Bu "Nağıllar" kitabının digər nağıllar kitabından fəqrli gözəl cəhəti



Yüklə 496,42 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix18.06.2018
ölçüsü496,42 Kb.
#49584
  1   2   3   4   5   6   7   8   9   ...   15


Nağıllar

 

 

 



 

 

Bu "Nağıllar" kitabının digər nağıllar kitabından fəqrli gözəl cəhəti 



onun içərisində Məhəmməd Peyğəmbərə (ə.s) aid nağıl 

olmasıdır. Uşaqlığından Peyğəmbərimizin başına gələn hadisələr

möcüzələr nağılı daha da maraqlı edir. Və sonda Müqəddəs 

Quranın bu gün bizə gəlib çatmasında kimin əməyi olduğu 

aşkarlanır...

 

Fırçanın sehri



 

Süsən və Sümbülün nağılı

 

Təbrizlilərin vergidən canları necə qurtardı



 

Ən qiymətli hədiyyə

 

İgid oğlan haqqında nağıl



 

Ana axtaran maral 

 

 

Fırçanın sehri

 

 

(Nağıl)

 

Biri var idi, biri yox idi, qədim zamanlarda Qəbələ mahalında bir Nohur kəndi 



var  idi.  Bu  kənddə  Mətin  adında  cavan  bir  oğlan  yaşayırdı.  Mətin  gözəl 

rəssam idi. Rəssamlığı Mətinə babası öyrətmişdi. Baba vaxtilə yaxşı sənətkar 

olmuş, qocalıb əldən düşənə qədər gözəl şəkillər çəkmişdi.

 

Qoca rəssam nəvəsi Mətini özü ilə Nohur gölünün sahilinə, dağlara, meşələrə 



aparar, oğlana şəkil çəkmək öyrədər, sənətinin hər sirrini nəvəsi üçün açardı.

 

Bir dəfə baba nəvəsi ilə Ay işığında ulduzları seyr edəndə Mətin soruşdu:



 

-

Baba,  sən  hər şey  çəkməyi  mənə öyrətmisən,  bircə  Ayla  Günəşdən  başqa. 



Bəs onları çəkməyi mənə nə vaxt öyrədəcəksən?

 

Babası dedi:



 

-

Bala, əvvəla, bizi yaradan böyük Tanrı, ondan sonra isə Günəş və Ay bizim 



müqəddəslərimizdirlər. Onların əksini çəkmək günahdır.

 

Bu hadisədən neçə il ötdü. Bir gün baba ölüm yatağına düşdü. Mətini yanına 



çağırıb dedi:

 

-



Mən ölürəm. Sənə vəsiyyətim var. Mənə babamdan qalan fırça sehrli fırçadır. 

Onu sənə verirəm. Səndən bircə istəyim var ki, müqəddəslərin əksini heç vaxt 

çəkməyəsən. Əgər Günəş və Ayın şəklini çəkmək sənin üçün vacib olsa, heç 

olmasa onların şəkillərini suya düşən əkslərindən çək.

 

Mətin babasının sözlərindən kövrəldi:



 

-

Baba,  mən  səni  dünyada  hamıdan  çox  istəyirəm.  Mənim  yanımda  ölümdən 



danışma. Yalvarıram sənə, bir də elə söz demə. Sənə söz verirəm ki, dediyin 

müqəddəslərin əksini heç vaxt çəkməyəcəyəm.

 

Nağıl dili yüyrək olar, deyərlər. Babası öləndə Mətinin artıq on yaşı var idi. İndi 



isə  o  böyümüş,  on  altı  yaşlı  qamətli,  yaraşıqlı  bir  oğlan  olmuşdu.  Onun 

rəssamlıq sənətinin sorağı aləmə yayılmışdı.

 



Hər  bazar  Mətin  çəkdiyi  şəkilləri  bazara  çıxarardı.  Onun  çəkdiyi  şəkillər 

həmişə  baha  qiymətə  satılardı.  Son  vaxtlar  Mətin  fikir  verib  gördü  ki,  onun 

şəkillərinin  çoxunu  ağ  çadralı  bir  qız  alır.  Həmin  qız  özü  isə  bazarda  şəfalı 

otlar  satardı.  Mətin  həmişə  soyuqlayanda  ondan  yarpız,  qantəpər  və 

bağayarpağı otları alar, onları dəmləyib içən kimi də azarı keçərdi.

 

Bir  gün  Mətinin  ayağına  tikan  batmışdı,  dabanına  çirk  yığılmışdı.  Oğlan 



axsaya-

axsaya  gəzirdi.  Şəfa  otları  satan  qız  bunu  gördü,  öz  sehrli 

bağayarpağı otunu əzib Mətinə verdi və dedi:

 

-



Bunu qoy yaranın üstünə!

 

Mətin yarpağı yaranın üstünə qoyan kimi möcüzə baş verdi. Bir az keçməmiş 



yara  öz-

bözünə  sağaldı.  Mətin  ayağını  yerə  qoyanda  gördü  ki,  ayağı  sap

-

sağlamdır. Qıza dedi:



 

-

Sənin otların doğrudan da sehrlidir.



 

Bu bazar da həmin qız şəkil almaq üçün Mətinə yaxınlaşanda oğlan dedi:

 

-

Deyəsən  şəkillərdən  çox  xoşun  gəlib,  hər  dəfə  hamıdan  qabaq  sən  gəlib 



alırsan.

 

Qız çadranın altından cavab verdi:



 

-

Mən  satdığım  otlara  deyirsən  möcüzəli  otlardır.  Mən  də  sənin  çəkdiyin 



şəkillərə sehrli şəkillər deyirəm.

 

-



Yox, mənim şəkillərimdə heç bir sehr

-filan yoxdur, - 

deyə oğlan dilləndi.

 

Qız oğlanı inandırmağa çalışdı:



 

-

Mən bunu birinci dəfə səndən dəniz şəkli alıb aparanda bilmişəm. Mən şəkil 



əlimdə evə girən kimi kiçik bacım dedi:

 

-



«Bacı, sən nə qəşəng dəniz şəkli almısan?»

 

Mən bu işə məətəl qaldım. Çünki, artıq beş il olar ki, onun gözü kor idi.



 

Bundan sonra mən səndən ikinci şəkli aldım. Bu şəkildə sən qayanın başında 

üçbaşlı əjdaha çəkmişdin. Mən şəkli evə gətirən kimi bacım dedi:

 

-



Bacı, mən üçbaşlı əjdahadan qorxuram, o şəkli gizlə.

 

Hər bazar səndən şəkil alıb bacıma aparıram. O, sənin şəkillərindən başqa bu 



gözəl dünyada heç nəyi

 görmür. 

İndi  bil  və  agah  ol  ki,  mənim  zavallı,  kor  bacım,  bütün  aləmi  qara  gördüyü 

halda,  sənin  çəkdiyin  şəkilləri  olduğu  kimi,  rəngarəng  görür.  Bacımın  bircə 

dəfə dünyanı öz rəngində görməsi xatirinə canımdan belə keçməyə razıyam. 

Sənin şəkillərini almaqla, istəyirəm ki, o, bu gözəl dünyadan nə isə görsün.

 

Mətin eşitdiklərindən məyus oldu:



 

-

Bəs sənin atan kimdir?



 

-

Biz  bacılar  yetimik.  Beş  il  bundan  qabaq  atamla  anam  dağın  başında  ot 



biçirdilər.  Biz  də,  iki  bədbəxt  bacı  orada  idik.  Birdən  göyün  üzü 

tutuldu. 

Bərkdən ildırım çaxdı. Huşumu itirdim. Kaş onda ayılmayaydım. Ayılıb gördüm 

ki,  atamla  anamı  ildırım  vurub  öldürüb,  bacımı  isə  kor  edib.  O  vaxtdan  kor 

bacımı saxlayıram, 

deyib qız hönkür



-

hönkür ağladı.

 

-

Bəs mən şəkilləri baha verirəm, sənin bunları almağa pulun çatır?



deyəndə 


Mətinin səsi qəhərdən titrədi.

 

Qız gözlərinin yaşını silə



-

silə dedi:

 

-

Mən  dağlardan  şəfa  otları  yığıb  satıram  və  şükür  Allahın  kərəminə,  ac 



qalmırıq.

 



Yüklə 496,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə