Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə1/52
tarix21.03.2018
ölçüsü27,2 Kb.
#32983
  1   2   3   4   5   6   7   8   9   ...   52


 
 
Otorinolaringologiya 
 
 
 
 
Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
 
 
1) Burnun iki yan səthi orta xətdə birləşərək nəyi əmələ gətirir? 
A) Burun qanadlarını 
B) Burun arakəsməsini 
C) Burun belini 
D) Burun kökünü 
E) Burunun ucunu 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей. М.: Медицина, 2001 стр. 14 
 
2) Hansı funksiya burun boşluğu funksiyalarına aid deyil? 
A) Gözyaşı  nəqli 
B) Rezonator 
C) Tənəffüs 
D) Reflektor 
E) Müdafiə 
 
Ədəbiyyat: А.И. В.Т. Пальчун,Крюков «Оториноларингология»: Руководство 
для врачей. М.: Медицина, 2001 стр. 32-37 
 
3) Burun boşluğu aşağıdakılardan hansı ilə sərhədlənmir? 
A) Orta kəllə çuxuru ilə 
B) Ağız boşluğu ilə 
C) Orbitalarla 
D) Əng cibləri ilə 
E) Ön kəllə çuxuru ilə 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей. М.: Медицина, 2001 стр. 16-19 
 
4) Aşağı burun balıqqulağı nədir? 
A) Damaq sümüyünün çıxıntısı 
B) Sərbəst sümük 
C) Əng sümüyü çıxıntısı 
D) Xəlbir sümüyü çıxıntısı 
E) Alveol çıxıntısı 
 


 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей. М.: Медицина, 2001 стр. 17 
 
5) Aşağı burun keçəcəyi harada yerləşir? 
A) Aşağı burun balıqqulağı ilə burun dibi arasında 
B) Orta və aşağı burun balıqqulaqları arasında 
C) Orta burun balıqqulağı ilə burun arakəsməsi arasında 
D) Aşağı burun balıqqulağı ilə burun arakəsməsi arasında 
E) Orta və yuxarı burun balıqqulaqları arasında 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей.М.: Медицина, 2001 стр. 19-20 
 
6) Orta burun keçəcəyi harada yerləşir? 
A) Orta və yuxarı burun balıqqulaqları arasında 
B) Orta burun balıqqulağı ilə burun arakəsməsi arasında 
C) Aşağı burun balıqqulağı ilə burun arakəsməsi arasında 
D) Orta və aşağı burun balıqqulaqları arasında 
E) Aşağı burun balıqqulağı ilə burun dibi arasında 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей. М.: Медицина, 2001 стр. 20-21 
 
7) Aşağıdakılardan hansı burun ətrafı ciblərə aid deyil? 
A) Alın 
B) Xəlbir 
C) Orbital 
D) Əng 
E) Əsas 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей. М.: Медицина, 2001 стр. 27-32 
 
 
8) Əsas cib harda yerləşir? 
A) Əsas sümüyün cismində 
B) Xəlbir sümüyü cismində 
C) Gicgah sümüyünün piramidasında 
D) Əng sümüyündə 
E) Məməyəbənzər çıxıntıda 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей. М.: Медицина, 2001 стр. 30-31 
 
 
9) Burun dibi ilə aşağı burun balıqqulağı arasındakı boşluq necə adlanır? 


 
 
A) Burun-gözyaşı kanalı 
B) Ümumi burun keçəcəyi 
C) Aşağı burun keçəcəyi 
D) Orta burun keçəcəyi 
E) Yuxarı burun keçəcəyi 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей. М.: Медицина, 2001 стр. 16-19 
 
 
10) Burun boşluğunun hissi innervasiyasını hansı sinir yerinə yetirir? 
A) Blokabənzər sinirin şaxələri 
B) Üçlü sinirin 1-ci və 2-ci şaxələri 
C) Üz sinirinin şaxələri 
D) Üçlü sinirin 3-cü şaxəsi 
E) Qoxu sinirinin şaxələri 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей.М.: Медицина, 2001 стр. 24-27 
 
 
11) Hansı sümük burun boşluğunun yan divarını formalaşdırmır? 
A) Əsas sümüyün qanadabənzər çıxıntısı 
B) Əng sümüyünün alın çıxıntısı 
C) Burun sümüyü 
D) Xəlbir sümüyü 
E) Xış sümüyü 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей.М.: Медицина, 2001 стр. 17-21 
 
 
12) Burun boşluğunda tez-tez qanamaya meyilli venoz kələf harda yerləşir? 
A) Aşağı burun balıqqulağının ön ucunda 
B) Xış sümüyünün selikli qişasında 
C) Orta burun balıqqulağının ön ucunda 
D) Alveol çıxıntısında 
E) Burun arakəsməsinin ön 1/3 hissəsində 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей.М.: Медицина, 2001 стр. 23-24 
 
 
13) Burunun hərəki innervasiyasını hansı sinir yerinə yetirir? 
A) N. trigeminus 
B) N. facialis 


 
 
C) N. vagus 
D) N. oculomotorius 
E) N. trochlearis 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей.М.: Медицина, 2001 стр. 24-27 
 
 
14) Otorinolarinqologiyada əng cibinin punksiyası haradan aparılır? 
A) Ümumi burun keçəcəyindən 
B) Gözaltı dəlikdən 
C) Orta burun keçəcəyindən 
D) Aşağı burun keçəcəyindən 
E) Köpək çuxurundan (fossa canina) 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей.М.: Медицина, 2001 стр. 27-29 
 
 
15) Burun boşluğundan venoz qan hara axır? 
A) Kavernoz sinusa 
B) Köndələn sinusa 
C) Siqmayabənzər və Sagital sinusa 
D) Sagital sinusa 
E) Siqmayabənzər sinusa 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей.М.: Медицина, 2001 стр.  23 
 
 
16) Burun boşluğu hansı epitellə döşənmişdir? 
A) Birqatli səyrici epitel 
B) Birqatlı slindrik epitel 
C) Çoxqatlı yastı buynuzlaşmayan epitel 
D) Çoxqatlı silindrik səyrici epitel 
E) Çoxqatlı yastı buynuz epitel 
 
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство 
для врачей.М.: Медицина, 2001 стр. 16-22 
 
17) Anosmiya nədir? 
A) Burun tənəffüsünün olmaması 
B) Qoxubilmənin tamamilə yox olması 
C)  Burundan irinli ifrazatın axması 
D) Təhrif olunmuş qoxubilmə 
E) Burun selikli qişası sekretor aktivliyinin pozulması 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə