Bu haqda nə bilirik? Rəşid Nurməmmədov



Yüklə 124,13 Kb.
Pdf görüntüsü
tarix03.08.2018
ölçüsü124,13 Kb.
#60636


“Qarapapaqlar”.-2014.-№ 6 (82).-S.44-46.

QARABAG XANLIĞININ BAYRAĞI

:

Bu haqda nə bilirik?



Rəşid Nurməmmədov,

Əməkdar müəllim (tarixçi)

Azərbaycanın  zəngin  milli  dövlətçilik  tarixinin  ən  mühüm  mərhələlərindən  biri  də  xanlıqlar  dövrüdür.

Xanlıqların  dövlət  atributlarını  müəyyənləşdirən  simvollar  (rəmzlər)  arasında  taxt,  tac,  möhür,  qılınc,  pul  vahidi,

bayraq, döyüş bayrağı, bunçuk və tug mühüm rol oynayırdı. Bu atributlar arasında bayraqlar mühüm yer tutur. Hər bir

bayraq  həm  də,  mənsub  olduğu  dövlətin  coğrafi  məkanı,  təmsil  etdiyi  xalqın  etnik  kökləri,  milli  təfəkkürünün,

dünyagörüşünün  miqyası haqqında  məlumat  məcmuəsidir.  Müasir  Azərbaycan  tarixşünaslığında  milli  dövlətçilik  və

onun  atributları ilə  bağlı bir  sıra  dəyərli  tədqiqat  əsərləri  nəşr  olunsa  da,  hələ  də  bu  sahədə  öz  həllini  gözləyən  bəzi

məsələlər  var.  Sovet  hakimiyyəti  illərində  Azərbaycan  xanlıqlarlının  bayraqlarına  düşməncəsinə  münasibət

bəslənilməsi  nəticəsində  onlar  itib-batıb,  yaxud  muzeylərin  məxfi  fondlarında  gizlədilib.  Məhz  bu  səbəbdən,  P.

Gözəlovun “Azərbaycan xanlıqlarlının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi” (rus dilində, Bakı,

2010)  adlı  monoqrafiyasında  qeyd  edildiyi  kimi,  təəssüf  ki,  Qarabağ,  Naxçivan,  Şamaxı,  Dərbənd,  Quba  və  digər

Azərbaycan  xanlıqlarlının  dövlət  bayraqlarının  axtarışı  lazımi  səviyyədə  aparılmadığından  indiyədək  tapılmayıb.  Bu

gün Azərbaycan tarixşünaslığında Qarabağ xanlığının bayrağı kimi respublika ictimaiyyətinə təqdim olunan bayraq, bir

çox mənbələrdə qeyd edildiyi kimi, 1807-ci I ildə Rusiya imperatoru I Aleksandr tərəfindən Qarabağ xanı Mehdiqulu

xana  hədiyyə  edilən  bayraqdır.  Bu  bayrağın Qarabağ torpaqlarında  görünməsi,  onun  Qarabağ xanlığının  tarixi  ilə  nə

dərəcədə  bağlı  olub-olmaması  məsələlərinə  bir  daha  nəzər  salaq.  1804-1813-  cü  illərdə  baş  vermiş  Rusiya-İran

müharibəsinin  gedişində,  14  may  1805-ci  il  tarixdə  Qarabağ  xanlığı  ilə  Rusiya  arasında  imzalanmış  Kürəkçay

müqaviləsinin yeddinci maddəsində oxuyuruq:

“İmperator  əlahəzrətlərinin  zati-aliləri  şuşalı və  qarabağlı İbrahim  xana  və  onun  varislərinə  böyük  ehtiram  və

mərhəmət əlaməti olaraq onu və varislərini üzərində bütün Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, onun

yanında saxlanmalı və bu ölkə üzərində əlahəzrət tərəfindən bəxş edilmiş xanlıq və hakimiyyət rəmzi kimi müharibəyə

gedəndə özü ilə aparılmalıdır”.

Müqavilədə, həmçinin, xanlığın idarəsinin irsi, böyüklüyə görə nəsildən-nəslə keçməsi və bunun çar tərəfindən

təsdiq edilməsi də nəzərdə tutulurdu. Qarabağ xanı İbrahimxəlil xan Kürəkçay müqaviləsini imzaladığı zaman varislik

və  vəliəhdlik  adını böyük  oğlu  Məhəmmədhəsən  ağaya  verib.  Lakin  Məhəmmədhəsən  ağa,  hələ  İbrahimxəlil  xanın

sağlığında, 1806-cı ıl fevralın 24-də vəfat etmişdir. Qarabağ xanı İbrahimxəlil xan öz ailəsi ilə birlikdə çar ordusunun

zabiti,  mayor  Lisaneviç  tərəfindən  qətlə  yetirildikdən  sonra  Rusiya  hərbi  komandanlığı qarşısına  Qarabağ xanı təyin

etmək  problemi  çıxdı.  Xanın  digər  oğlanları  arasında  ən  böyüyü  Mehdiqulu  ağa  idi  və  çar  hökuməti  10  sentyabr

1806-ci ildə varislik və  vəliəhdlik  sənədini  xanlıq  möhürü  ilə  

[səh.  44-45]

 birlikdə  ona  verdi.  Bəzi  mənbələrdə  qeyd

olunur  ki,  guya  xanın  böyük  oğlu  Cəfərqulu  ağanın  onsuz  da  Rusiyaya  sədaqətli  olduğunu  nəzərə  alan  rus

komandanlığı onun qardaşı, bəzən Qacarlara olan meylini gizlətməyən Mehdiqulu  xam  öz  tərəfinə  çəkmək üçün  ona

Qarabağın  idarə  olunması  haqqında  fərman  təqdim  edib.  Sonralar  Mehdiqulu  xan  İrana  qaçdıqdan  sonra  Rusiya

hökuməti  tərəfindən  oğlu  Kərim  Cavanşirlə  birlikdə  Simbirskə  sürgün  edilən  Cəfərqulu  ağa  1827-ci  ildə  I  Nikolaya

yazdığı məktubunda bildirirdi ki, İbrahimxəlil xan qətlə yetirildikdən sonra vəliəhdin oğlu olduğu üçün, xan taxtı ona

çatmalıymış, lakin rus komandanlığı yanlış addım ataraq Mehdiqulu xanı hakimiyyətə gətirib.

Əslində isə Cəfərqulu ağa İbrahimxəlil xanın deyil, özünün də qeyd etdiyi kimi, vəliəhd Məhəmmədhəsən xanın

oğludur və Məhəmmədhəsən xan hələ İbrahimxəlil xanın sağlığında vəfat etdiyinə görə, Kürəkçay müqaviləsinə əsasən

xanlıq  ona  deyil,  Mehdiqulu  xana  çatmalı idi.  Kürəkçay  müqaviləsində  qeyd  olunan  bayraq  çar  Rusiyası tərəfindən

1807-ci ildə Mehdiqulu xana təqdim edildi.

Bayraq  (ölçüləri  115  x  100  sm)  zamanın  təsirindən  saralmış  dördkünc  ikiqat  ağ  qanovuz  ipək  parçadandır.

Bayrağın hər  iki  üzündəki  təsvirlər  eynidir.  Hər  iki  tərəfdə  Rusiya  imperiyasının  gerbi  təsvir  olunmuşdu.  Boz  rəngli

ikibaşlı qartalın  dimdiyi,  gözləri,  caynaqları və  caynaqlarında  tutduğu  hakimiyyət  rəmzləri,  eləcə  də  qartalın  hər  iki

başında  və  başlarının  üstündə,  ortada  təsvir  edilmiş  iki  kiçik  və  bir  böyük  tac  qızılı rəngdədir.  Tacların  üstü  göy  və

qırmızı daşlarla  bəzənib.  Qartalın  sinəsində  qızılı  haşiyəsi  olan  Avropa  qalxanı təsvir  edilib.  Qalxanın  üzərində  ağ,

qırmızı və  boz  rənglərlə  Moskva  şəhərinin  gerbi  -  Müqəddəs  Müzəffər  Georginin  əksi  verilib.  Bayrağın  kənarlarına

gümüşü  güləbətin  saplarla  bafta  tikilib,  onun  üzərində  isə  uzunsov  dairələrdə  səkkizləçək  güllər  və  xaçlar  salınıb.



Bayrağa üç tərəfdən qızılı saplardan və altıləçəkli gül formasında olan zərif gümüş asmalardan saçaq tökülüb.

Rusiya imperiyası tərəfindən bayraq əta edilməsi təkcə Qarabağ xanlığı ilə məhdudlaşmamışdır.

Naxçivan  Kəngərlilərinin  batalyonunun  1827-ci  ilə  aid  bayrağı  istisna  olmaqla,  digər  bütün  bayraqlarda  əsas

elementlər,  demək  olar  ki,  eynidir.  Əslində  bu,  Rusiya  imperiyasının  əsarət  altına  aldığı  xalqların  dövlətçilik

ənənələrini  məhv  etmək,  onları  öz  bayrağı  altına  toplamaq  cəhdindən  başqa  bir  şey  deyildir.  Çox  təəssüf  ki,  bəzi

alimlərimiz I Aleksandr tərəfindən Mehdiqulu xana verilmiş bayrağı köləlik simvolu kimi qiymətləndirmək əvəzinə, bu

bayraqla  tarixin  müxtəlif  dövrlərində  Azərbaycan  ərazisində  mövcud  olmuş  bəzi  dövlətlərin  bayraqları  arasında

“varislik əlaqələri” axtarışına çıxmışlar.

Qaynaqların verdiyi  məlumata  görə,  Qarabağ xanlığının  öz  bayrağı olmuşdur.  Qarabağ xanlığının  bizə  məlum

olan dövlət atributlarına, tarixi mənbələrə diqqətlə nəzər saldıqda, zənnimcə, Qarabağ xanlığının bayrağı hər birimizin

gözü qarşısında canlanacaqdır. İlk növbədə “Pənahabad” adlanan gümüş pulun təsvirinə nəzər salaq:

Mirzə Adıgözəl bəy “Qarabağnamə” əsərində yazırdı: “mərhum Pənah xan Cavanşirin dövlət  günəşi və şövkət

bayrağı riyasət üfuqündən baş vurub Qarabağ vilayətinin bütün sahəsini 

[səh. 45-46]

 cəlal və dəbdəbə ilə işıqlandırdı”.

Düşünürəm ki,

bu  bir  cümlə  Qarabağ  xanlığının  bayrağının  mahiyyətini  dərk  etmək  üçün  açar  rolunu

oynayır.  Burada  “dövlət  günəşi”  ifadəsi  bayrağın  üzərindəki  doğan  günəş  təsvirinin  ifadəsidir.  Heraldikada  “əbədi,

daimi, sonsuz həyat” rəmzi kimi, günəş geniş istifadə edilən əsas fiqurlardan biridir, adətən, doğan və ya batan günəş

təsvirlərindən istifadə edilir.

Bir  qayda  olaraq  günəş  qızılı  rəngdə  verilir,  şüalarının  sayı  müxtəlif  sayda  olsa  da,  16-dan  çox  olmur.

Azərbaycan Respublikasının Dövlət Gerbi üzərindəki qızılı rəngli 8 düymə də günəş şüalan kimi qəbul olunur. Bu gün

günəş  təsvirini  Nepal,  Argentina,  Qazaxıstan,  Makedoniya  Respublikası,  Uruqvay,  Malayziya,  Filippin,  Yaponiya

dövlət bayraqlarında görmək olar. Hesab edirəm ki, Mirzə Adıgözəl bəyin yuxarıda xatırladılan cümləsindəki “şövkət”

ifadəsi “əzəmət, qüdrət, güc” şir rəsmini ifadə edir. Dünya heraldikasında şir təsvirləri qoruyucu funksiyasını, dövlətin

hərbi  gücünü  də  əks  etdirir.  Bayrağın  hərbi  əhəmiyyətini  xüsusi  vurğulayan  tədqiqatçılar  onun  döyüş  meydanında

oynadığı mühüm rolu da qeyd edirlər. Türk dünyasının təkraredilməz abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında

düşmən hücumunun qarşısını ala bilən Salur Qazanın qardaşının “Kafərin tuğilə sancağı (yəni bayrağı) qılıncladı”ğı və

“yerə saldı”ğı göstərilir. Bu isə düşmənin məğlub edilməsi demək idi. Ölkəmizin müxtəlif guşələrində, xüsusilə, Bakı

şəhərində  daha  tez-tez  rastlaşdığımız  qoruyucu  sayılan  şir  heykəlləri  qədimdə  daha  çox  sarayların  və  evlərin  giriş

qapılarında  qoyulurdu.  Bu  heykəllər  giriş  və  dəhlizin  sağında,  solunda  sıra  ilə  düzülürdü.  Hətta  qədim  şumerlər

pəncərənin üstündə də şir başlan qoyurdular ki, pis ruhlar guya oradan evə girməsinlər. Azərbaycan dövlətçilik tarixinə

nəzər saldıqda Səfəvilər dövlətinin, İrəvan xanlığının, Nadir şah Əfşarın imperiyasının dövlət rəmzlərində də günəş və

şir təsvirlərinin əsas yer tutduğunun şahidi oluruq.

Mirzə  Adıgözəl  bəyin  ifadəsində  diqqəti  cəlb  edən  məqamlardan  biri  də  “riyasət  üfüqündən”  sözləridir.  Çox

şübhəsiz  ki,  “riyasət”  ifadəsi  bayrağın  mərkəzində  dövlətin  qoruyucusu  kimi  mövqe  tutan  şir  təsvirinə  bir  işarədir.

Pənahabad  adlanan  pulun  üzərindəki  günəşin tutduğu  mövqeyə  bir  daha  diqqət  yetirildikdə,  Azərbaycan  tarixçisinin

geniş təfəkkür sahibi olduğu bir daha meydana çıxır.

Bu  gümüş  pulun  üzərində  qızılı  rəngli  düymələr  də  əks  olunmuşdur.  Pulun  üzərində  günəş  təsviri  verildiyinə

görə  həmin  düymələr  günəşin  təcəssümü  ola  bilməz.  Yenə  də  köməyimizə  Mirzə  Adıgözəl  bəy  çatır.  Görkəmli

tarixçinin  ifadəsini  bir  daha  xatırlayaq:  ’’mərhum  Pənah  xan  Cavanşirin  dövlət  günəşi  və  şövkət  bayrağı  riyasət

üfüqündən baş vurub Qarabağ vilayətinin bütün sahəsini cəlal və dəbdəbə ilə işıqlandırdı”. “Qarabağ vilayətinin bütün

sahəsini” - zənnimcə, yalnız bu düymələr təsdiq edə bilər. Bu düymələr Qarabağ xanlığını təşkil edən mahalların sayını

göstərir.  Tarixi  mənbələr  sübut  edir  ki,  heraldika  tarixində  həmin  dövrə  aid  ayrı-ayrı dövlətlərin  ərazi  vahidlərinin

sayını  həmin  dövlətlərin  bayraqlarında  əks  etdirən  elementlərin  əks  olunması  faktları heç  də  az  olmamışdır.  Pulun

kənarları isə qızılı rəngli saçaqlarla haşiyələnmişdir.

Qeyd  olunanlar  əsasında  gözlərimiz  önündə  Qarabağ xanlığının  bayrağını canlandırsaq,  bu  bayraqla  Səfəvilər

dövlətinin bayrağı arasında varislik əlaqəsini görmək mümkündür. Fərq yalnız ondan ibarətdir ki, Qarabağ xanlığının

bayrağında şir təsvirinin istiqaməti fərqlidir və bu bayrağa düymə təsvirləri əlavə olunmuşdur. Səfəvilər dövlətinin 235

illik  dövlətçilik  ənənələrini,  1736-cı  ildə  Muğan  qurultayında  şah  seçilən  Nadir  tərəfindən  Səfəviləri  müdafiə

etdiklərinə  görə  Qarabağın  Cavanşir,  İyirmi  dörd,  Otuzikilər,  Kəbirli,  Ziyadoğlu,  Baharlı  tayfalarının  ciddi

cəzalandırılmasını,  onların  arasında  Qarabağ  xanlığının  banisi  Pənahəli  xanın  da  olduğunu  nəzərə  alsaq,  hər  iki

dövlətin bayraqları arasındakı oxşarlığın heç də təsadüfi olmadığı qənaətinə gəlmək mümkündür.

Inanıram ki, yaxın gələcəkdə Qarabağ xanlığının bərpa edilmiş bayrağı tarixi Azərbaycan bayraqları arasında öz

layiqli yerini tutacaqdır. 

[səh. 46]



Yüklə 124,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə