Bu qaranlıqda nə Bılım sol hansıdır, sağ hansıdır?



Yüklə 181,37 Kb.
Pdf görüntüsü
tarix26.08.2018
ölçüsü181,37 Kb.
#64688

background image
56

www.irs-az.com

№ 3 (39), 2009 

Bu qaranlıqda nə Bılım sol hansıdır, sağ hansıdır?

Bir kişini gecə vaxtı arvadı oyadaraq yavaşca deyir:

- Ay kişi, dur, evimizə oğru girib. Əlini at, döşəyin sol tərəfindəki şamı götür, kibritlə yandırıb bayıra 

çıx və bu səsin haradan gəldiyini öyrən. 

Şirin yuxudan oyanıb soyuq havaya çıxmağa, üstəlik də oğrularla dava etməyə həvəsi olmayan ev 

yiyəsi gözlərini ovuşdura-ovuşdura deyir:

- Ay arvad, sən də məni oyatmağa vaxt tapdın, indi mən gecənin bu qaranlığında nə bilim sol 

hansıdır, sağ hansıdır?



Tənbəl adam gülünc və əsassız bəhanələr gətirməklə bir işi görməkdən boyun qaçırmağa çalışdığı 

hallarda bu ifadəni işlədir.

Balığın Böyüyü taBaq altındadır

Bir nəfər ailəsi ilə birlikdə çəmənlikdə süfrə açıb balıq-çörək yediyi zaman uzaqdan bir tanışının 

gəldiyini görüb tez süfrədəki iki balıqdan böyüyünü tabağın altında gizlədir və arvadına bu balığı 

qonaq gedəndən sonra yeyəcəklərini işarə edir. 

Qonaq  balığın  tabaq  altına  qoyulduğunu  görür,  bir  söz  demir,  amma  necə  olursa-olsun  balığı 

süfrəyə qoydurmağı qərara alır. Ev yiyəsi kiçik balıqdan kəsib qonağın qarşısına qoymaq istədikdə 

qonaq işarə ilə balığı kəsməməyi xahiş edir, onu kişinin əlindən alıb ağzına dayayır və yavaşdan nəsə 

deyir. Sonra balığın ağzını öz qulağına dayayıb bir qədər saxlayır, nə isə eşidirmiş kimi gülümsəyir.

Ev yiyəsi bu əcaib hərəkətlərin sirrini açmağı xahiş etdikdə, qonaq deyir:

- Mən balıqdan soruşdum ki, Xızır peyğəmbəri qarnında gəzdirən balıq hələ sağdırmı. O isə cavab 

verdi  ki,  mənim  yaşım  az  olduğundan  belə  şeyləri  bilmərəm,  böyük  qardaşım  tabağın  altındadır, 

istəyirsən ondan xəbər al.

Bu sözü eşidən ev yiyəsi mətləbi başa düşüb böyük balığı da tabaq altından çıxararaq süfrəyə 

qoyur və hamı birlikdə yeməyə başlayırlar. 



Ağ yalan danışıldığı, yaxud hamının gözü qarşısında bir şeyi gizlətməyə çalışıldığı hallarda bu 

məsəldən istifadə olunur.

nadıncsən kı, ağzına daş BasıBlar!

Molla Nəsrəddin bir bulağın yanından ötürkən su içmək istəyir. Bulağa yaxınlaşıb onun su axan 

gözünə daş tıxandığını görür. Suyun yolunu açmaq məqsədilə daşı dartıb çıxaranda zərb ilə gələn 

su fəvvarə vurub mollanın üst-başını isladır. Molla su içməmiş daşı öz əvvəlki yerinə salıb bulağa 

xitabən deyir:

- Elə bu cür nadincsən ki, ağzına daş basıblar. 



İlk nəzərdə ədalətsizlik, qanunsuzluq kimi görünən bir hadisənin həyati zərurətdən doğduğu yəqin 

edildiyi, bəzən də doğru danışanın, doğru iş görənin əziyyət çəkdiyi hallarda bu məsəli çəkirlər.

Bəlkə də yolum o yana düşdü

Bir gün bağda oynayan uşaqlar Molla Nəsrəddinə sataşmaq və onun başmaqlarını oğurlamaq 

məqsədilə ondan ağaca dırmaşmağı xahiş edirlər. Uşaqların hiyləsini başa düşən Molla başmaqlarını 

qurşağına sancıb ağaca dırmaşmağa başlayır. 

Öz hiylələrinin baş tutmadığını görən uşaqlar Molladan soruşurlar:

- Ay Molla, bu başmaqları haraya aparırsan, qoy burda qalsin, düşüb geyərsən!

Molla mənalı-mənalı gülümsəyərək cavab verir:

- Yox qadan alım, qoy götürüm, kim bilir, bəlkə oradan yolum o yana düşdü, ehtiyat yaxşı şeydir.



 

''Rəvayətli ifadələr'', Bakı, 1961

Nİyə belə deyİrİk?

IRS_3_2009.indd   56

09.06.2009   18:32:16



Yüklə 181,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə