Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə1/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
  1   2   3   4   5   6   7   8   9   ...   122
Böyük <a href="/cenubi-qafqaz-regionunda-alman-meskenlerinin-salnmasnn-200-ill.html">Sadiqlik</a> Burada cəsarət, qətiyyətlilik, etiraf və yanğı ilə dolu hekayələr verilib. Siz dünyanın hər bir yerindən olan imanlıların hekayələrindən iman, güc, ruhlanma və ümid əldə edəcəksiniz. Onlar keçmiş dövrün və indiki dövrün insanlarıdır. Bu kişilər və qadınlar, həm cavan, həm də yaşlı olmaqla sona qədər dözdülər. Hər bir hekayə həqiqidir. Hər bir hekayə unudulmazdır. Hər bir hekayə heyrətamizdir. Hər bir hekayə sizin həyatınızı dəyişdirəcək. Yarışa başlayın və özünüz görərsiniz."/>

AZ
Hər bir şeyini Məsih üçün qurban vermiş qədim və 
müasir imanlıların sadiqlik hekayələri
BÖYÜK 
SADİQLİK
BÖYÜK SADİQLİK
BÖYÜK SADİQLİK
S
iz yarışa hazırsınızmı? Onda bu kitabı açın. 
Həyatlarını bütünlüklə Məsihə həsr etmiş kişilərin 
və qadınların 365 həqiqi hekayəsini oxuyun. 
Baxın görün əvvəllər belə bir kitab oxumusunuzmu? 
İsanın fədakar davamçıları əzablı vaxtlara dözür, 
bəziləri isə bu yolda canlarını qoyur. Burada cəsarət, 
qətiyyətlilik, etiraf və yanğı ilə dolu hekayələr verilib.
Siz dünyanın hər bir yerindən olan imanlıların 
hekayələrindən iman, güc, ruhlanma və ümid əldə 
edəcəksiniz. Onlar keçmiş dövrün və indiki dövrün 
insanlarıdır. Bu kişilər və qadınlar, həm cavan, həm də 
yaşlı olmaqla sona qədər dözdülər.
Hər bir hekayə həqiqidir. Hər bir hekayə unudulmazdır. 
Hər bir hekayə heyrətamizdir. Hər bir hekayə sizin 
həyatınızı dəyişdirəcək. 
Yarışa başlayın və özünüz görərsiniz. 


AZ
Hər bir şeyini Məsih üçün qurban vermiş qədim və 
müasir imanlıların sadiqlik hekayələri
BÖYÜK 
SADİQLİK
BÖYÜK SADİQLİK
BÖYÜK SADİQLİK
S
iz yarışa hazırsınızmı? Onda bu kitabı açın. 
Həyatlarını bütünlüklə Məsihə həsr etmiş kişilərin 
və qadınların 365 həqiqi hekayəsini oxuyun. 
Baxın görün əvvəllər belə bir kitab oxumusunuzmu? 
İsanın fədakar davamçıları əzablı vaxtlara dözür, 
bəziləri isə bu yolda canlarını qoyur. Burada cəsarət, 
qətiyyətlilik, etiraf və yanğı ilə dolu hekayələr verilib.
Siz dünyanın hər bir yerindən olan imanlıların 
hekayələrindən iman, güc, ruhlanma və ümid əldə 
edəcəksiniz. Onlar keçmiş dövrün və indiki dövrün 
insanlarıdır. Bu kişilər və qadınlar, həm cavan, həm də 
yaşlı olmaqla sona qədər dözdülər.
Hər bir hekayə həqiqidir. Hər bir hekayə unudulmazdır. 
Hər bir hekayə heyrətamizdir. Hər bir hekayə sizin 
həyatınızı dəyişdirəcək. 
Yarışa başlayın və özünüz görərsiniz. 


Hər bir şeyini Məsih üçün qurban vermiş qədim və 
müasir imanlıların sadiqlik hekayələri
BÖYÜK 
SADİQLİK


Müəlliflik hüquqlarının hamısı qorunur.
Ayələr Müqəddəs Kitabdan götürülüb.
Müqəddəs Kitab © MKŞ 2009
Originally published in English as: 
EXTREME DEVOTION
© 2001 for the English edition.
Published by W Publishing Group, 
a Division of Thomas Nelson, Inc., 
P.O. Box 141000, Nashville, Tennessee, 37214.
© 2010 Azeri edition.
Translated by permission. All rights reserved.
http://kitabi-knigi.com


Bu kitab 
inkardansa ölümü üstün tutanlara…
qorxu üzərində imanı seçənlərə…
səssizcə uzaqlaşaraq getməyib şəhadətlik edənlərə həsr olunur. 
Dünyanın onlara layiq olmadığı insanlara həsr edilir. 
İbranilər 11:38 



Giriş 
Bu kitabda olan imanlılar qurbanlar deyillər, onlar qaliblərdirlər. Onların hekayələri tarix 
boyunca İsanın öz həvarilərindən müasir şəhidlərədək uzanır. Təqibçilər romalılar, rumıniyalı-
lar, banditlər, müsəlmanlar, konfusiçilər, kommunistlər olub. Amma bu imanlıların hər biri bi-
zim üçün nümunədirlər, Məsihə dərin həsr olunma nümunəsidirlər. Bu səhifələrdə hekayələri 
ilə qarşılaşacağınız imanlılar özünümüdafiə üçün əsas insan iradəsindən daha dərin olan bir 
arzunu tapmışdılar: Məsihə xidmət etmək və Onun üçün şəhadətlik etmək. 
* * * * *
Biz bu kitabı tərtib etdikcə, Amerikada yeni bir eraya daxil olduq. 11 sentyabr 2001-ci 
il hadisələri azad dünyanın üzünü çevirdi və bizim hamımızı suallar dövrünə – cavablar 
üçün bir çoxlarının məbədə baxacağı bir dövrə – məbədin isə Allaha və qüvvə üçün Onun 
hakimiyyətinə baxacağı bir dövrə gətirib çıxardı. 
Bizim başlıca məqsədimiz budur ki, kitab özümüzün böyük çətinliklərlə üzləşdiyimiz bir 
vaxtda düşüncəmizi genişləndirmək və hərəkətlərimizə təsir göstərmək üçün istifadə edilsin. 
Məsələn, bizə pislik edən insanlara necə cavab veririk? Əgər başqa iman ilə yaşayan insanlar 
bizə qəddar tərzdə təzyiq göstərsələr, bizim onlara qarşı münasibətimiz necə olmalıdır? Bizi 
öldürə bilən insanlara Allahın sevgisini bölüşməyə çalışmaq üçün hər bir şeyi təhlükə altına 
salmaq düzgündürmü? 
Bu kitab bütün suallara cavab verməyəcək, amma sizin imanınızı tələb edəcək. Siz Məsihə 
görə sözlə ifadə olunmayan qəddarlıqla əzab çəkmiş məsihçilərin bu hekayələrini oxuduqca 
səthin altında yerləşən ləl-cavahiratı aşkar etmək üçün faciənin və çətin sınaqların içərisində 
ümid tapın. 
Diqqətinizi bu cəsarətli qardaşların və bacıların şəhadətliklərində olan imana yönəldin. 
Yadda saxlayın ki, onlarda yaşayan və ya yaşamış eyni Ruh sizdə də yaşayır və inanın ki, 
istənilən ağır vəziyyətlərdə eyni iman ölçüsü sizin üçün də var. 
Siz bu şəhadətlikləri oxuduqca, əzab çəkmənin teologiyasını anlayaraq iman kökünün əsl 
qiymətini əldə edəcəksiniz. 
Bu teologiyanı anlamağın birinci hissəsi bunların əzabın ümidsiz hekayələr olmadığını 
bilməkdir. Bu imanlılar “super” məsihçilər deyillər. Əlbəttə, onlar cəsarətlərinə görə seçilirdilər, 
bəşəri səbəbdən kənar bir halda inadcıl idilər və bəzən anlamaq çətin olan bir tərzdə Məsihə 
həsr olunmuşdular. Amma həqiqətdə isə onlar qeyri-adi vəziyyətlərlə üzləşmiş adi məsihçilər 
(bizim kimi) idilər. 
Yaxşı, bəs onda belə “böyük sadiqliyə” onları gətirib çıxaran sirli element nədir? 
Sadəcə desək, onlar İsaya inandıqlarına görə Məsihdə əzab çəkirlər. 
Təkcə iman kifayətdir. İnsan əllərində əzab çəkmək dözülməz ola bilər. Amma bu, Məsihin 
padşahlığı üçün iman ilə birləşəndə, Məsihi daha çox əldə etmək üçün özünü itirmək istəyən 
və buna hazır olan məsihçinin ürəyini gücləndirir. 
Bu kitabda olan şəhidlərin hamısında Allaha coşqun sevgi var. Allahın məhəbbətini baş-
qaları ilə bölüşərkən tutulmağın ağır nəticələri üzərində bu həmin coşqun sevgi qorxunu 
üstələmişdi. 
Ola bilsin ki, onların coşqun sevgilərinin bir hissəsi malik olduqları şeyin yüksək qiymətini 
bilməkdən irəli gəlirdi. İmanın bizim üçün qiyməti olanda olduqca dəyərli bir şeyə çevrilir. Bu, 
dini azadlığa yol verməyən qəddar hökumətlərdə yaşayan məsihçiləri gücləndirməyə xidmət 
edən insan təbiətinin həmin cəhətidir. 
Müqəddəs Avqustin bir dəfə söyləmişdir: “Əzab deyil, səbəb əsl şəhid edir.” 
Orijinal yunan dilinə görə, “şəhid” sözü əslində “şahid” deməkdir. 


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə