infrastruktura güclü təhlükə yaradır. Bu təhlükə zonasının əhatəsi dağətəyi zonanın ön hissəsindən başlayaraq 3-5km uzanır və hazırkı çay yataqları boyunca yerləşən ən böyük təhlükə zonasıdır.
Palçıq/ palçıqlı-daşlı sellərin sərhədlərinin ayrılması üçün proqram həyata keçirilməli, ictimaiyyət və infrastruktur qurucuları bu zonada olan risklərdən xəbərdar edilməlidirlər. Qeyd edilməlidir ki, aktiv allüvial gətirmə konusları çay yataqları boyunca öz yüksəkliklərini artırıblar və baş verəcək daşqınların təsiri qalxmış aktiv yataq əraziləri arasında nisbətən az yüksəkliyə malik konuslararası sahələri də əhatə edəcək.



  1. Pilot ərazinin çaylarının geomorfoloji xüsusiyyətlərinin tədqiqinin nəticələri (eroziya və çökmə)

Pilot ərazinin çaylarının geomorfoloji xüsusiyyətlərinin tədqiqi göstərir ki, çayların üç geomorfoloji aktivlik zonası mövcuddur. 2500 metrdən yuxarı yüksəklik zonasında aktiv eroziya baş verir. Bunun səbəbi çay yataqlarının dikliyi və yağışlı mövsümdə gursulu axınlardır. 1000-2500 m yüksəklik zonasında eroziya müşahidə edilən başlıca komponent olsa da, geoloji amillər səbəbilə çay yatağının düzləşdiyi yerlərdə müəyyən qədər çökmə baş verir. Dağətəyi zonalarda, xüsusilə çayın dağətəyi zonadan çıxdığı yerlərdə əsas flüvial fəaliyyət çökmədir.

Dağətəyi zonalarda çayların başladığı yerdə gursulu axınların enerjisi əhəmiyyəti dərəcədə azalır və çaylaq daşı, çınqıldan başlayaraq, iri qaya parçalarına qədər müxtəlif çöküntülər yatır. Çaylar aşağı mailliyə malik düzənliklərə doğru irəlilədikcə, qum və lil çökür.



Allüvial düzənliklərdə çöküntülərin sürətli çökməsi nəticəsində çay yataqları onları əhatə edən yer səthinə nisbətən yüksəlir və gursulu axınlar zamanı bu ərazilərin su altında qalmasına səbəb olur.
Yüklə 55,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə