Bsu məktəb-Lisey Kompleksi Şagird parlamentinin orqanı, 13 dekabr 2011, №1



Yüklə 72,16 Kb.
Pdf görüntüsü
tarix19.11.2017
ölçüsü72,16 Kb.
#11176


BSU Məktəb-Lisey Kompleksi Şagird parlamentinin  orqanı, 13 dekabr 2011, №1            

 

 

 

 

 

                                                      BSU Məktəb-Lisey Kompleksi Şagird parlamentinin  orqanı, 13 dekabr 2011, №1 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

*** 



5-11  sinif  şagirdləri  fiziki 

tərbiyə  dərsləri    ilə  böyük  həvəslə

 

məşğul  olurlar.  "Yüngül  atletika"  , 



"Voleybol",  "Gimnastika",  "Jubok-

sing  Citsu",  “Şahmat”,  “Basketbol” 

və  digər  idman  bölmələrində  də 

məşğulluq 

şagirdlərimizin 

sağlamlığının  inkişafına  böyük  təsir 

göstərir. 

Şagirdlərimiz 

müxtəlif 

idman  yarışlarında  iştirak  edərək 

birinci  yerə  layiq  görülüblər.  Fərid  

Maqsudov  Asiya  çempionu,  Fərhad 

Atakişiyev  Azərbaycan  çempionu, 

Nazim  həm  Azərbaycan,  həm  də 

Asiya 

çempionu, 



Taleh 

Asiya 


çempionu  və  başqa  şagirdlərimiz  bu 

idman 


növlərində 

birincilik 

qazanıblar.  Təbii  ki,  biz  də  sevinirik 

ki,  idmanımızın  inkişafında  bizim 

şagirdlərimizin də rolu var.  

  

 



Bakı Slavyan Universitetində və BSU Məktəb-Lisey Kompleksində tələbə və 

şagirdlərin iştirakı ilə keçirilən 

 “BİR GÜNLÜK XƏLİFƏ”  

LAYİHƏSİNƏ  HƏSR OLUNUR 

“PİŞAGİRD YOXDUR” 



-Telman  müəllim,  bilirik  ki,  bir  günlük  də  olsa,  Kompleksin    idarəçiliyi    şagirdlərimizə  həvalə    olunacaq.  Sizin 

fikrinizcə, şagirdlər bu işin öhdəsindən gələ biləcəkmi? 

 -"Bir günlük xəlifə günü" 3 dəfə liseyimizdə keçirilib və bu il ilk dəfə olaraq  məktəb-lisey kompleksində keçiriləcək. 

Şagirdlərimiz çox istedadlıdır. Mən inanıram ki, həmin şagirdlər bu işin  öhdəsindən layiqincə  gələcəklər. Hətta  bir 

neçə il bundan əvvəl  xəlifə  günü  liseyimizdə  vəzifə icra edən şagirdlər, indi universitetlərdə  müəllim kimi işləyirlər. 

Bu da təbii ki, çox sevindirici haldır. 



- Telman müəllim  əgər Sizə yenidən şagird olmaq imkanı verilsəydi, hansı səhvinizi düzəldərdiniz

- Əgər elə bir imkanım olsaydı, daha çox mütaliə edərdim. Mən belə fikirləşirəm ki, indiki dövrdəki kimi oxumağa şərait yaransaydı, daha çox kitab 

oxuyardım. Amma buna baxmayaraq, mən yenə də mütaliə edirəm. Çünki mən kitab oxuyanda mənəvi rahatlıq tapıram. 

- Məktəb illərinizdən yadda  qalan bir hadisəni danışa bilərsinizmi? 

Məktəb illərindən  yadda qalan hadisə çox olub. Daha çox müxtəlif fənn olimpiadalarında iştirakım və 10-cu sinifdəki son zəng heç vaxt yadımdan  

çıxmır. Mən özüm rayon məktəbində oxumuşam, hərdən bizi  meşəyə ağac əkməyə, üzüm dərməyə də aparırdılar. Yadda qalan hadisələr çoxdur. 



- Xəlifə günündə şagirdlər müəllimlərin vəzifəsini   icra  edəcəklər. Əgər  Sizin əlinizdə şagird olmaq imkanı olsaydı, hansı  sinfə qayıdardınız? 

-  Əgər  biz  müəllimlərə  şagird  olmaq  imkanı  verilsəydi,  5-ci  sinfə  qayıtmaq  istərdim.  Çünki  mənə  elə  gəlir  ki,  indi  mən  ingilis  dilini  4-cü  sinif 

səviyyəsində bilirəm. İngilis dilini, riyaziyyat və məntiqi yaxşı öyrənmək istərdim. 



İllər  uzunu  biz görmüşük ki, Siz hamıdan tez gəlib, axşam da hamıdan gec  evə gedirsiz. Amma “Xəlifə günü”  sizin bu vəzifənizi şagird icra 

edəcək. Həmin günü Sizin evdə oturub dincəlmək  istəyiniz nə qədər güclüdür? 

- Mən evdən çox məktəbdə dincəlirəm. Həmin gün mən işə  gələcəyəm. Çünki 5-ci sinifdə dərsim var. Bəlkə, vəzifə icra edən şagirdlərdən  gəlib 

mənim dərsimdə oturanlar da olacaq.... 

- Telman müəllim, Sizin “Xəlifə günü” ilə bağlı xeyir-duanızı eşitmək istərdik. 

- Mən inanıram ki, şagirdlərimiz  bu işi  çox gözəl  yerinə yetirəcək. Pis şagird yoxdur. Mənə elə gəlir ki, biz uşaqlarımızı yaxşı başa düşmürük. Bu 

xəlifə  gününün olması, şagirdlərin  bir günlük də olsa belə, vəzifələrimizi  icra etməsi  bizim sizi, sizing də bizi  başa düşməyinizə şərait yaradacaq. 

Mən  şagirdlərimizə  inanıram!  Hörmətli  rektorumuzun  “mən  öz  tələbəmdən  də  nə  isə  öyrənməyə  çalışıram”  kəlməsini  mən  də  özümə  deviz 

seçmişəm. 

        


13  iyul  2000-ci  ildə  ümumilli  liderimiz 

H.  Əliyevin  fərmanı  ilə  Bakı  Slavyan 

Universiteti  yaradılmışdır.  Yaradılan  ildən 

rektor, filologiya elmləri doktoru, əməkdar elm 

xadimi,  AMEA-nın  müxbir  üzvü,  prof. 

K.M.Abdullayevin  təşəbbüsü  ilə  bir  çox 

layihələr  həyata  keçirilmişdir.  Bu  layihələrdən 

biri  də  universitetdə  təhsil  alan,  müxtəlif 

ixtisaslar  üzrə  peşəkar  mütəxəssis  olmağa 

hazırlaşan  tələbələrin  tələbə  özünüidarəçiliyi-

 

 

2002 



2005 

2009 

*** 


Noyabrın  19-da  Bakı 

Slavyan Universitetinin Məktəb-

Lisey  Kompleksində  Pedaqoji 

Şuranın  iclası  keçirildi. İclasda 

bu  tədris  ilində  təqaüdə  çıxan 

Kompleksin  coğrafiya  müəllimi 

İbrahim  Məmmədova  uzun-

müddətli 

səmərəli 

pedaqoji 

fəaliyyətinə, BSU Məktəb-Lisey 

Kompleksinin 

inkişafında 

xidmətlərinə  görə  təşəkkürnamə 

və hədiyyə təqdim olundu. 

İ.Məmmədov: 

BSU-nun 

nəznindəki 

MLK-nın 

fəaliyyət 

göstərməsi  orta  ümumtəhsilin  ali 

təhsilə  inteqrasiya 

edilməsində 

əvəzedilməz  rola  malik  olmasını 

əyani  şəkildə  bir  daha  sübut  edir. 

Liseydə güclü müəllim potensialının 

olması  sayəsində  qısa  vaxt  ərzində 

böyük nəaliyyətlər əldə olunmuşdur. 

Sanki  o,  bu  təcrübəylə  bir  neçə  10 

ili  qabaqlamışdır.  Məzunlarımızın, 

əksəriyyətinin  hər  il  ali  məktəblərə 

daxil  olmaları  buna  misaldır. 

Şagirdlərimiz  böyük

 

nailiyyətlər 

əldə  etmişlər.  Belə  kollektivdə 

işləmək mənim üçün xoş idi”.  

 

               *** 



10 

dekabr 


2011-ci 

il 


tarixində  Kompleksin  müəllim  və 

şagirdləri 

Azərbaycan 

Dövlət 


Akademik  Milli  Dram  Teatrının 

səhnəsində  dahi  ədib  Mirzə  Fətəli 

Axundzadənin  “Sərgüzəşti  vəziri-

xani     

 

            *** 



12  dekabr  -  Heydər 

Əliyevin  anım  günü  ilə  bağlı 

Bakı  Slavyan  Universitetinin 

Məktəb-Lisey 

Kompleksinin 

şagirdləri  divar  qəzetlərinin 

xüsusi  buraxılışını  hazırlamış, 

Fəxri  Xiyabanı,  Ulu  öndərin 

ziyarət  etmiş,  bədii-musiqili 

kompozisiya hazırlamışlar. 

 

 

KOMPLEKSİMİZİİSTEDADLI ŞAGİRDİ 



12  dekabr  2011-ci  il  tarixdə  Bakı 

Slavyan 


Universitetinin 

Məktəb-lisey 

Kompleksində  Heydər  Əliyevin  anım  gününə 

həsr  olunmuş  tədbir  keçirilmişdir.  Tədbirdə 

hamının  diqqətini  cəlb  edən  iştirakçı  6

c

  sinif 



şagirdi Asayev Camal olmuşdur. Camalı biz fəal 

bir  şagird  kimi  tanıyırıq.  Həm  gözəl  səsə 

malikdir,  həm  rəngarəng  əl  işləri  ilə  rəsm 

sərgilərində iştirak edir. Biz sizləri Camalla daha 

yaxından tanış etmək istəyirik.   

Camal  5  dekabr  1999-cu  ildə  anadan 

olub. 2006-cı ildə birinci sinifə gedib. İki nomrəli 

musiqi 


məktəbində 

4-ü 


sinifdə 

oxuyur. 


Üzgüçülüklə  məşğul  olur,  2008-ci  ildə  Bakı 

çempionatında  2-ci  yerə  layiq gorülüb.  Voleybol 

və  basketbol  oynamağa  da  vaxt  tapır.  Rəssamlıq 

və ingilis dili ilə maraqlanır. Dərs əlaçısıdır. 

  

 

Lənkəran” komediyasının yeni quruluşuna tamaşa etmişdilər. BSU-nun rektoru prof. K. 



M. Abdullayevin təşəbbüsü ilə reallaşan “Auditoriya+” layihəsi çərçivəsində şagirdlərin 

bu  komediya  ilə  yaxından  tanışlığına  şərait  yaratmışdır.  M.F.Axundzadənin  200  illiyi 

münasibətilə  səhnələşdirilmiş  tamaşada  milli  kolorit,  şən  yumorla  yanaşı,  XVIII  əsrdə 

hökm sürən xanlıq üsul-idarəsinə sarkazmla işarələr vurulur. Tamaşada əsas rolları xalq 

artisti Nurəddin Mehdixanlı,  əməkdar artistlər Cəfər Namiq Kamal, Sabir Məmmədov, 

Kazım  Həsənquliyev,  Elxan  Quliyev,  Əli  Nur,  Mirzə  Ağabəyli,  Ayşad  Məmmədov, 

Mətanət  Atakişiyeva,  Münəvvər  Əliyeva,  Firuz  Xudaverdiyev,  aktyorlar  Əminə 

Babayeva,  Şəhla  Əliqızı,  Şəlalə  Şahvələdqızı,  İlahə  Həsənova,  Aslan  Şirinov,  Əlvida 

Cəfərov, Elnur Qədirov, İlyas Əhmədov, Elnar Qarayev və başqaları oynamışlar. Yeni 

səhnə  əsərinin  quruluşçu  rejissoru  əməkdar  incəsənət  xadimi  Vaqif  İbrahimoğlu, 

rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Rəşid Şərif, bəstəkarı xalq artisti Səyavuş 

Kərimidir. Tamaşa alqışlarla qarşılanmışdır.  

nə, yəni “Xəlifə Günü”nə cəlb olunmasıdır. İlk dəfə bu layihə 2002-ci il dekabrın 13-də həyata keçirilmişdir. 

Növbəti  dəfə  xəlifə  olmaq  tələbələrə  2005-ci  ilin 13  may  tarixində,  2007-ci  il  13  apreldə  və 2009-cu  ilin 13 

noyabrında nəsib oldu. Bu il “Bir günlük xəlifə” 2011-ci ilin 13 dekabr tarixinə təsadüf edir. Bir şeyi qeyd edək 

ki, bir qayda olaraq, “Bir günlük xəlifə” tədbiri Kompleksimizdə daha geniş keçirilir. Belə ki, Kompleksimizdə 

yalnız rəhbər vəzifələr deyil, hətta bir neçə fənn müəllimi də əvəz olunurlar.  Müxtəlif  illərdə  keçirilən  xəlifə  

günündə bir  çox  şagirdlərimiz fəal  iştirak ediblər.  Həmin şagirdlər həm  məsuliyyətlə, həm də   çox həvəslə  

öz vəzifələrini icra edirlər. Ənənəyə sadiq qalaraq, bu il də həmin tədbir Kompleksimizdə keçiriləcək. 

 



BSU Məktəb-Lisey Kompleksi Şagird parlamentinin  orqanı, 13 dekabr 2011, №1            

 

 

 

 

 

                                                      BSU Məktəb-Lisey Kompleksi Şagird parlamentinin  orqanı, 13 dekabr 2011, №1 

 

  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

XƏLİFƏ FATİMƏ 

Təhsil aldığın müddətdə əldə  etdiyin uğurlar? 

- Mən, Xudiyeva Fatimə,  2006-cı ildən BSU-nun Məktəb-Lisey Kompleksində oxuyuram.  

Hazırda 11-ci sinifdəyəm. Bu illərdə bir sıra uğurlarım olub. Belə ki, 2008-ci  ildə  

“İlin şagirdi” nominasiyasını qazanmışam. Bir çox Avropa ölkələrində geniş yayılmış "English  

First" dil məktəbindən müxtəlif sertifikatlar almışam. “Kim? Harada? Nə zaman?” intellektual   

yarışlarında  birincilik əldə etmişəm. Hazırda  kompleksdə  keçirilən "Bir günlük  

xəlifə" günündə direktor vəzifəsini  icra etmək  növbəti  nailliyyətlərimin sırasındadır. 

Təşkilatçılığının  səbəbi? 

- Bu işi sevməyim, insanlarla qarşılıqlı ünsiyyət qurmağım, elmlə, təhsillə bağlı çox şeyi məhz bu sahədə tətbiq etmək 

bacarığım mənim xarakterimdədir. 

Necə oldu ki, məhz sən xəlifə seçildin?  

- Təəccüblənsəm  də,  zənn  edirəm  ki,  həyatda  məsuliyyətli  olmağım,  dərslərimə  mütəmadi  hazır  gəlməyim, 

təşkilatçılıq qabiliyyətimin olması, özümə inamım mənə əsas  verir ki, belə bir vəzifəni icra edim. 

Təhsil aldığın müddətdə yadında qalan ən maraqlı hadisə ? 

- Kollektivlə    keçirtdiyimiz  bilik  yarışmaları,  tədbirlər  MLK  tarixində  hamımız  üçün  ən  unudulmaz  və  maraqlı 

hadisələr oldu. 

Sən  “Fleks”  proqramının  qalibisən,  növbəti  dərs  ilini  ABŞ-da  oxuyacaqsan,  bu  çoxlarının  aruzsudur.  Hansı 

hisslər keçirirsən? 

- İmtahana  gedəndə  özümə  yüz  faiz  əmin  olmasam  da,  biliyimə  çox  inanırdım.  Bunun  üçün  səbəblərim  də  var  idi. 

Ailəmin  dəstəyi  və  ən  əsası  ingilis  dili  müəllimim  Tünzalə  xanımla  keçdiyim  dərslər,  öyrəndiklərim  və  məni 

həvəsləndirmək üçün onun dedikləri-bunlar hamısı məni daha da ürəkləndirirdi.  

Son olaraq nə demək istəyirsən?  

- Əvvəla, kompleksimizdə bizə yaradılan şəraitə görə rəhbərliyə, xüsusilə direktorumuz prof. T. H. Cəfərova və “İlin 

ən  yaxşı  müəllimi”  Tünzalə  Cəfərovaya  minnətdarlığımı  bildirirəm.  Əminəm  ki,  mən  Kompleksdən  ABŞ-a  təhsil 

almağa gedən yeganə tələbə olmayacağam. Məndən sonra hələ çox şagird bunu bacaracaq. 

 

  

  



 

“ÜÇRƏNGLİ BAYRAĞIMIZ” 

 

Kompleksimizdə  istedadlı    şagirdlər    çoxdur.  Onların  



istedadının  üzə    çıxarılması  üçün  müəllimlərimiz  əlindən  gələni 

edir.  Belə  şagirdlərdən  biri  də  kompleksimizin    8

a

    sinif  şagirdi 



Hüseynova  Türkandır.  Türkan  dərslərində  fəal  olmaqla  yanaşı 

Kompleksin  ictimai  işlərində  də  iştirak  edir.    Həmçinin    bu 

istedadlı  qızımız    Təhsil  Nazirliyi    ilə  İcra    hakimiyyətinin  birgə 

keçirdiyi  "9    noyabr-  Bayraq  günü"nə  həsr  olunmuş  inşa 

müsabiqəsində 3-cü  yeri tutmuşdur. 2010-cu ildə Heydər Əliyevə 

həsr  olunmuş  inşa  müsabiqəsində  qalib    olmuş    və    Kompleksin 

rəhbərliyi  tərəfindən  mükafatlandırılmışdır. Biz də Türkanı təbrik 

edir,  ona  gələcəkdə  uğurlar  arzu  edirik.  Həmdə  fəxr  edirik  ki, 

Kompleksimizdə  bu cür istedadlı şagirdlər təhsil alır.   

 

“SLAVYANIN ASLANLARI” 



 

Azərbaycan  Respublikasının  Fövqalədə 

Hallar  Nazirliyi,  Təhsil  Nazirliyi,  Gənclər  və 

İdman  Nazirliyinin  birgə  qərarı  ilə  Bakı  şəhəri 

üzrə  “Gənc  xilasedici  və  yanğınsöndürən”  yarışı 

keçirilmişdir.  Yariş  55  məktəb  arasında 

keçirilmişdir.  “Gənc  ekspert”  nominasiyasi  üzrə 

hazırlaşmaq üçün movzular bunlardır:  

-Fövqəladə hal nə deməkdir? 

-Meşə  yanğınlarının  səbəbləri.  Alovun  yayılması 

və ona qarşı tədbirlər. Maddi ekoloji zərər. 

-Yanğın zamanı insan davranışının psixologiyasi. 

-Meşə yanğınları təhlükəsi. 

-Yanğın təhlükəsizliyi və pirotexnika. 

-Yanğın zamanı davranış qaydaları. 

-Əgər yanğın baş veribsə. 

-İlk yanğınsöndürmə vasitələri. 

2011-ci ilin noyabrın 28-də məktəbdaxili 

seçmə  yarışları  olmuşdur.  2011-ci  il  noyabrın 

sonu  II  mərhələ,  rayondaxili  və  şəhər  yarışları 

keçirildi. 2011-ci ilin dekabrında isə final yarışları 

olacaq.  Yarışda  Nərimanov  rayonu  207  N-li 

məktəbin bazasında Bakı Slavyan Universitetinin 

Məktəb-Lisey  Kompleksinin  hərbi  rəhbəri 

Mədətov  Mais  İdris  oğlunun  rəhbərliyi  ilə  7 

şagirddən  ibarət  komandası  da  iştirak  etmişdir. 

Komandamız  verilmiş  tapşırığı  və  Şən  və 

hazırcıvablar  yarışlarını  rəqib  komandalardan  tez 

bir vaxtda 1,14 san ərzində yerinə yetirərək, eləcə 

də hazırcavablıqla 55 məktəb arasından 1-ci  yerə 

layiq  görülmüşdür.  Böyük  əzm  və  bacarıqla 

çalışan  komandamıza  növbəti  mərhələlərdə  də 

uğurlar  arzu  edir,  qələbələrinin  davamını 

diləyirik. Komandamıza QƏLƏBƏ arzulayırıq! 

 

BİR GÜNÜN QONAQLARI 



6 noyabr 2011-ci ildə Bakı Slavyan Universitetinin Məktəb-Lisey 

Kompleksində  bir  sıra  Türkiyə  və  Kipr  Universitetinin  nümayəndələri  və 

Bakı  Slavyan  Universitetinin  professorları  ilə  kompleksin  yuxarı  sinif 

şagirdləri  arasında  görüşlər  keçirilmişdir.  BSU  əməkdaşları  ilə  görüşdə 

Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, pedaqoji elmlər namizədi Akif 

Məmmədov,  Bakı  Slavyan  Universiteti  Ümumi  Dilçilik  kafedrasının 

müdiri, professor İlyas Həmidov iştirak etmişlər. Akif Məmmədov TQDK-

nın test imtahanı ilə bağlı şagirdləri maraqlandıran suallara cavab vermişdir. 

Prof. İlyas Həmidov isə kompleksin rus bölməsinin 11-ci sinif şagirdləri ilə 

“Paremiyalar”  (atalar  sözləri)  haqqında  danışmışdır.  Xarici  qonaqlar  

Türkiyə və Kiprdə təhsil imkanları barədə məlumat vermişdir. 

 

“ЮНЫЙ СПАСАТЕЛЬ” 

 

В  национальном  детском  образовательно-оздоро-

вительном центре "Зубренок" стартовали XIV Республиканский 

и IX Международный слеты юных спасателей-пожарных.  

 

Для участия в слетах в центр приехали около 200 ребят - 



команды всех областей Беларуси, а также представители России, 

Украины и других стран. В составе команды из Азербайджана на 

соревнованиях  участвовал  и  ученик  нашего  Комплекса 

Джафарли  Фаиг.  Перед  ребятами  прошли  показательные 

выступления  роты  Почетного  караула  Командно-инженерного 

института МЧС Беларуси. 

 

Profil üzrə 



direktor müavini 

Sadıqlı Orxan,  

Xİ sinif şagirdi 

 

Təlim-tərbiyə işləri üzrə 



direktor müavini 

İsmayılov Fəxri,  

Xİ sinif şagirdi 

 

Təmayül işləri üzrə 



direktor müavini, tədris  

kurslarının rəhbəri 

Fətəliyeva Fatimə,  

Xİ sinif şagirdi 

 

Təşkilati işlər üzrə 



direktor müavini 

Tağızadə Nigar,  

Xİ sinif şagirdi 

 

Rus dili – Rəhilə, Xİ sinif  



 

Biologiya – Nicat, X sinif  

 

İngilis dili - Fərhad,  XI sinif  



 

Ədəbiyyat - Dilanə, X sinif  

 

Riyaziyyat –Tural, XI sinif  



 

Tarix – Tayfun, X sinif  



 

Ədəbiyyat – Fidan, X sinif  



 

Yüklə 72,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə