Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
  1   2   3   4   5   6   7   8   9   ...   61


Əbülfəz  ELÇĠBƏY 
Bütöv Azərbaycan Yolunda 
Çapa hazırlayanlar: Ədalət Tahirzadə, Çingiz Göytürk. Ankara, "Ecdad" yayınları, 1998, 334 s.; Bakı, 
"NURLAR" NəĢriyyat-Poliqrafiya Mərkəzi, 2004, 376 s. 
I BÖLÜM. MƏQALƏLƏR 
1. AZƏRBAYCAN (TARĠXDƏN BĠR NEÇƏ SÖZ) 
2. TÜRK DĠLĠ VƏ RUS ĠMPERĠYA SĠYASƏTĠ 
3. FARS ġOVĠNĠZMĠ 
4. ƏN KƏSƏ YOL 
5. NƏ DEYƏSƏN?! BELƏ QALMAZ 
II BÖLÜM. ÇIXIġLAR 
1. ĠRAN TƏBRĠZĠN BĠR YUMRUĞU ĠLƏ DAĞILACAQ 
2. BAYRAĞIMIZ ĠDEYA MƏNBƏYĠMĠZDĠR 
3. 31 DEKABR BĠRLƏġMĠġ AZƏRBAYCAN YURDLARI (BAY) UĞRUNDA HƏMRƏYLĠK GÜNÜDÜR 
4. ĠRAN ĠMPERĠYASININ SONU YAXINLAġMAQDADIR 
III BÖLÜM. MÜRACĠƏTLƏR   
 
1. DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLĠYĠ GÜNÜ MÜNASĠBƏTĠ ĠLƏ 
2. AZƏRBAYCANIN GÜNEYĠNDƏ MĠLLĠ ĠSTĠQLAL CƏBHƏSĠNĠN YARADILMASI ĠLƏ BAĞLI 
3. TÜRKĠYƏDƏ TƏHSĠL ALAN AZƏRBAYCANLI TƏLƏBƏLƏRƏ 
4. TƏRƏQQĠPƏRVƏR DÜNYA ĠCTĠMAĠYYƏTĠNƏ VƏ BEYNƏLXALQ TƏġKĠLATLARA 
5. AZƏRBAYCANIN GÜNEYĠNDƏ BAġ VERMĠġ TƏBĠĠ FƏLAKƏTLƏ BAĞLI 
6. AVROPA BĠRLĠYĠ ÖLKƏLƏRĠNƏ VƏ MÜTƏRƏQQĠ DÜNYA DÖVLƏTLƏRĠNƏ 
7. DÜNYA AZƏRBAYCAN TÜRKLƏRĠNƏ 
 
IV BÖLÜM. MÜSAHĠBƏLƏR   
1. VAXTINDA ATILMIġ CƏSARƏTLĠ ADDIM 
2. MĠLLƏTĠN ÖZÜNÜDƏRKĠ TARĠXĠN TƏLƏBĠDĠR 
3. FARS ġOVĠNĠZMĠ AZƏRBAYCAN TÜRKLƏRĠNĠN QATI DÜġMƏNĠDĠR 
4. BĠZ HAQLARIMIZ UĞRUNDA MÜBARĠZƏ APARIRIQ 
5. BÜTÖV AZƏRBAYCAN ĠDEYADIR, MƏFKURƏDĠR VƏ TƏBRĠZ MƏNĠM ġƏHƏRĠMDĠR 
6. MƏNĠM VƏTƏNĠM BÜTÖV AZƏRBAYCANDIR 
7. ĠRANI DA SSRĠ-nin TALEYĠ GÖZLƏYĠR 
8. VƏTƏN BĠRDĠR 
9. AZƏRBAYCANIN GÜNEYĠ AZAD OLMALI 
10. 200 ĠL PARÇALANMIġ BĠR XALQI BĠRLƏġDĠRMƏK BÖYÜK ġƏRƏF VƏ TARĠXĠ 
ZƏRURƏTDĠR 
11. AZƏRBAYCANIN BÜTÖVLÜK RUHU PARÇALANMAZDIR 
  
V BÖLÜM. DÜġÜNCƏLƏR 
 
 
 
 


 
GĠRĠġ
 
BÜTÖV AZƏRBAYCAN YOLUNUN YOLBAYI 
ƏBÜLFƏZ ELÇĠBƏY 
I Pyotrun - Dəli Petronun iĢ baĢına gəlməsi ilə Rusiyanın iĢğalçılıq tarixində yeni bir mərhələ 
baĢlandı. Həm özü, həm də taxt-tacına sahib olacaq bütün gələcək varisləri üçün isti sulara 
çıxmaq strategiyasını irəli sürmüĢ I Pyotr sərhədləri isti sularadək uzanan Azərbaycanın türk 
Qacar  dövlətini  öz  qarĢısındakı  əsas  maneələrdən  biri  kimi  görürdü,  çünki  Rusiyanın  Qara 
dənizdən  və Boğazlardan  keçərək  isti  sulara  çıxıĢ yolunu  Osmanlı imperiyası,  Qafqazlardan, 
Azərbaycandan  keçib  Bəsrə  körfəzinə  və  Ümman  dənizinə  çıxan  yolunu  isə  Qacar  dövləti 
kəsirdi. Məhz buna görə də Qafqazların, özəlliklə Azərbaycanın iĢğalı Rusiya üçün isti sulara 
çıxıĢ strategiyasında bir nömrəli hədəfə  çevrildi.  Bununla  da Azərbaycanın  iki  yüz  ildən  bəri 
davam edən milli faciəsi baĢlandı.  
XVIII yüzildə Rusiyanın Azərbaycana bəzi iĢğalçılıq yürüĢləri olsa da ruslar tutduqları əraziləri 
əldə  saxlaya bilmədilər.  XIX  yüzildə  isə  daha  da  güclənmiĢ  rus  imperiyası  artıq  Azərbaycan 
üçün çox ciddi təhlükə idi. 1801-ci ildə Qazax və ġəmĢəddil sultanlıqları iĢğal edildi. 1803-cü 
ilin yazında isə on ilədək davam etmiĢ I Rusiya-Azərbaycan müharibəsi baĢlandı və 1813-cü il 
oktyabrın  12-də
  “Gülüstan”  müqaviləsi
nin  bağlanması  ilə  nəticələndi.  Azərbaycanın 
parçalanmasının  baĢlanğıcı  olan  bu  mənhus  müqaviləyə  görə,  Dağıstan  da  daxil,  Arazdan 
quzeydə  yerləĢən  bütün  Azərbaycan  torpaqları  (Naxçıvan  və  Ġrəvan  xanlıqlarından  baĢqa) 
Rusiya tabeliyinə keçdi. 
Azərbaycanın quzeyini itirməsi faktı ilə barıĢmayan Türk Qacar dövləti 1826-cı il iyulun 16-da 
Rusiyaya  qarĢı  hərbi  əməliyyatlara  baĢladı  və  üç  ilədək  davam  edən  II  Rusiya-Azərbaycan 
müharibəsi 1828-ci il 10 fevral 
“Türkmənçay” müqaviləsi
nin bağlanması ilə baĢa çatdı. Həmin 
müqaviləyə görə, Azərbaycanın Naxçıvan və Ġrəvan xanlıqları da Rusiyanın hakimiyyəti altına 
keçdi. Bununla da Azərbaycanın bölünmüĢlük faciəsi rəsmiləĢdirilmiĢ oldu.  
Azərbaycanı parçalamaq  və quzey  hissəsini iĢğal  etmək  rus imperiyasına  heç  də  asan  baĢa 
gəlmədi. 
Ġngiltərə  xaric,  az  qala  bütün  Avropanı  tutmuĢ  Napoleon  imperiyasını  üç  ilə 
darmadağın  edən  Rusiya  10  il  müharibə  apararaq  Azərbaycanın  Arazdan  quzeyə,  Ġrəvan 
xanlığını  və  Naxçıvanı  çıxmaqla,  yalnız  beĢdə  birini  qoparmağa  nail  ola  bilmiĢdi.  Bu, 
Azərbaycan  türklərinin  Rusiya  imperiyasına  qarĢı  müharibəsinin  necə  sərt  və  dönməz 
olduğuna ən tutarlı sübutlardan biridir .
 
Bütövlükdə  Rusiya  13  illik  ağır  müharibədən  (1803-1813,  1826-1828-ci  illər)  sonra 
Azərbaycanın  quzeyini  iĢğal  edə  bilmiĢdir.  Xalqımız  üçün  çox  ağır  olan  bu  müharibə  illəri 
ərzində bir tərəfdən Azərbaycanın xanlıqlara ayrılan quzey hissəsinin mərkəzləĢmiĢ türk Qacar 
dövlətinə  tabe  etdirilməsi  uğrunda  mübarizə  gedir,  digər  tərəfdən  isə  Qacar  Ģahzadəsi  və 
vəliəhd Abbas Mirzə
nin baĢçılığı ilə iĢğalçı rus imperiyasına qarĢı qəhrəmancasına müqavimət 
göstərilir, qanlı döyüĢlər aparılırdı. Rus iĢğalçılarına qarĢı qeyri-bərabər savaĢda Car-Balakən 
camaatı,  Cavad  xanın  baĢçılığı  altında  Gəncə  əhalisi  və  s.  Azərbaycan  tarixinin  Ģanlı 
səhifələrini  yazdılar.  ĠĢğalçı  rus  qoĢunlarının  rəhbəri  general  Sisianovun  Bakı  qapılarında 
öldürülməsi  və  baĢının  Təbrizə  -  vəliəhd  Abbas  Mirzəyə  göndərilməsi  də  xalqımızın  iĢğal 
faktına heç də müticəsinə boyun əymədiyini açıq-aydın göstərməkdədir. 
Azərbaycan xalqının ciddi müqaviməti ilə qarĢılaĢan rus imperiyası hərbi iĢğalı gerçəkləĢdirib, 
siyasi-inzibati  bölünmüĢlüyü  rəsmiləĢdirdikdən  sonra  millətin  müqavimət  gücünü  daha  da 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə