Bu sayimizda



Yüklə 9,87 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix22.07.2018
ölçüsü9,87 Mb.
#57834
  1   2   3   4   5   6   7


Təsisçi: Azərbaycan 

Tibb Universiteti

Qəzet 1933 -cü ildən çıxır.                   № 09 (1649) 15 may 2017 - ci il                                    Qiyməti 50 qəpik

Ulu öndər Heydər Əliyevin 94-cü ildönümü 

ilə əlaqədar anım mərasimi keçirilib

İmtahan 


nəzarətçiləri 

təlimatlandırılıb



BU  SAYIMIZDA 

2

Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi 



Oyunlarının təntənəli açılış mərasimi olub

Azərbaycan və onun paytaxtı Bakı səbirsizliklə gözlənilən anın – IV İslam 

Həmrəyliyi Oyunlarının açılışının həyəcan və sevincini yaşadı.

3

Rektor 



universitetimizdə 

çalışan 

veteranlarla 

görüşüb

KAFEDRALARDA TEC-İN KONFRANSLARI

Respublikanın Baş 

allerqoloqu  mətbuat 

konfransı keçirdi

ATU-da ulu öndər Heydər Əliyevin anadan olmasının 

94-cü ildönümünə həsr olunmuş rezidentlərin 5-ci 

elmi-təcrübi konfransı

İki xəstənin kliniki təhlili ilə bağlı müzakirələr aparılıb

“Web of Science platformasının 

tibb və biologiya sahəsində 

çalışan mütəxəssislər üçün 

imkanları” mövzusunda seminar

ATU-nun 


Həmkarlar 

İttifaqı 

Komitəsinin 

toplantısı keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev Oyunları açıq elan edib

2

2

6

3

5

3

5



15 may 2017-ci il

2

http://w w w.amu.edu.az



ATU-nun mətbuat xidməti

 



Azərbaycan Tibb Univer­



si te tin də  ulu  öndər  Heydər 

Əliyevin anadan olmasının 

94­cü ildönümü ilə əlaqədar 

anım mərasimi keçirilib.  

ATU-nun  rektoru,  professor 

Gəray Gəraybəyli ümummilli li-

der Heydər Əliyevin gözəl insan 

və  müdrik  siyasətçi  olduğunu 

deyib.  Rektor  bildirib  ki,  xal-

qımız ulu öndərin 94-cü ildö-

nümünü  təkcə  Azərbaycanda 

deyil,  ölkə  hüdudlarından 

kənarda da qeyd edir: “Müxtəlif 

şəxsiyyətlərin  tarixdəki  rolu 

haqqında  hər  zaman  diskus-

siyalar aparılır. Kimisi deyir ki, 

tarixi  şəxsiyyətlər  formalaş-

dırır,  kimisi  isə  bunun  əksini 

iddia edir. Lakin yaxın və keç-

miş  tariximiz  onu  göstərir  ki, 

Heydər  Əliyev  şəxsiyyətinin 

Azərbaycanın  formalaşmasın-

da, tərəqqisində, inkişafında və 

dünya  ictimaiyyətində  tutduğu 

yerdə rolu danılmazdır. Özümü-

zü  xoşbəxt  saya  bilərik,  çünki 

ömrümüzün bir hissəsi Heydər 

Əliyevin  rəhbərliyi  dönəmində 

keçib.  Biz  Azərbaycanın  necə 

dəyişdiyinin,  inkişafının  canlı 

şahidləriyik”.

Ulu öndərin səhiyyə sahəsinin 

inkişafı  istiqamətində  əvəzsiz 

işlər  gördüyünü  deyən  rek-

tor  Gəray  Gəraybəyli,  tibb 

müəssisələrinin  əsaslı  təmir 

edildiyini,  yeni  səhiyyə  ocaq-

ları  tikildiyini  və  müasir 

avadanlıqlarla  təchiz  olun-

duğunu  xatırladıb.  Rektor 

həmçinin  Heydər  Əliyevin 

ATU-nun həyatında olan ro-

lundan  da  bəhs  edib.  Onun 

sözlərinə  görə,  ümummilli 

lider hələ XX əsrin 70-80-ci 

illərində ilk dəfə respublikaya 

rəhbərlik  etdiyi  dövrdə  Tibb 

İnstitutuna  xüsusi  diqqətlə 

yanaşıb.  Ulu  öndərin  qayğısı 

nəticəsində  ATU-da  zəngin 

maddi-texniki  baza  yaradı-

lıb, tədris korpusu, tələbə ya-

taqxanası, xəstəxana və po-

liklinikalar tikilərək istifadəyə 

verilib, elmi-tədqiqat labora-

toriyaları  müasir  cihazlar  və 

avadanlıqla təchiz edilib.

ATU-nun  İctimai  Fənnlər 

kafedrasının 

professoru 

Fəxrəddin  Məmmədov  çıxış 

edərək,  ulu  öndər  Heydər  Əli-

yevin  həm  fəlsəfədə,  həm  də 

tarixdə  uzun  diskussiyalara 

səbəb  olan  bir  alim  olduğu-

nu  bildirib:  “Bəşər  tarixində 

şəxsiyyətlərin böyük rolu olub. 

Onlar  bəşər  tarixinə  öz  imza-

larını atıblar. Azərbaycanda da 

belə şəxsiyyətlər var. Ulu öndər 

Heydər Əliyev də bəşər tarixinin 

ən böyük alimlərindən biri olub. 

O,  birinci  dəfə  hakimiyyətə 

60-cı  illərin  sonunda  gəldi.  O 

zaman  respublikada  vəziyyət 

ürəkaçan deyildi. Heydər Əliyev 

qısa müddət ərzində respublika 

iqtisadiyyatını,  mədəniyyətini 

kifayət qədər yüksəyə qaldırdı”.

Millət vəkili, ATU-nun tərbiyə 

işləri  üzrə  prorektoru,  pro-

fessor  Rafiq  Məmmədhəsə nov 

ümummilli lider Heydər Əliyevin 

həyat  yolu na  nəzər  sala raq, 

onun  dövlət  vəzifələrində  ça-

lışdığı  müddətdə  gördüyü  iş-

lər və həyata keçirdiyi layihələr 

haqqında ətraflı məlumat verib. 

O,  Heydər  Əliyevin  çox  çətin 

bir  dövrdə  Azərbaycan  xal-

qının  tələbi  ilə  respublikanın 

siyasi  rəhbərliyinə  qayıtdığı-

nı  vurğulayaraq  qeyd  edib  ki, 

ümummilli  liderin  rəhbərliyi 

altında  qısa  müddət  ərzində 

ölkədə  ordu  və  dövlət  quru-

culuğu,  ölkədaxili  sabitlik  və 

təhlükəsizlik təmin edilib. Onun 

rəhbərliyi  ilə  Azərbaycanın 

beynəlxalq  əlaqələri  inkişaf 

etdirilib,  yeni  neft-qaz  strate-

giyasının  və  uzunmüddətli  iq-

tisadi inkişafın əsasının qoyul-

ması kimi iri miqyaslı tədbirlər 

həyata keçirilib. 

Qeyd  olunub  ki,  Azər bay-

canın müasir inkişafı dahi lider 

Heydər Əliyevin adı ilə bağlıdır.

Tədbirdə  daha  sonra  ATU-

nun  I  daxili  xəstəliklər  və  re-

animatologiya 

kafedrasının 

dosenti  Nağ dəli  Zamanov  çı-

xış  edərək  Heydər  Əliyevin 

nitqlərində  estetik  kateqori-

yaların  necə  işlənməsi  barədə 

düşüncələrini  bölüşüb.  Sto-

matologiya  fa kültəsinin  xarici 

tələbəsi də ulu öndər haqqında 

öz ürək sözlərini söyləyib.

Mənsur ƏLƏKBƏRLİ

Ulu öndər Heydər Əliyevin 94-cü ildönümü 

ilə əlaqədar anım mərasimi keçirilib

Rektor G.Gəraybəyli faşizm üzərində 

qələbənin  72-ci  ildönümü  –  9  may 

Qələbə  Günü  münasibətilə  “1941-

1945-ci  illər  Vətən  Müharibəsində 

fədakar əməyə görə” medalı ilə təltif 

edilmiş arxa cəbhə veteranlarını uni-

versitetin  professor-müəllim  heyəti 

və  tələbələri  adından  təbrik  edib: 

“Uşaq  olanda  çox  bayramları  qeyd 

edirdik. Amma 9 may Qələbə Günü 

hər  zaman  bu  bayramlar  içərisində 

xüsusi  yer  tutub.  İstər  məktəbdə, 

istərsə  də  baba-nənələrimizdən 

müharibə  haqqında  öyrəndiklərimiz 

bu  bayramın  əhəmiyyətini  daha 

da  artırırdı.  XX  əsrdə  İkinci  Dün-

ya  Müharibəsi  illəri  bəşəriyyət 

üçün ən ağır və dəhşətli dövr olub. 

Çox  təəssüf  ki,  Qələbə  Bayramı  bir 

müddət  qeyd  olunmadı.  Ancaq  ulu 

öndərimiz  Heydər  Əliyev  bu  bayra-

mın da qeyd olunmasının bərpasına 

nail oldu”.

Daha  sonra  ATU-nun  Həmkarlar 

İttifaqı  Komitəsinin  sədri  Cahangir 

Qasımov rektorun əmri ilə tədbir iş-

tirakçılarını tanış etdi. Əmrə əsasən 

arxa  cəbhə  veteranları  -  ATU-nun 

kommunal  və  qidalanma  gigiyena-

sı  kafedrasının  professoru  Maqsud 

Qasımov, əmək gigiyenası və uşaq-

yeniyetmələr gigiyenası kafedrasının 

dosenti  Rəhim  Orucov  universitet 

rəhbərliyi tərəfindən pulla mükafat-

landırıldılar.

Rektor universitetimizdə çalışan 

veteranlarla görüşüb



Mayın 8­də Azərbaycan Tibb Universitetinin rekto ru, professor 

Gəray Gəray 

bəy 

li bu ali təhsil oca 

ğın 

da çalışan İkinci Dünya 

müharibəsi veteranları ilə görüşüb.

• 

  Azərbaycan  Tibb  Univer si te tində 



Həmkarlar İttifa 

qı Komitəsinin 

(HİK) toplantısı keçirildi. Toplan-

tıda ATU-nun rektoru, professor 

Gəray Gəraybəylinin təlimatı 

ilə kafedra, yataqxana və klini-

kalarda nizam-intizam qayda-

larının gücləndirilməsi və buna 

nə dərəcədə riayət olunması 

məsələləri müzakirə olundu.   

Toplantını  ATU-nun  HİK-nin 

sədri,  dosent  Cahangir  Qası-

mov  açaraq,  komitə  üzvlərini 

tədbirin gündəliyi ilə tanış etdi: 

“İlk  olaraq  ATU-nun  Əczaçılıq 

fakültəsinin latın dili kafedra-

sının əməkdaşlarının əmək və 

nizam-intizamı pozması, daha 

sonra  idman  kompleksində 

işçilərin  əmək  və  intizamın 

pozması  və  1  saylı  yataqxa-

nanın  komendantı  haqqında 

məsələlərə baxılacaq”.

Toplantıda  ATU-nun  Latın 

dili  kafedrasının  müdiri,  do-

sent  Bahadur    Hüseynov  ka-

fedra  işçilərinin  nizam-inti-

zam qaydasına riayət etmədiyi 

üçün inzibati tənbeh edildi.

Daha sonra ATU-nun idman 

kompleksinin  müdiri  Nuriyə 

Sebeşova,  kompleksin  tibb 

bacısı  Simnarə  Mahmudo-

va və təlimatçı Royal Qocayev 

nizam-intizam 

qaydalarına 

riayət etmədikləri üçün komitə 

tərəfindən töhmət aldılar.

Həmçinin  ATU-nun  1  say-

lı  yataqxanasının  komendan-

tı  Söhrab  Əhmədova  iş  saatı 

bitmədən  işdən  getdiyi  üçün 

töhmət verildi. Anbardar Anar 

İsmayılov  isə  əmək  vəzifəsini 

kobud  pozduğu  üçün  işdən 

azad edildi. 

ATU-nun Həmkarlar İttifaqı 

Komitəsinin toplantısı keçirilib




Yüklə 9,87 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə