Buklet Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci IL tarixli



Yüklə 10,17 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü10,17 Kb.
#27750

background image
vicdan borcudur!

Buklet Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il  tarixli 

1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında 

insan  hüquq  və  azadlıqlarının  müdafiəsinin  səmərəliliyini  artırmaq 

sahəsində  Milli  Fəaliyyət  Proqramı»nın  icrası  üzrə  Azərbaycan 

Respublikası  Səhiyyə  Nazirliyinin  Tədbirlər  Planının  4.2-ci  bəndinə 

uyğun  olaraq  İctimai  Səhiyyə  və  İslahatlar  Mərkəzi  tərəfindən 

hazırlanmışdır. 

aradan qaldırılması 

hamının və hər kəsin



background image
İşgəncə nədir? 

İşgəncə şəxsiyyəti alçaltmaqla nəyəsə məcbur etmək üçün ona 

ağrı, əzab vermədir. 

İşgəncə insan hüquqlarının pozulmasının geniş yayılmış 

növlərindən biridir. İşgəncə insana sadəcə iztirab vermir, o eyni 

zamanda hər bir pis rəftar kimi insan ləyaqətini də alçaldır.

İşgəncənin növləri

İnsan ləyaqətinə sui-qəsd həm fiziki, həm də psixi təsir 

vasitəsilə ola bilər.

Fiziki işgəncələr: 

suda boğma, döymə, çılpaq bədənə ardıcıl zərbələr vurma, yandırma, 

dırnaqları çıxarma, elektrik cərəyanı ilə işgəncə, yuxudan uzunmüddətli 

məhrumetmə, narahat vəziyyətdə oturtdurma, asma və s.



Psixi işgəncələr: 

işgəncə  vermənin  və  ya  uydurulmuş  edam  səhnəsinin  nümayiş 

etdirilməsi, işgəncə vermədə iştiraka məcbur etmə, təcrid etmə və s.

Uzunmüddətli psixi işgəncə çox vaxt fiziki işgəncəyə çevrilir. Təkrar 

olunan qorxulu yuxular, qorxu hissi, utancaqlıq və s. şəxsdə özünü 

büruzə verir və insanı normal həyat imkanlarından məhrum edir. 



Cinsi işgəncələr: 

təhqirli  sözlər,  alçaltma,  zorlama,  seksual  xarakterli  zorakılıq 

hərəkətləri və s.

İşgəncələrin qadağan edilməsi 

haqqında beynəlxalq standartlar

İnsan  hüquqlarının  ümumi  Deklarasiyası  (1948)  və  soyqırım  

cinayətlərinə  xəbərdarlıq  və  onlara  görə  cəzalar  haqqında 

Konvensiya (1948) işgəncə vermənin tətbiq edilməsi təcrübəsini 

qadağan  edən  ilk  beynəlxalq  sənədlərdir.  Bu  sənədlərin 

əsasnamələri  1966-cı  ildə  «Vətəndaş  və  siyasi  hüquqlar 

haqqında beynəlxalq pakt»la təsdiq edilmiş və 10 dekabr 1984-cü 

ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuşdur.

31 may 1996-cı il tarixdə “İşgəncələrə 

və digər qəddar, qeyri-insani, yaxud 

ləyaqəti alçaldan rəftar və cəza  növlərinə 

qarşı Konvensiyaya qoşulmaq barədə” 

Azərbaycan Respublikasının Qanunu 

qəbul edilmişdir.

İşgəncə  qadağası  sadəcə  fiziki  toxunulmazlığı  qorumur.  İnsan 

ləyaqəti  ilə  ayrılmaz  olan  mənəvi  bütövlük  və  şəxsiyyətə  hörmət 

hüququ onu tələb edir ki, heç bir insana heç bir halda insan ləyaqətinə 

sığmayan, onu insan kimi alçaldan rəftar və cəza verilməsin.

BMT-nin Baş Assambleyası 26 iyunu “BMT-nin işgəncə qurban-

larını dəstəkləməsi günü” kimi qeyd etməyi qəbul etmişdir.



Yüklə 10,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə